Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-13/2021 02.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi Müdafiəçi oğlunun, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs2 oğlunun iştirakı ilə 02 mart 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1978-ci ildə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, оrtа təhsilli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, İsmayıllı rayonu Lahıc qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkаn tədbiri sеçilmiş Təqsirləndirilən şəxs Abdulali oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mahir Abdullayev özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2020-ci ilin iyun ayının əvvəllərində dəqiq tarixi müəyyən edilməyən gündə, saat 18:00 radələrində yaşadığı İsmayıllı rayonu Lahıc qəsəbəsində qonşusu Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan evin darvazasının qıfılını mismarla açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətə, oradan isə evin qapısını eyni üsulla açaraq qanunsuz olaraq evə daxil olmuş, oradan tamah niyyəti ilə bir ədəd 150 manat dəyərində “Singer” (R714127) markalı tikiş maşınını, bir ədəd 50 manat dəyərində “Omega” markalı ət çəkən maşını, bir ədəd 120 manat dəyərində 8 litr tutumlu mis samovarı, bir ədəd 60 manat dəyərində 50x70 sm ölçüdə üzərində “Leyli və Məcnun şəkli” olan əl işləməli saçaqlı xalçanı, bir ədəd 35 manat dəyərində “Grundig” markalı maqnitafonu, bir ədəd 50 manat dəyərində “Super general 1400W” markalı tozsoranı, dörd ədəd hər birinin dəyəri 10 manat olmaqla 0,5 litr tutuma malik, cəmi 40 manat dəyərində gülabdanları, bir ədəd 100 manat dəyərində 8 litr tutuma malik mis qazanı, iki ədəd hər birinin dəyəri 50 manat təşkil edən cəmi 100 manat dəyərində 5 litr tutuma malik mis qazanları qəsdən gizli olaraq talayıb Züleyxa Talıbovaya ümumilikdə 705 (yeddi yüz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2020ci ilin iyun ayının axırlarında, dəqiq tarixi müəyyən edilməyən gündə, saat 18:00 radələrində qonşusu Zərərçəkmiş şəxs2 məxsus evin darvazasının qıfılının mismarla açaraq qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətə, oradan isə saxlanc yeri hesab olunan evin anbar kimi istifadə edilən otağının qıfılını eyni üsulla açaraq qanunsuz olaraq ora daxil olmuş, oradan tamah niyyəti ilə bir ədəd 120 manat dəyərində mis materialdan olan 8 litr tutuma malik samovarı, bir ədəd 60 manat dəyərində 5 litr tutuma malik mis qazanı, bir ədəd 70 manat dəyərində 6 litr tutuma malik mis qazanı, bir ədəd 30 manat dəyərində 5 litr tutuma malik aliminium qazanı, üç ədəd hər birinin dəyəri 10 manat olmaqla cəmi 30 manat dəyərində mexaniki yolla işlədilən direlləri, bir ədəd 10 manat dəyərində dəmirkəsən qayçını, bir ədəd 10 manat dəyərində bağ qayçısını, bir ədəd 10 manat dəyərində çəkici, bir ədəd 10 manat dəyərində əl mişarını, on ədəd hər birininin dəyəri 10 manat olmaqla cəmi 100 manat dəyərində 0,5 litr tutuma malik mis kasaları, bir ədəd 30 manat dəyərində 3 litr tutuma malik mis aftafanı, bir ədəd 50 manat dəyərində mis məcməyini, bir ədəd 30 manat dəyərində mis kəfkiri, bir ədəd 30 manat dəyərində mis abgərdanı, bir ədəd hər birinin dəyəri 80 manat təşkil edən, çəki göstəricisi 5 kq-a qədər olan cəmi 160 manat dəyərində köhnə qapanları, bir ədəd 40 manat dəyərində ət çapacağını, həmçinin saxlanc yeri hesab olunan evin altında olan tövlədən bir ədəd 15 manat dəyərində əl arabasını, 10 ədəd hər birininin dəyəri 10 manat olmaqla cəmi 100 manat dəyərində 0,5 litr tutuma malik mis kasaları, bir ədəd 15 manat dəyərində dəryazı, bir ədəd 10 manat dəyərində olan kərkini, bir ədəd 10 manat dəyərində əl rəndəsini, bir ədəd 5 manat dəyərində dırmığı (ketmanı), 15 metr uzunluğunda 15 manat dəyərində 2 sm diametrli su şlanqını qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 960 (doqquz yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Mahir Abdullayev elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Lahıc qəsəbəsində yaşadığı evin qonşuluğunda Zərərçəkmiş şəxs1 və Elsevər Talıbova məxsus evlər vardır. Ev sahibləri ilin yay aylarında həmin evdə yaşayırlar. Qalan vaxtlarda isə evlərdə yaşayış olmur. 2020ci ilin iyun ayının əvvəllərində dəqiq xatırlamadığı gündə Züleyxanın evindən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə evin həyətinə açılan darvazaya yaxınlaşmış, cibindəki mismarla darvazanın qıfılını açaraq həyətə daxil olmuşdur. Bundan sonra evin qapısının qıfılını eyni üsulla açaraq evə daxil olmuşdur. Evin mətbəxindən bir ədəd təxminən 5 litrlik mis qazanı götürmüş və çölə çıxartmışdır. Oradan isə otaqlara girərək “omeqa” markalı ət çəkən maşını, bir ədəd maqnotifonu, “Super general” markalı tozsoranı, “Singer” markalı tikiş maşınını və üzərində “Leyli” və Məcnun yazısı olan xalçanı, 8 litrlik mis samovarı, hər biri 0,5 litrlik üç ədəd gülabdanları oğurlamışdır. Oğurladığı əşyaları çölə çıxararaq qapıların qıfıllarnıı əvvəlki vəziyyətində bağlamış və həmin əşyaları yaşadığı evin həyətinə aparıb ora yerləşdirmişdir. Küçədə olarkən Lahıc məktəbinin direktoru Hikmət Haqverdiyevlə rastlaşmış və ona özünə məxsus xalçanı və saxsı gülabdanları satmaq istədiyini bildirmişdir. Xalçanı 10 manata, üç ədəd güləbdanları isə 3 manata Hikmət müəllimə satmışdır. Ət çəkən maşını isə 20 manata həmkəndlisi Şahid4 satmışdır. Ziya həmin əşyanın oğurluq olduğunu bilməmişdir. Bundan bir müddət sonra, təxminən iyun ayının ortalarında Elsevər Talıbova məxsus evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə evin yerləşdiyi həyət qapısını mismarla açdıqdan sonra həyətə daxil olmuş, evin qapısını da eyni üsulla açdıqdan sonra oradan bir ədəd 10 litrlik zədəli vəziyyətdə olan mis güyümü və bir ədəd 3 litrlik mis aftafanı oğurlamış, həyətdən çıxaraq əşyaları yaşadığı həyətə aparmış və orada yerləşdirmişdir. Bir gün sonra oğurladığı mis güyümü 10 manata həmkəndlisi olan Kəbləmiyə satmışdır. Kəbləmi həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Mis aftafanı isə 5 manata metal alışı ilə məşğul olan şəxsə satmışdır. Həmin şəxs aftafanın oğurluq olduğunu bilməmişdir. İyun ayının axırlarında saat 19:00 radələrində təkrarən Elsevərə məxsus evdən oğurluq etmək qərarına gəlmişdir. Eyni üsulla həyətə daxil olmuş, oradan isə evin qapısının da qıfılını açıb oradan iki ədəd təxminən 5 və 6 litr tutumlu mis qazanları, bir ədəd 5 lir tutumlu aliminum qazanı, bir ədəd 8 litr tutumlu mis samovarı, bir ədəd ət çapacağını, bir ədəd dəmirkəsən qayçını, bir ədəd bağ qayçısını, bir ədəd çəkici, bir ədəd mişarı, üç ədəd əllə işlədilən direli, iki ədəd mis kasanı, bir ədəd mis aftahanı, bir ədəd mis məcməyini oğurlamış və həyətə çıxartmışdır. Sonra isə həyətdəki tövləyə daxil olmuş və oradan bir ədəd köhnə arabanı, bir ədəd kərkini, bir ədəd dırmığı, 15 metr şlanqı, bir ədəd işlənmiş vəziyyətdə olan köhnə dəryazı, iki ədəd qapanı oğurlamış və oradan hissə-hissə yaşadığı evin həyətinə daşıyaraq orada yerləşdirmişdir. Bundan 2-3 gün sonra qəsəbədə küçədə olarkən Babək adlı adlı metal yığan şəxslə rastlaşmışdır. Babəkə özünə məxsus üç ədəd satlıq qazanın olduğunu demişdir. Babək ondan həmin əşyaların oğurluq olub-olmadığını soruşmuş, o, həmin əşyaların özünə məxsus olduğunu demişdir. Həmin əşyaları ümumilikdə 15 manata Babəkə satmışdır. Bir ədəd dəmirkəsən qayçını, bir ədəd bağ qayçısını, bir ədəd çəkici, üç ədəd direli, bir ədəd mişarı, bir ədəd ət çapacağını isə 15 manata həmkəndlisi Ziyaya satmışdır. Bir ədəd mis samovarı isə 20 manata Ziyaya satmışdır. Ziyaya həmin əşyaların özünə məxsus olduğunu demişdir. Köhnə arabanı 10 manata, bir ədəd dırmıxı və bir ədəd kərkini isə cəmi 3 manata, maqnitofonu və tozsoranı isə hər birini 10 manata həmkəndlisi Babilə satmışdır. Babil həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Bundan bir-iki gün sonra Elsevərin evindən oğurladığı iki ədəd tərəzini cəmi 5 manata, Züleyxanın evindən oğurladığı bir ədəd samovarı 10 manata, bir ədəd 5 litr tutumlu mis qazanı isə 5 manata tanımadığı metal alan şəxsə satmışdır. Təxminən bir həftə sonra isə bir ədəd samovarı10 manata, bir ədəd qazanı 5 manata, iki ədəd mis kasanı, bir ədəd mis aftafanı və bir ədəd mis məcməyini cəmi 12 manata həmin şəxsə satmışdır. Şəxs ondan satdığı əşyaların oğurluq olub-olmadığını soruşduqda həmin şəxsi əşyaların özünə məxsus olduğuna inandırmışdır. Oğurladığı bir ədəd dəryazı zibilliyə tullamışdır. Oğurladığı əmlakları satmaqla əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. xx xxxxxxxx 2020-ci il tarixdə polis əməkdaşları onu şübhəli şəxs qismində şöbəyə gətirmişlər. O, törətdiyi oğurluqları etiraf etmişdir. Maddi imkanı olmadığından zərərçəkmiç şəxslərə vurduğu ziyanı ödəyə bilməmişdir. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Mahir Abdullayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхs Elsevər Talıbov ifadə verərək göstərdi ki, Bakı şəhərində yaşasa da İsmayıllı rayonu Lahıc qəsəbəsində özünə və əmisi oğlu X1 məxsus şərikli evi vardır. Hər il yay aylarında həmin evdə yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə onunla qonşuluqda yaşayan əmisi arvadı Zərərçəkmiş şəxs1 evindən oğurluq edildiyini eşitmişdir. x xxxxxxxx 2020-ci il tarixdə anası ilə birlikdə Lahıc qəsəbəsinə gəlmişdir. Evin giriş qapısındakı asma qıfılın alt hissəsində zədə izlərinin olduğunu görmüşdür. Anbar kimi istifadə olunan otağa baxdıqda isə oradan 5 litr tutumlu mis qazanın, 6 litr tutumlu mis qazanın, 5 litr tutumlu aliminium qazanın, 8 litr tutumlu mis samovarın, on ədəd mis kasanın, 50 sm diametrli mis məcməyinin, ət çapacağının, mis kəfgirin, mis abgərdanın, üç ədəd əllə işlədilən direlin, iki ədəd çəki çəkən qapanın, bir ədəd əl mişarının, bir ədəd çəkicin, bir ədəd bağ qayçısının, bir ədəd dəmir kəsən qayçının, bir ədəd taxta yonan rəndənin, həyətdəki tövlədən bir ədəd köhnə əl arabasının, bir ədəd kərkinin, bir ədəd dırmığın, bir ədəd dəryazın, on ədəd mis kasanın və 15 metr şlanqın oğurlandığını müəyyən etmişdir. Elə həmin gün qonşusu Təqsirləndirilən şəxs oğurluq hadisəsində şübhəli şəxs qismində tutulduğunu eşitmişdir. Mahir həmin gün ifadəsi yerində yoxlanılarkən onun da evindən oğurluq etdiyini etiraf etmişdir. Sonradan evindən oğurlanmış ümumi dəyəri 100 manat təşkil edən üç ədəd əllə işlədilən direl, bir ədəd dırmığ, bir ədəd kərki və bir ədəd əl arabası ona qaytarılmışdır. Təqsirləndirilən şəxsə vurulmuş ziyanın qalan hissəsini ödəyəcəyi təqdirdə şikayətçi olmayacağını bildirmiş, lakin sonuncu məhkəmə iclasınadək təqsirləndirilən şəxs vurulmuş ziyanın qalan hissəsi olan 860 manatı ödəməmişdir. Qeyd etdiklərini nəzərə almağı və təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş edir. Üzürlu səbəblərdən məhkəmə baxışı iclasına gələ bilməmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və ona vurulmuş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Zərərçəkmiş şəxs1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu Lahıc qəsəbəsində özünə məxsus evi vardır. Özü isə Bakı şəhərində yaşayır. Hər il yay fəslində təxminən bir ay müddətində oğlu ilə birlikdə Lahıc qəsəbəsinə gəlib həmin evdə yaşayırlar. xx xxxxxxxx 2020-ci il tarixdə oğlu ilə birlikdə həmin evə gəlmişdir. Evin qıfılını açıb içəri daxil olduqda ona məxsus “Omeqa” markalı ət çəkən maşınının olmadığını görmüşdür. Evin digər otaqlarını axtarsa da maşını tapa bilməmiş və maşının oğurlandığını bilmişdir. Bundan sonra evin otaqlarına baxmış və bu zaman dörd ədəd saxsı materialdan olmaqla gülabdanların, 50x70 ölçüdə üzərində “Leyli və Məcnun” fotoşəkli olan xalçasının, “Singer” markalı qədimi tikiş maşınının, bir ədəd 8 litrlik samovarın, bir ədəd “Grundig” markalı maqnitofonun, bir ədəd “Super general” markalı tozsoranın, bir ədəd 8 litrlik və iki ədəd 5 litrlik mis qazanın oğurlandığını müəyyən etmişdir. Oğurluq hadisəsi ilə bağlı İsmayıllı rayon polis şöbəsinə müraciət etmiş və həmin gün şübhəli şəxs qismində qonşusu Mahir Abdullayev tutulmuşdur. Mahir həmin gün ifadəsi yerində yoxlanılarkən onun evindən oğurluq etdiyini etiraf etmişdir. Sonradan evindən oğurlanmış ümumi dəyəri 375 (üç yüz yetmiş beş) manat təşkil edən bir ədəd “Omeqa” markalı ət çəkən maşın, bir ədəd “Grundig” markalı maqnitafon, bir ədəd “Super general” markalı tozsoran, bir ədəd 50x70 sm ölçüdə üzərində Leyli və Məcnun yazısı və fotoşəkili olan əl xalçası, üç ədəd gülabdan və bir ədəd “Singer” markalı tikiş maşını ona qaytarılmışdır. Təqsirləndirilən şəxs vurulmuş ziyanın qalan hissəsi olan 330 manatı ödəməmişdir. Qeyd etdiklərini nəzərə almağı və təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş edir. Şahid4 ifadə verərək göstərdi ki, 2020-ci ilin iyun ayının əvvəllərində həmkəndlisi Mahir özünə məxsus “Omeqa” markalı ət çəkən maşınını 20 manata satmaq istədiyini bildirmişdir. Mahirə inanmış və həmin ət çəkən maşını 20 manata Mahirdən almışdır. Təxminən üç həftə sonra Mahirlə rastlaşmış və sonuncu əlindəki bağlamada üç ədəd əllə işlədilən direl və bir ədəd ət çapacağı olduğunu, həmin əşyaların özünə məxsus olduğunu və 15 manata satmaq istədiyini bildirmişdir. Mahirə inanmış və həmin əşyaların hamısına cəmi 15 manat verərək həmin əşyaları almışdır. Sonradan bilmişdir ki, mahirdn aldığı həmin əşyalar oğurluq yolu ilə əldə edilmişdir. Şahid3 Hacıbaba oğlu ifadə verərək göstərdi ki, Qobustan rayonunda yaşamaqla metal alıb satmaqla məşğul olur. Tez-tez İsmayıllı rayonu Lahıc qəsəbəsində metal satan şəxslərdən mis, aliminium və sair əlvan melat alır. 2020-ci ilin iyun ayında Lahıc qəsəbəsində gələrkən Mahir adlı şəxs ona yaxınlaşaraq özünə məxsus “Singer” markalı tikiş maşınını satmaq istədiyini demişdir. Maşının Mahirə məxsus olduğuna inanmış və 10 manata həmin maşını almışdır. Mahir evdə iki ədəd mis və bir ədəd alimininum qazanın da olduğunu, həmin əşyaları da satmaq istədiyini demişdir. Mahirlə birlikdə onun yaşadığı evin qarşısına getmiş, qazanların hər biri 5 manatdan olmaqla Mahirə 15 manat pul verərək həmin əşyaları da almışdır. Bir müddət sonra mis və aliminum qazanları satmış, tikiş maşınını isə evində saxlamışdır. Sonradan ona məlum olmuşdur ki, Mahir onu aldatmıış və oğurladığı əşyaları ona satmışdır. Şahid1 ifadə verərək göstərdi ki, 2020-ci ilin iyun ayının əvvəllərində həmkəndlisi Mahir özünə məxsus xalçanı və üç ədəd gülabdanı satmaq istədiyini bildirmişdir. Mahirdən həmin əşyaların oğurluq olub olmamasını soruşmuş, sonuncu həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Mahir xalçanı 10 manata, güləbdanları isə ümumilikdə 3 manata satdığını demişdir. O, Mahirə 13 manat verərək xalçanı və gülabdanları almışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Mahirin oğurluq etdiyinə görə tutulduğunu eşitmişdir. O, xalçanı və gülabdanları sonradan polisə təqdim etmişdir. Şahid2 ifadə verərək göstərdi ki, 2020-ci ilin iyun ayında həmkəndlisi Mahir onun evinə gələrək maddi imkanı zəif olduğundan özünə məxsus bir ədəd arabanı, bir ədəd dırmıxı, bir ədəd kərkini, bir ədəd maqnitofonu və bir ədəd tozsoranı satmaq istədiyini demişdir. Mahir arabanı 10 manata, dırmıxı və kərkini ümumilikdə 3 manata, maqnitofonun və tozsoranın hər birini isə 10 manata satdığını bildirmişdir. Həmin əşyaların Mahirin özünə məxsus olduğuna inanmış ümumilikdə 23 manat verərək həmin əşyaları Mahirdən almışdır. xx xxxxxxxx 2020-ci il tarixdə Mahirin oğurluq etdiyinə görə tutulduğunu eşitmişdir. O, Mahirdən aldığı əşyaları sonradan polisə təqdim etmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs1 məxsus ev İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin baş verdiyi Zərərçəkmiş şəxs2 məxsus ev İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşir. “Təqdim etmə, baxış keçirmə və götürmə barədə” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs ona satdığı bir ədəd “Omeqa” markalı ət çəkən maşını, üç ədəd əllə işlədilən direli və bir ədəd ət çapacağını təqdim etmiş, həmin əşyalar götürülərək bu barədə protokol tərtib edilmiş və fotoşəkilləri çəkilmişdir. “Təqdim etmə, baxış keçirmə və götürmə barədə” xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 Təqsirləndirilən şəxs ona satdığı bir ədəd “Grundig” markalı maqnitafonu, bir ədəd “Super general” markalı tozsoranı, bir ədəd dırmığı, bir ədəd kərkini və bir ədəd əl arabasını təqdim etmiş, həmin əşyalar götürülərək bu barədə protokol tərtib edilmiş və fotoşəkilləri çəkilmişdir. “Təqdim etmə, baxış keçirmə və götürmə barədə” 07 sentyabr protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ona satdığı bir ədəd 50x70 sm ölçüdə üzərində Leyli və Məcnun yazısı və fotoşəkili olan əl xalçasını, üç ədəd gülabdanları təqdim etmiş, həmin əşyalar götürülərək bu barədə protokol tərtib edilmiş və fotoşəkilləri çəkilmişdir. “Təqdim etmə, baxış keçirmə və götürmə barədə” 02 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Babək Azadə Mahir Abdullayevin ona satdığı bir ədəd “Singer” markalı tikiş maşınını təqdim etmiş, həmin əşya götürülərək bu barədə protokol tərtib edilmiş və fotoşəkilləri çəkilmişdir. İsmayıllı RMX-nın Publik hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 312 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin “narkoloji” və “Ruhi-əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialı tərəfindən verilmiş 04 sentyabr 2020-ci il tarixli **********4 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup ümumi səbəbdən əlil olmaqla aylıq sosial müavinət məbləği 130 (bir yüz otuz) manat təşkil edir. Məhkəmə-daktilospoik ekspertizasının x xxxxxxx 2020-ci il tarixli 20/512 nömrəli rəyindən görünür ki, İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən Züleyxa Talıbovaya məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 04 ədəd əl-barmaq və ovuz izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl-barmaq izlərindən bir ədədinin Təqsirləndirilən şəxs sağ əlinin barmağının əksi ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Qalan üç ədəd əl-barmaq və bir ədəd ovuz izləri isə ADİS-nin məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs əl-barmaq əksləri ilə eynilik təşkil etməmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan əl əksləri (daktiloskopik xəritəsi) tam və aydın şəkildə əks olunduğundan müqayisəli tədqiqat aparılması üçün yararlıdır. İsmayıllı ayonu Lahıc qəsəbəsində yerləşən Elsevər Talıbzadəyə məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş bir ədəd əl-barmaq və bir ədəd ovuz izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan bir ədəd əl-barmaq izi Mahir Abdullayevin sol əlinin orta barmağının əksi ilə eynilik təşkil etməsi müəyyən edilmişdir. Qalan bir ədəd ovuz izi isə ADİS-nin məlumat bankında olan şəxslərin, o, cümlədən Təqsirləndirilən şəxs ovuc əksi ilə eynilik təşkil etməmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/4495 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 evindən oğurlanmış bir ədəd “Omeqa” markalı ət çəkən maşının qiyməti 50 manat, bir ədəd qara rəngli “singer” markalı (R714127) tikiş maşının qiyməti 150 manat, 0,5 litrlik saxsı materialdan olan güləbdanın bir ədədinin qiyməti 10 manat olmaqla 3 ədədinin qiyməti 30 manat, 50 smx70 sm ölçüdə üzərində “Leyli və Məcnun” şəkli olan kənarları saçaqlı xalçanın qiyməti 60 manat, bir ədəd qəhvəyi rəngli “Grundig” markalı maqnitafonun qiyməti 35 manat, bir ədəd “Super general 1400W” markalı tozsoranın qiyməti 50 manat, Zərərçəkmiş şəxs2 evindən oğurlanmış, tədqiqata təqdim edilmiş bir ədəd mexaniki direlin qiyməti 10 manat olmaqla 3 ədəd direlin qiyməti 30 manat, bir ədəd işlənmiş vəziyyətdə olan dırmığın (ketman) qiyməti 5 manat, bir ədəd ət çapacağının qiyməti 40 manat, bir ədəd kərkinin qiyməti 40 manat, bir ədəd işlənmiş vəziyyətdə olan əl arabasının qiyməti 15 manat, nəzəri olaraq Zərərçəkmiş şəxs1 evindən oğurlanmış bir ədəd mis materialdan olan 8 litrlik mis samovarın qiyməti 120 manat, bir ədəd 8 litr tutumlu mis qazanın qiyməti 100 manat, bir ədəd 5 litr tutumlu mis qazanın qiyməti 50 manat olmaqla iki ədədinin qiyməti 100 manat, bir ədəd 0,5 litr tutumlu saxsı materialdan olan güləbdanın qiyməti 10 manat, Zərərçəkmiş şəxs2 evindən oğurlanmış bir ədəd 5 litr tutumlu mis materialdan olan qazanın qiyməti 60 manat, bir ədəd 6 litr tutumlu mis materialdan olan qazanın qiyməti 70 manat, bir ədəd 5 litr tutumlu aliminium materialdan olan qazanın qiyməti 30 manat, bir ədəd dəmirkəsən qayçənın qiyməti 10 manat, bir ədəd bağ qayçısının qiyməti 10 manat, bir ədəd çəkicin qiyməti 10 manat, bir ədəd əl mişarının qiyməti 10 manat, bir ədəd 8 litr tutumlu mis samovarın qiyməti 120 manat, bir ədəd 0,5 litr tutumlu mis kasanın qiyməti 10 manat olmaqla 20 ədədinin qiyməti 200 manat, bir ədəd 3 litr tutumlu mis aftahanın qiyməti 30 manat, bir ədəd 50 sm diametrli dairəvi mis məcməyinin qiyməti 50 manat, bir ədəd mis kəfgirin qiyməti 30 manat, bir ədəd mis abgərdanın qiyməti 30 manat, bir ədəd çəki göstəricisi 5 kiloqrama qədər olan köhnə qapanın qiyməti 80 manat olmaqla 2 ədədinin qiyməti 160 manat, bir ədəd kəsici hissəsinin uzunluğu 80 sm olan dəryazın qiyməti 15 manat, 15 metr uzunluğunda 2 sm diametrli su şlanqının qiyməti 15 manat, bir ədəd 3 litrlik mis aftahanın qiyməti 30 manat təşkil edir. Ekspertiza tədqqiqatına təqdim edilmiş 12 adda malların istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 505 manat, təqdim edilməyən 22 adda mallar nəzəri qaydada 1220 manat müəyyən edilir. Zərərçəkmiş şəxs1 məxsus oğurlanmış əşyaların 2020-ci ilin iyuna ayına orta bazar qiyməti 705 manat, Zərərçəkmiş şəxs2 məxsus oğurlanmış əşyaların 2020-ci ilin iyuna ayına orta bazar qiyməti 960 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. 11 sentyabr 2020-ci il tarixli tələbnamədən və Ağır X4 Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 01 oktyabr 2010-cu il tarixli 1(101)-1286/10 nömrəli hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağır X4 Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxxx 2010-cu il tarixli 1(101)-1286/10 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2015-ci il tarixli 1657 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkliməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilməmişdir. Qeyd olunan hüquqi sənədlərin tədqiqindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edildikdən sonra məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətdiyindən onun əməlində cinayətlərin residivi vardır. 07 dekabr 2020-ci il tarixli 464 və 469 nömrəli arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Lahıc qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən və qardaşı Musadan ibarətdir, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Müstəntiqin “Maddi sübut kimi tanınma haqqında” 27 oktyabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə Züleyxa Talıbovaya məxsus evdən götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd əl-barmaq izi və Elsevər Talıbzadəyə məxsus evdən götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd əlbarmaq izi maddi sübut qismində tanınmış və iki ədəd zərfə qoyularaq cinayət işinin materialarına əlavə edilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında 05 dekabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə bir ədəd “Omeqa” markalı ət çəkən maşını, üç ədəd əllə işlədilən direl, bir ədəd ət çapacağı, bir ədəd “Grundig” markalı maqnitafon, bir ədəd “Super general” markalı tozsoran, bir ədəd dırmığ, bir ədəd kərki, bir ədəd əl arabası, bir ədəd 50x70 sm ölçüdə üzərində Leyli və Məcnun yazısı və fotoşəkili olan əl xalçası, üç ədəd gülabdan, bir ədəd “Singer” markalı tikiş maşını maddi sübut qismində tanınmış və saxlanılması üçün müvafiq olaraq sahibləri Züleyxa Talıbovaya və Elsevər Talıbzadəyə təhvil verilmişdir. Müstəntiqinin cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 03 sentyabr 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 03 sentyabr 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2020-ci il tarixdə saat 11:30-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 11:10-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə zərərçəkmiş şəxslərə oğurlamnmış əmlakların bir hssəsini qaytarılmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddələrinə əsasən ziyanın azaldılması ilə nəticələnmiş hərəkətlərin edilməsi kimi qiymətləndirir və bu halı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın islah olunmasına təsiri imkanlarını nəzərə alaraq, habelə törətdiyi cinayət əməli cinayətlərin residivini yaratdığına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində nəzərdə tutulmuş qaydaları tətbiq edərək ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, təyin edilən cəzanın 03 (üç) il müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 03 sentyabr 2020-ci il tarixdən 05 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayətlərin residivini yaratdığına və o, əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən hazırki cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - xx xxxxxx 2021-ci il tarixdən hesablanmalı, hökm qanuni qüvvəyə minənədək onun həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 müəyyən edilməlidir. İş üzrə maddi sübutlar - cinayət işi üzrə zərərçəkmiş şəxslər Züleyxa Talıbovaya və Elsevər Talıbzadəyə məxsus evlərdən götürülmüş, iki ədəd zərfə qoyularaq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus iki ədəd əlbarmaq izləri cinayət işinin materialarında saxlanılmalı, cinayət işi üzrə maddi sübut qismində tanınmış bir ədəd “Omeqa” markalı ət çəkən maşın, üç ədəd əllə işlədilən direl, bir ədəd ət çapacağı, bir ədəd “Grundig” markalı maqnitafon, bir ədəd “Super general” markalı tozsoran, bir ədəd dırmığ, bir ədəd kərki, bir ədəd əl arabası, bir ədəd 50x70 sm ölçüdə üzərində Leyli və Məcnun yazısı və fotoşəkili olan əl xalçası, üç ədəd gülabdan, bir ədəd “Singer” markalı tikiş maşınının müvafiq olaraq sahibləri Zərərçəkmiş şəxs1 və Elsevər Talıbzadəyə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Abdulali oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs Abdulali oğlunun 03 sentyabr 2020-ci il tarixdən 05 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Abdulali oğlunun bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Abdulali oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs Abdulali oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 02 mart 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs Abdulali oğlunun həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 müəyyən edilsin və hökmün surəti həmin Müəssisəyə göndərilsin. İş üzrə maddi sübutlar - cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus evlərdən götürülmüş, iki ədəd zərfə qoyularaq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Abdulali oğluna məxsus iki ədəd əl-barmaq izləri cinayət işinin materialarında saxlanılsın. İş üzrə maddi sübutlar - bir ədəd “Omeqa” markalı ət çəkən maşın, üç ədəd əllə işlədilən direl, bir ədəd ət çapacağı, bir ədəd “Grundig” markalı maqnitafon, bir ədəd “Super general” markalı tozsoran, bir ədəd dırmığ, bir ədəd kərki, bir ədəd əl arabası, bir ədəd 50x70 sm ölçüdə üzərində Leyli və Məcnun yazısı və fotoşəkili olan əl xalçası, üç ədəd gülabdan, bir ədəd “Singer” markalı tikiş maşınının müvafiq olaraq sahibləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs Abdulali oğlu isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-13/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-13/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver