Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-93/2021 27.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Qurban Hamid oğlu Hacıyevin sədrliyi, Nuranə Busat qızı Hacıyevanın katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi: Zərərçəkmiş şəxs1, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs2, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1995-ci il tarixdə İmişli rayonunun Mürsəlli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, İmişli rayonunun Xoşçobanlı baytarlıq sahəsində baytar köməkçisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Mürsəlli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 19 may 2021-ci il tarixdə saat 21 radələrində idarə etdiyi “VAZ- 21104” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonunun Qaralar kəndindən Yalavac kəndi istiqamətində İmişli şəhəri, Heydər Əliyev prospekti ilə 50-60 km/saat sürətlə hərəkətdə olarkən, "xxxx" ASC-nin İmişli filialının inzibati binasının qarşısında, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, cinayətkarcasına etinasızlıq etməklə, onunla eyni istiqamətdə hərəkətdə olan və istintaqla müəyyən olunmayan nəqliyyat vasitəsini sol tərəfdən ötmə əməliyyatı apararkən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, avtomobil yolunu istintaqla müəyyən olunmayan nəqliyyat vasitəsinin qarşısından piyada keçərək onun idarə etdiyi avtomobilin qarşısına çıxan X3 avtomobilin qabaq sağ tərəfi ilə vuraraq, ona ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə ölümünə, habelə yol-nəqliyyat hadisəsi zamanı “VAZ-21104” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili ehtiyatsızlıqdan zədələməklə sahibi Zərərçəkmiş şəxs2 207 (iki yüz yeddi) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 19 may 2021-ci il tarixdə saat 21 radələrində atası Zərərçəkmiş şəxs2 məxsus “VAZ-21104” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, H.Əliyev prospekti ilə 50-60 km/saat surətlə hərəkətdə olan zaman "xxxx"ın qarşısında 20-25 km/saat sürətlə hərəkətdə olan “Jeep” markalı, nömrəsi yadında qalmayan avtomobili ötüb keçən zaman həmin avtomobilin qarşısından bir nəfər, adını sonradan bildiyi Rafiq Cavadov piyada avtomobil yolunu sağ tərəfdən sol tərəfə keçərək onun qarşısına çıxmış, həmin vaxt məsafə az olduğu üçün heç bir tədbir görə bilməmiş və avtomobilin qabaq sağ tərəfi ilə sonuncunu vurmuşdur. O, dərhal avtomobildən yerə düşərək Rafiq Cavadovun xəsarət almasını görüb hadisə yerinə gələn təcili-tibbi yardım avtomobili ilə onu xəstəxanaya yola salmışdır. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları hadisə yerini müayinə edib, fotoşəkillər çəkib protokol tərtib etmişlər. O da protokolun doğruluğunu digər iştirakçılar kimi imzası ilə təsdiq etmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin, zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 19 may 2021-ci il tarixdə Xaçmaz rayonunda olduğu zaman dost-tanışları ona zəng edərək atası Rafiq Cavadovun avtomobillə vurulduğunu və atasının xəsarət alaraq İmişli Mərkəzi Rayon Xəstəxanasına aparıldığını bildirmişlər. O, İmişli rayonuna qayıdarkən yolda atasının vəziyyəti ağır olduğundan Şirvan şəhər xəstəxanasına aparıldığını demişlər. O, Şirvan şəhər xəstəxanasında olan zaman atasının yol-nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərdən öldüyünü bilmişdir. Sonradan atası Rafiqin “VAZ-21104” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Təqsirləndirilən şəxs tərəfindən vurulduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən dəfn və yas mərasimləri üçün çəkilən xərclər və vurmuş olduğu mənəvi zərərin əvəzi ona ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, özünə məxsus “VAZ-21104” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə əsasında oğlu Təqsirləndirilən şəxs vermişdir. 19 may 2021-ci il tarixdə saat 21 radələrində oğlu Ruslan İmişli şəhəri, Heydər Əliyev prospektində "xxxx"ın qarşısında yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə yolu piyada keçən Rafiq Cavadovu avtomobillə vuraraq ona bədən xəsarətləri yetirmiş və sonuncu sonradan almış olduğu xəsarətlərdən ölmüşdür. Hadisə nəticəsində onun avtomobilinə 207 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobilə vurulmuş ziyana görə oğlu Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 19 may 2021-ci il tarixdə saat 21 radələrində özünə məxsus idarə etdiyi “BMW X5” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, H.Əliyev prospekti ilə 20-30 km/saat surətlə hərəkətdə olan zaman "xxxx"ın qarşısında arxa sol tərəfdən tormozlama səsi eşitmiş, dərhal avtomobili yolun sağına çəkərək saxlamış və avtomobildən yerə düşüb baxarkən yerdə bir nəfər piyadanın, adını sonradan bildiyi Rafiq Cavadovun xəsarət almasını və yerdə qan olmasını görmüşdür. Qan ləkələrindən diksindiyi üçün avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. X6 almış olduğu xəsarətlərdən ölməsini eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin DYPB-nin inspektoru vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, 19 may 2021-ci il tarixdə saat 21 radələrində İmişli RPŞ-də istintaq-əməliyyat qrupunun tərkibində olduğu vaxt ona İmişli şəhəri, H.Əliyev prospektində "xxxx"ın qarşısında avtomobilin piyadanı vurması və nəticədə piyadanın xəsarət alması barədə məlumat daxil olmuşdur. Məlumat alındıqdan dərhal sonra hadisə yerinə getmiş və hadisə yerində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21104” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən avtomobil yolunu sağ tərəfdən sol tərəfə keçən piyada X3 avtomobilin qabaq sağ hissəsi ilə vurduğunu və sonuncunun xəsarət aldığı məlum olmuşdur. Daha sonra hadisə yeri müayinə olunmuş, fotoşəkillər çəkilmiş və protokol tərtib olunmuşdur. Sürücü Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətini müəyyən etmək üçün həkim müayinəsindən keçirilmişdir. X10 yol-nəqliyyat hadisəsi zamanı almış olduğu bədən xəsarətlərindən Şirvan şəhər xəstəxanasına aparılarkən yolda ölmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin PPX-nin polis serjantı vəzifəsində işləyən X5 işin hallarına dair Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; - məhkəmə-tibbi ekspertizanın 18 iyun 2021-ci tarixli, 18 nömrəli rəyindən görünür ki, X2 bədəni üzərində aşkar olunmuş xəsarətlər – baş beyinin diffuz travması nəticəsində beyin toxumasına qansızma, sol almacıq, sağ orbita, hər iki baldır sümüklərinin qapalı sınıqları, alının sol yarısında sıyrıq – küt əşyanın zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 19 may 2021-ci il tarixdə hərəkətdə olan “VAZ-21104” markalı avtomaşının piyadanı (onu) vurması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. - X2 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. Meyitdə baş verən ilkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 3-4 saat əvvəl baş vermişdir. - X1 ölümündən əvvəl spirtli içki və narkotik vasitələr qəbul etməmişdir ki, bu da 02 iyun 2021-ci il tarixli, 1461/K saylı məhkəmə-kimyəvi tədqiqatının nəticələri ilə təsdiq olunur. - Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizanın 25 iyun 2021-ci il tarixli, 8/1223 nömrəli rəyindən görünür ki, “VAZ-21104” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - 19 may 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi İmişli şəhəri, H.Əliyev prospektində baş vermiş, həmin ərazi yaşayış məntəqəsi hesab olunur, hadisə yerində yol asfalt örtüklü olmaqla quru və hamardır, asfalt yolun hərəkət hissəsinin eni 16 metr olmaqla ikitərəfli yoldur. Yol hər iki tərəfdən şəhər tipli tikililərlə əhatə olunmuşdur. Avtomobil yolunun hər iki tərəfində yol çiyni və piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilər vardır. Yol elektirik dirəkləri ilə işıqlandırılır. Hadisə yerində heç bir tormoz izi müəyyən edilməmişdir. Piyadanın vurulduğu yerdən yolun sol kənarına kimi olan məsafə 9 metr, yolunun sağ kənarına kimi 7.5 metr olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin 20 avqust 2021-ci il tarixli, 016-11k-728 nömrəli məktubundan görünür ki, İmişli rayonunun Mürsəlli kənd sakini Təqsirləndirilən şəxs “BC” kateqoriyalı, AE 800479 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsi tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli, 1325 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2020-ci il tarixdən Vətən müharibəsi iştirakçısı olmuş və 04 yanvar 2021-ci il tarixdə Vətən müharibəsindən qayıtmışdır. - İmişli rayon İHB-nın Qaraqaşlı kənd İƏD üzrə nümayəndəliyinin 06 avqust 2021-ci il tarixli, 215 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 aprel 2020ci il təvəllüdlü X4 və 22 mart 2021-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. Beləliklə də, şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Cəza məsələsi müzakirə edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsi səciyyələndirən məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Təqsirləndirilən şəxs ilk məhkumluğu, zərər çəkmiş şəxsin hüququ varisi ilə barışması, ona maddi yardım göstərməsi, sonuncunun ondan heç bir şikayətinin və tələbinin olmaması, həmçinin zərər çəkmiş şəxs atası Zərərçəkmiş şəxs2 da ondan heç bir şikayətinin və tələbinin olmaması, himayəsində iki azyaşlı uşağının olması, ailədə yeganə qazanc gətirən şəxs olması, yaşayış yerindən müsbət xasiyyətləndirilməsi, faydalı əməklə məşğul olması və 2-ci “Qarabağ” (Vətən) müharibəsinin iştirakçısı olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli könüllü olaraq etiraf etdiyini və həmin əmələ görə səmimi peşmançılıq hissləri keçirdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini başa düşmüş və artıq islah olunmağa başlamışdır. Həmin əsaslara görə məhkəmə Təqsirləndirilən şəxs səmimi peşman olmasını da cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddədə nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən də islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxsə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Ekspertiza tədqiqatına sərf edilmiş 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21104” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək və onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm həmin hissədə icra edilməsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 100 (bir yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21104” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-93/2021
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-93/2021
27.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver