Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-92/2025 22.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, 12 fevral 2000-ci ildə İmişli rayonu, Məhəmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Məhəmmədli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ki, o, 12 aprel 2025-ci il tarixdə, saat 22:30 radələrində idarə etdiyi “QAZ-2705” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli-Bəhrəmtəpə avtomobil yolunun Rəsullu kəndi ərazisindən keçən hissəsində İmişli rayonu, Məhəmmədli kəndi istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan və Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə nəzərdə tutulan hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqolun və narkotik vasitənin təsiri altında 50-55 km/saat sürətlə hərəkətdə olarkən hərəkət istiqamətində görmə şəraitini nəzərə almalı və hərəkət üçün təhlükə yarandığını andan nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbləri ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, yolun sol cinahından sağ cinahına çəpinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs vaxtında görməyərək cinayətkarcasına etinasızlıq etməklə 50-55 km/saat sürətlə avtomobilin ön tərəfi ilə Zərərçəkmiş şəxs vurub yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə ehtiyatsızlıqdan sonuncuya ənsə nahiyəsində yara, sağ təpə sümüyünün kəllə əsasına keçən sınığı, sol alın-təpə-gicgah-ənsə nahiyələrinin subdural hematoması, sağ kürək sümüyünün xətti sınığı, sağ İİ-İİİ qabırğa qövslərinin az yerdəyişmiş sınıqları, qasıq sümüyünün sınığından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İmişli rayonu mərkəzi bazarında meyvə satışı ilə məşğul olmuşdur. Onun özünə məxsus, atası Azər Mehdiyevin adına olan “Qazel 2” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır. Avtomobil idarə etməyi üçün sürücülük vəsiqəsi yoxdur. 12 aprel 2025-ci il tarixdə, axşam saat 01 radələrində Şəmkir rayonuna gedib 1000 kiloqram xiyar alıb həmin gün, saat 15 radələrində İmişli rayonuna gəlmişdir. Aldığı xiyarın 300 kiloqramını bazara satmaq üçün boşlatmışdır. 700 kiloqramı isə avtomobilin yük yerində qalmışdır. Bundan sonra evə gedib 2 saat istirahət etmişdir. Sonra isə rayon ərazisində olmuşdur. Həmin gün, axşam saatlarında Rəsullu kəndindən olan tanışı Əlizamanın toyu ilə bağlı ciyəraxşamına getmişdir. Orada 15-20 dəqiqə oturub, yemək yemədən durmuşdur. Bundan sonra İmişli şəhəri, A.Şadliniski küçəsində yerləşən “Bahar” adlı kafeyə Maksud, Elsun və Fəridlə birlikdə yeyib-içməyə getmişdir. Kafedə 0,7 litrlik araqdan 3 rumka içmiş, yerdə qalanı isǝ Maksud ilə Fərid içmişdir. Elsun sürücü olduğu üçün içki içməmişdir. O, kafeyə avtomobillə getməmiş, avtomobili Rəsullu kəndi ərazisində yerləşən “Oscar” yanacaq doldurma məntəqəsinin həyətində saxlamışdır. Onlar durduqda Elsun onu avtomobilinin yanında düşürtmüşdür. O, avtomobili ilə İmişli şəhəri istiqamətindən, Məhəmmədli kəndi istiqamətində 50-55 km/saat sürətlə hərəkətdə olarkən yolun sol cinahından sağ cinahına keçən, onun hərəkət istiqamətində, yolun hərəkət hissəsini çıxmağa 2 metr məsafəsi qalmış piyadanın dayandığını 1-2 metr məsafədən görmüşdür. Piyadanı gec görməyinə səbəb qarşıdan gələn nəqliyyat vasitəsinin işığının gözünə düşməsi olmuşdur. Piyadanı görən kimi dərhal əyləcdən istifadə etmişdir. Buna baxmayaraq avtomobili saxlaya bilməyib piyadanı vurmuşdur. Piyada yolun hərəkət hissəsinin ortasına düşmüşdür. O, dərhal avtomobili kənarda saxlayıb piyadanın yanına gəlmişdir. Piyadanı yanına gəldikdə tanışı Xəyal olmasını görmüşdür. Dərhal 103 xidmətinə zəng edib məlumat verərək hadisə yerinə təcilitibbi yardım avtomobilinin gəlməsini istəmişdir. Hadisənin təsiri altında olduğu üçün özündə olmamışdır. Təcili tibbi yardım avtomobili gəldikdən sonra Xəyalı xəstəxanaya aparmışlar. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. O, isə Xəyalın yaxınlarının aqressiv olması ehtimalını nəzərə alaraq rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun sürücülük hüququ yoxdur. O, ətraf rayonlara gedən sürücülük hüququ olan şəxslə getmişdir. Rayon ərazisində avtomobili özü idarə etmişdir. Ticarətlə məşğuldur. O, narkotik vasitələrdən istifadə etmir, lakin xəstə olduğu üçün narkotik tərkibli dərmanlardan istifadə edir. Həmin vaxt “Bahar” adlı kafedə üç rumka sipirtli içki qəbul etmişdir. Bundan sonra evə gedərkən Rəsullu kəndi ərazisində qarşı tərəfdən avtomobil gəlmiş və onun işığı gözünə düşdüyündən həmin şəxsi görməmişdir. Həmin vaxt avtomobili dayandırmaq istəmiş lakin avtomobil yüklü olduğundan dayandıra bilməmişdir. Bundan sonra həmin şəxsin avtomobilin ön hissəsi ilə vurmuşdur. Avtomobil atasına məxsusdur və avtomobili idarə edərkən atasının məlumatı olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Özü də “Vətən Müharibəsi” iştirakçısıdır, müxtəlif medallarla təltif edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, həmin vaxt özündə olmamışdır. Ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin bağışlanması xahiş etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, 12 aprel 2025-ci il tarixdə, saat 18 radələrində qaynatası Əlbaratın qardaşı oğlunun toy axşamına getmişdir. Həmin gün, saat 23 radələrində tanışları ona zəng edərək rayon ərazisində çayxanaya çağırmışlar. O, isə tanışlarına toyda olduğunu deyib getməkdən imtina etmişdir. Bundan sonra kənd ərazisində, magistral yolun üzərində yerləşən marketdən siqaret almaq üçün getmişdir. Yolun kənarına çatdıqda yolun sol və sağ tərəflərinə baxmışdır. Yolda hərəkət edən avtomobil görməmişdir. Bundan sonra yolu keçməyə başlamışdır. Asfalt yolu keçib qurtarmağa az məsafə qalmış zəif işıqla gələn avtomobil görmüşdür. Həmin vaxt avtomobili neçə metr məsafədən gördüyünü xatırlamamışdır. Ani vaxt ərzində avtomobil onu vurmuşdur. Daha sonra isə baş verənləri xatırlamamışdır. O, hadisə baş verən zaman spirtli içki, narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlamaq və icraata qəbul etmək haqqında 20 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə cinayət işi başlanılmış, iş icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 12 aprel 2025-ci il tarixli protokoldan, sxemdən və fotocədvəldən görünür ki, hadisə İmişli-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu, Rəsullu kəndindən keçən hissəsində baş vermişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Qazel” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhərindən, İmişli rayonu, Məhəmmədli kəndi istiqamətində 50-55 km/saat sürətlə hərəkətdə olmuşdur. Avtomobilin arxa yük yerində 700 kiloqram çəkidə yük olmuşdur. Avtomobildə sərnişin olmamışdır. Yolun eni 7,0 metr, hərəkət hissəsinin eni isə 3,5 metr olmuşdur. Hadisə Təqsirləndirilən şəxs hərəkəti isqamətində olmuşdur. Təqsirləndirilən şəxs 2,0 metr məsafədən piyadanın yoldan 1-2 metr kənarda, öz hərəkəti istiqamətində dayandığını görmüşdür. Piyada Zərərçəkmiş şəxs “Qazel” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili üçün hərəkətdə yerləşən sağ tərəfdən çəpinə olmaqla iti yerişlə, yolun sol cinahından istiqamətdə 5,50 metr, sağ cinahından isə 1,80 metr məsafədə vurulmuş, daha sonra həmin piyada vurulduğu nöqtədən 22 metr məsafədə irəli düşməklə asfalt yolun ortasına düşmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı, “Qazel” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili hadisə zamanı Təqsirləndirilən şəxs idarə etmişdir (i.v. 5-16); 13 aprel 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs 0,155 promil spirtli içki qəbul etmişdir (i.v. 23-25); avtomobilə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 13 aprel 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən avtomobil “Qazel” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobil 2004-cü ilin buraxılışı olmaqla, açıq göy rəngdədir. Avtomobilin ban nömrəsi isə **********2970-dir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, avtomobil X5 mülkiyyətindədir. Avtomobilin dövlət nömrə nişanları avtomobilin üzərindədir. Avtomobilin salonu və bayır kuzov hissəsi qismən çirkli vəziyyətdədir. Avtomobilin ön alın şüşəsi çartlamış, sol şüşəs silənlər sınaraq yerindən qopmuş, kapot və radiator barmaqlığı əzilmiş vəziyyətdədir. Avtomobilin salonun və ya saxlanc yerində qızıl-zinət və hər hansı bir dəyərli əşa yoxdur (i.v. 35); nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən “Qazel” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsindən görünür ki, həmin nəqliyyat vasitəsinin sahibi X2r (i.v.36); "xxxx" MMC-dənd axil olmuş 13 aprel 2025-ci il tarixli, 77 nömrəli zərər aktından görünür ki, “Qazel” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 405 (dörd yüz beş) manat məbləğində maddi ziyan dəymişdir (i.v.41); Məhkəmə tibbi-kimyəvi ekspertizasının 30 aprel 2025-ci il tarixli, 1480/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsinin təkribində çətənə bitkisindən alınan və təbii mənşəlıi narkotik vasitə hesab edilən 9-Tetra-hidro kannabionolun metaboliti olan 0,062 mq/l tetra hidro kannabinol turşusu (THC-COOH) aşkar edildi. Metil, etil, propil, butil, amil spirtiləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenialkilamin qurupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədi (i.v.50-54); Məhkəmə tibbi-kimyəvi ekspertizasının 30 aprel 2025-ci il tarixli, 1481/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsnin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkalodilər (həmçinin tiryək qrupu), fenialkilamin quruouna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1, 4-benzodiazepin törəmələri, salisilatllar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (i.v.59-61); Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2025-ci il tarixli, 8/1179 nömrəli rəyindən görünür ki, “QAZ-2705” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzlu olmuşdur (65-69); Məhkəmə-tibbi ekspertizasının 07 avqust 2025-ci il tarixli 403 nömrəli rəyindən görünür ki, X7 bədəni üzərində - ənsə nahiyəsində yara, sağ təpə sümüyünün kəllə əsasına keçən sınığı, sol alın-təpə-gicgah-ənsə nahiyələrinin subdular hematoması, sağ kürək sümüyünün xətti sınığı, sağ İİ-İİİ qabırğa qövslərinin az yerdəyişmiş sınıqları, qasıq sümüyünün sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, 12 aprel 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində piyadanın avtomobillə vurulması nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir (71-73); zərərçəkmiş şəxs qismində tanınma haqqında 20 avqust 2025-ci il tarixli qərardan görünür ki, X8 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 74); İmişli Rayon İcra Hakimiyyəti Başçısının Rəsullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 541 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs İmişli rayonu, Rəsullu kəndində yaşayır (i.v. 90); İmişli Rayon İcra Hakimiyyəti Başçısının Rəsullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 538 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə bağlı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır (i.v. 91); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il sınaq müddəti ilə əvəz edilmişdir (i.v. 92-93); Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2025-ci il tarixli 1(099)-237/2025 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi və 1 (bir) il sınaq müddəti müəyyən edilməsi qət edilmişdir (i.v. 95-106); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" X15 xx.xx.2023-cü il tarixli həkim psixiatrik komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinın 17 fevral 2023-cu il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq Təqsirləndirilən şəxs Respublika Psixiatiya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və Nevrasteniya F 48.0 diaqnozu verilmişdir (i.v. 128); Azərbaycan Respublikası Medalının İ-9232 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (i.v. 131); Azərbaycan Respublikası Medalının İ-10227 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (i.v. 132); Azərbaycan Respublikası Medalının İ-5702 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (i.v. 132); Azərbaycan Respublikası Medalının İ-9063 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (i.v. 133); Azərbaycan Respublikası Medalının İ-42367 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur (i.v. 133); Azərbaycan Respublikası Medalının İ-3901 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur (i.v. 133); Zərərçəkmiş şəxs X3 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Sübutların qiymətləndirilməsi haqqında 13 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində yol nəqliyyat hadisəsi yerindən qaçma cinayətinin tərkibi müəyyən olunmadığından onun barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbacan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibi rədd edilmiş, qeyd edilənlərə əsasən X4 barəsində Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötəri qərarın surəti İmişli rayon polis şöbəsinin DYPB-ə göndərilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi "QAZ-2705" markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin cinayət işi üzrə maddi sübut kimi tanınmalı və məhkəməyə qədər saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmış, ibtidai istintaq zamanı bəzi sənədlərdə Zərərçəkmiş şəxs adı "Ağa" kimi qeyd edildiyindən onun adı şəxsiyyət vəsiqəsinə uyğun olaraq oxunmuş, ibtidai istintaq müddətində hadisə yerinə baxış keçirilən zaman hadisə yerinin yaxınlığındakı marketə quraşdırılmış müşahidə kamerasından götürülmüş və hadisənin baş verməsini özündə əks etdirən 01 ədəd "DVD" disk və Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirən zaman qeydə alınmış görüntünü özündə əks etdirən 01 aded "DVD" disk sübut növü kimi qiymətləndirilməklə cinayət inayət işinin materiallarına əlavə edilmiş, cinayət işi üzrə alınmış şahid və zərərçəkmiş şəxsin ifadələri, şəxsinin özünün etirafedici ifadəsi, məhkəmə yol-nəqliyyat hadisələri, məhkəmə tibbi-kimyəvi və məhkəmə-tibbi ekspertizalarının rəyləri, hadisə yerinə və avtomobilə baxış keçirilməsi haqqında protokollar və digər istintaq hərəkətləri sənədələri, onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilsin və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.144-150); Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v 152-153); Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 14 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 178-179); İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Məhkum Təqsirləndirilən şəxs Lənkəran AC Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(099)-237/2025 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs təyin edilmiş 3 il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti hesab edilməklə 1 il sınaq müddəti müəyyən edilmişdir. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdək cəzasının 08 ay gününü çəkmiş, 04 ay çəkilməmiş cəzası qalmışdır. Vaxtlı vaxtında qeydiyyatdan keçməklə cəzasını çəkir. İcra məmurunun qanuni tələləblərini yerinə yetirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda- dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 71.4-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 27-ci bəndinə əsasən məhkəmə şərti məhkumetmənin saxlanması qərarına gələrsə hökmün təsviri əsaslandırıcı hissəsində bunu əsaslandırmalı, nəticəvi hissəsində isə birinci hökm üzrə şərti məhkumluğun müstəqil olaraq icra edilməli olduğunu göstərməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini (CM-59.1.11), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12), əməlindən səmimi peşmançılıq çəkməsini, vətən mübaribəsi iştirakçısı olmasını, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü” medalları ilə təltif edilməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa, məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin həmin cəza CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilmiş və 1 (bir) il sınaq müddəti müəyyən edilmişdir. Hazırkı cinayət əməli məhz həmin sınaq müddəti ərzində törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4-cü maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddəti ərzində ehtiyatsızlıqdan cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanılması məsələsi məhkəmə tərəfindən həll edilir. Bu halda qanun məhkəməyə imperativ deyil, diskresion səlahiyyət verir və qərar qəbul edilərkən törədilmiş yeni cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti və onun davranışı hərtərəfli qiymətləndirilməlidir. Məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş hazırkı cinayət ehtiyatsızlıqdan baş vermişdir, qəsdən törədilmiş ağır və ya xüsusilə ağır cinayət kateqoriyasına aid deyildir. Bununla yanaşı, təqsirləndirilən şəxs hadisədən dərhal sonra zərərçəkmiş şəxsə yardım göstərmiş, hadisə yerini tərk etməmiş, təqsirini etiraf etmiş, səmimi peşmançılıq keçirmiş, zərərçəkmiş şəxslə barışıq əldə olunmuş və zərərçəkmiş şəxs ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən müsbət halları – onun Vətən müharibəsi iştirakçısı olmasını, dövlət tərəfindən müxtəlif medallarla təltif edilməsini, əvvəllər sınaq müddəti ərzində üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsini, icra və probasiya orqanlarının qanuni tələblərinə riayət etməsini də nəzərə alır. Məhkəmə hesab edir ki, qeyd olunan hallar Təqsirləndirilən şəxs islah olunması üçün əvvəlki hökm üzrə təyin edilmiş şərti məhkum etmənin ləğv edilməsini zəruri etmir və şərti məhkumluğun saxlanılması cəzanın məqsədlərinə – sosial ədalətin bərpasına, məhkumun islahına və yeni cinayətlərin qarşısının alınmasına daha çox xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 27-ci bəndinə uyğun olaraq, məhkəmə şərti məhkum etmənin saxlanılması barədə qərara gəldikdə, hökmün təsviri-əsaslandırıcı hissəsində bu qərarın səbəblərini göstərməli, nəticəvi hissəsində isə birinci hökm üzrə şərti məhkumluğun müstəqil icra edilməli olduğunu qeyd etməlidir. Bu baxımdan, məhkəmə belə qənaətə gəlir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə saxlanılmalı və həmin hökm üzrə cəza müstəqil qaydada icra edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), Bu baxımdan, məhkəmə belə qənaətə gəlir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə saxlanılmalı və həmin hökm üzrə cəza müstəqil qaydada icra edilməli, (CM-71.4) barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan X6 məxsus “QAZ-2705” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı və iş üzrə maddi sübut iki ədəd DVD disik cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İmişli Rayon Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(036)-92/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 001943 saylı orderə əsasən vəkil Müdafiəçi2 ona vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.4-cü maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 mart 2025-ci il tarixli 1(099)-237/2025 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkum etmə saxlanılsın və həmin hökm üzrə cəza müstəqil qaydada icra edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan X6 məxsus “QAZ-2705” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut iki ədəd DVD disik cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs İmişli Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq İmişli Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu və ya alındığı andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №1(036)-92/2025
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-92/2025
22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver