Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-10/2021 16.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Elçin oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 oğlunun iştirakı ilə 16 fevral 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1993-cü ildə İsmayıllı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum edilməmiş, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, İsmayıllı şəhəri N.Behdiyev küçəsi ev 5 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkanı tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində mexaniki nəqliyyat vasitəsi sürücüsünün həmin nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini özündə saxlamalı olmasına dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq belə etibarnaməsi olmadan idarə etdiyi Zərərçəkmiş şəxs2 mülkiyyətində olan “VAZ 21154 MİNİK” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu Lahıc qəsəbəsindən İsmayıllı şəhəri istiqamətində hərəkətdə olarkən İsmayıllı rayonunun Yeniyol kəndinin ərazisində yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaları, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçıları, onların nəqliyyat vasitələri və başqa əmlakına zərər vurmamalarına dair tələblərinə riayət etməyərək, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili mövcud yol şəraitində hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edəcək formada avtomobilin idarə olunması ilə əlaqədar tormozlama, manevr etmə və sair kimi hərəkətləri vaxtında yerinə yetirməli olmasına dair “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq hərəkət təhlükəsizliyinə riayət edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməmiş və avtomobilin idarəetməsini itirərək yolun kənarında “X11” yazısı olan lövhənin yaxınlığındakı dərəyə aşırmış, nəticədə o, ehtiyatsızlıqdan avtomobilin ön sərnişin oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 sol bud sümüyünün və sol körpücük sümüyünün qapalı sınığı, sağ baldırın əzilmiş yarası, qapalı kəllə-beyin travması və başbeyin silkələnməsi ilə müşayiət edilən sol gözün üst qapağının, sol gözaltı nahiyənin, sağ bazunun qançırları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərər vurmaya aid bədən xəsarətləri almasına və idarə etdiyi avtomobili zədələməklə avtomobilin mülkiyyətçisi Rəşad Əhmədova 1725 (min yeddi yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2020-ci ilin iyun ayında İsmayıllı şəhərində zərərçəkmiş Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. xx xxxx 2020-ci il tarixdə günorta saatlarında Zeynəblə rayonun Lahıc qəsəbəsinə getməyi planlaşdırmışlar. Ora germək üçün avtomobili olmadığından qardaşı Həbib Cəfərovdan sonuncuya məxsus VAZ 21154 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili istəmişdir. O, Həbibə əsl niyyətini deməmiş və avtomobillə Lahıc qəsəbəsinə müştəri aparıb pul qazanacığını demişdir. Həbib avtomobilini ona vermiş və qardaşından avtomobili götürərək Zeynəbin yanına getmişdir. Zeynəb avtomobilin qabaq oturacağına əyləşdikdən sonra birlikdə rayonun Lahıc qəsəbəsinə yollanmışlar. Təxminən bir-iki saat müddətində orada gəzdikdən sonra birlikdə İsmayıllı şəhəri istiqamətində yola düşmüşlər. Saat 17:00 radələrində rayonun Yeniyol kəndi ərazisindən keçən hissəsində 70-80 km/saat surətlə hərəkətdə olarkən yoldakı axırıncı döngədə avtomobilin surətini azaltmağa çalışmışdır. Döngə sərt olduğu üçün avtomobil yolun sağ ehtiyat hissəsinə çıxmış və idarəetməni itirdiyindən oradan da dərəyə aşmışdır. Aldığı xəsarətlərdən huşunu itirmiş və sonradan nə baş verdiyini xatırlamır. Sonradan bilmişdir ki, hadisə yerinə toplaşan şəxslər onu avtomobildən çıxarmış və xəstəxanaya göndərmişlər. Orada məlum olmuşdur ki, hadisə nəticəsində Zeynəb də xəsarətlər almış və əməliyyat olunması üçün Bakı şəhərindəki xəstəxanaların birinə göndərilmişdir. Zərərçəkmiş şəxslərdən Rəşad Əhmədovla barışıq əldə etmiş, Rəşadın ondan şikayət və tələbi yoxdur. Digər zərərçəkmiş şəxsin isə Bakı şəhərindəki xəstəxanada aparılmış cərrahiyə əməliyyatının və xəstəxana xərclərinin hamısını valideyini ödəmişdir. Zərərçəkmiş şəxs ondan əməliyyət və müalicə xərclərinin, gələcəkdə də olunacaq müatinə və müalicə xərclərinin ödənilməsini tələb edir. Hazırda o, həmin xərcləri ödəmək iqtidarında deyil, amma gələcəkdə həmin xərcləri hissə-hissə ödəyə bilər. Zərərçəkmiş şəxs isə onun təklifi ilə razılaşmadığından onunla barışıq əldə edə bilməmişdir. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Himayəsində bir azyaşlı uşağı vardır. Ailəsində ondan başqa işləyib gəlir əldə edən şəxs yoxdur. Qeyd etdiyi halları nəzərə almaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, 2020-ci ilin iyun ayının ortalarında işləmək üçün İsmayıllı şəhərinə gəlmiş və burada Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Aralarındakı münasibətlər yaxşı olduğundan xx xxxx 2020-ci il tarixdə Elçin ona rayonun Lahıc qəsəbəsinə getməyi təklif etmişdir. Elçinlə razılaşmış və həmin gün günorta saatlarında birlikdə Lahıc qəsəbəsinə getmişlər. Elçin qardaşına məxsus olan VAZ 21015 markalı avtomobili idarə etmiş və o avtomobilin ön sərnişin oturacağında əyləşmişdir. Avtomobildə onlardan başqa heç kim olmamışdır. Təxminən bir-iki saat orada gəzdikdən sonra Elçinlə birlikdə İsmayıllı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Yolda Elçin əvvəlcə avtomobili normal surətlə idarə etmişdir. Sonradan isə avtomobilin sürətini yuxarı qaldırmış və bir neçə dəfə Elçindən avtomobilin sürətinin aşağı salmağını xahiş etmişdir. Elçin isə ona məhəl qoymamış və avtomobili yüksək sürətlə idarə etməyi davam etdirmişdir. O telefonuna baxarkən bir anda avtomobilin yolundan çıxaraq aşdığını hiss etmişdir. Bundan sonra aldığı xəsarətlərdən huşunu itirdiyi üçün baş verənləri xatırlamır. İsmayıllı rayon xəstəxanasında ayılmış və hadisə nəticəsində müxtəlif xəsarətlər aldığını bilmişdir. Aldığı sınıq xəsarətlərinə görə Bakı şəhərində yerləşən dövlət xəstəxanaların birinə göndərilmiş və orada əməliyyat olunaraq bir müddət müalicə olunmuşdur. Dövlət xəstəxanasında əməliyyat olunmuş, əməliyyatdan sonra da həmin xəstəxanada stasionar müalicədə olmuşdur. Onun əməliyyat və müalicə xərclərinin təqsirləndirilən şəxsin valideyini tərəfindən ödənilməsi barədə məlumatlı deyil və xəstəxanadan çıxdıqdan sonra da bu haqda maraqlanmamışdır. Təqsirləndirilən şəxslə barışmamış və bundan sonra çəkiləsi müalicə xərcləri olaraq 2000 (iki min) manat ödənilməsini ondan tələb edir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə mülkiyyətində olan VAZ 21154 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomоbili 4000 (dörd min) manat müqabilində İsmayıllı şəhər sakini X1 və ona avtomobillə bağlı müvafiq etibarnamə vermişdir. Həbib Cəfərov gələcəkdə avtomobili öz adına keçirəcəyini demişdir. 2020-ci ilin iyun ayında Həbib Cəfərovun qardaşı Təqsirləndirilən şəxs həmin avtomоbillə ilə qəza törətdiyini eşitmişdir. O, faktiki olaraq avtomobilini satmış və baş vermiş hadisə nəticəsində ona heç bir ziyan dəyməmişdir. Təqsirləndirilən şəxs tələbi və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsi barədə xx xxxx 2020-ci il tarixli 248 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt- xx xxxx 2020-ci il tarixdə saat 21:29-də ayıq olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 254/12 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizası zamanı aşkar olunan xəsarətlər - sol bud sümüyünün və sol körpücük sümüyünün qapalı sınığı, sağ baldırın əzilmiş yarası, qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət edilən sol gözün üst qapağının, sol gözaltı nahiyənin, sağ bazunun qançırları küt əşya(alət) təsirindən törənmişdir, müayinə olunanın İsmayıllı RMX-a müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, 25 iyun 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 8/1285 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ-21154 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının x xxxxxx 2020-ci il tarixli 9/4739 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ziyan aktı məlumatlarına əsasən, 2010-cu il buraxlışlı “Vaz 21154” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci - dəyişilməli hissələrin qiyməti - 725,0 manat, təmir- bərpa işlərinin qiyməti - 1000,0 manat olmaqla ümumilikdə 1725,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Ağsu Regional Qİ və TBŞ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 016-312- 2058-1220 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına etibarlılıq müddəti xx xxxx 2019-cu il tarixdən 28 iyun 2029-cu il tarixədək olan AE967993 nömrəli sürücülük vəsiqəsi mövcuddur. O, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. 10 noyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Elçin Cəfərli əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon X5 Hüquqi Şəxsi tərəfindən verilmiş xx xxxxxxx 2020-cu il tarixli 323 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 05 dekabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsi və X6 barəsində həmin Məcəllənin 335.1-ci maddəsi ilə inzibati icraatın açılması məqsədilə qərarın surəti İsmayıllı rayon Polis şöbəsinin DYPB-nə verilmişdir. 16 noyabr 2020-ci il tarixli 3294 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri N.Behdiyev küçəsi ev 5 ünvanında qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı Babayeva Zenfira Mehman qızı və 2016-cı il təvəllüdlü oğlu Sarxandan ibarətdir, yaşayış yeri yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bit ərizə və şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs 28 iyun 2019-cu il tarixdə verilmiş və xx xxxx 2029-cu ilədək etibarlılıq müddəti olan AE 967993 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki Təqsirləndirilən şəxs hadisə baş verən zaman BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. AC 449405 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ-21154 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. 10 dekabr 2019-cu il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, X7 tərəfindən 10 dekabr 2019-cu il tarixdən 10 dekabr 2020-ci il tarixədək etibarlılıq müddəti olan etibarnamə əsasında VAZ-21154 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 etibar edilmişdir. Müstəntiqin 01 dekabr 2020-ci il tаriхli qərаrındаn görünür ki, cinаyət işi üzrə qəzаlı vəziyyətdə оlаn VAZ-21154 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil mаddi sübut qismində tаnınmış və müvafiq olaraq saxlanılması üçün etibarnamə üzrə səlahiyyətli şəxs X3 təhvil vеrilmişdir. Müstəntiqin 01 dekabr 2020-ci il tаriхli qərаrındаn görünür ki, Təqsirləndirilən şəxs bаrəsində “polisin nəzarəti altına vermə” qətimkаn tədbiri sеçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2la barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 vurulmuş ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi - nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının 2 (iki) il müddətə, azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri N.Behdiyev küçəsi ev 5 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci olan cəmi 150 (bir yüz əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan “VAZ-21154” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin X9 oğluna qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri N.Behdiyev küçəsi ev 5 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci olan cəmi 150 (bir yüz əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan “VAZ-21154” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin X9 oğluna qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-10/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-10/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver