Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-15/2021 25.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçi İsmayılov İslam Abduləziz oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə 25 fevral 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 23 mart 1970-ci ildə Abşeron rayonu Xırdalan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, İsmayıllı şəhəri Cavanşir küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxx 2020-cu il tarixdə saat 10:00 radələrində yaşadığı İsmayıllı şəhəri Cavanşir küçəsi ev 7 ünvanındakı evdən həmin evdə onunla birgə yaşayan qardaşı qızı Regina Nuriyevanın yataq otağından ona məxsus dəyəri 708 manat olan bir ədəd “Lenova” markalı “81MT” modelli notebooku və bir ədəd “Lenova” markalı “ADL45WCG” modelli cərəyan qidalandırıcısını qəsdən gizli olaraq götürüb talayaraq Zərərçəkmiş şəxs1 708 (yeddi yüz səkkiz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2020-cu il tarixdə saat 15:00 radələrində yaşadığı evdən həmin evdə onunla birgə yaşayan qardaşı arvadı Qərənfil Nuriyevaya məxsus dəyəri 65 (altmış beş) manat olan bir ədəd Rusiya istehsalı olan “Oka-9” markalı paltaryuyan maşını və dəyəri 20 (iyirmi) manat olan bir ədəd aliminium tası, dəyəri 8 (səkkiz) manat olan bir ədəd aliminium aşsüzəni, dəyəri 12 (on iki) manat olan bir ədəd dəmir tası, dəyəri 15 (on beş) manat olan bir ədəd dəmir aşsüzəni qəsdən gizli olaraq götürüb talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 120 (yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri Cavanşir küçəsi 7 ünvanındakı evdə qardaşı Valeriy Məmmədov və onun ailəsi ilə birlikdə yaşayır. Pula ehtiyacı olduğundan qardaşı qızı Zərərçəkmiş şəxs1 məxsus notebooku oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 20 oktyabr 2020-ci il tarixdə saat 10:00 radələrində Reginanın evdə olmadığını vaxt onun yataq otağına daxil olaraq oradan “Lenova” markalı notebooku və cərəyan qidalandırıcısını (adapteri) gizlincə götürərək evdən çıxmışdır. Müştəri tapanadək oğurladığı notebooku qonşuluqda yaşayan tanışı X6 vermiş və müvəqqəti saxlamasını xahiş etmişdir. Şafiqə notebooku oğurladığını bildirməmişdir. Həmin gün bir müddət şəhərdə gəzərək notebooka müştəri axtarmış, lakin tapa bilməmişdir. Saat 14:00 radələrində polis əməkdaşları ona yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Şöbədə olarkən yaşadığı evdən Zərərçəkmiş şəxs1 məxsus notebooku oğurladığını etiraf etmiş və saxlanılması üçün qonşusu Şafiqə verdiyini bildirmişdir. Faktla bağlı barəsində araşdırılma başlanılmışdır. Daha sonra 01 noyabr 2020-ci il tarixdə saat 15:00 radələrində yaşadığı evdən qardaşı arvadı Qərənfil Nuriyevaya məxsus bir ədəd köhnə “Oka-9” markalı paltaryuyan maşını, bir ədəd almünum tası, bir ədəd almünum aşsüzəni, bir ədəd dəmir tası və bir ədəd dəmir aşsüzəni gizlincə oğurlayaraq İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən Ümüd adlı şəxsin işlətdiyi məişət tullantılarının qəbulu və satışı məntəqəsində ümumilikdə 10 manata satmışdır. Ümüdə əşyaların oğurluq olduğunu bildirməmişdir. 02 noyabr 2020-ci il tarixdə saat 12:00 radələrində Qərənfil paltaryuyan maşınının və məişət əşyalarının oğurladığını bilmiş və bu barədə 102 xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları yaşadıqları evə gələrək onu polis şöbəsinə dəvət etmişlər. O, şöbədə həmin əşyaları satmaq məqsədilə oğurladığını etiraf etmiş və hamısını birlikdə Ümüd adlı şəxsə 10 manata satdığını bildirmişdir. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəmiş və onlarla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, valideyinləri və əmisi Ruslanla birlikdə İsmayıllı şəhəri Cavanşir küçəsi 7 ünvanında yaşayır. Tələbə olduğu üçün 2020-ci ilin sentyabr ayında kreditlə özünə Lenova markalı notebook almışdır. Notebookdan onlayın olaraq təhsilini davam etdirmək üçün istifadə etmiş, istifadə etdikdən sonra isə öz yataq otağında saxlamışdır. 20 oktyabr 2020-ci il tarixdə saat 10:00 radələrində onlayn keçirilən dərsdə iştirak etmək üçün notebooku götürmək istəyərkən onu tapa bilməmişdir. Evin digər otaqlarına baxsa da notebooku tapılmamışdır. Notebookun oğurlandığını bilmiş və İsmayıllı rayon Polis şöbəsinə bu barədə məlumat vermişdir. Şöbədə aparılan araşdırılma zamanı onun notebookunu oğurlayan şəxsin əmisi Ruslan olması məlum olmuşdur. Ruslan 01 noyabr 2020-ci il tarixdə yaşadıqları evdən anası Qərənfilə məxsus paltaryuyan maşını və məişət əşyalarını da oğurlamışdır. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Qərəfil Nuriyeva ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı şəhəri Cavanşir küçəsi ev 7 ünvanında yaşayır. Həmin evdə onlarla birlikdə qaynı Ruslan da yaşayır. 02 noyabr 2020-ci il tarixdə səhər saatlarında özünə məxsus “Oka” markalı paltaryuyan maşının yerində olmadığını görmüş, bu barədə əri Valeriyə bildirmişdir. Həmin ərəfələrdə qaynı Ruslan qızı Reginaya məxsus notebooku oğurladığı üçün məhz ondan şübhələnmişlər. Buna görə də DİN-in 102 xidmətinə zəng edərək Ruslanın paltaryuyan maşınını oğurlaması barədə məlumat vermişdir. Sonra isə evin otaqlarına nəzər yetirmiş, bu zaman bir ədəd almünum tas, bir ədəd almünum aşsüzən, bir ədəd dəmir tas və bir ədəd dəmir aşsüzəndən ibarət məişət əşyaların da yerində olmadığını görmüşdür. Həmin əşyaların da Ruslan tərəfindən oğurlandığı məlum olmuşdur. Polis əməkdaşları evə gələrək baxış keçirmişlər. Oğurluq hadisəsi nəticəsində ona 120 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şаhid Məmmədov Valeriy Şəmi oğlu zərərçəkmiş şəxslər Regina Nuriyeva və Qərəfil Nuriyeva ilə eyni məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etdi. Şahid Ağazadə Ümid Günəş oğlu ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən tullantı metalların qəbulu məntəqəsində işləyərək ailəsini dolandırır. 01 noyabr 2020-ci il tarixdə saat 16:00 radələrində əvvəllər avtomobil ustası kimi tanıdığı Ruslan onun iş yerinə gələrək özünə məxsus işlənmiş “Oka-9” markalı paltaryuyan maşınını və bir ədəd aliminium tas, bir ədəd aliminium aşsüzən, bir ədəd dəmir tas və bir ədəd dəmir aşsüzəndən ibarət işlənmiş məişət əşyalarını satmaq istədiyini bildirmişdir. Ruslan həmin əşyaların oğurluq olması ilə bağlı heç bir söz deməmişdir. Ruslanı tanıdığı üçün sonuncuya inanıb həmin əşyaları ümumilikdə 10 (on) manata almışdır. 02 noyabr 2020-ci il tarixdə iş yerinə polis əməkdaşları gələrək Ruslandan aldığı əşyaların oğurluq olmasını demişlər. O, aldığı əşyaları bütünlüklə polis əməkdaşlarına təqdim etmişdir. Ruslanın satmaq üçün gətirdiyi məişət əşyalarının oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasına gəlməmiş şahid X4 ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. X14 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsla qonşudur. 20 oktyabr 2020-ci il tarixdə saat 09:00 radələrində Ruslan onun yaşadığı evə gəlmiş və üzərində “Lenova” sözü yazılmış notebooku verərək 15-20 dəqiqəyə gəlib götürəcəyini bildirmişdir. Ruslana heç bir söz deməmiş və notebooku haradan əldə etməsini soruşmamışdır. Bu barədə Ruslan da ona heç nə deməmişdir. Həmin gün saat 16:00 radələrində polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Şöbədə aparılan araşdırılma zamanı Ruslanın onun evində saxladığı notebooku oğurladığını bilmişdir. O, həmin notebooku polis əməkdaşlarına təqdim etmişdir. xx xxxxxxx 2020-ci il tarixli “Təqdim olunmuş əşyalara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X1 RPŞ-nin inzibati binasında 01 ədəd “Lenova” markalı “81MT” modelli notebook və onun 01 ədəd “Lenova” markalı “ADL45WCG” modelli cərəyan qidalandırıcısını təqdim edərək, həmin əşyaları xx.xx.2020-ci il tarixdə təxminən saat 09 radələrində tanışı Təqsirləndirilən şəxs onun yaşadığı İsmayıllı şəhəri H.Əliyev prospekti ev 37 mənzil 5 ünvanında yerləşən evinə müvəqqəti saxlamaq üçün gətirdiyini bildirmişdir. Həmin əşyalara baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. xx xxxxxx 2020-ci il tarixli “Təqdim olunmuş əşyalara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, X2 şəhəri Cavanşir küçəsində yerləşən tullantı metalların qəbulu məntəqəsində bir ədəd köhnə model, göy rəngli, Rusiya istehsalı olan “Oka-9” markalı, 6 kq tutumlu paltaryuyan maşını və həmin evin otağından isə bir ədəd 45 sm diametirli almünum tas, bir ədəd 30 sm diametirli almünum aşsüzən, bir ədəd 40 sm diametirli dəmir tas və bir ədəd 35 sm diametirli dəmir aşsüzəndən ibarət məişət əşyaları təqdim edərək, həmin əşyaları 01 noyabr 2020-ci il tarixdə təxminən saat 16:00 radələrində tanıdığı Təqsirləndirilən şəxs onun işlədiyi tullantı metalların qəbulu məntəqəsinə gətirərək satdığını bildirmişdir. Həmin əşyalara baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüşdür. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/5180 nömrəli rəyinən görünür ki, ekspertizaya təqdim edilmiş 5 adda malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin noyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 120.00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Rəyin tədqiqi hissəsinə əsasən 01 (bir) ədəd köhnə model, göy rəngli, Rusiya istehsalı olan “Oka-9” markalı, 6 kq tutumlu paltaryuyan maşının dəyəri 65 (altmış beş) manat, 01 (bir) ədəd 45 sm diametirli almünum tasın dəyəri 20 (iyirmi) manat, 01 (bir) ədəd 30 sm diametirli almünum aşsüzənin dəyəri 8 (səkkiz) manat, 01 (bir) ədəd 40 sm diametirli dəmir tasın dəyəri 12 (om iki) manat, 01 (bir) ədəd 35 sm diametirli dəmir aşsüzənin dəyəri 15 (om beş) manat göstərilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Kompleks komputer-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 5/842 nömrəli rəyindən görünür ki, tədqiq olunan “Lenova” markalı “81MT” modelli notebook və “Lenova” markalı “ADL45WCG” modelli cərəyan qidalandırıcı hal-hazırda istifadəyə yararlıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 59 (əlli doqquz) manat 94(doxsan dörd) qəpik təşkil edir. Kompleks məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/4930 nömrəli rəyindən görünür ki, aparılmış kompüter-texniki ekspertizası tədqiqatın nəticələrinə görə, Bakı şəhərində yerləşən komputer avadanlıqların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Lenova” markalı “81 MT” modelli veb kameralı, qidalandırıcı adapteri ilə birlikdə notebookun hazırkı vəziyyətdə, 2020-ci ilin oktyabr ayına, köhnəlməsi nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 566.40 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Müstəntiqin 20 oktyabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 27 oktyabr 2020-ci il tаriхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 26 oktyabr 2020-ci il tarixli 1829 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi poliklinikasının “Narkoloji” və “Psixiatriya” kabinetlərində qeydiyyatda yoxdur. 26 oktyabr 2020-ci il il tarixli 3185 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İsmayıllı şəhəri Cavanşir küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən və qardaşı Ramiz Məmmədovdan ibarətdir, ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Müstəntiqinin 11 dekabr 2020-ci il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərarından müəyyən edilir ki, cinayət işi üzrə bir ədəd “Lenova” markalı “81MT” modelli notebook və onun 01 ədəd “Lenova” markalı “ADL45WCG” modelli cərəyan qidalandırıcısı, bir ədəd köhnə model, göy rəngli, Rusiya istehsalı olan “Oka-9” markalı, 6 kq tutumlu paltaryuyan maşın, bir ədəd 45 sm diametirli almünum tas, bir ədəd 30 sm diametirli almünum aşsüzən, bir ədəd 40 sm diametirli dəmir tas, bir ədəd 35 sm diametirli dəmir aşsüzəndən ibarət məişət əşyaları maddi sübut qismində tanınmış və saxlanılması üçün İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. 18 dekabr 2020-ci il tarixli “ maddi sübutun məsul saxlanılması üçün zərərçəkmiş şəxsə təhvil verilməsinə dair” protokoldan görünür ki, cinayət işi üzrə maddi sübut olan bir ədəd “Lenova” markalı “81MT” modelli notebook və onun 01 ədəd “Lenova” markalı “ADL45WCG” modelli cərəyan qidalandırıcısı saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıb razılıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il ay müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri Cavanşir küçəsi ev 7 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübutlar- İsmayıllı rayon Polis şöbəsində saxlanılan 01 (bir) ədəd köhnə model, göy rəngli, Rusiya istehsalı olan “Oka-9” markalı, 6 kq tutumlu paltaryuyan maşın, 01 (bir) ədəd 45 sm diametirli almünum tas, 01 (bir) ədəd 30 sm diametirli almünum aşsüzən, 01 (bir) ədəd 40 sm diametirli dəmir tas, 01 (bir) ədəd 35 sm diametirli dəmir aşsüzəndən ibarət məişət əşyaları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 geri qaytarılmalı, 01 ədəd “Lenova” markalı “81MT” modelli notebook və onun 01 ədəd “Lenova” markalı “ADL45WCG” modelli cərəyan (adapter) qidalandırıcısının zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 159 (bir yüz əlli doqquz ) manat 94 (doxsan dörd) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri Cavanşir küçəsi ev 7 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar- İsmayıllı rayon Polis şöbəsində saxlanılan 01 (bir) ədəd köhnə model, göy rəngli, Rusiya istehsalı olan “Oka-9” markalı, 6 kq tutumlu paltaryuyan maşın, 01 (bir) ədəd 45 sm diametirli almünum tas, 01 (bir) ədəd 30 sm diametirli almünum aşsüzən, 01 (bir) ədəd 40 sm diametirli dəmir tas, 01 (bir) ədəd 35 sm diametirli dəmir aşsüzəndən ibarət məişət əşyaları hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə maddi sübut - 01 ədəd “Lenova” markalı “81MT” modelli notebook və onun 01 ədəd “Lenova” markalı “ADL45WCG” modelli cərəyan (adapter) qidalandırıcısının zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan cəmi 159 (bir yüz əlli doqquz ) manat, 94 (doxsan dörd) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-15/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-15/2021
25.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver