Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-11/2021 16.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Elçin oğlunun, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə 16 fevral 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 19 may 1977-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Abasov Məsim Adil oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məsim Abasov 02 noyabr 2020-ci il tarixdə saat 22:00 radələrində yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən evində arvadı Zərərçəkmiş şəxs ilə ailəməişət zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən sillə ilə Zərərçəkmiş şəxs sifət və baş nahiyyələrindən bir neçə dəfə vurmaqla və saçından tutaraq evin pilləkanına yıxmaqla ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayət edilən üst dodağın selikli qişasının və ənsə nahiyyəsinin səthi yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətlərini yetirmişdir. Məsim Abasov ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, iş üzrə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs onun rəsmi nikahdakı arvadıdır. Onların birgə nikahlarından bir övladı var. 02 noyabr 2020-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən evində arvadı ilə birlikdə şam etmiş və yemək zamanı spirtli içki içmişdir. Yeməkdən sonra küçəyə çıxmış və saat 21:00 radələrində evə qayıtmışdır. Bu zaman azyaşlı oğlunun paltarının qaydasında olmadığını görərək İlahəyə iradını bildirmişdir. Bu zaman İlahə kobud şəkildə ona cavab qaytarmışdır. O əsəbləşərək iki-üç dəfə sillə ilə İlahənin ağzından vurmuşdur. İlahə ondan aralaşaraq onu nalayiq ifadələrlə təhqir etmiş və otaqdan çölə çıxmışdır. İlahənin onu təhqir etdiyinə görə yenidən şillə bir İlahənin baş nahiyəsinə zərbə vurmuş və saçlarından tutub evin pilləkən hissəsində yerə yıxmışdır. İlahə yerə yıxıldığı zaman başı pilləkənə dəymişdir. Bundan sonra İlahə evdən çıxıb getmişdir. İlahənin onu təhqir etməsi nəticəsində belə bir əməl törətmişdir. Zərərçəkmiş şəxs onu bağışlamamışdır. Himayəsində azyaşlı uşağının olmasının cəza təyin edilən zaman nəzərə almasını xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadəsi, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 02 noyabr 2020-ci il tarixdə saat 22:00 radələrində əri Məsim sərxoş halda evə gələrək “uşağın beli tərliyib, sən onu niyə qurulamamısan” deyə irad bildirmişdir. Məsimə heç bir söz deməmiş və “indi dəyişərəm” deyərək evin digər otağına keçmişdir. Uşağın paltarını götürərək həmin otağa qayıtmış, bu dəfə isə Məsim “evin qazını niyə yandırmamısan” demişdir. Məsimə “özün yandır” deyə cavab vermiş, Məsim isə yaxınlaşaraq onun saçlarından tutub pilləkən tərəfə aparmış və başının arxa hissəsini bir neçə dəfə pilləkənə vurmuşdur. Məsimin əlindən qurtulmaq üçün qışqırdaqda Məsim onu sürüyərək evin içərisinə aparmış və orada təpiklə sinəsinə, yumruqla isə ağzına zərbələr endirmişdir. O, Məsimin əlindən çıxmış və yatağının altına girib gizlənmişdir. Səhər bu barədə qardaşı Mikayıla məlumat vermiş və döyülməyi ilə əlaqədar ərizə ilə polisə müraciət etmişdir. Məsimlə barışmamış və onu bağışlamamışdır. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Şahid Osmanov Mikayıl Əmircan oğlu ifadə verərək göstərdi ki, 03 noyabr 2020-ci il tarixdə səhər saatlarında bacısı İlahə ona zəng vuraraq gecə əri Məsim tərəfindən döyərək xəsarət yetirildiyini bildirmişdir. O bacısının yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evnə gelmişdir. Yeznəsi Məsim bacısını mütəmadi olaraq döydüyü üçün İlahəni azyaşlı uşağı ilə birlikdə öz yaşadığı evinə gətirmişdir. Daha sonra İlahə əri tərəfindən döyülməsi barədə Polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-cu il tarixli 430 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlərqapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi ilə müşayət olunan üst dodağın selikli qişasının və ənsə nahiyəsinin səthi yaraları küt əşya (alət) təsirindən törənmişdir, tibbi ekspertiza təyin edilməsinə dair qərarın təsviri hissəsində göstərilən və İlahə Abasovanın göstərdiyi 02 noyabr 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Konsultativ şöbəsi tərəfindən verilmiş 03 dekabr 2020-ci il tarixli 2096 nömrəli arayışdan görünür ki, Məsin Abasov xəstəxananın psixiatrik və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. 17 noyabr 2020-ci il tarixli 634 və 635 nömrəli arayışlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, ailə tərkibi özündən, arvadı Zərərçəkmiş şəxs və 2013-cü il təvəllüdlü uşağı Adildən ibarətdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı rayonu Kürdmaşı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunur. AZ-İİİ seriyalı 181457 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə birgə nikahlarından 04 noyabr 2013-cü il tarixdə Abasov Adil Məsim oğlu anadan olmuşdur. Müstəntiqin 03 dekabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 23 yanvar 2020-ci il tarixli tələbnamədən, İsmayıllı Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli 1(037)-48/2019 nömrəli hökmündən və həmin Məhkəmənin 08 sentyabr 2020-ci il tarixli 7(037)-28/2020 nömrəli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Məhkəmənin xx xxxx 2019-cu il tarixli 1(037)-48/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, 08 sentyabr 2020-ci il tarixli 7(037)-28/2020 nömrəli qərar əsasında məhkum olunduğu islah işləri cəzasını çəkməkdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər – onlar cəzanı çəkib qutardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.1 və 18.4.4-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətin resedivi hesab edilmir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə əvvəllər məhkum olunması, məhkumluğu ödənilmədən yenidən qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmasa da məhkəmə qeyd edilən xüsusatları təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ay müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məsim Abasov barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Abasov Məsim Adil oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Abasov Məsim Adil oğlu 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Abasov Məsim Adil oğlunun cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Abasov Məsim Adil oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Abasov Məsim Adil oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-11/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-11/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver