Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-11/2025 04.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 04 mart 2025-ci il tarixdə saat 15:41-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1999-cu ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, Göyçay şəhəri, Ə.Səmədli küçəsi, ev 53-də qeydiyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olmasına dair tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi tanışı Göyçay şəhər sakini Şahid1 məxsus sedan tipli, ağ rəngli “VAZ-2107 minik” markalı Az **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə İvanovka-Qalagah-Göyçay asfaltbeton yolun İsmayıllı rayonunun Qalagah kəndinin ərazisindən keçən hissəsində, İsmayıllı rayonu İvanovka kəndi istiqamətində, öz hərəkət yolunda saatda 60 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına dair tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbə riayət etməyərək hərəkətdə olduğu vaxt hərəkət üçün təhlükə yarada biləcəyini dərk etdiyi halda diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırıb əks hərəkət zolağı ilə nəqliyyat vasitələrinin yaxınlaşmasını nəzərə almayaraq avtomobilin dayanıqlı hərəkətini təmin etməyərək qarşı sol hərəkət zolağına çıxıb yol hərəkəti qaydalarını pozmuş və əks hərəkət zolağı ilə hərəkətdə olan İsmayıllı rayonu Hacıhətəmli kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi bacısı Şahid2 məxsus sedan tipli “VAZ-21061 minik” markalı Az **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin avtomobilin hərəkət zolağında toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “Vaz 21061 minik” markalı Az **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ diz qapağı sümüyünün açıq sınığı və diz oynağı bağlarının cırılması ilə müşayət edilən sağ diz oynağının yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almasına, habelə “VAZ 21061 minik” markalı Az **-DO-*** dövlət qeydiyyat nişanlı avtomaşını zədələməklə Zərərçəkmiş şəxs 3840,0 (üç min səkkiz yüz qırx) manat məbləğində, “VAZ 21-07 minik” markalı Az **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə Şahid1 3420,0 (üç min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdir ki, o, Göyçay şəhərində yaşayır. Onun avtomaşını olmadığından bir neçə dəfə tanışı olan Şahid1 istifadəsində olan VAZ 2107 markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomaşını ondan idarə etməsi üçün almış, avtomaşını bir qədər idarə etdikdən sonra geri qaytarmışdır. O, Cahangirə sürücülük vəsiqəsi olmadığını bildirməmişdir. xx.xx.2024-cü il tarixdə saat 16:30 dəqiqədə Cahangirə zəng edərək işi olduğunu deyərək avtomaşını verməyini xahiş etmiş, Cahangir ona razılıq vermişdir. O, bundan sonra Cavanşirin yaşadığı ünvan 1 ünvanına gedərək Cahangirdən avtomaşını götürmüş və avtomaşının sükanına əyləşərək Göyçay rayonundan İsmayıllı rayonunda onunla hərbi xidmətdə olmuş əsgər yoldaşını görmək üçün yola düşmüşdür. Saat 17 radələrində idarə etdiyi avtomaşınla İvanovka-Qalagah-Göyçay avtomobil yolu ilə İsmayıllı rayon İvanovka kəndi istiqamətində İsmayıllı rayon Qalagah kəndi ərazisində asfalt örtüklü yolla təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən yolun eniş hissəsində mühərrikin soyuması üçün avtomobilin sürətlər qutusunu neytral vəziyyətə gətirmiş, yolun döngə hissəsində ani bir anda ağ rəngli VAZ 21061 markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomaşınla gəldiyini görmüş və həmin vaxt o, avtomaşının tormuz əyləçini basaraq sükanı sağ tərəfə çevirsə də tormuzlanma olduğundan avtomaşın sürüşərək qarşıdan gələn VAZ 21061 markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Həmin avtomaşını idarə edən Zərərçəkmiş şəxs sağ ayağından xəsarət aldığı üçün hadisə yerinə X7 avtomaşını gəlmiş və xəsarət almış şəxsi İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşlarının iştirakı ilə hadisə yerinin müayinəsi aparılmışdır. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət əməli törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri tam olaraq ödəmişdir.Anası yenicə vəfat etmiş, atası isə ürək xəstəsidir. Bunlar nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclaslarında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonun Hacıhətəmli kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində sürücülük hüququ əsasında idarə etdiyi VAZ 21061 markalı ** DO *** dövlət qeydiyyat nişanlı avtomaşınla İvanovka-Qalagah-Göyçay avtomobil yolu ilə yaşadığı İsmayıllı rayon Hacıhətəmli kəndinə getmək üçün Göyçay rayonu istiqamətində təxminən 40 km/saat sürətlə hərəkətdə olan zaman İsmayıllı rayon Qalagah kəndi ərazisində asfalt örtüklü yolla hərəkətdə olarkən bu zaman onun hərəkət istiqamətinə doğru əks hərəkət yolu ilkə hərəkətdə olan VAZ 2107 markalı ağ rəngli ** KE *** dövlət qeydiyyat nişanlı avtomaşının sürətlə gəldiyini görmüşdür. Bu zaman o, hadisənin qarşısını almaq üçün avtomaşını yayındırmaq istəmiş, lakin məsafə yaxın olduğundan VAZ 2107 markalı minik avtomaşını onun idarə etdiyi avtomaşına tərəf gələrək avtomobillər toqquşmuşdur. Hadisədən sonra hadisə yerinə X7 avtomaşının gəldiyini və onu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Həkimlər tərəfindən ona tibbi yardım göstərilmiş və xəsarət aldığı üçün o, hadisə yerinin müayinəsində iştirak etməmişdir. Onun bütün müayinə və müalicələrini təqsirləndirilən şəxs Sübhan və qohumları etmişlər. Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsdən tələbi və şikayəti yoxdur. İş üzrə yekun qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş edir. Şahid2 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. “VAZ 2106” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olsa da, faktiki olaraq qardaşı Elgünə məxsus olmuşdur. 27 aprel 2024-cü il tarixdə İsmayıllı rayonunda yaşadığı evdə olan zaman İsmayıllı rayonunun Qalagah kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verməsini və qardaşı Elgünün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparıldığını öyrənmişdir. Avtomobilə dəymiş ziyanla bağlı heç bir şikayət və tələbi yoxdur. Şahid1 ifadə verərək göstərdi ki, Göyçay şəhərində yaşayır. Sübhan Heydərov onun həmyerlisi olmaqla aralarında dostluq münasibətləri vardır. 27 aprel 2024-cü il tarixdə saat 16 radələrində Sübhan onun baş etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomaşını ondan yaşadığı evə gedib-qayıtmaq üçün istəmiş, o, etiraz etməmiş və avtomaşınını Sübhana vermişdir. O, Sübhan Heydərova avtomaşını sürməklə bağlı etibarnamə verməmiş və Sübhanın sürücülük vəsiqəsi olmadığını bilməmişdir. Belə ki, Sübhan ona sürücülük vəsiqəsini təzə aldığını demiş və o, inanıb avtomaşını Sübhana sürməyə vermişdir. Sübhan ondan avtomaşını götürüb getmiş və təxıninən 1-2 saat sonra Sübhan mobil telefonuna zəng edərək avtomaşınla İsmayıllı rayonu Qalagah kəndi ərazisində avtoqəza törətdiyini, ora gəlməli olduğunu demişdir. O, dərhal hadisə yerinə gəlmiş və hadisə yerinə gələnə qədər artıq avtomaşını İsmayıllı RPŞ-nə aparılmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 27 aprel 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi İsmayıllı rayonu Qalagah kəndi ərazisində baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 239 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sağ gicgah nahiyəsinin, burun belinin və sağ diz oynağının sıyrıqları küt əşya(alət) təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 245 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sağ diz qapağı sümüyünün açıq sınığı və diz oynağı bağlarının cırılması ilə müşayiət edilən sağ diz oynağının yarası küt əşya(alət) təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixli yolnəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi şəxsi Məhkəmə-kimya şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 1615/K nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, babitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 26 iyul 2024-cü il tarixli 8/1712 nömrəli rəyindən görünür ki, VAZ-21074 markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. VAZ-2106 markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. X3 Mərkəzindən alınmış ***-**** nömrəli arayışdan görünür ki, “VAZ 21074” minik markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində ziyan dəymişdir. X3 Mərkəzindən alınmış ***-**** nömrəli arayışdan görünür ki, “VAZ 2106” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3840 (üç min səkkiz yüz qırx) manat məbləğində ziyan dəymişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs ibtidai istintaqa və məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənmişdir. Buna görə də, heç bir şikayəti, iddia və tələbi yoxdur. AD 396888 nömrəli nəqliyyat vasitəsinin texniki qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1991-ci il buaxılışlı “VAZ 2106” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini Şahid2 məxsusdur. BD 393686 nömrəli nəqliyyat vasitəsinin uçot kartoçkasının surətindən görünür ki, 1992-ci il buraxılışlı “VAZ 2107” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağcabədi rayonu, Qaradolaq kənd sakini X2 mülkiyyətindədir. BB 018423 nömrəli sürücülıük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs DİN-nin BDYPİ-nin Qİİ-si tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək etibarlılıq müddəti olan “B” “C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Ağsu Regional Qİ və TBŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-16/2/2-2848/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur. ƏN-İX №258921 nömrəli etibarnamənin surətindən görünür ki, “VAZ 2107” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 tərəfindən Şahid1 xx.xx.2025-ci il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Yevlax RQİ VƏ TBŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-16-11/1-2233/24 nömrəli məktubdan görünür ki, “VAZ 2107” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomaşının 10 iyun 2023-cü il tarixdən Ağcabədi rayonu Qaradolaq kənd sakini X2 adına qeydiyyatdadır, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Göyçay şəhəri M.Müşfiq küçəsi ev 9-da qeydiyyatda olan Şahid1 baş etibarnamə ilə istifadəyə verilmişdir və Təqsirləndirilən şəxs isə etibarnamə verilməməsi müəyyən edilmişdir. Göyçay RPŞ-nin xx.xx.2024-cü il tarixli 3-xx-xx/2031683/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son bir il ərzində yol hərəkəti qaydaları əleyhinə hər hansı inzibati xəta törətməmişdir. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-si Göyçay rayon Mərkəzi Xəstəxanası “Konsultativ Poliklinika” şöbəsindən alınmış xx.xx.2024-cü il tarixli 18-1-40/2- 1039/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həkim psixiatrın və həkim narkoloqun qeydiyatında yoxdur. Müstəntiqin maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, cinayət işi üzrə “VAZ 2107” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı və **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut qismində tanınmış və saxlanılması üçün qanuni sahiblərinə təhvil verilmişdir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətini təyin edən xx.xx.2023cü il tarixli 157 saylı tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdə saat 19:56-da sərxoş vəziyyətdə olmamışdır. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş yol nəqliyyat hadisəsi yerindən qaçma cinayətinin, Azərbaycan Respublikası CM-nin 187-ci maddəsində nəzərdə tutulmuş əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə cinayətinin və Azərbaycan Respublikası CM-nin 185-ci maddəsində nəzərdə tutulmuş avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə cinayətinin tərkib əlaməti olmadığından və Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.1-cü maddəsinin tərkib əlamətləri olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və material ayrılaraq saxlanılmasından ötrü İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Müstəntiqin qərarından və şübhəli şəxs qismində tutulma haqqında 06 sentyabr 2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2024-ci il tarixdə saat 14:46-da Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Qətimkan tədbirinin seçiilməsinə dair 08 sentyabr 2024-cü il tarixli qərardan görükür ki, Təqsirləndirilən şəxs barəsində 08 sentyabr 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o həmin gün saat 10:30-da İsmayıllı RPŞ-nin müvəqqəti saxlanılma yerindən dərhal azad edilmişdir. İsmayıllı RİHB-nin İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə icra nümayəndəliyindən alınmış xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə edilmiş, özü və ailəsi barəsində Göyçay RİHB-nin Göyçay şəhər inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməli olmasına dair tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi tanışı Göyçay şəhər sakini Şahid1 məxsus sedan tipli, ağ rəngli “VAZ-2107 minik” markalı Az **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobillə İvanovka-Qalagah-Göyçay asfaltbeton yolun İsmayıllı rayonunun Qalagah kəndinin ərazisindən keçən hissəsində, İsmayıllı rayonu İvanovka kəndi istiqamətində, öz hərəkət yolunda saatda 60 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına dair tələbinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələbə riayət etməyərək hərəkətdə olduğu vaxt hərəkət üçün təhlükə yarada biləcəyini dərk etdiyi halda diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırıb əks hərəkət zolağı ilə nəqliyyat vasitələrinin yaxınlaşmasını nəzərə almayaraq avtomobilin dayanıqlı hərəkətini təmin etməyərək qarşı sol hərəkət zolağına çıxıb yol hərəkəti qaydalarını pozmuş və əks hərəkət zolağı ilə hərəkətdə olan İsmayıllı rayonu Hacıhətəmli kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi bacısı Şahid2 məxsus sedan tipli “VAZ-21061 minik” markalı Az **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin avtomobilin hərəkət zolağında toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “Vaz 21061 minik” markalı Az **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sağ diz qapağı sümüyünün açıq sınığı və diz oynağı bağlarının cırılması ilə müşayət edilən sağ diz oynağının yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almasına, habelə “VAZ 21061 minik” markalı Az **-DO-*** dövlət qeydiyyat nişanlı avtomaşını zədələməklə Zərərçəkmiş şəxs 3840,0 (üç min səkkiz yüz qırx) manat məbləğində, “VAZ 21-07 minik” markalı Az **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə Şahid1 3420,0 (üç min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il saat 14:46-dan 08 sentyabr 2024-cü il saat 10:30-adək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla sahibi Şahid1 təhvil verilmiş “VAZ 2107” markalı **- KE-*** dövlət qeydiyyat nişanlı və sahibi Zərərçəkmiş şəxs təhvil verilmiş “VAZ 2106” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin müvafiq olaraq qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının ümumi dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il saat 14:46-dan 08 sentyabr 2024-cü il saat 10:30-adək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olmaqla sahibi Şahid1 təhvil verilmiş “VAZ 2107” markalı **- KE-*** dövlət qeydiyyat nişanlı və sahibi Zərərçəkmiş şəxs təhvil verilmiş “VAZ 2106” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobillərin müvafiq olaraq qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-11/2025
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-11/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver