Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-11/2023 31.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi (anası) X3 iştirakı ilə 31 yanvar 2023-cü il tarixdə saat 15:17-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1998-ci ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, İsmayıllı rayonunun Müşkəmir kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri Abdulla Şaiq küçəsi ev 1-də yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 1(037)-49/2022 nömrəli qərarı ilə barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında dəqiq tarixi müəyyən edilməyən vaxtda “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, onun üçün aşkar surətdə on altı yaşına çatmayan, aralarındakı yaş fərqi iki ildən çox olan xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə bir neçə dəfə müxtəlif vaxtlarda görüşərək sevgi münasibətlərində olmuş və sonuncunun 15 yaşı olmasını bilmiş, 2022-ci ilin may ayının sonlarında, dəqiq tarixi müəyyən edilməyən vaxtda, saat 16:30 radələrində yenidən Zərərçəkmiş şəxs ilə görüşərək istifadəsində olmuş “Vaz 2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri ərazisində təqribən 30 dəqiqə gəzdikdən sonra 15 yaşlı Zərərçəkmiş şəxs razılığı ilə sonuncu ilə intim münasibətində olmağa qərar vermiş, bu məqsədlə o, təqribən saat 17 radələrində şəhərin X8 küçəsində avtomobilini saxlayıb ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra avtomobilin arxa oturacaq hissəsinə keçib orada qəsdən, zor tətbiq etmədən, onun üçün aşkar surətdə on altı yaşına çatmamış Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə toxunaraq və sair bu kimi hərəkətlər edərək, habelə cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edib sonuncu ilə təbii yolla cinsi əlaqədə olmaqla, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığını pozmuş və seksual xarakterli digər hərəkətlər etmiş, bundan sonra o, onun üçün aşkar surətdə 16 yaşı tamam olmayan Zərərçəkmiş şəxs ilə sevgi münasibətlərini davam etdirib 2022-ci ilin iyun-iyul ayları ərzində, dəqiq tarixi, saatı və yerləri müəyyən edilməyən ayrı-ayrı vaxtlarda olmaqla üç dəfə istifadəsində olmuş “Vaz 2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaq hissəsində, habelə iyul ayının sonlarında, dəqiq tarixi və saatı müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs razılığı ilə birlikdə getdikləri İsmayıllı rayonunun İvanovka kəndində yerləşən bir günlük kirayəyə götürdüyü evdə sonuncu ilə qəsdən, təkrarən zor tətbiq etmədən könüllü şəkildə cinsi əlaqədə olmuş və bədəninin müxtəlif nahiyələrinə toxunmaqla seksual xarakterli digər hərəkətlər etmiş, daha sonra onun üçün aşkar surətdə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə evlənmək məqsədilə sonuncunun razılığı ilə xx.xx.2022-ci il tarixdə, təqribən saat 03 radələrində Bakı şəhərində yaşayan X4na məxsus İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evə gedərək həmin evdə qalmaqla saat 09 radələrinə kimi olan müddət ərzində, dəqiq saatı müəyyən edilməyən vaxtda qəsdən, təkrarən zor tətbiq etmədən könüllü şəkildə cinsi əlaqədə olmuş, bədəninin boyun və sair nahiyələrinə toxunmaqla seksual xarakterli digər hərəkətlər etmiş, həmin vaxt cinsi əlaqədə olarkən və seksual xarakterli digər hərəkətlər edərkən ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs boynun qançırları kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Müşkəmir kəndində qeydiyyatda olsa da İsmayıllı şəhəri, Abdulla Şaiq küçəsi, ev 1 ünvanında atası Soltan Meydiyev və anası Könül Kazımova ilə birlikdə yaşamışdır. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərindən Zərərçəkmiş şəxs ilə münasibəti yaranmağa başlamışdır. Belə ki, o, Nəzrinin oxuduğu İsmayıllı şəhər 5 saylı tam orta məktəbin yaxınlığında olan çayxanaya dostları ilə gedib gələn zaman Nəzrini görmüşdür. Nəzrindən xoşu gəldiyi üçün həmin ərəfələrdə birincinin “İnstagram” sosial şəbəkəsində olan profilinə mesaj yazaraq münasibət yaratmış, bir qədər danışdıqdan sonra ***-***-**-** mobil nömrəsini almış və istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonun “Whatsapp” tətbiqi üzərindən yazışmağa davam etmişdir. Bir birilərini qarşılıqlı olaraq sevmişlər. Arada ya dostu Cavadın “VAZ 2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə, ya da ki, sürücüsünü və dövlət qeydiyyat nişanını xatırlamadığı müxtəlif taksilərlə gedib Nəzrini yaşadığı küçədən, hazırlıqlara getdiyi yerlərdən və məktəbin yaxınlığından götürüb parkda gəzmişlər. Nəzrinlə evlənmək niyyətində olduğundan təxminən 2022-ci ilin may ayından etibarən Nəzrindən anasına münasibətləri barədə məlumat verməsini istəmiş, bununla bağlı Nəzrin anasına demişdir. Hətta anasının münasibətləri haqqında məlumatının olması barədə Nəzrin anası ilə apardığı yazışmaların şəklini atıb ona göndərmişdir. Təxminən 2022-ci ilin iyul ayının sonlarında gecə saat 04 radələrində Nəzrin “Whatsapp”-da yazaraq, İsmayıllı şəhərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin yaxınlığında yerləşən nənəsinin yaşadığı evdə olduğunu və görüşmək istədiyini demişdir. O, dostu Cavadın “VAZ 2106” markalı avtomobili ilə tək Nəzrinin nənəsinin evinin yaxınlığına gedib Nəzrinə telefonla qısa zəng atıb gəlməyi barədə məlumat vermiş və Nəzrin evdən çıxaraq gəlib onun avtomobilinin arxa sağ oturacağına əyləşmişdir. Özü də avtomobilin arxa oturacağına Nəzrinin yanına keçmiş və Nəzrinin öz razılığı ilə heç bir fiziki güc tətbiq etmədən könüllü şəkildə cinsi əlaqədə olmuşlar. Cinsi əlaqədə olan zaman gecə vaxtı olduğundan ətrafda heç kim olmamış, həmçinin avtomobilin arxa şüşələri qara plyonkalı olduğu üçün avtomobil salonunun içərisi görünməmişdir. Cinsi əlaqədə olan zaman Nəzrindən qan gəlib-gəlməməsinə fikir verməmiş, lakin daha sonra avtomobilin arxa oturacağına baxdıqda da qan ləkəsi görməmişdir. Nəzrinlə təbii yolla cinsi əlaqədə olduqdan sonra Nəzrin nənəsinin evinə getmiş, özü isə evə qayıtmışdır. O, Nəzrinin 16 yaşının xx.xx.2022-ci il tarixdə tamam olacağını, etdiyi əməlin cinayət olmasını bilmiş, lakin Nəzrinin 16 yaşı tamam olduqdan sonra ailə həyatı quracağını düşündüyü üçün cinayət məsuliyyətinə cəlb olunacağını düşünməmişdir. Bundan sonra cari ilin iyul ayının sonlarında Nəzrinin öz razılığı ilə bir dəfə də İsmayıllı rayonunun İvanovka kəndində kimliyini xatırlamadığı bir günlük kirayə evdə təbii yolla cinsi əlaqədə olmuşdur. Münasibətləri barədə Nəzrin atasının da məlumatının olmasını, lakin razılıq vermədiyini demişdir. Təxminən 2022-ci ilin avqust ayının əvvələrində Nəzrin “Whatsapp”da yazaraq yenə özünü “yaxşı” hiss etmədiyini, hamilə ola biləcəyindən şübhələndiyini demişdir. O, hamiləlik testi alıb vermiş və elə həmin gün Nəzrin test edərək hamilə olduğunu demişdir. Bundan sonra Nəzrinin hamilə olması səbəbi ilə qarnının böyüyəcəyini və hamının bu barədə məlumatının olacağı üçün Nəzrini öz razılığı ilə qaçırmaq qərarına gəlmişdir. Çünki, Nəzrinin atası Nəzrinin onunla evlənməsinə razı olmamışdır. Buna görə də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 03 radələrində dostu Cavadın “VAZ 2106” markalı avtomobili ilə Nəzrinin yaşadığı evin qarşısına getmiş, Nərzin öz əşyalarını götürüb sakitcə evdən çıxıb avtomobilin ön sərnişin oturacağına əyləşmiş və ikisi vəfat etmiş uzaq qohumu olan Salehin Rəmiş adlı oğluna məxsus İsmayıllı rayonunun Aşağıbaş kəndindəki evinə getmişlər. Evin açarını bir günlük Bakı şəhərindən gələn dostumu yerləşdirmək adı ilə Rəmişdən almışdır. Lakin Rəmiş hadisənin əslini bilməmişdir. İkisi həmin evə getmiş və orada bir dəfə Nəzrinin öz razılığı əsasında könüllü şəkildə cinsi əlaqədə olmuşlar. Həmin evdə ikisindən başqa heç kim olmamışdır. X4 bir neçə ildir Bakı şəhərində yaşayır. Həmin gün təxminən saat 8-9 radələrində isə həmin evdən çıxıb yaşadığı evə getmişdir və həmin gün Bakı şəhərindən gəlmiş bacısı və anasına Nəzrini təqdim edib sonuncu ilə ailə həyatı qurmaq fikrində olduğunu, Nəzrinin anasıgilin xəbəri olmadan Nəzrinin razılığı ilə evlərindən qaçırdığını bildirmişdir. Nəzrinlə cinsi əlaqədə olan zaman boyun nahiyəsini birincinin razılığı ilə xeyli öpmüşdür. Buna görə qançırın yaranıbyaranmamasına fikir verməmişdir. Daha sonra isə Nəzrinin ailəsi Nəzrinin evdə olduğunu bilib İsmayıllı rayon polis şöbəsinə məlumat verərək gəlib Nəzrini götürmüşlər. Nəzrinə heç vaxtı güc və ya zor tətbiq etməmiş, Zərərçəkmiş şəxs dedikləri həqiqəti əks etdirmir, şər və böhtandır. “İnstagram” sosial şəbəkəsindəki profilini ümumiyyətlə silmiş, bəzi səs yazılarını və şəkilləri isə bərpa etdirmişdir. O, Zərərçəkmiş şəxs ilə sonuncunun könüllü istəyi və razılığı ilə təbii yolla cinsi əlaqədə olmuş, Nəzrinə hər hansı bir hədə və yaxud zor tətbiq etməmişdir. Nəzrinin 15 yaşının olmasını bilmiş, görüşdüyü zaman onun 16 yaşa keçdiyini bilmişdir. O, törətdiyi cinayət əməlini etiraf edib əməlindən peşman olmuşdur. Nəzrin ilə tanış olduğu vaxtdan onunla ailə qurmaq niyyətində olmuşdur. Qeyd etdiyi halların cəza təyin edilən zaman nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Qanuni nümayəndəsi (anası) Ülkər Lətifovanın iştirakı ilə dindirilən Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, İsmayıllı rayonun İsmayıllı kəndində anası, atası Ramil, 14 yaşlı qardaşı Lətif Lətifzadə və 10 yaşlı digər qardaşı Murad Lətifli ilə birlikdə yaşamışdır. Təxminən 2022-ci ilin yanvar ayının əvvəllərindən 2-3 ay öncədən qiyabi tanıdığı Təqsirləndirilən şəxsla münasibəti yaranmağa başlamışdır. Belə ki, Asimanı əvvəllər arabir oxuduğu məktəbin yaxınlığında görüb tanımamış, daha sonra isə 2022-ci ilin yanvar ayının əvvəllərində Asiman onun “İnstagram” sosial şəbəkəsində olan hesabına mesaj yazmışdır ki, “salam, necəsən mənəm e arxanca gələn oğlan. Tanıdın?”. O, Asimana əvvəl yazmasa da sonuncu ona bir neçə dəfə də xatırlamadığı məzmunda tanışlıq yaratmaq üçün mesajlar yazdıqdan sonra qarşılıqlı yazışmağa başlamışlar. Əvvəl danışıqları dostcasına olmuşdur. İnstagramda təxminən 2 ay müddətində danışdıqdan sonra mobil nömrələri ilə “Whatsapp”-da danışmağa başlamışlar. Asiman artıq onu idarə etdiyi “VAZ 2106” markalı dövlət qeydiyyat nişanının son rəqəmi 815 olan süd rəngli avtomobillə tək küçələrinin yuxarı hissəsindən götürərək universitetə qəbul olmaq üçün getdiyi məşğələlərə də aparmışdır. Təxminən 2022-ci ilin may ayının sonlarında günorta radələrində, məktəbdən evə gedən zaman Asiman ***-***-**-** mobil nömrəsindən istifadəsində olmuş ***-***-**-** mobil nömrəyə zəng edərək axşam tərəfi hazırlıqdan çıxdıqdan sonra vaxtı olsa gəlib onu “görəcəyini” demişdir. Həmin gün saat 16:30-da o, İsmayıllı şəhəri, “Kəpənək dairəsi” adlanan yerin yaxınlığında yerləşən tarix fənnindən hazırlıqdan uşaqlarla birlikdə çıxdıqda Asimanın yenə həmişəki kimi “VAZ 2106” markalı avbtomobillə tək yolun kənarında onu gözlədiyini görmüş və uşaqlardan ayrılaraq heç kim bilmədən avtomobilin arxa sağ sərnişin oturacağında əyləşmişdir. Məqsədi Asimanla sadəcə olaraq söhbət etmək olmuşdur. O, avtomobilə oturduqdan sonra Asiman təxminən 30 dəqiqə ərzində avtomobilini sürərək İsmayıllı şəhəri ərazisində adını bilmədiyi ara məhəllələrə girərək heç kimin olmadığı yerdə avtomobilini dayandırmış və özü də arxa sol sərnişin oturacağına, onun yanına keçib oturmuşdur. Bu may ayının sonlarında dəqiq tarixini xatırlamadığı günlərin birində baş vermişdir. Asiman onunla təxminən 5 dəqiqə müddətində xatırlamadığı adi mövzuda söhbət etdikdən sonra qəflətən hər iki əli ilə onun hər iki əlinin bilək nahiyəsindən tutub onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, o, buna qəti şəkildə etiraz edərək, belə bir şeyin “mümkün olmadığını” demişdir. Lakin Asiman sağ əli ilə tutduğu sol biləyini, sol əli ilə isə tutduğu sağ biləyini var gücü ilə sıxıb onu özünə tərəf çəkmiş, ardı ilə eyni qaydada tutduğu əllərini buraraq əllərini bel nahiyəsinə aparmaqla baş nahiyəsini arxa oturacağın sağ qapısı istiqamətində arxa oturacağa uzatmış, daha sonra sol əlini boşaldaraq həmin əli ilə ayaqlarının ikisini də yuxarı qaldırmış və sağ əli ilə həmin zaman əynində olmuş narıncı rəngli parçadan olan idman şalvarını və qara rəngli tursikini bir dəfəyə dizə qədərə soyunduraraq, eyni zamanda xatırlamadığı əli ilə öz əynində olan tünd mavi rəngli cins şalvarını dizə qədər rəngini bilmədiyi tursiki ilə birgə aşağı çəkərək öz cinsi orqanını onun cinsi orqanına daxil etməklə qızlıq bəkarətini pozub onunla bir dəfə təxminən 2 dəqiqə müddətində cinsi əlaqədə olmuşdur. Asiman ondan fiziki olaraq güclü olduğundan onu özündən aralaşdıra bilməmişdir. O, müqavimət göstərməyə çalışsa da heç nə edə bilməmişdir. Eyni zamanda həmin an şok vəziyyətində olduğundan, habelə olduqları yerdə ətrafda heç kim olmadığından qışqırmamış, sadəcə olaraq ondan əl çəkməsini və dayanmasını tələb etmişdir. Lakin Asiman onun sözlərinə əhəmiyyət verməmişdir. Cinsi əlaqədə olub qurtardıqdan sonra Asiman avtomobildə olan salfetka ilə onu və özünü təmizləmiş və salfetkanı pəncərədən yerə atmışdır. O, salfetkada, habelə paltarında qan ləkəsinin olubolmamasına fikir verməmişdir. Həmin vaxtı ağlasa da Asiman ona narahat olmamağını və hər şeyi yoluna qoyacağını demişdir. Daha sonra Asiman avtomobillə onu yaşadığı evin yaxınlığına düşürmüş və o, yaşadığı evə getmişdir. Evə getdikdə paltarlarını çıxararkən üzərində qan ləkəsinin olub-olmamasına baxmadan paltar yuyan maşına atıb yumuşdur. Utandığı və qorxduğu üçün bu barədə heç kimə heç nə deməmişdir. Asiman da bu barədə heç kimə heç nə deməməyini tapşırmışdır. Növbəti günlərdə də telefonla Asimanla danışmağa davam etmiş və bundan sonra dəqiq tarixini xatırlamadığı vaxtlarda Asimanın idarə etdiyi həmin avtomobildə təxminən 3-4 dəfə də arxa oturacaqda Asimanın apardığı xatırlamadığı yerlərdə könüllü şəkildə cinsi əlaqədə olmuş, çünki artıq bəkarətinin pozulduğunu bildiyi üçün, habelə Asimanın onunla evlənəcəyinə inandığı üçün könüllü şəkildə cinsi əlaqədə olmuşdur. Asiman onunla ailə quracağını demişdir. Asimanla cinsi əlaqədə olarkən birinci cinsi aktını içinə qurtarmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə ürək bulantısının və halsızlığın olması səbəbi ilə bu barədə Asimana demiş və Asiman onun “hamilə” olduğundan şübhə edərək bilmədiyi yerdən bir ədəd hamiləlik testi almış və hazırlıqdan çıxanda görüşdükdə testi ona vermişdir. Evdə test etdikdə “hamilə” olduğu öyrənmiş və Asimana “Whatsapp”da yazaraq bu barədə məlumat vermişdir. Buna görə də xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Asimanla “Whatsapp”da danışarkən sonuncu birlikdə qaçmağı təklif etmiş və o, bu təkliflə razılaşmışdır. Asimanın onu hara aparacağını bilməmiş, sadəcə olaraq artıq birlikdə yaşayacaqlarını düşünmüşdür. Beləliklə, xx.xx.2022-ci il tarixdə saat 03 radələrində hamı yatan zaman sakitcə paltarlarını götürüb küçəyə çıxmış və Asiman eyni “VAZ 2106” markalı avtomobillə gəlib onu yaşadığı evin yaxınlığından götürmüşdür. Asiman onu ilkin olaraq adını demədiyi dostuna məxsus olmasını bildirdiyi İsmayıllı rayonu ərazisində birmərtəbəli həyət evinə aparmışdır. Evdən çıxan zaman anasının mobil nömrəsinə mesaj yazaraq istədiyi oğlanla getdiyini, onu axtarmamalarını xahiş etmişdir. Səhər saatlarında anası zəng edib “harada” olduğunu soruşmuş, o, anasına Asimanla birlikdə qaçdığını və evə gəlməyəcəyini deyib danışığını bitirmişdir. Daha sonra isə təxminən saat 9 radələrində həmin evdə Asimanla könüllü şəkildə bir dəfə də cinsi əlaqədə olmuş və cinsi əlaqə zamanı Asiman onun boğaz nahiyəsindən boğan kimi edərək tutduğundan və boğazından çoxlu öpdüyündən boğazında qançır izi qalmışdır. Bundan sonra təxminən saat 13 radələrində Asimanın yaşadığı İsmayıllı şəhərində yerləşən ünvanını xatırlamadığı evinə getmiş və evlərində anası və bacısı onu qarşılamışlar, Asimanın atası və qardaşı isə onun ailəsi ilə danışmaq üçün getmişlər. Bundan sonra onun və Asimanın ailəsi “hamilə” olduğunu bilmişlər. Asimanın evində təxminən 1-2 saat qalmış və daha sonra atasıgil gəlib onu götürüb İsmayıllı rayon polis şöbəsinə, daha sonra isə yaşadığı evə gətirmişlər. Polis şöbəsində ilkin izahatını verən zaman Asimanın anası və bacısının ondan Asimandan “şikayətçi olmamağını” istədikləri üçün Asimanın onu may ayının sonlarında zorlamasını bildirməmişdir. İzahat verdikdən sonra valideynləri ilə birgə yaşadığı evə getmişdir. Asimanının valideynləri ilə öz valideynləri arasında heç bir razılıq olmadığından birinci ilə əlaqəsini kəsmişdir. Danışan zaman Asimana hələ 16 yaşının tamam olmadığını və avqust ayının 10-da tamam olacağını demişdir. İnstagram və “Whatsapp”da Asimanla apardığı yazışmaların hamısını silinmişdir. Hazırda Asimanla heç bir əlaqəsi yoxdur. Asiman ilk dəfə onunla zorla cinsi əlaqədə olmuş, lakin sonradan isə könüllü olaraq cinsi əlaqədə olmuş və birincidən hamilə qalmışdır. Təqsirləndirilən şəxsla barışmamış, ona qanunla nəzərdə tutulmuş müddətdə azadlıqdan mərhumetmə cəzasının verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Ülkər Lətifova ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. 2022-ci ilin iyul ayının sonlarında Nəzrin ona Asiman adlı oğlanla bir-birlərini sevdiyini, gələcəkdə həmin oğlanla ailə həyatı qurmaq istədiyini demiş, o, isə qızına hələ “azyaşlı” olmasını və ali təhsil almalı olması ilə bağlı Nəzrinə hələ belə şeylər haqda düşünməməsini demiş, eyni zamanda bu barədə əri Ramilə də məlumat vermişdir. Ramil Nəzrinin hələ evlənməsi üçün tez olduğunu, həmin oğlanla danışmamasını, əlaqəni kəsməsini Nəzrinə deməsini istəmişdir. Daha sonra isə o, bilmişdir ki, Nəzrin yenə həmin oğlanla danışır, lakin onların görüşməsi barədə məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 7 radələrində yaşadığı evdə yuxudan oyanmış və mobil telefonuna həmin gün saat 03 radələrində Nəzrinin ***-***-**-** nömrəsindən adını çəkmədiyi oğlanla qaçması və geri gəlməyəcəyini bildirməsi barədə mesaj yazdığını görüb Nəzrinə zəng etmiş, lakin qızının mobil telefonu sönülü olmuşdur. O, dərhal ərinə bu barədə məlumat vermişdir. Bundan sonra həmin gün təxminən saat 14 radələrində Asimanın əvvəllər tanımadığı və adlarını bilmədiyi atası ilə böyük qardaşı yaşadığı evə gəlmiş və Nəzrinin Asimanla birlikdə qaçdığını, hazırda onların İsmayıllı şəhərində olan evlərində olduğunu bildirib həmin şəxslərin birgə yaşamaları üçün əri Ramillə ondan razılıq istəmişlər. O, və əri bundan imtina edərək DİN-in 102 xidmətinə zəng etmiş, Ramil İsmayıllı RPŞ-nin tanımadığı əməkdaşları ilə birlikdə Nəzrinin olduğu evə gedib qızını götürərək öz evinə geri gətirmişdir. Nəzrini evə gətirdikdən sonra isə qızı təxminən 1-2 ay əvvəl Asiman tərəfindən zorlandığını və hətta hamilə qaldığını eşitmişdir. Bundan əvvəl isə bu barədə məlumatı olmamışdır. Nəzrinin Asiman tərəfindən harada, dəqiq olaraq nə vaxt və necə zorlanması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxsla barışmamış, ona qanunla nəzərdə tutulmuş müddətdə azadlıqdan mərhumetmə cəzasının verilməsini xahiş edir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məhkəmə istintaqında verdikləri ifadələrini iş üzrə dindirilmiş digər şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs onun iradəsi əleyhinə zor tətbiq edilməklə Təqsirləndirilən şəxs birinci dəfə onunla cinsi əlaqədə olması ilə bağlı göstərdikləri ibtidai istintaq zamanı araşdırılmış və bu barədə sübutların qiymətləndirilməsi haqqında qərarda hüquqi qiymət verilmişdir. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onunla birinci dəfə zorla cinsi əlaqədə olduğunu məhkəmə iclasında da bildirmişdir. Hazırki iş üzrə cinayət işinin materiallarında olan İsmаyıllı rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas X6 tərəfindən qəbul edilmiş 26 sentyabr 2022-ci il tarixli “cinayət işinin başlanması rədd edilməsi” haqqında qərarı ilə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs zorlanması və sonuncuya qarşı hədəqorxu gəlinməsi barədə xüsusatlar təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, İsmayıllı RPŞ-nin İstintaq bölməsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 149.2.3, 134, 131 və 144.3-cü maddəsinin tərkib əlamətləri olmadığından həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə müvafiq materiallar ayrılaraq saxlanması üçün İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Həmin qərarla eyni zamanda zorlama xüsusatı üzrə İsmayıllı rayon prokurorluğunda araşdırma aparılması və həmin xüsusat öz təsdiqini tapmadığına görə 22 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunması nəzərə alınmış, habelə 13 avqust 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan dərəcəsinə görə sağlamlığa zərər vurmayan bədən xəsarətləri alması xüsusatı üzrə cinayət hadisəsi olmadığından Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına məhkəmə nəzarəti qaydasında yalnız CPM-in 449.2-ci maddəsində sadalanan şəxslərin şikayətləri əsasında baxıla bilər. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vera Fernandez-Huidobro İspaniyaya qarşı iş üzrə vurğulamışdır ki, qərəzsizlik tələbi nəzərdə tutur ki, “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir (N 74181/01, 06 yanvar 2010-cu il, § 108). Azərbaycan Respublikası CPM-nin 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət işi üzrə “Sübutların qiymətləndirilməsi haqqında” həmin qərar ləğv edilməməklə hazırda qüvvədə olduğundan məhkəmə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs zorlanması və sonuncuya qarşı hədə-qorxu gəlinməsi barədə faktı araşdıra bilmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Vaz 2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilməsinə dair protokoldan görünür ki, həmin avtomobil hadisə yeri kimi müayinə edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmiş və baxış zamanı avtomobilin salonunda qanabənzər ləkə vəs. əhəmiyyət kəsb edən hal olmamışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə könüllü cinsi əlaqədə olduğu digər hadisə yerlərini ardıcıllıqla təqdim etdiyi üçün həmin yerlərə də baxış keçirilmiş və baxış keçirilmiş yerlərdə əhəmiyyət kəsb edən hal olmamışdır. Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A10” markalı mobil telefonuna baxış keçirilməsinə dair protokoldan görünür ki, baxış zamanı əhəmiyyət kəsb etdiyi üçün Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göndərdiyi 15 ədəd səs yazıları, fotoşəkillər və yazışmalar 1 ədəd CD diskə köçürülərək iş materiallarına əlavə edilmişdir. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sevgi məzmununda yazışmalar aparılmışdır. “İsmayıllı RMX PHŞ”-dən daxil olmuş 02-02-553/2022 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs 27 avqust 2022-ci il tarixində İsmayıllı RMX-nin Mama-ginekologiya şöbəsinə hamiləliklə əlaqədar müraciət etmiş, xəstə mama-ginekoloq Afaq Mirzəyeva tərəfindən müayinə olunmuş və xəstədə 9 həftəlik hamiləlik təyin edilmişdir. Həmin tarixdə xəstə tibbi abort edilmiş və götürülmüş döl nümunəsi qablaşdırılmaqla İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon Şöbəsindən daxil olmuş 407 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – boynun qançırları küt əşya (alət) təsirindən törənmişdir, Zərərçəkmiş şəxs qeyd etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs ağız boşluğunda xəsarətin hər hansı bir obyektiv əlaməti(qançır, sıyrıq, yara vəs. ) aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti onun müayinəsindən, yəni xx.xx.2022-ci il tarixdən 2-3 həftə əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs onunla mütəmadi olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İsmayıllı rayon Şöbəsindən daxil olmuş 407 nömrəli rəyə əlavə edilmiş 407/06 nömrəli əlavə rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti onun müayinəsindən, yəni xx.xx.2022-ci il tarixdən 2-3 həftə əvvələ uyğun gəlir. Belə ki, qızlıq pərdəsinin tamlığı pozulduqdan 2-3 həftə sonra tam sağalma baş verdiyindən və hal-hazırda qızlıq pərdəsinin tamlığı pozulmasının dəqiq törənmə müddəti təyini üçün ekspert kriteriyası (meyarı) mövcud olmadığından Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmasının dəqiq törənmə müddəti barədə fikir bildirmək mümkün deyildir. Bununla belə, Zərərçəkmiş şəxs müayinələrini və qərarın təsviri hissəsində qeyd edilənləri nəzərə alaraq demək olar ki, onun qızlıq pərdəsinin tamlığının pozulma vaxtı xx.xx.2022-ci il tarixdə törənməsi inkar edilmir. 2. Zərərçəkmiş şəxs 9(doqquz) həftəlik hamilədir. 3. Zərərçəkmiş şəxs zöhrəvi xəstəliklər aşkar edilməmişdir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X13 daxil olmuş 4384 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarətin izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə maneə ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilməmişdir. Gəncə Şəhər Psixonevroloji Dispanserindən daxil olmuş 232 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə(anlaşmaya) çətin daxil olma. Zərərçəkmiş şəxs sensor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq onun iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmişdir. Zərərçəkmiş şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkətlər etməyə meylli deyildir. Zərərçəkmiş şəxs yaşı və intelektual inkişafı nəzərə alınmaqla, ona qarşı edilən hərəkətlərin xarakter və mənasını qismən anlaya bilmişdir. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş hüquqazidd hərəkətlərdən əvvəl adi, cinayət hadisəsi baş verən zamanı və cinayət hadisəsindən sonra qorxmuş və həyəcanlı psixi-emosional halda olmuşdur. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında dəqiq tarixi müəyyən edilməyən vaxtda “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, onun üçün aşkar surətdə on altı yaşına çatmayan, aralarındakı yaş fərqi iki ildən çox olan xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə bir neçə dəfə müxtəlif vaxtlarda görüşərək sevgi münasibətlərində olmuş və sonuncunun 15 yaşı olmasını bilmiş, 2022-ci ilin may ayının sonlarında, dəqiq tarixi müəyyən edilməyən vaxtda, saat 16:30 radələrində yenidən Zərərçəkmiş şəxs ilə görüşərək istifadəsində olmuş “Vaz 2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri ərazisində təqribən 30 dəqiqə gəzdikdən sonra 15 yaşlı Zərərçəkmiş şəxs razılığı ilə sonuncu ilə intim münasibətində olmağa qərar vermiş, bu məqsədlə o, təqribən saat 17 radələrində şəhərin X8 küçəsində avtomobilini saxlayıb ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra avtomobilin arxa oturacaq hissəsinə keçib orada qəsdən, zor tətbiq etmədən, onun üçün aşkar surətdə on altı yaşına çatmamış Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə toxunaraq və sair bu kimi hərəkətlər edərək, habelə cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edib sonuncu ilə təbii yolla cinsi əlaqədə olmaqla, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığını pozmuş və seksual xarakterli digər hərəkətlər etmiş, bundan sonra o, onun üçün aşkar surətdə 16 yaşı tamam olmayan Zərərçəkmiş şəxs ilə sevgi münasibətlərini davam etdirib 2022-ci ilin iyun-iyul ayları ərzində, dəqiq tarixi, saatı və yerləri müəyyən edilməyən ayrı-ayrı vaxtlarda olmaqla üç dəfə istifadəsində olmuş “Vaz 2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaq hissəsində, habelə iyul ayının sonlarında, dəqiq tarixi və saatı müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs razılığı ilə birlikdə getdikləri İsmayıllı rayonunun İvanovka kəndində yerləşən bir günlük kirayəyə götürdüyü evdə sonuncu ilə qəsdən, təkrarən zor tətbiq etmədən könüllü şəkildə cinsi əlaqədə olmuş və bədəninin müxtəlif nahiyələrinə toxunmaqla seksual xarakterli digər hərəkətlər etmiş, daha sonra onun üçün aşkar surətdə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə evlənmək məqsədilə sonuncunun razılığı ilə xx.xx.2022-ci il tarixdə, təqribən saat 03 radələrində Bakı şəhərində yaşayan X4na məxsus İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evə gedərək həmin evdə qalmaqla saat 09 radələrinə kimi olan müddət ərzində, dəqiq saatı müəyyən edilməyən vaxtda qəsdən, təkrarən zor tətbiq etmədən könüllü şəkildə cinsi əlaqədə olmuş, bədəninin boyun və sair nahiyələrinə toxunmaqla seksual xarakterli digər hərəkətlər etmiş, həmin vaxt cinsi əlaqədə olarkən və seksual xarakterli digər hərəkətlər edərkən ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs boynun qançırları kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin olunmayan xəsarəti yetirməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələri, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında dəqiq tarixi müəyyən edilməyən vaxtda “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu, onun üçün aşkar surətdə on altı yaşına çatmayan, aralarındakı yaş fərqi iki ildən çox olan xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə bir neçə dəfə müxtəlif vaxtlarda görüşərək sevgi münasibətlərində olmuş və sonuncunun 15 yaşı olmasını bilmiş, 2022-ci ilin may ayının sonlarında, dəqiq tarixi müəyyən edilməyən vaxtda, saat 16:30 radələrində yenidən Zərərçəkmiş şəxs ilə görüşərək istifadəsində olmuş “Vaz 2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri ərazisində təqribən 30 dəqiqə gəzdikdən sonra 15 yaşlı Zərərçəkmiş şəxs razılığı ilə sonuncu ilə intim münasibətində olmağa qərar vermiş, bu məqsədlə o, təqribən saat 17 radələrində şəhərin X8 küçəsində avtomobilini saxlayıb ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra avtomobilin arxa oturacaq hissəsinə keçib orada qəsdən, zor tətbiq etmədən, onun üçün aşkar surətdə on altı yaşına çatmamış Zərərçəkmiş şəxs razılığı ilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə toxunaraq və sair bu kimi hərəkətlər edərək, habelə cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edib sonuncu ilə təbii yolla cinsi əlaqədə olmaqla, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığını pozmuş və seksual xarakterli digər hərəkətlər etmiş, bundan sonra o, onun üçün aşkar surətdə 16 yaşı tamam olmayan Zərərçəkmiş şəxs ilə sevgi münasibətlərini davam etdirib 2022-ci ilin iyun-iyul ayları ərzində, dəqiq tarixi, saatı və yerləri müəyyən edilməyən ayrı-ayrı vaxtlarda olmaqla üç dəfə istifadəsində olmuş “Vaz 2106” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacaq hissəsində, habelə iyul ayının sonlarında, dəqiq tarixi və saatı müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs razılığı ilə birlikdə getdikləri İsmayıllı rayonunun İvanovka kəndində yerləşən bir günlük kirayəyə götürdüyü evdə sonuncu ilə qəsdən, təkrarən zor tətbiq etmədən könüllü şəkildə cinsi əlaqədə olmuş və bədəninin müxtəlif nahiyələrinə toxunmaqla seksual xarakterli digər hərəkətlər etmiş, daha sonra onun üçün aşkar surətdə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə evlənmək məqsədilə sonuncunun razılığı ilə xx.xx.2022-ci il tarixdə, təqribən saat 03 radələrində Bakı şəhərində yaşayan X4na məxsus İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evə gedərək həmin evdə qalmaqla saat 09 radələrinə kimi olan müddət ərzində, dəqiq saatı müəyyən edilməyən vaxtda qəsdən, təkrarən zor tətbiq etmədən könüllü şəkildə cinsi əlaqədə olmuş, bədəninin boyun və sair nahiyələrinə toxunmaqla seksual xarakterli digər hərəkətlər etmiş, həmin vaxt cinsi əlaqədə olarkən və seksual xarakterli digər hərəkətlər edərkən ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs boynun qançırları kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 152.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə qəsdən törədilən cinayətdir. Belə ki, cinayət işinin materiallarında olan: Tələbnamədən və İsmayıllı Rayon Məhkəməsinin 10 iyul 2014-cü il tarixli hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 10 iyul 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat cərimə cəzasına məhkum edilmiş, 29 avqust 2014-cü il tarixdə cəriməni ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İsmayıllı RİHB-nin Zərnava inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyatnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Müşkəmir kəndində qeydiyyatdadır, ailə tərkibi özündən, atası Soltan Kazımov, anası Könül Kazımova, qardaşı Elşən və bacısı Rəşidədən ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İsmayıllı RMX-nin PHŞ-nin Poliklinika Şöbəsinin ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərinin verdiyi müvafiq arayışlardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs İsmayıllı RMX-nin PHŞ-nin Poliklinika Şöbəsinin ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərdə qeydiyyatda yoxdurlar. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs tərəfindən cinayətlərin təkrar törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun əməlində cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halın olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Müstəntiqin 07 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 1(037)-49/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham edildiyi maddədə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı 19 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X5 müəyyən edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Cinayət işi üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan tədqiqatdan sonrakı vəziyyətdə 1 ədəd ağ rəngli kağız paketdə- Zərərçəkmiş şəxs məxsus 1 ədəd idman köynəyi, 1 ədəd ağ rəngli kağız paketdə- Zərərçəkmiş şəxs məxsus qan nümunəsi, 1 ədəd ağ rəngli kağız paketdə- Zərərçəkmiş şəxs məxsus döl nümunəsi, 1 ədəd ağ rəngli kağız paketdə- Zərərçəkmiş şəxs məxsus 1 ədəd tursik, 1 ədəd ağ rəngli kağız paketdə- Zərərçəkmiş şəxs məxsus 1 ədəd lifcik, 1 ədəd ağ rəngli kağız paketdə - Zərərçəkmiş şəxs məxsus 1 ədəd şalvar və 1 ədəd ağ rəngli kağız paketdə- Təqsirləndirilən şəxs özünə məxsus qan nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə digər maddi sübutlar - Təqsirləndirilən şəxs özünün “Samsung Galaxy A10” markalı mobil telefonundan götürülmüş şəkillər, yazışmalar və səs yazılarının köçürüldüyü 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351-353, 356, 358, 384-385–ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı 19 yanvar 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutlar - İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan tədqiqatdan sonrakı vəziyyətdə 1 ədəd ağ rəngli kağız paketdə- Zərərçəkmiş şəxs məxsus 1 ədəd idman köynəyi, 1 ədəd ağ rəngli kağız paketdə- Zərərçəkmiş şəxs məxsus qan nümunəsi, 1 ədəd ağ rəngli kağız paketdə- Zərərçəkmiş şəxs məxsus döl nümunəsi, 1 ədəd ağ rəngli kağız paketdə- Zərərçəkmiş şəxs məxsus 1 ədəd tursik, 1 ədəd ağ rəngli kağız paketdə- Zərərçəkmiş şəxs məxsus 1 ədəd lifcik, 1 ədəd ağ rəngli kağız paketdə - Zərərçəkmiş şəxs məxsus 1 ədəd şalvar və 1 ədəd ağ rəngli kağız paketdə- Təqsirləndirilən şəxs özünə məxsus qan nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs özünün “Samsung Galaxy A10” markalı mobil telefonundan götürülmüş şəkillər, yazışmalar və səs yazılarının köçürüldüyü 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-11/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-11/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver