Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-12/2025 15.05.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə 15 may 2025-ci il tarixdə saat 12:40-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1992-ci ildə İsmayıllı rayonu, Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, İsmayıllı rayonu, Kürdmaşı kəndində qeydiyyatda olan və yaşayan, himayəsində dörd azyaşlı övladı olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan, 17 iyul 2017-ci il tarixdən hesablanmaqla 23 iyun 2013-cü il təvəllüdlü X6 və 27 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Əlizadə (Quliyeva) Nərmin Tahir qızına verilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(037)-1310/2017 saylı, 24 avqust 2017-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 3(037)-515/2022 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 gün müddətinə, həmin məhkəmənin 11 oktyabr 2023-cü il tarixli, 3(037)-497/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 20 noyabr 2023-cü il, 01 fevral 2024-cü il və 15 iyul 2024-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün üçün təqdimat verilən 31 iyul 2024-cü il tarixinə kimi 8090,00 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Əlizadə (Quliyeva) Nərmin Tahir qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2012-ci il tarixdə rəsmi qaydada ailə qurmuşlar. Həmin evlilikdən 23 iyun 2013-cü il təvəllüdlü X6 və 27 dekabr 2016-cı il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra İsmayıllı rayonun Kürdmaşı kəndində valideynləri ilə birlikdə yaşamışlar. Həmin vaxtlar idman fəaliyyəti ilə məşğul olmuş, yəni İsmayıllı rayonunda fərdi idman dərsləri keçərək gəlir əldə etmişdir. Əvvəllər Nərmin ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Nərminin anası şəxsi həyatlarına tez-tez müdaxilə etidyindən, yola gedə bilmədiklərindən münasibətləri pisləşmiş və bundan sonra ayrılmaq qərarına gəlmişlər. Nərmin himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(037)-1310/2017 saylı, 24 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən ondan 17 iyul 2017-ci il tarixdən hesablanmaqla 23 iyun 2013-cü il təvəllüdlü X6 və 27 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq Əlizadə Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə İsmayıllı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Səhlənkarlıq etdiyindən və maddi imkanının kifayət gədər olmadığından alimenti ödəməmiş və bu səbəbdən borc yaranmışdır. Alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli inzibati qərarına əsasən 12 gün müddətinə, həmin məhkəmənin 11 oktyabr 2023-cü il tarixli qərarına isə 15 gün müddətinə inzibati qaydada həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Təqdimat verilən günə, yəni 31 iyul 2024-cü il tarixə kimi Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 8090 manat təşkil etmişdir. Hazırda İsmayıllı rayonun Kürdmaşı kəndində fərdi əmək fəaliyyəti ilə məşğul olur, yəni avtoyuma mərkəzində yuyucu işləyir. Gündəlik gəliri təxminən 20,00-25,00 manat təşkil edir. Həmçinin kənd ərazisində fəhləlik edərək əlavə qazanc əldə edir. Məşğulluq Mərkəzi tərəfindən təklif olunan işlərin onu qane etmədiyindən və daim fərqli yerlərdə işlədiyindən mərkəzə müraciət etməmişdir. Ayrıldıqdan sonra Əfsanə Quliyeva ilə rəsmi qaydada ailə qurmuş, həmin evlilikdən Qadir və Aylin adlı övladları anadan olmuşdur. Törətdiyi əmələ görə peşman oğmuş, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə razılıq əldə etmiş və ona olan aliment borcunu ödəmişdir. Sonuncunun ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə hökm çıxarılanadək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etdiyi üçün icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci il tarixdə rəsmi qaydada ailə qurmuşlar. Həmin evlilikdən 23 iyun 2013-cü il təvəllüdlü X6 və 27 dekabr 2016-cı il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra İsmayıllı rayonun Kürdmaşı kəndində yaşamışlar. Həmin vaxtlar Təqsirləndirilən şəxs atasına məxsus Kürdmaşı kəndində yerləşən ərzaq mağazasında işləmiş və yetərli qazanc əldə etmişdir. Əvvəllər Cəlal ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Belə ki, Cəlal tüfeyli həyat tərzi sürdüyündən, ailəsi ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(037)-1310/2017 saylı, 24 avqust 2017-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 17 iyul 2017-ci il tarixdən hesablanmaqla 23 iyun 2013-cü il təvəllüdlü X6 və 27 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 100,00 manat olmaqla, cəmi 200,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İsmayıllı Rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs anası sağ olan zamanlar fasilələrlə aliment ödəsə də, sonradan anası vəfat etdikdən sonra heç bir aliment ödəməmişdir. Təqsirləndirilən şəxs dəfələrlə aliment ödənilməsi tələb olunsa da, ödəməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Məhkəmə qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2022-cü il tarixli inzibati qərarına əsasən 12 gün müddətinə, həmin məhkəmənin 11 oktyabr 2023-cü il tarixli qərarına əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 31 iyul 2024cü il tarixə ödənməmiş aliment borcu 8090,00 manat təşkil etmişdir. Bildiyi qədəri ilə, Təqsirləndirilən şəxs Kürdmaşı kəndində avtoyuma mərkəzində işləyir və gündəlik 50,00- 60,00 manat qazanc əldə edir. Cəlalın övladları ilə maraqlanmadığını, nə maddi, nə mənəvi dayaq durmadığını qeyd etmişdir. Dəfələrlə alimentin ödəməsini tələb etəsə də, Cəlal hər dəfə ödəməyəcəyini bildirmişdir. Məhkəmə icraatında Təqsirləndirilən şəxs onunla razılıq əldə edərək aliment borcunu tamamilə ödəmişdir. Ondan şikayət və tələbi yoxdur. Hökm çıxarılanadək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etdiyi üçün cinayət işi üzrə icraata xitam verilməsi və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Şahid, İsmayıllı rayon İcra və probasiya şöbəsinin sabiq böyük icra məmuru Şahid Ramiz oğlu ifadə verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 24 avqust 2017-cı il tarixli, 2(037)-1310/2017 saylı icra vərəqəsinə əsasən borclu Təqsirləndirilən şəxs iki uşağın yetkinlik yaşına çatanadək maddi təminatı üçün 17 iyul 2017-ci il tarixindən başlayaraq hər ay 200,00 manat aliment məbləğinin tutularaq Əlizadə (Quliyeva) Nərmin Tahir qızına ödənilməlidir. İcra sənədi 25 avqust 2017-ci il tarixdə icraata daxil olmuş, həmin tarixdə də icraata qəbul edilərək borclu Təqsirləndirilən şəxs qərar və bildiriş göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Borclunun yaşayış yerini müəyyən etmək mümkün olmadığı üçün onun axtarılması haqqında 11 oktyabr 2022-ci il tarixli qərar qəbul edilərək İsmayıllı rayon Polis Şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs 13 dekabr 2022-ci il tarixdə İsmayıllı rayon icra və probasiya şöbəsinə təhvil verilməsi təmin olunmuşdur. Borclu Təqsirləndirilən şəxs ödənilməmiş aliment borcunun ödənilməsi tələb olunaraq onun izahatı alınmış və qanunvericilikdə nəzərdə tutulan məsuliyyətlər ona elan olunmuş, lakin borclu Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək aliment borcunun ödənilməsini təmin etməmişdir. Borclu icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən onun barəsində 13 dekabr 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq İsmayıllı rayon məhkəməsinə göndərilmişdir. İsmayılı Rayon Məhkəməsinn 13 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs inzibati tənbeh növündə 12 gün müddətində inzibati həbs ilə tənbeh olunmuşdur. Bundan sonra borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, icra sənədləri üzrə alimentin tələbkarlara ödənilməsini təmin etməmişdir. Həmçinin 11 oktyabr 2023-cü il tarixdə də, borclu Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsi tərəfindən inzibati tənbeh növündə 15 gün müddətində inzibati həbs ilə tənbeh olunmuşdur. Borcludan dəfələrlə icra vərəqələri üzrə borcun ödənilməsi tələb olunmasına baxmayaraq o, qərəzli olaraq icra sənədini icra etməmiş, icra sənədi üzrə yaranmış 8090,00 manat məbləğində aliment borcunun ödəməkdən yayınmışdır. Onun əməlində qərəzlilik müşahidə edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün İstintaq İdarəsinə təqdimatla müraciət olunmuşdur. Məhkəmə iclasında şаhid qismində dindirilmiş İsmayıllı Rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 eyni məzmunlu ifadə verərək Şahid ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statsitik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. 20 noyabr 2023-cü il, 01 fevral 2024-cü il və 15 iyul 2024-cü il tarixli xəbərdarlıq məktublarından, İsmayıllı Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 3(037)- 515/2022 saylı və 11 oktyabr 2023-cü il tarixli, 3(037)-497/2023 saylı qərarlarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(037)-1310/2017 saylı, 24 avqust 2017-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. 11 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 X1 Filialı tərəfindən göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs işaxtaran kimi qeydiyyata alınmamışdır. Təqsirləndirilən şəxslə əlaqə saxlanılaraq ona işaxtaran kimi qeydiyyatının bərpa etməsi və işsiz kimi qeydiyyata alınması, həmçinin müvafiq işlə təmin olunması məqsədilə İsmayıllı rayon xidmət şöbəsinə müraciət etməsi tövsiyə olunmuşdur. 15 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində axtarışda olan şəxs qismində tutulmuşdur. Müstəntiqinin 15 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və həmin tarixdə saat 13:00-da bakı şəhəri Yasamal RPŞ-nin MSY-dən azad edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 24 aprel 2025-ci il tarixli 1(037)-12/2025 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs axtarışı elan edilmiş və barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Eyni zamanda, məhkəmənin həmin tarixli qərarına əsasən Təqsirləndirilən şəxs tutulub məhkəmə iclasına gətirilənədək onun barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. İsmayıllı rayon Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilən 13 may 2025-ci il tarixli 84/2-9860/25 nömrəli məktubdan və həmin tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 may 2025-ci tarixdə saat 14:30 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində saxlanılaraq İsmayıllı rayon Polis şöbəsinə gətirilmiş və həmin gün saat 15:30-da şöbənin müvəqqəti saxlanılma yerinə təhvil verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli 1(037)-12/2025 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnərək məhkəmə baxışı iclası təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edidi ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etmiş, zərərçəkmiş şəxsə ödənilməli aliment məbləğini tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə razılıq əldə etdiyini və ona olan borcunun tam ödənildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 306-cı mаddəsinin qeyd hissəsində göstərilir ki, Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Dövlət ittihamçısı qanunun göstərilən normasına əsaslanaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs hökm çıxarılanadək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etdiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı mаddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs həmin Məcəllənin 306.1-ci mаddəsinin qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-12/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-12/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver