Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-15/2025 27.02.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 27 fevral 2025-ci il tarixdə saat 12:41-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1996-cı ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum edilməmiş, İsmayıllı şəhəri, Babək küçəsi ev 19-da qeydiyyatda olmaqla İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayında, dəqiq tarixi müəyyən edilməyən gündə, gecə saatlarında Rusiya Federasiyası, Ulyanovs şəhəri, Zasviyaj rayonu, Şolmov küçəsi, 11 saylı evdən 300 metr məsafədə yerləşən ərazidə yabanı halda bitmiş çətənə bitkisini aşkar edərək gələcəkdə öz şəxsi istifadəsi üçün qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana hazırlamaq məqsədi ilə həmin bitkinin yarpaqlarını yığıb yaşadığı Rusiya Federasiyası, Ulyanovsk şəhəri, Stankostroitel küçəsi, ev 25, mənzil 23, 2 nömrəli otağa daşıyaraq kustar üsulla qurutmaqla satış məqsədi olmadan qəsdən qanunsuz olaraq xeyli miqdarda, çəkisi 1150C temperaturda daimi çəkisinə kimi qurudulduqdan sonra 7,94 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana (kannabis) hazırlayıb əldə etmiş və həmin narkotik vasitə olan qurudulmuş marixuananı (kannabisi) kağıza bükərək yaşadığı evdə mikrodalğalı elektrik sobasının içərisində gizlətməklə saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 05 radələrində Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ulyanovsk vilayəti üzrə idarəsinin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Ulyanovsk şəhəri, Stankostroitel küçəsi, ev 25, mənzil 23, 2 nömrəli otağa baxış keçirilərkən elektrik sobasının içərisində 1 ədəd kağız bükümdə saxladığı, ümumilikdə təmiz çəkisi 7,94 qram təşkil edən xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, habelə həmin otaqda sürahinin üzərindən maixuananı çəkmək üçün istifadə etdiyi 1 ədəd plasmas butulka aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, İsmayıllı şəhəri, Babək küçəsi ev 19-da qeydiyyatda olmaqla İsmayıllı şəhərində yaşayır. 1997-ci ildən ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasının Ulyanovsk şəhərində yaşamışlar. Sonra isə valideynləri ilə birlikdə yenidən Azərbaycan Respublikasına qayıtmış, 2010-cu ildən isə yenidən Rusiya Federasiyasına gedərək orada yaşamağa başlamışlar. Yaşadığı yer üzrə, Ulyanovsk şəhəri, Stanostoritel küçəsi ev 25, mənzil 23, otaq 2 ünvanında miqrasiya qeydiyyatına dümüşdür. 2020-ci ilin noyabr ayında dəqiq tarixini bilmədiyi günündə Sviyaqi çayı sahilində gəzərkən orada yabanı şəkildə bitmiş çətənə kolları görmüş, həmin çətənə bitkilərinin baş hissələrini qoparıb gələcəkdə istifadə etmək məqsədi ilə paketə qoymuşdur. Çətənə kollarının üst hissələrini yığdığı paketlə evə gəlmiş və qurutmaq üçün qəzetin üzərinə sərərək qurutmuş, sonra isə yaşadığı evdəki mikrodalğalı sobanın içinə qoymuşdur. 2021-ci ilin yanvar ayında marixuananı çəkmək üçün xüsusi butulka hazırlamış, həmin butulkanın hazırlanma üsulunu o, internet şəbəkəsində hansısa bir saytda görmüşdür. Çətənənin az miqdarda bir hissəsini çəkmiş, qalan hissəsini kağız bükümdə yenidən mikrodalğalı sobanın içərisinə qoymuşdur. Həmin narkotik vasitəni heç kimə satmaq və ya bağışlamaq fikri olmamış, özü şəxsi istifadəsi üçün saxlamışdır. Həmin vaxtdan sorna marixuana çəkməmidir. 05 mart 2021-ci il tarixdə saat 05 radələrində işə getməyə hazırlaşdığı vaxt mənzilin qapısının döyüldüyünü eşitmiş və qapını açdıqda polis əməkdaşları xidməti vəsiqələrini göstərib Rusiya DİN-nin Ulyanovsk vilayəti üzrə idarəsinin əməlliyyat müvəkkiləri olduğunu deyib özlərini təqdim edərək ona yaşadığı evdə dövriyyəsi qanunla qadağan edilmiş əşya saxlamağı barədə daxil olmuş əməliyyat məlumatı əsasında evə axtarış keçirəcəklərini və bu barədə məhkəmə qərarını göstərmişlər. Rus dilini sərbəst bildiyi üçün həmin qərarla tanış olmuş və axtarış aparılmasına etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə evində axtarış aparmış və axtarış zamanı polis əməkdaşları tərəfindən onun marixuana çəkmək üçün düzəltdiyi butulka, həmçinin içərisində marixuana olan kağız büküm aşkar olunmuşdur. Həmin marixuana və butılka qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və o da tərtib edilmiş protokola imza etmişdir. Narkotik vasitəni saxlamağını, ümumiyyətlə həmin vasitədən istifadə etdiyini heç kim, o cümlədən ailə üzvləri də bilməmişdir. O, başqa heç kimə narkotik satmamış, nə də pay verməmişdir. Hazırda əməlindən peşmandır, gəncdir. Ona görə də qeyd etdikləri nəzərə alınaraq ona həbslə bağlı olmayan daha yüngül cəza verilməsini xahiş edir. Cinayət işi üzrə şahidlər- Rusiya Federasiyası DİN-nin Ulyanovsk vilayəti üzrə idarəsinin əməlliyyat müvəkkiləri X5, X6, Təqsirləndirilən şəxs yaşadığı Ulyanovsk şəhəri, Stanostoritel küçəsi ev 25, mənzil 23, otaq 2 ünvanında axatarış aparılarkən hal şahidləri qismidə iştirak etmiş X12 və X1 məhkəmə iclaslarında iştiraklarının təmini mümkün olmadığından onların ibtidai istintaq orqanına verdikləri ifadələr oxunub elan edilmişdir. Şahid X5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Rusiya Federasiyası DİN Ulyanovsk vilayəti üzrə idarəsinin CAİ-nin MCM-nin MO üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 2021-ci ilin fevral ayında Rusiya DİN Ulyanovsk vilayəti üzrə idarəsinin CAİ-nin MCM-nə xx.xx.1996-ci il təvəllüdlü, həmin vaxt Ulyanovsk şəhəri, Stankostroitelküç, ev 25A, mənzil 23, otaq 2-də yaşayan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs barəsində informasiya daxil olmuşdur ki, o, xx.xx.2020-ci ildə törədilən Ulyanovk şəhəri, Repin küçəsi, ev 47A ünvanında yerləşən “Akademiya” tibb mərkəzinin yandırılmasında şübhəlidir. “Akademiya” tibb mərkazininyandırılması faktı üzrə Rusiya DİN Ulyanovs şəhəri, Lenin rayonu üzrə şöbəsində Rusiye Federasiyası CM-nin 167-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əlaməti üzrə **********2000215 nömrəli cinayət işi istintaq olunmuş, istintaq olunan cinayət işi çərçivəsində müstəntiq tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə cinayət işi üçün əhəmiyyətli olan sənədləri, əşyaları saxlaya bilməsi ehtimalı olduğundan xx.xx.2021-ci ildə evində axtarışın həyata keçirilməsi haqqında məhkəmə qərarı alınmışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə axtarışın həyata keçirilməsi müstəntiqin xx.xx.2021-ci il tarixli tapşırığına əsasən rəhbərlik tərəfindən ona və Rusiya DİN Ulyanovsk vilayəti üzrə idarəsinin CAİ MCM üzrə MO baş əməliyyat müvəkkili X4 tapşırılmışdır. xx.xx.2021-ci ildə və xx.xx.2021-ci ildə Təqsirləndirilən şəxs gündüz vaxtı evdə olmaması, həmçinin sonuncu işdə olması ilə əlaqədar axtarışın səhər sübhdən Təqsirləndirilən şəxs evdə olan vaxt keçirmək barədə qərar qəbul olunmuşdur. xx.xx.2021-ci il səhər vaxtı o, K.A. Kudryaşov ilə birlikdə tapşırıqda qeyd olunan Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmiş, Təqsirləndirilən şəxs evində axtarışın həyata keçirilməsi haqqında məhkəmə qərarı təqdim edilmiş, sonuncu həmin qərarla tanış olmuş, heç bir şikayəti, ərizəsi olmamışdır. O və K.A.Kudryaşov tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 05:44 dəqiqədən saat 06:32 dəqiqəyə kimi olan müddətdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda iki nəfər hal şahidi və Təqsirləndirilən şəxs özünün iştirakı ilə axtarış aparılan zaman tumba üzərində maddə qalıqları ilə plastik butulka, əl yazısı mətni ilə kağız parçası, mikrodalğalı elektrikli sobanın içərisində kağıza bükülmüş bitki mənşəli kütlə aşkar olunmuş və götürülərək qablaşdırılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, götürülənlər ona məxsusdur. Axtarış başa çatandan sonra K.A.Kudryaşov tərəfindən müvafiq protokol tərtib edilmiş, bütün iştirak edən şəxslər protokola imza etmiş, bu zaman axtarışla razı olmaması haqqında Təqsirləndirilən şəxs heç bir qeyd və ərizə daxil olmamışdır. Şahid - Rusiya Federasiyası DİN-nin Ulyanovs vilayəti üzrə idarəsinin CAİ-nin MCM-nin MO üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən X6 oxşar məzmunlu ifadə verərək X3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid X12 ibtidai istintaq orqanına verdiyi ifadəsində ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 5 radələrində Rusiya Federasiyası DİN-nin Ulyanovsk şəhəri, Zasviyaj rayonu şöbəsinin əməkdaşları yaşadığı evin qapısını döyərək onunla qonşuluqda yaşayan şəxsin evində axtarış aparılarkən hal şahidi qismində iştirak etməsini təklif etmişlər. O, razılaşmış və hal şahidi qismində dəvət edilmiş ikinci qonşusu ilə birlikdə kommunal mənzilin 2 saylı otağına keçmiş, orada onun əvvəl tanımadığı Qafqaz milliyyətli şəxs yaşamış, həmin şəxsi tanımamış, çünki ünsiyyətdə olmamışdır. Həmin şəxs baxış zamanı özünü polis əməkdaşlarına Təqsirləndirilən şəxs kimi təqdim etmiş, daha sonra polis əməkdaşı ona və digər hal şahidinə hüquq və vəzifələrini izah etmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra polis əməkdaşı qeyd olunan otaqda axtarış aparmış, tumba üzərindən çəkmək üçün nəzərdə tutulan butulka, elektrik sobanın içindən isə kağız büküm götürülmüşdür, kağız bükümünün işində spesifik qoxuya malik yaşıl rəngli bitki maddəsi olmuş, içində maddə olan büküm polis əməkdaşı tərəfindən kağız zərfə qablaşdırılmış, üzərinə izahlı yazı yazılmış və möhür vurulmuş, bütün iştirak edən şəxslər imza etmiş, butulkada paketə qablaşdırılmış, bütün iştirak edən şəxslər də üzərinə imza etmişdir. Axtarış başa çatandan sonra müvafiq protokol tərtib olunmuş, həmin protokola bütün iştirak edən şəxslər imza etmişdir. Təqsirləndirilən şəxs şikayət verməmiş, heç kimdən axtarış protokoluna qeyd və əlavə daxil olmamış, qeyd olunan hərəkətlər başa çatandan sonra o, öz işləri ilə bağlı getmişdir. X10 Vyaçeslavoviç oxşar məzmunlu ifadə verərək hal şahidi qismində iştirak etmiş və dindirilmiş X9 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: xx.xx.2021-ci il tarixli axtarış və götürmə haqqında protokoldan görünür ki, Rusiya Federasiyası DİN Ulyanovsk vilayəti üzrə idarəsinin CAİ-nin MCM-nin MO-nun əməkdaşları tərəfindən həmin tarixdə məhkəmənin axtarış və götürmə haqqında xx.xx.2021-ci il tarixli qərarı əsasında hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Rusiya Federasiyası, Ulyanovsk şəhəri, Stankostroitel küçəsi, ev 25, mənzil 23, 2 nömrəli otaqda axtarış aparılmış, axtarış zamanı otaqda tumbanın üzərindən 1 ədəd üzərində maddə qalıqları olan plastik butulka və elektrikli sobanın içərisindən kağız bükümdə bitki mənşəli kütlə aşkar edilərək qablaşdırılmaqla götürülmüşdür. xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı Rusiya Federasiyası, Ulyanovsk şəhəri, Stankostroitel küçəsi, ev 25, mənzil 23, 2 nömrəli otağa baxış keçirilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli axtarış və götürmə haqqında protokolla götürülmüş narkotik vasitəni içərisində saxladığı elektrikli soba və üzərində narkotik vasitənin istifadəsi üçün hazırladığı plastik butulkanın aşkar edildiyi tumbanı göstərmişdir. xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə Rusiya Federasiyası, Ulyanovs şəhəri, Zasviyaj rayonu, Şolmov küçəsi, 11 saylı evdən 300 metr məsafədə yerləşən əraziyə baxış keçirilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs ərazidəki yaşıllıq sahəni göstərərək narkotik vasitəni əldə etdiyi yer olmasını göstərmişdir, həmin ərazidə bitkilərin arasında yabanı halda bitmiş bitki kollarının olduğu müəyyən edilmişdir. Rusiya Federasiyası DİN-nin Ulyanovsk vilayəti üzrə İdarəsinin Ekspert Kriminalistika mərkəzinin Xüsusi ekspertizalar şöbəsindən alınmış xx.xx.2021-ci il tarixli İ2/306 nömrəli arayışından görünür ki, tədqiqata təqdim edilmiş bitki mənşəli kütlə narkotik vasitə kannabisdir (marixuanadır), narkotik vasitə kannabisin (marixuananın) çəkisi1150Сdə daimi çəkisinə kimi qurudulduqdan sonra 7,94 qram təşkil edir. Tədqiqata sərf edilmiş kütlə çıxıldıqdan sonra qalıq çəkisi 7,77 qram təşkil edir. Rusiya Federasiyası DİN-nn Ulyanovsk vilayəti üzrə İdarəsinin Ekspert Kriminalistika mərkəzinin Xüsusi ekspertizalar şöbəsindən alınmış xx.xx.2021-ci il tarixli İ2/564 nömrəli arayışından görünür ki, tədqiqata təqdim edilmiş butulkanın üzərində və daxili divarlarında narkotik vasitələrin-tetrahidrokannabinolun (konopil və ya konopildən əldə edilmiş narkotik vasitələrin narkotik aktiv komponentinin) izləri aşkar edilmişdir. Narkotik vasitə səthi iz formasında cüzi miqdarda aşkar edildiyinə və çəkisi tərəzinin ölçü hüdudlarından az olduğuna görə narkotik vasitənin miqdarının müəyyən edilməsi mümkün olmamışdır. Rusiya Federasiyası DİN-nin Ulyanovsk Vilayəti üzrə idarəsinin ekspert kriminalistik mərkəzindən alınmış məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli G2/825 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunan bitki mənşəli maddə kannabis (marixuana) narkotik vasitəsidir. Kannabis (marixuana) narkotik vasitəsinin çəkisi 7,7 qram təşkil etmişdir. Ekspert rəyinin Qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi-7,7 qram olmuş, tədqiqata 0,20 qram sərf edilmiş, qalıq 7,57 qramdır. Rusiya Federasiyası DİN-nin Ulyanovsk Vilayəti üzrə idarəsinin ekspert kriminalistik mərkəzindən alınmış məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli Э2/826 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən folqa fraqmentinin səthində və butulkanın daxili divarlarında narkotik vasitə olan tetrahidrokannobinolun (çətənə bitkisinin və çətənədən hazırlanan narkotik vasitələrin narkotik aktiv komponenti) izləri aşkar olunmuşdur. Narkotik vasitəsinin çəkisini müəyyən etmək mümkün deyil, çünki o, ekspertizaya təqdim edilən folqa fraqmentinin səthində və butulkanın daxili divarlarında tərəzilərin çəkmə hədlərindən aşağı hədlərdə olan miqdarda aşkar olunmuşdur. Rusiya Federasiyası DİN-nin Ulyanovs vilayəti “X7”sı dövlət büdcə səhiyyə müəssisəsindən alınmış həkim narkoloqun iştirakı ilə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 1451 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixiki pozğunluq, kəm ağıllılıq, psixi fəaliyyətin digər pozuntusundan əziyyət çəkməmişdir və hal-hazırda əziyyət çəkmir. Ona şamil olunan cinayəti törədən vaxt cinayət işi materiallarından göründüyü kimi ondan hər hansı bir müvəqqəi psixiki pozğunluq olmamışdır və o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsini başa düşə bilərdi və onlara rəhbərlik edə bilərdi. Narkotik vasitələrə asılılıq sindromu (narkomaniya ilə) alkoqol asılılığından (alkoqolizmdən) əziyyət çəkmir, çünki Təqsirləndirilən şəxs sağlıq vəziyyətinin tədqiqatı zamanı, nə də ki, cinayət işi materiallarından buna dəlalət edən əlamətlər müəyyən edilmədi. Narkotik istifadəsindən müalicəyə ehtiyacı yoxdur. Yaşayış yeri üzrə narkotik vasitələrə asılılığının formalaşmasının qarşısını almaq üçün həkim narkoloqun dinamik müşahidəsinə ehtiyacı vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X11 Bölməsindən alınmış əlavə kompleks məıhkəmə-bioloji, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-17/628 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Rusiya federasiyası DİN-nin Ulyanovsk vilayəti üzrə idarəsindən daxil olmuş 1 ədəd sellofan paketdə qablaşdırılmış üzəri möhürlənmiş vəziyyətdə olan marixuana və 1 ədəd plasmas butulka” yazısı olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf polietilen paketin içərisində olan-üzəri “Rusiya Federasiyasına aid möhürlə möhürlənmiş 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi-7,57 qram olan bitki mənşəli kütlə tərkibinində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Üzəri “Rusiya Federasiyasına aid möhürlə möhürlənmiş 01 (bir) ədəd sellofan torbadakı üzərində “CocaCola” etiketi olan 01 (bir) ədəd plasmas butulkanın daxili divarlarında və gümüşü rəngli falqa kağızının üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. Çətənə (kannabis) bitkisinin hissəcikləri cüzi miqdarda olduğundan (normal çəki təşkil etmədiyindən təmiz çəkisini müəyəyn etmək mümkün olmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası X2 ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 410 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi malicəyə ehtiyacı yoxdur. “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, üzəri Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsinin 74 nömrəli və Rusiya Federasiyasına aid möhürlə möhürlənmiş vəziyyətdə 1 ədəd zərfdə qablaşdırılmış ağ rəngli kağız bükümdə olan sonuncu ekspert tədqiqatından sonra qalıq çəkisi 7,52 qram təşkil edən marixuana və sellofan torbada olan üzərində “Coca-Cola” etiketi olan 1 ədəd plasmas butulka cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayında, dəqiq tarixi müəyyən edilməyən gündə, gecə saatlarında Rusiya Federasiyası, Ulyanovs şəhəri, Zasviyaj rayonu, Şolmov küçəsi, 11 saylı evdən 300 metr məsafədə yerləşən ərazidə yabanı halda bitmiş çətənə bitkisini aşkar edərək gələcəkdə öz şəxsi istifadəsi üçün qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana hazırlamaq məqsədi ilə həmin bitkinin yarpaqlarını yığıb yaşadığı Rusiya Federasiyası, Ulyanovsk şəhəri, Stankostroitel küçəsi, ev 25, mənzil 23, 2 nömrəli otağa daşıyaraq kustar üsulla qurutmaqla satış məqsədi olmadan qəsdən qanunsuz olaraq xeyli miqdarda, çəkisi 1150C temperaturda daimi çəkisinə kimi qurudulduqdan sonra 7,94 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib xx.xx.2021-ci il tarixə kimi evində saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayında, dəqiq tarixi müəyyən edilməyən gündə, gecə saatlarında Rusiya Federasiyası, Ulyanovs şəhəri, Zasviyaj rayonu, Şolmov küçəsi, 11 saylı evdən 300 metr məsafədə yerləşən ərazidə yabanı halda bitmiş çətənə bitkisini aşkar edərək gələcəkdə öz şəxsi istifadəsi üçün qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana hazırlamaq məqsədi ilə həmin bitkinin yarpaqlarını yığıb yaşadığı Rusiya Federasiyası, Ulyanovsk şəhəri, Stankostroitel küçəsi, ev 25, mənzil 23, 2 nömrəli otağa daşıyaraq kustar üsulla qurutmaqla satış məqsədi olmadan qəsdən qanunsuz olaraq xeyli miqdarda, çəkisi 1150C temperaturda daimi çəkisinə kimi qurudulduqdan sonra 7,94 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana (kannabis) hazırlayıb əldə etmiş və həmin narkotik vasitə olan qurudulmuş marixuananı (kannabisi) kağıza bükərək yaşadığı evdə mikrodalğalı elektrik sobasının içərisində gizlətməklə saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 05 radələrində Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ulyanovsk vilayəti üzrə idarəsinin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Ulyanovsk şəhəri, Stankostroitel küçəsi, ev 25, mənzil 23, 2 nömrəli otağa baxış keçirilərkən elektrik sobasının içərisində 1 ədəd kağız bükümdə saxladığı, ümumilikdə təmiz çəkisi 7,94 qram təşkil edən xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana, habelə həmin otaqda sürahinin üzərindən maixuananı çəkmək üçün istifadə etdiyi 1 ədəd plasmas butulka aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini Rusiya Federasiyasında yaşadığı zaman törətmiş, **********7000689 nömrəli cinayət işi xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ulyanovsk şəhəri Zasviyajsk rayon şöbəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı A.A.Poselkin tərəfindən Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 1-ci hissəsi ilə başlanmış və icraata qəbul edilərək ibtidai araşdırılması aparılmışdır. xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ulyanovsk şəhəri Zasviyajsk rayon şöbəsinin İstintaq şöbəsinin rəisi tərəfindən **********7000689 nömrəli cinayət işinin Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin davam etdirilməsindən ötrü Rusiya Federasiyası Baş Prokurorluğu vasitəsi ilə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına göndərilməsi məsələsinə baxılması üçün Rusiya Federasiyası Ulyanovsk şəhəri Zasviyajsk rayon prokuroruna verilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli “Cinayət təqibinin həyata keçirilməsi haqqında sorğusu” əsasında **********7000689 nömrəlicinayət işi Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində Rusiya Federasiyasının ərazisində törətdiyi Rusiya Federasiyası CM-nin 228-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan cinayətə görə öz qanunvericiliyinə müvafiq cinayət təqibinin davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. İsmayıllı rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli 704X-22 nömrəli məktubu ilə Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş **********7000689 nömrəli cinayət işi Azərbaycan Respublikası Qanunvericiliyinə müvafiq cinayət təqibinin davam etdirilməsi üçünxx.xx.2022-ci il tarixdə İsmayıllı rayon Polis şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə cinayət işi İsmayıllı rayon Polis şöbəsin İstintaq bölməsinin müstəntiqi tərəfindən icraata qəbul edilmiş, cinayət işi və həmin iş üzrə Təqsirləndirilən şəxs əməli Rusiya Federasiyası CM-nin 228-ci maddəsinin 1-ci hissəsindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilərək cinayət işinə ********* nömrəsi verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinin tələblinə görə Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Həmin Məcəllənin 12.5-ci maddəsinin tələbinə görə bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs barəsində sonuncunun Rusiya Federasiyasında tərətdiyi cinayət əməlinə görə həmin xarici dövlətin Cinayət Məcəlləsinin 228-ci maddəsinin 1-ci hissəsi ilə başlanmış və icraata qəbul edilərək ibtidai araşdırılması aparılmışdır. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddi üç il azadlıqdan mərhumetmə cəzasıdır. Həmin əmələ görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanın da yuxarı həddi üç il azadlıqdan mərhumetmə cəzasıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X14 alınmış xx.xx.2022-ci il tarixli PHŞ/6472-2022-6/4 nömrəli arayışdan görünür ki, Günəşli X8 RMX-sı PHŞ-nin Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhiəsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2022cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Günəşli X8 şəhəri, Babək küçəsi ev 19da yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Cinayət işinin materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Ulyanovsk şəhəri Zasviyajsk rayon şöbəsinin İstintaq şöbəsinin müstəntiqi tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan, üzəri Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsinin 74 nömrəli və Rusiya Federasiyasına aid möhürlə möhürlənmiş vəziyyətdə 1 ədəd zərfdə qablaşdırılmış ağ rəngli kağız bükümdə olan sonuncu ekspert tədqiqatından sonra qalıq çəkisi 7,52 qram təşkil edən marixuana və sellofan torbada olan üzərində “Coca-Cola” etiketi olan 1 ədəd plasmas butulka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonun keçmiş İsmayıllı kəndində) yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan, üzəri Azərbaycan Respublikası ƏN-nin MEM-nin Şəki Regional bölməsinin 74 nömrəli və Rusiya Federasiyasına aid möhürlə möhürlənmiş vəziyyətdə 1 ədəd zərfdə qablaşdırılmış ağ rəngli kağız bükümdə olan sonuncu ekspert tədqiqatından sonra qalıq çəkisi 7,52 qram təşkil edən marixuana və sellofan torbada olan üzərində “Coca-Cola” etiketi olan 1 ədəd plasmas butulka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-15/2025
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-15/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver