Məhkəmə qərarları › İş №1(037)-12/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-12/2024

30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-12/2024 30.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs İsmayıllı rayonu Zərnava bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə 30 iyul 2024-cü il tarixdə saat 16:16-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1980-cı ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, İsmayıllı rayonu Zərnəva kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi 44TBMYH Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı Şahid5 ilə meşə idarəsinin işçisinin iştirakı olmadan qanunsuz ağac kəsmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 2022-ci ilin avqust ayının 5-dən 15-nədək olan müddətdə, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda İsmayıllı rayonunun Kəlfərəc kəndinin ərazisində yerləşən, “Bərzə” və “Qaçayın biçənəkləri” adlanan, İsmayıllı rayonunun Zərnava bələdiyyəsinin mülkiyyətində olmaqla meşə fonduna daxil olmayan əraziyə gəlib oradan qabaqcadan əlbir olduğu Şahid5 ona seçib göstərdiyi fıstıq cinsindən olan, diametri 20 santimetr, dəyəri 180 manat təşkil edən 1 ədəd, fıstıq cinsindən olan, diametri 28 santimetr, dəyəri 250 manat təşkil edən 2 ədəd, fıstıq cinsindən olan, diametri 32 santimetr, dəyəri 300 manat təşkil edən 1 ədəd, fıstıq cinsindən olan, diametri 40 santimetr, dəyəri 400 manat təşkil edən 2 ədəd və ağcaqayın cinsindən olan, diametri 28 santimetr, dəyəri 250 manat təşkil edən 1 ədəd ağacları, yəni cəmi 7 (yeddi) ədəd yaş kök üstə ağacları vahid niyyətlə əhatə olunan qəsdlə özünə məxsus motorlu mişarla qanunsuz kəsib götürməklə İsmayıllı rayonunun Zərnava bələdiyyəsinə ümumilikdə xeyli miqdar təşkil edən 2030 (iki min otuz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, qohumu Şahid1 meşə ərazisindən 3 kub metr həcmində oduncağın ayrılması barədə müraciəti əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 028954 nömrəli buraxılış orderini aldıqdan sonra ona zəng edərək meşə idarəsinin işçisinin iştirakı ilə oduncağı tədarük edib İsmayıllı rayonunun Aşağı Zərnava kəndində yerləşən atası Şahid2 həyətinə aparmasını deməsinə baxmayaraq, meşə orderinin olmasından sui-istifadə edərək buraxılışa məsul olan şəxsin iştirakı olmadan xx.xx.2022-ci il tarixdə, dəqiq saatı istintaqa məlum olmayan vaxtda İsmayıllı rayonunun Kəlfərəc kəndinin ərazisində yerləşən, “Bərzə” və “Qaçayın biçənəkləri” adlanan, İsmayıllı rayonunun Zərnava bələdiyyəsinin mülkiyyətində olmaqla meşə fonduna daxil olmayan əraziyə gəlib oradan qoz cinsindən olan, diametri 60 santimetr, dəyəri 1400 manat təşkil edən 1 ədəd, fısdıq cinsindən olan, diametri 8 santimetr, dəyəri 100 manat təşkil edən 1 ədəd, fısdıq cinsindən olan, diametri 12 santimetr, dəyəri 120 manat təşkil edən 3 ədəd, fısdıq cinsindən olan, diametri 16 santimetr, dəyəri 150 manat təşkil edən 2 ədəd, vələs cinsindən olan, diametri 12 santimetr, dəyəri 120 manat təşkil edən 1 ədəd, göyrük cinsindən olan, diametri 24 santimetr, dəyəri 200 manat təşkil edən 1 ədəd, yemişan cinsindən olan, diametri 16 santimetr, dəyəri 150 manat təşkil edən 2 ədəd, ağcaqayın cinsindən olan, diametri 20 santimetr, dəyəri 180 manat təşkil edən 1 ədəd, ağcaqayın cinsindən olan, diametri 24 santimetr, dəyəri 200 manat təşkil edən 1 ədəd və armud cinsindən olan, diametri 12 santimetr, dəyəri 120 manat təşkil edən 1 ədəd ağacları, yəni cəmi 14 (on dörd) ədəd yaş kök üstə ağacları motorlu mişarla vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz kəsib götürməklə İsmayıllı rayonunun Zərnava bələdiyyəsinə ümumilikdə xeyli miqdar təşkil edən 3280 (üç min iki yüz səksən) manat məbləğində maddi ziyan vuraraq təkrarən qanunsuz ağac kəsmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildi və ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Zərnava kəndində yaşayır. 2022-ci ilin avqust ayının 5-dən 15-ndək olan müddət ərzində yaşadığı kənddə qonşusu və kirvəsi olan Şahid5 ilə rastlaşmış, bu zaman Rəfail ona bildirmişdir ki, meşə idarəsindən qışda yandırmağa odun üçün bilet almış, vaxtı varsa həmi odunun gətirilməsinə köməklik etsin. Rəfail şəhid qardaşı olduğu üçün, eyni zamanda qohumu olduğundan Rəfaillə razılaşmış və ertəsi gün saat 07 radələrində Rəfaillə birlikdə “Bərzə” deyilən əraziyə getmişlər. O, özü ilə “Əloğlu” markalı motopilasını və motopilaya aid ləvazimatlarını götürmüşdür. “Bərzə” deyilən əraziyə çatmışlar, Rəfail ona həmin ərazidən ağac kəsəcəyini bildirmişdir. Bu zaman Şahdağ Milli parkının işçisi Natiq və meşəbəyi Xamis onların yanına gəlmişlər. Həmin şəxslər onlardan nə etdiklərini və kimdən icazə aldıqlarını soruşmuşlar. Rəfail bildirmişdir ki, onun bileti var, o, icazəni də meşəbəyi Füzulidən almışdır. Xamis narazılıq etməsə də Natiq etiraz etdiyi üçün Rəfail Füzuliyə zəng edərək danışmış və Füzuli ona razılıq vermişdir. Natiq bundan sonra heç nə demədən Xamislə birgə çıxıb getmişlər. Bundan sonra Rəfail ona kəsəcəyi ağacları göstərmiş və o, ardıcıllıqla 7 ədəd ağacı kəsmişdir. Kəsdiyi ağacların 6 ədədi fıstıq, 1 ədədi isə ağcaqayın olmuşdur. O, ağacları kəsdikdən sonra doğramış, Rəfail də doğradığı hissələri toplamağa başlamışdır. Rəfail həmin ərəfədə kiməsə zəng vurmuş və az müddət sonra həmkəndliləri X11, Rəfailin yeznəsi X6, Rəfailin oğlu Sənan və İldırım adlı şəxs Sergeyin dövlət qeydiyyat nişanını bilmədiyi “Ural” markalı avtomaşını ilə gəlmişlər. Onlar Rəfaillə birgə odunu maşına yükləmişlər. Daha sonra odunu Rəfailin yaşadığı ünvana gətirib tökmüşlər. O, Rəfaildən hər hansı məbləğdə pul almamışdır. Bundan başqa da o, 2022-ci ilin noyabr ayının əvvəllərində yaşadığı kənddə olarkən bacısı oğlu Mehman ona zəng vurub odun üçün bilet aldığını və həmin odunu doğrayıb gətirmək lazım olduğunu bildirmişdir. O, Mehmana razılıq vermiş və yeznəsi Zinhar, yəni Mehmanın atası onlara gələrək gecəni onlarda qalmışdır. Səhər saat 08 radələrində o, Zinhar, qardaşı Amid, Mehmanın qohumu X7, bacısı oğlu X20 və sürücü qismində isə həmkəndlisi X1 məxsus dövlət qeydiyyat nişanını bilmədiyi “Qaz 66” markalı avtomaşınla “Qaçayın biçənəyi” adlanan əraziyə getmişlər. Hava pis olduğuna görə onlar içəriyə getmədən kənardan odun doğramaq qərarına gəlmişlər. Onlara həmin yeri heç kim göstərməmişdir. O, ilk olaraq qoz ağacı kəsməyə başlamış və doğrayarkən Natiq və Neman gəlmişlər. Onlar ona burdan odun doğramağın qadağan olunduğunu demişlər. Həmin vaxtı Zinhar oğlu Mehmana zəng vurub vəziyyəti ona demiş, Mehman bir neçə dəqiqədən sonra ona zəng edərək “Xamis deyir ki, heç bir problem yoxdur, maşını tam doldurub oranı tərk etsinlər” deyə bildirmişdir. O da bundan sonra həmin ərazidən ümumilikdə 14 ədəd ağac kəsmişdir. Həmin ağaclar qoz, vələs, fistıq, ağcaqayın vəs. cinsinə aiddir. O, ağacları kəsdikdən sonra adlarını çəkdiyi şəxslər odunu avtomaşına yığmışlar. Ardınca da odunu gətirərkən yolda saxlayıb Anarın maşınından Sergeyin Ural markalı maşınına yükləmişlər. Daha sonra da Sergey odunu Zinharın yaşadığı ünvana aparmışdır. O, başqa heç bir yerdən qanunsuz ağac kəsməmişdir. O, həmin ərazilərin Zərnava bələdiyyəsinə məxsus olmasını bilməmişdir. O, kəsdiyi 21 ədəd ağacdan 7 ədədini 2022-ci ilin avqust ayının 5-dən 15-nədək olan müddət ərzində kəsmişdir. Qalan 14 ədəd ağacları isə 2022-ci ilin noyabr ayının əvvəllərində kəsmişdir. Qeyd etdiyi halların nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs İsmayıllı rayonu Zərnava bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 2015-ci ildən hazıradək İsmayıllı rayon Zərnava kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyir. Onun bələdiyyə sədri vəzifəsində işləməyi ilə əlaqədar olaraq həyat yoldaşı X8 onun işlərinə köməklik edir. 2022-ci ilin avqust ayında 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin adını xatırlamadığı əməkdaşı ona zəng edərək bildirmişdir ki, bələdiyyəyə məxsus torpaq sahəsinə bitişik ərazidən vələs cinsindən olmaqla 82 ədəd, fıstıq cinsindən olmaqla 98 ədəd, palıd cinsindən olmaqla 4 ədəd, qoz cinsindən olmaqla 1 ədəd, gilas cinsindən olmaqla 1 ədəd, ağcaqayın cinsindən olmaqla 8 ədəd, cəmi 194 ədəd ağacların kəsilməsi müəyyən edilmişdir. Bundan başqa 2022-ci ilin noyabr ayında 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin adını xatırlamadığım əməkdaşı mənə zəng edərək bildirdi ki, bələdiyyəyə məxsus torpaq sahəsinə bitişik ərazidən fısdıq cinsindən 71 ədəd, vələs cinsindən 43 ədəd, palıd cinsindən 15 ədəd, ağcaqyın cinsindən 3 ədəd, qoz cinsindən 3 ədəd, armud cinsindən 3 ədəd, gilas cinsindən 2 ədəd, göyrük cinsindən 1 ədəd, yemişan cinsindən 2 ədəd olmaqla ümumilikdə 143 ədəd yaş köküstə ağacların kəsilməsi müəyyən edilmişdir. O, bu barədə əri Haqverdiyə dedikdən sonra Haqverdi həmin şəxslə əlaqə saxlamış və o, Haqverdidən həmin ərazinin bələdiyyə ərazisi olubolmamasını soruşduqda Haqverdi həmin torpaq sahəsinin bələdiyyə ərazisi olmadığını bildirmişdir. Həmin ərazilər meşə fondu torpaqları ilə həmsərhəd olduğundan ərazilərin dəqiq sərhədlərinin müəyyən olunması bəzi vaxtlarda çətinlik törədir. Sonradan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi dairəsinə sorğu verilib ağacların kəsildiyi ərazinin Zərnava bələdiyyəsinin ərazisi olması müəyyən edilmişdir. Qeyd olunan ərazinin bələdiyyə ərazisi olması barədə hər hansı məlumatı olmamışdır. Sonradan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmışdır. Ağacların kim tərəfindən kəsilməsi barədə dəqiq bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs ifadəsinə davam edərək bildirmişdir ki, ağacların kim tərəfindən kəsilməsi barədə dəqiq bir məlumatı yoxdur. Hər hansı məlumat əldə edərsə bu barədə bildirəcəkdir. Qeyd etdiyi kimi həmin ərazinin bələdiyyə mülkiyyətində olmasını sonradan dəqiqləşmə aparıldıqdan sonra bilmişdir. Hazırki vaxta qədər Bələdiyyə ərazisindən qanunsuz ağac kəsilməsi faktları ilə əlaqədar hər hansı məlumat əldə olunmuşdursa bu barədə Hüquq Mühafizə orqanlarına məlumat verilmişdir və həmin tədbirlər hal-hazırda da davam etdirilir. Bələdiyyənin ərazisi böyük olduğundan və ağaclar günün müxtəlif səhər, gecə və s. vaxtlarda vaxtlarında kəsildiyindən ərazilərə mütəmadi nəzarət etməkdə müəyyən çətinliklər yaranır. Buna baxmayaraq bələdiyyə olaraq hər hansı qanunsuz ağac kəsilməsi barədə məlumat əldə etdikdə bu barədə aidiyyəti qurumlara məlumat verirlər. Təqsirləndirilən şəxs vurduğu zərəri maddi imkansızlığından ödəyə bilməmişdir. Təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid X21 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Zərnava kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir, münasibətləri normaldır. 2022-ci ilin oktyabr ayının sonlarında qohumu Şahid2 kənddə olan zaman ona 2022-ci ilin oktyabr ayının sonlarında oğlu Şahid1 odun gətirməkdən ötrü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətindən oğlu Şahid1 rəsmi qaydada 51 manat dövlət rüsumu ödənilməklə 3 kub metr odun tədarükünə icazə verilməsi barədə meşə qırma bileti verildiyini, Mehmanın isə ağacları kəsməyi dayısı Təqsirləndirilən şəxs xahiş etdiyini, Mehman işdə olduğu üçün gedə bilmədiyindən özünün gedəcəyini, onun da gedərək ağacları ona məxsus “QAZ 66” markalı avtomaşınım ilə gətirməyini xahiş etmişdir. O, qohum olduğu üçün razılıq vermişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində o, Təqsirləndirilən şəxs, qardaşı Şahid3, qohumu X7, Şahid2, Şahid10, özünə məxsus “Qaz 66” markalı avtomaşınla “Qaçayın biçənəyi” adlanan əraziyə getmişlər. Hava pis olduğuna görə onlar meşənin içərisinə getməmişlər. Durasan özü ilə gətirdiyi elektrik mişarı ilə ağacları kəsməyə başlamışdır. Durasan ağacları kəsdikcə adlarını qeyd etdiyi şəxslər doğranmış ağacları ona məxsus Qaz 66” markalı avtomaşına yükləyirmişlər. Təxminən 2 saat ərzində Təqsirləndirilən şəxs ağacları kəsib hissələrə ayırdıqca onlar həmin doğranmış ağacları Qaz 66 markalı avtomaşına yükləmişlər. Maşın dolduqdan sonra maşına minərək geriyə qayıtmağa başlamışlar. Yolda olarkən Təqsirləndirilən şəxs tərəfindən doğranmış ağacları həmkəndlisi Şahid4 məxsus Ural markalı maşına yükləmişlər. Bundan sonra o, onlardan ayrılaraq evinə qayıtmışdır. Anar Hacıyev ifadəsinə davam edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs həmin ərazidən ağac kəsməsini bilavasitə görmüşdür. Belə ki, 2022ci ilin oktyabr ayının sonlarında qohumu Şahid2 kənddə olan zaman ona 2022-ci ilin oktyabr ayının sonlarında oğlu Şahid1 odun gətirməkdən ötrü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə müraciət etdiyini, Meşələrin İnkişafı Xidmətindən oğlu Şahid1 rəsmi qaydada 51 manat dövlət rüsumu ödənilməklə 3 kub metr odun tədarükünə icazə verilməsi barədə meşə qırma bileti verildiyini, Mehmanın isə ağacları kəsməyi dayısı Təqsirləndirilən şəxs xahiş etdiyini, Mehman işdə olduğu üçün gedə bilmədiyindən özünün gedəcəyini, onun da gedərək ağacları ona məxsus “QAZ 66” markalı avtomaşınım ilə gətirməyini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə onlar qeyd edilən ərazidə olan zaman isə Təqsirləndirilən şəxs özünə məxsus elektrik mişarı ilə ağacları kəsmiş, yuxarıda adlarını qeyd etdiyi şəxslər isə ağacları ona məxsus Qaz 66” markalı avtomaşına yükləmişdirlər. Təqsirləndirilən şəxs oraya gələndə əlində elektrik mişarı olmuşdur. O, gördüyü zaman da elektrik mişarından istifadə etmiş və ağacları həmin elektrik mişarı ilə kəsmişdir. Onlar xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində “Qaçayın biçənəyi” adlanan əraziyə getmişlər. Hava pis olduğuna görə meşənin içərisinə getməmişlər. Durasan özü ilə gətirdiyi elektrik mişarı ilə ağacları kəsməyə başlamışdır. Yəni ki, Durasana ağacları kəsəcəyi yeri heç kim göstərməmiş və Durasan özü də həmin yeri biletə əsasən seçməmişdir. Durasan ağac kəsərkən onun yanında olmamışdır. Yalnız maşının yanında dayanaraq onların işini qurtarmağını gözləmişdir. Buna görə də Durasanın İsmayıllı rayonu Kəlfərəc kəndində yerləşən “Qaçayın biçənəyi” adlanan ərazidə hansı növdən və neçə ədəd ağac kəsməsini dəqiq bilmir. Lakin Durasan tərəfindən kəsilmiş ağaclar maşına yükləndikdə maşının yük yeri artıq dolmaq üzərə olmuşdur. Durasan həmin ərazidən ağacları kəsən zaman Durasanın qardaşı Şahid3, qohumu X7, Şahid10 kəsilmiş ağacları ona məxsus Qaz 66” markalı avtomaşına yükləmişdilər. Həmin ərazidən ağaclar Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş, Durasanın qardaşı Şahid3, qohumu X7 və Şahid10 Zinharın xahişi ilə kəsilmiş ağacları maşına yükləmək üçün gəlmiş, o isə həmin ağacları öz maşını ilə gətirmək üçün yenə Zinharın xahişi ilə gəlmişdir. Şahid4 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Zərnava kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onun həmkəndlisidir, onunla münasibətləriz normal olmuşdur. Onun istifadəsində “Ural” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobillə yük daşıyaraq dolanışğını təmin edir. 2022-ci ilin noyabr ayının 2-də Şahid2 ona zəng edərək 2022-ci ilin oktyabr ayının sonlarında oğlu Şahid1 odun gətirməkdən ötrü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə müraciət etdiyini, Meşələrin İnkişafı Xidmətindən oğlu Şahid1 rəsmi qaydada 51 manat dövlət rüsumu ödənilməklə 3 kub metr odun tədarükünə icazə verilməsi barədə meşə qırma bileti verildiyini, Mehmanın isə ağacları kəsməyi dayısı Təqsirləndirilən şəxs xahiş etdiyini, Mehman işdə olduğu üçün gedə bilmədiyindən özünün gedəcəyini, hazırda odunları doğradığını, doğranmış odunları kəndin “Qarasu” adlanan yerindən götürüb yaşadığı ünvana gətirməyini xahiş etmişdir. O, ilk öncə ondan rəsmi sənədinin olub olmamasını soruşduqda Zinhar olmasını bildirmişdir. O da etiraz etməyərək razılıq vermişdir. Həmin gün saat 10 radələrində kəndin “Qarasu” adlanan yerinə getdikdə Şahid2, Anar Hacıyev və Şahid10 orada olmasını görmüşdür. Anara məxsus “QAZ 66” markalı avtomobilin yek yerində doğranmış odunlar olmuşdur. Bundan sonra Anar həmin odunları yerə boşaldaraq getmiş və o, Elçinlə birlikdə həmin odunları öz avtomobilinə yükləmiş və çıxıb getmişdir. Bundan sonra Zinhar ona meşəqırma biletini verdikdən sonra o, həmin odunları apararaq Zinharın yaşadığı ünvana aparıb boşaldaraq bileti də Zinhara təhvil verib geri qayıtmış və əziyyət haqqı olaraq da Zinhar ona 150 manat pul verməli olmuş, lakin o, pulun əvəzinə Zinhardan həmin məbləğ dəyərində ot (küləş) almışdır. O, həmin ağacların konkret olaraq kim tərəfindən kəsildiyini real olaraq görməmişdir. Çünki o, Zinharın xahişi ilə kəndin “Qarasu” adlanan yerinə getdikdə Şahid2, Anar Hacıyev və Şahid10 orada olmasını və Anara məxsus “QAZ 66” markalı avtomobilin yek yerində doğranmış odunlar olmasını görmüşdür. Anar Hacıyev o, ora çatdıqdan sonra həmin odunları yerə boşaldaraq getmiş və o, Elçinlə birlikdə həmin odunları öz avtomobilimə yükləmiş və çıxıb getmişdir. Şahid2 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Zərnava kəndində yaşayır. Təqsirləndirilən şəxs onun qaynıdır, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik yoxdur. 2022-ci ilin oktyabr ayının sonlarında oğlu Şahid1 odun gətirməkdən ötrü Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə müraciət etmişdir. Meşələrin İnkişafı Xidmətindən oğlum Şahid1 rəsmi qaydada 51 manat dövlət rüsumu ödənilməklə 3 kub metr odun tədarükünə icazə verilməsi barədə meşə qırma bileti verilmişdir. Mehman isə ağacları kəsməyi dayısı Təqsirləndirilən şəxs xahiş etmişdir. Çünki onun istifadəsində elektrik mişarı olmuşdur. Oğlu işdə olduğu üçün özü gedə bilmədiyindən o, 1 gün öncədən gedərək gecəni Durasangildə qalmışdır. Növbəti günü, yəni xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində o, Təqsirləndirilən şəxs, qardaşı Şahid3, qohumu X7, Durasanın bacısı oğlu X20 və sürücü qismində isə həmkəndlisi X21 ilə sonuncuya məxsus dövlət qeydiyyat nişanını bilmədiyi “Qaz 66” markalı avtomaşınla “Qaçayın biçənəyi” adlanan əraziyə getmişlər. Hava pis olduğuna görə meşənin içərisinə getməmişlər. Durasan özü ilə gətirdiyi elektrik mişarı ilə ağacları kəsməyə başlamışdır. Durasan ağacları kəsdikcə gələn fəhlələr doğranmış ağacları X14 məxsus Qaz 66” markalı avtomaşına yükləyirmişlər. Təxminən 2 saat ərzində Təqsirləndirilən şəxs ağacları kəsib hissələrə ayırdıqca fəhlələr həmin doğranmış ağacları Anara məxsus Qaz 66” markalı avtomaşına yükləyirmişlər. Maşın dolduqdan sonra maşına minərək geriyə qayıtmağa başlamışlar. Yolda olarkən Təqsirləndirilən şəxs tərəfindən doğranmış ağacları Anarın maşınından Sergeyin Ural markalı maşınına yükləmişlər. Daha sonra da Sergey odunu onun yaşadığı ünvana gətirmişdir. Şahid2 ifadəsinə davam edərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs həmin ərazidən ağac kəsməsini bilavasitə görmüşdür. Belə ki, qeyd etdiyi kimi oğlu Şahid1 rəsmi qaydada 51 manat dövlət rüsumu ödəməklə 3 kub metr odun tədarükünə icazə verilməsi barədə meşə qırma bileti almış və ağacları kəsməyi dayısı Təqsirləndirilən şəxs xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində “Qaçayın biçənəyi” adlanan əraziyə getmişlər. Orada olarkən Təqsirləndirilən şəxs özünə məxsus elektrik mişarı ilə ağacları kəsmişdir. Təqsirləndirilən şəxs oraya gələndə əlində elektrik mişarı olmuşdur. O, gördüyü zaman da elektrik mişarından istifadə etmiş və ağacları həmin elektrik mişarı ilə kəsmişdir. Onlar xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində “Qaçayın biçənəyi” adlanan əraziyə getmişlər. Hava pis olduğuna görə meşənin içərisinə getməmişlər. Durasan özü ilə gətirdiyi elektrik mişarı ilə ağacları kəsməyə başlamışdır. Yəni ki, Durasana ağacları kəsəcəyi yeri heç kim göstərməmiş və Durasan özü də həmin yeri biletə əsasən seçməmişdir. O, şəkər xəstəsidir. Buna görə də Durasan ağac kəsərkən onun yanında olmamışdır. Yalnız maşının yanında dayanaraq onların işini qurtarmağını gözləmişdir. Buna görə də Durasanın İsmayıllı rayonu Kəlfərəc kəndində yerləşən “Qaçayın biçənəyi” adlanan ərazidə hansı növdən və neçə ədəd ağac kəsməsini əqiq bilmir. Lakin Durasan tərəfindən kəsilmiş ağaclar maşına yükləndikdə maşının yük yeri artıq dolmaq üzərə olmuşdur. Durasan həmin ərazidən ağacları kəsən zaman o, həmin kəsilmiş ağacları maşına yığdırmaq üçün Durasanın qardaşı Şahid3, qohumum X3, Durasanın bacısı oğlu X12 və sürücü qismində isə həmkəndlisi X2 üçün çağırmışdır. Həmin ərazidən ağaclar qaynı Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş, Durasanın qardaşı Şahid3, qohumu X7, Durasanın bacısı oğlu X20 onun xahişi ilə kəsilmiş ağacları maşına yükləmək üçün fəhlə kimi gəlmiş, X21 isə həmin ağacları öz maşını ilə gətirmək üçün onun xahişi ilə gəlmişdir. Şahidlər - Şahid1 və Şahid3 məhkəməyə verdikləri ifadələrində Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişlər. Şahid5 ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Zərnava kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onun qohumudur. 2022-ci ilin avqust ayının əvvəllərində yəni 5-dən 15-nədək olan müddət ərzində yaşadığı kənddə olarkən qonşusu və kirvəsi Təqsirləndirilən şəxsla rastlaşarkən sonuncuya odun gətirmək üçün biletinin olduğunu və meşəyə gedib kəsmiyini xahiş etmişdir. Durasan da onunla razılaşmış və onlar səhər saat 07-08 radələrində yola çıxmışlar. Durasan özünə məxsus motopilasını və ləvazimatlarını götürmüşdür. Belə ki, onun benzini və yağını o, almışdır. Gedəndə o, piyada, Durasan isə öz atı ilə getmişdir. Onlar Fuzulinin ona göstərdiyi yerə getmiş və həmin yerdə Füzuli ona göstərdiyi 6 ədədi fıstıq və 1 ədədi isə ağcaqayın olmaqla ümumilikdə 7 ədəd ağacı Durasana o, göstərmişdir. Bundan sonra Durasan həmin ağacları kəsib doğramışdır. Onlar ora gedərkən Natiq və Xamis gəlməmiş və oradan ağac kəsməyə onlar etiraz etməmişlər. O, odunları topladıqdan sonra Sergey və Elsəvərə zəng edib köməyə çağırmışdır. Sergey, özünə məxsus “Ural” markalı avtomaşını ilə eləcə də yeznəsi Elsəvər, oğlu Fərid və Sənan, bir də tanışı İldırım gəlmişlər. Onlar topa şəkildə odunu Sergeyin maşınına yükləmişlər. Daha sonra da onun yaşadığı ünvana gətirmişlər. Şahid5 ifadəsinə davam edərək bildirmişdir ki, onun qardaşı Cəsarət Fərəcov İİ Qarabağ müharibəsində şəhid olmuşdur. Buna görə anası X13 rayon İcra Hakimiyyəti Başçısının qəbuluna getmiş, Başçının tapşırığı ilə İsmayıllı rayon Meşə idarəsinin müdiri Rəsul müəllim anasının adına meşəqırma bileti vermişdir. Anası da həmin bileti ona vermişdir. Biletin icrası üzərində Füzuli müəllimin adına yazılmışdır. O, bileti götürəndə Füzuli müəllim idarədə olmuşdur. Bileti götürəndən təxminən 4-5 gün sonra Füzuli, o və Xamis birlikdə meşəyə getmişlər. Füzuli odunu kəsəcəyi yeri və oradakı ağacları ona göstərmişdir. Həmin vaxtı orada Durasan olmamışdır. Sabahısı gün o, Durasanla birlikdə Füzulinin ona göstərdiyi yerə getmiş və o, Füzulinin ona göstərdiyi 7 ədəd ağacları Durasana göstərmişdir. Durasan da həmin 7 ədəd ağacları kəsib doğramışdır. Onu da qeyd etmişdir ki, biletdə 6 kub oduna icazə verilmişdir. Biletdə quru odun göstərilmişdir. Meşədə quru odun yoxdur. Buna görə o, Təqsirləndirilən şəxs yaş ağac kəsməsini xahiş etmişdir. Durasan bu işi təmənnasız olaraq onun üçün görmüşdür. Durasan odunu özünə məxsus “Əloğlu” markalı motopilası ilə kəsib doğramışdır. O, həmin yerin Zərnava bələdiyyəsinə aid olmasını bilməmişdir. Həmin yeri və ağacları ona Füzuli müəllim göstərmiş, o da buna görə Durasana həmin yeri və ağacları göstərmişdir. Durasan da göstərişi əsasında bundan sonra ağacları kəsib doğramışdır. Anası yaşlı və xəstə qadındır. Hadisə yerinə anası getməmişdir. Şahid11 məhkəməyə verdiyi ifadəsində Şahid5 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Şahid12 ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Sərdəhar kəndində yaşayır. Təqsirləndirilən şəxs tanıyır, onun tanışıdır, onunla münasibətləri normal olmuşdur. 2022-ci ilin oktyabr ayının əvvəllərində Durasan ona zəng edərək bacısı oğlu Şahid1 üçün meşədən 3 kub odun gətirmək məqsədilə bilet almaq istədiklərini, bunun üçün ona kömək etməyini xahiş etmişdir. O da, etiraz etməmiş və razılaşmışdır. Bu məqsədlə meşə idarəsinə getmiş və 3 kub odun üçün rüsumun 51 manat olmasını öyrənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu Mehmanla görüşdürmüşdür. Görüşən zaman Mehman ona 3 kub odun gətirmək istədiyini bildirmişdir. O da, Mehmana vəziyyəti izah etmişdir. Mehman ona 56 manat pul vermişdir. Həmin pulun 51 manatını rüsum üçün, 5 manatını da yol pulu üçün vermişdir. Bundan sonra o, təkrar meşə idarəsinə getmişdir. Lakin müdir olmadığı üçün bileti ala bilməmişdir. Növbəti günü, yəni xx.xx.2022-ci il tarixində o, təkrar bilet almaq üçün meşə idarəsinə getmişdir. Yolda olan zaman Durasan ona zəng edərək bileti alıb almadığını soruşmuşdur. O isə ona yolda olduğunu və idarəyə getdiyini bildirmişdir. Bu zaman Durasan ona artıq meşədə olduğunu və ağacları kəsməyə başlayacağını bildirmişdir. Bu zaman o, Durasana bilet olmadan ağacları kəsməməsini, həmçinin ona bildirdiyi ağacları kəsəcəyi yerin meşə ərazisi olmadığını bildirmişdir. Bu zaman Durasan “biz işimizi görmüşük” deyə bildirmişdir. O, bundan sonra bileti almış və xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhəri ərazisində Şahid1 vermişdir. O, həmin ağacların konkret olaraq kim tərəfindən kəsildiyini real olaraq görməmişdir. Çünki o, Durasanın xahişi ilə bacısı oğlu Mehman üçün meşə idarəsindən bilet almağa gedən zaman Durasan ona zəng edərək bileti alıb almadığını soruşmuşdur. O isə Durasana yolda olduğunu və idarəyə getdiyini bildirmişdir. Bu zaman Durasan ona artıq meşədə olduğunu və ağacları kəsməyə başlayacağını bildirmişdir. Bu zaman o, Durasana bilet olmadan ağacları kəsməməsini, həmçinin ona bildirdiyi ağacları kəsəcəyi yerin meşə ərazisi olmadığını bildirmişdir. Bu zaman Durasan “biz işimizi görmüşük” deyə bildirmişdir. Buna görə həmin ağacların Durasan tərəfindən kəsilməsini düşünür. Şahid7 ifadə verərək göstərdi ki, o, “Şahdağ Milli Parkı”nın İsmayıllı rayon bölməsində mühafizə yegeri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri normal olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində o, işi ilə bağlı meşə ərazisində gəzərkən yaxınlıqdan elektrik mişarının səsini eşitmişdir. O, həmin yerə getdikdə isə Təqsirləndirilən şəxs elektrik mişarı ilə ağac kəsdiyini, əvvəldən tanıdığı Anar Hacıyevə məxsus “QAZ 66” markalı avtomobilin orda olmasını, Şahid2 və Anar Hacıyevin maşının yanında dayanmasını, Müzəffər Səmədov, Şahid10 və Şahid3 isə doğranmış odunları maşına yığdığını görmüşdür. O, ora çatanda işlədiyi yerin müfəttişi Şahid8 da artıq orada olmuşdur. Onlar onlara niyə ağac kəsməsini soruşduqda onlar biletlərinin olduqlarını bildirmişlər. Lakin buna baxmayaraq onlar hadisə barədə aidiyyəti üzrə meşə idarəsinə məlumat vermiş və oradan çıxıb getmişlər. Şahid7 ifadəsinə davam edərək bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində işi ilə bağlı meşə ərazisində gəzərkən yaxınlıqdan elektrik mişarının səsini eşitmişdir. O, həmin yerə getdikdə isə Təqsirləndirilən şəxs elektrik mişarı ilə ağac kəsdiyini, əvvəldən tanıdığı Anar Hacıyevə məxsus “QAZ 66” markalı avtomobilin orda olmasını, Şahid2 və Anar Hacıyevin maşının yanında dayanmasını, Müzəffər Səmədov, Şahid10 və Şahid3 isə doğranmış odunları maşına yığdığını görmüşdür. Təqsirləndirilən şəxs əlində, oraya gələndə əlində elektrik mişarı olmuşdur. O, gördüyü zaman da elektrik mişarından istifadə etmiş və ağacları həmin elektrik mişarı ilə kəsmişdir. O və müfəttiş Şahid8 onlara niyə ağac kəsməsini soruşduqda onlar biletlərinin olduqlarını bildirmişlər. Buna görə onlar hansı ağacların kəsilməsinə baxmamışlar. Həmçinin ağac kəsilən ərazi Zərnava bələdiyyəsinə məxsusdur. Durasan həmin ərazidən ağacları kəsən zaman o, əvvəldən tanıdığı Anar Hacıyevə məxsus “QAZ 66” markalı avtomobilin orda olmasını, Şahid2 və Anar Hacıyevin maşının yanında dayanmasını, Müzəffər Səmədov, Şahid10 və Şahid3 isə doğranmış odunları maşına yığdığını görmüşdür. Həmin ərazidən ağaclar Təqsirləndirilən şəxs tərəfindən kəsilmiş, əvvəldən tanıdığı Anar Hacıyevə məxsus “QAZ 66” markalı avtomobil ağacları daşımaq üçün orada olmuş, Müzəffər Səmədov, Şahid10 və Şahid3 isə doğranmış odunları maşına yığmışdır. Şahid8 ifadəsində Şahid7 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Şahid9 ifadə verərək göstərdi ki, o, 2000-ci ildən Şamaxı RMTM-nin müxtəlif vəzifələrində işləmişdir. Ona təhkim olunmuş ərazi 9000 hektardır. Həmin ərazi İsmayıllı rayonu Aşağı Cülyan kəndindən başlayıb Sulut çayına qədər davam edir. Ərazisinə daxil olan 9 dolaya hər dolaya 1 nəfər olmaqla 9 nəfər meşə gözətçisi ona tabedir və onun əraziyə nəzarət etməsinə köməklik edirlər. Bildirmişdir ki, o, məlum ərazidə qanunsuz ağaclar kəsilməsi faktından və həmin cinayət işindən hazırda məlumatlıdır. İş materialları ilə tanış olmuşdur. Bildirmişdir ki, hər il meşənin ərazisindən kənd camaatının qışda yandırması və odunla təmin olunması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti tərəfindən təxminən 10-15 ha civarında meşə sahəsi ayrılır. Həmin meşə sahəsi də daha yaşlı, xəstə, köküstə qurumuş və zəif inkişaf etmiş ərazidən nəzərdə tutulur. 2022-ci ildə də sözügedən “qırma sahəsi” meşəbəyisi olduğu Talıstan meşəbəyliyinin 8A saylı dolayın 33-cü kvartalında ayrılmışdır. Həmin yer el arasında “Kəlfərəc bərzəsi” kimi tanınır. O, həmin yerə sonradan gəlib baxmışdır. Ağaclar Təqsirləndirilən şəxs tərəfindən kəsilərkən görməmiş, nə də odunlar aparılarkən görməmişdir. Lakin sonradan bilmişdir ki, Durasan həmin ağacları həmkəndlisi Şahid5 xahişi ilə kəsmişdir. Lakin kimə məxsus avtomaşınla odunun aparılmasını da bilmir, bu barədə məlumatı yoxdur. Bundan başqa İ Qarabağ müharibəsi şəhidi Cəsarət Fərəcovun anası Nərgiz Fərəcova hər il İsmayıllı Rayon İcra Hakimiyyətinin Başçısının qəbulunda olmaqla onlara ödənişsiz odun gətirmək üçün bilet verilir. 2022-ci ilin avqust ayında da Başçının tapşırığı ilə Nərgiz Fərəcovanın adına bilet verilmiş və icrası ona tapşırılmışdır. X4 Fərəcov İsmayıllı rayonu Xanagah kəndində yerləşən iş yerindən bileti götürərkən o, orada olmamışdır. Rəfail bileti aldıqdan bir neçə gün sonra ona mobil telefonla zəng vurub bilet aldığını və buna görə də odununu istədiyini bildirmişdir. O isə Rəfailə odunun meşəyə aid olan “qırma sahəsi”ndən gətirməsini təklif etmişdir. Lakin Rafail ona cavabında demişdir ki, həmin ərazi ona uzaqdır və maşın da odunu baha gətirir. O, Rəfailə maddi köməklik edə biləcəyini və odunu dediyi “Kəlfərəc bərzəsi” adlanan ərazidən gətirməsini xahiş etmişdir. Rəfail ona cavabında demişdir ki, o, hər il “Bərzə və Qaçayın biçənəkləri” adlanan ərazidən odununu aparmışdır, bu il də həmin yerdən aparacaq. O, Rəfailə ardınca demişdir ki, “Bərzə və Qaçayın biçənəkləri” adlanan ərazi meşə fondu torpaqlarına aid deyildir, o, həmin yerə nəzarət etmir. Ora Şahdağ Milli parkının ərazisidir. Ardınca Şahdağ Milli parkının yegeri Natiqə zəng vurub xahiş edəcəyini demişdir. Bundan sonra o, Şahdağ Milli parkının həmin ərazidə yegeri vəzifəsində işləyən Şahid7 zəng vurub Rəfailin “Bərzə və Qaçayın biçənəkləri” adlanan ərazidən odun aparmaq istədiyini bildirmişdir. Natiq isə ona cavabında bildirmişdir ki, onsuz da Rəfail hər il Milli parka aid ərazidən odun kəsdirib aparır, yenə də aparacaq. O, Natiqdən xahiş etmişdir ki, əgər qırıntı və qurumuş ağaclar varsa şəhid ailəsidir, dəymə aparsın. Natiq də ona demişdir ki, sabah gələrsən, birlikdə baxarıq əgər mümkündürsə yola verərik. Sabahısı gün həmin əraziyə getmiş, Rəfail artıq ağacları kəsdirib aparmışdır. Sonradan eşitmişdir ki, Rəfail həmin ağacları həmkəndlisi Durasana kəsdirmişdir. O, həmin əraziyə Rəfail və Natiqlə birlikdə getməmişdir. Rəfailə də “Bərzə və Qaçayın biçənəkləri” deyilən ərazidən odun kəsəcəyi yeri və kəsəcəyi ağacları göstərməmişdir. Belə bir şey olmamışdır. Onu da ifadəsinə əlavə etmişdir ki, o, sözügedən ərazinin ümumiyyətlə Şahdağ Milli parkının ərazisi kimi tanımışdır. Lakin 2022-ci ilin sentyabr ayının axırında və noyabr ayının əvvələrində məlum olmuşdur ki, həmin ərazi Şahdağ Milli Parkına məxsus olmamaqla İsmayıllı rayonu Zərnava bələdiyyəsinə məxsus ərazidir. Eyni zamanda qeyd etməlidir ki, Rəfail ağacları həmkəndlisi Durasana kəsdirəndə və odunu aparanda o, orada olmamış və görməmişdir. Odunun da kimə məxsus avtomaşınla aparılmasından xəbəri yoxdur. Bildirmişdir ki, Onu da qeyd etmişdir ki, Nərgiz Fərəcovanın biletində 6 kub oduna icazə verilmişdir. Biletdə kəsiləcək odunun quru və ya yaş olması konret olaraq göstərilmir. Lakin yuxarıda qeyd etdiyi kimi bu odun quru və yaş ola bilər. Lakin yaş odun kəsim sahəsindən qırılma odun olmalıdır. Çünki həmin sahədən ayrılmış odun xəstə, yaşlı vəs. normal olmur. Kəsim üçün də belə ağaclar nəzərdə tutulur. Onun həmin hadisə ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. 24 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə İsmayıllı rayon Zərnava kəndində yerləşən meşəlik ərazidə baş verməsi, hadisənin baş verdiyi yerin düzənlik və təpəlik relyefə malik sahədən ibarət olması, hadisənin baş verdiyi yerin Zərnava kəndindən təxminən 4 km məsafədə olması, kənddən həmin əraziyə torpaq örtüyə malik yolun olması müəyyən edildi. Baxış zamanı ərazidə diametri 08 santimetr olan 01 ədəd, diametri 12 santimetr olan 03 ədəd, diametri 16 santimetr olan 02 ədəd, diametri 20 santimetr olan 01 ədəd, diametri 28 santimetr olan 02 ədəd, diametri 32 santimetr olan 01 ədəd, diametri 40 santimetr olan 02 ədəd olmaqla cəmi 12 ədəd fıstıq cinsindən ağacların, diametri 20 santimetr olan cəmi 01 ədəd, diametri 24 santimetr olan cəmi 01 ədəd, diametri 28 santimetr olan 01 ədəd olmaqla cəmi 03 ədəd ağcaqayın cinsindən ağacların, diametri 60 santimetr olan cəmi 01 ədəd qoz cinsindən ağacın, diametri 12 santimetr olan cəmi 01 ədəd vələs cinsindən ağacın, diametri 24 santimetr olan cəmi 01 ədəd göyrük cinsindən ağacın, diametri 16 santimetr olan cəmi 02 ədəd yemişan cinsindən ağacın, diametri 12 santimetr olan cəmi 01 ədəd armud cinsindən ağacların kəsilməsi aşkar edildi. Baxışda iştirak edən 6 saylı RETSİ-nin əməkdaşı Nəriman Cırıyev və Famil Məmmədov aşkar edilmiş ağacların kəsilməsinin təxminən 1 il öncəyə təsadüf etdiyini bildirdi. Baxış zamanı hadisə yerində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və yaxud predmet aşkar edilmədiyindən götürülməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-42/2- 572/2023 nömrəli məktubda qeyd edilmişdir ki, İsmayıllı rayonu Kəlfərəc kəndində yerləşən “Bərzə” və “Qaçayın biçənəkləri” adlanan ərazidən kəsilmiş ağacların yerləşdiyi torpaq sahəsinin mülkiyyət növü Bələdiyyə, kateqoriyası “kənd təsərrüfat təyinatlı”, uqodiyası kolluq ərazi olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli 75467 saylı ziyan aktına əsasən tərtib edilən “Yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması” Cədvəlindən görünür ki, İsmayıllı rayon Zərnava kəndində yerləşən meşəlik ərazidən, 1 ədəd 8 sm diametrdə 1-i 100 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 100 manat, 15 ədəd 12 sm diametrdə 1-i 120 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 1800 manat, 11 ədəd 16 sm diametrdə 1-i 150 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 1650 manat, 15 ədəd 20 sm diametrdə 1-i 180 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 2700 manat, 12 ədəd 24 sm diametrdə 1-i 200 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 2400 manat, 15 ədəd 28 sm diametrdə 1-i 250 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 3750 manat, 4 ədəd 32 sm diametrdə 1-i 300 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 1200 manat, 3 ədəd 36 sm diametrdə 1-i 350 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 1050 manat, 2 ədəd 40 sm diametrdə 1-i 400 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 800 manat, 4 ədəd 44 sm diametrdə 1-i 600 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 2400 manat, 1 ədəd 12 sm diametrdə 1-i 120 manatdan olmaqla palıd ağacının kəsilməsi nəticəsində 120 manat, 2 ədəd 36 sm diametrdə 1-i 350 manatdan olmaqla palıd ağacının kəsilməsi nəticəsində 700 manat, 1 ədəd 48 sm diametrdə 1-i 800 manatdan olmaqla palıd ağacının kəsilməsi nəticəsində 800 manat, 1 ədəd 32 sm diametrdə 1-i 300 manatdan olmaqla qoz ağacının kəsilməsi nəticəsində 300 manat, 1 ədəd 20 sm diametrdə 1-i 180 manatdan olmaqla gilas ağacının kəsilməsi nəticəsində 180 manat, 1 ədəd 12 sm diametrdə 1-i 120 manatdan olmaqla ağcaqayın ağacının kəsilməsi nəticəsində 120 manat, 2 ədəd 16 sm diametrdə 1-i 150 manatdan olmaqla ağcaqayın ağacının kəsilməsi nəticəsində 300 manat, 2 ədəd 20 sm diametrdə 1-i 180 manatdan olmaqla ağcaqayın ağacının kəsilməsi nəticəsində 360 manat, 1 ədəd 24 sm diametrdə 1-i 200 manatdan olmaqla ağcaqayın ağacının kəsilməsi nəticəsində 200 manat, 2 ədəd 28 sm diametrdə 1-i 250 manatdan olmaqla ağcaqayın ağacının kəsilməsi nəticəsində 500 manat, 14 ədəd 8 sm diametrdə 1-i 100 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 1400 manat, 17 ədəd 12 sm diametrdə 1-i 120 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 2040 manat, 18 ədəd 16 sm diametrdə 1-i 150 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 2700 manat, 15 ədəd 20 sm diametrdə 1-i 180 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 2700 manat, 11 ədəd 24 sm diametrdə 1-i 200 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 2200 manat, 12 ədəd 28 sm diametrdə 1-i 250 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 3000 manat, 6 ədəd 32 sm diametrdə 1-i 300 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 1800 manat, 4 ədəd 40 sm diametrdə 1-i 400 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 1600 manat, 1 ədəd 44 sm diametrdə 1-i 600 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 600 manat olmaqla cəmi 194 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan miqdarı cəmi 39470 (otuz doqquz min dörd yüz yetmiş) manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli 75506 saylı ziyan aktına əsasən tərtib edilən “Yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması” Cədvəlindən görünür ki, İsmayıllı rayon Zərnava kəndində yerləşən meşəlik ərazidən, 1 ədəd 8 sm diametrdə 1-i 100 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 100 manat, 6 ədəd 12 sm diametrdə 1-i 120 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 720 manat, 12 ədəd 16 sm diametrdə 1-i 150 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 1800 manat, 6 ədəd 20 sm diametrdə 1-i 180 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 1080 manat, 11 ədəd 24 sm diametrdə 1-i 200 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 2200 manat, 10 ədəd 28 sm diametrdə 1-i 250 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 2500 manat, 13 ədəd 32 sm diametrdə 1-i 300 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 3900 manat, 7 ədəd 36 sm diametrdə 1-i 350 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 2450 manat, 1 ədəd 40 sm diametrdə 1-i 400 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 400 manat, 3 ədəd 44 sm diametrdə 1-i 600 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 1800 manat, 1 ədəd 48 sm diametrdə 1-i 800 manatdan olmaqla fıstıq ağacının kəsilməsi nəticəsində 800 manat, 7 ədəd 12 sm diametrdə 1-i 120 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 840 manat, 16 ədəd 16 sm diametrdə 1-i 150 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 2400 manat, 5 ədəd 20 sm diametrdə 1-i 180 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 900 manat, 3 ədəd 24 sm diametrdə 1-i 200 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 600 manat, 5 ədəd 28 sm diametrdə 1-i 250 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 1250 manat, 3 ədəd 32 sm diametrdə 1-i 300 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 900 manat, 3 ədəd 36 sm diametrdə 1-i 350 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 1050 manat, 1 ədəd 40 sm diametrdə 1-i 400 manatdan olmaqla vələs ağacının kəsilməsi nəticəsində 400 manat, 1 ədəd 12 sm diametrdə 1-i 120 manatdan olmaqla palıd ağacının kəsilməsi nəticəsində 120 manat, 3 ədəd 16 sm diametrdə 1-i 150 manatdan olmaqla palıd ağacının kəsilməsi nəticəsində 450 manat, 1 ədəd 20 sm diametrdə 1-i 180 manatdan olmaqla palıd ağacının kəsilməsi nəticəsində 180 manat, 4 ədəd 24 sm diametrdə 1-i 200 manatdan olmaqla palıd ağacının kəsilməsi nəticəsində 800 manat, 1 ədəd 28 sm diametrdə 1-i 250 manatdan olmaqla palıd ağacının kəsilməsi nəticəsində 250 manat, 1 ədəd 32 sm diametrdə 1-i 300 manatdan olmaqla palıd ağacının kəsilməsi nəticəsində 300 manat, 3 ədəd 36 sm diametrdə 1-i 350 manatdan olmaqla palıd ağacının kəsilməsi nəticəsində 1050 manat, 1 ədəd 40 sm diametrdə 1-i 400 manatdan olmaqla palıd ağacının kəsilməsi nəticəsində 400 manat, 1 ədəd 12 sm diametrdə 1-i 120 manatdan olmaqla ağcaqayın ağacının kəsilməsi nəticəsində 120 manat, 1 ədəd 20 sm diametrdə 1-i 180 manatdan olmaqla ağcaqayın ağacının kəsilməsi nəticəsində 180 manat, 1 ədəd 24 sm diametrdə 1-i 200 manatdan olmaqla ağcaqayın ağacının kəsilməsi nəticəsində 200 manat, 1 ədəd 32 sm diametrdə 1-i 300 manatdan olmaqla qoz ağacının kəsilməsi nəticəsində 300 manat, 1 ədəd 36 sm diametrdə 1-i 350 manatdan olmaqla qoz ağacının kəsilməsi nəticəsində 350 manat, 1 ədəd 60 sm diametrdə 1-i 1400 manatdan olmaqla qoz ağacının kəsilməsi nəticəsində 1400 manat, 1 ədəd 12 sm diametrdə 1-i 120 manatdan olmaqla armud ağacının kəsilməsi nəticəsində 120 manat, 2 ədəd 16 sm diametrdə 1-i 150 manatdan olmaqla armud ağacının kəsilməsi nəticəsində 300 manat, 1 ədəd 28 sm diametrdə 1-i 250 manatdan olmaqla gilas ağacının kəsilməsi nəticəsində 250 manat, 1 ədəd 40 sm diametrdə 1-i 400 manatdan olmaqla gilas ağacının kəsilməsi nəticəsində 400 manat, 1 ədəd 24 sm diametrdə 1-i 200 manatdan olmaqla göyrüc ağacının kəsilməsi nəticəsində 200 manat, 2 ədəd 16 sm diametrdə 1-i 150 manatdan olmaqla yemişan ağacının kəsilməsi nəticəsində 300 manat olmaqla cəmi 143 ədəd müxtəlif cinsli ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyan miqdarı cəmi 33760 (otuz üç min yeddi yüz altmış) manat təşkil etmişdir. Kompleks məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-7/1017; 9/5343 nömrəli rəyindən görünür: - Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası ETSN yanında X5 Xidmətinin xx.xx.2022-ci il tarixli 75467 nömrəli və xx.xx.2022-ci il tarixli 75506 nömrəli aktlarına əsasən (Yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması cədvəllərinə əsasən) 1 və 2 nömrəli Cədvəllərdə cinsi, sayı, diametri göstərilmiş ümumilikdə 337 (194+143) ədəd ağac kəsilmiş və ya məhv edilmişdir. - Tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası ETSN yanında X5 Xidmətinin xx.xx.2022-ci il tarixli 75467 nömrəli və xx.xx.2022-ci il tarixli 75506 nömrəli aktlarında kəsilmiş və ya məhv edilmiş ağacların dəqiq olaraq hansı tarixdə və hansı ərazidə kəsilməsi və bioloji inkişafda olub olmaması barədə heç bir məlumat verilmədiyindən qərarda göstərilmiş “ 1. 2022-ci ilin iyun ayından sentyabr ayınadək olan müddət ərzində İsmayıllı rayonun Zərnava bələdiyyəsinə məxsus meşə fonduna aid olmayan “Bərzə və Qaçayın” adlanan ərazidə köküstə yaş vəziyyətdə bioloji inkişafda olan 194 (bir yüz doxsan dörd) ədəd kəsilmiş ağacların növü müəyyən edilsin. 2. 2022-ci ilin oktyabr və noyabr aylarında İsmayıllı rayonun Zərnava bələdiyyəsinə məxsus meşə fonduna aid olmayan “Bərzə və Qaçayın” adlanan ərazidə köküstə yaş vəziyyətdə bioloji inkişafda olan 143 (bir yüz qırx üç) ədəd kəsilmiş ağacların növü müəyyən edilsin.” sualları üzrə tədqiqat işləri aparılmadı. - Ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası ETSN yanında X5 Xidmətinin xx.xx.2022-ci il tarixli 75467 nömrəli və xx.xx.2022-ci il tarixli 75506 nömrəli aktlarına və ona əlavə edilmiş hesablama cədvəllərinə əsasən ümumilikdə 337 (194+143) ədəd ağacların köküstə yaş halda qanunsuz məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi miqdarı 73230.00 (39470.00+33760.00) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. İsmayıllı Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli 1(037)-12/2024 nömrəli qərarına əsasən cinayət işi üzrə təkrar məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və cinayət işi materialları müvafiq ekspertizaların keçirilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. 01 may 2024-cü il tarixdə ekspert qarşısında qoyulmuş sualların həlli üçün aqronom (və ya mütəxəssis) rəyinin verilməsi ilə bağlı ekspert vəsatəti daxil olmuşdur. Qərarın və həmin vəsatətin surəti X22 İnkşaf Mərkəzinə göndərilməklə vəsatətdə qeyd olunmuş məsələlərin həlli məqsədi ilə X22 İnkşaf Mərkəzinin aqronomunun (və ya mütəxəssisin) həmin yerə baxış keçirərək müvafiq rəyin verilməsinin təmin edilməsi xahiş edilmiş, həmin təşkilatın vəsatətlə bağlı 10 may 2024-cü il tarixli 3-22-3-21/2-6/2024 nömrəli məktubu 16 may 2024-cü tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi müvafiq rəy verilməsi mümkün olmamış və cinayət işi materialları məhkəməyə qaytarılmışdır. Müstəntiqin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə hazırki cinayət işindən İsmayıllı rayonunun Kəlfərəc kəndinin ərazisində yerləşən, “Bərzə” və “Qaçayın biçənəkləri” adlanan, İsmayıllı rayonunun Zərnava bələdiyyəsinin mülkiyyətində olmaqla meşə fonduna daxil olmayan ərazidən vələs cinsindən olan, diametri 8 santimetr, dəyəri 100 manat təşkil edən 1 ədəd, vələs cinsindən olan, diametri 12 santimetr, dəyəri 120 manat təşkil edən 21 ədəd, vələs cinsindən olan, diametri 16 santimetr, dəyəri 150 manat təşkil edən 27 ədəd, vələs cinsindən olan, diametri 20 santimetr, dəyəri 180 manat təşkil edən 20 ədəd, vələs cinsindən olan, diametri 24 santimetr, dəyəri 200 manat təşkil edən 15 ədəd, vələs cinsindən olan, diametri 28 santimetr, dəyəri 250 manat təşkil edən 20 ədəd, vələs cinsindən olan, diametri 32 santimetr, dəyəri 300 manat təşkil edən 7 ədəd, vələs cinsindən olan, diametri 36 santimetr, dəyəri 350 manat təşkil edən 6 ədəd, vələs cinsindən olan, diametri 40 santimetr, dəyəri 400 manat təşkil edən 3 ədəd, vələs cinsindən olan, diametri 44 santimetr, dəyəri 600 manat təşkil edən 4 ədəd, palıd cinsindən olan, diametri 12 santimetr, dəyəri 120 manat təşkil edən 2 ədəd, palıd cinsindən olan, diametri 16 santimetr, dəyəri 150 manat təşkil edən 3 ədəd, palıd cinsindən olan, diametri 20 santimetr, dəyəri 180 manat təşkil edən 1 ədəd, palıd cinsindən olan, diametri 24 santimetr, dəyəri 200 manat təşkil edən 4 ədəd, palıd cinsindən olan, diametri 28 santimetr, dəyəri 250 manat təşkil edən 1 ədəd, palıd cinsindən olan, diametri 32 santimetr, dəyəri 300 manat təşkil edən 1 ədəd, palıd cinsindən olan, diametri 36 santimetr, dəyəri 350 manat təşkil edən 5 ədəd, palıd cinsindən olan, diametri 40 santimetr, dəyəri 400 manat təşkil edən 1 ədəd, palıd cinsindən olan, diametri 48 santimetr, dəyəri 800 manat təşkil edən 1 ədəd, qoz cinsindən olan, diametri 32 santimetr, dəyəri 300 manat təşkil edən 2 ədəd, qoz cinsindən olan, diametri 36 santimetr, dəyəri 350 manat təşkil edən 1 ədəd, gilas cinsindən olan, diametri 20 santimetr, dəyəri 180 manat təşkil edən 1 ədəd, gilas cinsindən olan, diametri 28 santimetr, dəyəri 250 manat təşkil edən 1 ədəd, gilas cinsindən olan, diametri 40 santimetr, dəyəri 400 manat təşkil edən 1 ədəd, armud cinsindən olan, diametri 16 santimetr, dəyəri 150 manat təşkil edən 2 ədəd, ağcaqayın cinsindən olan, diametri 12 santimetr, dəyəri 120 manat təşkil edən 2 ədəd, ağcaqayın cinsindən olan, diametri 16 santimetr, dəyəri 150 manat təşkil edən 2 ədəd, ağcaqayın cinsindən olan, diametri 20 santimetr, dəyəri 180 manat təşkil edən 2 ədəd, ağcaqayın cinsindən olan, diametri 24 santimetr, dəyəri 200 manat təşkil edən 1 ədəd, ağcaqayın cinsindən olan, diametri 28 santimetr, dəyəri 250 manat təşkil edən 1 ədəd, fıstıq cinsindən olan, diametri 8 santimetr, dəyəri 100 manat təşkil edən 14 ədəd, fıstıq cinsindən olan, diametri 12 santimetr, dəyəri 120 manat təşkil edən 20 ədəd, fıstıq cinsindən olan, diametri 16 santimetr, dəyəri 150 manat təşkil edən 28 ədəd, fıstıq cinsindən olan, diametri 20 santimetr, dəyəri 180 manat təşkil edən 20 ədəd, fıstıq cinsindən olan, diametri 24 santimetr, dəyəri 200 manat təşkil edən 22 ədəd, fıstıq cinsindən olan, diametri 28 santimetr, dəyəri 250 manat təşkil edən 20 ədəd, fıstıq cinsindən olan, diametri 32 santimetr, dəyəri 300 manat təşkil edən 18 ədəd, fıstıq cinsindən olan, diametri 40 santimetr, dəyəri 400 manat təşkil edən 3 ədəd, fıstıq cinsindən olan, diametri 44 santimetr, dəyəri 600 manat təşkil edən 4 ədəd, fıstıq cinsindən olan, diametri 48 santimetr, dəyəri 800 manat təşkil edən 1 ədəd, yəni cəmi 67920 manat (37440 manat və 30480 manat olmaqla) dəyərində 316 (187 ədəd və 129 ədəd olmaqla) ədəd ağacın naməlum şəxs və ya şəxslər tərəfindən qanunsuz kəsilib götürülməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 259.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. 18 may 2023-cü il tаriхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı rayon X10 X19 Poliklinika şöbəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın Konsultativ Poliklinika şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur. İsmayıllı rayon İHB-nin Zərnava İƏB-dən alınmış arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Zərnava kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı və övladlarından ibarətdir, ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, ümumilikdə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətini yüngülləşdirmək niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş hadisə yerinə və təqdim edilmiş videodiskə baxış keçirilməsinə dair protokollar, habelə mıəhkəmə baxışı zamanı təyin edilərək keçirilmiş hadisə yerinə baxış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Şahid5 xahişi əsasında İsmayıllı rayonunun Kəlfərəc kəndinin ərazisində yerləşən, “Bərzə” və “Qaçayın biçənəkləri” adlanan, İsmayıllı rayonunun Zərnava bələdiyyəsinin mülkiyyətində olmaqla meşə fonduna daxil olmayan ərazidən cəmi 7 (yeddi) ədəd yaş kök üstə ağacları, qohumu Şahid1 xahişi əsasında İsmayıllı rayonunun Kəlfərəc kəndinin ərazisində yerləşən, “Bərzə” və “Qaçayın biçənəkləri” adlanan, İsmayıllı rayonunun Zərnava bələdiyyəsinin mülkiyyətində olmaqla meşə fonduna daxil olmayan ərazidən cəmi 14 (on dörd) ədəd yaş kök üstə ağacları motorlu mişarla vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz kəsib götürməsini etiraf edir, lakin, həmin ağacları kəsməyə müvafiq biletlətinin olmasını əsas gətirərək özünü qismən təqsirli hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən Şahid5 və Şahid1 verilmiş meşə məhsullarının buraxılış orderlərinin surətlərindən müəyyən olunur ki, qış odunu tədarükü məqsədi ilə müşə sahələrinin xüsusi ayrılmış hissələrindən yalnız qırıntı (töttöküntü) oduncağı aparılmasına icazə verilmişdir. Cinayət işi materiallarında yaş kökü üstə ağaclarının kəsilməsinə icazə verilməsinə dair heç bir icazə sənədi mövcud deyildir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan başqa məhkəmə törədilmiş əməlin ictimati təhlükəlilik dərəcəsinə də diqqət çəkməklə qeyd edir ki, Təqsirləndirilən şəxs ağacları heç bir maddi marağı olmadan, həmkəndlisi oolan şəhid ailəsinə qış odunu tədarükü məqsədi ilə kəsmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Zərnava kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut və müsadirə edilməli əmlak yoxdur. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayon Zərnava kəndində yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar