Məhkəmə qərarları › İş №1(036)-90/2025

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-90/2025

09.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-90/2025 09.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1998-ci ildə İmişli rayonu, Murğuzallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Murğuzallı kəndi ünvanında qeydiyyatda olmaqla, həmin kəndə yaşayan və barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 8.40 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, 01 sentyabr 2025-ci il tarixdə saat 14:11 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində İmişli rayonu, Murğuzallı kəndində piyada hərəkətdə olan zaman saxlanılıb üzəri yoxlanılarkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən iki ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 4.26 qram və 4.02 qram, bitki mənşəli narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq 01 sentyabr 2025-ci il tarixdə saat 15:24 radələrində yaşadığı İmişli rayonu, Murğuzallı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman evin qonaq otağındakı çarpayının üzərindəki döşəyin alt hissəsində bir ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindəki kibrit qutusunun içərisində 0.12 qram bitki mənşəli narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş mariuxana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, son 4-5 ildir ki, narkotik vasitə olan qurudulmuş maxixuanadan istifadə edir. Adətən narkotik vasitəni Bakı şəhərində əldə etmişdir. O, tanımadığı adamlardan 01 ədəd kibrit qutusunu 50 manata almışdır. 01 sentyabr 2025-ci il tarixdə, saat 14 radələrində marketə siqaret almaq üçün evdən çıxaraq, kəndin asfalt yoluna doğru hərəkət etmişdir. Asflalt yola çıxdıqdan sonra yolun digər tərəfinə keçib bağı sulamaq üçün istifadə etdiyi su kanalına baxmağa keçmişdir. Həmin vaxt onun üzərində 02 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana olmuşdur. O, narkotik vasitəni əynində olan şalvarının sağ yan cibinə qoymuşdur. Su kanalında suyun olmadığını görüb, yenidən marketə doğru hərəkət etməyə başlamışdır. Piyada hərəkətdə olarkən yanında avtomobil dayanmış və mülki geyimli şəxslər avtomobildən düşərək onu saxlamışdır. Onu saxladıqdan sonra polis əməkdaşları olduqlarını bildirmişdir. Bundan sonra polis əməkdaşlarından biri ona üzərində narkotik vasitə olub-olmadığını soruşmuş, o da əynindəki cins şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusunu çıxardaraq təqdim etmişdir. Bundan başqa, üzərində olan 03 ədəd bir manatlıq pul əskinasını, 01 ədəd alışqanı, özünə məxsus “Samsung A6” markalı mobil telefonu və 01 ədəd “Birbank” bank kartını təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərini yoxlamışdır. Üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, üzərində aşkar edilib götürülən narkotik vasitə marixuana olmuşdur. İki büküm narkotik vasitəni tanımadığı vətəndaşdan Bakı şəhərində almışdır. Onu polis əməkdaşları xx.xx.2025-ci il tarixdə saxlamışlar. İmişli rayonu, Murğuzallı kəndində piyada hərəkətdə olan zaman saxlanılıb üzəri yoxlanılarkən əynindəki göy rəngli şalvarının sağ yan cibindən iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, Bundan sonra polis əməkdaşları evin qonağa aid yataq otağındakı çarpayının üzərində olan döşəyin altında 01 ədəd “Sobranie” markalı siqaret qutusunda, 01 ədəd kibrit qutusunda gizlətdiyi narkotik vasitə olan qurudulmuş marixuana aşkar edərək götürmüşlər. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakı hərəkətlər olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantıdır. İmişli rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti, düşmənçiliyi və ya ümumiyyətlə münasibəti olmamışdır. 01 sentyabr 2025-ci il tarixdə icraatına qeyri-aşkar, dəqiq, qərəzsiz və etimad doğuran mənbədən xx.xx.1998-ci ildə İmişli rayonu, Murğuzallı kəndində anadan olmuş, AR vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, məhkum olunmamış, subay, İmişli rayonu, Murğuzallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatının realizəsi ilə bağlı olaraq 01 sentyabr 2025-ci il tarixdə qəbul edilmiş “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında” qərara uyğun olaraq o, İmişli RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və İmişli RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ilə birlikdə həmin gün saat 14 radələrində İmişli rayonu Murğuzallı kəndi istiqamətində hərəkət etdiklərini bildirmişdir. Videoçəklişin müşayiəti ilə əməliyyat tədbirinə başladıqlarını və kənd yolunda avtomobillə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yolun kənarı ilə piyada hərəkətdə olduğunu müəyyən edib dərhal avtomobili saxlayıb yaxınlaşdıqlarını bildirmişdir. Xidməti vəsiqəsini göstərməklə polis əməkdaşı olduqlarını və qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olmasını bildirdiklərini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa çıxarıb təqdim etməsini təklif etdiklərini, sonuncunun da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən üç manat pul, bir ədəd alışqan, bir ədəd bank kartı və bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş marixuana kütlələri elektron tərəzidə çəkilmiş və biri 7,02 qram, digəri isə 6,99 qram çəkidə olması müəyyən edilmiş, içi boş ağ rəngli zərfə qoyulub üzəri möhürlənmiş, qeydlər aparıldıqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. “Samsung” markalı mobil telefon və bank kartı isə götürülmüşdür. Sonra İmişli RPŞ-yə gəldiklərini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə özünə məxsus narkotik vasitə qurudulmuş marixuana kütləsi olması barədə ikinci bir əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı yenidən 01 sentyabr 2025-ci il tarixdə qəbul edilmiş “Təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında” qərara uyğun olaraq o, İmişli RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, İmişli RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ilə birlikdə İmişli rayonu Murğuzallı kəndi istiqmətində, Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı ev istiqamətində hərəkət etdiklərini bildirmişdir. Videoçəkilişi isə İmişli RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid3 aparmışdır. Əməliyyat tədbirinin başlaması ilə bağlı videoçəkiliş İmişli RPŞ-nin həyətində başlasa da videokameranın yaddaşının dolmaması üçün çəkilişin Təqsirləndirilən şəxs yaşadığı evdə davam etdirələcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə çatdıqlarını, evin həyətyanı sahəsindəki yardımçı tikilidən heç bir qanunsuz əşya aşkar edilmədiyini bildirmişdir. Evə baxış zamanı isə qonaq otağında olan çarpayının üzərindəki döşəyin altında olan bir ədəd “Sobranie” markalı siqaret qutusundakı kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar etdiklərini bildirmişdir. Bundan başqa evdən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin kibrit qutusunda olan marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin qutu qarışıq 3,32 qram olması müəyyən edilmişdir. İçi boş ağ rəngli zərfə qoyulmuş və möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra İmişli RPŞ-yə qayıtdıqlarını bildirmişdir. Orada müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən və yaşadığı evdən aşkar edilən narkotik vasitə marixuana kütlələri yenidən elektron tərəzidə çəkilmiş və qablaşdırılıb üzəri möhürləndikdən sonra üzəri imazalanması üçün iştirakçılara təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin marixuana kütlələrini 2025-ci ilin iyun ayında Bakı şəhərindən özünün istifadəsi üçün əldə etdiyini bildirmiş, lakin bu istiqamətdə ƏAT davam etdirilsə də müsbət yönümlü əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni tapdığını bildirmişdir. İstifadə etmək məqsədi ilə özündə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, İmişli RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayorudur. İmişli rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti, düşmənçiliyi və ya ümumiyyətlə münasibəti olmamışdır. 01 sentyabr 2025-ci il tarixdə icraatına qeyri-aşkar, dəqiq, qərəzsiz və etimad doğuran mənbədən xx.xx.1998-ci ildə İmişli rayonu, Murğuzallı kəndində anadan olmuş, AR vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, məhkum olunmamış, subay, İmişli rayonu, Murğuzallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatının realizəsi ilə bağlı olaraq 01 sentyabr 2025-ci il tarixdə qəbul edilmiş “Təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında” qərara uyğun olaraq o, İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və İmişli RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ilə birlikdə həmin gün saat 14 radələrində İmişli rayonu Murğuzallı kəndi istiqamətində hərəkət etdiklərini bildirmişdir. Videoçəklişin müşayiəti ilə əməliyyat tədbirinə başladıqlarını və kənd yolunda avtomobillə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yolun kənarı ilə piyada hərəkətdə olduğunu müəyyən edib dərhal avtomobili saxlayıb yaxınlaşdıqlarını bildirmişdir. Xidməti vəsiqəsini göstərməklə polis əməkdaşı olduqlarını və qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olmasını bildirdiklərini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa çıxarıb təqdim etməsini təklif etdiklərini, sonuncunun da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən üç manat pul, bir ədəd alışqan, bir ədəd bank kartı və bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş marixuana kütlələri elektron tərəzidə çəkilmiş və biri 7,02 qram, digəri isə 6,99 qram çəkidə olması müəyyən edilmiş, içi boş ağ rəngli zərfə qoyulub üzəri möhürlənmiş, qeydlər aparıldıqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. “Samsung” markalı mobil telefon və bank kartı isə götürülmüşdür. Sonra İmişli RPŞ-yə gəldiklərini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə özünə məxsus narkotik vasitə qurudulmuş marixuana kütləsi olması barədə ikinci bir əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı yenidən 01 sentyabr 2025-ci il tarixdə qəbul edilmiş “Təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında” qərara uyğun olaraq o, İmişli RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, İmişli RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 ilə birlikdə İmişli rayonu, Murğuzallı kəndi istiqmətində, Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı ev istiqamətində hərəkət etdiklərini bildirmişdir. Videoçəkilişi isə İmişli RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid3 aparmışdır. Əməliyyat tədbirinin başlaması ilə bağlı videoçəkiliş İmişli RPŞ-nin həyətində başlasa da videokameranın yaddaşının dolmaması üçün çəkilişin Təqsirləndirilən şəxs yaşadığı evdə davam etdirələcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə çatdıqlarını, evin həyətyanı sahəsindəki yardımçı tikilidən heç bir qanunsuz əşya aşkar edilmədiyini bildirmişdir. Evə baxış zamanı isə qonaq otağında olan çarpayının üzərindəki döşəyin altında olan bir ədəd “Sobranie” markalı siqaret qutusundakı kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar etdiklərini bildirmişdir. Bundan başqa evdən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin kibrit qutusunda olan marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin qutu qarışıq 3,32 qram olması müəyyən edilmişdir. İçi boş ağ rəngli zərfə qoyulmuş və möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra İmişli RPŞ-yə qayıtdıqlarını bildirmişdir. Orada müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən və yaşadığı evdən aşkar edilən narkotik vasitə marixuana kütlələri yenidən elektron tərəzidə çəkilmiş və qablaşdırılıb üzəri möhürləndikdən sonra üzəri imazalanması üçün iştirakçılara təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin marixuana kütlələrini 2025-ci ilin iyun ayında Bakı şəhərindən özünün istifadəsi üçün əldə etdiyini bildirmiş, lakin bu istiqamətdə ƏAT davam etdirilsə də müsbət yönümlü əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, əlavə əməliyyat məlumat daxil olduğu üçün onun yaşadığı evə baxış keçirilmişdir. Özünün deməsinə görə istifadə etmək məqsədi ilə Bakı şəhərindən tanımadığı şəxsdən əldə etmişdir. Həmin şəxsin kim olduğunu bildirməmişdir. Bununla bağlı əməliyyat tədbirləri keçirilmiş lakin həmin şəxsin kim olduğu məlum olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, özü rəsmi olaraq İmişli RPŞ-nin KTQ-nun baş inspektoru vəzifəsində xidmət edir, polis mayorudur. İmişli rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti, düşmənçiliyi və ya ümumiyyətlə münasibəti olmamışdır. 01 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evdə narkotik vasitə əldə etməsi, gəzdirməsi və saxlaması ilə bağlı daxil olmuş məlumatla bağlı 01 sentyabr 2025-ci il tarixdə, saat 15 radələrində onun tərəfindən videoçəkiliş aparılmaqla İmişli RPŞ-nin CABın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, İmişli RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid4 və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı ev istiqamətində hərəkət etdiklərini bildirmişdir. Əməliyyat tədbirinin başlaması ilə bağlı videoçəkiliş İmişli RPŞ-nin həyətində başlasa da videokameranın yaddaşının dolmaması üçün çəkilişin Təqsirləndirilən şəxs yaşadığı evdə davam etdiriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə çatdıqlarını, evin həyətyanı sahəsindəki yardımçı tikilidən heç bir qanunsuz əşya aşkar edilmədiyini, evə baxış zamanı isə qonaq otağında olan çarpayının üzərindəki döşəyin altında olan bir ədəd “Sobranie” markalı siqaret qutusundakı kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar etdiklərini bildirmişdir. Bundan başqa evdən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin kibrit qutusunda olan marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin qutu qarışıq 3,32 qram olması müəyyən edilmişdir. İçi boş ağ rəngli zərfə qoyulmuş və möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra İmişli RPŞ-yə qayıtdıqlarını, orada müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığını, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilən narkotik vasitə marixuana kütlələrinin yenidən elektron tərəzidə çəkildiyini və qablaşdırılıb üzəri möhürləndikdən sonra üzəri imazalanması üçün iştirakçılara təqdim edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlayarkən üzərində iki karopka kibirit qutusunda marixuanaya bənzər kütlə narkotik vasitə olmuşdur. Şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Şahid5 məhkəməyə teleqramla müraciət edərək xəstə olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, o, İmişli rayonu ərazisində özünə məxsus “Opel” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur, heç bir yerdə rəsmi işləmir. ***-***-**-** saylı mobil nömrə onun istifadəsindədir. Təqsirləndirilən şəxs da tanıdığını, münasibətinin yaxşı olduğunu, sonuncu ilə heç bir ədavəti və ya düşmənçiliyinin olmadığını bildirmişdir. O da əslən İmişli rayonu, Murğuzallı kəndindəndir. Hətta uzaqdan-uzağa Orxanla qohumluğu vardır. Orxanın narkotik vasitə istifadçisi olması haqqında məlumatı olduğunu, lakin sonuncunu narkotik istifadə edən vaxt görmədiyini bildirmişdir. Sadəcə rayon ərazisində olan söhbətdən eşitmişdir. O, özü də heç vaxt narkotik vasitə istifadə etməmiş, narkotik vasitə istifadə edən şəxslərlə də münasibəti olmamışdır. Həmin sms mətnini isə xatırlamır. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün çox adamla ünsiyyətdə olur. Ola bilsin ki, ortaq tanışlarından kimsə onun telefonu vasitəsilə Orxana sms yazmışdır. Çünki, dəfələrlə olub ki, onun mobil telefonu ilə başqa şəxslər ondan icazə alıb ortaq tanışlarına sms yazıb və ya zəng etmişdir. Ola bilsin ki, bu da həmin sms mətnlərindən biri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, İmişli rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis leytenantıdır. İmişli rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir ədavəti, düşmənçiliyi və ya ümumiyyətlə münasibəti olmamışdır. 01 sentyabr 2025-ci il tarixdə icraatına qeyri-aşkar, dəqiq, qərəzsiz və etimad doğuran mənbədən xx.xx.1998-ci ildə İmişli rayonu, Murğuzallı kəndində anadan olmuş, AR vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, məhkum olunmamış, subay, İmişli rayonu, Murğuzallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və üzərində daşıması barədə məlumat daxil olmuşdur. Həmin əməliyyat məlumatının realizəsi ilə bağlı olaraq 01 sentyabr 2025-ci il tarixdə qəbul edilmiş “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında” qərara uyğun olaraq o, İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və İmişli RPŞnin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə həmin gün saat 14 radələrində İmişli rayonu Murğuzallı kəndi istiqamətində hərəkət etdiklərini bildirmişdir. Videoçəklişin müşayiəti ilə əməliyyat tədbirinə başladıqlarını və kənd yolunda avtomobillə hərəkətdə olan zaman Təqsirləndirilən şəxs yolun kənarı ilə piyada hərəkətdə olduğunu müəyyən edib dərhal avtomobili saxlayıb yaxınlaşdıqlarını bildirmişdir. Xidməti vəsiqəsini göstərməklə polis əməkdaşı olduqlarını və qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olmasını bildirdiklərini qeyd etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa çıxarıb təqdim etməsini təklif etdiklərini, sonuncunun da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən üç manat pul, bir ədəd alışqan, bir ədəd bank kartı və bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmişdir. Başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Aşkar edilmiş marixuana kütlələri elektron tərəzidə çəkilmiş və biri 7,02 qram, digəri isə 6,99 qram çəkidə olması müəyyən edilmiş, içi boş ağ rəngli zərfə qoyulub üzəri möhürlənmiş, qeydlər aparıldıqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır. “Samsung” markalı mobil telefon və bank kartı isə götürülmüşdür. Sonra İmişli RPŞ-yə gəldiklərini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə özünə məxsus narkotik vasitə qurudulmuş marixuana kütləsi olması barədə ikinci bir əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı yenidən 01 sentyabr 2025-ci il tarixdə qəbul edilmiş “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında” qərara uyğun olaraq o, İmişli RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, İmişli RPŞ-nin CAB-ın axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ilə birlikdə İmişli rayonu, Murğuzallı kəndi istiqmətində, Təqsirləndirilən şəxs iştirakı ilə onun yaşadığı ev istiqamətində hərəkət etdiklərini bildirmişdir. Videoçəkilişi isə İmişli RPŞ-nin KTQ-nun baş inspektoru, polis mayoru Şahid3 aparmışdır. Əməliyyat tədbirinin başlaması ilə bağlı videoçəkiliş İmişli RPŞ-nin həyətində başlasa da videokameranın yaddaşının dolmaması üçün çəkilişin Təqsirləndirilən şəxs yaşadığı evdə davam etdirələcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evə çatdıqlarını, evin həyətyanı sahəsindəki yardımçı tikilidən heç bir qanunsuz əşya aşkar edilmədiyini bildirmişdir. Evə baxış zamanı isə qonaq otağında olan çarpayının üzərindəki döşəyin altında olan bir ədəd “Sobranie” markalı siqaret qutusundakı kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar etdiklərini bildirmişdir. Bundan başqa evdən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Həmin kibrit qutusunda olan marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin qutu qarışıq 3,32 qram olması müəyyən edilmişdir. İçi boş ağ rəngli zərfə qoyulmuş və möhürləndikdən sonra üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra İmişli RPŞ-yə qayıtdıqlarını bildirmişdir. Orada müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən və yaşadığı evdən aşkar edilən narkotik vasitə marixuana kütlələri yenidən elektron tərəzidə çəkilmiş və qablaşdırılıb üzəri möhürləndikdən sonra üzəri imazalanması üçün iştirakçılara təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin marixuana kütlələrini 2025-ci ilin iyun ayında Bakı şəhərindən özünün istifadəsi üçün əldə etdiyini bildirmiş, lakin bu istiqamətdə ƏAT davam etdirilsə də müsbət yönümlü əməliyyat məlumatı daxil olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1-2); şübhəli şəxsin tutulması haqqında 01 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 35-36); şəxsi axtarış aparılması haqqında 01 sentyabr 2025-ci il tarixli protokolun surətindən görünür ki, şəxsi axtarış süni işıqlandırılmış şəraitdə, İmişli RPŞ-nin inzibati binasında, İstintaq bölməsinə məxsus xidməti otaqda aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd kibrit qutusunun olduğu zərf açılmış və kibrit qutularında olan narkotik vasitə marixuana kütlələri elektron tərəzidə çəkilmiş, bir ədə kibrit qutusunun çəkisi 6,95 qram, digər kibrit qutusunun çəkisi isə 7,09 qram olması müəyyən edilmişdir. Sonra həmin kibrit qutuları ağ rəngli içi boş zərfdə yenidən qablaşdırılıb üzəri möhürləndikdən sonra imzalanması üçün iştirakçılara təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs yaşadığı evdəbn aşkar edilmiş və içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunun olduğu zərf açılmış və həmin kibrit qutusu elektron tərəzidə çəkilmiş, çəkisinin 3,32 qram olması müəyyən edilmişdir. Sonra həmin kibrit qutusu içi boş ağ rəngli zərfə qoyulmuş və üzəri möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş "Samsung A6" markalı mobil telefona baxış keçirilmiş, telefonun giriş kodu “**********” olmuş, üzərində isə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrənin öz adına qeydiyyata alınmasını, ***- ***-**-** saylı mobil nömrənin qohumunun adına qeydiyyata alınmasını, ***-***-**-** saylı mobil nömrəni son dörd il ərzində özü istifadə etdiyini bildirmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd "Samsung A6" markalı mobil telefon və bir ədəd plastik “Birbank” kartı götürülmüşdür (i.v. 42-43); Mobil telefona baxış keçirilməsi haqqında 03 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, mobil telefonun "Whatsap" bölməsinə baxış keçirilmişdir. Baxış zamanı “Murad Rayon” adı yazılmış ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2025-ci il tarixdə “das neynemek olar otla barter” mətnində mesaj göndərilmişdir (i.v. 79-81); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18/633 nömrəli 02 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış kağız paketdə 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi-4,26 qram, 4,02 qram, ümumi çəkisi-8,28 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs evindən..” sözləri yazılmışkağız paketdə 01 ədəd siqaret qutusunda olan 01 ədəd kibrit qutusunda təmiz çəkisi-0,12 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinden kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş narkotik vasitə qurudulmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidirlər (i.v. 52-55); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 67-68); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 03 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 82-84); İmişli RİHB-nın Murğuzallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-53-12-16/2N177 nömrəli arayışdan görünür ki, Rəşli X3 rayonu, Murğuzallı kəndində qeydiyyatdadır (i.v. 99); İmişli RİHB-nın Murğuzallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-53-12-16/2N176 nömrəli arayışdan görünür ki, İmişli rayonu, Murğuzallı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə tərkibi arvadı X2 ibarətdir (i.v. 100); İmişli rayon İcra Hakimiyyətinin başçısının Murğuzallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (i.v. 101); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 137); Məhkəmə-narkoloji ekspertizasının 6216 nömrəli 07 oktyabr 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 150-151); Sübutların qiymətləndirilməsi haqqında 23 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyi ilə bağlı ayrıca icraata material ayrılıb İmişli rayon prokurorluğuna göndərilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahid ifadələri, "ƏAT keçirilməsi, vətəndaşın saxlanması və üstünün yoxlanması haqqında", "ƏAT keçirilməsi, vətəndaşın saxlanması və yaşadığı evə baxış üstünün yoxlanması haqqında", şəxsi axtarış aparılması haqqında, mobil telefona baxış keçirilməsi haqqında protokollar, məhkəmə-bioloji ekspertizasının 02 sentyabr 2025-ci il tarixli 18/633 nömrəli, təkbaşına məhkəmə-narkoloji ekspertizasının 07 oktyabr 2025-ci il tarixli 6216 nömrəli rəyləri, "ƏAT keçirilməsi, vətəndaşın saxlanması və üstünün yoxlanması haqqında", "ƏAT keçirilməsi, vətəndaşın saxlanması və yaşadığı evə baxış keçirilməsi haqqında", şəxsi axtarış aparılması haqqında, "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş CD disklər sübut növü kimi qiymətləndirilsin, Təqsirləndirilən şəxs aşkar edilmiş 8,40 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı 8,34 qram təmiz çəkisi maddi sübut kimi tanınsın və İmişli RPŞ-nin "Maddi sübutların saxlanması otağına" təhvil verilmişdir (i.v. 153-162); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında » Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109 və 109.1-ci qrafasına əsasən təmiz çəkisi 4,40 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdarda hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 01 sentyabr 2025-ci il tarixdən 03 sentyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 02 ədəd kibrit qutusunda ümumilikdə ilkin təmiz çəkisi 8,40 qram olan, tədqiqatdan sonra qalıq qalmış 8,34 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 31.95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - İmişli rayonu, Murğuzallı kəndi ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(036)-90/2025) qərarını icra edərək, xx.xx.2025ci il tarixli, 001920 saylı orderə əsasən vəkil Müdafiəçi ona vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 (səkkiz) saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 sentyabr 2025-ci il tarixdən 03 sentyabr 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş ay) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu, Murğuzallı kəndi ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, İmişli rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq cəza müddətində Təqsirləndirilən şəxs narkomaniyadan müalicə olunması üçün barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd kibrit qutusunda ümumilikdə ilkin təmiz çəkisi 8,40 qram olan, tədqiqatdan sonra qalıq qalmış 8,34 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 04 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 31.95 (otuz bir manat doxsan beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar