Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-15/2022 22.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 22 fevral 2022-ci il tarixdə saat 14:45-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1980-cı il tarixdə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində sürücülük hüququ olmaqla, lakin nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan idarə etdiyi X5 mülkiyyətində olan “QAZ 53” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə İsmayıllı rayonu Quşencə kəndi ərazisində yerləşən meşə sahəsindən keçən nahamar relyefə malik olan yol ilə həmin kənd istiqamətində yoxuşla yuxarı hərəkətdə olarkən, yolun Quşencə kəndinin ərazisindən keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 56-ci maddəsinin 9-ci hissəsinin 1-2-ci bəndlərinin yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olmasına, avtomobilin, traktorun, digər özügedən maşınların kabinəsindən kənarda, yük qoşqusunda, qoşqu-yaylaqda oturmaq üçün nəzərdə tutulmayan yerlərdə adamların daşınmasının qadağan olunmasına, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda adamların daşınmasına dair tələblərini pozaraq, o cümlədən kəndin nahamar relyefə malik yolunda hərəkət istiqamətində görmə şəraitini, avtomobilin yüklü olması və hərəkət edərkən ləngər verməsini nəzərə almayaraq, görməli olduğu mümkün tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Qanunun bu tələblərinə riayət etməyərək yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuş və qanunvericiliyin tələbləri pozulmaqla hərəkətdə olan avtomobilin yük hissəsində yerləşən təkərin yuxarı hissəsində əyləşmiş Zərərçəkmiş şəxs avtomobilin sağa və sola ləngər vurması ilə əlaqədar müvazinətini itirərək torpaq örtüyü üzərinə yıxılmış, nəticədə o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs oturduğu yerdən yerə yıxılaraq daxili qanitirmə və hər iki ağ ciyərin cırılması ilə müşayiət olunan sağdan İİİ, İV, V, Vİ, soldan Vİ, Vİİ, Vİİİ qabırğaların yerdəyişən sınıqları, üst çənədə ön kəsici dişlərin sınıqları, bədənin sıyrıq, qançır və qansızmalarından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq, almış olduğu travma kompleksi nəticəsində hər iki ağ ciyərin cırılması ilə əlaqədar daxili qanaxmadan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək və verilmiş ittihamla bağlı ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu Quşencə kəndində yaşayır, himayəsində 2 azyaşlı övladı var, fərdi əməklə məşqul olmaqla ailəsinin dolanışığını təmin edir. QAZ 53 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yük daşımaqla ailəsinin dolanışığını təmin edir. 28 oktyabr 2021-ci il tarixdə səhər saat 13 radələrində o, qardaşı Yaşasın, həmkəndliləri Şahvələd, İntiqam, Yəhya və İmran idarə etdiyi QAZ 53 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobildə bibisinin yas mərasimdə yandırmaq üçün odun gətirmək məqsədi ilə kəndin yaxınlığındakı meşə sahəsinə getmişlər. Həmin vaxt avtomobilin sükanı arxasında özü olmuş, Şahvələd və Yəhya avtomobilin salonunda əyləşmişlər. Onlar bir avtomobil yükü odunu kəndə gətirərək qardaşı Yaşasının yaşadığı evin həyətyanı sahəsinə boşaltmışlar. Bundan sonra qalan odunları da gətirmək üçün yenidən meşəyə qayıtmışlar. Ora çatdıqdan sonra hamılıqla toplanmış odunları avtomobilin yük hissəsinə yerləşdirmiş və kənd istiqamətində yola düşmüşlər. İntiqam və Yəhya avtomobilin salon hissəsində, İmran, Yaşasın və Şahvələd isə avtomobilin yük hissəsində, odunun üzərində əyləşmişlər. Avtomobil meşənin daşlı-çınqıllı eniş hissəsi ilə aşağı enmiş və çayda saxlamışdır. O, qarşıdakı yoxuşu qalxmaq üçün hamıya avtomobildən düşməsini bildirmişdir. Avtomobilin salondakı və yük yerindəki adamlar düşmüşlər. O, avtomobili yoxuşlu yola salmış və avtomobil yuxarı qalxmaqda çətinlik çəkdiyindən Yaşasın, Şahvələd, İntiqam və Yəhya avtomobilin arxa hissəsindən irəli doğru itələmişlər. Həmin vaxt hava qaranlıq olmuşdur. Bir azdan arxadan səs eşitmiş, lakin səsin nə olduğunu bilməmişdir. Bundan sonra isə inilti eşitmiş və avtomobildən enmişdir. Həmin vaxt İmranın avtomobilin yük yerindıən yıxıldığını görmüşdür. Yaşasın, Şahvələd, İntiqam və Yəhya İmranın yanında olmuşlar. Onlar İmrana su vermiş, üzünü yumuşlar. İmran isə aldığı xəsarətlərdən inildəmişdir. Qardaşı Yaşasın qərhal digər qardaşı Yasinə zəng edərək İmranın yıxıldığını deyərək olduqları yerə gəlməsini bildirmişdir. Təxminən 10 dəqiqədən sonra qardaşı Yasin həmkəndlisi Habil idarə etdiyi avtomobillə onların olduğu yerə gəlmişlər. İmranı Habilin avtomobilin arxa oturacağına yerləşdirdikdən sonra onu qardaşı Yaşasının evinə gətirmişlər. İmranın vəziyyətinin ağırlaşdığını görərək sonuncunu yenidən Habilin avtomobilinə qoyaraq xəstəxanaya aparmışlar. İmran yolda ölçüşdür. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Himayəsində iki azyaşlı uşağı vardır, ailəsində yeganə gəlir gətirən şəxsdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadə verərək göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşıdır, Təqsirləndirilən şəxsla isə eyni kənddə yaşayırlar. Hadisə zamanı Teymur qardaşına avtomobilin yük hissəsindən enməsini bildirməsinə baxmayaraq o, buna məhəl qoymamış və nəticədə oradan yıxılaraq daxili orqanlarının zədələnməsi nəticəsində vəfat etmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Sonuncu ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. İş üzrə yekun qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş edir. X1 ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonu Quşencə kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndçisidir. Teymur istifadəsində olan QAZ 53 markalı yük avtomobili ilə kənddə yük daşıyaraq ailəsinin dolanışığını təmin edir. 28 oktyabr 2021-ci il tarixdə səhər saatlarında Teymur qohumunun yas mərasimində işlətmək üçün meşədən quru odun gətirməkdə etməyini xahiş etmişdir. O, razılaşmış və həmkəndliləri Yəhya Babayev, Şahvələd İsayev, Yaşasın Mitəlov və Zərərçəkmiş şəxslə birlikdə Teymurun idarə etdiyi yük avtomobilinə əyləşərək kənd ərazisində yerləşən meşəyə getmişlər. Saat 13 radələrində onlar bir yük maşını odun yığmışlar. Teymur avtomobilin mühərrikini işə salmış və kəndə gedərək odunu boşaldıb qayıtmışlar.Onlar isə meşədə qalaraq qalan odunları avtomobilə yığmaq üçün hazır etmişlər. Teymur qayıtdıqdan sonra hamı birlikdə topladığları ağacları avtomobilin yük hissəsinə yığmışlar. Teymur yenə də avtomobili işə salaraq kənd istiqamətində yola düşmüşlər. Avtomobili Teymur idarə etmiş, o Yəhya ilə avtomobilin salonunda, Şahvələd, Yaşasın və İmran isə avtomobilin yük hissəsində, odunun üzərində əyləşmişlər. Avtomobil meşə yolunun daşlı-çınqıllı hissəsi ilə aşağı enmiş və eniş bitdikdən sonra Teymur avtomobili çayın üzərində saxlamışdır. Teymur hamını avtomobildən düşürmüş, yalnız İmran avtomobilin yük hissəsində olan təkərin üzərində qalmışdır. Avtomobil yoxuşla yuxarı qalxarkən yüklü olduğndan çətinlik çəkmişdir. O, Yəhya, Şahvələd və Yaşasın avtomobilin arxa hissəsindən irəli doğru itələmişdirlər. Həmin vaxt hava qaranlıq olmuş, bu zaman Zərərçəkmiş şəxs qəfildən avtomobilin yük yerindən başı üstə yerə yıxılmışdır. İmrana yaxınlaşanda vəziyyətinin pis olduğununu görmüşdür. Teymur avtomobili saxlayaraq düşmüş və onların yanına gəlmişdir. Onlar İmrana su vermiş, üzünü yumuşlar. Yaşasın qardaşı Yasinə zəng edərək hadisə barədə məlumat vermiş və təcili həmkəndlisi Habilin avtomobili ilə hadisə yerinə gəlməsini bildirmişdir. Təxminən 10 dəqiqədən sonra Habil idarə etdiyi QAZ 24 markalı avtomobil ilə onların olduğu yerə gəlmişdirlər. Habilin avtomobilində Yasin də olmuşdur. Onlar İmranı avtomobilin arxa oturacağına yerləşdirdikdən sonra kəndə tərəf getmişlər. Onlar İmranı Teymurun qardaşı Yaşasının evinə gətirmişlər, orada İmranın vəziyyətinin daha da ağırlaşdığını gördüklərindən onu dərhal Habilin avtomobilində xəstəxanaya aparmışlar. Onlar xəstəxanaya çatanadək İmran ölmüşdür. X2 və X9 ifadələrində İntiqam İsrayılovun ifadəsində göstərilən xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişlər. X4 ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonu Quşencə kəndində yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur, Teymurun istifadəsində QAZ 53 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vardır ki, həmin avtomobil ilə yük daşıyır. 28 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində qonşusu Yasin Mitəlov onu çağıraraq Zərərçəkmiş şəxs meşədə avtomobilindən yıxılaraq xəsarət aldığını və vəziyyətinin pis olduğunu, onu gətirməyə getmək lazım olduğunu demişdir. O, dərhal istifadəsində olan QAZ 24 markalı avtomobilini işə salmış və Yasinlə birlikdə meşəyə getmişlər. Onlar həmin yerə çatdığı zaman Zərərçəkmiş şəxs yerdə uzandığını və vəziyyətinin pis olduğunu görmüşlər. Onlar dərhal İmranı avtomobilin arxa oturacağına yerləşdirdikdən sonra Yasin, Yaşasın və Teymur da avtomobilə əyləşmiş, o, isə avtomobili idarə edərək onları Yaşasının həyətinə gətirmişdir. Həyətdə olarkən İmranın vəziyyətinin pisliyə doğru dəyişdiyini görmüşdür. Bundan sonra onlar İmranı yenidən onun avtomobilinə yerləşdirmiş, Teymur və İntiqam avtomobilinə əyləşdikdən sonra o, avtomobili idarə edərək onları İsmayıllı şəhəri mərkəzi xəstəxanasına aparmışdır. Xəstəxanaya çatdıqda isə İmran öldüyünü bilmişdir. O, hadisənin hansı şəraitdə baş verməsi ilə maraqlanan zaman məlum olmuşdur ki, 28 oktyabr 2021-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs meşəyə odun gətirməkdən ötrü getdiyi zaman Zərərçəkmiş şəxs də daxil olmaqla bir neçə nəfər həmkəndlisini köməklik məqsədilə aparmışdır. Odunu avtomobilə yükləyib gətirdikləri zaman Zərərçəkmiş şəxs avtomobilin yük yerində əyləşmiş, Teymur avtomobili meşə sahəsinin nahamar hissəsində yoxuş yuxarı hərəkət etdirərkən avtomobil əngər vurmuş və Zərərçəkmiş şəxs oturduğu yerdən başı üzərinə yerə yıxılmaqla xəsarət almışdır. Özü hadisə zamanı orada olmamış, bu bardə sonradan bilmişdir. X6 ifadəsində Habil Alıyevin ifadəsində göstərilən xüsusatları təsdiq edərək eyni məzmunda ifadə verdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan yol–nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqında 29.10.2021-ci il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi baş verdiyi, yəni İsmayıllı rayonunun Quşencə kəndi ərazisində yerləşən meşə sahəsində QAZ 53 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa təkərinin şini cırılmışdır. Avtomobilin yaxınlığında daş, çınqıl, odun qırıntılarından başqa iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir predmet görünməməkdədir. Avtomobildən asvalt yola kimi olan məsafə 700 metrdir. Avtomobildən yoxuşun başladığı yerə doğru məsafə 90 metrdir. əlavə baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, 28 oktyabr 2021-ci il tarixdə axşam saatlarında meşə ərazisində ağac kəsdikdən sonra həmin kəsilmiş oduncağı idarə etdiyi QAZ 53 markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsinə yerləşdirmişlər. Bundan sonra həmkəndliləri İntiqam və Vahid avtomobilin salon hissəsində, İmran, Yaşasın və Şahvələd isə avtomobilin yük hissəsində, odunun üzərində əyləşmişlər. Biraz getdikdən sonra daşlı-çınqıllı eniş hissə ilə aşağı enmişlər. Eniş bitdikdən sonra o avtomobili çay suyunun üzərində saxlamışdır. Hamıya avtomobildən enməsini bildirmişdir. Belə ki, yoxuş ilə təpəyə qalxarkən avtomobildə olan şəxslər avtomobilə ağırlıq edəcəkmiş və avtomobil çətinliklə yuxarı doğru qalxacaqmış, bəlkə isə heç qalxa bilməyəcəkmiş. Salonda olan və yük yerində olan hamı avtomobildən endmişlər. Yalnız İmran avtomobilin yük hissəsində olan təkərin üzərində oturmuşdur. O yoxuşla yuxarı qalxmaq istəyərkən avtomobil çətinliklə yuxarı qalxırmış. Buna görə Yaşasın, Şahvələd, İntiqam və Vahid avtomobilin arxa hissəsindən avtomobili irəli doğru itələmişlər. Bundan sonra avtomobil yuxarı doğru qaxmışdır. Həmin vaxt havanın qaranlıq saatı olmuşdur. Anidən İmranın avtomobilin yük yerindən torpaq üzərinə yıxıldığını avtomobilin sol yan güzgüsündən görmüşdür. Həmin vaxt dərhal avtomobili saxlamış və İmranın yanına getmişdir. İmranın səhhətinin pis olduğunu görüb ona Quşencə kəndinə, oradan da İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Hadisə yerinə əlavə baxış keçirilən zaman hadisə yerinin sxemi və fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. AF 204224 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, QAZ 53 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs həmin nəqliyyat vasitəsini idarəetmə hüququ vardır. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş 20.12.2021-ci il tarixli 016-312-2847-1221 nömrəli məktubundan görünür ki, İsmayıllı rayon Quşencə kəndində yaşayan xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Avsar oğlunun adına etibarlılıq müddəti 21.07.2027-ci il tarixədək olan AF 204224 saylı “BC” kateqoriyalı sürücülük vəsiqəsinin olduğu, 28.10.2021-ci il tarixədək sürücülük hüququndan məhrum olunmuşlar sırasında qeydə alınmamışdır. QAZ 53 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin İsmayıllı rayon Təzəkənd kənd sakini X5 mülkiyyətində olmuş və hər hansı bir etibarnamə barədə məlumat olmamışdır.Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş 16 oktyabr 2019-cu il tariхli 016-96588- 1219 nömrəli məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat-İmtahan Şöbəsinin kоmpyuter uçоt bazasına əsasən İlkin İsmayılоvun nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Həmin şəхsə 08 iyun 2017-ci il tariхdə AF seriyalı 221656 nömrəli «B» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə infоrmasiya mövcuddur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş 12.01.2022-ci il tarixli Ç-HM/4522- 008 nömrəli məktubdan görünür ki, dm=20 sm 1(bir) ədəd, dm=14 sm 2(iki), dm=8 sm 2(iki) ədəd kök üstə yaş vəziyyətdə olan ağacların kəsildiyi ərazi bələdiyyə mülkiyyəti olduğu halda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarına əsasən təbiətə dəymiş ziyan 680 (altı yüz səksən) manat təşkil edir. Digər qeyd olunan dm=20 sm 2 (iki) ədəd, dm=15 sm 3(üç), dm=5-7 sm 4(dörd) ədəd olan ağaclar quru vəziyyətdə bioloji inkişafdan tamamilə dayandığı üçün bu kimi hallarda təbiətə dəymiş ziyanın hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş 28.10.2021-ci il tarixdə alınmış spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinəsinə dair 472 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmiş və sərxoşluğu olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş meyitin məhkəmə-tibbi ekspertizasının 28.10.2021-ci il tarixli 18 saylı rəyində göstərilmişdir ki, 1) Mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər - daxili qanitirmə və hər iki ağciyərin cırılması ilə müşayiət olunan sağdan İİİ,İV,V,Vİ, soldan Vİ,Vİİ və Vİİİ qabırğaların yerdəyişən sınıqları, üst çənədə ön kəsici dişlərin sınıqları, bədənin sıyrıq, qançır və qansızmaları bərk- küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hisssəsində göstərilən 28.10.2021-ci il tarixdə və şəraitdə mərhum Zərərçəkmiş şəxs əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və bäş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. 2) Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu travma kompleksi zamanı hər iki ağciyərin cırılması nəticəsində daxili qanaxma olmuşdur. 3) Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik vasitələr aşkar edilməmişdir (Mərhum Zərərçəkmiş şəxs götürülmüş qanın 12.11.2021 -ci il tarixli 3571/K saylı məhkəmə-kimyəvi müayinə aktının nəticəsi). Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 12.01.2022-ci il tarixli 8/3306 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən QAZ 53 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 56-ci maddəsinin 9-cu hissəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarsışını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Müstəntiqin maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, cinayət işi üzrə QAZ 53 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. Müstəntiqin qətimkan tədbirinin seçilməsinə dair 13 yanvar 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 07 fevral 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. 21 dekabr 2021-ci il tarixli 548 və 548/1 nömrəli arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 1992-ci il təvəllüdlü arvadı X21 qızı, 2015 və 2016-cı il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşaqları Aidə və Aliyədən ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan QAZ 53 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan QAZ 53 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-15/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-15/2022
22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver