Məhkəmə qərarları › İş №1(036)-95/2021

İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-95/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-95/2021 12.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 10:25 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1981-ci ildə İmişli rayonu, Göbəktala kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, İmişli rayonu, Göbəktala kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağayev X13 rayonu, Göbəktala kəndində yerləşən yaşadığı həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan 7 (yeddi) ədəd çətənə (kannabis) bitkisinin qanunsuz olaraq əkərək, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmişdir. İstintaqa məlum olmayan mənbədən və tarixdə şatış məqsədi olmadan 0.544 qram çəkidə narkotik vasitə olan heroin əldə edib yaşadığı evdə yataq otağında şkafda 1 (bir) ədəd polietilen kəsiyi bükümündə qanunsuz olaraq saxlamışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında 18 iyun 2021-ci il tarixdə saat 18:00 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyd olunan həyətə və evə baxış keçirilərkən, həmin 7 (yeddi) ədəd narkotik tərkibli bitkilər onun evinin həyətyanı torpaq sahəsindəki baxçadan və 0.544 qram çəkidə narkotik vasitə olan heroin 1 (bir) ədəd polietilen bükümdə yaşadığı evdə şkafdan aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Göbəktala kəndində yaşayır. Təxminən 5-6 ildir ki, narkotik vasitə olan qurudulmuş marixunana qəbul edir və istifadə etdiyi narkotik vasitəni pul ilə əldə edir. Son vaxtlar qərara gəlmişdir ki, özünün istifadə etməsi üçün yaşadığı evin həyətində çətənə toxumundan əkib-becərsin. Təxminən 2 (iki) ay əvvəl İmişli şəhər sakini, qohumu mərhum X6 10 (on) ədəd çətənə toxumu almış, həmin toxumlarından 3 (üç) ədədini həyətyanı sahədə torpaqda əkmişdir. Həmin çətənə bitkisinə aqrotexniki qulluq etmişdir. 2 (iki) ədəd çətənə toxumu cücərdiyi üçün onları böyütmüşdür. Bəzən həmin çətənə bitkisinin qozasının əmələ gəlməsini gözləyib, yarpaqlarını qurudaraq, istifadə etmişdir. Beləliklə, o, 5 (beş) ədəd çətənə bitkisinə aqrotexniki qulluq etməklə, əkib-becərmişdir. 18 iyun 2021-ci il tarixdə, saat 18:00 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları atası Şahid1 razılığı əsasında onun yaşadığı evin həyətində baxış keçirmişlər. Baxış zamanı bağda əkdiyi 2 (iki) ədəd iri gövdəli və 5 (beş) ədəd şitil halında çətənə kolu aşkar edilərək, götürülmüşdür. Bu səbəbdən də, o, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Eyni zamanda, bildirir ki, yaşadığı evin yataq otağından aşkar edilərək, götürülmüş narkotik vasitə olan heroin ona məxsus deyildir. Lakin narkotik vasitə olan heroin ilə birlikdə aşkar edilərək, götürülmüş 4 (dörd) ədəd üzərində “novakayın” sözü yazılmış şüşə flakon, 2 (iki) ədəd şpris iqlası, 2 (iki) ədəd şəffaf selofan pakat arasında olan duz məhlulu onun olmuşdur. Bu səbəbdən də, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə təqsirli bilmir. Beləliklə, 7 (yeddi) ədəd çətənə (kannabis) bitkisinin qanunsuz olaraq əkərək, onlara aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etdiyi üçün özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə təqsirli bilir və səmimi peşmançılıq hissi keçirir. Bütün bunları nəzərə alaraq, barəsində məhkəmə tərəfindən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, İmişli Rayon Polis X2 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantıdır. 18 iyun 2021-ci il tarixdə İmişli rayonu, Göbəktala kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik xassəli çətənə bitkiləriəkib-becərməsi, eləcə də, yaşadığı evə narkotik vasitə olan heroin saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması üçün bu barədə raportla İmişli Rayon Polis Şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Rəhbərliyin müvafiq göstərişi əsasında Təqsirləndirilən şəxs ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmişdir. İmişli Rayon Polis X4 təhqiqatçısı, polis baş leytenantı X5, İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı X7, İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid6, İmişli Rayon Polis X4 rəisi, polis kapitanı X8 və İmişli Rayon Polis X3 Bölməsinin polis nəfəri, polis baş serjantı Şahid7 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün, təxminən saat təxminən 18:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı İmişli rayonu, Göbəktala kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. Atası Şahid1 yazılı razılığı əsasında fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətin bağa aid hissəsində narkotik tərkibli 7 (yeddi) ədəd çətənə (kannabis) bitkisi aşkar edilərək, götürülmüşdür. Belə ki, həmin çətənə kolları xüsusi qaydada qulluq edilərək, yetişdirilmiş, dəmir lövhələr arasında tökülmüş yumşaq torpaqdə əkilmiş, dibinə peyin və su tökülmüşdür. Təqsirləndirilən şəxs iştirakı ilə həmin 7 (yeddi) ədəd çətənə bitkisi kökündən çıxarılaraq, sintetik torbada qablaşdırılmışdır. Daha sonra, onlar Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağına baxış keçirmişlər. Bu zaman Sakitin atası Şahid1 evin yataq otağında olan şkafdan sellofan torbanı onlara təqdim etmişdir. Həmin selofan torbanın içərisində 2 (iki) ədəd selofanda limon duzuna oxşar maddə, 4 (dörd) ədəd sınıq “novakayın” şüşə flakon, 2 (iki) ədəd şpris iynəsi və 1 (bir) ədəd selofan kəsiyinə bükülmüş halda qəhvəyi rəngdə, toz halında narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Şahid1 onlara həmin əşyaların oğlu Təqsirləndirilən şəxs məxsus olmasını, oğlu Sakit ilə bir yerdə yaşamasını, onun narkoman olmasını, narkotik vasitə olan heroin qəbul etməsini və tez-tez onları bezdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək, götürülmüş həmin narkotik vasitələr qablaşdırılmışdır. Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, heç bir etiraz daxil olmamış əlavə və düzəlişlik edilmədən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi, polis kapitanı X14, İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid5, İmişli Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid6, İmişli Rayon Polis X4 rəisi, polis kapitanı X8 və İmişli Rayon Polis X3 Bölməsinin polis nəfəri, polis baş serjantı Şahid7 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli rayonu, Göbəktala kəndində yaşayır. Təqsirləndirilən şəxs Şahid1 Sakit oğlu onun oğludur. Oğlu Sakit onları bir yerdə yaşayır. Təxminən 2 (iki) ay əvvəl o, oğlu Sakitin bağçada 2 (iki) ədəd bitki kolu əkib-becərməsini görmüşdür. O, Sakitdən bitkinin nə olmasını soruşmuşdur. Sakit ona gül ağacı olmasını demişdir. Sakit tutulmazdan 10 (on) əvvəl həyətdə “atsenkovi” dəmirdən yer düzəldib, həmin bitkilərin toxumlarını orada əkib-becərmişdir. 18 iyun 2021-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı evdə olan zaman İmişli Rayon Polis Şöbəsinin əməkdaşları evə gəlmişlər. Polis əməkdaşları ona yaşadığı evin həyətində narkotik tərkibli çətənə kollarının olması barədə əməliyyat məlumatı əsasında gəldiklərini bildirmişlər. Polis əməkdaşları ondan yaşadığı evə baxış keçirilməsi üçün icazə almışlar. O da, polis əməkdaşları yaşadığı evdə baxış keçirilməsinə razılıq vermiş və bu barədə yazılı ərizə təqdim etmişdir. Baxış zamanı həyətin bağa aid hissəsində narkotik tərkibli 7 (yeddi) ədəd çətənə (kannabis) bitkisi aşkar edilərək, götürülmüşdür. Oğlu Təqsirləndirilən şəxs iştirakı ilə həmin 7 (yeddi) ədəd çətənə bitkisi kökündən çıxarılaraq, sintetik torbada qablaşdırılmışdır. Eyni zamanda bildirir ki, oğlu Təqsirləndirilən şəxs narkoman olduğu üçün bəzən evdə şprislə damarına heroin vurmasını görmüşdür. Daha sonra, polis əməkdaşkarı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağına baxış keçirmişlər. Bu zaman o, evin yataq otağında olan şkafdan sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin selofan torbanın içərisində 2 (iki) ədəd selofanda limon duzuna oxşar maddə, 4 (dörd) ədəd sınıq “novakayın” şüşə flakon, 2 (iki) ədəd şpris iynəsi və 1 (bir) ədəd selofan kəsiyinə bükülmüş halda qəhvəyi rəngdə, toz halında narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Həmçinin o, polis əməkdaşlarına həmin əşyaların oğlu Təqsirləndirilən şəxs məxsus olmasını, oğlu Sakit ilə bir yerdə yaşamasını, onun narkoman olmasını, narkotik vasitə olan heroin qəbul etməsini və tez-tez onları bezdirməsini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək, götürülmüş həmin narkotik vasitələr qablaşdırılmışdır. Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, heç bir etiraz daxil olmamış əlavə və düzəlişlik edilmədən bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsinin 18/647-18/648 saylı, 19 iyun 2021-ci il ekspert rəyindən görünür ki, 1. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən...” sözləri və imzaları olan sintetik torbada 4 (dörd) ədəd şitil halında olmaqla, cəmi 7 (yeddi) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 900 qram bitki nümunləri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli (təbiətli) çətənə (kannabis) bitkiləri və onun şitilləridir, bitkilər toxumdan inkişaf edir, hər hansı üsulla hazırlanmır. 2. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri və imzaları olan paketdə a. 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0.544 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; b. Yuxarı hissəsi sındırılmış 4 (dörd) ədəd şüşə ampulada narkotik vasitə heroinin izi vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyi (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də, müqayisəli tədqiqatın aparılması mümkün olmadığı üçün iz mikrohissəciklərinin miqdarını və eyniliyini müəyyən etmək mümkün deyildir. c. 2 (iki) ədəd ağzı açıq paketdə ayrıayrılıqda təmiz çəkisi-9.995 qram, 34.433 qram, ümumi təmiz çəkisi-44.428 qram olan eyni tərkibli maddələr narkotik və psixotrop maddələr aid deyildir. ---Çətənə bitkilərinin ümumi təmiz çəkisi-900 qram, cəmi tədqiqata istifadə olundu-0.14 qram, qalıq-899.86 qramdır. --- Heroinin ümumi təmiz çəkisi-0.544 qram, cəmi tədqiqata istifadə olundu-0.05 qram, qalıq-0.494 qramdır. --- Ağ rəngli maddənin ümumi təmiz çəkisi-44.428 qram, cəmi tədqiqata istifadə olundu-0.1 qram, qalıq-44.328 qramdır. Məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri 99.48 (doxsan doqquz, qırx səkkiz) AZN məbləği təşkil edir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 2978 saylı, 19 avqust 2021-ci il rəyindən görünür ki, Təqsirləndirilən şəxs nevroloji statusu: kəllə-beyin inervasiya normal daxilindədir. Bəbəklər eynidir. Fotoreaksiya normaldır. Akkomodasiya və konvergensiya normaldır. Nistaqm yoxdur. Burun-dodaq büküşləri simmetrikdir. Udma və yumşaq damaq refleksi normaldır. Dili orta xətt üzrədir. Kerer nöqtələr ağrısızdır. Vətər və sümüküstü refleksləri normaldır. Parez və plegiya yoxdur. Patoloji reflekslər aşkarlanmır. Qarın refleksi normaldır. Romberq vəziyyətində dayanıqsızdır. Qolları uzadılmış vəziyyətdə əl barmaqlarının titrəməsi müşahidə olunur. Distal hiperhidroz qeyd olunur. Psixi vəziyyəti: Huşu aydın, bələdliliyi bütün növlərdə saxlanılıb. Suallara düzgün cavab verir. Produktiv psixopatoloji simptomatika aşkar olunmur. Emosional iradi sferası dəyişkəndir. Əhvalruhiyyəsi aşağıdır. Öz vəziyyətinə tənqidi münasibəti kifayət qədər deyildir. Təqsirləndirilən şəxs Səxroş oğlunda opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan 18 iyun 2021-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan İmişli Rayon Məhkəməsinin 1(036)-051/2021 saylı, 20 iyun 2021ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1118/2013 saylı, 20 dekabr 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət işində olan 15 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1118/2013 saylı, 20 dekabr 2013-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və Azərbaycan Respublikasının Prezidentinin 1657 saylı, 28 dekabr 2015-ci il tarixli əfv Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Göbəktala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 578 saylı, 28 avqust 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arvadı X15, övladları X16, X12 və X18 ilə birlikdə İmişli rayonu, Göbəktala kəndində yaşayır. Cinayət işində olan İmişli rayon İcra Hakimiyyəti Başçısının Göbəktala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 avqust 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qismən müsbət xarakterizə edilir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar yoxdur. Bu səbəbdən də, məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzalanmalı və ona cəza təyin etməklə, barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə məhkəmə istintaqı zamanı özünün təqsirli bilməməsinə dair verdiyi ifadəsinə hüquqi qiymət verərək, hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi inandırıcı deyildir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsi məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin biri-birinə, habelə işin faktiki hallarına uyğun ifadələri ilə, eləcə də, cinayət işində olan mötəbər sübutlar ilə təkzib olunduğu üçün onun ifadəsinə tənqidi yanaşılmalı və ifadəsi özünü müdafiə edilməsi kimi qiymətləndirilməlidir. Məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edilərkən, onun şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ailəli və himayəsində 3 (üç) uşağının olmasını, qismən müsbət xarakterizə edilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair" 25 may 2009cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2 maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alaraq, barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulan azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın təyin edilməsini, cəzaçəkmə müddətinin başlanğıcının məhkumun “şübhəli şəxs qismində” tutulduğu vaxtdan hesablanmasını, “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, eləcə də, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 99.48 (doxsan doqquz, qırx səkkiz) AZN məbləğində eskpertiza xərci Təqsirləndirilən şəxs tutularaq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən sənəd cinayət prosesini həyata keçirən orqan tərəfindən cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir və işin bütün saxlanma müddəti ərzində işdə saxlanılır. Məhkəmə cinayət işində olan maddi sübut (“CD” disk) ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işində olan "xxxx" MMC əldə edilmiş məlumatlara dair 1 (bir) ədəd “CD” disk və baxış keçirilməsinə dair 1 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Məhkəmə cinayət işində olan digər maddi sübutlarla bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı Ağayev X11 yaşadığı evin həyətindən və yaşadığı evdən aşkar edilərək götürülmüş, İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş 1 (bir) ədəd polietilen torbada 7 (yeddi) ədəd çətənə bitkisi və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.494 qram narkotik vasitə olan heroin, qalıq çəkisi 44.328 qram ağ maddə, 4 (dörd) ədəd ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 1 (bir) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaların qismən toplanılması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 18 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs məhkəmə bioloji ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 99.48 (doxsan doqquz, qırx səkkiz) AZN məbləğində eskpertiza xərci tutularaq, dövlət nəfinə ödənilsin. Cinayət işində olan "xxxx" MMC əldə edilmiş məlumatlara dair 1 (bir) ədəd “CD” disk və baxış keçirilməsinə dair 1 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraatın materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Cinayət işi üzrə maddi sübutun qalığı olan İmişli Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş 1 (bir) ədəd polietilen torbada 7 (yeddi) ədəd çətənə bitkisi və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.494 qram narkotik vasitə olan heroin, qalıq çəkisi 44.328 qram ağ maddə, 4 (dörd) ədəd ampula hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar