Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-12/2021 09.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçi İsmayılov İslam Abduləziz oğlunun, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 X15 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə 09 fevral 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1989-cu ildə İsmayıllı rayonu Diyallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, İsmayıllı rayonu Diyallı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs оğlu x xxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 X15 X3 meşəbəyliyinin 1 saylı dolayının 48-ci kvartalında yerləşən meşə sahəsindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli 30 nömrəli qərarı ilə təsdiq edilmiş 7 nömrəli əlavəsinə əsasən qırmızı kitaba daxil edilmiş hər birinin diametri 28 sm olan 3 ədəd, hər birinin diametri 32 sm olan 7 ədəd və hər birinin diametri 36 sm olan 2 ədəd olmaqla ümumilikdə 12 (on iki) ədəd şabalıdyarpaq palıd cinsindən olan yaş köküstə ağacları qəsdən motorlu mişarla qanunsuz kəsib götürərək təbiətə xeyli miqdarda, ümumilikdə 2915 (iki min doqquz yüz on beş) manat 80 (səksən) qəpik məbləğində ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 02 iyul 2020-ci il tarixdə sahər saatlarında özü ilə motorlu mişar və balta götürərək yaşadığı kəndin yaxınlığında yerləşən meşə sahəsinə getmişdir. Saat 11:00 radələrində meşəyə çatmış və motorlu mişarla ağacları kəsməyə başlamışdır. Saat 14:00 radələrinədək lazımi sayda ağacları kəsmiş və bundan sonra kəsilən ağacları budayaraq bir yerə yığmağa başlamışdır. Ağacları topladıqdan sonra İsmayıllı şəhəri Kəpənək dairəsi adlanan yerə gəlmiş və adını bilmədiyi “Kamaz” markalı yük maşının sürücüsü ilə razılaşaraq kəsdiyi ağacları Diyallı kəndindəki həyətinə aparmaq üçün onunla birlikdə həmin sahəyə qayıtmışlar. Kəsib hazırladığı ağacları həmin yük maşınına yükəyərək kəndə aparmış və həyətinə boşaltmışdır. Həmin ağaclardan kəsib hazırladığı kötüklərin bir hissəsini evindəki peçdə yandırmışdır. Qalan hissə isə barəsindəki cinayət işinin istintaqı zamanı maddi sübut kimi götürülmüşdür. Onun meşədən ağacları kəsmək üçün müvafiq icazə bileti olmamışdır. Kəsdiyi ağaclar palıd cinsindən olmaqla 12 ədəd olmuşdur. O, ağacları tək kəsmiş, maddi imkanı olmadığından vurulmuş ziyanı ödəyə bilməmişdir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Himayəsində üç azyaşlı uşağı var. Qeyd etdiyi halları nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, Şamaxı RMTM-nin Girdiman müşəbəyliyinin meşəbəyi köməkçisi vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə İsmayıllı rayonu sakini Afət İsazadə ona zəng edərək Girdiman meşəbəyliyinin 1 saylı dolayının 48-ci kvartalında ağacların kəsildiyi barədə məlumat vermiş və dərhal həmin əraziyə yollanmışdır. Orada meşənin mühafizə vəziyyətini yoxlayarkən bir neçə yaş kök üstə ağacların kəsildiyini və dib kötüklərinin qaldığını aşkarlamışdır. Həmin əraziyə 1 saylı meşə dolayının meşə gözətçisi X6 və qonşu 5 saylı meşə dolayının meşə gözətçisi X9 çağırmışdır. Həmin əməkdaşlar gəldikdən sonra əraziyə baxış keçirtmişlər. Baxış zamanı 12 ədəd şabalıdyarpaq palıd ağacının kəsilərək naməlum istiqamətə aparıldığını müəyyən edilmişdir. Bu barədə akt tərtib olunmuş, ağacların diametri ölçülərək dəymiş ziyan hesablanmış, ağacların dib kötükləri damğalanmışdır. X11 102 xidmətinə bu barədə məlumat verdiyini öyrənmişdir. Müvafiq sənədləşmə aparıldıqdan sonra ağacların kim tərəfindən kəsilməsi ilə maraqlanmış və həmçinin meşə gözətçisi Ramiz Cəfərova da bu barədə tapşırıq vermişdir. 15 iyul 2020ci il tarixdə ağacların İsmayıllı rayonu Diyallı kənd sakini Pünhan Şərifov tərəfindən kəsilməsi barədə məlumat əldə etmişdir. Həmin gün o, İsmayıllı rayonu Diyallı kəndinin yaxınlığında Pünhan və qardaşı Elvinlə görüşmüş, söhbət zamanı Pünhan ağacların Elvin tərəfindən kəsildiyini bildirmişdir. Elvin ağacları özünün kəsdiyini təsdiqləmişdir. Ağacların kəsilməsi nəticəsində təbiətə ümumilikdə 2915.80 (iki min doqquz yüz on beş manat səksən qəpik) manat maddi ziyan vurulmuşdur. Yaş köküstə şabalıdyarpaq palıd cinsindən olan ağaclar qırmızı kitaba daxil edildiyi üçün dəymiş ziyan beş dəfə artırılmaqla hesablanmışdır. Təqsirləndirilən şəxs vurduğu zərəri ödəməmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X4 və X12 zərərçəkmiş şəхsin nümayəndəsi Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şahid X13 ifadə verərək göstərdi ki, fərdi qaydada sahibkarlıqla məşğul olmaqla İsmayıllı rayonu keçmiş İsmayıllı kəndi ərazisində Kökəltmə adlanan yerdə fermer təsərrüfatına sahiblik edir. Təsərrüfatını yerləşdiyi ərazi Girdiman meşəbəyliyinin 1 sayli meşə dolayı ilə əhatə olunmuşdur. O, həmişə həmin ərazidə meşə sahəsində qanunsuz ağac kəsilməsinə qarşı mübarizə aparmış və belə hallar olduqda aidiyyəti orqanlara məlumat vermişdir. 09 iyul 2020-ci il tarixdə saat 14:00 radələrində avtomobillə həmin meşə sahəsinin yanından keçərkən meşənin içərisində kəsilmiş ağacların olduğunu görmüşdür. O, maşını saxlayaraq meşənin içərisinə girmiş və orada bir neçə palıd ağacının motorlu mişar ilə kəsildiyini görmüşdür. O, bu barədə dərhal Girdiman meşəbəyliyinin meşəbəyi köməkçisi Zərərçəkmiş şəxs və DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Şahid X7 ifadə verərək göstərdi ki, təxminən 2020-ci ilin iyul aylarında Girdiman meşəbəyliyinin 1 saylı meşə dolayının yaxınlığında əkin sahələrində işləyərək ot yığını ilə məşğul olmuşdur. O, qeyd edilən meşə sahəsinin yaxınlığında işləsə də meşənin içərisinə daxil olmamış və oradan ağac kəsməmişdir. O, həmin ərazidə ot yığımı ilə məşğul olarkən tanımadığı bir nəfər ona bu əraziyə özünün nəzarət etdiyini demişdir. Həmin ərəfədə o, rayon polis şöbəsinə dəvət edilmiş və orada məlum olmuşdur ki, həmin meşə dolayından qardaşı Elvin 12 ədəd şabalıdyarpaq palıd ağacını kəsib evinə aparmışdır. O, qeyd edilən meşə dolayının yaxınlığında ot yığmış, lakin heç bir ağac kəsməmişdir. xx xxxx 2020-ci il tarixli 60164 saylı aktdan görünür ki, X15 X3 meşəbəyliyinin 1 saylı dolayının 48-ci kvartalında yerləşən meşə sahəsindən hər birinin diametri 28 sm olan 3 ədəd, hər birinin diametri 32 sm olan 7 ədəd və hər birinin diametri 36 sm olan 2 ədəd olmaqla ümumilikdə 12 (on iki) ədəd şabalıdyarpaq palıd cinsindən olan yaş köküstə ağacların kəsilməsi nəticəsində təbiətə ümumilikdə 2915 (iki min doqquz yüz on beş) manat 80 (səksən) qəpik məbləğində ziyan vurulmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tаriхli 9/4304 №-li rəyindən müəyyən olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 09 iyul 2020-ci il tarixli 60164 №-li akt və akta əlavəyə əsasən X15 X3 meşəbəyliyinin 1 saylı dolayısından kəsilmiş köküstə yaş vəziyyətdə olan, ümumilikdə 12 ədəd (3 ədəd 28sm, 7 ədəd 32sm və 2 ədəd 36 sm diametrlərdə) şabalıdyarpaq palıd cinsindən olan ağacların kəsilməsinə görə yaşıllığa dəymiş ziyanın hesablanması cədvəlindən istifadə edilməklə təbiətə dəymiş ziyanın məbləği nəzəri qaydada 2915,80 (583,16 x 5 = 2915,80) manat müəyyən edilir. O cümlədən: ağacların sayı 12 ədəd, həcmi 11,77 m3, nırx qiyməti 409,16 + ziyan 174,00 manat = 583,16 manat. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarı ilə təsdiq edilmiş 7 nömrəli əlavəsinə əsasən şabalıdyarpaq palıd cinsi qırmızı kitaba daxil edildiyi üçün məbləğ 5 dəfə artırılmaqla hesablanmışır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Müstəntiqin 26 noyabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, diametrləri 28 sm olan 3 ədəd, 32 sm olan 7 ədəd və 36 sm olan 2 ədəd olmaqla ümumilikdə 12 ədəd ağac kötükləri cinayət işi üzrə maddi sübut qismində tanınmış və İsmayıllı rayonu Polis şöbəsinin Maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. Müstəntiqin 03 dekabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 03 dekabr 2020-ci il tаriхli tələbnamədən görünür ki, Elvin Şərifovun məhkumluğu yoxdur. 03 dekabr 2020-ci il tarixli 361 nömrəli arayışdan görünür ki, Elvin Şərifov İsmayıllı rayon Mərkəzi poliklinikasının “Narkoloji” və “Psixiatriya” kabinetlərində qeydiyyatda yoxdur. 03 dekabr 2020-ci il il tarixli 614 və 615 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsmayıllı rayonu Diyallı kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı Şərifova Nazilə Tofiq qızı, 31 iyul 2011, 24 mart 2013 və 06 may 2017-ci il təvəllüdlü uşaqları Ziba, Nərmin və Elvindən ibarətdir, ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, ailə vəziyyətini, cəzasını yüngülləşdirən halı, onun törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran halların olmamasını və işin digər faktiki halları nəzərə alaraq, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş islah işləri cəzasının təyin edilməsini, həmin cəzanın hər ay qazancının 15 (on beş) faizi dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını iş yerində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 15 (on beş) faiz tutulmanın başlandığı gündən hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar - İsmayıllı rayonu Polis şöbəsinin Maddi sübutların saxlanılma kamerasına təhvil verilmiş diametrləri 28 sm olan 3 ədəd, 32 sm olan 7 ədəd və 36 sm olan 2 ədəd olmaqla ümumilikdə 12 ədəd ağac kötükləri satılaraq dəyəri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 15 (on beş) faiz tutulmanın başlandığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs oğlunun yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar - İsmayıllı rayonu Polis şöbəsinin Maddi sübutların saxlanılma kamerasına təhvil verilmiş diametrləri 28 sm olan 3 ədəd, 32 sm olan 7 ədəd və 36 sm olan 2 ədəd olmaqla ümumilikdə 12 ədəd ağac kötükləri satılaraq dəyəri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin hesabına köçürülsün. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ( keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-12/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-12/2021
09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver