Məhkəmə qərarları › İş №1(037)-1/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-1/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-1/2024 07.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Zərərçəkmiş şəxs iştirakı ilə 07 may 2024-cü il tarixdə saat 17:24-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1970-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2017-ci il tarixli 1(091)-17/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq səlahiyyətindən məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilərək ona təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 3(üç) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İbtidai araşdırma orqanının mövqeyinə əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakınıələ keçirmək qərarına gəlmiş, bu məqsədilə 2017-ci ildə, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda barəsində Azərbayacan Respublikası CM-in 179.3.2-ci madddəsi ilə olan cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X10 İstintaq təcridxanasında həbsdə saxlanılarkən onunla birlikdə həbsdə olan tanışı Zərərçəkmiş şəxs eitbarını qazanıb sonuncunu oğlu Ağaxan Soltanovu 34000 (otuz dörd min) manat pul müqabilində “hərbi məktəb”ə qəbul etdirə biləcəyinə inandırmaqla aldatmış, öz cinayətkar niyyətini davam etdirərək birinci dəfə 2017-ci ilin aprel ayında, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda 15000 manat məbləğində pulun X16 rayonunun Quşencə kəndinin ərazisində yolun kənarında dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan ağ rəngli “Vaz 2107” markalı avtomaşında oğlu Emin Qədirovun vasitəsi ilə almaqla, ikinci dəfə xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı İsmayıllışəhəri, T.Bəkirov küçəsi, 30A ünvanında yerləşən evin ikinci mərtəbəsində 15000 manat pulu şəxsən özü oğlu Emin Qədirovla birlikdə almaqla, üçüncü dəfə isə xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı İsmayıllı şəhəri, T.Bəkirov küçəsi, 30A ünvanında yerləşən evin ikinci mərtəbəsində 4000 manat pulu borc aldığı 6000 manat pulla bərabər şəxsən özü, oğlu Emin Qədirovla birlikdə alıb vahid niyyətləəhatə olunan qəsdlə ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmişşəxs Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar təşkil edən 34000 (otuz dörd min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Əvvəlki məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ünvan 1 ünvanda yaşayır, rəsmi olaraq heç yerdə işləmir. O, 2017-ci ildə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və barəsində həbs qətimkan tədbiri seçilərək X13 göndərilmişdir. Həmin müəssisədə bir kamerada barəsində İsmayıllı rayon polis şöbəsində istintaq edilən cinayət işi barəsində Azərbaycan Respublikası CM-nin 23.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs İsmayıllı şəhər sakini, Zərərçəkmiş şəxs və başqaları olmuş, Ağabağırla bir kamerada olarkən onunla münasibəti normal olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 26 aprel 2017-ci ildə Şəki Ağır Cinayətlər Məhkəməsinin həmin tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqdan məhrumetmə növündə cəzaya şərti sınaq müddəti təyin edilməklə məhkum edilmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs İsmayıllı RPŞ-nə etap edilmiş, Ağabağırla münasibəti yaxşı olduğuna görə onunla və digər kamera yoldaşları ilə əlaqəni kəsməmişdir. Hətta bir neçə dəfə Ağabağırla yanaşı həmin kamera yoldaşlarına sovqat da göndərmişdir. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs ittiham olunduğu maddə aşağı maddəyə tövsif edilib və həbsdən tez çıxacaqdır. 2018-ci ilin yanvar-fevral ayında dəqiq tarixini xatırlamadığı gündə Ağabağırın həbsdən azad ediləcəyini eşidib tanımadığı şəxsin idarə etdiyi taksi avtomobili ilə Ağabağırın evinə gəlmiş, Ağabağır artıq evdə olmuş və gəldikdən sonra onunla görüşmüşdür. Təxminən 1 saat oturduqdan sonra yenidən Göyçay şəhərinə qayıtmış, təxminən 2 ay sonra Ağabağır istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək maddi vəziyyətinin pis olduğunu, əgər mümkündürsə ona məxsus ünvan 2 ünvanında yerləşən marketində işləməyini demiş, o, da razılıq vermişdir. Ağabağır marketdə nəzarətçi kimi işə gəlmiş, onunla aralarında hər hansı müqavilə bağlanmamış və danışıqlarına görə ona qazanca uyğun olaraq ya pul, ya da ərzaq verməli imiş. Ağabağır təxminən 8-9 ay müddətində onun marketində işləmişdir. Lakin Ağabağır işə daimi gəlib getmədiyi üçün aralarında narazılıq yaranmış və Ağabağır özü işdən çıxmışdır. Ağabağır işlədiyi müddətdə ona pul və ərzaq kimi ümumilikdə 6126 manat pul vermiş, aralarında başqa heç bir narazılıq olmamışdır. Lakin bir müddət sonra Ağabağır ona zəng edərək bildirmişdir ki, “sənin mənə borcun var”. O, da cavabında demişdir ki, “mən sənə haqqını vermişəm, sənə mənim heç bir borcum yoxdur”. 2022-ci avqust ayında eşitmişdir ki, Ağabağır ona 34000 manat borc pulunun olması barədə müraciət etmişdir. O, Göyçay polis şöbəsində izahat verərkən hər hansı pul almadığını bildirmişdir. Zərərçəkmiş şəxs məxsus evdə cəmi 1 dəfə Ağabağır həbsdən çıxdığı gün olmuş, başqa tarixdə olmamışdır. Əvvəlki məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, o, İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi 4 B-də qeydiyyatda olmaqla İsmayıllı şəhəri, T.Bəkirov küçəsi ev 30A-da yaşayır. 12 mart 2017-ci ildə İsmayıllı rayon polis şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və 14 mart 2017-ci il də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək İsmayıllı rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilərək X10 2-ci korpusun 7-ci kamerasına köçürülmüşdür. Həmin kameraya barəsində İsmayıllı rayon prokurorluğunda istintaq aparılan X12 ilə birlikdə etap edilmişdir. Həmin kamerada ondan başqa İsmayıllı rayon Topçu kənd sakini, Azərbaycan Respublikası CM-niun 234.4.3-cü maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Şahid1, İsmayıllı şəhər sakini, X29, əslən Şəki şəhərindən olan soyadı və atasının adını bilmədiyim Azər adlı şəxs, Göyçay rayonundan olan soyadı və atasının adını bilmədiyim Nurlan adlı şəxs, habelə əvvəllər tanımadığı Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs da olmuşdur. Bir həftə ərzində kamera yoldaşları ilə tanış olmuş, Məhəmmədəli ilə gəzinti yerində ikisi aralarında söhbət zamanı sonuncu ona müxtəlif vəzifələrdə işləyən tanışlarının olduğunu, əlaqələrinin geniş olduğunu, azadlıqda olarkən bir neçə şəxsi içə düzəltdiyini, həbsdən çıxdıqdan sonra da işə düzəltmək istəyən şəxsləri işə düzəldəcəyini demişdir. O, özü ali təhsil almadığımdan bir gün Məhəmmədəli ilə söhbət zamanı ona oğlunun hərbiçi olmağını arzu etdiyini, gələcəkdə onu “hərbi zabit” kimi görməyi dedikdə Məhəmmədəli oğlu Ağaxanı hərbi məktəblərdən birinə yəni, Cəmşid Naxçıvansi adına hərbi liseyə düzəldə biləcəyini, bunun onun üçün sərfəli olacağını, gələcəkdə Hərbi Akademiyada təhsil almaq imkanı olmaqla zabit olacağını demişdir. O, Məhəmmədəlidən əgər əlaqələri genişdirsə hansı səbəbdən özünün həbsdən azad etdirə bilmədiyini soruşduqda Məhəmmədəli ona haqsız yerə həbs olunduğunu, tezliklə azadlığa çıxacağını, yenə də azadlıqda olarkən ona işə düzəltmək üçün müraciət edən şəxslərin işinin həll edəcəyini bildirmişdir. O, Məhəmmədəlidən ona hansı məbləğdə pul verməli olduğumu dedikdə o, bunun üçün ona 40000 (qırx min) və ya 45000 (qırx beş) manat civarında pul verməli olduğunu, oğlunu maksimum 2 il ərzində Ağaxanı hərbi məktəbə qəbul etdirə biləcəyini, pulu nə qədər ona tez versə o, qədər də bu işi tez görə biləcəyini demiş və onu inandırmışdır. O, Məhəmmədliyə həmin məbləğdə pulu verməyə birdəfəlik imkanının olmadığını, lakin həmin pulu hissə-hissə olmaqla ona verə biləcəyini demiş, Məhəmmədəliyə bildiyinə görə yaxın qohumları həbs edilən, məhkum olunan şəxslərin övladlarının hərbidə və ya digər hüquq mühafizə orqanlarında işə düzələ bilmədiyini dedikdə Məhəmmədəli oan demişdir ki, “sən 40000 manat pulu mənə ver qalan məsələlərə qarışma özüm hər şeyi həll edəcəm”. Söhbət zamanı o, Məhəmmədəlidən konkret olaraq oğlu Ağaxanın hərbi liseyə oxumaq üçün düzəlməsi üçün hansı məbləğdə pulu hissə-hissə ona verməyini dedikdə Məhəmmədəli ona bildirmişdir ki, “oğlun Ağaxanın hərbi məktəbə düzəlməsi üçün ona 34000 (otuz dörd min) manat pul ver, əlavə olaraq Göyçay şəhərində özünə məxsus marketini dövriyyəyə gətirmək üçün 6000 manat borc pul ver”. Məhəmmədəli demişdir ki, Göyçay şəhərində olan marketində əlavə mal vurmaq üçün pul lazımdır, buna görə də 6000 manat borc ona görə lazımdır. Məhəmmədəlidən ilkin ödəniş kimi hansı məbləğdə ona pul verməyi dedikdə o, ilkin ödəniş kimi pulun 20000 manatını ona verməyini, qalan hissəsini sonra verməyini demişdir. O, Məhəmmədəliyə oğlunun hərbi liseyə düzəlməsi üçün ona ilkin ödəniş kimi 15000 (on beş min) manat pul verə biləcəyini, həmin pulu oğlu Ağaxanın və mərhum qardaşı Ağasəfin kiminlə görüşüb verməsini dedikdə Məhəmmədəli oğlu Eminin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni ona verib həmin nömrə ilə əlaqə saxlamalarını demiş, kamerada Ədalət onun Məhəmmədəli ilə bu mövzuda söhbət etdiklərini hiss edib ondan soruşub maraqlandıqda o, Ədalətə demişdir ki, “Məhəmmədəli məndən oğlumu hərbi mətkəbə düzəltmək üçün 15000 manat pul istəyir”. Ədalət ona Məhəmmədəlinin yalançı adama oxşadığını, ona pul verməməyini, onu aldada biləcəyini hiss etdiyini demişdir. Ədalət ona Ağasəflə münasibəti olduğundan mobil telefonla onunla danışmağını demiş və Ağasəflə danışmışdır. O, isə Ədalətə onun işinə qarışmamağını deyib ona acıqlı cavab vermiş, Ədalət onunla və Məhəmmədəli ilə kamerada bir yerdə söhbətləri zamanı Ədalət Məhəmmədəliyə onun qardaşı mərhum Ağasəflə həmin işlə bağlı danışdığını, əgər işi həll edə bilməsə verəcəyi pulu iyul ayına qədər qaytara biləcəyini soruşduqda o, əgər işi həll edə bilməsə pulu qaytara biləcəyini demişdir. Kamerada olduqlarından digər həbs edilmiş şəxslərin eşitməməsi üçün açıq-aşkar danışmamış, buna görə də çox zaman “işin həlli” sözlərindən çox istifadə etmişlər. Lakin bilmişlər ki, söhbət oğlu Ağaxanın hərbi məktəbə düzəlməsi işindən gedir. Məhəmmədəliyə inandığı üçün saxlandığı X3 mobil telefonuna zəng edərək onun hərbi məktəbə düzəlməsi üçün onunla birlikdə Penitensiar Müəssisədə həbsdə olan Göyçay rayon sakini Məhəmmədəlinin oğlu Eminin yuxarıda qeyd etdiyim mobil nömrəsini verib onunla əlaqə saxlamalarını demiş, həmin günün səhəri həyat yoldaşı Əminə ilə danışdıqda o, Emin adlı şəxsin və yanında olan əmisi kimi təqdim etdiyi bir şəxsin 15000 manat pulu almaq üçün evə gəldiyini, anası Güllünün də evdə olduğunu, həmin şəxslərə inanmadığından pulu ona vermədiklərini demiş, o, isə yoldaşına 15000 manat pulun mütləq Məhəmmədəlinin oğluna verməklərini, qardaşı Ağasəfə deyəcəyini, oğlu Ağaxanla qardaşı Ağasəfin Eminlə görüşüb pulu ona verməklərini demişdir. Qardaşım Ağasəfə də zəng edərək bu barədə məlumat vermiş, oğlu Ağaxan və qardaşı Ağasəflə mobil telefonla danışdıqda onlar ona bildirmişdir ki, 15000 manat pulu birlikdə İsmayıllı rayonu Quşencə kəndi ərazisində görüşüb Eminin gəldiyi Vaz-21074 markalı avtomaşında Eminə vermiş, həmin vaxt Eminin əmisi də onların yanında olmuşdur. 2017-ci ilin aprel ayında o, Şəki penitensiar müəsisəsində kamerada Ədalətə demişdir ki, oğlu Ağaxan və mərhum qardaşı Ağasəf İsmayıllı rayonunda Məhəmmədəlinin oğluna 15000 manat pul veriblər. Həmin vaxtlarda istintaq hərəkətlərinin keçirilməsi üçün X7 İsmayıllı RPŞ-nin MSY-nə etap edilməli olmuşlar. Məhəmmədəli söhbət zamanı kamerada ona və Ədalətə demişdir ki, “bu ay məhkəmədən çıxacam, İsmayıllı rayon polis şöbəsinə etap olunduğunuz yerə də gələrək sizinlə görüşəcəm”. Aprel ayında dəqiq tarixini bilmədiyi gündə o və Ədalət İsmayıllı rayon polis şöbəsinə etap edilmiş, İsmayıllı RPŞ-nin MSY-də kamerada Ədalətlə söhbət edərkən demişdir ki, “Məhəmmədəli guya çölə çıxacaqdı və bizim yanımıza gələcəyin demişdi, ancaq gəlmədi”. O, isə Ədalət demişdir ki, “ola bilsin hələ çıxa bilmiyib və ona görə də gələ bilməyib”. Aprel ayında və ya mayın əvvəllərində dəqiq tarixini bilmədiyi gündə X13 etapla geri qayıdarkən artıq Məhəmmədəlinin həbsdən azad olunduğunu bilmişdir. O, Penitensiar Müəssisədə olarkən azadlıqda olan Məhəmmədəlinin istifadəsində ***-***-**-** saylı mobil nömrəyə zəng edərək tez-tez danışmış, Məhəmmədəli onu hər dəfə arxayın etmişdir ki, oğlu Ağaxanın hərbi məhkətə təhsil almaq işini həll edəcəkdir. 20 iyul 2017-ci il tarixdə İsmayıllı rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Fikriləşmişdir ki, cəzasının üçdə birini çəkdikdən sonra azadlığa çıxa biləcəkdir. Məhəmmədəli ilə danışdıqda o, da bundan məlumatlı olmuş və ona demişdir ki, “azadlığa çıxmağına az vaxt qalıb, azadlığa çıxarsan qalan pulu da düzüb qoşub mənə verərsən”. O, da Məhəmmədəliyə inanmış, Məhəmmədəli ona olan etibarımı bir qədər qazanmaq üçün ona 1 dəfə sovqat da göndərmiş, mobil telefonla tez-tez danışmışlar. Məhəmmədəli ilə danışdığı üçün ona vaxtından əvvəl azadlığa çıxmaq üçün müraciət etdiyini bildirmiş və 31 yanvar 2018-ci ildə məhkəmə prosesinin olacağını bilmişdir.. Həmin tarixdə məhkəməmin qərarı ilə o, vaxtından əvvəl azadlığa çıxmış və İsmayıllı şəhəri, T.Bəkirov küçəsi ev 30-A da özünə məxsus evə gəlmiçşdir. Evə gələrkən Məhəmmədəli və oğlu Eminin də onlarda olduğunu görmüş, onlar ailə üzvlərimə göz aydınlığı vermək üçün gəlmişlər. Evə gələn qonaqlar dağılışdıqdan sonra Məhəmmədəli və oğlu Eminlə söhbət etmiş, söhbət zamanı Məhəmmədəliyə oğlu Ağaxanın hərbi məktəbə düzəlmə işini həll etmək üçün nə işlər gördüyünü soruşduqda o, demişdir ki, “narahat olma müəyyən şəxslərlə görüşmüşəm, pulun qalanını düzüb qoşmaq lazımdır”. Mən ona hal-hazırda pulum olmadığını, lakin şəxsi təsərrüfatımda olan mal-qaradan satıb pul əldə edə biləcəyini və ona 15000 manat pul düzüb qoşub verə biləcəyini, oğlunu hərbi işinə görə 4000 manat, marketin dirçəldilməsi üçün isə 6000 manat borc olmaqla 10000 manat pulu isə mart ayında verə biləcəyimi demişdir. Məhəmmədəlinin oğlu Emin də bu söhbətləri eşitmişdir. Məhəmmədəli və Emin həmin gün çıxıb yaşadıqları evə getmiş, ona məxsus İsmayıllı rayonu Diyallı kəndində xalası oğlu Vüqara məxsus fermada 80 baş qoyunu olmuşdur. Məhəmmədəliyə həmin pulu vermək üçün xalası oğlu Vüqara qoyunları satmasını demişdir. Vüqar qoyunları satıb 19000 manat pul əldə etmiş və həmin 19000 manat pulu xalası nəvəsi Vüqarın oğlu Tunar yaşadığı evin qarşısında gətirib ona vermişdir. Artıq 2018-ci ilin fevral ayında Məhəmmədəliyə vermək üçün 15000 manat pul düzəltmişdir. 2018-ci ilin fevral ayında Məhəmmədəli istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı və ya oğlu Ağaxan Soltanovun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək onunla danışıb pulun hazır olub-olmadığını soruşmuşdur. O, da Məhəmmədəliyə 15000 manat pul hazır etdiyini və gəlib pulu götürməsini demiş, 14 fevral 2018-ci ildə Təqsirləndirilən şəxs və oğlu X44-21074 markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomaşınla yaşadığı evə gəlmiş və evdə çayda içmişlər. O, 100, 50 və s əskinaslardan ibarət 15000 manat pulu oğlu Ağaxanın və Məhəmmədəlinin oğlu Eminin yanında Məhəmmədəliyə vermişdir. Məhəmmədəli bir daha onu əmin etmişdir ki, oğlu Ağaxanı C.Naxçıvanski adına və ya Ali hərbi məktəbə düzəldəcək. Söhbət zamanı Məhəmmədəli ona demişdir ki, sən əlavə olaraq mənə oğlunun işə düzəlməsi üçün 4000 manat pul da verməlisən, ancaq imkanın olsa marektiminin fəaliyyətinin yaxşılaşması üçün mənə borc da verərsən”. O, isə Məhəmmədəliyə əlavə pulumun olmadığını, oğlunun hərbi məktəbə düzəlməsi üçün 4000 manat pulu tapa biləcəyini demişdir. Məhəmmədəli və oğlu Emin sonuncunun idarə etdiyi VAZ-21074 markalı avtomaşınla çıxıb getmiş, sonrakı günlərdə Məhəmmədli yenidən mobil teleofnuma zəng edərək ondan Göyçay şəhərində olan marketin əlavə olaraq fəaliyyətinin yaxşılaşması üçün ona 20000 manat borc pul verməyini demiş, o, Məhəmmədəliyə həmin məbləğdə pulunun olmadığını, lakin oğlunun hərbi məktəbə düzəlməsi üçün 4000 manat pul verə biləcəyimi demişdir. Məhəmmədəli israrla bir neçə dəfə ondan əlavə olaraq 20000 manat borc pul istəmişdir. O, Məhəmmədəliyə heyvanlarını sataraq 10000 manat pul verə biləcəyini demişdir. Məhəmmədəli razılaşaraq demişdir ki, “həmin pulun 4000 manatını Ağaxanın hərbi mətkəbə düzəlməsi üçün mənə verərsən, qalan 6000 manat pulu isə mağazamın fəaliyyətə başlaması üçün borc olaraq mənə verərsən, sənin borcunu qaytaracam”. Bundan bir neçə gün sonra Məhəmmədəli mobil telefonu ilə danışaraq ona məxsus “VAZ-21214” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilini ondan istəyib sürmək istədiyini demiş, o, Məhəmmədəliyə inandığından həmin avtomobilə etibarnamə verə biləcəyini demiş, Emin və Məhəmmədəlinin kürəkəni Coşqun Eminin idarə etdiyi ağ rəngli VAZ-21074 markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə yaşadığı İsmayıllı şəhəri, T.Bəkirov küçəsindəki evin qarşısına gəlmiş və evdə çayda içmişlər. Belə qərara gəlmişlər ki, Coşqun gəldikləri avtomobili qapının qarşısında saxlamış, o, cəzaçəkçə müəssisəsində cəza çəkən tanışının yanına gedəcəkmiş. Sonra isə Emin ona məxsus “VAZ-21214” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında, o, qabaq oturacaqda, Coşqun isə arxa oturacaqda oturmuşdur. Bundan sonra Bakı şəhərinə getmiş və o, da işlərini gördükdən sonra 1 mart 2018-ci il tarixdə X8 Bakı şəhəri, 32 saylı notariat kontoruna il müddətinə etibarnamə vermiş, həmin gün günortadan sonra İsmayıllı rayonuna qayıtmışdır. Bundan sonra Emin “VAZ-21214” markalı **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobili, Coşqun isə “VAZ-21074” markalı avtomobili idarə edib getmiş, o, həmin vaxtlarda iribuynuzlu mal qarasından 2 baş erkək dananı X2 təxminən 3000 manat pul əldə etmiş, bundan başqa qəssab olan X22 təxminən 4-5 baş erkək dana sataraq 5000 manat pul əldə etmiş, həmin ərəfədə qəssab işləyən X18 da 1 baş erkək dana və 1 baş inək sataraq 2500 manat pul əldə etmişdir. Məhəmmədəli onunla danışdıqda sonuncuya 10000 manat pulunun olduğunu demişdir. 18 mart 2018-ci il tarixdə Məhəmmədəli oğlu Eminin idarə etdiyi VAZ-21074 markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə İsmayıllı şəhərinə yaşadığı evə gəldi və yaşadığı evdə çay içib çörək yemişlər. Evin ikinci mərtəbəsində o, qarışıq əskinaslardan ibarət ümumilikdə 10000 manat pulu oğlu Ağaxanın və Məhəmmədəlinin oğlu Eminin yanında Məhəmmədəliyə vermişdir. Məhəmmədəli ona demişdir ki, “həmin pulun 4000 manatı oğlunun hərbi məktəbə işə düzəlməsi üçün, 6000 manat pulu isə marketin fəaliyyətinin yaxşılaşması üçün səndən borc olaraq aldım, borc aldığım pulu qaytaracam”. Məhəmmədəli və oğlu Emin yaşadığım evdə 2-3 saat qaldıqdan sonra çıxıb getmişlər. Təxminən 4-5 ay sonra Məhəmmədəlinin və Eminin ona 6000 manat borcunu tam şəkildə qaytarmadığını görüb düz insan olmadığını görüb Coşqunla və Eminlə danışaraq avtomobilə ehtiyacının olduğunu, avtomobilini özümə qaytarmasını demişdir. Coşqun və Emin həmin avtomobilimi gətirib özünə qaytarmışlar. 2018-ci ilin aprel ayında Məhəmmədəli ona dəqiq tarixini bilmədiyi günlərdə 1 ay ərzində 686 manat pulunun bir hissəsini, bir hissəsini ərzaq verməklə qaytarmış, may ayında yenədə ərzaq kimi əvəz etməklə 500 manat borcunu da qaytarmışdır. Məhəmmədəli iyun ayında ərzaq və pul daxil olmaqla 600 manat pulunu qaytarmış, iyul ayında da müxtəlif günlərdə olmaqla 500 manat pulunu özünə qaytarmış, avqust ayında və sentyabr ayında hissə-hissə olmaqla 3305 manat pulunu qaytarmışdır. Sentyabr ayında Göyçay şəhərinə gedib mağazaya baxdıqda Məhəmmədəlinin işlətdiyi marketdə mal az olduğunu və mağazanın zəif işlədiyini görmüşdür. Artıq başa düşmüşdür ki, Məhəmmədəli onu aldadır və oğlum Ağaxanı da işə düzəltməyəcək. Məhəmmədəli müxtəlif bəhanələr gətirərək oğlum Ağaxanın yaşının az olduğunu 17 yaşı tamam olduqdan sonra onu hərbi məktəbə düzəldə biləcəyini demişdir. Lakin Məhəmmədəlinin onun borcumu qaytara bilmədiyini görüb, heç oğlu Ağaxanın da hrəbi məktəbə işə düzəlmə məsələsini həll edə bilməyəcəyini düşünmüşdür. Buna görə də Məhəmmədəliyə pulunu özünə qaytarmasını demiş, Məhəmmədəli müxtəlif bəhanələr gətirib mağazasını satıb pulunu qaytaracağını demiş, mağazasını 100.000 dollara satmaq istədiyini və mağazanı satdıqdan sonra pulunu qaytaracağını, həmçinin onun da maraqlanıb müştəri tapmağını demişdir. Bu minvalla Məhəmmədəli 34000 manat pulunu qaytaracağını yalandan vəd verib vaxtı uzatmışdır. O, da Məhəmmədəlinin onun pulunu qaytaracağına inanıb hər hansı X21 müraciət etməmişdir. 2018, 2019, 2021, 2021-ci il tarixdə Məhəmmədəli müxtəlif bəhanələr, gah xurma mövsümü, gah nar mövsümü başa çatdıqdan sonra pulunu verəcəyini demiş, o, da inanaraq Məhəmmədəlini gözləmiş, hər orqana müraciət etməmişdir. Həmin tarixlərdə dəfələrlə xalası nəvəsi İlham Hacıyevlə, bacıaı oğlu Şahid5la, oğlu Ağaxanla dəfələrlə onun yaşadığı Göyçay şəhərinə gedib pulunu qaytarmasını bildirmiş, lakin o, hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. Sonradan Şahid2la və onunla Göyçay şəhərində Sabir adlı şəxs görüşərək dəymiş ziyanı ödəyəcəklərini bildirmişdir. 2022-ci ilin yay fəslində Sabir dəqiq tarixi yadında qalmayan vaxtı gələrək ziyanı ödəməkdən ötrü vaxt istəmiş, o, da Ağabağırı çağırıb üçü birlikdə İsmayıllı rayonu ərazisində İlyasın işlətdiyi “Ay işığı” adlı kafedə 1 dəfə görüşmüşlər. Həmçinin 1 dəfə də Göyçay şəhərində X35 yaxınlığında yerləşən çayxanada görüşüb söhbət etmiş, Sabir yenə də dəymiş ziyanı ödəmək üçün ondan vaxt istəmiş, Təqsirləndirilən şəxs ilə bir yerdə cəza çəkdiyindən və çörək kəsdiklərindən onun tutulmasını istəməmiş, bu səbəbdən də xx.xx.2022-ci il tarixdə İsmayıllı RPŞ-nə ərizə ilə müraciət edərək əsl həqiqəti deməmiş, Məhəmmədəliyə pulu şərikli mağaza açdırmaq üçün verdiyini demişdir. Təhqiqat zamanı Məhəmmədəli və oğlu Emin Qədirov çağırışa gəlmədikləri üçün məcbur qalıb Göyçay RPŞ-nə də müraciət edib Məhəmmədəlinin ona 34000 manat borcunun olduğunu bildirmiş, Göyçay rayon polis şöbəsində Məhəmmədəli və oğlu Emin çağırılmış, polis şöbəsində Məhəmmədəli ona 19000 manat pul borcunun olmasını etiraf etmiş, əsl həqiqətdə isə Məhəmmədəli 34000 manat həmin pulu ondan oğlu Ağaxanı hərbi məktəbə oxumağa düzəltmək üçün almışdır. O, İsmayıllı şəhərinə yaşadığım evə qayıtmış, həmin gecə Məhəmmədəlinin kürəkəni Coşqun, Məhəmmədəlinin arvadı və Məhəmmədəlinin adını bilmədiyim qayını yaşadığı evə gəlmiş, onlar ondan ərizələrini geri götürməyi, 15000 manatı 1 il ərzində hissə-hissə ödəyəcəyini, qalan 19000 manatı isə Məhəmmədəlinin özü ilə danışmaqlarını demişlər. İsmayıllı RPŞnin İstintaq bölməsində əlavə araşdıma zamanı əlavə izahatında əsl həqiqəti bildirib Məhəmmədəlinin ondan həmin pulu oğlu Ağaxanı hərbi məktəbə düzəltmək üçün aldığını bildirmişdir. 16 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 17 mart 2023-cü il tarixdə tanışı İlyas ona zəng edərək Məhəmmədəlinin İlyas adlı tanışının dəymiş ziyanın 15000-20000 manatını vermək istədiyini, ərizəni geri götürməyini ona dediyini xatırlatmışdır. O, da bunu sözlə yox, real olaraq gətirib vermələrini demişdir. 17 mart 2023cü il tarixdə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçildikdən və azadlığa çıxdıqdan sonra nəinki ona maddi ziyanı ödəmək barədə təşəbbüs göstərmiş, əksinə olaraq ona hər-hansı pul verməli olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməsi (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirərək dələduzluq etmə) nəticəsində ona dəymiş 34000 (otuz dörd min) manat maddi ziyan məbləğinin və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 192 (bir yüz doxsan iki) manat 40 (qırx) qəpik, cəmi 34192 (otuz dörd min yüz doxsan iki) manat 40 (qırx) qəpik məbləğinin təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək göstərmişdir ki, atası Zərərçəkmiş şəxs 2017-ci ildə həbsdə olarkən ona zəng edərək bildirmişdir ki, onu hərbi məktəbə düzəltməsi üçün adam tapmış və ona pul vermək lazımdır. O, da atasının tapşırığı əsasında evdə olan 15000 manat pulu götürüb 2017-ci ilin aprel ayında dəqiq tarixini bilmədiyi günlərin birində İsmayıllı rayonu Quşencə kəndi ərazisinə gəlib Məhəmmədəlinin oğlu Eminlə görüşməklə həmin pulu Eminə vermişdir. Bu zaman Eminin yanında bir nəfər də olmuş, o, Emindən həmin şəxsin kim olduğunu soruşduqda Emin həmin şəxsin “əmisi” olduğunu ona bildirmişdir. Bu zaman onun vəfat etmiş əmisi də onunla birlikdə olmuşdur. Bundan az müddət sonra atası 31 yanvar 2018-ci il tarixdə azadlığa çıxmış və həmin günü Məhəmmədəli oğlu Eminlə birlikdə yaşadığı ünvana gələrək onun “hərbi məktəbə” düzəlməyi adı ilə müəyyən şəxslərlə gedib görüşdüyünü və yenə də pul lazım olduğunu atasına bildirmişdir. Atası ona demişdir ki, “hazırda mənim pulum yoxdur, bir neçə günə şəxsi təsərüfatımda olan heyvanlarımı sataraq və qohum əqrəbadan borc götürüb sənə 15000 manat da verəcəm”. Atası Ağabağır qalan 10000 pulu isə mart ayında ona verə biləcəyini demişdir. Məhəmmədəli atası ilə razılaşıb yaşadığı ünvana getmişdir. 14 fevral 2018-ci il tarixdə Məhəmmədəli atasına zəng vuraraq pulun hazır olub olmadığını soruşmuş, atam pulun “hazır” olduğunu demiş və Məhəmmədəli atasına “gəlirəm” deyə cavab vermişdir. Təxminən 1-2 saat sonra Məhəmmədəli oğlu Eminlə birlikdə yaşadığımız ünvana gəlmiş, atası Ağabağır həmin gün 15000 manat pulu Məhəmmədəliyə vermiş, Məhəmmədəli pulun qalan hissəsini verdikdən sonra mütləq şəkildə hərbi məktəbə düzəltməsinin mümkün olacağını bir daha bildirmişdir. Bundan bir müddət də keçmiş, Məhəmmədəli yenə də atasına zəng vuraraq 20000 manat pul istəsə də atası ona gücünün çatmayacağını və ona birtəhər düzüb-qoşub 10000 manat pul verə biləcəyini demiş, bundan sonra atası qohumlarından borc alaraq 10000 manat puldan 4000 manatını da onu hərbi məktəbə düzəltmək adı ilə, qalan 6000 manat pulu isə Məhəmmədəlinin marketini işə salması adı ilə 2018-ci ilin mart ayının 18-də yaşadığı evdə onun iştirakı ilə Məhəmmədəli və oğlu Eminə vermişdir. Məhəmmədəli və oğlu 10000 manat pulu alıb getmişlər. Az müddət sonra isə pula ehtiyacı olduğu üçün atası ondan borcunu qaytarmasını xahiş etmiş, Məhəmmədəli hissə-hissə olmaqla ayrıayrı vaxtlarda atasının ona borc olaraq verdiyi 6000 manat pulu ona qaytarmış, bundan bir neçə il keçmiş, Məhəmmədəli onu hərbi məktəbə düzəltməmiş, artıq aldadıldıqlarını başa düşmüşdür. Əvvəlki məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X19 və X20 eyni məzmunlu ifadələr verərək Zərərçəkmiş şəxs və X5 ifadələrində göstərilən xüsusatları bir daha təsdiq etmişlər. Əvvəlki məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 fevral 2017-ci ildə İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək X13 göndərilmiş, orada 2-ci korpusun 7 nömrəli kamerasında yerləşdirilmişdir. Həmin vaxtlarda kamerada onunla birlikdə 6-7 nəfər həbs edilmiş şəxslər də olmuşdur. Kamerada Göyçay şəhər sakini Təqsirləndirilən şəxsla tanış olmuşdur. 14 mart 2017-ci ildə həmin kameraya İsmayıllı şəhər sakini Zərərçəkmiş şəxs da gətirilmişdir. Zərərçəkmiş şəxs əvvəllər tanımamış, kameraya gələndən sonra orada tanımışdır. Bir neçə gün sonra kamerada hiss etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla tez-tez söhbət edirlər və sonuncunun oğlunu pul müqabilində hərbi məktəbə düzəltmək istəyir. Ağabağırı əvvəllər tanımasa da söhbət zamanı qardaşı mərhum Ağasəfi tanıdığını demişdir. Buna görə də istəməmişdir ki, Məhəmmədli Ağabağırı aldadadıb pulunu ələ keçirsin. Ağabağırla təklikdə söhbət zamanı demişdir ki, “Məhəmmədəli öz işi ilə bağlı özünə məxsus torpaq sahəsinin Göyçay şəhərində satılmasını etiraz edib, o, həbsdən çıxmaq üçün öz işini görmür, sənin işini hardan görsün”. Ağabağır demişdir ki, “Məhəmmədəli məndən oğlumu hərbi məktəbə düzəltmək üçün 15000 manat pul istəyir”. O, isə Ağabağıra Ağasəflə münasibəti olduğundan mobil telefonla onunla danışmaq istədiyini demişdir. O, Penitensiar Müəssisənin nömrəsindən mərhum X9 istifadəsində olan hazırda xatırlamadığı mobil nömrəyə zəng edərək demişdir ki, “qardaşı Ağabağır hərbi məktəbə işə düzəltmək üçün hazırda onlarla bir kamerada olan Göyçay şəhər sakini Məhəmmədəli adlı şəxsə 15000 manat pul vermək istəyir, həmin şəxs düz adama oxşamır, ola bilər Ağabağırı aldadar, götür-qoy edin”. Ağasəf demişdir ki, “Ağabağrı böyük qardaşımdır, pul özünündür, əgər o, buna qərar verirsə, biz də pulu verməliyik”. Sonradan bu barədə bir dəfədə Ağabağırla danışaraq Məhəmmədəlinin düz adama oxşamadığını, onu adada biləcəyini və ona pul verməməsini dedikdə Ağabağır ona demişdir ki, “mən Məhəmmədəliyə inanıram, buna görə də oğlumu hərbi məktəbə düzəltmək üçün Məhəmmədəliyə pulu verəcəm”. O, da Ağabağıra “özün bilərsən” deyə bildirmişdir. Ağabağırla və Məhəmmədəli ilə kamerada bir yerdə söhbətləri zamanı O, Məhəmmədəliyə demişdir ki, “mən Ağabağırın qardaşı ilə də həmin işlə bağlı danışmışam, sənə verəcəkləri pulla işi həll edə bilməsən, pulu iyul ayına qədər qaytara biləsən?”. Kamerada olduqlarından digər həbs edilmiş şəxslərin eşitməsi üçün açıq-aşkar danışmışlar. Buna görə də çox zaman “işin həlli” sözlərindən çox istifadə etmiş, kameradakılar da həmin məsələnin Ağabağırın oğlunun hərbi məktəbə düzəlməsi işindən getdiyini bilmişlər. 2017-ci ilin aprel ayında Ağabağır kamerada ona demişdir ki, oğlu Ağaxan və mərhum qardaşı Ağasəf İsmayıllı rayonunda Məhəmmədəlinin adını bilmədiyi oğlu ilə görüşüb 15000 manat pulu ona veriblər. Həmin vaxtlarda istintaq hərəkətlərinin keçirilməsi üçün X7 İsmayıllı RPŞ-nin MSY-n etap edilməli olmuşlar. Məhəmmədəli söhbət zamanı kamerada ona və Ağabağıra demişdir ki, “bu ay məhkəmədən çıxacam, İsmayıllı rayon Polis şöbəsinə etap olunduğunuz yerə də gələrək sizinlə görüşəcəm”. Aprel ayında dəqiq tarixini bilmədiyi gündə o və Ağabağır İsmayıllı rayon polis şöbəsinə etap edilmişlər. İsmayıllı RPŞ-nin MSY-də kamerada Ağabağırla söhbət edərkən ona demişdir ki, “Məhəmmədəli guya çölə çıxacaq və bizim yanımıza gələcək”. Ağabağır yenə də Məhəmmədəliyə inanmış və demişdir ki, “ola bilsin hələ çıxa bilmiyib və ona görə də gələ bilməyib”. Aprel ayında dəqiq tarixini bilmədiy gündə X6yıdarkən artıq Məhəmmədəlinin həbsdən azad olunduğunu bilmişdir. Bundan sonra Ağabağırla aralarında hər hansı söhbət olmamış, o, bundan sonra Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhərində Penitensiar Xidmətin müalicə Müəssisəsində cəzasını çəkmişdir. 5 mart 2021-ci ildə cəzaçəkmə müəssisə azadlığa çıxmış və sonrakı günlərdə Ağabağırla danışarkən bilmişdir ki, Məhəmmədəli onun oğlu Ağaxanı hərbi məktəbə düəltmək adı ilə Ağabağırın ümumilikdə 34000 manat, əlavə olaraq borc kimi 6000 manat pulunu alaraq ələ keçirmişdir. Əvvəlki məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalasının əridir. Zərərçəkmiş şəxs 14 mart 2017-ci il də İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilərək X13 göndərilmişdir. 2017-ci ilin aprel ayında dəqiq tarixini xatırlamadığı gündə xalası Əminə ona bildirmişdir ki, Ağabağır ona zəng edərək Təqsirləndirilən şəxs adlı həbsə olan kamera yoldaşının ona hansısa iş görülməsi üçün 20000 (iyirmi min) manat pul verməli olduğunu deməsini, həmin şəxsi tanımadıqlarından pulu hər hansı sənədləşmə olmadan verməkdə çətinlik çəkdiyini demişdir. Belə olduqda o, uzaq qohumu X33 ilə birlikdə Göyçay şəhərinə getmiş, orada Təqsirləndirilən şəxs kimliyi ilə maraqlanmışlar. Orada Məhəmmədəlinin əmlak mənimsədiyinə görə həbsdə olduğunu və düz insan olmadığını öyrənmişlər. Həmin gün cəzaçəkmə müəssisəsində cəza çəkən Ağabağırla əlaqə saxlamış və ona Məhəmmədəli barədə eşitdiyi mənfi sözləri deyərək pulu ona verməməyi məsləhət bilmişdir. Ağabağır isə ona acıqlı formada Məhəmmədəliyə inandığını, imkan edib pulu ona verməyi, bu məsələyə çox qarışmamağını demişdir. Bundan sonra Ağabağır ailəsi ilə də danışdıqda Məhəmmədlinin oğlu Emin adlı şəxsə 15000 manat pul tapıb verməyi bildirmişdir. Bundan bir neçə gün sonra eşitmişdir ki, həmin ərəfələrdə Ağabağırın qardaşı mərhum Ağasəf Zərərçəkmiş şəxs oğlu Ağaxanla birlikdə İsmayıllı rayonu Quşencə kəndi ərazisində Qaraməryəm-İsmayıllı-Şəki yolunun kənarında Məhəmmədəlinin oğlu Emin və onunla gələn bir nəfər şəxslə görüşüb 15000 manatı ona vermişlər. Zərərçəkmiş şəxs 31 yanvar 2018-ci il tarixdə azadlığa çıxmışdır. 2018-ci ilin fevral ayında dəqiq tarixini xatırlamadığı gündə eşitmişdir ki, Ağabağır oğlu Ağaxanı hərbi məktəbə təhsil almağa düzəltdirməsi üçün əlavə olaraq yaşadığı İsmayıllı şəhəri, T.Bəkirov küçəsində 15000 manat pul da vermişdir. 2018-ci ilin fevral ayında o, özünə məxsus VAZ-21074 markalı avtomobili satmışdır. Həmin ərəfədə Ağabağır ona Məhəmmədəlinin ondan əlavə olaraq pul istədiyini və imkan edib ona 5000 manat pul borc verməyini demişdir. O, isə Ağabağıra 3500 manat pul borc verə biləcəyini demiş, o, həmin məbləğdə 3500 manat pulu İsmayıllı şəhəri ərazisində Ağabağırın yaşadığı evdə ona vermişdir. Sonradan Ağabağır ona bildirmişdir ki, 2018-ci ilin mart ayında Məhəmmədəliyə yaşadığı evdə əlavə olaraq oğlu Ağaxanın hərbi məktəbə düzəltdirməsi üçün 4000 manat, borc kimi isə əlavə olaraq 6000 manat olmaqla ümumilikdə 10000 manat pul vermişdir. Sonradan eşitmişdir ki, Məhəmmədəli verdiyi vədə əməl etməmiş, nə Ağaxanın hərbi məktəbə düzəlməsi üçün, nə də borcu qaytarmaq üçün hər hansı hərəkət etməmişdir. Dəfələrlə o, Murad və Ağabağır birlikdə Məhəmmədəlidən pulunu almaq üçün Göyçay şəhərinə getmişlər. O, Ağabağırla getdiyi vaxtlarda Məhəmmədəlini görə bilməmiş, lakin bir dəfə ona məxsus mağazada işləyən kürəkəni Coşqun adlı şəxslə görüşmüş və ona qayınatasının Ağabağırın pulunu geri qaytarmasının zəruriliyini bildirdikdə Coşqun axşam Məhəmmədəli ilə görüşəcəyini, Ağabağırın pulunu verəcəyini demişdir. 2018-ci ildə dəqiq tarixini xatırlamadığı günündə Ağabağırın İsmayıllı şəhərindəki evinə gedərkən Məhəmmədəlinin adını bilmədiyim arvadı və anasının evdə olduqlarını, həyətdə oturub çay içdiklərini görmüşdür. O, da orada 5-10 dəqiqə oturmuş, onlar çıxıb getdikdən sonra Ağabağır ona zəng edib onlara gəlməyini demişdir. O, Ağabağırın evinə getmiş və söhbət zamanı Ağabağır ona Məhəmmədəlinin marketə əlavə mal vurmaq üçün ona 20000 manat borc pul verməyini demiş, Ağabağıra demişdir ki, “gedəy bir yerdə Məhəmmədəlinin mağazasına baxaq görək onun mağazası nə vəziyyətdədir”. Səhəri gün Ağabağırla birlikdə Göyçay şəhərinə getmiş və Məhəmmədəli ilə görüşüb onun mağazasına baxdıqda mağazada az mal olduğunu, mağazanın zəif işlədiyini görmüş, sonra isə İsmayıllı şəhərinə qayıtmışlar. Səhəri gün Təqsirləndirilən şəxs İsmayıllı şəhərinə gəlmiş, onunla və Ağabağırla birlikdə İsmayıllı şəhəri ərazisində Vaz adlanan kafedə görüşmüş və orada yemək yemişlər. Söhbət zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əlavə olaraq 20000 manat pul istəmiş və Ağabağır ona həmin məbləğdə pulunun olmadığını demişdir. Ağabağır dəfələrlə Göyçay şəhərinə gedib Məhəmmədəliyə verdiyi pulları istəmiş, Məhəmmədəli Ağabağıra borc kimi aldığı 6000 manat pulu ərzaq kimi verməklə qaytarmış, lakin 34000 manat pulunu hazırki vaxta qədər qaytarmamışdır. O, qohumu Murad və Ağabağır onun idarə etdiyi avtomobillə Göyçay şəhərinə Məhəmmədəlinin evinin qarşısına getmiş, o, evdə olsa da anası qapıya çıxaraq Məhəmmədlinin evdə olmadığını bildirmişdir. Artıq başa düşmüşdür ki, Məhəmmədəli qəsdən pulu qaytarmaqdan imtina edir. Əvvəlki məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bir rayon sakini kimi tanıyır və onunla normal münasibəti vardır. Göyçay şəhər sakini Təqsirləndirilən şəxs Ağabağırın vasitəsilə tanımışdır. istəmişdir. Ağabağır ona dediyinə görə oğlu Ağaxanı hərbi məktəbə düzəltmək adı ilə Məhəmmədəliyə 3 dəfəyə 34000 manat pul vermişdir. Belə ki, 15000 manat pulu 2017-ci ilin aprel ayında dəqiq tarixini bilmədiyim vaxtı Ağabağırın oğlu X4 İsmayıllı rayonun Quşencə kəndi ərazisindən keçən asfalt yolun kənarında “Vaz 2107” markalı avtomaşında vermiş, qalan 15000 manat pulu isə Ağabağır, oğlu Ağaxanla birlikdə 2018ci ilin fevral ayında yaşadığı evində, qalan 10000 manat pulu da Ağabağır oğlu ilə birlikdə yaşadığı evdə Məhəmmədəliyə və oğlu Eminə vermişdir. Ağabağır 6000 manat pulu isə Məhəmmədəliyə borc olaraq vermişdir. Təqsirləndirilən şəxs borc olaraq götürdüyü 6000 manat pulu Ağabağıra ödəmiş, lakin qalan pulu hazırkı vaxtadək ödəməmişdir. Təqsirləndirilən şəxs Göyçay şəhərindəki yaşadığı ünvana Ağabağırla birlikdə dəfələrlə gedib gəlmiş, lakin Məhəmmədəli hər dəfə onlardan vaxt istəmiş və həmin vaxt keçdikdən sonra Ağabağır təkrarən ya onunla, ya tək Məhəmmədəlinin yaşadığı ünvana getmişdir. Məhəmmədəli yenə də müxtəlif bəhanələr gətirərək pulu ödəməkdən yayınmışdır. Məhəmmədəlinin dostu Sabir adlı şəxs 2022-ci ilin yayında, dəqiq tarixi yadında qalmayan vaxtı gələrək pulu qaytarmaq üçün vaxt istəmiş, o da Ağabağırı çağırıb üçü birlikdə İsmayıllı rayonu Xanagah kəndi ərazisində yerləşən “Ay işığı” adlı kafedə görüşmüşlər. Bundan başqa da bir dəfə X35 yaxınlığında yerləşən çayxanada görüşüb söhbət etmişlər. Sabir onun Ağabağırla münasibəti olduğunu bilmiş və buna görə də onun vasitəsilə Ağabağırdan vaxt istəmişlər. Hər dəfə də Sabir Məhəmmədəlinin pulu ödəməyə birbaşa gücünün çatmadığını demiş və buna görə də vaxt istəmişdir. Əvvəlki məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 Ələsgər oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. 2018-ci ilin yaz ayında dəqiq tarixini xatırlamadığı gündə Zərərçəkmiş şəxs ondan Göyçay şəhərinə getməyi xahiş etmişdir. O, sürücülük vəsiqəsi olduğuna görə Ağabaırın avtomobilini idarə etmiş və birlikdə Göyçay şəhərinə gedərək Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Yolda söhbət zamanı Ağabağır ona demişdir ki, Məhəmmədəli adlı şəxsin ona 40000 manat verəcəyi vardır. O, Zərərçəkmiş şəxs məxsus “Mersedes” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay şəhərinə getmiş və “Qədirli” adlanan marketdə Məhəmmədəli ilə görüşmüşdür. Ağabağır özü Məhəmmədəli ilə söhbət etmiş, o, isə kənarda dayanmışıdır. Onların konkret olaraq nə söhbət etdiklərini eşitməmişdir. Bundan sonra ən azı 15-20 dəfə Ağabağırla birlikdə Göyçay şəhərinə getmiş, Məhəmmədəli özü 1 dəfə arvadı ilə birlikdə Ağabağırın yaşadığı evə gəldiyini də görmüşdür. Ağabağır ondan xahiş etmişdir ki, onları Göyçay şəhərinə yaşadığı evə aparıb düşürmüşdür. O, Məhəmmədəlini və arvadını Göyçay şəhərinə aparıb yaşadıqları evin qarşısında düşürtmüşdür. Əvvəlki məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. Göyçay şəhər sakini Təqsirləndirilən şəxs Ağabağırın vasitəsilə tanımışdır. Ağabağır dəfələrlə Məhəmmədəlinin Göyçay şəhərində yaşadığı ünvana gedərək ona oğlu Ağaxanı hərbi məktəbə düzəltmək adı ilə verdiyi 34000 manat pulu istəmişdir. Ağabağır həmin pulu Məhəmmədəliyə 3 dəfəyə vermişdir. Belə ki, 15000 manat pulu 2017-ci ilin aprel ayında dəqiq tarixini bilmədiyi vaxtı Ağabağırın oğlu X4 İsmayıllı rayonun Quşencə kəndi ərazisindən keçən asfalt yolun kənarında Vaz 2107 markalı avtomaşında vermiş, qalan 15000 manat pulu isə Ağabağır, oğlu Ağaxanla birlikdə 2018-ci ilin fevral ayında yaşadığı evində, qalan 10000 manat pulu da Ağabağır oğlu ilə birlikdə yaşadığı evdə Məhəmmədəliyə və oğlu Eminə vermişdir. Ağabağırın verdiyi puldan 6000 manat pul isə borc olaraq verilmişdir. Təqsirləndirilən şəxs borc olaraq götürdüyü 6000 manat pulu ödəmişdir. Ağaxanı hərbi məktəbə düzəltməyə söz versə də buna əməl etməmiş, nə də dəymiş ziyanı ödəməmişdir. Məhəmmədəlinin yaşadığı ünvana dəfələrlə o, Ağabağır, digər tanışı İlham Hacıyev birlikdə gedib-gəlmişlər. Məhəmmədəli hər dəfə onlardan müəyyən vaxt istəmiş, həmin vaxt keçdikdən sonra Ağabağır təkrarən onlarla, ya da tək özü onun yaşadığı ünvana getmişdir. Ancaq hər dəfə Məhəmmədəli müxtəlif bəhanələr gətirərək dəymiş ziyanı ödəməkdən yayınmışdır. Əvvəlki məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs atası Vüqarın vasitəsi ilə tanımışdır. 2018-ci ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs onlara 80 baş qoyun satmış və razılaşdıqları 19000 manat pulu şəxsən özü aparıb Ağabağıra vermişdir. Əvvəlki məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs rayon sakini kimi uzun müddətdir ki, tanıyır, onunla yaxşı münasibəti olmuşdur. 2 iyun 2023- cü il tarixdə Ağabağır onunla söhbət zamanı bildirmişdir ki, 2017-ci ildə onunla bir yerdə X11 həbsdə saxlanılan Göyçay şəhər sakini Təqsirləndirilən şəxs 15000 manat pulu borc kimi Məhəmmədlinin mənimsəmə cinayətinə görə ödənişini vermək üçün ona verməsi, qalan 15000 manat pulu mağaza açılışı etmək üçün ona verdiyini, daha 4000 manat pulu isə mağazanın açılışı üçün ödəməsi barədə, ümumilikdə 35000 manat pulu Məhəmmədəliyə verməyi barədə onun adından İsmayıllı RPŞ-nə ərizə yazmağını bildirmişdir. Ağabağır onun adından ərizə yazmaq və s hərəkətlər edə bilmək üçün ona etibarnamə vermişdir. O da Ağabağırın sözünə görə öz adından İsmayıllı rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan Ağabağır hadisə barədə İsmayıllı rayon polis şöbəsində izahat vermiş, bir neçə gün sonra Ağabağır ona demişdir ki, Təqsirləndirilən şəxs ona oğlu Ağaxan Soltanovu 34000 manat müqabilində hərbi məktəbə düzəldəcəyini vəd vermiş, ilkin olaraq bu məqsədlə Təqsirləndirilən şəxs çatması üçün oğlu X24 rayonu Quşencə kəndi ərazisində 15000 manat, daha sonra o, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonrakı ayda 14 fevral 2018-ci il tarixdə İsmayıllı şəhəri, T.Bəkirov küçəsində yaşadığı evdə Təqsirləndirilən şəxs yenidən 15000 manat pul vermiş, bunundan sonra isə əlavə olaraq Məhəmmədəliyə oğlu Ağaxanı hərbi məktəbə düzəltməsi üçün 4000 manat, həmçinin həmin pulla bərabər borc olaraq 6000 manat pul vermişdir. O, da Ağabağıra nahaq yerə ilkin ərizəni yazarkən həmin xüsusatı ona bildirməməsinə irad tutmuş, Ağabağır ona demişdir ki, o, Məhəmmədəlinin həbs olunmasını istəməmiş və buna görə də bu barədə ona ərizə yazarkən deməmişdir. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxsla sinif yoldaşı olmuşdur. Zərərçəkmiş şəxs isə 2022-ci ilin fevral-mart aylarında tanımışdır. O, Məhəmmədəliyə mühasibatlıq işlərinin aparılmasında köməklik etmiş, bu zaman onun Ağabağıra xeyli pul borcunun olduğunu bilmişdir. Həmin borcun isə Ağabağırla Məhəmmədəlinin birgə kommersiya işindən yaranmış olduğunu bilmişdir. Ağabağır pulunu tələb etmiş, Məhəmmədəlinin isə maddi imkanları son dərəcədə aşağı olduğundan sonuncu borcunu qaytara bilməmişdir. Ağabağır bununla bağlı polisə şikayət etdiyindən özü Ağabağırla və onun tanışı olan İlyas adlı şəxslə görüşmüş və borcun qaytarılması üçün vaxt istəmişdir. Onun xahişi əsasında Ağabağır Məhəmmədəliyə müəyyən müddət vaxt vermiş, lakin verilən həmin vaxt ərzində də Məhəmmədəli borcunu qaytara bilməmişdir. Məhəmmədəlinin Ağabağırdan sonuncunun oğlunun hərbi məktəbə düzəldilməsi ilə əlaqədar hansısa məbləğdə pul aldığı barədə heç bir məlumatı olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X30 ifadə verərək göstərdi ki, 2018-2019-cu illərdə 7-8 ay Təqsirləndirilən şəxs Göyçay şəhərində yerləşən mağazasında fəhlə işləmişdir. Zərərçəkmiş şəxs həmin ərəfələrdə tanımış, belə ki, Ağabağır tez-tez Məhəmmədəliyə məxsus mağazaya gəlmiş, mağazada işləyən işçilərin işinə nəzarət etmişdir. O, çox zaman mağazanın anbarında olduğundan Ağabağırı görə bilməmiş, həftədə iki-üç dəfə sonuncunu görmüşdür. Sonradan isə Ağabağırın Məhəmmədəlidən borcunu tələb etdiyini eşitmiş, həmin borcun nədən yarandığını isə bilməmişdir. Cinayət işi üzrə 19 mart 2024-cü il tarixdə keçirilən növbəti məhkəmə baxışı iclasında Zərərçəkmiş şəxs könüllü olaraq Təqsirləndirilən şəxs ona qarşı heç bir dələduzluq cinayətini törətmədiyi, pul verilmiş olsa da həmin pulun onların aralarında bizneslə əlaqədar verildiyini bildirmişdir. Zərərçəkmiş oğlunun anadangəlmə xəstə olmasını etiraf edərək oğlunun hərbi məktəbə düzəlməsi ilə əlaqədar təqsirləndirilən şəxsə pul vermədiyini, hazırda təqsirləndirilən şəxslə barışdığına görə əsl həqiqəti söylədiyini bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək yeni halın araşdılrılması üçün məhkəmə istintaqının təzələnməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli qərarı əsasında təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqının təzələnmişdir. Cinayət işi üzrə yeni məhkəmə baxışı iclası təyin edilərək tərəflərin və şahidlərin yenidən dindirilmələri qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əvvəlki ifadəsini təsdiq edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini, onun Zərərçəkmiş şəxs aldatmaq, pulunu ələ keçirmək niyyətinin olmamadığını bildirmiş, onların arasında kommersiya fəaliyyəti ilə bağlı məsələlərə görə Zərərçəkmiş şəxs borcunun yarandığını və həmin borcun böyük bir hissəsini ödədiyini göstərmişdir. Zərərçəkmiş şəxs borclu olmasını inkar etmir və həmin borcun böyük bir hissəsini ödəmişdir. Qalan məbləğlə bağlı Zərərçəkmiş şəxsla qarşılıqlı razılığa gəlmişlər.Özünü dələduzluq cinayəti törətməkdə təqsirli bilmir və məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Cinayət-prosessual qanunvericiliyin təməl prinsiplərini təşkil edən, insan hüquq və azadlıqlarının məcmusuna daxil olan və Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsində əksini tapan Təqsirsizlik prezumpsiyası prinsipi dayanır ki, həmin prinsipə görə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Cinayət-prosessual qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, təqsirləndirilən şəxs ifadə vermək hüququnun icra formasının seçilməsində tamamilə azaddır. Qanunverici onun üzərinə bununla bağlı hər hansı məhdudiyyətin qoyulması halkını müəyyən etmir, o.cümlıədən, müdafiə hüququnun səmərəli həyata keçirilməsi məqsədi ilə cinayət təqibinin istənilən mərhələsində özünə qarşı ifadə verməmək hüququ ilə ehtiva edilən ifadələrin dəyişməsinə imkan verir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs əvvəlki ifadəsini təkzib edərək Təqsirləndirilən şəxs ona qarşı heç bir dələduzluq cinayətini törətmədiyi, pul verilmiş olsa da həmin pulun onların aralarında bizneslə əlaqədar aralarında yaranmış münasibətlərə görə verildiyini bildirmişdir. Bundan əlavə, o, oğlu Ağaxanın anadangəlmə xəstə olmasını etiraf edərək oğlunun hərbi məktəbə düzəlməsi ilə əlaqədar təqsirləndirilən şəxsə pul vermədiyini, hazırda təqsirləndirilən şəxslə barışdığına görə əsl həqiqəti söylədiyini bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı olan iddiasından imtina etdiyini, imtinanın hüquqi nəticələrinin ona izah edildiyini bildirərək mülki iddiasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təkrarən şahid qismində dindirilmiş X15 əvvəlki ifadəsini təkzib etmiş, yeni ifadəsində göstərmişdir ki, atası Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində tanış olmuş və həbsdən azad olunduqdan sonra Məhəmmədəlinin Göyçay şəhərində yerləşən mağazasını işlətmişlər. Atasının Məhəmmədəliyə verdiyi pullar da həmin mağazanın işlədilməsi ilə əlaqədar Məhəmmədəliyə borc olaraq verilmişdir. Sonradan həmin pullar atasına qaytarılmadığından atası Məhəmmədəliyə verilmiş pulların guya onun hərbi məktəbə düzəldilməsi üçün verildiyini demişdir. Məhkəmə iclasında təkrarən şahid qismində dindirilmiş X19 əvvəlki ifadəsini təkzib etmiş, yeni ifadəsində X1 verdiyi ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında təkrarən şahid qismində dindirilmiş X25 əvvəlki ifadəsini qismən təkzib etmiş, yeni ifadəsində göstərmişdir ki, onun xalasının əri olan Zərərçəkmiş şəxs 2018-ci ilin fevral ayında Göyçay şəhərində yaşayan tanışı Məhəmmədəlinin ondan borc pul istədiyini və imkan edib ona 5000 manat pul borc verməyini demişdir. O, həmin ərəfədə özünə məxsus VAZ-21074 markalı avtomobilini satdığından Ağabağıra 3500 manat pul borc verə biləcəyini demiş və həmin məbləğdə 3500 manat pulu Ağabağırın yaşadığı evdə ona vermişdir. Sonradan Ağabağır ona bildirmişdir ki, Məhəmmədəliyə ümumilikdə 10000 manat pul vermişdir. Sonradan eşitmişdir ki, Məhəmmədəli borcu qaytarmaq üçün hər hansı hərəkət etməmişdir. Dəfələrlə o, Murad və Ağabağır birlikdə Məhəmmədəlidən pulunu almaq üçün Göyçay şəhərinə getmişlər. O, Ağabağırla getdiyi vaxtlarda Məhəmmədəlini görə bilməmişdir. Ağabağırın Məhəmmədəliyə verdiyi pulların onun oğlu Ağaxanın hərbi məhktəbə düzəldilməsi məqsədi ilə verilməsi məsələsini isə Ağabağırın xahişi ilıə ibtidai istintaq orqanına bildirmişdir. Məhkəmə iclasında təkrarən şahid qismində dindirilmiş Şahid4 Ələsgər oğlu əvvəlki ifadəsinə uyğun ifadə verərək həmin ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında təkrarən şahid qismində dindirilmiş Şahid2 əvvəlki əvvəlki ifadəsinə uyğun ifadə verərək həmin ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında təkrarən şahid qismində dindirilmiş Şahid6 əvvəlki əvvəlki ifadəsinə uyğun ifadə verərək həmin ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 25 dekabr 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğlu Emin Qədirovun 2017-ci ilin aprel ayında Ağaxan Solatanovdan 15000 (on beş) manat pulu aldığı yer İsmayıllı rayonu Quşencə kəndi ərazisində Qaraməryəm-İsmayıllı-Şəki yolunun kənarıdır, 18 mart 2018-ci il tarixdə Təqsirləndirilən şəxs 15000 manat pulu Zərərçəkmiş şəxs aldığı yer sonuncuya məxsus İsmayıllı şəhəri, T.Bəkirov küçəsi 30A ünvanında yerləşən evin ikinci mərtəbəsidir. 03 iyun 2023-cü il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus market ünvan 2 ünvanında yerləşir. Təqsirləndirilən şəxs məxsus ev isə ünvan 5ında yerləşir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Göyçay rayon Mərkəzi Xəstəxanası” X32 alınmış 27 yanvar 2023-cü il tarixli PHŞ-6-40/2-95/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 08 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 3 il şərti sınaq müddəti təyin edilməklə 7 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 01 iyul 2023-cü il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs hər hansı işəgötürənlə arasında əmək müqaviləsinin olub-olmaması X28 Xidmətinin Dağlıq Şirvan Regional şöbəsində mərkəzi məlumat bazasında yoxlanılmış və Zərərçəkmiş şəxsla hazırki vaxta qədər hər hansı işəgötürən arasında əmək müqaviləsinin bağlanması müəyyən edilməmişdir. “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 mart 2023-cü il tarixdə, saat 14:15 şübhəli şəxs qismində tutulmuşdur; İsmayıllı Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 4(037)-9/2023 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 mart 2023-cü il tarixli 4(107)-31/2023 saylı qərarından müəyyən edilir ki, İsmayıllı Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 4(037)-9/2023 saylı qərarından prokuror tərəfindən verilmiş protest təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 4(037)-9/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 4(037)-10/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri 14 aprel 2023cü il tarixdən 14 iyun 2023-cü il tarixədək uzadılmışdır. İsmayıllı Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli 4(037)-14/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs “ev dustaqlığında” saxlanılması müddətinin uzadılmasından imtina edilmiş, 14 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməli törədilmədiyi üçün ona həmin ittiham üzrə bəraət verilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair verilmiş ittiham üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə istintaqında araşdırılan sübutlarla müəyyən edildiyi kimi, hazırki iş üzrə Zərərçəkmiş şəxs ilkin olaraq xx.xx.2022-ci il tarixdə İsmayıllı, sonradan isə xx.xx.2022ci il arixdə Göyçay rayon Polis şöbələrinə demək olar ki, eyni məzmunlu ərizələrlə müraciət edərək təqsirləndirilən şəxsə borc verdiyini bildirir və polis orqanı tərəfindən onun bu müraciətinin mülki xarakterli olduğunu bildirən cavab məktubu şəxsə təqdim edilmişdir. Məhkəmə istintaqı təzələndikdən sonra Zərərçəkmiş şəxs, o cümlədən ilkin məhkəmə iclaslarında dindirilmiş şahidlərin əksər hissəsi ibtidai istintaq orqanına verdikləri ifadələrini təkzib edərək, verdikləri ifadələrin AZərərçəkmiş şəxs dediyinə görə verdiklərini, onun tərəfindən Təqsirləndirilən şəxs verilmiş pulların məhz borc olaraq verildiyini etiraf etmişlər. Cinayət işinin məhkəmə istintaqı zamanı həmin məbləğ Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və zərərçəkmiş Zərərçəkmiş şəxsla aralarında barışıq əldə olunmuşdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəldilməlidir. Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilməmişdir. Belə ki, həm zərərçəkmiş şəxsin, həm də şahidlərin məhkəmə istintaqı təzələndikdən sonra verdikləri ifadələrindən göründüyü kimi, Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs aralarında birgə biznes qurmaları və idarə etmələri ilə bağlı hələ hər ikisi istintaq təcridxanasında olduqları zamandan aralarında qarşılıqlı razılaşma olmuş, onlar azadlığa çıxdıqdan sonra bir müddət hətta birlikdə işləyərək bizneslərini idarə etmişlər. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs aralarındakı razılaşmaya görə zərərçəkmiş tərəfindən Təqsirləndirilən şəxs verilən pullar məhz birgə biznes qurmaları üçün borc olaraq verilmişdir. Göründüyü kimi tərəflər arasında mülki hüquq münasibətlərindən qaynaqlanmış mübahisə yaranmışdır. Cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında araşdırılmış sübutlar da həmin mübahisənin məhz mülki xarakterli mübahisə olmasını təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərardan görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakını talamanın üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan suiistifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Beləliklə, dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması, həm də həqiqət haqqında susma başa düşülür. Etibardan sui-istifadə etmə zamanı isə təqsirkar onunla əmlakın sahibi və ya mülkiyyətçisi arasında yaranan müəyyən etibar, inam münasibətlərindən istifadə edir. Məhkəmə istintaqında araşdırılmış sübutlarla dələduzluq cinayətinin qeyd edilən törədilmə üsulları olan aldatma və ya etibardan sui-istifadə etmənin Təqsirləndirilən şəxs hərəkətlərində olması, yəni onun zərərçəkmiş şəxsi aldadaraq və ya etibardan sui-istifadə edərək yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olması müəyyən olunmur. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulların məhz borc olaraq alındığı, birgə idarə edəcəkləri biznesin dirçəldilməsi məqsədi ilə alındığı, həmin pulun sərmayə olaraq məşğul olacaqları biznes sahəsinə qoyularaq bununla da həm özünün, həm də Zərərçəkmiş şəxs qazanc əldə etmək məqsədi olmasını bir daha təsdiq edir. Məhkəmə bu nəticəyə gələrkən məhkəmə istintaqında araşdırılan sübutlara, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə istintaqı təzələndikdən sonra verdikləri ifadələrinə əsaslanır ki, qeyd edilən şəxslər də ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pulların məhz borc olaraq alındığını göstərirlər. Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə yönələn bu hərəkətləri onun zərərçəkmiş şəxsin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək niyyətinin olmasını tamamilə istisna edir. Bundan başqa, cinayət işi üzrə materiallar tədqiq edilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi Şahid6 İsmayıllı rayon Polis şöbəsinə yazmış olduğu 08 iyun 2022-ci il tarixdə qeydə alınmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı pullar birinciyə məxsus olmaqla Göyçay şəhərində yerləşən mağazanın yenidən fəaliyyətə başladılması üçün məhz borc olaraq alınmış, qazanılacaq gəlirin isə ikisini aralarında bölünəcəyi qeyd olunmuşdur. Zərərçəkmiş şəxs özünün şəxsən Göyçay rayon Polis şöbəsinə yazmış olduğu 19 avqust 2022-ci il tarixdə qeydə alınmış ərizəsində də Təqsirləndirilən şəxs tərəfindən ondan borc olaraq alınmış pulun qaytarılmasına köməklik edilməsi xahiş olunmuşdur. İnsan Hüquqlarının və X17 Haqqında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in: 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır; 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər; 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində dələduzluq cinayətini xarakterizə edən əlamətlərin, ümumiyyətlə cinayət tərkibinin mövcud olmamasına baxmayaraq, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, sadəcə zərərçəkmiş şəxsin sonradan ibtidai oistintaqa verdiyi ifadələri əsasında Təqsirləndirilən şəxs əsassız olaraq CM-in 178.2.4-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı ilə müəyyən edildiyi kimi təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin əmlakını aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək niyyəti olmadığı, həmçinin zərərçəkmiş şəxs qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə real imkanı olduğu halda, ibtidai istintaq orqanı onlar arasında yaranmış və mülki hüquq münasibətlərindən qaynaqlanmış mübahisəni əsassız və qanunsuz olaraq dələduzluq əməli kimi qiymətləndirmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulları götürərkən niyyəti öhdəliyin yerinə yetirilməsi, yəni özünə məxsus mağazanın fəaliyyətini yenidən bərpa etmək, orada biznes fəaliyyəti ilə məşğul olaraq qazanc əldə etmək və qazanılacaq faydanı aralarında bölmək olmuşdur. Təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəliyi hər hansı səbəbdən tam yerinə yetirməməsi onun dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlməyə əsas vermir. İş üzrə dindirilmiş şəxslərin ifadəsindən də görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də 2018-2019-cu illər ərzində mağazasının fəaliyyətini bərpa etmiş, orada müəyyən biznes fəaliyyəti ilə məşğul olmuş, Zərərçəkmiş şəxs isə müəyən zamanlarda həmin mağazada işçilərin fəaliyyətinə nəzarət etmişdir. Bu hallar Təqsirləndirilən şəxs 2017-ci il tarixdən 2020-ci il tarixədək olan dövr ərzində həyata keçirdiyi vergi ödənişləri və fəaliyyət sahəsi üzrə dövriyyəsinə dair məlumatların məhkəməyə təqdim edilməsi barədə vergi orqanına sorğu edilərək alınmış cavabda, Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsinin həmin illər üzrə anten dairəsi məlumatlarında da aşkar surətdə təsdiq olunur. Bütün qeyd edilənlər məhkəməyə mübahisə tərəfləri arasında mülki hüquq münasibətlərinin mövcud olması, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldatmaq və ya etibarından sui-istifadə etmək niyyətinin istisna olunması nəticəsinə gəlməyə əsas verir. CM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır; 14.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılmış sübutlara cinayət-prosesual qanunverciliyin tələbləri baxımından hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsla zərərçəkmiş Zərərçəkmiş şəxs arasında mülki hüquq münasibətləri mövcud olmuş və onlar arasında mübahisə məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaranmışdır. Məhkəmə iclasında dələduzluq cinayətini xarakterizə edən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi əlamətlərin Təqsirləndirilən şəxs hərəkətlərində olmasını təsdiq edən sübutlar müəyyən edilmədi. Əksinə, araşdırılmış sübutlar onunla zərərçəkmiş Zərərçəkmiş şəxs arasında məhz mülki münasibətlərin mövcud olmasını birbaşa təsdiq edir. CPM-in: 21.3-ci maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ücün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquqi düşüncəsi ilə həll edirlər; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata kecirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə cox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin (Təqsirsizlik prezumpsiyası) İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir; 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X17 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əməlində cinayət tərkibi olmadığından, həmin əsasla Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə, məhkəmə istintaqı təzələndikdən sonra yeni ifadələr vermiş zərərçəkmiş şəxs və şahidlərin fərqli ifadələr vermələrinə dair xüsusatlara hüquqi qiymət verilməsini zəruru hesab edir. Belə ki, CM-in 297.1-ci maddəsinə əsasən məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin Qeyd hissəsində göstərilir: Bu Məcəllənin 297.1-ci maddəsində göstərilən şəxslər təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar çıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar. Cinayət qanunvericiliyinin qeyd olunan tələbi yalan ifadə verməyə görə məsuliyyət məsələsini istisna edir. Ona görə də məhkəmə sonradan ifadələrini dəyişmiş zərəçkmiş və şahidlərin əməllərində CM-in 297.1-ci maddəsinin əlamətlərinin olub-olmaması barədə araşdırma aparılması üçün istintaq orqanına məlumat verilməsini zəruri hesab etmir. Beləliklə, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.4-cü maddəsi ilə verilmiş ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından və həmin ittiham üzrə toplanmış sübutlar ümumiyyətlə, dələduzluq cinayətinin mövcudluğunu istisna etdiyindən, təqsirləndirilən şəxsə həmin maddə ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməlidir. Məhkəmə, CPM-in 357-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, CPM-in 56, 59 və 60-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ vardır və vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququ ona izah edilməlidir. Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iddiasına münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 181.1, 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı olan iddiasından imtina etdiyini, imtinanın hüquqi nəticələrinin ona izah edildiyini bildirərək mülki iddiasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cinayət hadisəsinin, yəni dələduzluq cinayətinin baş verməsi müəyyən olunmadığından Zərərçəkmiş şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ziyanın vurulması istisna olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 191.1-191.2-ci maddələrinə əsasən iddiaçının iddiadan imtina etməsi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizədə ifadə olunmalıdır. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə bu barədə məhkəmə qərardad çıxarır. 52.4-cü maddəsinə görə iddiaçının iddiadan imtinası qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. 261.0.4-cü maddəsində göstərilir ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, mülki iddiaçının iddiadan imtinası qanuna zidd deyildir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmağa yönəlməmişdir. Buna görə də məhkəmə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı “dəymiş ziyanın ödənilməsinə dair” mülki iş üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 39.1.2, 42.1.2, 42.2.2, 61, 62, 346-347, 349, 351-353 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dərhal ləğv olunsun. Cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı cəmi 34192 (otuz dörd min yüz doxsan iki) manat 40 (qırx) qəpik məbləğində ziyan tələbinə dair mülki iddiaya xitam verilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar