Məhkəmə qərarları › İş №1(036)-97/2020

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-97/2020

16.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-97/2020 16.12.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ saat 12:50 Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1986-cı ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2018-ci il tarixdən etibarən xx xxxxxx 2012-ci ildə anadan olmuş X4 və xx xxxx 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay ümumilikdə 260 (iki yüz altmış) AZN sabit pul məbləğində aliment tutularaq, X1 xeyrinə ödənilməsi barədə İmişli Rayon Məhkəməsinin 2(036)-1324/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən qanunla müəyyən olunmuş müddət ərzində yerinə yetirmədiyi üçün İmişli Rayon Məhkəməsinin 3(036)-029/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək, 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Məhkəmə aktının icrası ilə bağlı xx xxxxxx 2020-ci il tarixdə məsuliyyət elan edilməklə, rəsmi qaydada xəbərdarlıq təqdim edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxx 2020-ci il tarixədək şəxsi marağı naminə ümumilikdə 4510 (dörd min beş yüz on) AZN sabit pul məbləğində aliment borcunu tələbkar X1 xeyrinə ödəməməklə, məhkəmə qərarını qərəzli olaraq, icra etməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, ünvan 1 ünvanda yaşayır. Zərərçəkmiş şəxs Həsənova (Səmədova) Gülzar Şəmsəddin qızı onun keçmiş arvadıdır. Birgə nikahlarından xx xxxxxx 2012-ci ildə “Azər” və xx xxxx 2015-ci ildə isə “Yusif” adlı 2 (iki) oğlan uşağı anadan olmuşdur. Müəyyən ailədaxili səbəblərə görə rəsmi nikahlarına xitam verilmişdir. İmişli Rayon Məhkəməsinin 2(036)-1324/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından xx xxxxxx 2012-ci ildə anadan olmuş X4 və xx xxxx 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxx 2018-ci il tarixdən etibarən hər ay qazancından ümumilikdə 260 (iki yüz altmış) AZN sabit pul məbləğində aliment tutularaq, X1 qızının xeyrinə ödənilməlidir. Bir müddət maddi cəhətdən çətinlik çəkdiyi üçün müəyyən edilmiş sabit pul məbləğində alimenti hər ay vaxtı-vaxtında zərərçəkmiş şəxs Həsənova (Səmədova) Gülzar Şəmsəddin qızının qızının xeyrinə ödəməmişdir. İcra sənədini icra etmədiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyəti barədə İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. Onu da qeyd edir ki, cinayət işinin ibtidai və məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs Həsənova (Səmədova) Gülzar Şəmsəddin qızının xeyrinə 4510 (dörd min beş yüz on) AZN sabit pul məbləğində aliment borcunun ödənişini tam həyata keçirmişdir. Hal-hazırda onun ödənilməmiş aliment borcu yoxdur və qanuni qüvvəyə minmiş İmişli Rayon Məhkəməsinin 2(036)-1324/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsini tam icra etmişdir. Törətdiyi cinayət əməlinə görə özünü təqsirli hesab edir və səmimi peşmandır. Bundan başqa, məhkəmə qarşısında söz verir ki, sonrakı aylar üzrə icra sənədinə əsasən müəyyən edilmiş aliment məbləğini tam və vaxtı-vaxtında tələbkar Həsənova (Səmədova) Gülzar Şəmsəddin qızının xeyrinə ödəyəcəkdir. Bu barədə məhkəməyə ərizə təqdim edərək, barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Həsənova (Səmədova) Gülzar Şəmsəddin qızı ərizə ilə məhkəməyə müraciət edərək, cinayət işinin ibtidai və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən onun xeyrinə aliment borcunun tam şəkildə ödənildiyini, hal-hazırda ödənilməmiş aliment borcunun olmadığını, eləcə də, təqsirləndirilən şəxsə qarşı heç bir tələbinin və şikayətinin olmadığını və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirməklə, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş İmişli Rayon Məhkəməsinin 2(036)-1324/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki,...tərəflərin birgə nikahından xx xxxxxx 2012-ci ildə anadan olmuş X4 və xx xxxx 2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxx 2018-ci il tarixdən etibarən hər ay Təqsirləndirilən şəxs qazancından ümumilikdə 260 (iki yüz altmış) AZN sabit pul məbləğində aliment tutularaq, X1 qızının xeyrinə ödənilməlidir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş İmişli Rayon Məhkəməsinin 3(036)-029/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 (on) gün müddətində inzibati həbs edilmişdir. Cinayət işində icra işindən görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1324/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs icra sənədinə əsasən aliment borcunu tam və vaxtı-vaxtında ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməməyə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. (Qeyd: Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Həsənova (Səmədova) Gülzar Şəmsəddin qızının xeyrinə aliment borcunu tam şəkildə ödəməklə, qanuni qüvvəyə minmiş İmişli Rayon Məhkəməsinin 2(036)-1324/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsini hökm qanuni qüvvəyə minənədək tam icra etdiyi üçün müdafiə tərəfinin razılığı ilə ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, məhkəmə məsrəfləri, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.3, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ləğv edilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar