Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-16/2022 10.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Abbasov Nəvaid Noruz oğlunun, Zərərçəkmiş şəxs iştirakı ilə 10 mart 2022-ci il tarixdə saat 17:25-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1981-ci il tarixdə İsmayıllı rayonu İvanovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonu İvanovka kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs pulunu ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya yalandan çoban işlədiyi İsmayıllı rayonu İvanovka kənd “N.Nikitin” adına kolxozun xırda buynuzlu heyvanların saxlanması üçün nəzərdə tutulan fermasının icarəyə verilməsi məsələlərinin kolxoz rəhbərliyi tərəfindən ona həvalə edildiyini deyib həmin fermanı Zərərçəkmiş şəxs icarəyə verəcəyini vəd edərək sonuncunu aldatmış, bu məqsədlə tamah niyyəti və vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs qardaşı X1 vasitəsi ilə 2021-ci ilin iyul ayının dəqiq tarixi müəyyən edilməyən günündə ona göndərdiyi 2000 (iki min) manat məbləğində pulu İsmayıllı şəhəri, Ə.Ələkbəzadə küçəsində yerləşən “Palma” adlanan kafedə Əfqan Dəmirovdan alaraq ələ keçirmiş, bir neçə gün sonra, 2021-ci ilin iyul ayında dəqiq tarixi məlum olmayan günündə Zərərçəkmiş şəxs Şamaxı şəhərindən taksi ilə ona göndərdiyi 200 manat pulu İsmayıllı rayonu İvanovka kəndində alaraq ələ keçirmiş, cinayətkar əməlinin davamı olaraq 2021-ci ilin iyul ayının dəqiq tarixi məlum olmayan günündə İsmayıllı şəhəri Nizami küçəsində “Kəpənək” adlanan yerdə yerləşən çayxanada Zərərçəkmiş şəxs ilə görüşərək əlavə 1200 (min iki yüz) manat pulu alaraq ələ keçirmiş, daha sonra 21 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs qardaşı X8 rayonunun Şorsulu kəndi ərazisindəki poçt məntəqəsindən ona göndərdiyi 600 (altı yüz) manat pulu da İsmayıllı rayonu İvanovka kəndi ərazisində poçt məntəqəsindən götürüb ələ keçirmiş, bununla da etibardan sui-istifadə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 4000 (dörd min) manat məbləğində pulunu alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, 1 fevral 2021-ci il tarixə kimi İsmayıllı rayonu İvanovka kəndində “Nikitin” adına kolxozda baş çoban işləmişdir. Vidadini və onun qardaşı Əfqanı 2021-ci ilin iyul ayından tanımışdır. Həmin şəxsləri Ağsu rayon sakini Daşqın adlı şəxsin vasitəsi ilə tanımışdır. 2021-ci ilin iyul ayında Əfqanla danışarkən sonuncu ona xırda buynuzlu qoyun heyvanları saxlamaq üçün icarəyə ferma axtardığını bildirmişdir. O Əfqana İsmayıllı rayonu İvanovka kəndi ərazisindəki “Nikitin” adına kolxozun fermasını icarəyə verə biləcəyini demişdir. Əfqan və qardaşı Vidadi ilə danışıb 200 hektardan artıq ərazisi olan fermanı bir il müddətinə icarəyə verə biləcəyini, əvəzində isə ona 4000 manat pul verməli olduqlarını demişdir. Əfqan qardaşı Vidadi ilə danışıb razılaşmış və fermanı qardaşı Vidadinin icarəyə götürəcəyini, pulu ona Vidadi tərəfindən veriləcəyini bildirmişdir. O Əfqana və Vidadiyə bu məsələyə görə narahat olmamalarını, pulu hissə-hissə ona verəcəklərini bildirmişdir. 2021-ci ilin iyul ayının dəqiq tarixini xatırlamadığı günündə Əfqan onu İsmayıllı şəhəri Ə.Ələkbərzadə küçəsində yerləşən “Palma” adlanan kafeyə dəvət etmiş, bu zaman tanışı Daşqın da orada olmuşdur. Əfqan Daşqının yanında ona 2000 (iki min) manat pul vermişdir. O pulu götürərək digər hissəsinin də tezliklə ona çatdırılmasını xahiş etmişdir. 2021-ci ilin iyul ayının ayının ortalarında Vidadi ona taksi vasitəsi ilə 200 manat pul göndərmiş və həmin pulu qəbul etmişdir. Bir neçə gün sonra Vidadi İsmayıllı şəhərindəki “Kəpənək” adlanan yerdə çayxanada ona daha 1200 (min iki yüz) manat pul vermiş və pulu verərkən mobil telefonu ilə videoçəkiliş etmişdir. Vidadiyə fermanın ərazisinə köçdükdən sonra əlavə əraziləri də ona verə biləcəyini demiş və bunun üçün ona əlavə 500 manat pul verməli olduğunu demişdir. Onun məqsədi aldatma yolu ilə Vidadinin pullarını ələ keçirmək olmuşdur. 21 avqust 2021-ci il tarixdə Əfqan öz adından Salyan rayonu Şorsulu kənd poçt məntəqəsindən İsmayıllı rayonu İvanovka kəndinin poçt məntəqəsinə onun adına 600 manat pul göndərmiş və o həmin pulu qəbul etmişdir. Vidadi hər dəfə onunla danışdıqda müxtəlif yalan vədlər verib tezliklə fermanın ərazisinə köçəcəyini demişdir. Zərərçəkmiş şəxs ona ümumilikdə 4000 manat pul vermişdir. Vurduğu maddi ziyanı ödəməyə cəhd etsə də maddi imkanı olmadığından hazırki vaxta qədər Vidadinin pulunu qaytara bilməmişdir. Gələcəkdə vurduğu ziyanı ödəməyi öhdəsinə götürür. Ona həbslə bağlı omayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı mülki iddia tələbinə dair münasibət bildirərək göstərdi ki, o, iddianı qəbul edir və təmin edilməsinə etiraz etmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. 2021-ci ilin iyul ayında özünə məxsus xırda buynuzlu heyvanlarını saxlamaq üçün ferma axtarmışdır. Bu barədə qardaşı Əfqanla söhbət etmiş və Əfqan ona Daşqın adlı tanışının deməsinə görə İsmayıllı rayonundan olan Bəhruz adlı şəxsin fermasını icarəyə vermək istədiyini demişdir. O, Əfqandan Bəhruzla görüşüb söhbət etməyi xahiş etmişdir. Əfqan Daşqınla birlikdə İsmayıllı şəhərinə gələrək “Palma” adlanan çay evində Bəhruzla görüşüb söhbət etmişlər. Orada Bəhruz “Nikitin” adına kolxozun 200 hektar torpaq sahəsinin sənədlərini Əfqana göstərmiş və ilini 4000 (dörd min) manatdan icarəyə verə biləcəyini demişdir. Əfqan Bəhruza onun verdiyi 2000 (iki min) manat pulu vermişdir. Özü isə Bəhruzla telefonla danışarkən Bəhruz onu tam arxayın edərək İsmayıllı rayonu İvanovka kəndi ərazisindəki fermanı ona icarəyə verəcəyinə söz vermişdir. Sonradan Bəhruzla əlaqə saxladıqda pulun qalan hissəsini də göndərməyi tələb etmiş və oktyabr ayında artıq qoyunları fermaya köçürə biləcəyini demişdir. 2021-ci ilin iyul ayında Bəhruza 200 manat pul göndərmişdir. Bəhruz tez-tez ona və qardaşı Əfqana zəng edib narahat olmamalarını, tezliklə fermanı ona icarəyə verəcəyini bildirmiş və qalan pulu da göndərməyini xahiş etmişdir. 2021-ci ilin iyul ayının dəqiq tarixini xatırlamadığı günündə tanışı Ziyəddinlə birlikdə İsmayıllı şəhərinə gəlmiş və “Kəpənək” adlanan yerdə Bəhruzla görüşərək çay içmişlər. Bəhruza 1200 manat pul gətirmiş və bu barədə Bəhruza demişdir. Bəhruz söhbət zamanı bir daha İvanovka kəndi ərazisindəki fermanı bir il müddətinə ona icarəyə verəcəyinə və heyvanların fermada qalması üçün orada hər cür şərait olacağına söz vermişdir. O, Bəhruzun səmimiyyətinə inansa da hər ehtimala qarşı mobil telefonu vasitəsi ilə Bəhruza 1200 manat pulu verdiyini videçəkilişə qeydə almışdır. Orada Bəhruz ona fermanın ərazisinə köçdükdən sonra əlavə əraziləri də ona verəcəyinə söz vermiş və həmin yerlərə görə ona əlavə 500 manat da verməli olduğunu bildirmişdir. Bəhruz onu bir daha əmin edərək 2021-ci ilin oktyabr ayında İsmayıllı rayonu İvanovka kəndi ərazisindəki fermaya köçəcəyini demişdir. 2021-ci ilin avqust ayının dəqiq tarixini xatırlamadığı günündə Əfqan onun tapşırığı ilə Salyan rayonunun Şorsulu kəndindən poçt vasitəsi ilə ona məxsus 600 manat pulu İsmayıllı rayonunun İvanovka kəndinə Bəhruzun adına göndərmişdir. Az sonra Bəhruz zəng edərək pulu götürdüyünü bildirmişdir. 2021-ci ilin oktyabr ayına qədər Bəhruzla danışdıqda fermanı icarəyə verəcəyini bildirmişdir. 2021-ci ilin oktyabr ayında Əfqan qoyunlarını gətirmək üçün İsmayıllı rayonu İvanovka kəndinəki fermaya getmişdir. Bir müddətdən sonra Əfqan ona zəng edərək həmin fermada başqa bir şəxsin yerləşdirildiyi barədə məlumat vermişdir. Bu məsələni araşdırdıqda məlum olmuşdur ki, həmin şəxslərə fermanı Bəhruz özü icarəyə vermişdir. Bu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun 4000 manat pulunu aldadaraq ələ keçirmişdir. Bu barədə Bəhruza bildirdikdə Bəhruz ondan aldığı 4000 manat pulu qısa müddət ərzində qaytaracağına söz vermiş, buna baxmayaraq bu günə kimi Bəhruz onun pulunu qaytarmamışdır. Buna görə də Təqsirləndirilən şəxs qarşı mülki iddia tələbi ilə müraciət edərək ona dəymiş 4000 (dörd min) manat maddi ziyan məbləğinin və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 66 (altmış altı) manat, cəmi 4066 (dörd min altmış altı) manat məbləğinin təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş edir. Təqsirləndirilən şəxs 4066 (dörd min altmış altı) manat məbləği ödəmədiyindən qeyd olunan məbləğin təqsirləndirilən şəxsdən tutularaq ona verilməsi barədə mülki iddianın təmin edilməsi və təqsirləndirilən şəxsə qanunda nəzərdə tutulmuş daha sərt cəza verilməsini xahiş edir. Şahid X5 ifadə verərək bildirdi ki, 2021-ci ilin iyul ayında qardaşı Vidadi xırda buynuzlu heyvanlarını saxlamaq üçün ferma axtarmışdır. O, tanışı olan Ağsu rayon sakini Şahidla söhbət edərkən Daşqın ona İsmayıllı rayon sakini Bəhruz adlı şəxsin özünə məxsus fermasını icarəyə vermək istədiyini demişdir. O, bu barədə Vidadiyə bildirdikdə Vidadi ona 2000 manat pul vermiş və Bəhruzla görüşüb söhbət etməsini xahiş etmişdir. O, Daşqınla birlikdə İsmayıllı şəhərinə gələrək “Palma” adlanan çay evində Bəhruzla görüşmüşlər. Söhbət zamanı Bəhruz ona “Nikitin” adına kolxozun 200 hektar torpaq sahəsinin sənədlərini göstərib ilini 4000 (dörd min) manat müqabilində icarəyə verə biləcəyini demişdir. Bəhruz bir daha bildirmişdir ki, İvanovka kəndində “Nikitin” adına kolxozun xırda buynuzlu heyvanlarının saxlanması üçün nəzərdə tutulan fermanın icarəyə verilməsi məsələləri kolxoz rəhbərliyi tərəfindən ona həvalə edilmiş və orada baş çoban işləyir. Fermanı icarəyə vermək onun səlahiyyətləri daxilindədir. Bəhruzun sözlərinə inanmış və Vidadinin verdiyi 2000 manat pulu Daşqinin yanında Bəhruza vermişdir. Bəhruz 2021-ci ilin oktyabr ayından fermaya köçə biləcəklərini demişdir. Bundan bir neçə gün sonra Vidadinin taksi ilə İvanovka kəndinə Bəhruza 200 manat pul göndərdiyini eşitmişdir. Bundan bir neçə gün sonra Vidadi tanışları Ziyəddinlə birlikdə İsmayıllı şəhərinə gedərək Bəhruza əlavə olaraq 1200 manat pul vermişdir. 2021-ci ilin avqust ayında Salyan rayonu Şorsulu kəndində olarkən Vidadi ona zəng edərək Bəhruza 600 manat göndərməyini xahiş etmişdir. O, 21 avqust 2021-ci il tarixdə Şorsulu kənd poçt məntəqəsindən öz adından İsmayıllı rayonunun İvanovka kəndinin poçt məntəqəsinə Bəhruzun adına 600 manat pulu göndərmişdir. Bir müddət sonra Bəhruzla əlaqə saxladıqda sonuncu pulu götürdüyünü bildirmişdir. Bəhruz onları bir daha əmin edərək 2021-ci ilin oktyabr ayından fermaya köçə biləcəklərini demişdir. 2021-ci ilin oktyabr ayının əvvəllərində qardaşı qoyunları fermaya köçürmək üçün İsmayıllı rayonu İvanovka kəndinə getmişdir. Bu zaman fermada başqa şəxslərin heyvan saxladıqlarını görmüş və dərhal bu barədə Vidadiyə məliumat vermişdir. Artıq məlum olmuşdur ki, Bəhruz Vidadinin 4000 manat pulunu aldadaraq ələ keçirmişdir. Bundan sonra Bəhruzla görüşdükdə sonuncu aldığı 4000 manat pulu qısa müddət ərzində qaytaracağına söz vermiş, buna baxmayaraq hal-hazıradək Bəhruz Vidadinin pulunu qaytarmamışdır. Şahid eyni məzmunlu ifadə verərək Əfqan Dəmirovun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Əlavə şahid qismində dindirilmiş X6 ifаdə verərək göstərdi ki, o, 2021-ci ilin mart ayından etibarən İsmayıllı rayonu İvanovka kənd “Nikitin” adına kolxozun qoyunçuluq fermasının müdiridir. İvanovka kənd sakini Təqsirləndirilən şəxs kolxoza məxsus ferma ərazisini Zərərçəkmiş şəxs və kimlərəsə icarəyə verməsindən məlumatsızdır. Ümumiyyətlə kolxoz rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs və yaxud digər şəxslərə belə bir səlahiyyət verilməmişdir. 2021-ci ilin axırlarında tanımadığı bir şəxs onun evinə gələrək Təqsirləndirilən şəxs tərəfindən ona ferma ərazisinin icarəyə verilməsi adı ilə aldadıldığı barədə məlumat vermiş, o isə həmin şəxsə qanuni qaydada pulunu tələb etməsini məsləhət görmüşdür. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Azərpoçt” MM-nin İsmayıllı poçt filialından alınmış 28 yanvar 2022-ci il tarixli İSMF-16/06 nömrəli arayışdan görünür ki, X1 adından 21 avqust 2021-ci il tarixdə İsmayıllı rayonu İvanovka kəndinə Təqsirləndirilən şəxs adına 600 manat pul vəsaiti göndərilmiş, həmin vəsait 21 avqust 2021-xi il tarixdə saat 10:20-də İvanovka poçt şöbəsindən Təqsirləndirilən şəxs tərəfindən alınmışdır. Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim etdiyi CD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 2000 manat pulu “Palma” kafesində aldığını, 200 manat pulun taksi ilə ona göndərilməsini və 1200 manat pulun isə həmin çəkiliş zamanı alması etiraf edir. Həmin çəkiliş zamanı Bəhruz ümumilikdə 3400 manat pul aldığını bildirir, 600 manat əlavə verməli olmasını, qalan 500 manat isə gələcəkdə verərsə ona əlavə yer verə biləcəyini bildirir. İsmayıllı rayon X4 Hüquqi Şəxsi tərəfindən verilmiş 23 dekabr 2021-ci il tarixli 279 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın Konsultativ Poliklinika şöbəsinin “narkoloji”, “Ruhi-əsəb” və “nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur. İsmayıllı rayonu İvanovka kəndi Qırmızı əmək bayrağı ordenli N.Nikitin adına kolxozun sədri tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli 38 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1995-ci ildən 2021-ci il tarixə kimi İsmayılllı rayonu İvanovka kəndi ərazisində “Nikitin” adına kolxozun qoyunçuluq təsərrüfatında çoban və baş çoban kimi işləmiş, 1 fevral 2021-ci il tarixdə işdən azad edilmişdir. Təqsirləndirilən şəxs çoban kimi işlədiyi müddətdə “Nikitin” adına kolxozun fermasını icarəyə vermək səlahiyyəti olmamışdır. 15 yanvar 2022-ci il tariхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Müstəntiqinin 5 yanvar 2022-ci il tariхli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 29 yanvar 2022-ci il tarixli 74 və 75 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu İvanovka kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən,arvadı X2 və 2007-ci il təvəllüdlü oğlu Hüseyndən ibarətdir. Ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə məlumat daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə törədilmiş, ibtidai istintaqın gedişində, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə bir neçə dəfə vurulmuş ziyanın ödənilməsi məqsədi ilə vaxt verilmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs vurulmuş ziyanın ödənilməsində heç bir təşəbbüs irəli sürməmişdir. Ona görə də məhkəmə hesab edir ki, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 10 mart 2022-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 müəyyən edilməli və hökmün surəti həmin Müəssisəyə göndərilməlidir. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iclasında həm də müəyyən edildi ki, cinayət prosesinin gedişində Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı mülki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində dəymiş 4000 (dörd min) manat maddi ziyan məbləğinin və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 66 (altmış altı) manat, cəmi 4066 (dörd min altmış altı) manat məbləğinin təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini, xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cinayət işinin ibtidai istintaqı zamanı və məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 4000 (dörd min) manat alaraq öz şəxsi ehtiyaclarına xərclədiyini etiraf etmiş və mülki iddianı qəbul etmişdir. İş üzrə tədqiq olunmuş şahid ifadələrindən də müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən göstərilən məbləğdə pulu dələduzluq yolu ilə alaraq mənimsəmiş və həmin məbləğdən məhkəmə hökmü çıxan anadək heç bir ödəniş etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 4066 (dörd min altmış altı) manat məbləği tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 10 mart 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X3 müəyyən edilsin. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs mülki iddia tələbi təmin edilsin. 4066 (dörd min altmış altı) manat məbləği hökm qanuni qüvvəsini aldıqdan sonra mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-16/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-16/2022
10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver