Məhkəmə qərarları › İş №1(037)-1/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-1/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-1/2021 09.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçilər Abbasov Nəvaid Noruz oğlu və İsmayılov İslam Abduləziz oğlunun, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə 09 fevral 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 23 oktyabr 1984-cü ildə İsmayıllı rayonu Talıstan kəndində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, evli, himayəsində iki azyaşlı uşağı olan, оrtа təhsilli, işsiz, məhkum olunmamış, İsmayıllı rayon Talıstan kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs1 оğlunun xx xxxxxxx 1981-ci ildə İsmayıllı rayonu Talıstan kəndində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, evli, himayəsində iki azyaşlı uşağı olan, оrtа təhsilli, işsiz, məhkum olunmamış, İsmayıllı rayonu Talıstan kəndində qeydiyyatda olmaqla orada yaşayan, bаrəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs2 оğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair müəyyən etdi: Təqsirləndirilən şəxs1 оğlu xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx xxxx 2020-ci il tarixdə saat 19:00 radələrində toyuq almaq məqsədi ilə İsmayıllı şəhəri, M.Müşfiq küçəsi, 1 saylı ünvanda yerləşən “xxxx” ASC-nin həyətinə daxil olaraq orada toyuq satan şəxsi axtarmış, həyətdə gəzərkən ASC-nin mühafizəçisi Babayev Qarakişi Möhüb oğlu onlara yaxınlaşaraq həyətdən çıxmalarını tələb etmişdir. Aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, digər mühafizəçi Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirərək mübahisə yerinə yaxınlaşıb onun qolundan tutaraq həyətdən çölə çıxmasını tələb etmişdir. O Zərərçəkmiş şəxs haqlı tələbinə tabe olmayaraq xuliqanlıq niyyəti ilə sonuncunun sifət nahiyəsindən bir dəfə qəsdən yumruqla zərbə endirmiş, bundan sonra qabaqcadan əlbir olmadan həmin cinayətin törədilməsinə qoşulan Təqsirləndirilən şəxs2 arxadan Zərərçəkmiş şəxs qollarından tutmuş və o bundan istifadə edərək öz cinayətkar hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə yumruqla vurmuşdur. Sonuncu aldığı zərbələrdən yerə yıxılaraq uzanıqlı vəziyyətdə qalmış, o və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmayan bir qrup şəxs halında Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən təpik zərbələri endirməklə sonuncuya xuliqanlıq niyyəti ilə qəsdən burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün ikili boylama yerdəyişən sınığı, sol gözün iç bucağının səthi yarası, alın nahiyəsinin sıyrığı, alın nahiyəsinin, burun belinin, hər iki gözaltı nahiyənin, sol saidin qançırlarından ibarət həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 xuliqanlıq niyyəti ilə bir qrup şəxs halında zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Belə ki, o, qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə xx xxxx 2020-ci il tarixdə saat 19:00 radələrində toyuq almaq məqsədi ilə İsmayıllı şəhəri, M.Müşfiq küçəsi, 1 saylı ünvanda yerləşən “xxxx” ASC-nin həyətinə daxil olmuş, orada heç kəsi tapmadığı üçün həyətinin digər hissələrinə baxarkən mühafizəçi Qarakişi Babayev onlara yaxınlaşaraq həyətdən çıxmalarını tələb etmişdir. Təqsirləndirilən şəxs1 Qarakişi Babayevə həyətdən çıxmayacağını bildirdikdə aralarında mübahisə yaranmış, bunu görən digər mühafizəçi Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirərək həmin yerə yaxınlaşıb Təqsirləndirilən şəxs1 qolundan tutaraq həyətdən çölə çıxmasını tələb etmişdir. Eyvaz Məmmədov Zərərçəkmiş şəxs haqlı tələbinə tabe olmayaraq xuliqanlıq niyyəti ilə sonuncunun sifət nahiyəsindən bir dəfə qəsdən yumruqla zərbə endirmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmadan həmin cinayətin törədilməsinə qoşularaq xidməti vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs qollarından tutmaqla Təqsirləndirilən şəxs1 sonuncunu təkrarən bir neçə dəfə yumruqla vurmasına şərait yaratmış, Zərərçəkmiş şəxs aldığı zərbələrdən yerə yıxılaraq uzanıqlı vəziyyətdə qalmışdır. O, Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olmayan bir qrup şəxs halında Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən təpik zərbələri endirməklə sonuncuya xuliqanlıq niyyəti ilə qəsdən burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüyünün ikili boylama yerdəyişən sınığı, sol gözün iç bucağının səthi yarası, alın nahiyəsinin sıyrığı, alın nahiyəsinin, burun belinin, hər iki gözaltı nahiyənin, sol saidin qançırlarından ibarət həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs1 ilkin məhkəmə iclaslarında özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, 10 mart 2020-ci il tarixdə saat 19:00 radələrində nisbətən ucuz qiymətə toyuq almaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə Rahilin idarə etdiyi avtomobillə İsmayıllı şəhərində yerləşən xxxx ASC-yə getmişlər. Rahil avtomobili müəssisənin qapısında saxlamış və oranın qapıları açıq olduğundan avtomobildən düşərək həyətə daxil olmuşlar. Rahil həyətin giriş qapısının yanında dayanmış, o isə bir qədər irəli gedərək “burda kim var” deyə səslənmişdir. Bu sözlərini təkrar-edə-edə həyətin mərkəzi hissəsinə qədər getmiş, geri döndükdə tanımadığı yaşlı bir adam kobud şəkildə “ icazəsiz nə girmisən bura, elə gəzirsən elə bil öz dədənin həyətidi, bas bayıra” deyərək çölə çıxmasını tələb etmişdir. Həmin adamın onunla belə danışmasından əsəbiləşərək ona cavab qaytarmış və həyətdən çıxarkən tanımadığı cavan oğlan onun üstünə gələrək onun sifətinə tərəf yumruq atmışdır. Yumruq ona dəyməmiş, həmin şəxs əli ilə onun boğaz nahiyyəsindən tutaraq özünə tərəf çəkdikdə o da həmin şəxsin yaxasından yapışmış, onlar bu vəziyyətdə yerə yıxılmışlar. Yerdə olarkən həmin şəxsin sifətindən yumruqla vurmuşdur. Rahil yaxınlaşıb onları ayırmış və mübahisə sakitləşmişdir. Mübahisə zamanı həmin şəxslərdən yaşlısının adının Qarakişi Babayev, cavanın isə Elgün Babazadə olduqlarını, onların müəssisənin mühafizəçiləri olduqlarını bilmişdir. Bundan sonra o, Rahillə həyəti tərk edərək gəldikləri avtomobillə oradan uzaqlaşmışlar. Təqsirləndirilən şəxs1 sonuncu məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və göstərmişdir ki, onun Elgünü vurmaq niyyəti olmamış, sonuncunun atası Qarakişi Babayevin onunla kobud danışması, Elgün Babazadənin isə heç bir əsaslı səbəb olmadan ona yumruq atması və dalaşmağa başlaması bir əməli törətməyə vadar etmişdir. Hesab edir ki, yerdə olarkən onun vurduğu yumruq zərbəsi zərərçəkmiş şəxsin tibbi ekspertiza rəyində göstərilmiş xəsarət almasına səbəb ola bilməz. Onlar bir biriləri ilə tutaşarkən ikisi də yerə yıxılmışlar, ona görə də hesab edir ki, zərərçəkmiş Elgün Babazadə məhz həmin epizodda, yəni yerə yıxıldıqları zaman sifəti dəyərək xəsarət almışdır. O, bir neçə dəfə Elgünə barışıq təklif etmiş, real olaraq vurulmuş ziyanı ödəmək istəmişdir. Elgün isə onun barışıq təkliflərini rədd edərək ondan böyük məbləğdə pul istəmiş, pul verilməyəcəyi təqdirdə onu və qardaşını bağışlamayacağını bildirmişdir. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli saymır və ona həmin maddələr üzrə bəraət verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə özünü təqsirli bilməməsi və ona bəraət verilməsi barədə verdiyi ifadəsinə münasibət bildirərək hesab edir ki, onun hazırki ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən azad olunmaq niyyəti güdür. Təqsirləndirilən şəxs1 ifadəsi onun özünün ibtidai istintaqın gedişində və ilkin məhkəmə icasında verdiyi ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, ifadələrin yerində yoxlanılmasına dair protokollar və həmin protokola əlavə edilmiş fotoşəkillər, üzləşdirilmə protokolları, ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilir. Təqsirləndirilən şəxs1 ibtidai istintaqın gedişində verdiyi ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə еlаn еdilmiş ittihаm üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 10 mart 2020-ci il tarixdə saat 19:00 radələrində nisbətən ucuz qiymətə 6-7 ədəd çolpa almaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2la sonuncunun idarə etdiyi avtomobillə İsmayıllı şəhərindəki xxxx ASC-yə getmişlər. Rahil avtomobili küçədə saxlamış, onlar avtomobildən düşərək qapıları açıq olan müəssisənin həyətinə daxil olmuşlar. O, bir qədər həyətin işərisinə gedərək “kim var burda?” deyə səslənmişdir. Rahil isə həyətin qapısına yaxın dayanmışdır. Bu zaman ona tərəf sonradan adının Qarakişi olduğunu bildiyi bir yaşlı adam yaxınlaşmış və “nə girmisən bura, elə gəzirsən elə bil dədənin həyətidi, bas bayıra” deyərək həyətdən çıxmasını təkid etmişdir. Qarakişinin sözündən əsəbiləşib ona “vızqırt” deyərək həyəti tərk etmək istəmişdir. Elə bu vaxt sonradan adının Elgün olduğunu bildiyi şəxs üsütnə gələrək onun sifətinə tərəf yumruq atmış, yumruq ona dəyməmişdir. Elgün iki əli ilə onun boğaz nahiyyəsindən tutaraq özünə tərəf çəkmiş, o, isə çevrilib Elgündən tutduqda onlar yerə yıxılmışlar. O, yerdə ola-ola Elgünü sifətindən bir neçə dəfə yumruqla vurmuşdur. Qardaşı Rahil onları ayırmış və mübahisə sakitləşmişdir. Onlar həyəti tərk edərkən Qarakişinin beli, Elgünün isə dəmir parçasını götürüb onun üstünə gəldiyini görmüşdür. Rahil Elgünün əlində olan aləti alaraq kənara atmış və Qarakişi də sakitləşmişdir. Avtomobilə əyləşib oradan uzaqlaşarkən Elgün yenə də əlinə nəsə götürüb onlara tərəf gəldiyini görmüşdür. Rahil onu maşına oturtmuş və oradan uzaqlaşmışlar. Sonradan Elgünün barələrində şikayət etdiyini eşitmişdir. O, Zərərçəkmiş şəxs yumruq zərbələri vuraraq xəsarət yetirmişdir. Qardaşı Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmiş və onları arıraraq sakitləşdirmişdir. Zərərçəkmiş şəxs hadisə zamanı onun sağ əlinin üst hissəsindən bir dəfə təpiklə bir zərbə vuraraq yetirmişdir. Hadisə zamanı orada başqa bir adam görməmişdir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, 10 mart 2020-ci il tarixdə saat 19:00 radələrində nisbətən ucuz qiymətə altı-yeddi ədəd çolpa almaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1la birlikdə idarə etdiyi avtomobillə İsmayıllı şəhərində yerləşən xxxx ASC-yə getmişlər. O, avtomobilini küçədə saxlamış və müəssisənin giriş qapısının açıq olduğunu görərək Eyvazla birlikdə həyətə daxil olmuşlar. Qapıdan bir az içəri daxil olduqdan sonra o dayanmış, Eyvaz isə orada kimisə tapıb çolpa almaq üçün “kim var burda?” deyədeyə həyətə tərəf getmişdir. Həmin vaxt müəssisəyə Ford markalı yük avtomobili daxil olmuşdur. Avtomobili idarə edən adını sonradan bildiyi Qarakişi adlı şəxs avtomobili həyətdə saxlamışdır. Bu zaman avtomobildəki sonradan adının Elgün olduğunu bildiyi şəxs avtomobildən düşərək ona yaxınlaşmış və salam vermişdir. Daha sonra Elgün “nə gəzirsən burda, sənə kim ixtiyar verib bura girmisən?” deyə soruşmuşdur. Elgünə toyuq almağa gəldiklərini və qapı açıq olduğundan həyətə keçdiklərini demişdir. O, Elgünlə danışa-danışa küçəyə çıxmış, bu zaman həyətdə Qarakişinin Eyvazla mübahisə etdiyini görmüşdür. Qarakişi Eyvaza kobud tərzdə “sən kimsən, elə girmisən ki, elə bil sənin dədəvin həyətidi, bas bayıra” deyəərək həyətdən çıxmasını tələb etmişdir. Eyvaz əsəbləşdiyindən Qarakişiyə “əşi get vızqırt” sözünü demişdir. Bu zaman Elgün Eyvazın üstünə gedərək yumruq atmış, yumruq Eyvaza dəyməmişdir. Qarakişi də Eyvazın üzərinə getmək istəyərkən o qoymamışdır. Eyvazla Elgün birbirilərinin yaxalarından tutub yerə yıxılmışlar və Elgün Eyvazın boğazından bir əli ilə tutub sıxmışdır. Onlar yerdə olarkən bir-birilərinə qarşılıqlı olaraq yumruq zərbələri vurmuşlar. Özü isə Elgünün atası Qarakişinin mübahisəyə müdaxilə etməsinə imkan verməmişdir. Bundan sonra mübahisə yerinə yaxınlaşaraq Eyvazla Elgünü aralaşdırmışdır. Onlar daha mübahisəni davam etdirməyərək avtomobilə tərəf gedərkən Qarakişi beli, Elgün isə yabanı əlinə alaraq onlara tərəf gəlmişlər. O, Elgündən yabanı alaraq kənara atmış və mübahisəni bitirmək lazım olduğunu bildirmişdir. Onlar avtomobilə əyləşərkən Elgünün yenə də əlində nə isə tutaraq küçəyə çıxdığını görmüş, o, avtomobili işə salaraq oradan uzaqlaşmışlar. Sonradan Elgünün qardaşı Eyvaz barəsində şikayət etdiyini eşitmişdir. Bundan sonra o, Elgünün və Qarakişinin işlədiyi yerə getmiş, Qarakişi ilə görüşərək oğlu Elgün ilə qardaşı arasında olmuş dalaşma ilə bağlı üzr istəyərək barışıq əldə etmək istəmişdir. Həmin vaxt Qarakişi onunla razılaşmamış və “görün başınıza nə oyun açacağam” deyərək barışıqdan imtina etmişdir. Qarakişi söhbət zamanı ondan da şikayət edəcəyini bildirmişdir. İşin ibtidai istintaqı zamanı bilmişdir ki, Elgün ilkin olaraq Eyvazın onu döyməsi barədə polisə müraciət etmiş, sonrakı ifadələrində onun tərəfindən də döyüldüyünü bildirmişdir. Reallıqda isə hadisə baş verən o, Elgünə heç bir xəsarət yetirməmiş, onun qollarından tutmamış və Eyvaza Elgünü döyməyə şərait yaratmamışdır. Hesab edir ki, onun barəsində əsassız şikayət etməkdə zərərçəkmişin məqsədi onlardan qisas almaqdır. Buna baxmayaraq Elgünə bir neçə dəfə barışıq təklif etmiş, vurulmuş ziyanı ödəmək istəmişdir. Elgün isə onun barışıq təkliflərini rədd edərək onu bağışlamayacağını bildirmişdir. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli saymır və ona bəraət verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə özünü təqsirli bilməməsi barədə ifadəsinə münasibət bildirərək hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən azad olunmaq niyyəti güdür. Onun ifadəsi zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, ifadələrin yerində yoxlanılmasına dair protokollar və həmin protokola əlavə edilmiş fotoşəkillər, üzləşdirilmə protokolları, ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 01 mart 2020-ci il tarixdən müqavilə əsasında İsmayıllı şəhəri M.Müşfiq küçəsi 1 ünvanında yerləşən xxxx ASC-də mühafizəçi işləyir. Hadisə baş verən ərəfələrdə o, həftənin bütün günləri saat 08:00 radələrindən axşam saat 20:00 radələrinə kimi oranın mühafizəsini təmin etmişdir. Eyvaz və Təqsirləndirilən şəxs2 qardaşlarını əvvəllər tanımamışdır. 10 mart 2020-ci il tarixdə saat 19:00 radələrində iş yerində olmuşdur. Müəssisənin kənarındakı bir işlə əlaqədar çölə çıxmış, tez qayıdacağına görə həyət qapısı açıq saxlamışdır. Çox az bir müddət sonra onunla birlikdə həmin müəssisədə işləyən atası Qarakişinin idarə etdiyi müəssisəyə məsxsus Ford markalı avtomobillə müəssisəyə qayıtmışdır. Həyətə daxil olduqda orada biri qapının yanında, birinin isə həyətin içində olmaqla tanımadığı iki nəfər şəxsin kimisə axtardıqlarını görmüşdür. O, qapının yanındankı sonradan adının Rahil olduğu şəxsə yaxınlaşaraq salam vermiş və kimi axtardıqlarını soruşmuşdur. Rahil ona toyuq almağa gəldiklərini demişdir. Rahilə çöldə gözləmələrini xahiş edərək müdiriyyətə xəbər edəcəyini bildirmişdir. Rahil “Eyvaz, gəl sən də” deyərək küçəyə tərəf getməy başlamışdır. Eyvazın isə çölə çıxmaq istəmədiyini görən atası Qarakişi Eyvaza çöldə gözləməsini bildirmişdir. Eyvaz atasına “sən kimsən, çıxmıram” deyərək onunla mübahisə etməyə başlamışdır. Eyvazın atasını yumruqla vurmaq istədiyi görərək ora yaxınlaşmış və Eyvazın çiynindən tutub özünə tərəf çəkərək “gəl çıx çölə!” demişdir. Bu zaman Eyvaz ona tərəf çevrilmiş və birbaşa sifətindən bir yumruq zərbəsi vurmuşdur. Onlar bir birilərinin yaxasından tutaraq dalaşmağa başlamışlar. Bu zaman küçədə olan Rahil onlara yaxınlaşmış və arxadan onun qollarından tutmuşdur. Eyvaz bundan istifadə edib onun sifətindən 5-6 dəfə də yumruq zərbələri vurmuşdur. Onun burnundan qan açılmış və yerə yıxılmışdır. Yerdə əlləri ilə sifətini bağlayaraq uzanıqlı vəziyyətdə qalmış, onun yıxılmağından istifadə edən Eyvaz və Rahil başından və sol qolundan xatırlamadığı sayda yumruq və təpiklə zərbələri vurmuşlar. O, müqavimət göstərə bilməmiş və bir müddətdən sonra Eyvaz və Rahil çıxıb getmişlər. Bundan sonra o DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. İlkin müraciətində yalnız Eyvazın adını bildiyi üçün onun Eyvaz tərəfindən döyüldüyünü bildirmiş, sonradan isə Rahilin də onu döyməsi barədə əlavə müraciət etmişdir. Təqsirləndirilən şəxslər sonradan onunla barışıq etmək üçün cəhd etmişlər. O təqsirləndirilən şəxslərə müalicə xərclərinin ödənilməsinə köməklik edəcəkləri təqdirdə onlardan şikayətçi olmayacağını bildirmiş, lakin sonuncu məhkəmə iclasınadək onlar vurulmuş ziyanı ödəməmişlər. Qeyd etdiklərini nəzərə almağı və təqsirləndirilən şəxslərə qanuni cəza verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Akif oğlu Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdikləri xüsusatları təsdiq etmiş və təqsirləndirilən şəxslərə qanuni cəza verilməsini xahiş etmişdir. Şahid Babayev Qarakişi Möhüb oğlu ifadə verərək göstərdi ki, 01 mart 2020-ci il tarixdən müqavilə əsasında oğlu Zərərçəkmiş şəxs ilə birlikdə İsmayıllı şəhəri M.Müşfiq küçəsi 1 ünvanında yerləşən xxxx ASC-də mühafizəçi işləyirlər. Etibarnamə əsasında müəssisəyə məxsus yek avtomobilini də zərurət yarandıqda idarə edir. 10 mart 2020-ci il tarixdə müdriyyətin tapşırığı əsasında Elgünlə birlikdə müsəssisəni tərk etmiş, tez qayıdacaqlarına görə müəssisənin giriq qapısını bağlamamışlar. Təxminən 10 dəqiqədən sonra geri döndükdə müəssisənin qapısı qarşısında yaşıl rəngli bir avtomobilin dayandığını görmüşdür. O, avtomobili idarə edərək müəssisəyə daxil olmuşlar. Bu zaman həyətdə iki nəfər tanımadığı şəxs olduğunu görmüş və avtomobildən düşərək həyətin ortasında olan şəxsə tərəf getmişdir. Sonradan adının Eyvaz olduğu həmin şəxsə icazəsiz müəssisənin həyətinə girdikləri üçün irad tutmuş və çıxmalarını tələb etmişdir. Eyvaz isə “əşi qapı açıq idi, ona görə girmişik, get vızqırt” deyərək kəsim sexinə doğru getməyə başlamışdır. O, Eyvazın qabağını kəsmək istədikdə Eyvaz ona tərəf əl-qol atmışdır. Bu zaman Elgün Eyvaza tərəf getmiş və onun çiynindən tutaraq müəssisəni tərk etməyi tələb etmişdir. Eyvaz isə çevrilmiş və qəflətən Elgünün sifətindən yumruq vurmuşdur. Onlar tutaşmış və dalaşdıqlarını görərək onları ayırmaq istəmişdir. Bu zaman sonradan adının Rahil olduğunu bildiyi şəxs onu Elgünlə Eyvaza yaxınlaşmağa qoymamış, özü onlara yaxınlaşaraq arxadan Elgünün əllərindən tutmuşdur. Eyvaz da Elgünün vəziyyətindən istifadə edərək Elgünə ardıcıl yumruq zərbələri vurmuşdur. Sonra isə onların ikisi də yerə yıxılmış, bu zaman Rahil Elgünü təpiklə vurmuşdur. Eyvaz da ayağa qalxmış və Rahilə qoşularaq yerdə uzanıqlı qalmış Elgünü təpikləmişlər. Elgünün artıq müqavimət göstərə bilmədiyini görərək onlar aralaşmış və müəssisənin qapısına tərəf getməyə başlamışlar. Bu zaman o əlinə bel götürmüş onları qorxutmaq üçün üstlərinə getmişdir. Rahil ona yaxınlaşaraq belə əlindən almış və çıxıb getmişlər. Şahid1 ifadə verərək göstərdi ki, müqavilə əsasında xxxx ASC-də mühasib vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və atası Qarakişi Babayev də müqavilə əsasında xxxx ASC-nin mühafizəsini təmin edirlər. 10 mart 2020-ci il tarixdə saat 19:00 radələrində işdə olarkən müəssisənin giriş qapısı tərəfdən səs eşitmişdir. O, çölə çıxmış və bu zaman Elgünün iki nəfər tanımadığı şəxs tərəfindən döyüldüyünü görmüşdür. Həmin şəxslərdən nisbətən boyu hündür olanı Elgünü qollarını arxadan tutub saxlamış, digər şəxs isə Elgünün sifət nahiyyəsindən yumruqla zərbələr endirmişdir. O, dərhal içəri keçərək telefonunu götürüb müəssisənin rəhbəri Siyasət xanıma zəng edərək bu barədə məlumat vermişdir. Sonra çölə çıxarkən müəssisənin giriş qapısından bir qadının həmin şəxsləri səslədiyini görmüşdür. Bundan sonra həmin şəxslər çıxıb getmişlər. Elə həmin vaxt müəssisənin rəhbəri Siyasət xanım gəlmiş və Elgünə ilkin tibbi yardım göstərmişlər. Daha sonra isə ora təcili yardım çağıraraq Elgünü xəstəxanaya aparmışlar. Şahid2 Cəlil qızı ifadə verərək göstərdi ki, o, xxxx ASC-ni icarədarı olmaqla müəssisənin fəaliyyətinə rəhbərlik edir. 01 mart 2020-ci il tarixdən daxili xidmət müqaviləsi əsasında Zərərçəkmiş şəxs və atası Qarakişi Babayevi xxxx ASC-nin mühafizəçiləri təyin etmiş və onlar həmin tarixdən müəssisənin mühafizəsini təmin edirlər. 10 mart 2020-ci il tarixdə saat 19:00 radələrində işdə olarkən müəssisənin mühasibi Şahid1 ona zəng edərək müəssisənin həyətində iki nəfər şəxsin Elgünü döyməsi barədə məlumat vermişdir. O, dərhal müəssisəyə getmiş və müəssisəyə çatmağa az qalmış yaşıl rəngli minik avtomobilinin sürətlə oradan uzaqlaşmasını görmüşdür. Müəssisənin həyətinə daxil olmuş və Elgünün döyülmüş vəziyyətdə olmasını görmüşdür. Dərhal Elgünə ilkin tibbi yardım göstərmiş və təcili yardım çağıraraq Elgünü xəstəxanaya aparmışlar. Şahid qismində məhkəmə iclasına dəvət edilərək dindirilmiş Məmmədova Xəyalə Xəlil qızı ifadə verərək göstərdi ki, 10 mart 2020-ci il tarixdə saat 19:00 radələrində nisbətən ucuz qiymətə altı-yeddi ədəd çolpa almaq məqsədi ilə əri Rahilin idarə etdiyi avtomobillə xxxx ASC-yə getmişlər. Avtomobildə onlardan başqa qayınanası Pəvanə, qayını Eyvaz və qayın arvadı Şəbnəm olmuşlar. Müəssisənin qapıları açıq olmuş, Rahil avtomobili qapının yanında saxlayaraq Eyvazla birlikdə müəssisənin həyətinə daxil olmuşlar. Onlar isə avtomobildə qalmışlar. Bu vaxt qırmızı rəngli bir yük maşını çöl tərəfdən müəssisənin həyətinə daxil olmuşdur. Təxminən 15-20 dəqiqədən sonra Rahillə Eyvaz qayıdaraq avtomobilə əyləşmişlər. Onların arxasınca həyətdən əlində dəmir parçası tanımadığı bir şəxs çıxmışdır. Eyvaz maşından düşmək istəmiş, Rahil isə onu maşından düşməyə qoymamış və oradan uzaqlaşmışlar. Şahid qismində məhkəmə iclasına dəvət edilərək dindirilmiş Məmmədova Pərvanə Zahir qızı və Məmmədova Şəbnəm Gülbala qızı şahid Xəyalə Məmmədova ilə eyni məzmunlu ifadəlıər verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. “Hadisə yerinə baxış keçirilməsinə dair” xx xxxx 2020-ci il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə İsmayıllı şəhəri, M.Müşfiq küçəsi 1 ünvanda yerləşən “xxxx” ASC-nin həyətində baş vermiş, Eyvaz və Rahil Məmmədovların mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri ilə vuraraq xəsarət yetirməsi müəyyən edilmişdir. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və yaxud predmet aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tаriхli 89 nömrəli rəyindən müəyyən edilir ki, Elgün Babazadənin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – burun tənəffüs pozulması ilə müşayət olunan burun sümüyünün ikili boylama yerdəyişən sınığı, sol gözün iç bucağının səthi yarası, alın nahiyyəsinin sıyrığı, alın nahiyyəsinin, burun belinin, hər iki gözaltı nahiyyənin, sol saidin qançırları bərk-küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tаriхli 111 nömrəi rəyindənmüəyyən edilir ki, Eyvaz Məmmədovun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ saidin piqmentasiya sahəsi qançır izi olub küt əşya (alət) təsirindən törənmişdir, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsindən 20-30 gün əvvəl olmaqla ekspertizanın təyin edilməsinə dair qərarın təsviri hissəsində göstərilən 10 mart 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İsmayıllı Rayon Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 1 (037) - 43 / 2020 nömrəli qərarından görünür ki, cinayət işi üzrə hadisə zamanı Elgün Babazadənin bədəni üzərində yaranmış xəsarətlərin hər birinin ayrı-ayrılıqda ağırlıq dərəcələri müəyyən edilməsi məqsədi ilə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Əlavə məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tаriхli 22/89 nömrəli rəyindən müəyyən edilir ki, Elgün Babazadənin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – burun tənəffüs pozulması ilə müşayət olunan burun sümüyünün ikili boylama yerdəyişən sınığı, sol gözün iç bucağının səthi yarası, alın nahiyyəsinin sıyrığı, alın nahiyyəsinin, burun belinin, hər iki gözaltı nahiyyənin, sol saidin qançırları bərk-küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə törənməsi istisna edilmir. Qeyd edilən xəsarətlər- burun tənəffüs pozulması ilə müşayət olunan burun sümüyünün ikili boylama yerdəyişən sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Sol gözün iç bucağının səthi yarası, alın nahiyyəsinin sıyrığı, alın nahiyyəsinin, burun belinin, hər iki gözaltı nahiyyənin, sol saidin qançırları isə istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ilə Eyvaz Məmmədov arasında 15 iyul 2020-ci il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs ona hansı şəraitdə və nə ilə xəsarət yetirməsini Təqsirləndirilən şəxs1 üzünə qarşı söyləmişdir. Zərərçəkmiş şəxs ilə Rahil Məmmədov arasında 15 iyul 2020-ci il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs ona hansı şəraitdə və nə ilə xəsarət yetirməsini Təqsirləndirilən şəxs2 üzünə qarşı söyləmişdir. Qarakişi Babayev ilə Təqsirləndirilən şəxs1 arasında 16 iyul 2020-ci il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Qarakişi Babayev oğlu Zərərçəkmiş şəxs hansı şəraitdə və nə ilə xəsarət yetirməsini Təqsirləndirilən şəxs1 üzünə qarşı söyləmişdir. Qarakişi Babayev ilə Təqsirləndirilən şəxs2 arasında 16 iyul 2020-ci il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Qarakişi Babayev oğlu Zərərçəkmiş şəxs hansı şəraitdə və nə ilə xəsarət yetirməsini Təqsirləndirilən şəxs2 üzünə qarşı söyləmişdir. İsmayıllı rayon X6 Hüquqi şəxsi Konsultativ Poliklinika şöbəsi tərəfindən verilmiş 21 iyul 2020-ci il tarixli 1231 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 poliklinikanın narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İsmayıllı rayon X6 Hüquqi şəxsi Konsultativ Poliklinika şöbəsi tərəfindən verilmiş 21 iyul 2020-ci il tarixli 1234 nömrəli arayışdan görünür ki, Rahil Məmmədov poliklinikanın narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. 02 sentyabr 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkum olunmamışlar. 18 aprel 2020-ci il tarixli 145 və 146 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonu Talıstan kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı Məmmədova Şəbnəm Gülbala qızı və 2013 və 2018-ci il təvəllüdlü uşaqları Asiman və Cülcandan ibarətdir. Yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. 02 sentyabr 2020-ci il tarixli 389 və 390 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Rahil Məmmədov İsmayıllı rayonu Talıstan kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı Məmmədova Xəyalə Xəlil qızı və 2008 və 2009-cu il təvəllüdlü uşaqları Aytac və Nihatdan ibarətdir. Yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. Müstəntiqin 28 avqust 2020-ci il il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin 28 avqust 2020-ci il il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək barələrində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, ailə vəziyyətlərini, həmçinin törətdikləri cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onlara təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini, şəxsiyyətini səciyyələndirən halları, ailə vəziyyətini, cəzasını yüngülləşdirən halı və işin digər faktiki halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ittiham edildiyi maddələrdə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Talıstan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, ailə vəziyyətini, cəzasını yüngülləşdirən halı və işin digər faktiki halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ittiham edildiyi maddələrdə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 06 (altı) ay müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Talıstan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 оğlu ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Talıstan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 оğlunun cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 оğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Qurbanalı оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 оğlu ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Talıstan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 оğlunun cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 оğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar