Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-14/2021 18.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı Elçin oğlunun iştirakı ilə 18 fevral 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1991-ci ildə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs müəyyən olunmamış vaxtda və mənbədən çətənə bitkisinin toxumlarını əldə edərək 2020-ci ilin aprel ayının əvvəllərində yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən evin həyətindəki torpaq sahəsində əkib yetişdirməklə aqrotexniki qaydada qulluq göstərərək 1 (bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkisini yetişdirmiş, həmin bitkinin hissələrini yığıb kustar üsulla qurudaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 425 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etmiş, satış məqsədi olmadan qanunsuz olaraq həmin narkotik vasitənin 40 qramını sellofan bağlamaya doldurub yaşadığı evin yataq otağındakı qutunun içərisində, 125 qramını digər sellofan bağlamaya və 260 qramını parça torbaya doldurub evin yataq otağındakı kauçuk qabın içərisində gizlədərək saxlamış, xx xxxxxxx 2020-ci il tarixdə, saat 16 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb bölgəsinin Regional şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin otağa baxış keçirilərkən oradan ayrı-ayrı bağlamalara yerləşdirilmiş ümumilikdə təmiz çəkisi 425 qram təşkil edən həmin narkotik vasitə olan qurudulmuş marixuana və evin həyətindəki torpağın üzərində saxladığı 4 ədəd 755 qram çəkidə narkotik tərkibli çətənə bitkisinin hissələri və 49,57 qram çəkidə çətənə bitkisinin budaq və saplaqları aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2020-ci ilin aprel ayının əvvəllərində yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki küçədə gəzərkən yerdə bir ədəd sellofan bükülü görmüş və həmin bükümü götürüb açmışdır. Bükülünün içində çətənə bitkisinin toxumlarının olduğunu görmüş və toxumları yaşadığı evin həyətində əkərək gələcəkdə özünün istifadəsi üçün marixuana əldə etmək qərarına gəlmişdir. Toxumları özü ilə gətirmiş və yaşadığı evin arxa tərəfindəki torpaq sahəsində toxumlardan birini əkmiş, qalanlarını isə tullamışdır. Toxum cücərdikdən sonra mütəmadi olaraq şitili sulamış, dibiini yumşaldıb aqrptexniki qulluq etmişdir. Həmin ilin sentyabr ayının axırlarında yetişdirdiyi çətənə kolunun yarpaqlarını yığaraq qurutmuşdur. Qurumuş bitki kütləsini sellofan bağlamaya və parça torbaya doldurub özünün istifadəsi məqsədi ilə evin yataq otağında gizlətmişdir. Ailə üzvlərinə bu barədə deməmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində küçəyə çıxdıqda bir neçə nəfər mülki geyimli şəxslərin onun qapısının qarşısında dayandıqlarını görmüşdür. Həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar narkotik vasitə olan marixuanadan istifadə etməyi və saxlamağı barədə məlumat daxil olduğunu bildirərək ona barəsində əməliyyat-axtarış tədbiri qərarını göstərmişdirlər. Polis əməkdaşları onun razılığını aldıqdan sonra yaşadığı evin həyətinə daxil olaraq videoçəkiliş vasitəsi ilə evdə axtarış aparacaqlarını bildirmişlər. Videoçəkiliş zamanı o, yaşadığı evdə narkotik vasitə saxlamağını etiraf etmişdir. Əməkdaşlar yaşadığı evin otaqlarına və digər sahələrə baxış keçirəcəklərini bildirmiş və o, baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Onlar evə də videoçəkiliş vasitəsi ilə baxış keçirmiş və həmin vaxt o, yataq otağında müxtəlif qablaşmalarda saxladığı marixuanaları polis əməkdşlarına təqdim etmişdir. Polis əməkdaşları ardıcılllıqla onun təqdim etdiyi işərisində qurudulmuş marixuana olan sellofan bağlamalara və parça torbaya baxış keçirilmişdir. Onun təqdim etdiyi bağlamalar və torba elektron tərəzidə çəkilərək çəkiləri müəyyən edilmişdir. İçərisində marixuana olan sellofan bağlamalar və parça torba qablaşdırılmış, və qablaşdırılmanın üzərini imzası ilə təsdiqləmişdir. Bundan sonra polis əməkdaşlarına həyətdə əkdiyi çətənə bitkisinin yerini göstərmiş və əməkdaşlar ora baxış keçirdikdən sonra orada qalmış bitki hissələrini kisəyə qablaşdıraraq götürülər. Daha sonra isə o, polis əməkdaşları ilə birlikdə Baş X1 Qərb bölgəsində regional şöbəsinin Gəncə şəhərində yerləşən inzibai binasına getmişdir. Orada üzərinə şəxsi axtarış keçirilsə də üzərindən narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qanunla qadağan edilən əşya aşkar edilməmişdir. O, evindən aşkar olunmuş narkotik vasitələrin ona məxsus olduğunu və öz şəxsi istifadəsi üçün evində saxladığını bildirmişdir. Yaşadığı evdə narkotik vasitə saxladığını ailə üzvləri bilməmişdir. O, həmin narkotik vasitəni almamış və ondan heç kimə satmamışdır.Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Himayəsində azyaşlı uşağı var, ailəsində ondan başqa işləyib evə gəlit gətirən şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid X10 ifadəsində göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb bölgəsində regional şöbənin baş əməliyyat müvəkkili vəifəsində işləyir. İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə Baş X1 Qərb bölgəsində regional şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə xx xxxxxxx 2020-ci il tarixdə Zaurun ətrafında əməliyyat-axtarış tədbilərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və qərarın icrası ilə əlaqədar şöbənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün İsmayıllı rayonuna gəlmişlər və saat 16:00 radələrində Zaurun yaşadığı evində olması barədə məlumat əldə edərək onun evinə getmişlər. Həyət qapısını döydükdə onları Zaur özü qarşılamış və bu zaman Zaura xidməti vəsiqlərini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar Zauru barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmişlər. Zaur onları yaşadığı evin həyətinə dəvət etmiş və ona videoçəkiliş vasitəsi ilə evində və həyətində axtarış aparılacağını bildirmişlər. Zaur buna etiraz etməmiş və onlar əməliyyata başlamışlar. Zaur yaşadığı evin yataq otağında narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Bundan sonra onlar evin yataq otağına daxil olmuşlar. Zaur otaqdakı pəncərənin qarşısına qoyulmuş qutunun içərisindən sellofan bağlamanı göstərək onun marixuana olduğunu bildirmişdir. Bağlama açılaraq kütləyə baxış keçirilmiş və kütlənin yaşıl rəngli, kəskin iyli narkotik vasitə marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Həmin kütlənin çəkisi müəyyən edilmişdir. Zaur otağının küncündəki kapron qabın içərisində sellofan və parça torbalar olduğunu və onların da içərisində narkotik vasitə marixuana saxladığını bildirmişdir. Həmin torbalar da açılmış və aşkar olunmuş kütlələrin yaşıl rəngli, kəskin iyli narkotik vasitə marixuanaya bənzər maddələr olması müəyyən edilmişdir. Həmin kütlələrin çəkiləri müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr kisəyə qoyularaq qablaşdırılmış və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Zaur həmin kütlələri həyətində əkdiyi bir ədəd çətənə bitkisinin üzərindən yığıb qurutduğunu və şəxsi istifadəsi üçün evində saxladığını bildirmişdir. Onlar Zaurun dediyi torpaq sahəsinə baxış keçirilmişlər. Baxış zamanı həmin yerdən çətənə bitkisinə bənzər bitkinin hissələri aşkar edilmişdir. Hissələr qablaşdırılmış və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Zaur onlarla birlikdə Baş X1 Qərb bölgəsində regional şöbəsinin Gəncə şəhərində yerləşən inzibai binasına aparılmışdır. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq orada Zaurun üzərinə şəxsi axtarış keçirilsə də üzərindən narkotik vasitə, psixotrop maddə və dövriyyəsi qanunla qadağan edilən əşya aşkar edilməmişdir. Şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şаhid qismində dindirilmiş DİN-nin BNMİ-nin bilavasitə tabe olan Qərb bölgəsində regional şöbənin digər əməkdaşı X5 da şahid Anar Seyidov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə baxışı iclasına gəlməmiş şahid X2 ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan edilmişdir. Şahid Qorxmaz İbrahimov ibtidai istintaqa verdiyi ifadəsində şahid Anar Seyidovun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 Qərb bölgəsinin Regional şöbəsinin baş əməliyyat müvəkkili X10 tərəfindən qəbul edilmiş 12 oktyabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayan Zaur Usubovun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. “Baxış keçirilməsi və götürülmə haqqında” 12 oktyabr 2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 16:05dən saat 16:34-dək İsmayıllı rayonu Kürdmaşı kəndində Zaur Usubovun yaşadığı evində axtarış keçirilmiş, axtarışdan öncə Təqsirləndirilən şəxs videokameradan istifadə etməklə videoçəkiliş aparılacağı və fotoşəkillərin çəkiləcəyi bildirilərək razılığı alınmış və axtarışa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirmişdir. Bundan sonra onlar evin yataq otağına daxil olmuşlar. Zaur otaqdakı pəncərənin qarşısına qoyulmuş qutunun içərisindən sellofan bağlamanı göstərək onun marixuana olduğunu bildirmişdir. Bağlama açılaraq kütləyə baxış keçirilmiş və kütlənin yaşıl rəngli, kəskin iyli narkotik vasitə marixuanaya bənzər maddə olması müəyyən edilmişdir. Həmin kütlənin çəkisi müəyyən edilmişdir. Zaur otağının küncündəki kapron qabın içərisində sellofan və parça torbalar olduğunu və onların da içərisində narkotik vasitə marixuana saxladığını bildirmişdir. Həmin torbalar da açılmış və aşkar olunmuş kütlələrin yaşıl rəngli, kəskin iyli narkotik vasitə marixuanaya bənzər maddələr olması müəyyən edilmişdir. Həmin kütlələrin çəkiləri müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr kisəyə qoyularaq qablaşdırılmış və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq Zaur marixuanadan istifadə etdiyini, evindən aşkarlanmış narkotik vasitəni həyətində yetişdirdiyi çətənə bitkisi hissələrindən yığıb qurudaraq öz istifadəsi üçün saxladığını və satmaq niyyətinin olmadığını bildirmişdir. Zaur Usubovun dediyi torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin yerdən çətənə bitkisinə bənzər bitkinin hissələri aşkar edilmişdir. Hissələr qablaşdırılmış və bu barədə tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 16/700 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində vətəndaş Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin otağından götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr..” sözləri yazılmış sintetik kisədəki, 1 (bir ) ədəd parça materialdan olan torbada, 1 (bir) ədəd polietilen torbada, 1 (bir) ədəd sellofan torbada ayrı ayrılıqda təmiz çəkiləri 40qram, 125 qram, 260 qram, ümumi təmiz çəkisi 425 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində vətəndaş Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətindən götürülmüş narkotik tərkibli çətənə (kannabis) bitkisinə bənzər bitkinin hissələri.” sözləri yazılmış sintetik kisədəki, bitki nümunəsinin hissələri, narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş, çətənə (kannabis) bitkisinin hissələrinin üzərində yarpaqlar olmadığı üçün təqdim olunmuş marixuanalar arasında müqaisəli tədqiqat aparmaq mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik təşkil edir. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 17/574 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış ağ kağızda “...Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin otağından götürülmüş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr..." sözləri və imzalar yazılmış Məhkəmə ekspertizası mərkəzinə məxsus parça torbanın içərisindəki 01 (bir) ədəd parça, 01 (bir) ədəd polietilen və 01 (bir) ədəd sellofan torbada, ayrı-ayrılıqda təmiz çəkiləri - 39,95 qr., 124,95 qr. və 259,95 qr., ümumi təmiz çəkiləri- 424,85 qram olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş üzərində yapışdırılmış ağ kağızda “...Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətindən götürülmüş narkotik tərkibli çətənə (kannabis) bitkisinə bənzər bitkinin hissələri." sözləri və imzalar yazılmış sintetik kisənin içərisində ki çətənə (kannabis) bitkisinin hissələrinin sayı 04 (dörd) ədəd, ümumi təmiz çəkiləri- 755,00 qramdır. Həmin kisənin içərisindəki çətənə (kannabis) bitkisinin budaq və saplaqlarının təmiz çəkisi- 49,57 qramdır. Tədqiqata təqdim olunmuş, 1 rəqəmi ilə işarələnmiş sellofan torbanın içərisindəki torpaq nümunəsində narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Təqdim olunmuş torpaq nümunəsinin strukturu və münbitliyi həmin torpaqda narkotik tərkibli çətənə bitkisinin yetişməsini mümkün edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 939 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. 28 oktyabr 2020-ci il тariхli tələbnamədən görünür ki, Zaur Usubovun məhkumluğu yoxdur. İsmayıllı rayon X6 Hüquqi Şəxsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 328 nömrəli arayışdan görünür ki, Zaur Usubov RMP-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 24 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 424,70 qram təşkil edən kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana, ümumi təmiz çəkisi 754,80 qram təşkil edən 04 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini hissələri, tədqiqatdan sonra ümumi təmiz çəkisi 49,52 qram təşkil edən çətənə bitkisinin budaq və saplaqları iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxxx 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 19:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 14 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 13:15-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. 14 oktyabr 2020-ci il tarixli 548 və 549 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı Məmmədova Gülmayə Fərman qızı və 2020-ci il təvəllüdlü oğlu Ağakərimdən ibarətdir. Barəsində yaşayış yeri üzrə yaşadığı müddətdə şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki,ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, cəzanın 02 (iki) il 06 (altı) ay müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 12 oktyabr 2020-ci il tarixdə saat 19:10-dan 14 oktyabr 2020-ci il tarixdə saat 13:15-dək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 02(iki) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyünə görə o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra ümumi təmiz çəkisi 424,70 qram təşkil edən kustar üsul ilə hazırlanmış qurudulmuş marixuana, tədqiqatdan sonra ümumi təmiz çəkisi 754,80 qram təşkil edən 04 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini hissələri, tədqiqatdan sonra ümumi təmiz çəkisi 49,52 qram təşkil edən çətənə bitkisinin budaq və saplaqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 66 (altmış altı) manat 95 (doxsan beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12 oktyabr 2020-ci il tarixdən 14 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 02(iki) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Kürdmaşı kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra ümumi təmiz çəkisi 424,70 qram təşkil edən kustar üsul ilə hazırlanmış qurudulmuş marixuana, tədqiqatdan sonra ümumi təmiz çəkisi 754,80 qram təşkil edən 04 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərini hissələri, tədqiqatdan sonra ümumi təmiz çəkisi 49,52 qram təşkil edən çətənə bitkisinin budaq və saplaqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 66 (altmış altı) manat 95 (doxsan beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22,MəhkəməEkspertizasıMərkəzi- VÖEN-**********,hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-14/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-14/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver