Məhkəmə qərarları › İş №1(037)-12/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-12/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-12/2022 22.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 22 fevral 2022-ci il tarixdə saat 14:30-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1996-cı ildə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkum olunmamış, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar 07 avqust 2021-ci il tarixdə İsmayıllı rayon mərkəzi xəstəxanasına müraciət edərək yaxma üsulu ilə koronavirus testi verməsinə və 08 avqust 2021-ci il tarixdə keçirilmiş müayinəsi zamanı koronavirus (COVİD-19) infeksiyasının pozitiv olması aşkar edilərək evdə qalmaqla müalicə olunmasının qərara alınmasına, habelə karantin qaydalarını pozmağa görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyinə dair iltizama imza etdirilməsinə baxmayaraq, koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olmasını biləbilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə 24 mart 2020-ci il tarixdə saat 00:00-dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əlehinə olan xüsusi karantin rejimini qəsdən pozaraq, 17 avqust 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən evini tərk edərək piyada İsmayıllı şəhərinin Ə.Ələkbərzadə küçəsi istiqamətində hərəkət edib, M.F.Axundov və N.Nərimanov küçələrinin ərazilərindən keçdikdən sonra, İsmayıllı şəhərinin H.Əliyev prospekti istiqamətində hərəkət edib həmin prospektdə gəzməklə, yəni həmin gün saat 18 radələrinədək İsmayıllı şəhərinin ərazisində, insanların çoxluq təşkil etdiyi yerlərdə olmaqla koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, 17 avqust 2021-ci il tarixdə saat 18 radələrində o, İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən X3 İdarəsinin yaxınlığında saxlanılaraq koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olması müəyyən edilməklə X11 Stansiyasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2021-ci ilin iyul ayının sonlarında səhhətində narahatçılıq hiss etmiş, qızdırması və öskürəyi olmuşdur. Buna görə bir müddət yaşadığı evdə müalicə almışdır. 6 avqust 2021-ci il tarixdə səhhətində olan narahatçılıq aradan qalxmış və o tamamilə sağalıb-sağalmadığını, həmçinin Covid-19 infeksiyasına yoluxub-yoluxmadığını öyrənmək üçün İsmayıllı RMX-na gedərək test nümünəsi vermişdir. Götürülən test nümunəsinin 8 avqust 2021-ci il tarixdə pozitiv olması müəyyən edilmişdir. Bundan sonra İsmayıllı RMXnın əməkdaşları onun yaşadığı evə gələrək ona karantin qaydalarını pozmamağa görə iltizama imza etdirmişlər. Ona həmçinin evdə qalmağı və müalicəsinin evdən davam etdirilməsi məsləhət görülmüşdür. Bu iltizama bir evdə yaşadığı anası Ofelya və atası Sərvər də imza etmişlər. Evdən kənara çıxmadığı üçün darıxmış və 17 avqust 2021-ci il tarixdə axşam saatlarında evdən çıxaraq H.Əliyev prospektində yerləşən çayxanaya getmək qərarına gəlmişdir. Bu məqsədlə həmin gün saat 17 radələrində yaşadığı evi tərk edərək piyada İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsinə, oradan M.F.Axundov və Nərimanov küçələrinə, sonda isə H.Əliyev prospektinə getmişdir. Yolda olduğu müddətdə tibbi maskadan istifadə etmişdir. H.Əliyev prospektində yerləşən X3 İdarəsinin yaxınlığından keçərək çayxana istiqamətində yolda olarkən İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşmışlar. Ona Covid 19 infesiyasına yoluxduğunu və yaşadığı evi tərk etməli olmadığı halda evi tərk etdiyini bildirmişlər. O həmin polis əməkdaşlarının dediklərini təsdiq etdikdən az sonra İsmayıllı RPŞ-nin digər bir əməkdaşı dayandığı yerə gələrək hadisə yerinə baxış keçirtmişdir. Baxış zamanı o, 08 avqust 2021-ci il tarixli laborotoriya nəticəsinə əsasən COVİD-19 infesiyasına yoluxduğunu, bununla bağlı olaraq evi tərk etməməyi, əks halda inzibati və ya cinayət məxsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edildiyini, 17 avqust 2021-ci il tarixdə saat 17 radələrində çayxanada tanışları ilə görüşmək məqsədilə evi tərk etdiyini, həmin vaxt xəstə olmadığını, sağaldığını demişdir. Baxış keçirildikdən sonra bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları onu İsmayıllı RMX-nin TTYB-nin işçilərinə təhvil vermişlər. Tibb işçiləri onu yaşadığı evə aparmış və 23 avqust 2021-ci il tarixə kimi o yaşadığı evdə müalicə almış, həmçinin həmin tarixədək evi tərk etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020ci il tarixli 161 nömrəli qərarı ilə (COVİD-19) infeksiyasının pozitiv olması aşkar edilmiş şəxslərə bunun qeydə alındığı tarixdən 14 gün müddətində yaşadıqları mənzili və ya tibb müəssisəsini tərk etmək qadağan edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 26, 27 və 28 nömrəli qərarları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə müəyyən edilmiş məhdudiyyətin müddəti 7 günə endirilmişdir. Onda (COVİD-19) infeksiyasının pozitiv olması 08 avqust 2021-ci il tarixdə aşkar edilmiş, bundan 9 gün sonra yəni 17 avqust 2021-ci il tarixdə o, qanunun tələblərini pozmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Həmin Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə müəyyən edilmiş məhdudiyyət müddətinin 9-cu günündə saxlanılmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 26, 27 və 28 nömrəli qərarları ilə müəyyən edilmiş məhdudiyyətin müddəti 7 günə endirildiyindən şəraitin dəyişilməsi nəticəsində onun tərəfindən törədilmiş əməlin ictimai təhlükəliliyi itmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 26, 27 və 28 nömrəli qərarları bu əmələ görə cəzanı aradan qaldırdığından hesab edir ki, cinayət qanununun geriyə qüvvəsi vardır.O, bu xəstəliyin yayılmasına səbəb olmamış və xəstəliyin yayılması üçün real təhlükə yaratmamışdır. Hesab edir ki, onun əməlinin cinayət sayılmasını aradan qaldıran qanun qəbul edilmiş və şərait dəyişmişdir. Ona görə də ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2022-ci il tarixli 26, 27 və 28 nömrəli qərarları ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 161 nömrəli qərarı ilə müəyyən edilmiş məhdudiyyətin müddətinin 7 günə endirilməsi ilə əlaqədar onun əməlinin cinayət sayılmasını aradan qaldıran qanununun qəbul edilməsi və şərait dəyişdiyi üçün ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsi barədə ifadəsinə münasibət bildirməklə qeyd edir ki, son zamanlar (COVİD-19) infeksiyasının yoluxma və ölüm riskinin azalması, habelə müalicə tədbirlərinin effektivliyi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həmin infeksiyaya yoluxmuş şəxslərə tətbiq edilən məhdudiyyət müddətinin 14 gündən 7 günə endirilməsi zərurəti yaratmışdır. Eləcə də qəbul edilmiş qərarlar 24 yanvar 2022-ci il tarixdən qüvvəyə minmişdir. Lakin (COVİD-19) infeksiyasına yoluxmuş Təqsirləndirilən şəxs 17 avqust 2021-ci il tarixdə faktiki olaraq həmin dövrə yoluxma və ölüm riskinin yüksək olması ilə əlaqədar infeksiyaya yoluxmuş şəxslərə tətbiq edilən məhdudiyyət müddətinin 14 gün olduğu müddətdə yaşadığı evini tərk edərək piyada İsmayıllı şəhərinin ərazisində, insanların çoxluq təşkil etdiyi yerlərdə olmaqla koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratması, heç də onun törətdiyi əməlin ictimai təhlükəliliyini aradan qaldırmır və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid X9 ifadə verərək göstərdi ki, İsmayıllı rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə o və digər polis əməkdaşlarına İsmayıllı rayonu ərazisində yaşayan COVİD-19 infeksiyasına yoluxan xəstələrin siyahısı verilmişdir. Həmin siyahıda COVİD-19 infeksiyasına yoluxan xəstələrin ad, soyad, ata adları, şəxsiyyət vəsiqələrinin nömrələri, qeydiyyatda olduqları ünvanlar və hansı tarixdə infeksiyaya yoluxduqları barədə məlumatlar öz əksini tapmışdır. 17 avqust 2021-ci il tarixdə saat 18 radələrində İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 ilə birlikdə İsmayıllı şəhəri, H.Əliyev prospektinə xidmət apararkən COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin siyahısında olan Təqsirləndirilən şəxs İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən X3 İdarəsinin yaxınlığından keçdiyini görərək sonuncuya dayanmağı bildirmişlər. Təqsirləndirilən şəxs dayandıqdan sonra onlar yaxınlaşıb özlərini təqdim etmişlər. Bununla bağlı İsmayıllı RPŞnin rəhbərliyinə məlumat vermiş və tez bir zamanda İsmayıllı RPŞ-nin İB-nin müstəntiqi hadisə yerinə gəlmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirilərək hansı tarixdə COVİD-19 infeksiyasına ilə bağlı test nümünəsi verdiyi, hansı tarixdə laborotoriya nəticəsinin çıxdığı, bu barədə ona məlumat verilib-verilmədiyi, COVİD- 19 infeksiyası ilə bağlı verdiyi test nümunəsi pozitiv çıxdıqdan sonra tibbi işçiləri tərəfindən ona evi tərk etməməsi barədə xəbərdarlıq edilib-edilmədiyi, evi tərk etdiyi halda onun Azərbaycan Respublikası İXM-nin və CM-nin müvafiq maddələri ilə məsuliyyəti barədə xəbərdarlıq edilib-edilmədiyi, bu barədə iltizama imza edib-etmədiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, 2021-ci ilin iyul ayının sonlarında səhhətində narahatçılıq hiss etdiyi üçün bir neçə gün ərzində yaşadığı evdə müalicə almışdır. Həmin vaxt qızdırması olmuş, həmçinin mütəmadi olaraq öskürmüşdür. 06 avqust 2021-ci il tarixdən səhhətində olan narahatçılıq aradan qalxmışdır. Tamamilə sağalıb-sağalmadığını, həmçinin COVİD-19 infeksiyasına yoluxub-yoluxmadığını öyrənmək üçün 07 avqust 2021ci il tarixdə İsmayıllı RMX-na gedərək könüllü şəkildə test nümünəsi vermişdir. Götürülən test nümunəsinin 08 avqust 2021-ci il tarixdə pozitiv olması müəyyən edildikdən sonra İsmayıllı RMX-nın əməkdaşları yaşadığı evə gələrək ona karantin qaydalarını pozmamağa görə iltizama imza etdirmişlər, evdə qalmağı və müalicəsinin evdən davam etdirilməsi nəzərinə çatdırılmışdır. Həmçinin bu iltizama bir evdə yaşadığı anası Ofelya İsgəndərova və atası Sərvər İsgəndərov da imza etmişlər. 17 avqust 2021-ci il tarixdə artıq bir neçə gün evdən kənara çıxmadığı üçün sıxılmış və İsmayıllı şəhər, H.Əliyev prospektində yerləşən X3 İdarəsinin yaxınlığında yerləşən çayxanaya getməyə qərar vermişdir. Bunun üçün 17 avqust 2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evi piyada tərk edərək İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsinə, oradan M.F.Axundov və Nərimanov küçələrinə, oradan isə H.Əliyev prospektinə getmişdir. Həmin vaxt tibbi maskadan istifadə etmişdir. Oradan keçərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və onlar protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs İsmayıllı RPŞ-nin TTYS-nın işçiləri ilə yaşadığı evə yola salınmışdır. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşı X6 şahid Taleh Ağayev ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. İsmayıllı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2021-ci il tarixdə test nümunəsi götürülmüş, testin nəticəsi 08 avqust 2021-ci il tarixdə Şamaxı RMX labaratoriyası tərəfindən pozitiv (+) olaraq cavablandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli sərəncamı ilə təsdiq edilmiş əlaqələndirmə protokoluna 5 nömrəli əlavə olan Covid-19 virus infeksiyasının təyin olunması üçün laborotoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair iltizamnamədən görünür ki, Təqsirləndirilən şəxs və onunla birlikdə yaşayan atası X5 və anası X2 14 gün ərzində evi tərk etməmək barədə xəbərdarlıq edilərək bu barədə iltizama imza etmişlər. Məhkəmə-tibbi ekspertizasının 29 sentyabr 2021-ci il tarixli 756/KEŞ nömrəli rəyindən görünür ki, 08 avqust 2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. İsmayıllı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin Poliklinika şöbəsi tərəfindən verilmiş 14 noyabr 2021-ci il tarixli 2095 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın ruhi-əsəb, nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. 05 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 03 noyabr 2021-ci il tarixli 2825 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, atası X5 və anası X1 ibarətdir. Ərazidə yaşadığı müddətdə barəsində ərizə və şikayət daxil olmamışdır. Müstəntiqin 05 yanvar 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndindəki) evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 1 (bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndindəki) evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar