Məhkəmə qərarları › İş №1(037)-15/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-15/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-15/2023 14.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X3 iştirakı ilə 14 mart 2023-cü il tarixdə saat 17:50-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxx 1975-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 12 iyul 2022-ci il tarixdə saat 18 radələrində İsmayıllı rayonunun Talıstan kəndinin ərazisində yerləşən ümümi istifadədə olan otlaq sahəsindən ot biçərkən həmkəndlisi Zərərçəkmiş şəxs ona yaxınlaşaraq həmin sahədən hər il özünün ot biçdiyini söyləyib oradan getməsini tələb etmiş, bu səbəbdən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, əsəbiləşərək Zərərçəkmiş şəxs alın nahiyəsindən qəsdən 1 dəfə yumruqla vuraraq yerə yıxmaqla, sonra isə öz hərəkətlərini davam etdirib bir neçə dəfə qəsdən yumruq və təpik zərbələri endirməklə sonuncuya başın yarası, sol bel nahiyəsinin hematomasından sonra qabarıq asteno-nevrotik vəziyyət kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə orada yaşayır. Himayəsində iki azyaşlı övladı var. DOST MMC-də işləyir. Zərərçəkmiş şəxs onun həmkəndlisi olmaqla aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 12 iyul 2022-ci il tarixdə saat 18 radələrində yeznəsi Nəcəf Ağayev ilə birlikdə yaşadığı kənddə bələdiyyə mülkiyyətinə aid olan “kanalüstü” adlanan yerdə motorlu ot biçən vasitəsilə ot biçmişdir. Belə ki, hər il həmin yerdəki otu o biçmişdir. Həmin vaxt qonşu sahədə taxıl biçdirən Sarvan 40 metr məsafədən onun ünvanına nalayiq ifadələr işlədəişlədə ona yaxınlaşıb burada nə etdiyini soruşmuşdur. O sonuncuya ot biçdiyini bildirdikdə, Sarvan onu daha da nalayiq ifadələrlə təhqir edərək oradan getməyini tələb etmişdir. Sarvana “bura bələdiyyə torpağıdır, mən 1-ci Qarabağ müharibəsinin iştirakçısıyam, sən oxumaq adı ilə Rusiyada gizlənəndə mən döyüşlərdə iştirak etmişəm, nə üçün burdan getməliyəm?” deyə bildirmiş, sonuncu isə həmin yerin özünə aid olduğunu təkid edərək çox nalayiq ifadələrlə, ucadan çığıra-çığıra oradan getməyini tələb etmişdir. O yenidən etiraz etdikdə Zərərçəkmiş şəxs onun üstünə hücum çəkərək əynində olan paltarını cırmış və nalayiq ifadələrinə davam edərək boynundan yapışmışdır. Sarvanın ona xəsarət yetirəcəyini görərək sonuncunun alın nahiyyəsindən bir dəfə yumruq zərbəsi vurmuşdir. Onlar hər ikisi yerə yıxılmış, yerdə də sonuncuya bir neçə zərbə vurmuşdur. Bu vaxt bir qədər aralıda olan yeznəsi Nəcəf özünü çatdırıb onları aralamışdır. Onlar ayağa durmuşlar. O Sərvana etdiyi hərəkətin ayıb olduğunu, ota görə mübahisə etməyinin mənasız olduğunu bildirmiş, sonuncu onu hədələməkdə davam edərək DİN-in 102 xidmətinə məlumat vermişdir. O, hadisə yerindən uzaqlaşıb evinə getmiş, təxminən 20 dəqiqə sonra polis əməkdaşları onun evinə gələrək onu İsmayıllı RMX-ya gətirmişlər. Barəsində olan cinayət işinin ibtidai və məhkəmə istintaqları zamanı dəfələrlə zərərçəkmiş şəxslə barışmağa cəhd etmiş, hətta həmin yerdən biçdiyi otu zərərçəkmişə vermək istəmişdir. Zərərçəkmiş şəxs isə aşkar surətdə onunla ədavət aparacağını bildirərək onunla bağışmağı rədd etmişdir. Himayəsində iki azyaşlı uşağı vardır, 1-ci Qarabağ müharibəsinin iştirakçısıdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı isə Zərərçəkmiş şəxs ona qarşı mülki iddia tələbi irəli sürərək ondan 3050 manat pul tələb etmişdir. O, sonuncunun ona qarşı olan iddia tələbini qəbul etmir. Belə ki, Zərərçəkmiş şəxs özününki hesab etdiyi yerdə hər il otu özü biçmiş, bütün kənd əhalisi də həmin yerdəki otun onun tərəfindən biçildiyini bilmişdir. Zərərçəkmiş şəxs əsassız olaraq ondan həmin məbləği tələb edir. Qeyd etdiyi halların nəzərə alınaraq mülki middianın rədd edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Subaydır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təsərrüfatla məşğul olmaqla dolanır. 12 iyul 2022-ci il tarixdə səhər saatlarında yaşadığı kənddə yerləşən özünə məxsus əkin sahəsindəki taxılı biçdirmək üçün ora getmişdir. Saat 14-15 radələrində kombayn onun əkin sahəsini biçməyə başlamış, həmin vaxt əkin sahəsində ondan başqa tanımadığı kombayn sürücüsü və biçilmiş buğdanı daşımaq üçün çağırdığı dövlət qeydiyyat nişanını xatırlamadığı Kamaz markalı avtomobilin adını xatırlamadığı sürücüsü də olmuşdur. Saat 18 radələrində onlar biçilmiş buğdanı evinə aparmış, qayıdarkən ona məxsus torpaq sahəsində həmkəndliləri Təqsirləndirilən şəxs və onun yeznəsi Nəcəf Ağayevin olduğunu görmüşdür. Həmin şəxslər motorlu ot biçən vasitəsilə ona məxsus torpaq sahəsindən ot biçmişlər. O Sabitə yaxınlaşıb ot biçdiyi sahənin ona məxsus olduğunu demişdir. Sonuncu “yaxşı edirəm, özüm bilərəm, torpaq sənin deyil, əgər sənindirsə sənədini göstər” demişdir. O, X12 İnkişaf Mərkəzinin əməkdaşlarının ölçüb nişan qoyduqları yeri göstərmiş və bu nişanın sağ tərəfinin ona məxsus olduğunu bildirmişdir. Sabit yenə də torpaq sahəsindən çıxmamış və ona hədə qorxu gəlmişdir. Bu səbəbdən aralarında mübahisə yaranmış, Sabit onun baş nahiyyəsindən bir neçə yumruq zərbəsi vurub onu yerə yıxmış və yerə yıxıldıqdan sonra dayanmadan kürək nahiyyəsindən bir neçə təpik və yumruq zərbələri endirərək ona xəsarət yetirmişdir. Hadisə yerində olan Təqsirləndirilən şəxs qohumu Nəcəf Ağayev onu döydüyünü görüb yaxınlaşaraq Sabiti ondan kənarlaşdırmışdır. Sabit ondan aralansa da yenidən nalayiq ifadələrlə onu təhqir etməyə davam etmişdir. O DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermiş, Sabit isə hadisə yerindən qaçıb getmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, o tibbi yardım almaq üçün İsmayıllı RMX-ya getmişdir. Tələbi Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada daha ciddi cəza verilməsi, həmçinin ondan vurmuş olduğu maddi və mənəvi ziyana görə 3050 manat məbləğində pulun alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş edir. X1 ifadə verərək göstərdir ki, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs qaynı, Zərərçəkmiş şəxs isə həmkəndlisidir. Aralarında düşmənçilik və ədavət olmamışdır. 12 iyul 2022-ci il tarixdə Sabitlə birlikdə İsmayıllı rayonunun Talıstan kəndi ərazisində, bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində motorlu ot biçən vasitəsilə ot biçmişlər. Saat 18 radələrində Zərərçəkmiş şəxs onlara yaxınlaşaraq Sabiti nalayiq ifadələrlə təhqir edib oradan getməsini tələb etmişdir. Sabit Sarvandan nə üçün getməli olduğunu soruşduqda, sonuncu, bu yerin özünə məxsus olduğunu bildirib nalayiq ifadələrinə davam etmişdir. O təqribən 40 metr aralıda olmuşdur. Sabitlə Sarvanın arasında mübahisə yaranmış və birbirilərindən yapışıb yerə yıxılmışlar. O, tez yaxınlaşaraq Sabitin və Sarvanın dava etməsinin qarşısını almış və onları aralamışdır. Sarvanın alın nahiyyəsində sıyrıq olmuşdur. Sarvan onlardan kənarlaşaraq DİN-in 102 xidmətinə məlumat vermiş, o isə Sabitlə birlikdə evə qayıtmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan: Səhiyyə Nazirliyinin MTE və PAB-nin X13 İsmayıllı rayon şöbəsindən alınmış məhkəmə-tibbi ekspertizasının 18 iyul 2022-ci il tarixli 321 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- başın yarası, sol bel nahiyyəsinin hematomasından sonra qabarıq asteno-nevrotik vəziyyət küt əşya (alət) təsirindən törənməklə qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs aldığı xəsarətlər dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. 12 iyul 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri İsmayıllı rayonunun Talıstan kəndi ərazisindəyerləşən otlaq sahəsidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxsin ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş və şahid ifadələri, ekspert rəyləri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırki cinayət işi üzrə bu hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs 12 iyul 2022-ci il tarixdə saat 18 radələrində İsmayıllı rayonunun Talıstan kəndinin ərazisində yerləşən ümümi istifadədə olan otlaq sahəsindən ot biçərkən həmkəndlisi Zərərçəkmiş şəxs ona yaxınlaşaraq həmin sahədən hər il özünün ot biçdiyini söyləyib oradan getməsini tələb etmiş, bu səbəbdən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı o, əsəbiləşərək Zərərçəkmiş şəxs alın nahiyəsindən qəsdən 1 dəfə yumruqla vuraraq yerə yıxmaqla, sonra isə öz hərəkətlərini davam etdirib bir neçə dəfə qəsdən yumruq və təpik zərbələri endirməklə sonuncuya başın yarası, sol bel nahiyəsinin hematomasından sonra qabarıq asteno-nevrotik vəziyyət kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələsidə nəzərdə tutulmuş həddə cəza təyin olunmalıdır Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətr olmaqla, sağlamlığa yüngül zərər vurulmaqla əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü əsasən himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Baş Əməliyyat İnformasiya İdarəsindən alınmış 24 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İsmayıllı rayon X7 X8 şöbəsindən alınmış 21 noyabr 2022-ci il tarixli PHŞ/6.47-2- 2022-481 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX PHŞ-nin Poliklinika şöbəsinin "Narkoloji", "Ruhi-Əsəb" və "Nevroloji" kabinetlərində dispanser qeydiyyatda yoxdur. İsmayıllı RİH başçısının Talıstan kənd İƏD üzrə nümayəndəliyindən alınmış 05 noyabr 2022-ci il tarixli 629 və 630 nömrəli arayışlardan, doğum haqında şəhadətnamələrin surətlərindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi özündən, arvadı X4, xx.xx.2015-ci il təvəllüdlü və xx.xx.2019-cü il təvəllüdlü uşaqları Samirə və Samirdən ibarətdir, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V seriyalı 084749 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranı kimi müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə hüququna malikdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 172 saylı Hərbi Hissə komandanlığı tərəfindən verilmiş 21 mart 1995-ci il tarixli fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs Murovdağ döyüşlərində fərqləndiyi üçün təltif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Nəzərə alınmalıdır ki, cinayət hadisəsinin baş verməsinə səbəb zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında mülki xarakterli mübahisə olmuş və bunun nəticəsində zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi nalayiq ifadələrlə təhqir etmişdir. Bu hal isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iclasında həm də müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 1(037)-15/2023 nömrəli qərarı əsasında cinayət işi üzrə zərərçəkmiş şəxs X3 Təqsirləndirilən şəxs qarşı mülki iddia tələbi barədə iddia ərizəsi qəbul edilmiş, zərərçəkmiş şəxs X6 mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, zərərçəkmiş şəxs Sərvan Murvətov verdiyi iddia ərizəsinə müxtəlif tibbi sənədlərin və ödəniş qəbzlərinin surətlərini əlavə etmişdir. Həmin sənədlərin və qəbzlərin surətlərindən görünür ki, Sərvan Murvətov ümumi tibbi müayinələrdən keçmiş, onda aşkar olunan xəstəliyin təqsirləndirilən şəxs tərəfindən ona yetirilmiş xəsarətlə heç bir bağlılığı müəyyən edilməmişdir. Əlavə edilmiş ödəniş qəbzinin birinin tarixi isə xx.xx.2022-ci ilə təsadüf edir. xx.xx.2022-ci il tarixdə isə zərərçəkmiş şəxs Sərvan Murvətov icbari tibbi sığorta hesabına tibbi müayinələrdən keçmiş və tibb müəssisəsinə heç bir ödəniş etməmişdir. Göründüyü kimi sözügedən mülki iddia tələbinin əlavə araşdırma zərurəti yarandığından hazırki cinayət işi ilə birlikdə baxılması məqsədmüvafiq deyildir. Ona görə də zərərçəkmiş şəxsə hazırki iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmə hüququ izah edilməklə baxılmamış saxlanılmalıdır. İsmayıllı Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli 1(037)-15/2023 nömrəli qərarı əsasında cinayət işi üzrə mülki iddia üzrə dövlət rüsumu kimi ödənilmiş 50(əlli) manat məbləğinin zərərçəkmiş şəxs X5 qaytarılması qərara alınmışdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Cinayət işi üzrə maddi sübutlar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Talıstan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs оğlunun cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs оğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs оğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia baxılmamış saxlanılsın. İş üzrə ekspertiza xərci və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar