Məhkəmə qərarları › İş №1(036)-97/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-97/2021

16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-97/2021 16.11.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs nun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxx 1947-ci ildə İmişli rayonu, Cəfərli kəndində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, təqaüdçü, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Cəfərli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs... Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 mart 2021-ci il tarixdə, saat 06:00 radələrində idarə etdiyi “VAZ-21074” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli şəhəri, Heydər Əliyev prospekti ilə İmişli şəhərinin mərkəzi istiqamətində 40 km/saat sürətlə hərəkətdə olarkən, “Daş körpü” adlanan ərazidə, havanın yağışlı və toranlıq olması ilə əlaqədar hərəkət istiqamətində yaranan məhdud görmə şəraitində öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının lazımi diqqət və ehtiyatlıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, cinayətkarcasına etinasızlıq etməklə, hərəkətini davam etdirərkən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma hədddinə qədər azaltmaq mümkün olan tədbirləri “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarım pozaraq, yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxsnı avqtomobilin qabaq sağ tərəfi ilə vurmuşdur. Piyada Zərərçəkmiş şəxs sağ oturaq sümüyünün boylama yerdəyişmiş sınığı, sağ sirkə kasasının medial və ön divarının yerdəyişməmiş, oynaqdaxili, qəlpəli sınığı, və sol sirkə kasasının arxa divarının qopmuş, yerdəyişməmiş, oynaqdaxili sınığı, həmin sirkə kasasının ön divarının oynaqdaxili sınığı, sağ omba-qaça birləşməsinin posttravmatik aralanması hesabına kiçik çanaq halqasının deformasiyası, V bel fəqərəsinin önə doğru sürüşməsindən ibarət, ümumi əmək qabiliyətinin 1/3 hissəsindən çox hissəsini dayanıqlı itirilməsi ilə nəticələnən bədən xəsarətləri yetirməklə, ehtiyyatsızlıqdan sonuncunun sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, o, İmişli rayon Cəfərli kəndində yaşayır. Onun “VAZ-21074” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobili idarə etmək üçün onun “BE”, “CE” və “DE” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Onun bacısı Şahid1 Alhüseyn qızı dializ xəstəsidir. O, 05 mart 2021-ci il tarixdə, saat 06:30 radələrində bacısı Gülşən xanımı İmişli Rayon Mərkəzi Xəstəxanasına dializ köçürülməsi üçün aparan zaman avtomobili İmişli şəhəri, İmişli şəhəri, Heydər Əliyev prospekti ilə 40 km/saat sürətlə idarə edərkən “Raziyyə” adlı qadının yolu sağdan-sola keçməsini 10-15 metr məsafədən görmüşdür. Raziyyə xanəm 3 (üç) metr yolun hərəkət hissəsinə çıxdığı vaxt ona çatmağa az qalmış iti yerişlərlə yoluna çıxmış və avtomobilə tormoz versə də, lakin saxlaya bilməyib onu avtomobil ilə vurmuşdur. Raziyyə xanım yerə yıxılaraq, asfaltın üstündə qalmışdır. Həmin yerə 2-3 nəfər kişi gəlib Raziyyə xanımə avtomobilinə mindirməkdə ona kömək etmişdir. Raziyyə xanımı avtomobilə mindirib əvvəlcə ona tibbi yardım göstərilməsi üçün İmişli rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Koranavirus xəstəliyi ilə bağlı İmişli Rayon Mərkəzi Xəstəxanasının karantin tədbirləri çərçivəsində koranavirus xəstəliyinə bağlandığı üçün orada həkimlər tapmamış, Raziyyə xanımın tələbi ilə onu evinə gətirib düşürmüşdür. Bu zaman oraya İmişli Rayon Polis Şöbəsinin əməkdaşları və İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili-Tibbi yardım həkimləri gəlmişdir. Raziyyə xanımı evindən çıxarıb X7 avtomobilinə mindirmişdir. Hadisə baş verən zaman arvadı X2 zəng edib, onu hadisə yerinə çağırmışdır. Raziyyə xanım Təcili-Tibbi Yardım avtomobili ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılmış, özü isə izahat vermək İmişli Rayon Polis Şöbəsinə getmişdir. O, baş vermiş yol nəqliyyat hadisəsindən sonra Zərərçəkmiş şəxs ilə maraqlanmış, müalicə olunması üçün maddi imkanı daxilində köməklik etmiş, ümumiyyətlə, diqqət və qayğı göstərmişdir. Eyni zamanda bildirir ki, baş vermiş yol nəqliyyat hadisəsinə görə səmimi peşmanlıq hissi keçirir və belə bir hadisənin baş verməsini heç vaxt arzu etməz idi. Bütün bunları nəzərə alaraq, “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim edərək, barəsində olan cinayət təqibinə xitam verilməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 19 ünvanda yaşayır. Baş vermiş hadisə barədə bildirir ki, 05 mart 2021-ci il tarixdə, təxminən saat 06:00 radələrində yaşadığı evdən çıxıb, İmişli şəhəri, Meliorator qəsəbəsində yaşayan rəfiqəsi X3 evinə borc pul almaq üçün getmişdir. İlhamə xanəmdan 50 (əlli) manat pul alıb evinə qayıdan zaman İmişli şəhəri, İmişli şəhəri, Heydər Əliyev prospekti ilə İmişli şəhərinin mərkəzi istiqamətinə yolunun sağ kənarında yerləşən səki ilə gəlmiş və həmin vaxt hava ala-toran olmaqla, yağışlı olmuşdur. İmişli şəhəri, İmişli şəhəri, Heydər Əliyev prospekti ilə İmişli şəhəri, T.İsmayılov küçəsinin kəsişməsinə 50-60 metr qalmış, çörək almaq üçün yolu sağdan sola mağazaya keçən zaman səkidən düşüb yolun 3 (üç) metr hərəkət hissəsini keçdikdə arxadan gələn “VAZ-2107” markalı, göy rəngdə olan minik avtomobili onu vuraraq yerə yıxmışdır. Onu avtomobil vurub yerə yıxarkən zərbənin təsirindən huşunu itirmişdir. Hadisə anında onu avtomobil vuran zaman avtomobili yanan işıqlarından görsə də, lakin avtomobilin sürətini görə bilməmişdir. Onu vuran avtomobilin sürücüsünün onu xəstəxanaya necə və kiminlə aparmasını bilmir. Lakin ayılanda özünü Şirvan Mərkəzi Şəhər Xəstəxanasında görmüşdür. Həmin vaxt orada onun yanında rəfiqəsi İlhamə adlı qadın və onu vuran avtomobilin sürücüsünun yoldaşı Səmayə adlı qadın olmuşdur. O, bir müddət xəstəxanada müalicə olunsa da, lakin bu günədək sərbəst yeriyə bilmir. Onu da qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsindən sonra Təqsirləndirilən şəxs və onun ailə üzvləri onun ilə maraqlanmış, onun müalicə olunmasına üçün imkanı daxilində maddi köməklik göstərmişdir. Lakin gələcəkdə də, onun müalicə olunması üçün müəyyən məbləğ pula ehtiyacı vardır. Bu səbəbdən də, onun Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti vardır. Bütün bunları nəzərə alaraq, Təqsirləndirilən şəxs məhkəmə tərəfindən Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Məhəmmədli oğlu ifadəsində bildirmişdir ki, o, İmişli şəhəri, M.Ə.Sabir küçəsi, ev 9 ünvanda ünvanda yaşayır. Özünün şəxsi “MERCEDES-BENZ” markalı, **-RS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobil ilə İmişli şəhərində “TAXİ” fəaliyyəti ilə məşğul olur. Baş vermiş hadisə barədə bildirir ki, 05 mart 2021-ci il tarixdə, təxminən saat 06:30 radələrində İmişli şəhərində yerləşən “Kolxoz” bazarına alver edən şəxsləri aparıb düşürdükdən sonra İmişli şəhəri, Heydər Əliyev prospekti ilə evinə tərəf gedən zaman “Raziyyə” adlı qadının İmişli şəhəri istiqamətinə tərəf yolun sağ tərəfində olan səki ilə gəlib, səkidən düşüb 3-4 metr yolun hərəkət hissəsinə tərəf piyada hərəkət etməsini görmüşdür. Hava yağışlı, çiskinli olduğu üçün o, avtomobilin şüşə silgəcini işlədərək idarə etmişdir. Raziyyə xanımın yanından ötüb keçmiş, 30-40 metr uzaqlaşaq, “Razi” marketə çatanda arxadan şaqqıltı səsi və kiminsə qışqıraraq: “Vurdu, vurdu...” deyə qışqırmasını eşitmişdir. Avtomobili dərhal yolda saxlamış, avtomobili geri döndərib Raziyyə xanımın vurulduğu yerə gəlmişdir. Raziyyə xanımı vuran “VAZ-21074” markalı göy rəngli avtomobilin sürücüsünün yaşlı bir kişi olmasını, həmin avtomobildə isə sürücüdən başqa 1 (bir) nəfər qadın da olmasını görmüşdür. Həmin avtomobilin sürücüsü, yəni Təqsirləndirilən şəxs hadisə yerinə gələn 2 (iki) nəfər ilə birlikdə Raziyyə xanımı yerdən qaldırıb, avtomobilə mindirmişdir. O, Təqsirləndirilən şəxs haraya getdiklərini soruşmuş, Mustafa kişinin yanında olan qadın ona İmişli Rayon Mərkəzi Xəstəxanasına dializ müalicəsi üçün getdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, İmişli rayon Cəfərli kəndində yaşayır, böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir və həftədə 3 (üç) dəfə İmişli Rayon Mərkəzi Xəstəxanasında özünə dializ köçürtdürür. Təqsirləndirilən şəxs onun qardaşıdır. Onu hər dəfə qardaşı Mustafa özünə məxsus “VAZ- 21074” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə xəstəxanaya aparıbgətirir. Baş vermiş hadisə barədə bildirir ki, 05 mart 2021-ci il tarixdə, təxminən saat saat 06:30 radələrində Mustafa avtomobili ilə onu yaşadığı İmişli rayonu, Cəfərli kəndindən İmişli Rayon Mərkəzi Xəstəxanasına dializ köçürülməsi üçün aparırdı. Həmin vaxt hava yağışlı, dumanlı və ala-qaranlıq idi. Hətta yağış bərk yağdığı üçün avtomobilin şüşə siləni yağışı silib təmizləyə bilmirdi. Bir də görmüşdür ki, kimsə avtomobilin kapotunun üstünə aşmışdır. Mustafa avtomobili saxlamış və yerə düşəndə görmüşdür ki, bir qadın maşının qarşısında 1 (bir) metr irəlidə asfalta yıxılıb qalımışdır. Oraya 2-3 nəfər kişi gəlmiş, onlar qardaşına kömək edib, qadını avtomobilə mindirmişlər. Mustafa ilə özün həmin qadını əvvəlcə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Orada həkim olmadığı üçün Raziyyə xanım onu yaşadığı evə aparılmasını istəmişdir. Sonra qardaşı Mustafa Raziyyə xanımı yaşadığı evə düşürmüşdür. Onlar orada olanda X7 avtomobili oraya gəlmiş, Raziyyə xanımı götürüb Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Daha sonra, qardaşı Mustafa onu İmişli Rayon Mərkəzi Xəstəxanasına aparmış, özü isə İmişli Rayon Polis Şöbəsinə getmişdir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AA 764067 №-li Azərbaycan Respublikası Nəqliyyat X1 surətindən görünür ki, gələn “VAZ-21074” markalı, (tip:Sedan, Ban №:XTA**********7994, Mühərrik №:**********9, Rəngi: göy, Buraxılış ili:2005) **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs xüsusi mülkiyyətindədir. Cinayət işində olan müvafiq qaydada təsdiq edilmiş AF 502048 №-li Azərbaycan Respublikası Sürücülük Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BE”, “CE” və “DE” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Cinayət işində olan “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydalar”ına əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 777 saylı, 05 mart 2021-ci il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs “alkoqol sərxoşluğu vəziyyəti” yoxdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X6 275 saylı, 01 may 2021-ci il tarixli rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər: 1. Zərərçəkmiş şəxs 05 mart 2021-ci il tarixdən 19 mart 2021-ci il tarixədək Şirvan Şəhər Mərkəzi Xəstəxanasında “Müştərək travma. Döş qəfəsinin küt travması. Hər iki ağciyərin kantuziyası, minimal hematoraks. Sağ oturaq sümüyü, sirkə kasasının divarının sınığı. Sağ oma-qıça birləşməsinin aralanması. Travmatik şok İİ dərəcə.” diaqnozu ilə stasionar müalicə olunmuşdur. 2. Sağ oturaq sümüyünün boylama yerdəyişmiş sınığı, sağ sirkə kasasının medial və ön divarının yerdəyişməmiş, oynaqdaxili, qəlpəli sınığı və sol sirə kasasının arxa divarının qopmuş, yerdəyişməmiş, oynaqdaxili sınığı , həmin sirkə kasasının ön divarının oynaqdaxili sınığı, sağ oma-qalça birləşməsinin poasttravmatik aralanmas hesabına kiçik çanaq halqasının deformasiyası, V bel fəqərəsinin önə doğru sürüşməsi bər küt əşyanın (əşyaların) təsirindən törəmişdir, qırarın təsviri hissəsində göstərilən vaxtda və şəraitdə, yəni 05 mart 2021-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı piyadanın avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi. 3. Qeyd olunmuş xəsarətlər dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə birindən çox hissəsinin dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8/1038 saylı, 04 iyun 2021-ci il məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21074” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti qaqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işində olan 11 sentyabr 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tam, obyektiv və hərtərəfli araşdırıb, mövcud sübutları düzgün təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli təhqiqat orqanı tərəfindən düzgün olaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən barəsində cinayət məsuliyyətindən azad etmə üçün əsaslar vardır. Belə ki, “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci yarımbəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.14-cü yarımbəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əssən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı qüvvəyə mindiyi günədək Təqsirləndirilən şəxs 60 yaşına çatdığı üçün müdafiə tərəfinin razılığı ilə barəsində amnistiya tətbiq edilməli, ona qarşı cinayət təqibinə xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə cinayət işində olan ekspertiza xərci ilə bağlı məsələyə hüquqi qiymət verərək hesab edir ki, cinayət işinin ibtidai istintaqı zamanı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tututlaraq, dövlət nəfinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 1.14 və 9.1-ci yarımbəndlərinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə yol-nəqliyyat hadisləri ekspertizasının keçirilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 100 (yüz) AZN məbləğində eskpertiza xərci tututlaraq, dövlət nəfinə ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar