Məhkəmə qərarları › İş №1(037)-13/2025

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-13/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-13/2025 04.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 04 mart 2025-ci il tarixdə saat 15:43-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1982-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilməmiş, İsmayıllı şəhəri, M.İbrahimov küçəsi, ev 19 saylı ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 7,27 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib icarə əsasında işlətdiyi İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi ilə N.Gəncəvi küçəsinin kəsişməsində yerləşən çayxanaya daşıyaraq həmin çayxananın içərisində olan pivə aparatının içərisinə quraşdırılmış dəmir pivə çəlləyinin üzərində gizlədərək xx.xx.2024-cü il tarixədək orada saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, həmin çayxananın qarşısında saxlanılaraq çayxanaya baxış keçirilən zaman orada olan pivə aparatının içərisinə quraşdırılmış dəmir pivə çəlləyinin üzərində, bir ədəd kağız bükülüdə gizlədərək saxladığı, ümumi təmiz çəkisi 7,27 qram təşkil edən xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, İsmayıllı şəhəri, M.İbrahimov küçəsi ev 19 ünvanında qeydiyyatda olmaqla anası ilə birgə həmin ünvanda yaşayır. Əvvəllər icarə əsasında İsmayıllı şəhəri, “Kəpənək dairəsi” adlanan yerdə çayxana işlətmişdir. 3 il olar ki, narkotik vasitə marixuanadan istifadə edir. 2024-cü ilin sentyabr ayının dəqiq tarixi xatırlamadığı günündə, səhər saatlarında hissəsinə balıq tutmaq məqsədi ilə Ax-Ox çayının İsmayıllı rayonunun Xanagah kəndi ərazisindən keçən getmişdir. Çayın kənarı ilə gəzərkən bir ədəd kibrit qutusu diqqətini çəkmiş, həmin kibrit qutusunu götürüb içərisinə baxdıqda içərisində bitki kütləsinin olduğunu görmüş, o, narkotik vasitə olan marixuanadan istifadə etdiyi üçün həmin bitki kütləsinin marixuana olduğunu tanımış, istifadə etmək məqsədilə həmin kibrit qutusunu cibinə qoymuş, geri qayıdarkən evdə anasının görməməsi üçün həmin kibrit qutusunu işlətdiyi çayxanada gizlətmişdir. Kibrit qutusu çay kənarında olduğundan islanmış vəziyyətdə olmuş, bu səbəbdən səhəri gün həmin bitki kütləsini bir ədəd kağıza bükmüş və çayxanada olan pivə aparatının içərisinə quraşdırılmış dəmir pivə çəlləyinin üzərinə qoymuşdur. Təxminən 1-2 dəfə marixuanadan götürüb istifadə etmişdir. 13 oktyabr 2024-cü il tarixdə adəti üzrə səhər saat 09 radələrində çayxananı açmış, təmizlik işləri ilə məşğul olmuş, saat 10 radələrində siqaret çəkmək üçün çayxananın qarşısına çıxmışdır. Həmin vaxt mülki geyimdə və polis formasında əməkdaşlar ona yaxınlaşmış, onlar xidməti vəsiqələrini ona göstərib İsmayıllı RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Onun işlətdiyi çayxanada narkotik vasitə saxlamağı ilə bağlı onlarda əməliyyat məlumatı olduğunu bildirərək, ona əməliyyat axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarı təqdim etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmiş və çayxanaya baxış keçirmələrinə, habelə üzərinə şəxsi axtarış keçirmələrinə heç bir etirazının olmaması ilə bağlı ərizə təqdim etmişdir. Həmçinin ona şübhəli şəxs qismində tutulmağı ilə bağlı qərarın və protokolun, hüquq və vəzifələrinə dair bildirişlərin surəti təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə o, vəkillərin siyahısından özünə müdafiəçi seçmiş, qısa zaman ərzində müdafiəçi həmin yerə gəlmiş, polis əməkdaşları videoçəkilişlə çayxanaya və üzərinə baxış keçirəcəklərini bildirmişlər. O, buna heç bir etirazının olmadığını bildirmiş, baxış zamanı ona çayxanada narkotik vasitə olub oladığı soruşulmuş və vardırsa təqdim etməyi ona təklif olunmuşdur. O, çayxanada olan pivə aparatının içərisində olan dəmir pivə çəlləyinin üzərində saxladığı bir ədəd kağız bükülüdəki narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitəyə bənzər kütlənin nə olması, kimə məxsus olması, haradan əldə edilməsi soruşulduqda o, həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Təqdim etdiyi kütlə götürülərək xüsusi elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və zərfə qoyulmuşdur. Zərfin üzəri möhürlənib iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edildikdən sonra o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Onlar oradan çıxıb polis şöbəsinə gəlmişlər. Narkotik vasitəni saxlamağını, ümumiyyətlə həmin vasitədən istifadə etdiyini heç kim, o cümlədən ailə üzvləri də bilməmişdir. O, başqa heç kimə narkotik satmamış, nə də pay verməmişdir. Hazırda əməlindən peşmandır. Hazırda o özü ağırlaşmış qaraciyər serrozu xəstəliyindən əziyyət çəkir, anası da ahıl yaşda olmaqla onun himayəsindədir, köməyə möhtacdır. Ona həbslə bağlı cəza veriləcəyi təqdirdə anasına baxan olmayacaqdır. Ona görə də qeyd etdikləri nəzərə alınaraq ona həbslə bağlı olmayan daha yüngül cəza verilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. İsmayıllı şəhər sakini, Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi İsmayıllı şəhəri, Nizami küçəsində, “Kəpənək dairəsi” adlanan yerdə yerləşən çayxanada narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olduğu üçün bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, bu barədə əməliyyataxtarış tədbiri qərarı qəbul olunmuş və şöbə rəhbərliyi tərəfindən təsdiq edilmiş, şöbə rəhbərliyi tərəfindən əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Qrupun tərkibinə o, təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X13, RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru X7, RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis mayoru X9 daxil edilmişdir. Həmin gün saat 10 radələrində o, TB-nin təhqiqatçısı, polis kapitanı Qoşqar Aslanlı, CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Rəsul Məmmədov, KTQ-nin baş inspektor kriminalisti, polis mayoru Sadiq Mirzəyevlə birlikdə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi ilə Nizami küçəsinin kəsişməsidə yerləşən Təqsirləndirilən şəxs işlətdiyi çayxananın qarşısına getmişlər. Ramili çayxananın qarşısında görüb ona yaxınlaşmış, özlərini təqdim edərək İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Onlar Ramilə işlətdiyi çayxanada narkotik vasitə olmasına dair şübhələr olduğundan həmin çayxanaya və üzərinə üzərinə şəxsi axtarış keçirəcəklərini, bu barədə əməliyyat məlumatı olduğunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini bildirərək qərarla sonuncunu tanış etmişlər. Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə təqdim etmişdir. Həmçinin ona şübhəli şəxs qismində tutulmağı ilə bağlı qərar və protokolun, hüquq və vəzifələrinə dair bildirişlərin surəti təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra Ramil, müdafiəçi ilə təmin olunmasını xahiş etmiş, onlar sonuncunu dövlət hesabına Müdafiəçi ilə təmin etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs, vəkili Müdafiəçi və onların iştirakı ilə çayxanaya və üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər, həmçinin onlar Ramilə çayxanaya baxış prosesini və şəxsi axtarış prosesini video kamera vasitəsilə qeydə alacaqlarını demişlər. Ramil isə heç bir etirazının olmadığını bildirmişdir. Baxış başlamamışdan qabaq Təqsirləndirilən şəxs çayxanada narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuş, sonuncu, çayxanada olan pivə aparatının içərisində olan dəmir pivə çəlləyinin üzərində saxladığı bir ədəd kağız bükülüdəki narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim etmiş, həmin narkotik vasitəyə bənzər kütlənin nə olması, kimə məxsus olması, haradan əldə edilməsi soruşulduqda Ramil, həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Təqdim edilmiş kütlə götürülərək xüsusi elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və zərfə qoyulmuşdur. Zərfin üzəri İsmayıllı rayon PŞ-nin 74 saylı möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edildikdən sonra o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Daha sonra Ramilin üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmiş, onlar oradan çıxıb polis şöbəsinə gəlmişlər. Şahid, İsmayıllı RPŞ-nin CAB-nin baş əmüvəkkili X7 da eyni məzmunlu ifadə verərək X2 ifadəsində göstərilənləri təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Şəxsi axtarış aparılması və götürmə barədə” 13 oktyabr 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş şəxsi axtarış keçirilməsini əks etdirən videodiskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi ilə N.Gəncəvi küçəsinin kəsişməsində yerləşən çayxanaya baxış zamanı çayxananın içərisində olan pivə aparatının içərisinə quraşdırılmış dəmir pivə çəlləyinin üzərində, bir ədəd kağız bükülüdə yaşıl rəngli, narkotik vasitəyə bənzər, spesifik qoxuya malik ümumi çəkisi 8,82 qram bitki kütləsi aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 14 oktyabr 2024-cü il tarixli 3-16-16/2-17/824 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs məxsus tikilidən aşkar edilərək götürülmüş kütlə..” adlar və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümdə, təmiz çəkisi – 7,27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd edilən məhkəmə-bioloji ekspertiza rəyinin qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi 7,27 qram olmuş, tədqiqata 0,02 qram sərf edilmiş, qalıq 7,25 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 2015 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi çayxanada axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,25 qram olan kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə çəkisi 7,27 qram olan kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuananı əldə edib 13 oktyabr 2024-cü il tarixə kimi işlətdiyi çayxanada saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 7,27 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib icarə əsasında işlətdiyi İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi ilə N.Gəncəvi küçəsinin kəsişməsində yerləşən çayxanaya daşıyaraq həmin çayxananın içərisində olan pivə aparatının içərisinə quraşdırılmış dəmir pivə çəlləyinin üzərində gizlədərək xx.xx.2024-cü il tarixədək orada saxlamış, xx.xx.2024cü il tarixdə, saat 11 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin çayxananın qarşısında saxlanılaraq çayxanaya baxış keçirilən zaman orada olan pivə aparatının içərisinə quraşdırılmış dəmir pivə çəlləyinin üzərində, bir ədəd kağız bükülüdə gizlədərək saxladığı, ümumi təmiz çəkisi 7,27 qram təşkil edən xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsindən alınmış 28 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.İbrahimov küçəsi, ev 19 saylı ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, subaydır, ailə tərkibi özündən və 1950-ci il təvəllüdlü anası X3 ibarətdir, yaşadığı müddət ərzində barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon X8 Hüquqi Şəxsindən alınmış xx.xx.2024-cü il tarixli, 18-1-47/2- 1200/2024 nömrəli arayışdan görünür ki, Səfərov X5 RMX-nin PHŞ-nin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabietlərində dispanser qeydiyyatda yoxdur. İcbari Tibbi Sığorta agentliyi tərəfindən verlmiş göndəriş vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs birincili billiar sirroz xəstəliyinin ağırlaşma halında diaqnozu ilə tibbi xidmətə göndəriş vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2024-cü il saat 10:30-da şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 oktyabr 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 10:00-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs Rəvan İslamovun həbsdə saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 7,25 qram olan kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 oktyabr 2024-cü il saat 10:30-dan 15 oktyabr 2024-cü il saat 10:00-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 1(bir) il 6(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri, M.İbrahimov küçəsi, ev 19 ünvanındakı evi tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan 01 (bir) ədəd zərfdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 X12 2 №-li möhürü ilə möhürlənmiş, tədqiqatdan sonra ümumi təmiz çəkisi 7,25 qram olan kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 35 (otuz beş) manat 97 ( doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar