Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-16/2024 04.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 04 aprel 2024-cü il tarixdə saat 15:03-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkum edilməmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 20 yanvar küçəsi, ev 1/8-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Ş.İ.Xətai küçəsi, ev 83-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə o, aralarında olan münasibətdən suiistifadə edib xx.xx.2022-ci il tarixdə tanışı və döyüş yoldaşı olan İİ Qarabağ müharibəsi iştirakçısı Zərərçəkmiş şəxs1 məxsus mobil nömrəyə zəng edərək Abşeron rayonunda “Gənc Qazilər” adlı təşkilatın rəhbəri olduğunu yalandan deyib inandıraraq müharibə veteranı olduğundan Zərərçəkmiş şəxs1 əlaqələrindən istifadə edib 800 (səkkiz yüz) manat məbləğində pul müqabilində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik qrupu verilməsi, ev, avtomobil və sığorta pulu ayrılmasına köməklik göstərə biləcəyini deyərək inandırıb sonuncunu həmin məbləğdə pulu verməyə razı salmış, öz cinayətkar niyyətini davam etdirib Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərinin Qələbə küçəsində “Ucuz market” dükanının qarşısında yerləşən “million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid 4169-7377-0870-3679 saylı kart hesabına göndərdiyi 200 (iki yüz) manat məbləğində pulu və həmin gün yenidən "xxxx"a aid 4169-7377-0870-3679 saylı kart hesabına göndərdiyi 50 (əlli) manat məbləğində pulu, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs1 ayrılacaq avtomobilin daha keyfiyyətli avtomobillə əvəz ediləcəyini vəd verib yenidən inandıraraq sonuncunun xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərinin N.Nərimanov küçəsində “Bolluq Store” dükanının qarşısında yerləşən “million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid 4169-7413-2235-4299 saylı kart hesabına göndərdiyi 30 (otuz) manat məbləğində pulu, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhəri ərazisində "xxxx"a aid 5404-0852-3849-4522 saylı kartdan onun adına olan 4169-7413-2235-4299 saylı kart hesabına göndərdiyi 50 (əlli) manat məbləğində pulu və Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhəri ərazisində özünə məxsus "xxxx"a aid 4169-7387-2236-7152 saylı kartdan onun adına olan "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba göndərdiyi 80 (səksən) manat məbləğində pulu, habelə öz cinayətkar niyyətini davam etdirib sənədləşmə işlərinin tezləşdirilməsini təmin etmək adı ilə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonunun ərazisində, Biləcəri dairəsi adlanan yerdə Zərərçəkmiş şəxs1 ona verdiyi 200 (iki yüz) manat məbləğində pulu, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 İsmayıllı şəhəri ərazisində "xxxx" aid 4169-7387-2236-7152 saylı kartdan onun adına olan "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba göndərdiyi 10 (on) manat məbləğində pulu, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 İsmayıllı şəhəri ərazisində "xxxx"a aid 4169-7387-2236-7152 saylı kartdan onun adına olan "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba göndərdiyi 30 (otuz) manat məbləğində pulu, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 İsmayıllı şəhəri ərazisində "xxxx"a aid 4169-7387-2236-7152 saylı kartdan onun adına olan "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba göndərdiyi 20 (otuz) manat məbləğində pulu, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 İsmayıllı şəhəri ərazisində "xxxx"a aid 4169- 7387-2236-7152 saylı kartdan onun adına olan "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba göndərdiyi 70 (yetmiş) manat məbləğində pulu, xx.xx.2022-ci il tarixdə yenidən Bakı şəhəri Binəqədi rayonunun ərazisində, Biləcəri dairəsi adlanan yerdə Zərərçəkmiş şəxs1 verdiyi 150 (yüz əlli) manat məbləğində pulu, xx.xx.2022-ci il tarixdə Abşeron rayonunun Xırdalan şəhərinin ərazisində, Baş Dövlət Yol Polisi İdarəsinin həyətində Zərərçəkmiş şəxs1 ona verdiyi 70 (yetmiş) manat məbləğində pulu, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərinin Qələbə küçəsində “Ucuz market” adlanan dükanın qarşısında yerləşən “million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba göndərdiyi 200 (iki yüz) manat məbləğində pulu, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərinin M.F.Axundov küçəsində “Bərəkət market” dükanın qarşısında yerləşən “million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba göndərdiyi 40 (qırx) manat məbləğində pulu, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərinin Qələbə küçəsində “Ucuz market” adlanan dükanın qarşısında yerləşən “million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba göndərdiyi 50 (əlli) manat məbləğində pulu, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərinin M.F.Axundov küçəsində “Bərəkət market” adlanan dükanın qarşısında yerləşən “million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba göndərdiyi 90 (doxsan) manat məbləğində pulu, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərinin M.F.Axundov küçəsində “Bərəkət market” adlanan dükanın qarşısında yerləşən “million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba göndərdiyi 180 (yüz səksən) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz kart hesabından çıxarmaqla və onlayn əməliyyatlar etməklə şəxsi ehtiyacları üçün xərcləyərək, Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1520 (min beş yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə o, tanışı və keçmiş döyüş yoldaşı olmuş Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olduğu və etibarını qazandığı İsmayıllı şəhər (keçmiş İsmayıllı kəndi) sakini Zərərçəkmiş şəxs2 zəng edərək sonuncunun etibarından sui-istifadə edib Abşeron rayonunda “Gənc Qazilər” adlı təşkilatın rəhbəri olduğunu deyərək inandırmaqla müharibə veteranı olduğundan əlaqələrindən istifadə edib Zərərçəkmiş şəxs2 3000 (üç min) manat məbləğində pul müqabilində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillik qrupu verilməsi, ev, avtomobil və sığorta pulu ayrılmasına köməklik göstərə biləcəyini deyərək inandırıb həmin məbləğdə pulu verməyə razı salmış, öz cinayətkar niyyətini davam etdirib Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərinin Qələbə küçəsində “Ucuz market” adlanan dükanın qarşısında yerləşən “million” ödəmə terminalı vasitəsi ilə onun adına olan 4169-7377-0870-3679 saylı hesaba göndərdiyi 200 (iki yüz) manat məbləğində pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərinin Qələbə küçəsində “Ucuz market” adlanan dükanın qarşısında yerləşən “million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba göndərdiyi 100 (yüz) manat məbləğində pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərinin H.Əliyev prospektində “Bazarstore” adlanan dükanda yerləşən “million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid 4169-7413-2235-4299 saylı hesaba göndərdiyi 200 (iki yüz) manat məbləğində pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərinin Qələbə küçəsində “Ucuz market” adlanan dükanda yerləşən “million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba göndərdiyi 100 (yüz) manat məbləğində pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərinin M.F.Axundov küçəsində “Bərəkət market” adlanan dükanda olan “million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid 4169-7413-2235-4299 saylı hesaba göndərdiyi 560 (beş yüz altmış) manat məbləğində pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə Qaraməryəm-İsmayıllı-Şəki yolunda yerləşən “million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid 4169-7413-2235-4299 saylı hesaba göndərdiyi 100 (yüz) manat məbləğində pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə Qaraməryəm-İsmayıllı-Şəki yolunda yerləşən “million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid 4169-7413-2235-4299 saylı hesaba göndərdiyi 500 (beş yüz) manat məbləğində pulu, təqribən 25-26 avqust 2022-ci il tarixdə, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Zərərçəkmiş şəxs1 Bakı şəhərinin Nəsimi rayonunun ərazisində yerləşən “Rahat market” adlanan dükanın yaxınlığında ona verdiyi Zərərçəkmiş şəxs2 məxsus 780 (yeddi yüz səksən) manat məbləğində pulu, təqribən 25-26 avqust 2022-ci il tarixdə, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Zərərçəkmiş şəxs2 ona verdiyi 550 (beş yüz əlli) manat məbləğində pulu, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhərinin Cavanşir küçəsində “Araz market” adlanan dükanda olan “million” ödəmə terminalı vasitəsi ilə onun adına olan "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba göndərdiyi 220 (iki yüz iyirmi) manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz kart hesabından çıxarmaqla və onlayn əməliyyatlar etməklə şəxsi ehtiyacları üçün xərcləyərək, Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3310 (üç min üç yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, İİ Qarabağ müharibəsi iştirakçısıdır. İsmayıllı şəhər sakini, Zərərçəkmiş şəxs1 müharibə dövründən tanıyır və onunla birlikdə Qarabağ döyüşlərində döyüşmüşdür. 2022-ci ilin avqust ayında pula ehtiyacı olduğu üçün döyüş yoldaşlarından kiminsə pulunu ələ keçirmək qərarına gəlmiş, buna görə də mobil telefonundan Elcanın istifadəsində olan mobil nömrəyə zəng edərək kef-əhval etdikdən sonra ona guya özünün müharibədən sonra əlilliyə çıxdığını və istəyirsə onu da əlilliyə çıxara biləcəyini, həmçinin ona da sığorta pulu, avtomobil və ev ayrılmasında köməklik göstərə biləcəyimi demişdir. Elcan onu da əlilliyə çıxarmaqda köməklik göstərməyini və bunu necə edəcəyimi soruşduqda o, Elcana bunun 1500 manata başa gələ biləcəyini, ona hörmət edib 800 manata bu işi düzəldə biləcəyini, bu işi özünün həll edəcəyini bildirmişdir. Elcan hal-hazırda həmin məbləğdə nəğd pulunun olmadığını, imkan etdikcə ona pulu hissə-hissə verəcəyini demişdir. O, özünə məxsus "xxxx" ASC-yə aid 4169-7413-2235-4299 və 4169-7377-0870-3679 saylı kartlarını Zərərçəkmiş şəxs1 whatsap nömrəsinə göndərmişdir. Elcan həmçinin ona Zərərçəkmiş şəxs2 döyüşlərdə yaralandığını, ona əlillik qrupu verilməsinə və avtomobil ayrılmasına köməklik göstərməyini xahiş etmiş, Raqubun istifadəsində olan mobil nömrələri də ona vermişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs1 ona məxsus "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba 200 manat pulu göndərmiş, həmin gün Elcan yenə də "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesabına 50 manat pulu da göndərmişdir. Elcanı inandırmaq və ondan daha artıq pul almaq üçün ona ayrılacaq avtomobilin daha keyfiyyətli avtomobillə əvəz edəcəyini demiş və əlavə olaraq pul imkan etdikcə qısa zaman ərzində ona göndərməyini demişdir. xx.xx.2022-ci il tarixdə Elcan "xxxx"a aid 4169-7413-2235-4299 saylı kart hesabına 30 manat pul da göndərmiş, xx.xx.2022-ci il tarixdə Elcan yenidən "xxxx"a aid 4169-7413-2235-4299 saylı kart hesabına yenidən 50 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə Elcan yenidən özünə məxsus "xxxx"a aid 4169-7387-2236-7152 saylı kartdan onun adına olan "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba 80 manat pul göndərmişdir. Pula ehtiyacı olduğundan yenidən Elcana zəng edərək sənədləşdirmə işlərini tezləşdirməyini bildirmiş və təcili görüşüb ona pul verməyini demişdir. 23 avqust 2023-cü il tarixdə Elcan qardaşı Xəyalla Bakı şəhəri Binqədi rayonu Biləcəri qəsəbəsi, Biləcəri dairəsi adlanan yerə getmiş və həmin yerdə Elcan ona qardaşı Xəyalın yanında 200 manat pul vermiş və ona imikan etdikcə işləri görmək üçün əlavə pulları lazım olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə Elcan ona məxsus kart hesabına 10 manat, həmin tarixdə 30 manat, həmin gün yenə də Elcan onun kart hesabına əlavə olaraq 20 manat pul göndərmişdir. O, Elcanla mobil telefonla danışaraq sənədləşmə işlərini həll etmək üçün ona əlavə pul verməyini bildirmiş, xx.xx.2022-ci il tarixdə Elcan yenə də ona məxsus kart hesabına 70 manat pul göndərmişdir. O, Elcanla mobil telefonla danışaraq sənədləşmə işlərini həll etmək ona əlavə pul verməyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə yenidən Binəqədi rayonu ərazisində Biləcəri dairəsi adlanan yerdə Elcan onunla görüşərək 150 manat pul vermişdir. Həmin gün o, yenə də Elcana sığorta pulunun ayrılması məsələlərinin həlindən ötrü Abşeron rayonu Xırdalan şəhəri ərazisində Baş Dövlət Yol Polisi idarəsinin həyətinə gəlməyini bildirmiş, Elcan qardaşı Xəyalla birlikdə Abşeron rayonu Xırdalan şəhəri ərazisində Baş Dövlət Yol Polisi idarəsinin həyətinə gəlmiş və Elcandan 70 manat pul almışdır. Söhbət zamanı Elcana ümumilikdə işi hərtərəfli həll etmək üçün ona yenə də pul verməyini olduğunu demiş, xx.xx.2022-ci il tarixdə Elcan onun kart hesabına 200 manat, xx.xx.2022-ci il tarixdə Elcan əlavə olaraq kart hesabına 40 manat, həmin gün yenə Elcan ona məxsus hesaba 50 manat, daha sonra həmin gün Elcan yenidən onun hesabına 90 manat pul göndərmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Elcan ona məxsus "xxxx"a aid 4169-7377-0870-3679 saylı hesaba 180 manat pul göndərmişdir. Ümumilikdə Elcan ona 1520 manat pul vermişdir. O, Elcanla danışıqlarında sonuncuya demişdir ki, dosttanışlarından kimsə varsa ona mobil nömrələrini versin, guya müraciət edən şəxslərə əlillik qrupu verilməsinə, ev, avtomobil, və sığorta pulu ayrılmasına köməklik göstərə biləcəkdir. Elcan da ona qonşusu Zərərçəkmiş şəxs2 mobil nömrəsini verib onunla əlaqə saxlamağını demişdir. xx.xx.2022-ci il tarixdə o, Elcanın qonşusu Zərərçəkmiş şəxs2 zəng edərək yalandan Abşeron rayonunda Gənc Qazilər təşkilatının sədri olduğunu, müharibə iştirakçısı olduğu üçün özünün əlilik aldığını, dövlət tərəfindən ona avtomobil, ev, Yaşat Fondu tərəfindən birdəfəlik pul yardımı verildiyini və istəyirsə ona da köməklik edə biləcəyini demişdir. Raqub bunun üçün hansı məbləğdə pul lazım olduğunu soruşduqda o, Raquba təxminən 3000 manat pul lazım olduğunu, lakin işləri həll etdikcə əlavə pul lazım olduqda ona xəbər edəcəyini demişdir. Raquba ilk əvvəl ona 200 manat pul göndərəcəyini demiş, xx.xx.2022-ci il tarixdə Raqub ona məxsus 4169-7377-0870-3679 saylı kart hesabına 200 manat pul göndərmişdir. O, Raquba zəng edərək 200 manat pulun ona çatdığını, işləri həll etmək üçün əlavə olaraq ona 300 manat pul göndərməyini demişdir. Raqub xx.xx.2022-ci il tarixdə ona məxsus kart hesabına yenidən 200 manat pul göndərmişdir. Həmin gün Raqub əlavə olaraq onun kart hesabına 100 manat da göndərmişdir. O, səhəri gün Raquba zəng edərək sənədləşmə işlərini həll etmək üçün ona əlavə 100 manat pul göndərməyini bildirmişdir. Raqub xx.xx.2022-ci il tarixdə onun kart hesabına yenidən 100 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə o, Raquba zəng edərək ev, əlillik və pul ayrılması işində sənədləşmə işlərini həl etmək üçün ona 560 manat pul göndərməyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Raqub onun kart hesabına 560 manat pul göndərmiş, Raquba zəng edərək sənədləşmə işi ilə əlaqədar əlavə olaraq 100 manat pul göndərməyini demişdir. Raqub həmin gün onun kart hesabına 100 manat pul göndərmişdir. 23 avqust 2022-ci il tarixdə Raqubun mobil telefonuna zəng edərək həmin işlərin görülməsi üçün əlavə olaraq ona təcili 500 manat pul göndərməyini demişdir. Raqub həmin gün onun kart hesabına 500 manat pul göndərmişdir. 24 avqust 2022-ci il tarixdə Raqubun mobil telefonuma zəng edərək ona dövlət tərəfindən “Xəzər” markalı avtomobili deyil, “Chevrolet Cabalt” markalı avtomobil ayrılacağını, həmin işləri həll etmək üçün 780 manat pul istəmiş və təcili olaraq həmin pulu ona verməyini, ya da göndərməsini demişdir. Elcan həmin ərəfədə Bakı şəhərində olduğundan Nəsimi rayonu ərazisində 8 noyabr metrosunun yaxınlığında hazırda dəqiq xatırlamadığı yerdə Raqubun ona göndərdiyi 780 manat pulu ona vermişdir. O, Raqubla mobil telefonla danışıb Sosial Müdafiə Nazirliyinə təqdim etmək üçün yaşayış yeri üzrə arayış alıb ona gətirib verməsini demişdir. 25 avqust 2022-ci il tarixdə Raqub onunla Abşeron rayonu Xırdalan şəhərinə gedib “Nazlı petrol” yanacaqdoldurma məntəqəsinin yanındakı kafedə onunla görüşmüşdür. Raqubu inandırmaq üçün ona Abşeron rayonu Masazır qəsəbəsi ərazisində tikilən binadan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ona ev ayrılacağını bildirmiş, Raqub da ona inanmışdır. Raqub həmçinin ona “Chevrolet Cobalt” markalı avtomobil veriləcəyini demiş, o, Raqubdan işləri həll etmək üçün ona 550 manat pul göndərməsini demişdir. Raqub Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Beynəlxalq bankın qarşısında 550 manat pulu ona vermişdir. 28 avqust 2022-ci il tarixdə Raqub mobil telefonuna zəng edərək ona artıq “Chevrolet Cobalt” markalı avtomobilin Bakı şəhəri, Badamdar qəsəbəsində olan maşın bazarından götürülməsi üçün ona əlavə olaraq 220 manat pul göndərməyini və maşını gəlib kiminsə Bakı şəhəri, ərazisində Badamdar qəsəbəsindən təhvil almasını bildirmişdir. 28 avqust 2022-ci il tarixdə Raqub ona məxsus kart hesabına 220 manat pul göndərmişdir. Beləliklə o, Raqubun da ümumilikdə 3310 manat pulunu almışdır. Həmin pulları bankomatdan çıxarmaqla və ya onlayn qaydada ödənişlər etməklə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Elcan və Raqub sonradan ondan verdiyi vədləri yerinə yetirməsini tələb etmişlər. O, müxtəlif bəhanələr gətirərək vaxtı uzatmış, pulu xərclədiyindən qaytara bilməmişdir. Sonradan isə Elcan və Raqub ondan pullarını tələb etmişlər. Sonradan eşitmişdir ki, Elcan və Raqib ərizə ilə İsmayıllı rayon polis şöbəsinə müraciət etmişlər. Barəsindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslərlə barışmış, onlara vurduğu ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbləri yoxdur. Ona görə də barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tətbiq edilərək onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclaslarında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, o, İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) qeydiyyatdadır və orada yaşayır. İİ Qarabağ müharibəsi iştirakçısıdır. Abşeron rayon sakini Təqsirləndirilən şəxs onun döyüş yoldaşı olmuş, onunla münasibəti yaxşı olmuşdur. xx.xx.2022-ci il tarixdə Orxan ona mesaj yazaraq hal-əhval tutmuş, özünün Gənc Qazilər adlı təşkilatın sədri olduğunu, özünə əlillik düzəltdirdiyini və bundan başqa vətən müharibəsi iştitrakçısı olduğuna görə dövlət tərəfindən ona avtomobil və ev verildiyini bildirmişdir. Orxandan bunu necə etdiyini soruşduqda Orxan ona da köməklik edə biləcəyini, müəyyən pul müqabilində ona əlillik verilməsi, ev və avtomobil verilməsi, əlilliklə əlaqədar sığorta pulu ayrılmasında köməklik göstərə biləcəyini demişdir. Orxan bunun 1500 manata başa gələ biləcəyini, ona hörməti olduğundan 800 manata bu işi düzəldə biləcəyini, işi özünün həll edəcəyini bildirmişdir. O, Orxana inanmış və Orxan onun mobil telefonuna "xxxx" ASC-yə aid 4169-7413-2235-4299 və 4169-7377-0870-3679 saylı kartların nömrələrini göndərmişdir. Orxana inandığından qonşusu Zərərçəkmiş şəxs2 da döyüşlərdə yaralandığını, ona da əlillik qrupu verilməsinə və avtomobil ayrılmasına köməklik göstərməsini xahiş etmiş və Raqubun istifadəsində olan mobil nömrələri Orxana vermişdir. Orxan döyüş yoldaşı olduğundan ona inanmış və imkan etdikcə hissə-hissə həmin pulu onun kart hesabına göndərəcəyimi demişdir. Ordan da onunla razılaşmışlar. O, xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhəri, Qələbə küçəsində yerləşən “Ucuz market” dükanda yerləşən “million” ödəmə terminalından Orxanın adına olan kart hesabına 200 manat pulu göndərmiş, həmin gün yenə də həmin hesaba 50 manat pul göndərmişdir. Orxan onunla danışarkən ona ayrılacaq avtomobilin daha keyfiyyətli avtomobillə əvəz edəcəyini vəd vermiş və pulu imkan etdikcə qısa zaman ərzində ona göndərməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhəri, “Bolluq Store” dükanının qarşısından Orxanın kart hesabına 30 manat, həmin gün yenidən eyni hesaba 50 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə yenidən Orxanın adına olan kart hesabına 80 manat pul göndərmiş, həmin gün Orxan onunla danışıb sənədləşdirmə işlərini tezləşdirməyi bildirmiş və təcili görüşüb ona pul verməsini demişdir. xx.xx.2022-ci il tarixdə qardaşı Xəyalla Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi, Biləcəri dairəsi adlanan yerə getmiş, həmin yerdə Orxana qardaşı Xəyalın yanında 200 manat pul vermişdir. Orxan yenidən ondan pul istədiyi üçün o, xx.xx.2022-ci il tarixdə onun kart hesabına 10 manat pul göndərmiş, Orxan onunla danışıb ona yenidən əlavə pul göndərməsini bildirmişdir. Həmin tarixdə İsmayıllı şəhəri ərazisində Orxanın adına olan hesaba 30 manat pul göndərmiş, həmin gün sonradan təkrarən Orxanın adına olan hesaba 20 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə özünün kart hesabından Orxanın kart hesabına 70 manat göndərmiş, həmin gün yenidən Binəqədi rayonu ərazisində Biləcəri dairəsi adlanan yerdə Orxanla görüşüb ona 150 manat pul vermişdir. Orxan ona ayrılacaq maşının sənədləşdirilməsi və sığorta məsələlərindən ötrü Abşeron rayonu Xırdalan şəhəri ərazisində Baş Dövlət Yol Polisi idarəsinin həyətinə gəlməsini bildirmiş, o, qardaşı Xəyalla birlikdə deyilən yerə getmiş və orada Orxan ondan 70 manat pul almışdır. xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhəri, Qələbə küçəsində yerləşən “Ucuz market” adlanan dükanında yerləşən “million” ödəmə terminalı vasitəsi ilə Orxanın kart hesabına 200 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “Bərəkət market” dükanında yerləşən “million” ödəmə terminalı vasitəsi ilə Orxanın adına olan hesaba 40 manat pul göndərmişdir. Həmin tarixdə İsmayıllı şəhəri, Qələbə küçəsində yerləşən “Ucuz market” dükanında yerləşən “million” ödəmə terminalı vasitəsi ilə Orxanın hesabına 50 manat, İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “Bərəkət market” dükanında yerləşən “million” ödəmə terminalı vasitəsi ilə eyni hesaba 90 manat, İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “Bərəkət market” dükanında yerləşən “million” ödəmə terminalı vasitəsi ilə eyni hesaba 180 manat pul göndərmişdir. O, ümumilikdə Orxana 1520 manat pul göndərmişdir. Orxan ondan başqa Zərərçəkmiş şəxs2 da ümumilikdə 3310 manat pul almışdır. Raqub İsmayıllı şəhəri ərazisində olduğu üçün ona məxsus 5404-0852-3849 saylı kart hesabına 780 manat pul göndərib Orxana verməsini demişdir. O, da Orxanla Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Rahat” market adlanan marketin yanında görüşüb Raqubun ona yolladığı 780 manat pulu Orxana vermişdir. Orxan isə onlara verdiyi vədə əməl etməmiş, pullarıni istədikdə isə müxtəlif bəhanələr gətirib vaxtı uzatmış, o və Raqub onun mobil telefonuna nə qədər zəng etsələr də Orxan telefona cavab verməmişdir. Artıq başa düşmüşdür ki, Orxan onu və Raqubu aldadaraq pulunu ələ keçirmişdir. Buna görə də bu barədə ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. O, təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclaslarında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, o, İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) qeydiyyatda olmaqla orada yaşayır. Zərərçəkmiş şəxs1 oğlu qonşusu, eyni zamanda döyüş yoldaşıdır. Onlar İİ Qarabağ müharibəsinin iştirakçısı olmuşlar. Elcan 2022-ci ilin avqust ayında dəqiq tarixini xatırlamadığı günündə ona demişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yaşayan Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsində bir yerdə döyüşmüş, ona zəng edərək Abşeron rayonunda Gənc Qazilər təşkilatının sədri olduğunu və müəyyən pul müqabilində müharibə iştirakçılarına əlillik verilməsi, avtomobil və əlilliyə görə sığorta pulu ayrılmasında köməklik göstərə biləcəyini və həmin işi həll edə biləcəyini demişdir. O, Elcana maddi imkanı zəif olduğundan və həmçinin müharibədə yaralandığından ona əlillik verilmədiyini, həmin şəxsin ona köməklik edə bilərsə, ona da köməklik edilməsini xahiş etmişdir. O, Elcandan onun mobil nömrəsini Təqsirləndirilən şəxs verməsini xahiş etmişdir. 20 avqust 2022-ci il tarixdə Orxan ona zəng edərək Abşeron rayonunda Gənc Qazilər təşkilatının sədri olduğunu, müharibə iştirakçısı olduğu üçün özünün əlilik aldığını, ona dövlət tərəfindən avtomobil, ev, Yaşat Fondu tərəfindən ona birdəfəlik pul yardımı verildiyini və istəyirsə ona köməklik edə biləcəyini demişdir. Söhbət zamanı Orxan ona qonşusu olan və onunla döyüş yoldaşı olan Zərərçəkmiş şəxs1 də ev, avtomobil və pul yardımı almasına köməklik edəcəyini demişdir. Orxan bu məsələlərin həlli üçün müəyyən məbləğdə pul lazım olduğunu demiş, o, Orxandan hansı məbləğdə pul lazım olmasını soruşduqda sonuncu ona “təxminən 300 manat pul lazımdır, lakin mən sənə dəqiq məbləğ deyə bilmirəm, işləri həll etdikcə pul lazım olduqca mənə sənə deyəcəm, hal-hazırda mənə 200 manat pul göndər, pulu hissə-hissə göndərərsən” demişdir. Orxan ona "xxxx"a məxsus 4169-7377-0870-3679 və 4169-7413-2235-4299 nömrəli kartların nömrələrini vatsap proqramı vasitəsi ilə göndərib həmin kartlara pulu göndərməsini bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 13:22-də İsmayıllı şəhəri Qələbə küçəsində yerləşən “Ucuz market”də quraşdırılmış "xxxx" MMC-yə məxsus million ödəmə terminalı vasitəsi ilə Orxana məxsus kart hesabına 200 manat pul göndərmiş və bu barədə ona xəbər vermişdir. Orxan ona zəng edərək 200 manat pulun ona çatdığını, işləri həll etmək üçün əlavə olaraq 300 manat pul da istəmişdir. O, həmin tarixdə saat 17:21-də İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış "xxxx" MMC-yə məxsus million ödəmə terminalı vasitəsi ilə Orxanın kart hesabına 200 manat pul da göndərmişdir. Həmin tarixdə saat 20:40-da İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşən “Bazarstore” mağazasında quraşdırılmış "xxxx" MMC-yə məxsus million ödəmə terminalı vasitəsi ilə Orxana məxsus kart hesabına 100 manat da pul göndərmişdir. Orxan səhəri gün ona zəng edərək sənədləşmə işlərini həll etmək üçün ona 100 manat pul göndərməsini demişdir. xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhəri Qələbə küçəsində yerləşən “Ucuz market”də quraşdırılmış "xxxx" MMC-yə məxsus million ödəmə terminalı vasitəsi ilə Orxana məxsus kart hesabına 100 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə Orxan yenidən ona zəng edərək ev, əlillik və pul ayrılması işində sənədləşmə işlərini həl etmək üçün ona əlavə 560 manat pul göndərməsini demişdir. Həmin məbləğdə pulu olmadığından özünə məxsus qızılları İsmayıllı şəhəri, ərazisində “Sizin lombard” kredit evinə girov qoyub təxminən 500-600 manat civarında pul əldə etmiş və həmin gün saat saat 13:05-də İsmayıllı şəhəri, M. F.Axundov küçəsində yerləşən “Bərəkət market” adlanan mağazada quraşdırılmış "xxxx" MMC-yə məxsus million ödəmə terminalı vasitəsi ilə Orxana məxsus kart hesabına 560 manat pul göndərmişdir. Orxan həmin gün ondan əlavə olaraq sənədləşmə işi ilə əlaqədar 100 manat da göndərməsini demiş, o, İsmayıllı şəhəri, ərazisində Qaraməryəm-İsmayıllı-Şəki yolunun kənarında yerləşən million ödəmə terminalından Orxana məxsus kart hesabına 100 manat göndərmişdir. xx.xx.2022-ci il tarixdə Orxan onun mobil telefonuma zəng edərək həmin işlərin görülməsi üçün əlavə olaraq ona 500 manat pul göndərməsini demiş, o, həmin ərəfədə Orxana dediyi məbləği göndərmək üçün “Unibank”-dan kreditlə pul götürmüş, İsmayıllı şəhəri, ərazisində Qaraməryəm-İsmayıllı-Şəki yolunun kənarında hazırda xatırlamadığı yerdə “million” ödəmə terminalından Orxana məxsus kart hesabına 500 manat göndərmişdir. Orxan 24 avqust 2022-ci il tarixdə ona zəng edərək dövlət tərəfindən “Xəzər” markalı avtomobili deyil, “Chevrolet Cabalt” markalı avtomobil ayrılacağını, bunun üçün işləri həll etmək üçün 780 manat pul da istəmişdir. Həmin gün qonşusu Zərərçəkmiş şəxs1 Orxanla birlikdə Bakı şəhərində olduğu üçün və ondan da bu işlər üçün pul aldığı üçün o, İsmayıllı şəhəri ərazisində, Cavanşir küçəsində Mustafa marketdə quraşdırılmış miliion ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs1 adına olan **********49 kart nömrəsinə 780 manat pul göndərmişdir. Zərərçəkmiş şəxs1 həmin 780 manat pulu 8 noyabr metrosunun yaxınlığında, Nəsimi rayonu ərazisində Orxana vermişdir. Orxan onunla danışıb Sosial Müdafiə Nazirliyinə təqdim etmək üçün yaşayış yeri üzrə arayış alıb ona gətirib verməsini dediyi üçün o, xx.xx.2022-ci il tarixdə İsmayıllı şəhəri üzrə icra nümayəndəliyindən arayışı alıb həmin Abşeron rayonu Xırdalan şəhərinə gedib “Nazlı petrol” yanacaq dolurma məntəqəsinin yanında kafedə Orxanla görüşmüşdür. Orxan ona Abşeron rayonu Masazır qəsəbəsi ərazisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ayrılacaq evlərdən ev ayrılacağını bildirmişdir. O, həmçinin ona “Chevrolet Cobalt” markalı avtomobil veriləcəyini bildirmiş, Orxan ondan həmin işləri həll etmək üçün 550 manat pul da göndərməsini demiş, o, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “Beynəlxalq bank”ın qarşısında 550 manat pulu Orxana vermiş və səhəri gün İsmayıllı şəhərinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə Orxan mobil telefonuna zəng edərək ona artıq “Chevrolet Cobalt” markalı avtomobilin Bakı şəhəri, Badamdar qəsəbəsində olan maşın bazarından maşının götürülməsi üçün ona əlavə olaraq 220 manat pul göndərməsini və maşını gəlib kiminsə Bakı şəhəri, ərazisində Badamdar qəsəbəsindən götürməsini demişdir. xx.xx.2022-ci il tarixdə saat 13:53-də İsmayıllı şəhəri ərazisində Cavanşir marketdə quraşdırılmış "xxxx" MMC-yə million ödəmə terminalı vasitəsi ilə Orxana məxsus kart hesabına 220 manat pul göndərmişdir. O, qardaşı X8 qəsəbəsinə maşın bazara göndərib sürücülük vəsiqəsi olduğu üçün maşını götürməyini demişdir. Yaqub həmin yerə gedib Orxanı nə qədərə gözləsə də o, gəlib çıxmamış, Orxanla əlaqə saxladıqda zənglərinə cavab verməmiş və müxtəlif bəhanələr gətirib avtomobil, ev ayrılması və əlillik verilməsi işlərinin uzandığını bildirmişdir. Artıq Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşərək xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. O, təqsirləndirilən şəxsi bağışlamış və onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. X3 ifadə verərək göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs2 onun qardaşıdır, Raqub İİ Qarabağ müharibəsi iştirakçısıdır. Xatırlamadığı vaxtda Abşeron rayon sakini olan Təqsirləndirilən şəxs qardaşına zəng edərək ona əlillik qrupu verilməsi, avtomobil, sığorta pulu və ev ayrılmasına köməklik edə biləcəyini demiş və bu işlərin görülməsi üçün qardaşından pul istəmişdir. Raqub Orxana müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə olmaqla kart hesabına yükləməklə və əlbəəl verməklə ümumilikdə 3310 manat pul vermişdir. Həmin ərəfədə o, Bakı şəhəri ərazisində olduğundan Raqub ona zəng edərək İsmayıllı rayonunda olduğunu, Bakı şəhərinə gələ bilmədiyini, Təqsirləndirilən şəxsla görüşüb ona ayrılacaq maşını təhvil almağını demişdir. 2022-ci ilin avqust ayının axırlarından dəqiq tarixini xatırlamadığı gündə Orxanla əlaqə saxlayıb Raqubun qardaşı olduğunu demiş, Orxan onunla Bakı şəhəri 20 yanvar metrostansiyasının yaxınlığında görüşmüş və onu Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsinə aparıb orada qardaşı Raquba ayrılacaq avtomobili təhvil verəcəyini bildirmişdir. Orxanın idarə etdiyi dövlət qeydiyyat nişanını bilmədiyi “Toyota Prius” markalı avtomobillə həmin yerə getmiş, o, Orxanı gözləmiş, Orxan gəldikdən sonra avtomobilləri təhvil verən şəxsin Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşadığı evdə olduğunu gedib həmin şəxslə görüşəcəyini demişdir. Bundan sonra Orxanın idarə etdiyi avtomaşınla Biləcəri istiqamətində getmiş, Orxan onu Avtovağzal dairəsinin yaxınlığında düşürdüb onu gözləməyini demişdir. Bİr müddət sonra Orxanla əlaqə saxlayıb soruşduqda o, artıq iş vaxtının bitdiyini, saat 18 radələrini ötdüyünü, avtomobilləri təhvil verən şəxsin iş vaxtı bitdiyi üçün avtomobili verə bilmədiyini demişdir. Bundan sonra o, çıxıb yaşadığı evə getmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs eyni üsulla Zərərçəkmiş şəxs1 1520 manat pulunu ələ keçirmişdir. Elcan və Raqub pullarını nə qədər istəsələrdə Orxan müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. 24 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 alınmış xx.xx.2023-cü il tarixli 11542 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, psixopatabənzər davranışla” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 alınmış ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 2580 nömrəli rəyinən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət dəyişikliyi o dərəcə ifadə olunmayıb ki, o, qeyd olkunan cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs qeyd edilın cinayət əməlini törədən zaman öz əməlinin faktiki xaraketini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ha-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək və ona rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükəli deyil. Müstəntiqin 05 may 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir. Abşeron rayon İcra Hakimiyyəti başçısının Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli 588 və 589 saylı arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri 20 yanvar küçəsi ev 1/8-də qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri, Ş.İ.Xətai küçəsi ev 83-də yaşayır, ailə tərkibi özündən, arvadı X4, qızı-xx.xx.2019cu il təvəllüdlü Tərifə, anası X5 və qardaşları X7 və X2 ibarətdir, Təqsirləndirilən şəxs yaşayış yerində yaşadığı müddətdə barəsində şikayət xarakterli məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, onun törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1520 (min beş yüz iyirmi) manat məbləğində, digər Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 3310 (üç min üç yüz on) manat məbləğində maddi ziyan vurulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən həmin ziyan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tam olaraq ödənilmişdir. Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs əlillik qrupu verilməsi, ev, avtomobil və sığorta pulu ayrılmasına köməklik göstərəcəyi adı ilə 2022-ci ilin avqust ayında onu aldadaraq ələ keçirdiyi ümumilikdə 1520 (min beş yüz iyirmi) manat pulunu tam ödəmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayəti, iddiası və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs əlillik qrupu verilməsi, ev, avtomobil və sığorta pulu ayrılmasına köməklik göstərəcəyi adı ilə 2022-ci ilin avqust ayında onu aldadaraq ələ keçirdiyi ümumilikdə 3310 (üç min üç yüz on) manat pulunu tam ödəmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf edərək zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurmuş olduğu ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxslərin ondan heç bir tələb və şikayətinin olmadığını bildirmiş və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi məqsədilə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi üçün ona müəyyən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs vaxt verilmiş və o, məhkəməyə törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi barədə sənəd təqdim etmişdir. “KapitalBank”ın İsmayıllı rayon filialının 04 aprel 2024-cü il tarixli 11363 nömrəli və 04 aprel 2024-cü il tarixli 25205 nömrəli qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətə görə vurulmuş ziyanın 25% olaraq 1208 manat pul vəsaiti X1 müvafiq hesabına ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlara müəyyən edildi ki, Məhyəddin Mаyılоvun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməmişdir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilərək cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-16/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-16/2024
04.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver