Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-14/2022 03.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə 03 mart 2022-ci il tarixdə saat 16:15-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1982-ci il tarixdə Xocavənd rayonu Çartar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində biri azyaşlı, biri isə yetkinlik yaşına çatmayan olmaqla iki uşağı olan, Ağdam rayonu Mərzili kəndində qeydiyyatda olmaqla məcburi köçkün kimi İsmayıllı rayonu Kürdmaşı kəndində məskunlaşaraq orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 24 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən əkin sahəsində mal-qarasını otararkən həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əsəbiləşərək atının üzərində olan Zərərçəkmiş şəxs yaxınlaşaraq əlindəki çomaqla sonuncunya qəsdən bir neçə zərbə endirib atdan yerə yıxmış, yerdə də hərəkətlərini davam etdirərək həmin çomaqla Zərərçəkmiş şəxs bir neçə dəfə zərbə vurmaqla sonuncuya C5 boyun fəqərəsinin tin çıxıntısının sınığı, sağ saidin, sol dirsəyin, sol əlin İİİ barmağının dırnaq falanqasının, döş qəfəsinin, bel nahiyəsinin sıyrıqları, sağ gicgah və boyun nahiyəsinin, sol kürəyin, döş qəfəsinin, bel nahiyəsinin, sağ bazunun qançırları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayon Kürdmaşı kəndində yaşayır, təsərrüfatla məşqul olmaqla ailəsinin dolanışığını təmin edir. Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla münasibəti yaxşı olmuş, aralarında ədavət və düşmənçiliyi olmamışdır. Onlar 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşərək İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində yerləşən “Göbələk” adlı yaşayış massivində məskunlaşaraq orada yaşayırlar. 24 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində evlərinin yaxınlığındakı əkin sahəsində qardaşı Kərəm Quliyev və yeznəsi Rəhman Quliyev ilə birlikdə özünüzə məxsus heyvanları otararkən Rəhmanla Vüqar arasında mübahisə yaranmışdır. Mübahisə zəminində Vüqar Rəhmanın ünvanına nəlayiq ifadələr işlətmiş, Vüqar atın belində Rəhmanın üzərinə tərəf gedərkən isə Kərəm Rəhmanı kənara çəkmişdir. O, bir az aralıda olduğundan Vüqara oradan uzaqlaşmağı bildirmişdir. Vüqar onun sözlərinə məhəl qoymayaraq yeznəsinin və onun ünvanına təkrarən nalayiq ifadələr işlətmişdir. O, atın üstündə oturmuş Vüqara yaxınlaşaraq əlindəki çomaqla Vüqarı vurmuş, Vüqar da atın üstündən onu vurmaq istədikdə əli boşa çıxmış və yerə yıxılmışdır. Vüqar yerə yıxıldıqdan sonra əlindəki çomaqla onu vurmağa başlamış, yaxınlıqda qoyun otaran həmkəndlisi Fikrət Cəfərov onlara yaxınlaşaraq onları ayırmış və sakitləşdirmişlər. Vüqar atına əyləşib oradan uzaqlaşmışdır. Sonradan Vüqarın polisə döyülməsi barədə məlumat verdiyini eşitmişdir. Vüqarı özü döymüş, Kərəm Quliyev və Fikrət Cəfərov isə Vüqarı vurmamış və döyməmişdir. Baş vermiş mübahisə zamanı orada onlardan başqa heç kim olmamış, onunla Vüqar arasında mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Hazırda etdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, onlar ailəliklə 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşərək İsmayıllı rayonun Kürdmaşı kəndi ərazisində yerləşən “Göbələk” adlı yaşayış massivində məskunlaşmışlar. Təqsirləndirilən şəxs onun həmkəndlilsi olmaqla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçiliyi olmamışdır. 24 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində evlərinin yaxınlığında olan biçənəkdə özünə məxsus heyvanlarını otararkən onunla orada heyvan otaran Elçinin yeznəsi Rəhman Quliyev arasında mübahisə olmuşdur. Rəhman onun ünvanına nalayiq ifadələr işlətdiyindən o da qarşılıqlı olaraq Rəhmanı söymüşdür. O, həmin vaxtı atın üstündə olmuş, bu zaman orada heyvan otaran Təqsirləndirilən şəxs əlindəki çomaqla onu vurmuşdur. O, atın üzərindən yerə yıxılmış və Elçin onu döyməyə davam etmişdir. Bir qədər sonra atına minərək oradan uzaqlaşmışdır. Yolda qardaşı Qasımla qarşılaşmış və baş verənləri qardaşına bildirmiş, daha sonra isə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək döyülməyi barədə məlumat vermişdir. Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs ondan üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, onlar ailəliklə 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşərək İsmayıllı rayonun Kürdmaşı kəndi ərazisində yerləşən “Göbələk” adlı yaşayış massivində məskunlaşmışlar. 24 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində mal-heyvan otardıqları biçənəyə gedərkən yolda qardaşı Vüqarla rastlaşmış və Vüqar ona Elçin tərəfindən döyüldüyünü bildirmişdir. O dərhal Vüqarın döyüldüyü yerə getmişdir. Həmin yerdə həmkəndliləri Fikrət, Elçin, Kərəm və Rəhmanın heyvan otardıqlarını görmüşdür. Rəhmana yaxınlaşıb hadisə barəsində soruşmuş, bu zaman Elçin ona yaxınlaşaraq qardaşı Vüqarın üvanına nəlayiq ifadələr işlədərək əlindəki çomaqla onu da döyməyə başlamışlar. O, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək döyülməyi barədə məlumat vermişdir. X3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə həmkəndliləridir. Onlar ailəliklə 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşərək İsmayıllı rayonun Kürdmaşı kəndi ərazisində yerləşən “Göbələk” adlı yaşayış massivində məskunlaşmışlar. 24 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində İsmayıllı rayonun Kürdmaşı kəndində yerləşən biçilmiş qarğıdalı sahəsində qardaşı Elçin və yeznəsi Rəhman Quliyevlə birlikdə şəxsi təsərrüfatında olan iribuynuzlu heyvanları otarmışlar. Zərərçəkmiş şəxs da heyvanlarını onların yanında otarmışdır. Bu zaman Rəhmanla Vüqar arasında mübahisə baş vermiş, mübahisə zamanı Vüqar Rəhmanın ünvanına nalayiq ifadələr işlətmişdir. Atın belində olan Vüqar Rəhmanın üzərinə tərəf getmiş, Elçin isə Vüqara yaxınlaşıb əlindəki çomaqla Vüqarı vurmuşdur. Vüqar da atın üstündən Elçini vurmaq istədikdə əli boşa çıxmış və yerə yıxılmışdır. Vüqar yıxıldıqdan sonra Elçin çomaqla Vüqarı təkrar vurmuşdur. Yaxınlıqda qoyun otaran həmkəndlisi Fikrət Cəfərov da yaxınlaşmış və onlar birlikdə Elçinlə Vüqarı ayıraraq sakitləşdirmişlər. Vüqar çıxıb getdikdən təxminən 10 dəqiqə sonra Vüqarın qardaşı Qasım İbrahimov onların yanına gələrək onları nalayiq ifadələrlə təhqir etmişdir. Qardaşı Elçin əlindəki çomaqla Qasımı vurmuşdur. Onlar tez Elçin ilə Qasımı ayıraraq sakitləşdirmişlər. Bundan sonra Qasım oranı tərk edib getmişdir. X2 və X5 ifadələrində X6 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə-tibbi ekspertizasının 24.09.2021-ci il tarixli 445 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – C5 boyun fəqərəsinin tin çıxıntısının sınığı, sağ saidin, sol dirsəyin, sol əlin İİİ barmağın dırnaq falanqasının, döş qəfəsinin, bel nahiyəsində sıyrıqları, sağ gicgah və boyun nahiyəsinin, sol kürəyin, döş qəfəsinin, bel nahiyəsinin, sağ bazunun qançırları bərk-küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və Zərərçəkmiş şəxs qeyd etdiyi 24 sentyabr 2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. 16 noyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. 30 sentyabr 2021-ci il tarixli 386 və 387 nömrəli arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Mərzili kəndində qeydiyyatda olmaqla İsmayıllı rayon Kürdmaşı kəndində yaşayır, himayəsində 2006-cı il təvəllüdlü X9 və 2008-ci il təvəllüdlü X10 adlı övladları vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı RİHB-nin Kürdmaşı kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı RMX-nın Publik hüquqi şəxsi Poliklinika şöbəsindən alınmış 28 dekabr 2021-ci il tarixli 02-02-2252/21 nömrəli nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 15 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1, 127.2.3 və 221-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Həmin qərardan görünür ki, Rəhman Quliyev, X19 və Fikrət Cəfərovun barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən təqsirliliklərinin sübuta yetirilməməsi əsası ilə rədd edilmişdir. İbtidai istintaqın gedişində Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Milli Məclisinin 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 5 noyabr 2021-ci il tarixli, 395-VİQR nömrəli qərarının 1.16-cı bəndinə əsasən himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasına görə amnistiya tətbiq edilən şəxslərin dairəsinə düşdüyünü bildiyini, lakin barəsində İsmayıllı RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə amnistiya aktının tətbiq olunmasına və həmin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz edərək cinayət işinin məhkəməyə göndərilməsini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edidi ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxsdən üzr istəmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsi bağışlayaraq ondan tələb və şikayətinin olmadığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onunla barışmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Dövlət ittihamçısı qanunun göstərilən normasına əsaslanaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-14/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-14/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver