Məhkəmə qərarları › İş №1(036)-92/2022

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-92/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-92/2022 03.10.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1996-cı il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər İmişli rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından on beş faiz dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına, həmin Məhkəmənin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 221.3 və 228.4; 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 178.2.1 və 178.2.2; 66.5-ci maddələri ilə 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına və İmişli rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli hökmü ilə AR CM-nin 170.1, 177.2.1, 177.2.3, 66.2, 66.5-ci maddələri ilə qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 3 ay 5 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, İmişli şəhəri, Xiyabani küçəsi ev 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama niyyəti ilə, 19 iyun 2022-ci il tarixində gecə saat 04 radələrində İmişli şəhəri, H.Cavid küçəsi ev 39 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan keçərək daxil olmuş, həmin evin pəncərəsindən qanunsuz evə daxil olaraq ümumilikdə dəyəri 1500 manat olan 01 ədəd qızıl boyunbağı və 2900 manat nağd pulu gizli yolla talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 4400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 18 iyun 2022-ci il tarixdə saat 19 radələrində İmişli şəhəri, H.Cavid küçəsində yaşayan dostu Əhliman Həsənovun evinə getmiş, onunla oturub söhbət etdikdən sonra saat 23 radələrində yaşadığı evinə qayıtmaq üçün sonuncunun evindən çıxmışdır. Həmin vaxt darvazadan çölə çıxdıqda Əhlimangillə üzbəüz qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin işıqlarının sönülü və darvazasında kilid olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra o, evinə gəlib qonşuluqda olan şəxslər yatsın deyə təxminən 4-5 saat gözləmişdir. 19 iyun 2022-ci il tarixdə gecə saat 04 radələrində o, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin darvazasının yanından hasardan tullanmaqla həyətə keçmişdir. Həmin vaxt evin giriş qapısının sağ tərəfində yerləşən mətbəxin plastik pəncərəsini itələyərək açıb mətbəxə, oradan isə qonaq otağına daxil olmuşdur. Qonaq otağında heç bir şeyə əl vurmayıb sağ tərəfdən birinci yataq otağına keçmişdir. Orada isə çarpayının sağ tərəfində yerləşən dolabın birinci çəkməsini açıb orada olan qabın içərisindən 01 ədəd qızıl boyunbağını götürmüşdür. Bundan sonra həmin otaqda olan paltar şkafının qapısını açmış və orada telefon qutusu görmüşdür. Telefon qutusunun içərisində telefon olduğunu zənn edib götürmüş və qutunu açarkən qutunun arxasında olan 2900 manat pul yerə tökülmüşdür. O, pulu götürüb qutunu əvvəlki yerinə qoymuşdur. Bundan sonra evin digər otaqlarına keçməyib evə daxil olduğu mətbəxin pəncərəsindən həyətə, daha sonra isə hasardan tullanıb küçəyə çıxmışdır. 19 iyun 2022-ci il tarixdə saat 08 radələrində tanımadığı taksi sürücüsü ilə Bakı şəhərində yaşayan bibisi Gülbənizin yanına gedib iki gün orada qalmışdır. Həmin pulun 1500 manatını paltar və digər şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra onu İmişli rayon polis şöbəsindən axtardıqlarını eşidib etdiyi oğurluqla bağlı bibisi Gülbənizə demişdir. Sonra bibisi Gülbəniz onun Zərərçəkmiş şəxs vurduğu 2900 manat maddi ziyanını və oğurladığı 01 ədəd qızıl boyunbağını sonuncuya qaytarmışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə ifadəsi elan olunmuş zərər çəkmiş şəxsin və dindirilmiş şahidin ifadəsi, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə ifadəsi elan olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, 19 iyun 2022-ci il tarixdə yaşadığı evdə yataq otağında saxladığı 2900 manat pulun və 1500 manat dəyərində 01 ədəd qızıl boyunbağının yerində olmadığını görüb evi axtardıqdan sonra 20 iyun 2022-ci il tarixdə AR DİN-in 102 xidmətinə zəng edib oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 4400 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq ona vurulmuş maddi ziyanın tam ödənildiyini və hazırda Təqsirləndirilən şəxs heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 21 iyun 2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə qardaşı oğlu Təqsirləndirilən şəxslə birlikdə olarkən sonuncu ona 19 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs evindən 01 ədəd qızıl boyunbağı və 2900 manat nağd pul oğurladığını bildirmişdir. O, dərhal Zərərçəkmiş şəxslə danışaraq onunla görüşüb sonuncuya 2900 manat nağd pul və oğurlanmış 01 ədəd qızıl boyunbağını qaytarmışdır. İşdə olan 01 sentyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim olunmuş 01 ədəd qızıl boyunbağı (tros) 583 əyarlı olmaqla 15 qram çəkidədir. Həmin qızıl boyunbağının (tros) 19 iyun 2022-ci il tarixdə 01 qramı 90 (doxsan) manat olmaqla, orta bazar satış qiyməti 15x90=1350 (bir min üç yüz əlli) manat olmuşdur. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər İmişli rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından on beş faiz dövlət nəfinə tutulmaqla 01 il 06 ay müddətə islah işləri cəzasına, həmin Məhkəmənin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 221.3 və 228.4; 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 178.2.1 və 178.2.2; 66.5-ci maddələri ilə 03 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına və İmişli rayon Məhkəməsinin 30 iyul 2019-cu il tarixli hökmü ilə AR CM-nin 170.1, 177.2.1, 177.2.3, 66.2, 66.5-ci maddələri ilə qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 3 ay 5 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İşə əlavə edilmiş İmişli rayon İcra və Probasiya şöbəsinin 19 sentyabr 2022-ci il tarixli, 60150 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 3 ay 5 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin qərar 15 mart 2022-ci il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və cəza sona çatdığı üçün 16 may 2022-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs qanunvericiliklə məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətmiş və bununla da cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsini AR CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini və zərər çəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 27 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar