Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-13/2024 13.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 13 fevral 2024-cü il tarixdə saat 15:45-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1977-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının sonlarında, dəqiq tarixi məlum olmayan vaxtda Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun Bizlan kəndində yerləşən fərdi yaşayış evində fəhlə kimi işləyərkən həmin evin həyətində dayanmış, Zərərçəkmiş şəxs məxsus “BMW-X5” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olduğunu və həyətdə heç kəsin olmamasını görüb tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə həmin avtomobilin ön sərnişin oturacağına əyləşərək avtomobilin əşya qutusunda saxlanılan Zərərçəkmiş şəxs məxsus ümumilikdə 750 manat məbləğində pulu götürüb qəsdən gizli olaraq talayaraq öz şəxsi ehtiyaclarına sərf etməklə, sonuncuya həmin məbləğdə maddi ziyan vurub oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun tanışıdır, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Onun Zərərçəkmiş şəxs məxsus avtomobildən 750 manat pulun oğurlanması barədə heç bir məlumatı yoxdur. O, qeyd edilən vaxtı keçmiş arvadı Şahid ilə birlikdə Zərərçəkmiş şəxs yanında işləmişdir. Zərərçəkmiş şəxs onu çağıraraq avtomobildə pul olduğunu, gedib gətirməyini tapşırmışdır. O da avtomobilə baxmış, lakin Bəhərin dediyi yerdə, yəni avtomobilin əşya sandıqçasında pul olmamışdır. O Bəhərə maşında pul olmadığını bildirmişdir. Bu məsələdən bir neçə gün sonra uşağı xəstələndiyi üçün yaşadığı Ağsu şəhərinə getmişdir. Bundan sonra isə dəfələrlə Zərərçəkmiş şəxs onun dalınca gəlmiş və pulunu oğurladığını bildirərək onunla mübahisələr edərək ondan pulunu tələb etmişdir. O isə Bəhərə pulunu oğurlamadığını, maşına baxdığı gün orada pul olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs avtomobilindən heç nə oğurlamamışdır. Bu oğurluq hadisənin nə zaman və necə baş verməsini bilmir. Ona görə də arəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, İsmayıllı rayon Bizlan kəndində yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla dolanışığını təmin edir. Təqsirləndirilən şəxs onun tanışıdır, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin mart ayının sonlarında, dəqiq tarixini xatırlamadığı günündə evdən kənarda olarkən evində fəhlə kimi işləyən Təqsirləndirilən şəxs zəng edərək özünə məxsus “BMW X5” markalı avtomobilin ön sərnişin oturacağının qarşısında olan saxlanc yerində saxladığı 750 manat pulu oradan götürüb evə verməsini tapşırmışdır. Bir qədər sonra Seymur ona təkrar zəng edərək ona dediyi yerdə pul olmadığını bildirmişdir. O, evə qayıdıb maşına baxsa da, pulu orada tapa bilməmişdir. Pulu özünün başqa yerə qoyduğunu və unutduğunu düşünmüşdür. Həmin hadisədən 2-3 gün sonra Seymur yaşadığı Ağsu şəhərinə getmişdir. Təxminən 10 gün sonra Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Şahid ona zəng edərək ona məxsus 750 manat pulu Seymurun oğurladığını bildirmişdir. Bundan sonra o, Seymurun yaşadığı Ağsu rayonuna gedərək onu evindən götürüb onunla birlikdə Şamaxı rayonuna gəlmişdir. Gülbaharın yaşadığı ünvana gedərək onu da götürmüş və yaxınlıqda olan kafelərdən birində əyləşmişlər. Orada olan zaman Gülbahar təkrarən ona Seymurun Ağsu şəhərinə gəldiyi zaman üzərində 1000 manata yaxın pul olduğunu, Seymurun guya həmin pulu kimdənsə borc kimi aldığını, lakin həmin adamla əlaqə saxladığı zaman onun Seymura borc vermədiyini bildirmişdir. O, Seymurdan pulunu tələb etmiş, Seymur isə pulun əvəzinə yanında işləyəcəyini bildirmişdir. Həmin gündən sonra Seymuru tapa bilməmişdir. Onunla əlaqə saxlamaq istədikdə isə zənglərə cavab verməmişdir. O, bir neçə ay gözləsə də Seymurun onu aldatdığını görmüş və İsmayıllı RPŞ-nə müraciət etmişdir. Oğurluq hadisəsinin necə baş verdiyini bilavasitə görməsə də 2023-cü ilin mart ayının sonlarında Seymurun keçmiş həyat yoldaşı Gülbaharın həmin pulu Seymurun götürdüyünü deməsindən sonra avtomobilindən oğurluq olmasını başa düşmüş və həmin pulun məhz Seymur tərəfindən oğurlandığına əmin olmuşdur. Həmin pullar müxtəlif nominallarda, yəni 20, 50, 100 manatlıq əskinaslardan ibarət olmuşdur. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 750 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ona ödənilməsə də onu Seymur Məmədova qarşı tələbi və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid ifadə verərək göstərdi ki, Şamaxı rayon Sağyan kəndində yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır, onunla münasibətləri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 2023-cü ilin mart ayında Seymurla birlikdə İsmayıllı rayonu Bizlan kəndində Zərərçəkmiş şəxs yanında işləmişdir. Həmin ayın dəqiq xatırlamadığı günündə Seymur yanına gələrək çıxıb getməyini, 2-3 gün sonra özünün də gələcəyini bildirmişdir. O, azyaşlı oğlunu da götürüb anasının yaşadığı Şamaxı rayonu Sağyan kəndinə getmişdir. Həmin gün axşam tərəfi Seymur Şamaxıya gəlmiş və onları götürərək birlikdə yaşadıqları Ağsu şəhərinə aparmışdır. Evdə olarkən Seymurun cibindən bir topa 50 və 100 manatlıq əskinazlardan ibarət pul çıxararaq saydığını görmüşdür. Seymur pulu saydıqdan sonra həmin pulun təxminən 1000 manata yaxın olduğunu bilmişdir. Seymurdan pulu haradan aldığını soruşduqda sonuncu pulu onlarla qonşuluqda yaşayan Elçin adlı şəxsdən borc aldığını bildirmişdir. Lakin o, Seymura kiminsə borc verəcəyinə inanmadığı üçün Elçin adlı şəxsin yaşadığı ünvana gedərək onu evlərinə dəvət etmişdir. Elçin onlara gəldikdən sonra o, həyətdə ondan Seymura 1000 manat borc verib vermədiyini soruşmuşdur. Elçin isə Seymura heç bir məbləğdə borc vermədiyini bildirmişdir. Elçin çıxıb getdikdən sonra isə o, evə gedərək Seymurdan niyə yalan danışdığını soruşub onunla mübahisə etmişdir. Bu zaman Seymur pulun Zərərçəkmiş şəxs məxsus olduğunu, Bəhərin həyətində saxladığı avtomobilindən götürdüyünü bildirib bu barədə heç kimə heç nə deməməyi tapşırmışdır. O Seymura etiraz edərək Bəhərə bildirəcəyini söyləmişdir. Bir müddət sonra Bəhərə zəng edərək Seymurun onun avtomobilindən pul götürdüyünü söyləmişdir. Həmin vaxtdan sonra bir neçə dəfə Bəhər onların yaşadıqları ünvana gələrək Seymurdan avtomobilindən götürdüyü pulu geri qaytarmasını istəmişdir. Seymur hər dəfə pulu verməkdən imtina etmişdir. Sonradan bilmişdir ki, Bəhər bu barədə polis şöbəsinə müraciət etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: Şahid və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilməsinə dair 02 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Şahid ifadəsində göstərilən halları Təqsirləndirilən şəxs üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması haqqında 15 iyun 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs əvvəlcə yaşadığı ünvana giriş hissəsini, həyəti, həyətdə yerləşən yardımçı tikilini göstərərək həmin tikilinin altında saxladığın avtomobilin kabinəsində olan cib hissədən oğurluq olmasını, oradan 750manat pulun oğurlandığını bildirdi. Vət. Zərərçəkmiş şəxs həmin cib hissəsini göstərərək pulların həmin ciblikdə olduğunu bildirdi. Zərərçəkmiş şəxs göstərməsi və hadisə barədə danışmasına uyğun olaraq hadisə yerinə baxış keçirildi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilmədivə götürülmədi. Hadisə yerinə baxış keçirilməsi haqqında 15 iyun 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi İsmayıllı rayon Bizlan kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətində saxlanılmış avtomobilin kabinəsində baş vermişdir. Həmin ev kəndin mərkəzi hissəsindən bir kədər kənarda yerləşir, həmin yerdə yol torpaq örtüyə malikdir, həmin ev yol ilə hərəkət etdikdə sağ tərəfdə yerləşir, evin ətrafı daş hasarla əhatə olunmuş, giriş hissədə isə qara rəngli dəmir qapı yerləşir, həmin qapıdan həyətə daxil olduqda giriş qapıdan təxminən 2 metr aralıda ətrafı açıq dəmir konstruksiyalarla qurulmuş və üzəri dəmir şiferlə örtülmüş yardımçı tikili vardır, avtomobil həmin tikilinin altında saxlanılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının sonlarında, dəqiq tarixi məlum olmayan vaxtda Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun Bizlan kəndində yerləşən fərdi yaşayış evində fəhlə kimi işləyərkən həmin evin həyətində dayanmış, Zərərçəkmiş şəxs məxsus “BMW-X5” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olduğunu və həyətdə heç kəsin olmamasını görüb tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə həmin avtomobilin ön sərnişin oturacağına əyləşərək avtomobilin əşya qutusunda saxlanılan Zərərçəkmiş şəxs məxsus ümumilikdə 750 manat məbləğində pulu götürüb qəsdən gizli olaraq talayaraq öz şəxsi ehtiyaclarına sərf etməklə, sonuncuya həmin məbləğdə maddi ziyan vurub oğurluq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə məhkəmə istintaqında verdiyi ifadəsi Zərərçəkmiş şəxs, məhkəmə iclasında dindirilmiş şahidin, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi Zərərçəkmiş şəxs, məhkəmə iclasında dindirilmiş şahidin, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının sonlarında, dəqiq tarixi məlum olmayan vaxtda Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun Bizlan kəndində yerləşən fərdi yaşayış evində fəhlə kimi işləyərkən həmin evin həyətində dayanmış, Zərərçəkmiş şəxs məxsus “BMW-X5” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olduğunu və həyətdə heç kəsin olmamasını görüb tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə həmin avtomobilin ön sərnişin oturacağına əyləşərək avtomobilin əşya qutusunda saxlanılan Zərərçəkmiş şəxs məxsus ümumilikdə 750 manat məbləğində pulu götürüb qəsdən gizli olaraq talayaraq öz şəxsi ehtiyaclarına sərf etməklə, sonuncuya həmin məbləğdə maddi ziyan vurub oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.1-ci maddəsi ilə düzgün tövsif olunuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsə də onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayon Xalq Məhkəməsinin xx.xx.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213-cü maddənin 1-ci hissəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996-cı il tarixli Amnistiya Qərarının 4-cü maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla azad edilmişdir. Qaradağ rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 93-3-cü maddəsinin 2-ci hissəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1996cı il tarixli Amnistiya Qərarının 1.5-ci maddəsinə əsasən azad edilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu yoxdur. Ağsu RİHB-nın Ağsu şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 12 may 2023-cü il tarixli 197 və 198 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayır, subaydır, yaşadığı müddət ərzində mənfi xarakterizə olunmuşdur. İsmayıllı rayon X2 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 28-1- 25/2-942/23nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağsu rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməsə də məhkəmə, onun əvvəllər dəfələrlə məhkum olunmasını, yaşayış yeri üzrə mənfi xarakterizə edilməsini onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirir və iş üzrə yekun qərar qəbul edilərlkən nəzərə alır. Məhkəmə, cəzanı yüngülləşdirən halın mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdə saat 17:40-da şübhəli şəxs qismində tutularaq İsmayıllı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Müstəntiqinin 03 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 15:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Onun şübhəli şəxs qismində saxlanıldığı müddət 2 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, 04 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını Ağsu rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı ünvan 1 ünvanındakı evi tərk etməmək, bu müddətdə Ağsu rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut və müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri müəyyən olunmadı. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 noyabr 2023-cü il tarixdə saat 17:40-dan 03 noyabr 2023cü il tarixə saat 15:00-a dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin edilən 2(iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını Ağsu rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı ünvan 1 ünvanındakı evini tərk etməmək, bu çəkdiyi müddətdə Ağsu rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Cinayət işi üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-13/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-13/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver