Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-13/2022 10.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili İsmayılov İslam Abduləziz oğlunun, Zərərçəkmiş şəxs, X1 iştirakı ilə 10 mart 2022-ci il tarixdə saat 15:50-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1996-cı ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində dörd azyaşlı uşağı olan, məhkum edilməmiş, ünvan 1-də qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu “Məcburi köçkünlər” məhəlləsində yaşayan, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 28 avqust 2021-ci il tarixdə, saat 13 radələrində İsmayıllı rayonu Qurbanəfəndi kəndində Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağından şkafın rəfindən karton materialdan olan 5x5 sm ölçüdə 2 manat dəyərində qızılqabını və həmin qabın içərisində saxlanılan ümumilikdə 2125 (iki min yüz iyirmi beş) manat dəyərində 583 əyarlı adi sadə qaşlardan ibarət 5 qram çəkidə Türkiyə istehsalı olan 1 cüt qızıl qadın sırğasını, 5 qram çəkidə 1 ədəd qızıl qadın üzüyünü, 6 qram çəkidə 1 ədəd qızıl qadın qolbağısını, 5 qram çəkidə 1 ədəd qızıl qadın boyunbağısını və 4 qram çəkidə kulondan ibarət ümumilikdə 25 qram çəkidə qızıl qadın dəstini, 1 ədəd Türkiyə istehsalı olan 0,2 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış üzərində adi göz muncuğu olan 17 manat dəyərində uşaq kulonunu, 1 ədəd Türkiyə istehsalı olan sadə qaşlı 3 qram çəkidə 750 əyarlı 300 (üç yüz) manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd Türkiyə istehsalı olan sadə qaşlı 3 qram çəkidə 583 əyarlı 255 (iki yüz əlli beş) manat dəyərində qızıl kişi üzüyünü, habelə həmin şkafın yuxarı rəfindən 30 (otuz) manat dəyərində 20x15 sm ölçüdə açarla açılıb bağlanan dəmir materialdan olan çamadanı və həmin çamadanın içərisində saxlanılan 2000 (iki min) manat məbləğində nağd pulu, 1 ədəd Rusiya istehsalı olan qaşsız 3,5 qram çəkidə 583 əyarlı 297,50 (iki yüz doxsan yeddi manat əlli qəpik) manat dəyərində uşaq boyunbağısını, 1 ədəd Rusiya istehsalı olan qaşsız 2,5 qram çəkidə 750 əyarlı 250 (iki yüz əlli) manat dəyərində qızıl uşaq qolbağısını, 1 ədəd Türkiyə istehsalı olan qaşsız 3 qram çəkidə 750 əyarlı 300 (üç yüz) manat dəyərində qızıl boyunbağını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab olunan 5576,5 manat (beş min beş yüz yetmiş altı manat əlli qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 28 avqust 2021-ci il tarixdə saat 13 radələrində İsmayıllı rayonu Qurbanəfəndi kəndində dilənçilik edərkən həmin kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin qapısını döyüb evdə heç kimin olmadığına əmin olduqdan sonra özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə o, evin yan tərəfindən, tövlədən mal-heyvanların küçəyə çıxması üçün nəzərdə tutulan köhnə dəmir qapının açıq olduğunu görüb həmin qapını aralayıb qanunsuz olaraq saxlanc yeri hesab olunan həyətə, daha sonra qanunsuz olaraq yaşayış sahəsi olan evə qapısının açıq olmasından istifadə edib daxil olaraq Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağından şkafın rəfindən karton materialdan olan 5x5 sm ölçüdə 2 manat dəyərində qızıl qabını və həmin qabın içərisində saxlanılan ümumilikdə 2125 (iki min yüz iyirmi beş) manat dəyərində 583 əyarlı adi sadə qaşlardan ibarət 5 qram çəkidə Türkiyə istehsalı olan 1 cüt qızıl qadın sırğasını, 5 qram çəkidə 1 ədəd qızıl qadın üzüyünü, 6 qram çəkidə 1 ədəd qızıl qadın qolbağısını, 5 qram çəkidə 1 ədəd qızıl qadın boyunbağısını və 4 qram çəkidə kulondan ibarət ümumilikdə 25 qram çəkidə qızıl qadın dəstini, 1 ədəd Türkiyə istehsalı olan 0,2 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış üzərində adi göz muncuğu olan 17 manat dəyərində uşaq kulonunu, 1 ədəd Türkiyə istehsalı olan sadə qaşlı 3 qram çəkidə 750 əyarlı 300 (üç yüz) manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd Türkiyə istehsalı olan sadə qaşlı 3 qram çəkidə 583 əyarlı 255 (iki yüz əlli beş) manat dəyərində qızıl kişi üzüyünü, habelə həmin şkafın yuxarı rəfindən 30 (otuz) manat dəyərində 20x15 sm ölçüdə açarla açılıb bağlanan dəmir materialdan olan çamadanı və həmin çamadanın içərisində saxlanılan 2000 (iki min) manat məbləğində nağd pulu, 1 ədəd Rusiya istehsalı olan qaşsız 3,5 qram çəkidə 583 əyarlı 297,50 (iki yüz doxsan yeddi manat əlli qəpik) manat dəyərində uşaq boyunbağısını, 1 ədəd Rusiya istehsalı olan qaşsız 2,5 qram çəkidə 750 əyarlı 250 (iki yüz əlli) manat dəyərində qızıl uşaq qolbağısını, 1 ədəd Türkiyə istehsalı olan qaşsız 3 qram çəkidə 750 əyarlı 300 (üç yüz) manat dəyərində qızıl boyunbağını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab olunan 5576,5 manat (beş min beş yüz yetmiş altı manat əlli qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Əldə etdiyi pul vəsaitini elə həmin ərəfələrdə öz ehtiyaclarına sərf edib xərcləmişdir. Hazırda əməlindən peşmandır. Həmin cinayəti dörd azyaşlı uşağının dolanışığını təmin etmək üçün törətmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxsla ziyanın aradan qaldırılması ilə bağlı razılaşmış və onunla barışıq əldə etmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonu Qurbanəfəndi kəndində yaşayır, işləmir, himayəsində iki azyaşlı uşağı vardır. Yaşadığı evdə ondan başqa atası Fikrət, anası Xana və arvadı Təhminə yaşayırlar. 28 avqust 2021-ci il tarixdə mərhum əmisinin qırx mərasimi olmuş və onlar hamılıqla həmin mərasimdə iştirak etmişlər. Mərhum əmisinin evi onların evlərindən 500-600 metr məsafədə yerləşən digər əmisinin həyətində keçirilmişdir. Həmin gün saat 14 radələrində atası evə getmiş və az sonra onun mobil telefonuna zəng edərək evdən oğurluq hadisənin baş verdiyini və təcili evə gəlməyini bildirmişdir. O dərhal evə gəlmiş və evdən yataq otağından paltar şkafında saxladıqları ona və arvadına məxsus içərisində dəst komlekt şəklində cəmi təxminən 1300 manat dəyərində 583 əyarlı yarpaq formalı ümumilikdə 25 qram çəkidə, yəni 5 qram çəkidə türk istehsallı 1 cüt qadın sırğası, 5 qram 1 ədəd qızıl qadın üzüyü, 6 qram çəkidə 1 ədəd qızıl qadın qolbağı, 5 qram çəkidə 1 ədəd qızıl qadın boyunbağısı və 4 qram çəkidə kulondan ibarət Təhminəyə məxsus qızıl qadın dəstini, həmçinin azyaşlı qızına məxsus təxminən 30 manat dəyərində üzərində 0,2 qram çəkidə 583 əyar qızıl olan və göz muncuğu olan kulonun, 200 manat dəyərində sadə qaşları olan 750 əyarlı 3 qram çəkidə türk istehsalı qızıl üzüyün, 3 qram çəkidə 583 əyarlı türk istehsallı qızıl üzüyün də olduğu qızılı rəngli 2 manat dəyərində qızıl qabının yerində olmadığını, həmçinin şkafın digər hissəsində boz və qırmızı rəngli, tutacaq hissəsi olan açarla açılıbbağlanan 30 manat dəyərində çamadanın və içərisində saxladığı 2000 manat pulun, 1 ədəd rus istehsallı 3,5 qram çəkidə 583 əyarlı 200 manat dəyərində uşaq boyunbağısının, 1 ədəd 2,5 qram çəkidə 750 əyarlı 120 manat çəkidə uşağıma aid qızıl qolbağın, 1 ədəd tros formalı 3 qram çəkidə 750 əyarlı boyunbağının olmadığını və oğurlandığını müəyyən etmişdir. O, dərhal hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları gələnə qədər oğurlandığını zənn etdiyi 700 manat pulu tapmış, lakin digər oğurlanmış əmlakımı tapa bilməmişdir. Polis əməkdaşları yaşadığı evə gələrək baxış keçirmiş və hadisə yerini müayinə etmişlər. Təqsirləndirilən şəxs ilə ona vurulmuş ziyanın aradan qaldırılması ilə bağlı razılaşmış və onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 (zərəçəkmiş şəxsin atası) və X3 (zərəçəkmiş şəxsin arvadı) zərərçəkmiş Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 28 avqust 2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus əmlakın oğurlandığı hadisə yeri İsmayıllı rayonu, Qurbanəfəndi kəndində yerləşən fərdi yaşayış evidir. Həmin istintaq hərəkətinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə əmtəəşünaslıq ekspertizasının 21 oktyabr 2021-ci il tarixli 9/7010 nömrəli rəyindən görünür ki, 583 əyarlı adi sadə qaşlardan ibarət yarpaq formalı 25 qram çəkidə, yəni 5 qram çəkidə türk istehsallı 1 cüt qadın sırğası, 5 qram 1 ədəd qızıl qadın üzüyü, 6 qram çəkidə 1 ədəd qızıl qadın qolbağı, 5 qram çəkidə 1 ədəd qızıl qadın boyunbağısı və 4 qram çəkidə kulondan ibarət qızıl qadın dəstinin qiyməti 2125 manat, 0,2 qram çəkidə 583 əyarlə türk istehsallı və üzərində göz muncuğu olan qızıl kulonun qiyməti 17 manat, sadə qaşları olan 750 əyarlı, 3 qram çəkidə türk istehsalı qızıl üzüyün qiyməti 300 manat, 3 qram çəkidə 583 əyarlı türk istehsallı sadə qaşları olan qızıl üzüyün qiyməti 255 manat, 1 ədəd rus istehsallı 3,5 qram çəkidə 583 əyarlı uşaq boyunbağısının qiyməti 297,50 manat, 1 ədəd 2,5 qram çəkidə 750 əyarlı qaşsız qızıl uşaq qolbağını qiyməti 250 manat, 1 ədəd tros formalı 3 qram çəkidə 750 əyarlı türk istehsallı qızıl boyunbağının qiyməti 300 manat, 1 ədəd qızıl qabının qiyməti 2 manat dəyərində qiymətləndirilmişdir. Ekspertiza təyini haqqında qərarda göstərilən 8 adda qızıl-zinət əşyalarının 2021ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3546,50 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 28 avqust 2021-ci il tarixdə saat 13 radələrində İsmayıllı rayonu Qurbanəfəndi kəndində Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağından şkafın rəfindən karton materialdan olan 5x5 sm ölçüdə 2 manat dəyərində qızıl qabını və həmin qabın içərisində saxlanılan ümumilikdə 2125 (iki min yüz iyirmi beş) manat dəyərində 583 əyarlı adi sadə qaşlardan ibarət 5 qram çəkidə Türkiyə istehsalı olan 1 cüt qızıl qadın sırğasını, 5 qram çəkidə 1 ədəd qızıl qadın üzüyünü, 6 qram çəkidə 1 ədəd qızıl qadın qolbağısını, 5 qram çəkidə 1 ədəd qızıl qadın boyunbağısını və 4 qram çəkidə kulondan ibarət ümumilikdə 25 qram çəkidə qızıl qadın dəstini, 1 ədəd Türkiyə istehsalı olan 0,2 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış üzərində adi göz muncuğu olan 17 manat dəyərində uşaq kulonunu, 1 ədəd Türkiyə istehsalı olan sadə qaşlı 3 qram çəkidə 750 əyarlı 300 (üç yüz) manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd Türkiyə istehsalı olan sadə qaşlı 3 qram çəkidə 583 əyarlı 255 (iki yüz əlli beş) manat dəyərində qızıl kişi üzüyünü, habelə həmin şkafın yuxarı rəfindən 30 (otuz) manat dəyərində 20x15 sm ölçüdə açarla açılıb bağlanan dəmir materialdan olan çamadanı və həmin çamadanın içərisində saxlanılan 2000 (iki min) manat məbləğində nağd pulu, 1 ədəd Rusiya istehsalı olan qaşsız 3,5 qram çəkidə 583 əyarlı 297,50 (iki yüz doxsan yeddi manat əlli qəpik) manat dəyərində uşaq boyunbağısını, 1 ədəd Rusiya istehsalı olan qaşsız 2,5 qram çəkidə 750 əyarlı 250 (iki yüz əlli) manat dəyərində qızıl uşaq qolbağısını, 1 ədəd Türkiyə istehsalı olan qaşsız 3 qram çəkidə 750 əyarlı 300 (üç yüz) manat dəyərində qızıl boyunbağını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab olunan 5576,5 manat (beş min beş yüz yetmiş altı manat əlli qəpik) məbləğində maddi ziyan vurmaqla əmlakı gizli olaraq talayıb oğurlaması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 28 avqust 2021-ci il tarixdə saat 13 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndində Zərərçəkmiş şəxs yaşadığı evin yataq otağından şkafın rəfindən karton materialdan olan 5x5 sm ölçüdə 2 manat dəyərində qızıl qabını və həmin qabın içərisində saxlanılan ümumilikdə 2125 (iki min yüz iyirmi beş) manat dəyərində 583 əyarlı adi sadə qaşlardan ibarət 5 qram çəkidə Türkiyə istehsalı olan 1 cüt qızıl qadın sırğasını, 5 qram çəkidə 1 ədəd qızıl qadın üzüyünü, 6 qram çəkidə 1 ədəd qızıl qadın qolbağısını, 5 qram çəkidə 1 ədəd qızıl qadın boyunbağısını və 4 qram çəkidə kulondan ibarət ümumilikdə 25 qram çəkidə qızıl qadın dəstini, 1 ədəd Türkiyə istehsalı olan 0,2 qram çəkidə 583 əyarlı qızıldan hazırlanmış üzərində adi göz muncuğu olan 17 manat dəyərində uşaq kulonunu, 1 ədəd Türkiyə istehsalı olan sadə qaşlı 3 qram çəkidə 750 əyarlı 300 (üç yüz) manat dəyərində qızıl qadın üzüyünü, 1 ədəd Türkiyə istehsalı olan sadə qaşlı 3 qram çəkidə 583 əyarlı 255 (iki yüz əlli beş) manat dəyərində qızıl kişi üzüyünü, habelə həmin şkafın yuxarı rəfindən 30 (otuz) manat dəyərində 20x15 sm ölçüdə açarla açılıb bağlanan dəmir materialdan olan çamadanı və həmin çamadanın içərisində saxlanılan 2000 (iki min) manat məbləğində nağd pulu, 1 ədəd Rusiya istehsalı olan qaşsız 3,5 qram çəkidə 583 əyarlı 297,50 (iki yüz doxsan yeddi manat əlli qəpik) manat dəyərində uşaq boyunbağısını, 1 ədəd Rusiya istehsalı olan qaşsız 2,5 qram çəkidə 750 əyarlı 250 (iki yüz əlli) manat dəyərində qızıl uşaq qolbağısını, 1 ədəd Türkiyə istehsalı olan qaşsız 3 qram çəkidə 750 əyarlı 300 (üç yüz) manat dəyərində qızıl boyunbağını vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdar hesab olunan 5576,5 manat (beş min beş yüz yetmiş altı manat əlli qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməsini və vurulmuş ziyanı tam aradan qaldırmasını, eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, himayəsində 4 azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 noyabr 2021-ci il tarixli 336 və 338 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1-də qeydiyyatda olmaqla ailə tərkini özündən və 28.10.2011, 02.06.2014 və 15.10.2015-ci il təvəllüdlü uşaqları Şahnaz, Məryəm və Xaliddən ibarətdir, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs və X5 birgə nikahlarından 28.10.2011-ci il tarixdə Şahnaz, 02.06.2014-cü il tarixdə Məryəm, 15.10.2015-ci il tarixdə Xalid və 04.06.2019-cu il tarixdə Şamil adlarında övladları anadan olmuşlar. Cinayət işinin materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əri X8 2019-cu il tarixdə ölmüşdür. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan tamamilə ödənildiyi üçün onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2021-ci il tarixdə saat 23:35-də şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 4(037)-41/2021 nömrəli qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Müstəntiqinin 28 sentyabr 2021-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 17:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, 04 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 sentyabr 2021-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin edilən 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Yevlax rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək qeydiyyatda olduğu ünvan 1 ünvanındakı tərk etməmək, cəza çəkdiyi müddətdə Yevlax rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət qeydiyyatda olduğu yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı - adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-13/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-13/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver