Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-91/2025 09.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1974-cü ildə Kürdəmir rayonu, Sor-Sor kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Sor-Sor kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1983-cü ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirimələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək müxtəlif şəxslərdən aldıqları xəstə, yaşlı malqaranı İmişli rayonu, Qaralar kəndində yerləşən fərdi yaşayış evinin həyətində kəsərək həmin ət məhsullarını Zərərçəkmiş şəxs təzə, istehlak üçün tam yararlı ət məhsulları kimi təqdim etməklə onu aldatmış, bundan sonra aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən cinayətkar fəaliyyətin davamı olaraq fiziki-kimyəvi (göydaş reaksiyası) və orqanoleptik göstəricilərə görə təzəliyi şübhəli kimi qiymətləndirilmiş, birbaşa istehlak üçün deyil, bişmiş kolbasa və konserv məhsulları istehsalında xammal kimi istifadəsi mümkün hesab olunmuş 110 kiloqram ət məhsulunu 26 aprel 2025-ci il tarixdə İmişli rayonu, Qaralar kəndində yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs 1100 manata satmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək müxtəlif şəxslərdən aldıqları xəstə, yaşlı mal-qaranı İmişli rayonu, Qaralar kəndində yerləşən fərdi yaşayış evinin həyətində kəsərək həmin ət məhsullarını Zərərçəkmiş şəxs təzə, istehlak üçün tam yararlı ət məhsulları kimi təqdim etməklə onu aldatmış, bundan sonra aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən cinayətkar fəaliyyətin davamı olaraq fiziki-kimyəvi (göydaş reaksiyası) və orqanoleptik göstəricilərə görə təzəliyi şübhəli kimi qiymətləndirilmiş, birbaşa istehlak üçün deyil, bişmiş kolbasa və konserv məhsulları istehsalında xammal kimi istifadəsi mümkün hesab olunmuş 210 kiloqram ət məhsulunu 05 may 2025-ci il tarixdə İmişli rayonu, Qaralar kəndində yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs 2100 manata satmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək müxtəlif şəxslərdən aldıqları xəstə, yaşlı mal-qaranı İmişli rayonu, Qaralar kəndində yerləşən fərdi yaşayış evinin həyətində kəsərək həmin ət məhsullarını Zərərçəkmiş şəxs təzə, istehlak üçün tam yararlı ət məhsulları kimi təqdim etməklə onu aldatmış, bundan sonra aralarında olan razılaşmaya və rol bölgüsünə əsasən cinayətkar fəaliyyətin davamı olaraq istehlak üçün uyğunsuz olan, tərkibində dünyada ən çox qida zəhərlənməsi hallarına, ishal, qızdırma, ürəkbulanma, qusma və qarın boşluğunda kəskin ağrılara səbəb olan simptomları olan bakteriya qrupu hesab olunan “Salmonella” aşkar edilmiş 600 kiloqram ət məhsulunu 12 may 2025-ci il tarixdə İmişli rayonu, Qaralar kəndində yerləşən fərdi yaşayış evinin həyətində Zərərçəkmiş şəxs 6000 manata satmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri özlərinin etirafedici ifadələri ilə yanaşı zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib yuxarıda təsvir olunan cinayət əməllərini törətdiyini etiraf edərək törətmiş olduğu cinayət əməlindən peşman olduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəməklə sonuncu ilə barışıq əldə etdiyini və vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib yuxarıda təsvir olunan cinayət əməllərini törətdiyini etiraf edərək törətmiş olduğu cinayət əməlindən peşman olduğunu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vurmuş olduğu maddi ziyanı tam şəkildə ödəməklə sonuncu ilə barışıq əldə etdiyini və vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Əvvəl keçirilmiş məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, yaşadığı ərazidə fəaliyyət göstərən kafelərdən birini icarəyə götürmək qərarına gəlmiş və işə yeni başlayacağı üçün münasib qiymətə ət axtarmışdır ki, ziyanı az olsun. Bir müddət axtarsa da, Bakıda ucuz qiymətə ət tapa bilməmişdir. Bu barədə ona məsləhət görülmüşlər ki, İmişli rayonundan ucuz mal əti almaq mümkündür, çünki həmin rayonun əhalisinin əksəriyyəti heyvandarlıqla məşğul olur. İmişli rayonunda kimdən ət ala biləcəyini soruşanda ona Mayis adlı şəxsin adı verilmiş və Mayisin Şahin adlı şəxs ilə birlikdə işlədiyi bildirilmişdir. O, soraqlaşaraq onlarla əlaqə yaratmışdır. Onlarla İmişli rayonunda görüşəndə icarəyə kafe götürmək istədiyini və buna görə ucuz və keyfiyyətli ət axtardığını bildirmişdir. Onlara demişdir ki, əgər əti ona ucuz qiymətə versələr, onların daimi müştərisi olacaqdır. Onlar isə həm birdəfəyə çox ət alacağına, həm də daimi müştəriləri olacağına görə ətin kiloqramını orta bazar qiymətindən ucuz, yəni 10 manata satacaqlarını bildirmişlər. O, ətlərin keyfiyyəti barədə soruşduqda Mayis və Şahin demişdir ki, heç bir problem yoxdur və ətlər tərtəmiz təzə mal ətidir. Həmçinin bildirmişlər ki, kəsdikləri heyvanlar onların öz saxladıqları heyvanlardır. Ona görə o, həmin şəxslərin sözlərinə inanmış və ətləri onlardan almaq qərarına gəlmişdir. 26 aprel 2025-ci il tarixdə Mayis və Şahinlə İmişli rayonu, Qaralar kəndində görüşərək onlardan təxminən 110 kiloqram dana əti almışdır. Ətlərin keyfiyyəti barədə maraqlandıqda Mayis və Şahin bildirmişdir ki, ətlər keyfiyyətli, təzə kəsilmiş dana ətidir. Həmin görüşdə o, Mayisə 1100 manat pul vermişdir. Kafedə təmir işləri getdiyi üçün hələ işə başlaya bilməmişdir. Planı işə başlayana qədər kifayət qədər ərzaq, o cümlədən ət toplamaq imiş. Aldığı ətləri yaşadığı həyətdə soyuducuda saxlamışdır. Daha sonra ətlərin az olduğunu düşündüyü üçün kafe açılana qədər daha çox ət almaq məqsədilə 05 may 2025-ci il tarixdə yenidən İmişli rayonu ərazisində Mayis və Şahinlə görüşərək onlardan təxminən 210 kiloqram dana əti almışdır. Həmin vaxt Mayisə 2100 manat pul vermişdir. Əti alarkən keyfiyyəti barədə maraqlandıqda Mayis və Şahin yenə də bildirmişlər ki, ətin heç bir problemi yoxdur, tam keyfiyyətli dana ətidir. Həmin ətləri də əvvəl aldıqları ətlərlə birlikdə soyuducuda saxlamışdır. İkinci dəfə ət alanda demişdir ki, bir qədər pul toplaya bilsə, növbəti səfərdə yenə ət alacaqdır, o zaman təxminən 3 dananın ətini alacağını bildirmişdir. Kafenin təmir işləri bir qədər uzandığından hələ də işə başlaya bilməmişdir. Təxminən 2025-ci ilin may ayının 10-u ailə üzvləri ilə birlikdə yaşadıqları həyətdə Mayis və Şahindən aldığı ətlərdən bir qədər özləri üçün bişirmək qərarına gəlmişdir. Ətləri soyuducudan çıxarıb buzunu əridərkən onların rənginin təzə ət rəngi olmadığını, nisbətən qaralmış olduğunu və üzərində qara nöqtələrin mövcud olduğunu, həmçinin ətin çox möhkəm olduğunu görmüşdür. Bu halda ətləri yenidən soyuducuya qoymuş və istifadə etməmişdir. O, həmin ətin xəstə, köhnə və ya qoca heyvanın əti olduğundan şübhələnmişdir. Bu səbəbdən o, hesab etmişdir ki, Mayis və Şahin onu aldadaraq keyfiyyətli mal əti adı ilə ona keyfiyyətsiz ət satmışdır. Buna görə də 12 may 2025-ci il tarixdə başına gələn hadisə barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat vermişdir. Həmçinin o, həmin şəxslərə demişdir ki, bir neçə gün sonra onlardan 500–600 kq da ət alacaqdır. Onların əməllərinin ifşa edilməsi və barələrində qanuni tədbir görülməsinin təmin edilməsi məqsədilə polis orqanı ilə əməkdaşlıq etmiş və 13 may 2025-ci il tarixdə Mayis və Şahinin ona ət satdığı İmişli rayonu, Qaralar kəndinə getmişdir. Orada onlardan 6000 manat müqabilində 600 kiloqram ət almışdır. Həmin ətləri ona təmiz, heç bir problemi olmayan ət kimi təqdim etmişlər. Həmin ətlər polis əməkdaşları tərəfindən müvafiq ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona ümumilikdə 9200 manat məbləğində maddi ziyan vurmuşlar. Hazırda ona vurulmuş maddi ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam şəkildə ödənilmişdir və onun sonunculara qarşı heç bir şikayəti və tələlbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun kəndçisi olmuşdur. Şahin həm mal-qara satışı ilə məşğul olmuş, həm də qəssab kimi çalışmışdır. Onlar təxminən 2025-ci ilin aprel ayının sonlarında Qaralar kəndində qarşılaşmışdır. Həmin zaman Şahin ondan işləyibişləmədiyini soruşmuşdur. O isə Şahinə bildirmişdir ki, hazırda işləmir və iş axtarır. Şahin ona demişdir ki, münasib qiymətə heyvan alaraq kəsim edir, daha sonra həmin əti satışa çıxarır. Şahin onun əvvəllər qəssab kimi çalışdığını bildiyindən bu işdə ona kömək etməsini istəmiş və hər kəsilən 1 baş heyvana görə ona 20 manat verəcəyini bildirmişdir. 26 aprel 2025-ci il tarixdə Şahin ona zəng edərək heyvan kəsmək üçün İmişli rayonu Qaralar kəndində yerləşən yaşadığı həyət evinə dəvət etmişdir. Həmin ünvana çatdıqda görmüşdür ki, kəsiləcək 2 baş dana xəstə və qoca vəziyyətdədir, onlardan birinin ayağı da sınmışdır. Buna baxmayaraq, heç bir söz demədən heyvanların kəsilməsində iştirak etmişdir. Daha sonra, 05 may 2025-ci il tarixdə də həmin ünvanda 3 baş qoca heyvanın kəsilməsində iştirak etmiş və 20 manat əməkhaqqını alaraq evinə qayıtmışdır. Bundan əlavə, 12 may 2025-ci il tarixdə Şahin tərəfindən yenidən heyvan kəsmək üçün çağırılmışdır. Həmin gün o, qoca olan 4 baş dananın kəsilməsində iştirak etmişdir. Kəsim işləri başa çatdıqdan bir müddət sonra mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş və onlara həmin ünvanda xəstə və qoca heyvanların kəsilərək ətlərinin təzə ət adı ilə satışa çıxarılması barədə məlumat daxil olduğunu bildirmişdir. Daha sonra həmin şəxslər onları ünvana baxış keçirilməsi ilə bağlı qərarla tanış etmişdir. Nəticədə, həmin yaşayış sahəsinə baxış keçirilmiş və daha sonra izahatlarının alınması məqsədilə Baş İdarəyə dəvət olunmuşlar. O, sadəcə olaraq Şahinin təklifi ilə heyvanların kəsilməsi prosesində iştirak etmişdir. Hər kəsdiyi heyvana görə Şahin ona 20 manat pul vermişdir. Pula ehtiyacı olduğu üçün bu işi qəbul etmişdir. Heyvanları kəsərkən onların xəstə və qoca olduğunu görmüşdür. Lakin həmin ətlərin Şahin və Mayis tərəfindən kimə, hansı qiymətə və hansı adla satıldığından xəbərsiz olmuşdur. Müştərilərlə onun arasında heç bir söhbət və ya danışıq baş tutmamışdır. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifaədsində göstərmişdir ki, onun İmişli rayonunda yaşadığı həyətində qoca inəyi var imiş. Həmin heyvanı satmaq istəyirmiş. Həmin inəyi bazara çıxarmış, lakin onu alan olmamışdır. Ona görə Şahinlə əlaqə saxlamış və həmin ağ rəngli inəyin videosunu ona göstərmişdir. Bilirmiş ki, Şahin qoca heyvanların alışı və satışı ilə məşğul olur. Daha sonra qiymətdə razılaşmış və sonda həmin qoca inəyi kiloqramı təxminən 7-8 manatdan olmaqla 1050 manata Şahinə satmışdır. Həmçinin bir dəfə də əvvəllər qızdırması olan heyvanı var imiş ki, onu da Şahinə təklif etmişdir. Lakin həmin heyvan öldüyü üçün onu sata bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, ona məxsus olan inəyin gözləri görmürmüş və yemək yemirmiş. Ona görə də onu satmaq istəyirmiş. Şahinin mal-qara alış-satışı ilə məşğul olduğunu bildiyi üçün həmin heyvanı alması üçün ona təklif etmişdir. Lakin qiymətdə razılaşmadıqları üçün onu Şahinə sata bilməmişdir. Əvvəllər də bir neçə dəfə Şahinə satması üçün qoca heyvan vermiş və o da satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, əvvəllər İmişli rayonunda mal-qara alveri ilə məşğul olurmuş. Yəni ayrı-ayrı adamlardan mal-qara alıb üzərinə bir qədər pul qoymaqla satırmış. Şahinə şəklini göndərdiyi inəyi İmişli bazarından almışdır. Lakin onu yaşadığı həyətə aparanda ehtiyatsızlıq üzündən heyvanın ayağı çıxmışdır. Buna görə də onun bud hissəsi şişmişdir. Bilirmiş ki, Şahin həmin vəziyyətdə olan heyvanların alışı və satışı ilə məşğul olurmuş. Ona görə də Şahinə həmin heyvanın görüntüsünü göndərmişdir. Lakin qiymətdə razılaşmadıqları üçün həmin heyvanı sata bilməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 13 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 keyfiyyətsiz olması ehtimal edilən ət məhsullarının satışını həyata keçirdikləri İmişli rayonu, Qaralar kəndində yerləşən fərdi yaşayış evinin həyətinə daxil olan zaman Təqsirləndirilən şəxs1 orada ət kəsərək satışı ilə məşğul olduğunu, bir qədər əvvəl Zərərçəkmiş şəxs 6000 manatlıq ət satdığını bildirərək 30 ədəd 200 manatlıq pul əskinaslarını çıxararaq təqdim etmişdir. Həmin pul vəsaitlərinin əməliyyat xərci üçün ayrılmış və seriyaları müvafiq protokolda qeyd edilmiş pul əskinasları olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 satdığı ətləri həyətin arxa tərəfində kəsdiklərini, hazırda həmin ətlərin “Ford” markalı avtomobilin yük yerində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 **-LS-*** nömrə nişanlı “Ford” markalı avtomobilin yük yerində olan Zərərçəkmiş şəxs satdıqları ətləri təqdim edərək onların mal əti olduğunu bildirmişdir. Həmin ət məhsullarının çəkisinin 600 kiloqram olduğu müəyyən edilmişdir. Həmin ət məhsulları iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün müvafiq ekspertizanın təyin edilməsi məqsədilə götürülmüşdür (cild 1, vərəq 21-24); “Könüllü təqdim edilən ət məhsullarını götürmə haqqında” 13 may 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs araşdırmaya könüllü olaraq təqdim etdiyi, onun İmişli rayonu Qaralar kəndində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 26 aprel 2025-ci il tarixdə 1100 manata aldığı 110 kq və 05 may 2025-ci il tarixdə 2100 manata aldığı 210 kq ət məhsulları DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının həyətində götürülmüşdür (cild 1, vərəq 43); Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Bakı Regional Sınaq Laboratoriyasından daxil olmuş AZ-23130045/LAB02-255002-T nömrəli təhvil-təslim aktı, AZ-23130045/LAB 02-255002-T-5002 nömrəli sınaq protokolu və AZ-23130045/LAB02-255002-R nömrəli rəydən görünür ki, İmişli rayonu Qaralar kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində **-LS-*** dövlət qeydiyyat nişanlı “Ford Transit” markalı avtomobildən aşkar edilərək götürülmüş 600 kiloqram ət məhsullarından tədqiqat üçün hər biri 1 kiloqram olmaqla 0001, 0002 və 0003 nömrəli 3 ədəd nümunə götürülmüşdür. AZ- AZ- 23130045/LAB02-255002-T-5002 nömrəli sınaq protokoluna əsasən müayinəsi aparılmış 0003 nömrəli nümunədə mikrobioloji (Salmonella) uyğunsuzluq aşkar edilmişdir. Salmonella dünyada ən çox qida zəhərlənməsi hallarına səbəb olan bakteriya qrupu olub, onun Salmonella enterica növü 2500-dən çox serotipə malikdir. Salmonella entericanın Typhimurium and Enteritidis serotipləri insanlarda qastroenteritlə nəticələnən salmonellozis adlı xəstəlik törədir. Xəstəliyin simptomları ishal, qızdırma (38–39°C), ürəkbulanma, qusma və qarın boşluğunda kəskin ağrılar formasında üzə çıxır və yoluxmanın 6-72 saatı ərzində özünü göstərir. İmmun sistemi zəif olanlarda, uşaqlarda və yaşlılarda xəstəlik daha kəskin formada, nəcis və sidikdə qan, dəri səpkiləri, halsızlıq, baş ağrısı kimi simptomlarla özünü biruzə verir. Xəstəliyin davam etmə müddəti 4-7 gündür. Bu cür xəstələr müalicə olunmadıqda, bədənin şiddətli dehidratasiyası nəticəsində həyat üçün təhlükəli hala gətirib çıxara bilər. Yuxarıda deyilənləri nəzərə alaraq, sözügedən 0003 nömrəli nümunə istehlak üçün uyğunsuzdur (cild 1, vərəq 47-60); Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanmışdır (cild 1, vərəq 1); Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə X2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, vərəq 45); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, vərəq 188-190); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, vərəq 205-206); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 1, vərəq 218-220); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (cild 1, vərəq 235-236); Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törədikləri cinayət əməlləri, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, onların özünün etirafedici ifadələri, zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, habelə digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə düzgün tövsif edilmiş və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Lakin iş materiallarından görünür ki, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunmaları üçün əsaslar mövcuddur. Belə ki, cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada vermiş olduğu ərizəsindən görünür ki, cinayət nəticəsində sonuncuya vurulmuş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənilmişdir. Bundan əlavə cinayət işi materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, CHDP**********96 nömrəli mədaxil qəbzindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 2302,30 (iki min üç yüz iki manat otuz qəpik) manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cinayət təqibinə xitam verilməli və onlar cinayət məsuliyyətindən azad edilməlidirlər. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin “maddi sübutların saxlanma kamerası”nda saxlanılan 01 ədəd “Xiaomi Redmi 9C” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs2 qaytarılmalı, iş üzrə maddi sübut kimi "xxxx" MMC-nin anbarında saxlanılan 925,9 kq iribuynuzlu heyvan əti məhv edilməli, Təqsirləndirilən şəxs1 14 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi1 154 (bir yüz əlli dörd) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və Təqsirləndirilən şəxs2 14 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi2 154 (bir yüz əlli dörd) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Təqsirləndirilən şəxs1 cinayət nəticəsində vurulmuş ziyanı tam ödədiyindən və vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş ziyanı tam ödədiyindən və vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 02 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin “maddi sübutların saxlanma kamerası”nda saxlanılan 01 ədəd “Xiaomi Redmi 9C” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə maddi sübut kimi "xxxx" MMC-nin anbarında saxlanılan 925,9 kq iribuynuzlu heyvan əti məhv edilsin. Təqsirləndirilən şəxs1 14 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi1 154 (bir yüz əlli dörd) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 14 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi İmişli rayon vəkil bürosunun vəkili Müdafiəçi2 154 (bir yüz əlli dörd) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev