Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-1/2023 25.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 iştirakı ilə 25 yanvar 2023-cü il tarixdə saat 15:53-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1982-ci ildə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işsiz, 2-ci qrup əlil, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 1(007)-108/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 08(səkkiz) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə X6 həbsdə saxlanılan, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını təkrarən, xeyli miqdarda ziyan vurmaqla ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs2 pulunu alıb ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə Zərərçəkmiş şəxs2 yalandan Türkiyə Respublikasında səfirlikdə işlədiyini bildirib sonuncuya Türkiyə Respublikası Miqrasiya İdarəsinin Ümumi Müdürlüyü tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək qoyulmuş ölkəyə daxil olma qadağasını aradan qaldıracağını yalandan vəd verib aldadaraq tamah niyyəti və vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021-ci il tarixdə, dəqiq saatı istintaqa məlum olmayan vaxtda Sumqayıt şəhəri Asan Xidmət mərkəzində Zərərçəkmiş şəxs2 həmin dövrün məzənnəsi ilə 1020 manat təşkil edən 600 ABŞ dolları məbləğində pulu alıb ələ keçirmiş, bir neçə gün sonra öz cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs2 qadağanın aradan götürülməsi üçün Türkiyə səfirliyində 100 ABŞ dolları ödənməli olmasını bildirib inandıraraq, sonuncunun Şahid vasitəsi ilə 2021-ci ilin mart ayında, dəqiq tarixi və saatı müəyyən edilməyən vaxtda ona göndərdiyi həmin dövrün məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dolları məbləğində pulu Bakı şəhəri, Nərimanov rayonu “Mc Donalds” restoranının yaxınlığında Şahid alaraq ələ keçirmiş, bir neçə gün sonra o, cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs2 işlərin görülməsi üçün hesabına əlavə 300 ABŞ dolları qoyulmasının zəruri olmasını bildirib inandıraraq 2021-ci ilin mart ayının axırlarında, dəqiq tarixi və saatı istintaqla müəyyən edilməyən vaxtda Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində X13 məxsus fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs2 515 manat məbləğində pulu alaraq ələ keçirmiş, bununla da o, etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 1705 (min yeddi yüz beş) manat məbləğində pulunu alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 pulunu alıb ələ keçirmək qərarına gəlmiş, bu nuyyətlə o, Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib özünün “Palmali” şirkətinin Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən baş ofisində “yardımçı” işində işlədiyini yalandan deyib Zərərçəkmiş şəxs1 Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Palmali” şirkətinə gəmi qarşılayıcı vəzifəsinə işə düzəldə biləcəyinə inandırıb aldatmış, bu məqsədlə tamah niyyəti və vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin aprel ayında, dəqiq tarixi və saatı istintaqla müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs1 xalası oğlu X2 vasitəsi ilə ona göndərdiyi 5100 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin inzibati binasının yaxınlığında Rizvan Feyzullayevdən alaraq ələ keçirmiş, öz cinayətkar hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 işə düzəldikdən sonra avtomobillə təmin olunacağını yalandan deyib bunun üçün 1700 manat pul lazım olmasını bildirib inandıraraq, 2021-ci ilin may ayında, dəqiq tarixi və saatı istintaqla müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs1 Rizvan Feyzullayein vasitəsi ilə ona göndərdiyi 1700 manat pulu Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin inzibati binasının yaxınlığında Rizvan Feyzullayevdən alaraq ələ keçirmiş, bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs1 Türkiyə Cümhuriyyətinə gedərkən “Covid- 19” infeksiyası ilə bağlı verəcəyi test və aviabiletin xərcləri üçün 500 manat pul verməli olmasını bildirib inandıraraq xx.xx.2021-ci il tarixdə, dəqiq saatı istintaqla müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs1 Rizvan Feyzullayevin vasitəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsində yerləşən “Million” ödəmə terminalı vasitəsilə istintaqla müəyyən edilməyən hesaba göndərdiyi 500 manat məbləğində pulu ələ keçirmiş, öz cinayətkar hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs1 işin sənədləşməsində çətinlik yarandığını bildirib əlavə sənədləşmə üçün 2000 manat pul lazım olmasını bildirib 2021-ci ilin iyul ayında, dəqiq tarixi və saatı istintaqla müəyyən edilməyən vaxtda Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs1 aldığı 400 yüz manat məbləğində pulu istintaqla müəyyən edilməyən hesaba göndərməklə ələ keçirmiş və həmin gün, dəqiq saatı istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun İstisu kəndində yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evdə sonuncudan aldığı 1600 manat məbləğində pulu alaraq ələ keçirmiş, bununla da etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdar təşkil edən 9300 (doqquz min üç yüz) manat məbləğində pulunu alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə özünü təqsirli bilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 ilə Türkiyə Respublikasında tanış olmuşdur. O, sonradan Azərbaycan Respublikasına qayıtmış, Mirhüseyn isə Türkiyədə qalmışdır. 2021-ci ilin mart ayında Mirhüseynlə Bakı Beynəxlaq hava limanında qarşılaşmış, onun yaşadığı evə getmişdir. Hüseyn ondan özünün Türkiyə Respublikası tərəfindən qoyulmuş ölkəyə giriş qadağasının aradan qaldırmaqda köməklik etməsini xahiş etmişdir. O, Mirhüseynə köməklik edəcəyini bildirmiş və deportun aradan qaldırılması üçün müəyyən ödənişlərin edilməli olduğunu sonuncuya demişdir. 2021-ci ilin mart ayının əvvəlləri Sumqayıt şəhəri, Asan Xidmətinin binasında Mirhüseynlə görüşmüş və orada Mirhüseyn deportun aradan qaldırılması üçün ilkin olaraq ona 500 ABŞ dolları pul vermişdir. Növbəti dəfə təxminən aprel ayının 15-16 tarixlərində Mirhüseynlə danışdığı zaman deport ilə əlaqədar yenidən pul lazım olduğunu bildirmiş və Mirhüseyn ilə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində görüşmüşdür. Bu dəfə isə Mirhüseyn ona 300 ABŞ dolları pul vermişdir. Sonuncu dəfə isə Mirhüseyn ilə telefon vasitəsi ilə danışdıqları zaman ona Bakı şəhərində olmadığını deyərək razılaşdıqları 1000 ABŞ dollarından 200 ABŞ dollarını Bakı şəhərində yaşayan dostu Şahid verməsini demişdir. Mirhüseyn pulu Bakı şəhəri, Nizami metrostansiyası yanında Rahibə vermiş və o, Bakı şəhərində qayıtdıqdan sorna həmin pulu da götürmüşdür. Mirhüseyndən aldığı 1000 ABŞ dolları pulundan 500 ABŞ dollarını Ziraat bank vasitəsi ilə Türkiyə Respublikasında yaşayan Gökhan adlı şəxsə göndərmiş, 200 ABŞ dollarını Bakı şəhərində yerləşən Türkiyə səfirliyində ödəmiş, qalan 300 ABŞ dollarını isə özü xərcləmişdir. O, Zərərçəkmiş şəxs2 müraciət etdiyi məsələ ilə əlaqədar müvafiq xidmət göstərmişdir. Hesab edir ki, Zərərçəkmiş şəxs2 münasibətdə onun əməlində cinayət tərkibi yoxdur. Çünki, aralarında hansısa bir yardım göstərilməsinə dair rəsmi müqavilə olmasa da zərərçəkmiş şəxsə həmin yardımı göstərmiş və Zərərçəkmiş şəxs2 Türkiyə Respublikası tərəfindən qoyulmuş ölkəyə giriş qadağasını aradan qaldırmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə ona bəraət verilməsini xahiş edir. İfadəsinin davamı olaraq qeyd edir ki, əvvəllər Türkiyə Respublikasının İstanbul şəhərində müxtəlif işlərdə işləmişdir. 2020-ci ilin təxminən avqust ayında əvvəllər tanıdığı, əslən Gürcüstan Respublikasından olan biri ona zəng edərək Azərbaycan Respublikasından olan bir tanışının aviareysinin təxirə salındığını və aeroportda qaldığını, buna görə də həmin şəxsə bir neçə günlük qalmağa ev təşkil etməyini ondan xahiş etmişdir. O razılaşmış və həmin gürcü tanışının dediyi şəxs ilə, yəni İsmayıllı rayonundan olan Veysəl ilə əlaqə saxlamışdır. Veysələ özünün bir neçə nəfər ilə yaşadığı evin yerini demiş və Veysəl həmin yerə gəlmişdir. Həmin vaxt evdə qalanlardan biri Veysəli qarşılamış və Veysəl təxminən 1 həftə onlarla birgə qaldıqdan sonra Azərbaycana qayıtmışdır. Azərbaycana gəldikdən sonra Veysəl onunla əlaqə saxlamışdır. Həmin vaxtlarda azərbaycanlı iş adamı Mübariz Mənsimovun məhkəmə prosesləri olduğu üçün o məhkəmələrdə iştirak etmiş və bu barədə telefonundan videolar paylaşırmışdır. Veysəl ondan bir neçə dəfə Mübariz Mənsimovun məhkəmə prosesləri barədə soruşmuş, o da Veysələ bu barədə məlumat verirmişdir. Veysəl ixtisası üzrə yəni, gəmi, dənizlə bağlı iş axtardığı üçün o Palmali şirkətinə məxsus gəmilərin birinin kapitanının yanında Veysəl ilə telefon vasitəsilə danışmışdır. Gəmi kapitanı olan şəxs gəmiyə işə düzəlmək üçün müəyyən sənədlərin, yəni sertifikat, diplom və sairə sənədlərin zəruri olduğunu Veysələ demişdir. Lakin kapitan Veysələ işə düzəlib-düzəlməyəcəyi barədə heç nə deməmişdir. Sadəcə olaraq gəmidə işləmək üçün olan rekvizitləri Veysələ bildirmişdir. Veysəl də ona həmin sənədləri hazır edəcəyini bildirmişdir. Həmçinin o Veysələ Türkiyədə gəmidə işə düzələndə dövlət hesabına vergi və sığorta pulu ödəməli olduğunu və bunun da ümumilikdə 10000 (on min) manat olacağını demişdir. Veysəl həmin məbləğin böyük məbləğ olduğunu və qeyd olunan məbləği hissə-hissə verə biləcəyini ona demişdir. Veysəl onunla əlaqə saxlayaraq sənədlərin hazır olacağını demişdir. 2021-ci ilin payız aylarında o Azərbaycana gəlmiş və Azərbaycanda qalmalı olduğu üçün öz istəyi ilə işdən çıxmışdır. 2021-ci ilin təxminən aprel ayında o tanışları Rahib, Cəlal və Eşqin ilə birlikdə Qəbələ rayonunda yerləşən şəhid Polad Həşimovun yaşamış olduğu evinə getmiş, həmin gün Veysəl ondan evinə gəlməyi xahiş etmişdir. Onlar Veysəlin yaşadığı İsmayıllı rayonunun İstisu kəndində yerləşən evinə getmişlər. Orada çay içib yemək yemişlər. Həmçinin Veysəl ona ingilis dili bitirməyi ilə bağlı sertifikatının surətini, universitet bitirməyi ilə bağlı diplomun surətini, sağlamlıq haqqında arayış, yarayış yeri haqqında arayış, ailə tərkibi haqqında arayış, 3x4 şəkillər və 2000 manat məbləğində pul vermişdir. Veysəl ona pul verərkən işi üçün lazım olan prosedurları başlatmağını, geri qalan məbləği isə sonradan hissə-hissə verəcəyini demişdir. Həmin gün onlar Veysəlgildən çıxıb Qəbələ rayonuna, oradan da Bakı şəhərinə getmişlər. Həmin gün gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda Veysəlin qohumu Rizvan ona 5100 manat məbləğində pul verərək həmin pulu Veysəlin işi düzəlməsi üçün verdiyini demişdir. Həmin vaxtlarda, yəni 2021-ci ilin may ayının ortalarında o Veysələ zəng edərək 500 manat pulu “Palmali” şirkətinə məxsus türk hesabına yükləməsini bildirmişdir. Həmin pul Veysəlin Türkiyə Respublikasına gedərkən orada Covid-19 infeksiyası ilə bağlı verəcəyi analiz və ona aviabiletin alınması üçün tələb olunan pul olmuşdur. Onun bu barədə Veysələ dediyi gün Veysəl 500 manat pulu həmin hesaba yükləmişdir. Bundan sonra o Veysəl ilə əlaqə saxlayaraq əvvəlcədən danışdıqları kimi Veysəlin pulu tam ödəmədiyini demişdir. Yəni əvvəlcədən Veysəl ilə aralarında olan danışığa əsasən Veysəl 10 000 manat pul ödəməli imiş. Bununla bağlı olaraq 2021-ci ilin avqust ayında Veysəlin qohumu Rizvan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən FHN-nin yanğınsöndürmə idarəsinin yaxınlığında, doqquz mərtəbəli binanın həyətində 2000 manat pulu ona vermişdir. 2021-ci ilin avqust ayında Veysəl ona qardaşı Tamerlanın Gəncədə hərbi xidmətdə olduğunu və məzuniyyətə gəlməsini istədiyini demişdir. O də bu işi həll edə biləcəyini demiş və bunun üçün 150 manat pul lazım olduğunu bildirmişdir. Bununla bağlı olaraq Veysəlin Rizvana göndərdiyi 150 manat pulu sonuncu ona Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən FHN-nin yanğınsöndürmə idarəsinin yaxınlığında, doqquz mərtəbəli binanın həyətində vermişdir. Zərərçəkmiş şəxs1 onun gəmidə işə düzəltmək adı ilə 9300 pul almış, Veysəldən əlavə olaraq qardaşı Tamerlanı hərbi xidmətdən məzuniyyətə çıxartmaq adı ilə isə 150 manat pul almışdır. 2018-ci ildən sonra Türkiyə Cümhuriyyətində yaşasada “Palmali” şirkətlər qrupunda işləməmişdir. Mübariz Mənsimovu və Mahmud İmansoyu tanısada onlarla heç bir münasibəti olmamışdır. Mübariz Mənsimov “Palmali” şirkətlər qrupunun Prezidenti kimi tanınmış bir şəxs kimi tanımışdır. Mahmud İmansoyun da Türkiyə Cümhuriyyətində həmin şirkətdə işlədiyini bilmişdir. İbtidai istintaqın gedişində məsuliyyətini yüngülləşdirmək üçün pulları Mahmud İmansoya verdiyini qeyd etmiş, əslində isə həmin şəxsə pul verməmişdir. Zərərçəkmiş şəxs1 2021-ci ilin aprel ayında dəqiq tarixinı xatırlamadığı gündə İsmayıllı rayonu İstisu kəndində Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətində sonuncudan 1600 manat pul almış, bir neçə gün sonra aprel ayında dəqiq tarixii xatırlamadığı gündə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsinə yerləşən Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs1 xalası oğlu X1 5100 manat pul almış, 2021-ci ilin may ayında dəqiq tarixini xatırlamadığı gündə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsinə yerləşən Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin inzibati binasının yaxınlığında Rizvan Feyzullayevdən 1700 manat pul almış, Rizvan Veysələ məxsus 500 manat pulu 2021-ci ilin may ayında dəqiq tarixini bilmədiyim gündə hazırda adını bilmədiyi Türk əsilli şəxsin hesabına göndərtmiş, lakin həmin 500 manat pulu həmin hesabdan çıxartmamışdır. Tanımadığı şəxsin hesab kartı onda olmuş, Veysəli işinin düzələcəyinə inandırmaqdan ötrü hazırda xatırlamadığı şəxsin hesabına pul göndərmişdir. Veysəli inandırmaq üçün 2021-ci ilin avqust ayında dəqiq tarixini xatırlamadığı gündə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində Veysəldən aldığı 400 manat pulu onu inandırmaq üçün hazırda adını xatırlamadığı Türk vətəndaşının hesabına yükləmiş, lakin həmin 400 manat pul ona çatmamışdır. Sonuncu dəfə 2021-ci ilin avqust ayında Veysəl xalası oğlu Rizvan Feyzullayevin vasitəsi ilə Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsinə yerləşən Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin inzibati binasının yaxınlığında ona 1600 manat pul vermiş, ümumilikdə Zərərçəkmiş şəxs1 işə düzəltmək adı ilə 9300 manat pul almışdır. Bir müddət sonra 2021-ci ilin avqust ayında sonuncu dəfə Zərərçəkmiş şəxs1 qardaşı Tamerlan Rəmziyevi hərbi hissədən məzuniyyətə çıxartmaq adı ilə Rizvanda Bakı şəhərində 150 manat pul almışdır. O, həmin pulun 1300 manatını məhkəmə istintaqının gedişində anasının vasitəsi ilə Zərərçəkmiş şəxs1 qaytarmış, qalan hoissəsini isə ona azadlıqdan məhrumetmə cəzası verilməyəcəyi təqdirdə hissə-hissə ödəməyi öhdəsinə götürür. Onun himayəsində 2014-cü il təvəllüdlü azyaşlı uşağı vardır, 2-ci qrup əlildir, göstərilənlərin nəzərə alınaraq ona ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, 2015-ci ildə X4 şəhərində yerləşən “Atatürk” universitetinin xalqla əlaqələr və tanıtım fakultəsinə daxil olmuş, 2019-cu ildə həmin universiteti bitirmişdir. 2017-ci ildə Artvin şəhərində yerləşən “Artvin Çoruh” universitetinin dəniz və liman işləri fakultəsinə daxil olmuş, 2019-cu ildə həmin fakultəni də bitirmişdir. 2020-ci ilin avqust ayında Türkiyə Respublikasından Azərbaycan Respublikasına gəlməli olmuşdur, Covid-19 testi verib sonra bilet almalı olduğu üçün müvəqqəti olaraq orada qalmaq məcburiyyətində olmuşdur. Əslən Gürcüstan Respublikasından olan adını bilmədiyi bir nəfər şəxs onu “Anar” kimi tanıdığı Təqsirləndirilən şəxs ilə tanış edib evində qalmağı bildirmişdir. Buna görə də Habilin evində qalmış, Habilin evində Cəlal, Rahib və adını bilmədiyim bir nəfər şəxs də qalmışdır. Orada iki gün qaldıqdan sonra 2020-ci ilin avqust ayında dəqiq tarixini bilmədiyim gündə Azərbaycana qayıtmış, qayıdarkən Anar kimi tanıdığı Habilə o zaman istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəsini də vermişdir. Habil də ona istifadəsində olan mobil nömrəsini vermişdir. Habil təmənnasız olaraq onu Türkiyə Cümhuriyyətində evində saxladığı üçün ona Azərbaycan gələrkən qonağı olmağını bildirmişdir. 2021-ci ilin aprel ayında o, iş tapmaq üçün bir nəfər tanışı ilə mobil telefonda danışarkən mobil nömrəsinə Habilin telefonundan zəng gəldiyini görmüş, tanışı ilə danışdıqdan sonra Habilin nömrəsinə zəng edərək onunla kef-əhval tutmuş və az əvvəl ona zəng etdiyi zaman iş tapmaq üçün tanışı ilə danışdığını bildirmişdir. Habil ondan nə işi axtardığını soruşduqda Habilə dəniz və limanla bağlı bir iş axtardığımı demişdir. Habil həmin sahədə tanışlarının olduğunu və istənilən vaxt onunla əlaqə saxlamağını bildirmişdir. 2021-ci ilin aprel ayında Habil 3 nəfər tanışı ilə birlikdə İstisu kəndində yerləşən evlərinə qonaq gəlmiş və bir gün qaldıqdan sonra getmişlər. Həmin gün aralarında işlə əlaqədar heç bir söhbət olmamış, lakin Habil ona Türkiyə Cümhuriyyətində “Palmali” Şirkətlər qrupunun baş ofisində yardımçı vəzifəsində işlədiyini, Mübariz Mənsimovun özünü və digər ailə üzvlərini tanıdığını bildirmişdir. Bir neçə gün sonra Habillə iş barədə söhbət etdikdə Habil ona iş tapa biləcəyini demişdir. 2021-ci ilin aprel ayının əvvəllərində dəqiq tarixini bilmədiyi gündə Habil mobil telefonuna zəng edərək Bakı şəhərində görüşməklərini, gələrkən dəniz ixtisası üzrə diplomun özünü və ingilis dili üzrə diplomumu gətirməyi, “Palmali” şirkətinin işçiləri ilə görüşdürəcəyini bildirmişdir. Həmin günün səhəri Bakı şəhərində 20 yanvar metrostansiyasının yaxınlığında o və xalası oğlu X9 görüşmüşdür. Görüş zamanı Habil bir daha ona Türkiyə Cümhuriyyətində “Palmali” Şirkətlər qrupunun baş ofisində yardımçı vəzifəsində işlədiyini, ona iş tapa biləcəyini bildirmişdir. Dəniz ixtisası üzrə diplomun özünü və ingilis dili üzrə diplomu Habilə vermiş, Habil “Palmali” şirkətinin işçilərinin işləri çıxdığını, buna görə də onu onlarla görüşdürə bilməyəcəyini demişdir. Sənədlər Habildə qalmış, o, sənədlərin surətlərini çıxarıb əslini ona qaytaracağını bildirmişdir. O, Habilə diplomları xalası oğlu Rizvana verməsini xahiş etmişdir. Sonradan Habillə mütəmadi telefon vasitəsilə danışmış, 2021-ci ilin aprel ayında dəqiq tarixini bilmədiyi gündə danışıq zamanı Habil onu Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Palmali” şirkətinə gəmi qarşılayıcı vəzifəsinə işə düzəldəcəyini və bunun üçün ondan 4 ədəd 3x4 ölçüdə şəkil, 2 ədəd 5x6 ölçüdə şəkil, hərbi biletin kserosurətini və ilkin olaraq 5100 manat pul istəmişdir. O, bu işin Habilin həll edə biləcəyinə inanmış, İsmayıllı rayonunun İstisu kəndində olduğu üçün Bakı şəhərində yaşayan xalası oğlu Rizvan Feyzulayevin onunla görüşəcəyini demiş və həmin pulu Rizvanın ona verəcəyini demiş və razılaşmışlar. 2021-ci ilin aprel ayının ortalarında tanımadığı bir taksi sürücüsü ilə Bakı şəhərində yaşayan xalası oğlu Rizvana 5100 manat pul göndərmiş, Habillə telefonla danışdıqda 5100 manat pulu, ondan istədiyi fotoşəkilləri, hərbi biletin surətini Rizvana göndərdiyini bildirmişdir. Həmin gün Rizvan Bakı şəhəri, Binəqədi rayonu 9-cu mikrorayon H.Seyidzadə küçəsində 5100 manat pulu Habilə vermişdir. 2021-ci ilin aprel ayında dəqiq tarixini bilmədiyi gündə Habil şirkətdə onu işə düzəltməsi ilə əlaqədar işlərin getdiyini bildirərək ona şirkət tərəfindən avtomobil veriləcəyini və bunun üçün də 1700 manat pul verməli olduğunu bildirmişdir. O, etiraz etməmiş və həmin pulu Rizvanla ona göndərəcəyini demişdir. 2021-ci ilin may ayında dəqiq tarixini bilmədiyi gündə taksi sürücüsü ilə Bakı şəhərində yaşayan xalası oğlu Rizvana 1700 manat pul göndərmiş, həmin gün Rizvan Bakı şəhəri, 9-cu mikrorayonda, H.Seyidzadə küçəsində X11 xidmətinin inzibati binasının yaxınlığında ona göndərdiyi 1700 manat pulu Habilə vermişdir. Hər dəfə Habillə danışdıqda o, pulu Rizvandan aldığını demişdir. 19 may 2021-ci il tarixdə Habil onunla əlaqə saxlamış və həmin gün saat 20 radələrinə kimi 500 manat pulu onun mobil telefonuna göndərdiyi kart hesabına yükləməyini bildirmişdir. Habilin dediyinə görə 500 manat pul onun Türkiyə Cümhuriyyətinə gedərkən orada verəcəyi Covid-19 infeksiyası ilə bağlı verəcəyi test və aviabiletin pulu üçün ondan alınmışdır. Yaşadığı kənddə million aparatı olmadığı üçün Rizvana 500 manat pul göndərib həmin pulu Habilin ona verdiyi hesaba yükləməyini bildirmiş, kart üzərində Türk vətəndaşının sözləri yazılmış, adı yadında qalmamışdır. Rizvan 500 manat pulu Bakı şəhəri, 9-cu mikrorayonda, H.Seyidzadə küçəsində yerləşən “million” ödəmə terminalından Habilə göndərmişdir. Habil də pulun hesaba yükləndiyini, pulun özünə çatdığını bildirmişdir. 2021-ci ilin iyul ayında dəqiq tarixini bilmədiyi gündə Habil mobil telefonuna zəng edərək iş üçün hazırlanmış sənədlərində problemin olduğunu bildirib ondan işinin düzəlməsi üçün əlavə 2000 manat pul istəmişdir. 2021-ci ilin iyul ayında ortarında dəqiq tarixini bilmədiyi gündə Habil “Kia” Optima” markalı maşınla İsmayıllı rayonu istisu kəndinə gəlmiş və bir gün onun evində qalmışdır. Habilin istəyi ilə hər ikisi Qəbələ rayonu Vəndam qəsəbəsinə gedib orada 400 manat pulu Habilə vermiş, Habil million ödəniş terminalı vasitəsilə 400 manat pulu hansısa bir bank hesabına yükləmişdir. Habil həmin pulu onun iş sığortası üçün Türkiyə hesabına yükləməli olduğunu ona demiş, onlar pulu yüklədikdən sonra yaşadığı evə qayıtmışlar. 2021-ci ilin iyul ayının ortalarında dəqiq tarixini xatırlamadığı gündə o, 1600 manat məbləğində pulu atası Səfər, anası Arzu, əmisi Qurbanın yanında Habilə vermişdir. Habil yaxın zamanda işləmək üçün onunla birlikdə Türkiyə Cümhuriyyətinə gedəcəklərini ona demişdir. Həmin gün Habil onun evində olarkən qardaşı Tamerlanın Gəncə şəhərində “N” saylı hərbi hissədə hərbi xidmətdə olduğunu bilmişdir. Qardaşı Tamerlan 2021-ci ilin oktyabr ayında hərbi xidmətdən qayıdacağı üçün o, Habil ona hansısa hərbi hissə komandirinin onun tanışı olduğunu və həmin şəxslə əlaqə yaradaraq bu işi həll edəcəyini ona demişdir. Bunun üçün Habil ondan 150 manat pul istəmişdir. O, 2021-ci ilin avqust ayının əvvəllərində dəqiq tarixini bilmədiyim gündə 150 manat pulu taksi vasitəsilə Rizvana göndərmiş və Rizvan da həmin gün yaşadığı evin yaxınlığında 150 manatı Habilə vermişdir. Bir neçə gün sonra Habilin onu aldatdığını hiss etmiş, buna görə də 17 avqust 2021-ci il tarixdə avqust İsmayıllı RPŞnə ərizə ilə müraciət edərək Habilin işə düzəltmək adı ilə ondan ümumilikdə 9300 manat pul aldığını bildirmiş, Habil ondan əlavə olaraq qardaşı Tamerlanı hərbi hissədən məzuniyyətə buraxdırmaq adı ilə 150 manat pul almışdır. X3 “Palmali” şirkətində işləyən Mahmud İmansoyla əlaqə saxlayıb Habilin “Palmali” şirkətində işləyib-işləməməsi soruşmuşdur. O, X16 ümumilikdə ondan 9300 manat pul alaraq şirkətə işə düzəldəcəyinə vəd verdiyini, həmin şəxsi tanıyıb-tanımamasını soruşduqda Mahmud İmansoy ona Təqsirləndirilən şəxs adında şəxsin “Palmali” şirkətində işləmədiyini, Habil adlı şəxsin onun və şirkətin adından istifadə etdiyini bildirmişdir. Bundan sonra onun Habil tərəfindən aldadıldığına tamam əmin olmuşdur. İşin məhkəmə araşdırılması zamanı Habil ondan aldığı pulun 1200 manat hissəsini ibtidai istintaqın gedişində, 1300 manatını isə məhkəmə baxışında qaytarmış, lakin qalan 6800 manat hissəsi qaytarılmamışdır. Ona görə də ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Hazırda Türkiyə Respublikasının İstanbul şəhərində yaşadığı üçün məhkəmə baxışı iclasına gələ bilməmiş zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs2la katib vasitəsi ilə məhkəmə iclasından kənar vatsapp sosial şəbəkəsi üzərindən əlaqə saxlanılmış, bu zaman o, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqının gedişində zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs2 məhkəmə iclasına məcburi gətirilməsinə dair qərar qəbil edilmiş, lakin İsmayıllı rayon Polis şöbəsi tərəfindən 25 yanvar 2023-cü il tarixli 3-13-84/2-1751/23 nömrəli məktubla məhkəməyə cavab verilərək Zərərçəkmiş şəxs2 hazırda Türkiyə Respublikasının İstanbul şəhərində yaşadığından onun məhkəmə iclasına məcburi gətirilməsinin mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən məhkəmə iclasında zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Türkiyə Respublikasının İstanbul şəhərində 1324 nömrəli küçə, mənzil 30-da yaşayır. 2018-ci ilin mart ayından Türkiyə Respublikasına getmişdir. 2021-ci ildə Türkiyə Respublikasına girişinə qadağa qoyulmuş və o, Azərbaycan Respublikasına qayıtmışdır. Təqsirləndirilən şəxs tanımış, onunla Türkiyə Respublikasında tanış olmuşdur. O, Habilə ölkəyə girişinə qadağa qoyulduğunu bildirmiş, Habil ona bildirmişdir ki, “Türkiyə səfirliyində işləyirəm, ölkəyə girişinə qoyulmuş qadağanı götürə bilərəm”. Habillə görüşüb bu barədə söhbət etmiş və o, bir daha onun Türkiyə Respublikasına qoyulmuş qadağanı götürə biləcəyini ona demişdir. Habilə inandığından 18 mart 2021-ci il traixdə Sumqayıt şəhərində Asan xidmət mərkəzində Habillə görüşmüş, Habil qadağanın aradan götürməsi üçün ondan 600 ABŞ dolları istəmiş, o, da Habilə 600 ABŞ dolları vermişdir.Təxminən 7-10 gün sonra əlavə olaraq ondan 100 ABŞ dolları istəmiş, Habil rayonda olduğunu və dostu Şahidla görüşüb ona 100 ABŞ dolları verməyini, Rahibin həmin pulu ona çatdıracağını bildirmişdir. O, da Bakı şəhəri, Yasamal rayonu ərazisində “Boranı” restoranı yaxınlığında Rahiblə görüşmüş və 100 ABŞ dollarını Habilə çatdırması üçün ona vermişdir. Bundan sonra mart ayının sonlarında dəqiq tarixini bilmədiyi gündə Habil mobil telefonuna zəng edərək onun qadağasının götürülməsi üçün 300 ABŞ dolları bank hesabımın olmasını və həmin pulu ona çatdırmağını bildirmişdir. O, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində “Bağlar” məhəlləsi adlanan yerdə dayısı oğlu Əli Məmmədovun yaşadığı evdə olmuş, Habil bir nəfər şəxslə gəldikdən sonra o, 300 ABŞ dollarının Azərbaycan manatına nisbəti olaraq 515 manat pulu düzəltmiş, həmin pulu evin qarşısında küçədə Habilə vermişdir. Habil çıxıb getdikdən sonra ona heç bir iş görməmiş, Habillə çox əlaqə saxlamış, müxtəlif bəhanələr gətirərək ona heç bir sənəd düzəltməmişdir. Ümumilikdə Habilə azərbaycan manatı məzənnəsi ilə 1705 manat pul vermişdir. Habil ona dəymiş ziyanı ödəməmiş, barəsində qanuni tədbir görülməsini xahiş edir. Şahid X15 ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid X5 ifadə verərək göstərdi ki, İsmayıllı rayonunun İstisu kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayır. Hazırda hərbi xidmətdədir. Təxminən 2021-ci ilin aprel ayında xalası oğlu olan Zərərçəkmiş şəxs1 Bakı şəhərinə gəlmiş və o Veysəllə Habil adlı şəxslə görüşmüşdür. Onlar 20 yanvar metrostansiyasının yaxınlığında görüşərək yaxınlıqda yerləşən kafelərin birində əyləşib çay içmişlər. Çay süfrəsi arxasında Habil və Veysəl iş barədə danışmışlar. X18 şirkətində işə düzəldə biləcəyini demişdir. Həmin ayda Veysəl tanımadığı taksi sürücüsü ilə ona 5100 manat pul göndərmiş o bununla bağlı olaraq Habil ilə telefon vasitəsilə əlaqə saxlamış və Habil ona xatırlamadığı bir yerə gəlməyi bildirmişdir. O isə Habilə vaxtının olmadığını, yaşadığı ev tərəfə gəlməsini bildirmiş, Habil bir neçə saat sonra yaşadığı ev tərəfə, yəni Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin inzibati binasının yaxınlığına gəlmişdir. Habil qara rəngli, markası və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə ora gəlmiş, o Habilə pulu vermiş, Habil də tez-tələsik pulu ondan alaraq saymış və 5100 manat olduğunu gördükdən sonra getmişdir. Avtomobildə Habil tək olmuşdur. Bundan sonra 2021-ci ilin may ayında Veysəl tanımadığı taksi sürücüsü ilə ona 1700 manat pul göndərmiş, o bununla bağlı olaraq Habil ilə telefon vasitəsilə əlaqə saxlamış və Habillə yenidən evinin yaxınlığında yəni Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin inzibati binasının yaxınlığında əvvəlki görüş yerindən təxminən 150 metr aralıda görüşmüşdür. Habil qara rəngli, markası və dövlət qeydiyyat nişanını xatırlamadığım avtomobil ilə ora gəlmiş, lakin həmin vaxt Habilin gəldiyi avtomobilin markası fərqli olmuşdur. Avtomobildə Habil tək olmuşdur. O avtomobilin yanında pulu Habilə vermiş, Habil tez-tələsik pulu ondan alıb, saymış və 1700 manat olduğunu gördükdən sonra getmişdir. Bundan sonra 19 may 2021-ci il tarixdə Veysəl ondan Habilin bildirdiyi türk hesaba ona göndərdiyi 500 manat pulu göndərməyi xahiş etmiş, Veysəl Habilin göndərdiyi ödəniş kartının şəklini ona göndərdikdən sonra o Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsində yerləşən million ödəniş terminalı vasitəsilə 500 manat pulu həmin hesaba yükləmişdir. Bundan sonra Veysəl ona yaşadığı İsmayıllı rayonunun İstisu kəndində yerləşən evdə ümumilikdə 2000 manat pulu Habilə verdiyini demiş, lakin o həmin proseslərdə iştirak etməmiş, yəni həmin vaxt Bakı şəhərində olmuşdur. Təxminən 2021-ci ilin avqust ayının əvvəllərində dəqiq tarixini xatırlmadığı gündə Veysəl ona 150 manat pul göndərmiş və həmin pulu Habilə verməli olduğunu demişdir. O nə üçün Habilə həmin pulu verəcəyini soruşduqda Veysəl qardaşı, yəni xalası oğlu Tamerlanın Gəncədə yerləşən hərbi hissədən məzuniyyətə buraxılmağı üçün həmin pulu Habilə verəcəyini demişdir. Habil ilə telefon əlaqəsi saxlamış və həmin gün Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsinə Habil gəlmiş, 150 manat pulu Habilə vermiş, bundan sonra o Habil ilə danışmamış və görüşməmişdir. Şahid X14 ifadə verərək göstərdi ki, İsmayıllı rayonunun İstisu kəndində qeydiyyatda olmaqla orada yaşayır. 2021-ci ilin yaz-yay aylarında qardaşı X15 ona oğlu Veysəlin Türkiyə Respublikasının İstnabul şəhərində gəmidə hər hansı bir işə düzəlmək istədiyini və buna görə də bir nəfər şəxslə əlaqə yaratdıqlarını demişdir. O iş barəsində qardaşına sual verdikdə Səfər ona Veysəlin tanışı olan Habil adlı şəxsin Veysəli işə düzəltməyə çalışdığnı, bununla bağlı olaraq Veysəlin Habilə müəyyən bir miqdarda pul verdiyini, hələ də pul verməli olduqlarını demişdir. 2021-ci ilin iyul ayında dəqiq tarixini xatırlamadığı gündə Habil qardaşının yaşadığı İsmayıllı rayonunun İstisu kəndində yerləşən evə gəlmiş, həmin gün Habil qardaşının evində qalmışdır. O, Səfərgilə getmiş, orada Habil, Veysəl və o masa arxasında çay içmişlər. Söhbət əsnasında Habil Veysələ iş ilə bağlı məlumat verərək Veysəli işə düzəldəcəyi ilə bağlı arxayın etmişdir. Həmin vaxt Veysəl 1600 manat pulu qardaşı Səfər, qardaşının arvadı Arzu və onun yanında Habilə vermiş, Habil yaxın zamanda işləmək üçün Veysəllə birlikdə Türkiyə Respublikasına gedəcəyini Veysələ demişdir. Bundan əvvəl və sonra Veysəl və Habil arasında olan hər hansı bir prosesdə iştirak etməmişdir. Yalnız qardaşı Səfərin ona dediklərinə əsasən bu barədə məlumatı olmuşdur. Təxminən 2021-ci ilin avqust ayında Səfər Habilin onları aldatdığını ona demiş, həmçinin bu barədə İsmayıllı rayon Polis Şöbəsinə şikayət edildiyini də bildirmişdir. Hazırda Rusiya Federasiyasında yaşadığı üçün məhkəmə baxışı iclasına gələ bilməmiş Şahid ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Məhkəmə istintaqının gedişində Şahid məhkəmə iclasına məcburi gətirilməsinə dair qərar qəbil edilmiş, lakin İsmayıllı rayon Polis şöbəsi tərəfindən 25 yanvar 2023-cü il tarixli 3-13-84/2-1751/23 nömrəli məktubla məhkəməyə cavab verilərək Şahid hazırda Rusiya Federasiyasında yaşadığından onun məhkəmə iclasına məcburi gətirilməsinin mümkün olmadığı bildirilmişdir. Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 tanıyır. Belə ki, onunla Təqsirləndirilən şəxs vasitəsi ilə tanış olmuşlar. Mirhüseyn Türkiyə Respublikasında yaşamışdır. 2021-ci ilin aprel-mart aylarından Habillə birlikdə Bakı şəhərində olan zaman Habil dostu Mirhüseyni qohumunun evinə aparıb düşürməyi xahiş etmişdir. O, idarə etdiyi avtomaşınla Habillə birlikdə Mirhüseynin dediyi Mərdəkan yaxınlığında yerləşən dəqiq xatırlamadığı kəndə getmiş, oradan Mirhüseynin həyat yoldaşını götürmüş və Sumqayıt şəhərində yerləşən Asan xidmət mərkəzinə gəlmişlər. Onlar hamısı içəri daxil olmuşlar. İçəridə adam çox olduğundan o, çölə çıxmış, təxminən 30 dəqiqə sonra onlar gəlmiş, yenidən birlikdə Mirhüseynin dediyi Sumqayıt şəhəri ərazisində yerləşn dəqiq ünvanını bilmədiyi yerdə həyət evinə getmiş və orada Mirhüseyn və həyat yoldaşı maşından düşmüşlər. O, Habillə birlikdə Bakıya geri qayıtmışlar. Gəncə şəhər Psixonevroloji Dispanserinin 13 aprel 2022-ci il tarixli 215 nömrəli məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən hər hansı xroniki pisixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da xroniki pisixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, öz hərəkətlərini ölüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. Palmali Gəmiçilik və Agentlik şöbəsindən alınmış xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli, ********* nömrəli sorğu X12 elektron poçt vasitəsi ilə elan olunmuşdur. Bu təbliğata əsasən, Təqsirləndirilən şəxs müştəri şirkətin adından istifadə edərək öz üzərinə atılan təqsirləndirmədən boyun qaçırmağa çalışmaqdadır. Ancaq, Yusif oğlu Təqsirləndirilən şəxs adlı şəxs, müştərim X17 daxilində heç bir zaman rəsmi və ya qeyri-rəsmi şəkildə vəzifəli olmamış və işləməmişdir. Adıçəkilən şəxsin SGK (Sosial Müdafiə Fondu) məlumat bazasına baxıldığında da, X10 nəzdində işləmədəyi ortaya çıxacaqdır. Həmin şəxsin, Palmali Şirkətində işləməsi ilə verdiyi məlumatlar həqiqətə uyğun deyildir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayında sonuncu dəfə Zərərçəkmiş şəxs1 işə düzəltmək adı ilə 1600 manat pulu İsmayıllı rayonu İstisu kəndində almışdır. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs1 işə düzəltmək adı ilə aldığı 400 manat pulu aldığı yer Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisidir. xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs1 işə düzəltmək adı ilə X1 5100 manat və 1700 manat pulu aldığı yer Bakı şəhəri, Binəqədi rayonu 9-cu mikrorayon, H.Seyidzadə küçəsidir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası mərkəzi bankının saytına baxış keçirilməsi haqqında protokodlan görünür ki, 2021-ci ilin mart ayı ərzində 1 ABŞ dollarının Azərbaycna manatına nisbəti 1 manat 70 qəpik olmuşdur. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilməsinə dair protokoldan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında videokonfrans əlaqə sistemi vasitəsi ilə keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı da göstərmişdir. X15 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilməsinə dair protokoldan görünür ki, üzləşmə zamanı X15 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. X5 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilməsinə dair protokoldan görünür ki, üzləşmə zamanı X5 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. X14 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilməsinə dair protokoldan görünür ki, üzləşmə zamanı X14 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin (keçmiş Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə) xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 185.2.2, 326.2-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı oilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cəbrayıl rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə barəsində çıxarılmış xx.xx.2016-cı il tarixli hökm dəyişdirilmədən saxlanmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 3 ilə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilərək CMnin 70-ci maddəsi tətbiq olunmaqla 1 il şərti sınaq müddəti təyin edilmiş, Cəbrayıl rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə şərti məhkum etmə ləğv olunmuş və məhkumluğu götürülmüş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cinayət işinin icraatına xitam verilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 1 (007)-108/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, qəti olaraq 08(səkkiz) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan arayışdan və digər sənədlərin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır, himayəsində 08 mart 2014-cü il təvəllüdlü oğlu Məmmədzadə Rəşad vardır. Müstəntiqinin 12 mart 2022-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 12 mart 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 12 mart 2022-ci il tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 4(037)-22/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 1 (bir) gün müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılmanın əvvəli 12 mart 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmənin 10 may 2022-ci il tarixli 4(037)-41/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay, yəni 13 may 2022-ci il tarixdən 13 iyul 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmənin 08 iyul 2022-ci il tarixli 4(037)-55/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay, yəni 13 iyul 2022-ci il tarixdən 13 sentyabr 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci madəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci madəsi ilə ona elan edilmiş ittiham üzrə məhkəmə istintaqında verdiyi ifadəsi Zərərçəkmiş şəxs2 və həmin epizod üzrə şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.Hazırki cinayət işində bu hal mövcud deyildir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini həmin Məcəllənin 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi maddələrinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1, 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə cəza təyin edərkən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarında qeyd dilmişdir ki, nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 1(007)-108/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs qəti təyin edilmiş 08(səkkiz) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 12 mart 2022-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 müəyyən edilməli və hökmün surəti həmin Müəssisəyə göndərilməlidir. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353,354, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan mərhumetmə cəzasına məhkum edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli 1(007)-108/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08(səkkiz) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı 12 mart 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X7 müəyyən edilsin və hökmün surəti həmin Müəssisəyə göndərilsin. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-1/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-1/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver