Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-10/2023 10.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 10 yanvar 2023-cü il tarixdə saat 16:10-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 05 avqust 1994-cü il tarixdə İsmayıllı rayonu Zərnava kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum edilməmiş, işləməyən, himayəsində üç azyaşlı uşağı olan, İsmayıllı rayonu, Zərnava kənində qeydiyyatda olmaqla Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 219, mənzil 11-də yaşayan, 06 dekabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, cavabdeh kimi ondan, 30 iyul 2019-cu il tarixdən hesablanmaqla 02 oktyabr 2015-ci il təvəllüdlü X2 və 22 avqust 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160,00 manat, cəmi 320,00 manat sabit pul məbləğində aliment, həmçinin 18 mart 2019-cu il tarixdən hesablanmaqla 22 avqust 2017ci il təvəllüdlü X1 3 yaşına çatanadək əlavə olaraq 70,00 manat aliment tutularaq Əhmədzadə (Səfəraliyeva) Ləman Sərxan qızına qızına verilməsinə dair Suraxanı Rayon Məhkəməsinin qanuni güvvəyə minmiş 2(010)-2429/2019 saylı, 30 iyul 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəki Apellyasiya Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli, 3(107)-140/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə, İsmayıllı Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 3(037)-282/2021 saylı qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 06 aprel 2022-ci il, 06 may 2022-ci il və 24 may 2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 iyul 2022-ci il tarixinə kimi 8690,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, törətdiyi cinayəti etiraf edir, cinayət işi üzrə zərərçəkmiş şəxs Əhmədzadə (Səfəraliyeva) Ləman Sərxan qızına dəymiş ziyanı ödəmiş və onunla razılıq əldə etmişdir. Sonuncunun ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə hökm çıxarılanadək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etdiyi üçün icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs onunla razılıq əldə edərək qətnamə üzrə borcunu tamamilə ödədiyini, ondan şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmə qətnaməsi üzrə yaranmış borcunu tam ödədiyi üçün cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs anası X4 göstərdi ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə qızı Zərərçəkmiş şəxs olan borcunu tamamilə ödəmiş, bundan əlavə 01 yanvar 2023-cü il tarixədək olan aliment borcunu da tamamilə ödəmişdir. Həmin borcun məhkəmə hazırlıq iclasınadək ödənilməmiş qalan 4500 manat hissəsini isə məhkəmə hazırlıq iclasında özü şəxsən qəbul etmişdir. 12 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müstəntiqin 06 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, 15 iyul 2022-ci il tarixinə kimi 8690,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı teleqramdan görünür ki, Təqsirləndirilən şəxs onunla razılıq əldə edərək qətnamə üzrə borcunu tamamilə ödəmiş, ondan şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmə qətnaməsi üzrə yaranmış borcunu tam ödədiyi üçün cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs anası X4 tərəfindən məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs ittiham üzrə Zərərçəkmiş şəxs olan borcunun məhkəmə hazırlıq iclasınadək ödənilməmiş qalan 4500 manat hissəsini ödəmiş və həmin pulu məhkəmə hazırlıq iclasında özü şəxsən qəbul etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 306-cı mаddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı mаddəsinin qeyd hissəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs hökm çıxarılanadək məhkəmə qətnaməsini tam icra etdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı mаddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia tələbi və ekspertiza yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.3, 39.1.8, 305.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs həmin Məcəllənin 306.1-ci mаddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə maddi sübut, mülki iddia tələbi və ekspertiza xərcləri yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-10/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-10/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver