Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-96/2022 15.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirlən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1997-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, işsiz, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, M.Əsədov küçəsi, bina 9, ev 9-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə saat 15 radələrində İmişli şəhəri, L.Vəliyev küçəsi, 35 saylı evdə qeydiyyatda olmaqla yaşayan Şahid1 0,3 qram çəkidə narkotik vasitə olan heroini qabaqcadan 20 manat məbləğində pula danışıb razılaşmaqla sonuncu ilə onun yaşadığı evin yaxınlığında görüşüb, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,443 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yerini dəyişdirərək daşıyıb üzərində saxlamış, həmin gün saat 15:30 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhəri, H.Aslanov küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada saat 16:45 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki göy cins şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı bir ədəd “ARGO” markalı siqaret qutusundakı sınıq şüşə flakonun içərisinə yerləşdirdiyi sarı rəngli sellofan bükülünün içərisində 0,443 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, bir müddət olardı ki, narkotik vasitə olan heroindən istifadə edirmiş. Narkotik vasitəni İmişli şəhəri, Lətif Vəliyev küçəsində yaşayan Şahid1 alırmış. O, təxminən 7-8 dəfə Nizami ilə sonuncunun yaşadığı evin yaxınlığında görüşüb ondan hər dəfəsinə 20 manat pul verməklə narkotik vasitə heroin alıb ineksiya vasitəsi ilə damarına vurmaqla istifadə edirmiş. 25 may 2022-ci il tarixdə saat 15 radələrində Nizaminin istifadəsində olan mobil telefona zəng edib ondan narkotik vasitə istəmiş və onunla sonuncunun yaşadığı evin yaxınlığında görüşüb 20 manat pul verib ondan özü istifadə etmək üçün narkotik vasitə heroin almış, həmin heroini cibində siqaret qutusunun içərisində olan şüşə flakonun içərisinə, sonra isə flakonu siqaret qutusunun içərisinə yerləşdirib siqaret qutusunu şalvarının sağ yan cibinə qoymuşdur. O, narkotik vasitəni yaşadığı evdə istifadə etmək üçün yaşadığı evin istiqamətində piyada hərəkətdə olarkən İmişli şəhəri, H.Aslanov küçəsində polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə daşıdığı barədə məlumatları olmalarını bildirib onu polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə İmişli rayon polis şöbəsinə gəlmiş və polis şöbəsində əynində olan cins şalvarının sağ yan cibində olan siqaret qutusunun içərisinə qoyduğu flakondakı heroini onlara təqdim etmişdir. Polis əməkdaşları şüşə flakonun içərisində olan vasitənin nə olmasını və haradan əldə etdiyini soruşduqda o, həmin vasitənin narkotik vasitə heroin olduğunu, narkotik vasitəni Şahid1 20 manata aldığını bildirmişdir. Həmin təqdim etdiyi heroin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş İmişli RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, İmişli şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədilə polis şöbəsinin rəhbərliyi tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. 25 may 2022-ci il tarixdə saat 15 radələrində o, əməliyyat müvəkkili Şahid5la birlikdə Təqsirləndirilən şəxs İmişli şəhəri, H.Aslanov küçəsində tək piyada hərəkətdə olarkən saxlayıb ona üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatının olmasını və həmin məlumatı yoxlamaq məqsədilə onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində video çəkiliş əsasında üzərinə baxış keçirilmiş və baxış zamanı sonuncu əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd “ARGO” markalı siqaret qutusunu çıxarıb onlara təqdim etmişdir. Siqaret qutusu açıldıqda içərisində bir ədəd uc hissəsi sındırılmış şüşə flakon və flakonun içərisində qəhvəyi rəngli, spesfik iyə məxsus, ilk görünüşdən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X1, Şahid2, Şahid5 Tofiq oğlu, Şahid6, Şahid7, Şahid8 və Şahid9 işin hallarına dair Şahid4 ifadəsinə uyğun ifadə verdilər. İşdə olan məhkəmə-kimyəvi ekspertizanın 26 may 2022-ci il tarixli, 18/583 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələr” sözləri və imzalar yazılmış kağız paketdəki 01 ədəd “ARGO” markalı siqaret qutusunda, 01 ədəd sarı rəngli sellofan bükümdə təmiz çəkisi - 0,443 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin siqaret qutusundakı 01 ədəd daxilində tünd – qəhvəyi rəngli izlər olan sınıq şüşə flakonda narkotik vasitə heroin izləri vardır, heroin iz şəkilində olduğundan, quru maddəsinin çəkisini müəyyən etmək mümkün deyil. Heroinin təmiz çəkisi – 0,443 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq çəkisi – 0,393 qramdır. İşdə olan məhkəmə-narkoloji ekspertizanın 13 sentyabr 2022-ci il tarixli, 5182 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirliliyi təsdiq edildi və o, istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk məhkumluğunu, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli və AR CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutlar məhv edilməli, ekspertiza tədqiqatına sərf edilmiş 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdən 27 may 2022-ci il tarixədək və 06 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixədək həbsdə saxlandığı 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi İmişli rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan bir ədəd uc hissəsi sındırılmış şüşə flakon və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi - 0,343 qram olan narkotik vasitə heroin məhv edilsin. Ekspertiza tədqiqatına sərf edilmiş 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən 20 gün müddətinə İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-96/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-96/2022
15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver