Azərbaycan Respublikası adından HÖKM İmişli rayonu İş № 1(036)-98/2022 02.11.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirlən şəxslər: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1976-cı il tarixdə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İmişli rayonunun Sarıxanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə, 17 avqust 2002-ci il tarixdə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Sarıxanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs2 25 avqust 2019-cu il tarixdə saat 21 radələrində İmişli rayonunun Sarıxanlı kəndində İmişli RİHB-nın Sarıxanlı KİƏD üzrə nümayəndəliyinin inzibati binasının yaxınlığında yerləşən X4 məxsus yeməkxanada həmkəndlisi Zərərçəkmiş şəxs sataşmaq məqsədilə qəsdən ucadan söhbət edib, şəxsləri əlinin altında fəhlə kimi işlədərək pullarını vermədiyini bildirməklə mübahisə yaradaraq, qohumu təqsirləndirilən şəxs X2 ilə birlikdə bir qrup şəxs halında ona irad bildirən Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan hücum etmiş, orada olan şəxslər onları aralaşdırdıqdan sonra onlar kafenin həyətində, yəni ictimai yerdə, oradakı müştəri və tanışlarının yanında digərlərindən fərqləndiklərini nümayiş etdirmək məqsədilə özlərini cəmiyyətin fövqündə qoyaraq, ictimai qaydanı kobud surətdə pozan, ətrafda toplaşan şəxslərə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirməklə, habelə onların istirahətinə mane olmaqla cəmiyyətdə bərqərar olan davranış qaydalarının pozulmasında ifadə olunan hərəkətlər edib, yeməkxananın həyətində saxladığı “Mercedes-Benz 190” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib oradan uzaqlaşmaq istəyən Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək, Təqsirləndirilən şəxs1 ilə hücum çəkib zor tətbiq edərək yumruqla qəsdən bir neçə dəfə sonuncunun sifət və bədən nahiyələrindən vurub ona fiziki ağrılar, həmçinin sağ və sol gözaltı nahiyədə qançırlardan ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, daha sonra Zərərçəkmiş şəxs onlardan xilas olmaq üçün avtomobili ilə oradan uzaqlaşdıqda o, “Mercedes-Benz 190” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin qapısını qəsdən təpiklə vurub zədələyərək onun sahibinə 100 (yüz) manat məbləğində maddi ziyan vurmaqla bir qrup şəxs halında xuliqanlıq etmişlər. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, hadisədən təxminən beş il əvvəl həmkəndlisi Zərərçəkmiş şəxsla birlikdə Gəncə şəhərində məktəb tikintisində işləmişlər. Gəncə şəhərində olarkən Habil sərxoş halda öz avtomobilini idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılmış və ona cərimə yazılmışdır. Həmin vaxt Habilə pul lazım olduğundan iş yerindən ona əmək haqqından 720 manat pul verilmiş və o da pulu aparıb cərimə ödəyib avtomobilini cərimə meydançasından çıxarmışdır. Sonra Habil iş yerindən 300 manat pul almış və vaxtından əvvəl işdən çıxıb evinə qayıtmışdır. Həmin vaxtdan Habil onun işlədiyi yerdən 1200 manat əmək haqqı pulunu alıb xərclədiyini iddia edib ondan həmin pulu tələb etmiş və hətta bir neçə dəfə ondan İmişli RPŞ-yə və Gəncə şəhər polis idarəsinə şikayət etmişdir. O, Habilə əmək haqqısını almadığını bir neçə dəfə özünə desə də, onu inandıra bilməmiş və aralarında buna görə narazılıq yaranmışdır. 25 avqust 2019-cu il tarixdə saat 21 radələrində yaşadıqları İmişli rayonunun Sarıxanlı kəndində Nadirin çayxanasında həmkəndliləri Şahid3, Habil Əliyev və Yavər Nəsirovla bir stolda əyləşib pivə içərkən, başqa stolda Zərərçəkmiş şəxs həmkəndliləri Nurəli, Sulduz və Nazimlə birlikdə oturmuşlar. Habil stoldan qalxıb ondan 1200 manat pulu alacağın bildirib onu söyməyə başlamışdır. O, Habilə başqa vaxt və başqa yerdə söhbət edəcəklərini dedikdə, sonuncu yenidən onu söyməyə başlamış və onların səsinə qonşu otaqda olan əmisi nəvəsi Təqsirləndirilən şəxs1 gəlmişdir. Habil əvvəlcə Fərzalının anasının ünvanına nalayiq ifadələr işlətmiş, bu zəmində aralarında mübahisə yaranmış və mübahisə zamanı orada olan həmkəndliləri onları çayxandan çölə çıxarmışlar. Həyətə çıxdıqdan sonra Fərzalı Habilin üstünə hücum çəkib sifətinə yumruqla bir dəfə vurmuşdur. Həmin vaxt Habil əlində olan çəngəllə Fərzalının boğazından və sol qolundan vurmuş və çəngəlin dişləri sonuncunun boğazını və qolunu çırmışdır. O da həmin anda Habilin sifətinə bir dəfə yumruqla vurmuşdur. Həmin vaxt onları orada olan həmkəndliləri ayırmışlar. Sonra o, Habilin avtomobilinin sağ qapısına təpiklə bir dəfə vuraraq əzmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, 25 avqust 2019-cu il tarixdə saat 21 radələrində yaşadığı İmişli rayonunun Sarıxanlı kəndində kompüter salonunun qarşısında stulda oturduğu vaxt həmkəndlisi Zərərçəkmiş şəxsla qohumu Tarverdi Fərzaliyevin pul üstündə mübahisə etdiklərini eşitmişdir. Tarverdi ilə Habil bir-birini söyərkən o, yeməkxanaya daxil olmuş, Habilin Tarverdinin ünvanına nalayiq ifadələr işlətməsi ona pis təsir etmiş və o, Habilə yaxınlaşıb iradını bildirdikdə, sonuncu onu da söymüşdür. O, Habillə yaxalaşmış və çayxanada olan həmkəndliləri onları ayırmışılar. Bundan sonra Tarverdi ilə oturub gözləmiş, Habil onunla bir yerdə oturub yeyib-içən Sulduz Nurəli ilə durub həyətə çıxarkən, o da Tarverdi ilə bir yerdə stoldan durub həyətə çıxmışlar. O, kompüter salonunun qapısına tərəf getmiş və həyətdə Habillə Tarverdinin bir-biri ilə yenidən mübahisə edib yaxalaşdıqlarını görmüşdür. Həmin vaxt Mehman, Sulduz və Nurəli onları ayırmışlar. Habilin Tarverdinin ünvanına nalayiq söyüşlər söyməsini eşidib Habilin üzərinə hücum çəkib yaxasından tutub vurmaq istədikdə, sonuncu əlində olan çəngəllə onun boyun və sol çiyin nahiyələrindən iki dəfə vurmuşdur. O da bundan sonra yumruqla Habilin sifətindən bir dəfə vurmuşdur. Onları Mehman və yeməkxananın işçiləri Niyazi və Füzuli ayırmışlar. Habil avtomobilini sürüb gedərkən Tarverdi avtomobilin sağ qabaq qapısına təpiklə bir dəfə vurub əzmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməli özlərinin etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert və mütəxəssis rəyləri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 25 avqust 2019-cu il tarixdə saat 21 radələrində həmkəndliləri Şahid1 və Şahid2lə birlikdə çörək yemək üçün yaşadıqları İmişli rayonunun Sarıxanlı kəndində yerləşən Nadirin çayxanasına getmişlər. Yeməkləri bişirilənədək stolda oturub domino oynamışlar. Domino oynayarkən həmkəndlisi X5 adlı şəxslə yeməkxanaya gəlmiş və Mehmanla bir stolda oturmuşlar. Həmin vaxt Tarverdiyə zəng gəlmiş və sonuncu telefonla danışarkən ona sataşmaq məqsədilə fəhlə kimi işlətdiyi şəxslərin pullarını vermədiyini, onların başlarına oyun açdığını telefonda kiməsə demişdir. Hadisədən təxminən beş il əvvəl Tarverdi ilə bir yerdə Gəncə şəhərində məktəb tikintisində fəhlə kimi işləmişdir. Tarverdi usta, tikintinin iş icraçısı isə İsmayıl adlı şəxs olmuşdur. İsmayıl onun əmək haqqı pulunu Tarverdiyə vermiş, sonuncu isə pulun az bir hissəsini ona çatdırmışdır. Tarverdi onun əmək haqqını kəsdiyi üçün o, işdən çıxıb evinə qayıtmışdır. Tarverdi sonradan onun tikintidə çalışdığı zaman alacağı 1200 manat əmək haqqını verməmişdir. Bununla bağlı o, 2015-ci ildə İmişli RPŞ-yə və Gəncə şəhər polis idarəsinə şikayət etmiş, lakin pulunu Tarverdidən ala bilməmiş və münasibətləri həmin vaxtdan pozulmuşdur. Tarverdinin telefonda adamların başına oyun açıb pullarını vermədiyini deməsi ona pis təsir etmiş və üzünü sonuncuya tutub ona sataşdığını bildirmişdir. Həmin vaxt Tarverdi onun üstünə hücum çəkərək onu söymüş və başına oyun açacağını demişdir. Tarverdi ona hücum edərkən stolda oturduğu şəxslər onu tutmuş və dava etməyə qoymamışlar. Sonra Tarverdinin qohumu Fərzalı onun üstünə cumub vurmaq istədikdə həmkəndliləri onu da tutmuşlar. Sonra onlar oturub kənarda onu gözləmişlər. O isə Sulduz və Nurəli ilə bir stolda əyləşib əsəbiləşdiyi üçün yemək yeməmişdir. Sonra o, Nurəli, Sulduz və Nazimlə stoldan durub çölə çıxarkən Tarverdi onu dava etmək üçün çağırmışdır. O isə getməmiş, Nurəli və Sulduzla kafedən çıxıb həyətdə saxladığı avtomobilinə yaxınlaşarkən Tarverdi və Fərzlı onun üstünə cummuş və hər ikisi sifətinə bir yumruq vurmuşlar. O, avtomobilini sürüb getmək istərkən Tarverdi avtomobilin sağ qabaq qapısına təpiklə vuraraq əzmişdir. Daha sonra o, avtomobilini sürüb oradan uzaqlaşmışdır. Hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlardan heç bir şikayəti və tələbi yoxdur və məhkəməyə ərizə təqdim edərək onlara həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 25 avqust 2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs və Şahid2lə bir yerdə İmişli rayonunun Sarıxanlı kəndində yerləşən Nadirin yeməkxanasına getmişlər. Onlar həyətdə çardağın altında bir stolda oturmuşlar. Onlar oturandan sonra Tarverdi Fərzəliyev ora gəlmiş və telefonu ilə stolda oturub danışarkən kiməsə əlinin altında fəhlələr işlədib onların pullarını vermədiyini demişdir. Həmin söz Habilə toxunmuş və sonuncu ona cavab verərkən aralarında mübahisə yaranmış, bir-birilərini söyüb ayağa qalxıb yaxalaşmışlar. Orada olan adamlar onları ayırmışlar. Sonra ora Tarverdini qohumu Fərzalı gəlmiş, Habilin üstünə hücum çəkib söyüş söyüb vurmaq istədikdə onu digər stolda oturanlar tutub saxlamış və dava etməsinə imkan verməmişlər. Onlar oturub çörəklərini yeyərkən Tarverdi ilə Fərzalı çəkilib digər stolda əyləşmişlər. Çörək yedikdən sonra onlar həyətə çıxmış və Habil avtomobilinə əyləşib çıxıb gedərkən Tarverdi ilə Fərzalı birlikdə Habilin üstünə cummuşlar. Onlar Habilin üstünə hücum çəkib onu yumruqla vurmuşlar. Onları həmin vaxt orada olan adamlar ayırmışlar. X9 avtomobilinin sağ qabaq qapısına bir dəfə təpiklə vuraraq əzmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Bulud oğlu ifadəsində göstərdi ki, 25 avqust 2019-cu il tarixdə yaşadığı İmişli rayonunun Sarıxanlı kəndində yerləşən Niyazınin işlədiyi kafeyə Tarverdi ilə birlikdə pivə içmək üçün getmişdir. Kafedə həmkəndliləri Habili Sulduz, Nurəli ilə bir yerdə oturub yeyib araq içdiklərini görmüşdür. Habil Tarverdini görüb ona verəcəyi olduğunu bildirib həmin pulu ondan alacağını demişdir. Habil birinci Tarverdini söyüb ondan pul tələb etmiş və sonuncu da ona söyüşlə cavab qaytarmışdır. Sonra ora Tarverdinin qohumu Fərzalı gəlmişdir. Onlar pivə içib çölə çıxarkən Habil də oturduğu stoldan durub yoldaşları ilə bir yerdə həyətə çıxmışdır. X8 söyərək təhqir etmiş və onlar yaxalaşıb dalaşmışlar. Fərzalı yumruqla Habili, sonuncu isə Fərzalını vurmuşdur. Beləliklə də şərh edilən sübutları məcmu üzrə qiymətləndirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməkdə təqsirlilikləri təsdiq edildi və onlar istinad edilən cinayət qanununun həmin maddəsinin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını, övladı Elvin Fərzalızadənin “Vətən müharibəsi iştirakçısı” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət törətməsini, əməlini etiraf edib səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, sonuncunun ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini və cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanlara əsaslanaraq məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə islah işləri cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının on beş faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 qeydiyyatda olduğu İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. X3 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının on faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 6 ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X1 25 oktyabr 2022-ci il tarixdən 02 noyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddətin bir günü islah işləri cəzasının dörd gününə hesablanmaqla 1 (bir) ay 2 (iki) günü təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq aylıq qazancının on faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzasını iş yeri üzrə çəksin. Cəza çəkmə müddətinin əvvəli hökm icraya başlanıldığı və məhkumun qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal məhkəmə iclasında həbsdən azad edilsin. Hökmün icrası X1 qeydiyyatda olduğu İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut maddi sübut kimi tanınmış “Mersedes Benz 190” markalı 10-OK- 708 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətinə İmişli rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №1(036)-98/2022
İmişli Rayon Məhkəməsi Hökm — İş №1(036)-98/2022
02.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver