Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-17/2020 14.07.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən X3, Müdafiəçi Müdafiəçi, Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 iştirakı ilə xx xxxx 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1978-ci ildə İsmayıllı rayonu Talıstan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, Ucar Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(063)-02/2018 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 02(iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3300 (üç min üç yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, cərimə cəzasını tam çəkməmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı şəhəri Məhsəti küçəsi ev 20də qeydiyyatda olmaqla İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi 12 saylı evin 13 saylı mənzilində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunun məhkəmə baxışında olan iddiasının təmin edilməsinə nail olacağına və xeyrinə qərar çıxarılacağına yalandan vəd verib aldadaraq 2017-ci ilin dekabr ayının sonunda İsmayıllı şəhəri M.Əsədov küçəsi 1 ünvanda yerləşən ofisində Zərərçəkmiş şəxs2 300 manat məbləğində pul almış, məhkəmə tərəfindən həmin iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edildikdən sonra öz cinayətkar niyyətini davam etdirərək yenidən Zərərçəkmiş şəxs2la görüşüb sonuncunu aldadaraq həmin iddianı Apelyasiya instansiyası məhkəməsində təmin etdirəcəyinə yalandan vəd verib 2017-ci ilin dekabr ayının sonundan 2018-ci ilin mart ayının əvvəlindək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 700 manat pulunu alaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 1000 (min) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək ona İsmayıllı rayonu ərazisindən aldığı torpaq səhəsinə sənəd düzəldə biləcəyinə yalandan vəd verib aldadaraq 2018-ci ilin mart ayının əvvəllərində İsmayıllı şəhərindəki ofisində 750 manat, 2018-ci ilin sentyabr ayının əvvəllərində həmin yerdə 100 manat pulunu alaraq bu istiqamətdə heç bir iş görməməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 850 (səkkiz yüz əlli) manat məbləğində pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək onun Sübhan Abbasovdan aldığı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestr xidmətində adına qeydiyyata alınmasına köməklik edəcəyini yalandan vəd verib aldadaraq bu barədə hər-hansı müqavilə bağlamadan xx xxx 2018-ci il tarixdə İsmayılı şəhəri Günəşli qəsəbəsi S.Ə.ünvan 1 ünvanında yaşadığı evin həyətində 800 manat pulunu almış, sonuncunu inandırıb aldatmaq üçün məhkəməyə Zərərçəkmiş şəxs1 adından iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməyərək işin icraatına xitam verilmiş, əldə etidiyi pulu isə öz şəxsi ehtiyaclarına sərf etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində pulunu qəsdən ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək İsmayıllı rayonu Vəng kəndi ərazisində yerləşən bələdiyyəyə məxsus pay torpaq səhəsindən ailə üzvlərinə düşən pay torpağı alınması üçün müvafiq sənədlər hazırlayacağını yalandan vəd verib aldadaraq bu barədə hər-hansı müqavilə bağlamadan Zərərçəkmiş şəxs5 inandırmaq üçün məhkəməyə müraciət edəcəyini bildirib, xx xxxx 2018-ci il tarixdə İsmayıllı şəhərində yerləşən ofisində dövlət rüsumu keçirəcəyi adı ilə Zərərçəkmiş şəxs5 300 manat, bundan sonra müxtəlif adlarla həmin ofisdə x xxxxx 2018-ci il tarixdə 500 manat, xx xxxx 2018-ci il tarixdə 400 manat, xx xxxxx 2018-ci il tarixdə 300 manat, x xxx 2018-ci il tarixdə 300 manat, x xxxx 2018-ci il tarixdə 200 manat pulu alaraq öz şəxsi ehtiyaclarına sərf etməklə bu istiqamətdə heç bir iş görməmiş, bununla da o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs5 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2000 (iki min) manat məbləğində pulunu qəsdən ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək onun məhkəmə baxışında olan iddiasının təmin edilməsinə nail olacağına və xeyrinə qərar çıxarılacağına yalandan vəd verib aldadaraq 2018-ci ilin yanvar ayının əvvəllərində İsmayıllı şəhəri “Kəpənək” dairəsi adlanan yerdə 200 manat pulunu almış, xx xxxxxx 2018-ci il tarixdə məhkəmə tərəfindən həmin iddia tələbi təmin olunmamış, bundan sonra cinayətkar niyyətini davam etdirərək yenidən Zərərçəkmiş şəxs4la görüşüb sonuncunu aldadaraq həmin iddianı Apelyasiya instansiyası məhkəməsində təmin etdirəcəyinə yalandan vəd verib 2018-ci ilin iyul ayının əvvəllərində 400 manat pulunu ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etmiş, bununla da o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 600 (altı yüz) manat məbləğində pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə gəlini Nərmin Baxışovanı 2000 manat pulun müqabilində İİ qrup əlilliklə pensiyaya çıxara biləcəyini deyərək adatmış və bu məqsədlə xx xxxxxx 2018-ci il tarixdə İsmayıllı şəhəri Ə.Mahmudov küçəsində Zərərçəkmiş şəxs2 2000 (iki min) manat pulunu qəsdən ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, 2017-ci ilin əvvəllərindən etibarən İsmayıllı şəhərində icarəyə götürdüyü ofisdə hüquq məsləhətçisi kimi fəaliyyət göstərmişdir. Həmin vaxt tanışı Zərərçəkmiş şəxs2 ofisə gəlib İsmayıllı rayonu Polis şöbəsinin YPX-nin əməkdaşının ona qarşı etdiyi qərəzliliyə görə mülki qaydada məhkəməyə müraciət etmək istədiyini bildirmişdir. Şöhrət ona notarial qaydada etibarnamə vermişdir. O, Şöhrətə hüquqi yardım edəcəyini demiş və bu barədə rayon məhkəməsinə mülki qaydada iddia ərizəsi vermişdir. İddia təmin edilməmiş, qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti təmin edilməmiş və rayon məhkəməsinin qərarı qüvvədə qalmışdır. Şöhrətə dostluq münasibətləri olduğundan, həm də ki Zərərçəkmiş şəxs2 Qarabağ müharibəsi əlili olduğundan sonuncuya təmənnasız köməklik etmişdir. O, iddianı rayon məhkəməsində təmin etməkdən ötrü, bu olmadığı təqdirdə apelyasiya instansiyası məhkəməsində təmin etdirəcəyini bildirməklə Söhrət Baxışovdan pul almamışdır.Onun həmin ərəfədə pula ehtiyacı yarandığından Şöhrətdən 2000 manat pulu borc olaraq almışdır. Şöhrətdən gəlini Nərmin Baxışovaya pensiya düzəltmək adı ilə pul almamışdır. Şöhrət ona borc olaraq verdiyi 2000 manat məbləğində pulu faizlə götürdüyünü demiş, bu səbəbdən hissə-hissə olmaqla Şöhrətə 2700 manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs2 ona qarşı olan iddiasını qəbul edir. Belə ki, Şöhrətdən aldığı pulu qaytarsa da sonuncu ilə olan tanışlıq münasibətlərinə görə onun tələb etdiyi 800 manat pulu maddi imkanı olduğu halda qaytarmağı öhdəsinə götürür. Bundan başqa o, Zərərçəkmiş şəxs3 İsmayıllı rayonu Talıstan kəndi ərazisindən aldığı torpaq sahəsinə dair sonuncunun adına mülkiyyət sənədi düzəltməkdən ötrü Zərərçəkmiş şəxs3 2018-ci ilin may ayının əvvəlində 750 manat, daha sonra 100 manat pul almışdır. Həmin ərəfələrdə pulu olmadığından sonuncudan borc olaraq əlavə 50 manat almışdır. Zərərçəkmiş şəxs3 işi ilə bağlı X18 məhkəməsinə torpaq sahəsinin faktiki mülkiyyətçisi Rüstəm Rüstəmovun adından iddia ərizəsi ilə müraciət etmiş, lakin həmin torpaq sahəsi zəbt torpağı olduğundan iddia geri qaytarılmışdır. Məsələnin məhkəmə yolu ilə həll edilməsinin mümkünsüz olduğunu düşünərək Zərərçəkmiş şəxs3 aldığı pulu onun işinin həlli üçün Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətində mütəxəssis işləyən Vahid Əlisultanov adlı şəxsə vermişdir. Bir müddətdən sonra Vahidlə həmin əraziyə gedərək Zərərçəkmiş şəxs3 aldığı həyətin kordinatlarını ölçmüşlər. Sonradan Vahid vəfat etmiş və həmin işi başa çatdıra bilməmişdir. X14 və Zərərçəkmiş şəxs3 arasında hər hansı bir müqavilə bağlanmamış, hüquqlarını müdafiə etməkdən ötrü ona etibarnamə verilməmişdir. Zərərçəkmiş şəxs3 aldığı pulun müqabilində ona hüquqi yardım göstərmiş, işin həll olunmaması isə onun gühahından olmamışdır. Zərərçəkmiş şəxs3 ona qarşı olan iddiasını qəbul edir. Belə ki, Zərərçəkmiş şəxs3 tərəfindən mümkün olan hüquqi yardım göstərməsinə baxmayaraq sonuncu ona həmin hüquqi yardımın göstərilməsi ilə əlaqədar verdiyi 850 manat və borc kimi verdiyi 50 manat, ümumilikdə 900 manat pulunu tələb edir. Zərərçəkmiş şəxs3 ona həvalə etdiyi işinin düzəlməməsini nəzərə alaraq sonuncunun tələb etdiyi 900 manat pulu maddi imkanı olduğu halda qaytarmağı öhdəsinə götürür. Bundan başqa qonşusu Zərərçəkmiş şəxs1 2018-ci ilin may ayının əvvəllərində ona müraciət edərək İsmayıllı şəhərindən aldığı torpaq sahəsinə dair mülkiyyət sənədlərinin dövlət reyestrində qeydə aldırmağa köməklik etməsini xahiş etmişdir. O, sənədlərə baxmış və torpağa dair sənədləşmə işlərini həll edəcəyini vəd edərək bu məqsədlə xx xxx 2018-ci il tarixdə Zərərçəkmiş şəxs1 800 manat pul almışdır. Bundan sonra işə başlamış, ilk olaraq X18 məhkəməsində mülki qaydada iddia qaldırmış, bir neçə dəfə torpaq sahəsinin faktiki mülkiyyətçisi Sübhan Abbasovla birlikdə Şəki şəhərində yerləşən məhkəməyə gedərək məhkəmə iclaslarında iştirak etmiş, müəyyən məbləğlərdə dövlət rüsumları ödəmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs1 iki ay müddətində qaytarmaq şərti ilə 1300 manat borc pul almışdır. Onlar arasındakı razılaşmaya görə o, aldığı borcdan əlavə Vüsaləyə 350 manat verməyi öhdəsinə götürmüşdür. Bu barədə kağız parçasına qeyd edərək Vüsaləyə vermişdir. Borc aldığı puldan ilk iki ay ərzində 150 və 200 manat olmaqla Vüsaləyə qaytarmışdır. Zərərçəkmiş şəxs1 onun barəsində şikayət etdikdən sonra sonuncuya 500 manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs1 ona qarşı olan iddiasını qismən qəbul edir. Belə ki, Zərərçəkmiş şəxs1 torpaq işinin həll edilməsi müqabilində 800 manat pul almış, həmin pulun 500 manatını ibtidai istintaq zamanı sonuncuya qaytarmışdır. Ona elan edilmiş ittiham üzrə Vüsaləyə cəmi 300 manat borcu qalmış və iddianın 300 manat hissədə təmin edilməsinə etiraz etmir. Bundan başqa Zərərçəkmiş şəxs4 qardaşı ilə arasında olan mülki mübahisəsi ilə bağlı Zərərçəkmiş şəxs4 ilk dəfə 170, sonra isə 300 manat pul almışdır. Zərərçəkmiş şəxs4 tələbini məhkəmədə müdafiə etməkdən ötrü notarial qaydada sonuncudan etibarnamə almışdır. Həmin iddia İsmayıllı Rayon Məhkəməsində təmin edilməmiş, lakin sonradan tərəf apelyasiya şikayəti verdiyindən həmin instansiyada rayon məhkəməsinin qətnaməsi ləğv edilmişdir. O, Zərərçəkmiş şəxs4 iddia tələbi üzrə birinci instansiya və apelyasiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarında iştirak etmədiyinə görə Rahim ondan narazı qalaraq pulunu tələb etmiş, həmin pulu tam olaraq sonuncuya qaytarmışdır. Bundan başqa tanışı Zərərçəkmiş şəxs5 2018-ci ilin mart ayının əvvələrində ailə üzvlərinin qeydiyyatda olduğu İsmayıllı rayonu Vəng kəndi ərazisində bələdiyyəyə məxsus torpaq sahəsindən pay torpağı almaq istədiyini bildirmiş və bu barədə ona hüquqi yardım edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs5 bunun mümkün olduğunu bildirmiş və sonuncudan Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinə ərizə yazmaq üçün 30 manat, daha sonra isə 10 manat pul almışdır. Onun Zərərçəkmiş şəxs5 aldığı pul ümumilikdə 40 manat olmuşdur. Zərərçəkmiş şəxs5 iddiasında göstərdiyi 2000 manat məbləğində pulu heç vaxt Nadirdən almamış, bu haqda onların söhbəti olmamışdır. Ona görə də Zərərçəkmiş şəxs5 ona qarşı olan iddiasını rədd edir. Onun əməllərində cinayət tərkibi yoxdur. Çünki, aralarında hüquqi yardım göstərilməsinə dair rəsmi müqavilə olmasa da zərərçəkmiş şəxslərə hüquqi yardım göstərmiş, Zərərçəkmiş şəxs1 münasibətdə isə işi görərək sona çatdırmışdır. Ona bəraət verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 etibarlarından sui-istifadə və aldatma yolu ilə əmlaklarını ələ kеçirilməsində özünü təqsirli bilmədiyinə dair verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən azad olunmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, 2017-ci ildə İsmayıllı RPŞ-nin YPX-nin əməkdaşı ilə arasında yaranmış mülki mübahisənin məhkəmə yolu ilə həll edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs işlədiyi ofisdə sonuncu ilə söhbət zamanı Elman ona rayon məhkəməsinə bu barədə iddia ərizəsi ilə müraciət edib onun tələbini təmin etdirəcəyini bildirmişdir. Bunun üçün ondan 1000 manat pul tələb etmişdir. O, Elmana tələb etdiyi pulu hissə-hissə verə biləcəyini bildirmiş və 2017-ci ilin dekabr ayının sonunda Təqsirləndirilən şəxs 300 manat pul vermişdir. Məhkəmə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddianı təmin etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məhkəmə qərarından apelyasiya şikayəti verib mülki tələbini Şəki Apelyasiya Məhkəməsində təmin etdirəcəyinə söz vermiş və ondan yenə pul istəmişdir. O, 2017-ci ilin dekabr ayından 2018-ci ilin mart ayının əvvəlinədək Təqsirləndirilən şəxs işlədiyi ofisində hissə-hissə 700 manat pul vermişdir. xx xxxx 2018-ci il tarixdə Apelyasiya məhkəməsi onun apellyasiya şikayətini təmin etməmişdir. Təqsirləndirilən şəxs Ali Məhkəməyə şikayət ərizəsi yazaraq tələbini təmin etdirəcəyinə söz vermişdir. Həmin müddətdən artıq xeyli vaxt keçmiş, dəfələrlə işi ilə bağlı maraqlanmış, Elman isə hər dəfə müxtəlif bəhanələr gətirib iddiasını təmin etdirəcəyinə söz vermişdir. Həmin ərəfələrdə gəlini Nərminin xəstəliyi ilə bağlı pensiyaya çıxmaq istədiyi barədə Təqsirləndirilən şəxsla söhbət etmiş, Elman gəlininə İİ qrup əlilliklə pensiya təyin etdirəcəyini bildirib ondan 2000 manat pul istəmişdir. xx xxxx 2018-ci il tarixdə İsmayıllı şəhəri Ə.Mahmudov küçəsində Elmanla görüşərək 2000 manat pulu və gəlini Nərminə məxsus şəxsiyyət vəsiqəsini Elmana vermişdir. Elman pulu alaraq 45 gün ərzində məsələnin həll ediləcəyini bildirmişdir. O, yenə Elmana inanmış, vəd verilən vaxtdan xeyli keçməsinə baxmayaraq Elman verdiyi vədə yenə əməl etməmiş və onun inamından sui-istifadə edərək cəmi 3000 manat pulunu ələ keçirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı Elman həmin pulun 2200 manatını qaytarmış, pulun qalan hissəsinin isə qısa vaxt ərzində qaytaracağını demişdir. Təqsirləndirilən şəxsdan 800 (səkkiz yüz ) mаnаt məbləğini tələb edir. Qeyd olunan məbləğin təqsirləndirilən şəxsdən tutularaq ona verilməsi barədə mülki iddianın təmin edilməsi və təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, 2017-ci ilin əvvəllərində İsmayıllı rayonu Talıstan kənd sakini Rüstəm Rüstəmova məxsus 0,05 hektar həyətyanı torpaq sahəsini almaq istəmiş və Rüstəmlə razılaşmışdır. Rüstəmə 6000 manat pul verərək torpaq sahəsini faktiki satın almışdır. Torpaq sahəsinin mülkiyyət sənədləri olmadığından notarial qaydada alqı-satqı edə bilməmişlər. Həmin vaxt Rüstəmin əmisi Nəbi torpağın sənədləşməsi məsələsində ona hüquqşunas Təqsirləndirilən şəxs kömək edə biləcəyini demişdir. 2018-ci ilin əvvəllərində o, İsmayıllı şəhərində yerləşən ofisdə Elmanla görüşmüş, bu zaman ofisdə o, Nəbi və Elman olmuşlar. Elman torpağın sənədləşdirilməsi üçün ondan 750 manat pul istəmiş və sənədləşmə işinin altı aya düzələcəyini demişdir. 2018-ci ilin may ayının əvvəlində o, Elmanın ofisində, Nəbinin yanında Elmana 750 manat məbləğində pul vermişdir. Bir-iki ay sonra sənədləşmə işi ilə maraqlanmaq üçün arvadı Güllü və Nəbi ilə birlikdə Elmanın ofisinə gəlmiş və Elman müxtəlif dövlət orqanlarından sənəd almalı olduğu üçün işin gecikdiyini bildirmişdir. Həmin vaxt Elman ondan 100 manat da əlavə pul istəmişdir. O, razılaşmış və 2018-ci ilin sentyabr ayının əvvəlində işlədiyi ofisdə arvadının yanında 100 manat pulu Elmana vermişdir. Bundan bir ay sonra Elman onun mobil telefonuna zəng edərək toya gedəcəyini bildirərək 50 manat pula ehtiyacı olduğunu demişdir. O, İsmayıllı rayonunda olmadığı demiş və İsmayıllı rayonu Talıstan kənd sakini Siyavuşdan Elmana 50 manat pul verməsini xahiş etmişdir. Siyavuş 50 manat pulu Elmana vermişdir. 2018-ci ilin dekabr ayının əvvəlində o, İsmayıllı rayonuna gəlmiş və Elmanla görüşmüşdür. Elman sənədləşmə işini yaxın zamanda həll edəcəyini ona bildirərək 250 manat pulu tələb etmiş, o isə Elmanın onu aldatmaq istədiyini başa düşdüyündən pulu ona verməmişdir. Həmin vaxtdan hazırki vaxtadək Elmanla bir neçə dəfə telefon əlaqəsi saxlamış, lakin Elman hər dəfə ona müxtəlif bəhanələr deyərək pulunu verməmişdir. Sonra isə başa düşmüşdür ki, Təqsirləndirilən şəxs torpağına sənəd düzəltmək adı ilə onu aldatmış, ondan aldığı pulun müqabilində heç bir iş görməmişdir. Təqsirləndirilən şəxs torpağına sənəd düzəldəcəyi adı ilə ondan ümumilikdə 900 manat pul almışdır. Təqsirləndirilən şəxsdan 900 (doqquz yüz ) mаnаt və dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat, cəmi 930 (doqquz yüz otuz) manat məbləğini tələb edir. Qeyd olunan məbləğin təqsirləndirilən şəxsdən tutularaq ona verilməsi barədə mülki iddianın təmin edilməsi və təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, 2015-ci ilin may ayında İsmayıllı şəhəri ərazisindən həyətyanı torpaq sahəsi almaq istəmişdir. X10 şəhər bələdiyyəsindən aldığı 0,06 hektar toraq sahəsini satdığın eşidərək sonuncu ilə danışmış və aralarında razılaşmışlar. Torpaq sahəsini Sübhandan almış, lakin Sübhanın həmin torpaq sahəsinə dair mülkiyyət sənədləri olmadığından qonşusu olan hüquqşünas kimi tandığı Təqsirləndirilən şəxsla məsləhətləşmişdir. Elman torpağın onun adına sənədləşdirilməsi üçün lazım olan sənədləri hazırlayacağını bildirmiş və bunun müqabilində ondan 800 manat pul istəmişdir. 2018-ci ilin may ayının 20-də yaşadığı evdə 800 manat pulu Elmana vermişdir. Elman pulu alaraq iki ay ərzində torpağa aid sənədləri tam hazırlayıb verəcəyini, sonra notarial qaydada Sübhanla onun arasında alqı-satqı olacağını demişdir. Bundan bir ay sonra Elman ondan 1500 manat borc pul istəmiş, pulu qaytaranda ona əlavə 150 manat verəcəyini demişdir. O həmin məbləğdə pulu Təqsirləndirilən şəxs borc olaraq vermişdir. Təqsirləndirilən şəxs onun torpağına aid sənədlərini düzəltməkdən ötrü X18 məhkəməsinə müraciət etmiş və 2018-ci ilin sentyabr ayında Sübhan Abbasovla birlikdə Şəki rayonuna gedərək məhkəmədə iştirak etmişdir. Artıq o, torpağa aid sənədlərinin qısa vaxt ərzində düzələcəyinə tam inanmışdır. Həmin ilin sentyabr ayının ortalarında Elman yenidən ondan 350 manat borc pul istəmişdir. O Təqsirləndirilən şəxs əlavə olaraq 350 manat pulu borc olaraq vermişdir. 2018-ci ilin oktyabr ayının sonunda məhkəmə tərəfindən iddia ərizəsi təmin edilmədiyini bilmişdir. Səbəb isə məhkəmənin tələb etdiyi sənədlərin Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilməməsi olmuşdur. Elman bu barədə Sübhan Abbasova və ona bildirməmişdir. Artıq məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldatmış, aldığı 800 manat pulun müqabilində heç bir iş görməmiş, sadəcə olaraq X18 Məhkəməsinə iddia ərizəsi verməklə kifayətlənmişdir. O özü yenidən X15 Məhkəməsinə müraciət etmiş və tələbi təmin olunaraq aldığı torpaq sahəsi üzərində mülkiyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində adına qeydiyyata alınmasına nail olmuşdur. Bundan sonra o, pulunu Təqsirləndirilən şəxs tələb etmişdir. Lakin o hər dəfə pulunu qısa vaxt ərzində verəcəyini deyərək onu aldatmışdır. Təqsirləndirilən şəxs hüquqi yardım üçün verdiyi 800 manat və borc olaraq verdiyi 1850 manat puldan ibtidai istintaq zamanı ona cəmi 500 manat pul qaytarmışdır. ki, həmin pulu ondan aldığı borc pulun müqabilində vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona torpağın sənədləşməsi adı ilə aldığı 800 manat və borc olaraq aldığı 1350 manat borcu qalmışdır. Təqsirləndirilən şəxsdan 2300 (iki min üç yüz ) mаnаt və dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat, cəmi 2330 (iki min üç yüz otuz) manat məbləğini tələb edir. Qeyd olunan məbləğin təqsirləndirilən şəxsdən tutularaq ona verilməsi barədə mülki iddianın təmin edilməsi və təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 ifadə verərək göstərdi ki, qardaşı ilə arasında olan mülki mübahisənin həll edilməsi üçün iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət etmişdir. Həmin ərəfələrdə arvadının qohumu Təqsirləndirilən şəxs bu barədə demiş və sonuncu məhkəmədə baxılan prosesdə onun nümayəndəsi qismində iştirak edərək onun xeyrinə qərar çıxarılacağına nail olacağını bildirmişdir. Elman bunun müqabilində ondan 600 manat pul istəmişdir. 2018-ci ilin iyul ayının əvvəllində həmin pulu yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə iclaslarında Elman iştirak edəcəyini bildirdiyindən proseslərə gəlməmişdir. Sonradan bilmişdir ki, rayon məhkəməsinda baxılan həmin iş üzrə onun iddiası təmin edilməmişdir. O Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Apelyasiya məhkəməsi şikayətini təmin edərək rayon məhkəməsinin qərarını ləğv etmişdir. Ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs rayon məhkəməsinin proseslərində nümayədə qismində iştirak etməmiş və nəticədə hüquqları müdafiə olunmadığından iddiası təmin edilməmişdir. O aldandığını başa düşüb Elmandan pulunu tələb etmiş, Elman qısa vaxt ərzində pulu qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs onun pulunu vermədiyindən şikayət etmiş və işin ibtidai araşdırılması zamanı Elman onun pulunu qaytarmışdır. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs5 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonu Vəng kəndində anadan oldğundan torpaq islahatı zamanı ailə üzvləri həmin kənddə qeydiyyatda olmuşdur. Buna baxmayaraq onlara pay torpağı verilməmişdir. Ona görə də pay torpağı almaq üçün hüquqşünas kimi tanıdığı Təqsirləndirilən şəxs ilə söhbət etmişdir. 2018-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs onu işlədiyi hüquq məsləhətxanasına dəvət etmiş və Elman bu işlə məşğul olacağını, ona və ailə üzvlərinə pay torpağı düşməsi üçün lazım olan sənədləri hazırlayacağını demişdir. Bundan bir neçə gün sonra, Elman ona zəng edib işlədiyi ofisə dəvət etmişdir. Elman ofisində sənədlərin düzəlməsindən ötrü məhkəməyə müraciət edəcəyini, dövlət rüsumu olaraq isə ilkin olaraq 300 manat pul verməli olduğunu ona demişdir. xx xxxx 2018-ci il tarixdə Elmanın dediyi məbləğdə pulu işlədiyi ofisdə sonuncuya vermişdir. x xxxxx 2018-ci il tarixdə Elman zəng edərək əlavə 500 manat pul vermək lazım olduğunu demişdir. Elmanla işlədiyi ofisdə görüşərək 500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. xx xxxxx 2018-ci il tarixdə Elman Qəbələ rayon ərazisində yerləşən X19 Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastır xidmətinə verməkdən ötrü ondan 400 manat pul almışdır. xx xxxxx 2018-ci il tarixdə Elman yenidən məhkəməyə ödəmək adı ilə ondan 300 manat pul almışdır. x xxx 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatda alınması adı ilə Elman ondan 300 manat, sonuncu dəfə isə qeydiyyatdan keçmiş sənədləri Bakı şəhərinə aparıb təsdiqlədəcəyi adı ilə x xxxx 2018-ci il tarixdə 200 manat pul almışdır. Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə ondan 2000 manat pul almış, verdiyi vədə əməl etməyərək onu aldatmışdır. O Təqsirləndirilən şəxs sənədləri, ya da pulunu verməsini tələb etdikdə Elman onu yenə aldatmağa davam etmiş, sənədləri verəcəyini demişdir. Bir müddət keçdikdən sonra Elman sənədləri ona verə bilməyəciyini bilib pulu qaytaracağına söz vermiş, bu günə kimi pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxsdan 2000 (iki min üç yüz ) mаnаt və dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat, cəmi 2030 (iki min otuz) manat məbləğini tələb edir. Qeyd olunan məbləğin təqsirləndirilən şəxsdən tutularaq ona verilməsi barədə mülki iddianın təmin edilməsi və təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş edir. Şahid X13 ifadə verərək göstərdi ki, 2017-ci ilin əvvəllərində qardaşı oğlu Rüstəm onun iştirakı ilə Zərərçəkmiş şəxs3 adlı şəxsə 0,05 hektar həyətyanı torpaq sahəsi satmışdır. Torpaq sahəsinin sənədləri olmadığından notarial qaydada alqı-satqı olmamışdır. Bayram aldığı torpaq sahəsinə dair mülkiyyət sənədlərini düzəltmək istəmişdir.O, uzaq qohumu olan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3lə tanış etmiş və Bayramla birlikdə Elmanın hüquq məsləhətçisi kimi fəaliyyət göstərdiyi ofisinə getmişlər. Elman söhbət zamanı həmin torpaq sahəsinin Bayramın adına sənədləşdirilməsini altı ay müddətində həll edib Bayrama verəcəyini bildirmişdir. Elman ilkin sənədləşmə işlərinin görülməsi üçün 750 manat pul istəmiş, Bayram ofisdə 750 manat pulu Elmana vermişdir. Bundan sonra isə Bayramla Təqsirləndirilən şəxs arasında nə baş verməsindən məlumatlı olmamışdır. Şahid X7 ifadə verərək göstərdi ki, 2015-ci ilin əvvəllərində özünə məxsus İsmayıllı şəhəri ərazisində yerləşən torpaq sahəsini satmaq istəmişdir. Həmin torpaq sahəsinin mülkiyyət sənədləri olmamış, bələdiyyədən alqı-satqı etdiyi sənədlər mövcud olmuşdur. Qonşusu Zərərçəkmiş şəxs1 həmin ilin may ayında torpaq sahəsini satdığını eşidərək onunla danışmış və aralarında razılaşmışlar. O torpaq sahəsini faktiki Vüsaləyə satmış, lakin torpaq sahəsinə dair mülkiyyət sənədləri olmadığından alqı-satqını notarial şəkildə rəsmiləşdirə bilməmişlər. Bu məsələdə hüquqi yardım almaq üçün Vüsalə qonşusu olan hüquqşünas kimi tanıdığı Təqsirləndirilən şəxsla məsləhətləşmişdir. Elman torpağın onun adına sənədləşdirilməsi üçün lazım olan sənədləri hazırlayacağını bildirmiş və bunun müqabilində Vüsalədən 800 manat pul istəmişdir. Vüsalə həmin məbləğdə pulu Elmana vermiş və Elman iki ay ərzində torpağa aid sənədləri tam hazırlayıb verəcəyini, sonra notarial qaydada onunla Vüsalə arasında alqı-satqı olacağını demişdir. Təqsirləndirilən şəxs onun adından iddia ərizəsi ilə X18 məhkəməsinə müraciət etmiş və 2018-ci ilin sentyabr ayında birlikdə Şəki rayonuna gedərək məhkəmədə iştirak etmişdir. 2018-ci ilin oktyabr ayının sonunda iddia tələbinin təmin edilmədiyini bilmişdir. Sonradan torpaq sahəsinə dair mülkiyyət sənədləri əldə edilmiş və Vüsalə ilə notarial qaydada alqı-satqı aparılmasına nail olmuşdur. Şahid X8 ifadə verərək göstərdi ki, 2018-ci ilin yay aylarında əri Rahim ilə qayını aralarında həyətə giriş-çıxış yolu ilə əlaqədar mübahisə yaranmış və məhkəməyə müraciət edilmişdir. O məhkəmə baxışında olan mülki iş barəsində dayısı oğlu Təqsirləndirilən şəxs demiş, Elman məhkəmə proseslərində ərinin nümayəndəsi qismində iştirak edib onun hüquqlarını müdafiə edəcəyini, onun xeyrinə qərar çıxarılacağına nail olacağını bildirərək Rahimdən 600 manat pul istəmişdir. 2018-ci ilin iyul ayının əvvəllində Rahim 600 manat pulu Elmana vermişdir. Rahimin iddiası təmin edilməmişdir. Əri həmin qərardan Apelyasiya məhkəməsinə şikayət vermiş və şikayət təmin edilərək rayon məhkəməsinin qərarı ləğv edilmişdir. Sonradan onlara məlum olmuşdur ki, Elman məhkəmə proseslərində nümayəndə qismində iştirak edəcəyini deyərək Rahimi aldatmış və proseslərdə iştirak etməmişdir. Rahim aldandığını başa düşüb pulunu Elmandan tələb etmişdir. Elman isə pulu öz şəxsi ehtiyaclarına sərf etdiyini deyərək qısa vaxt ərzində qaytaracağını bildirmişdir. Sonradan həmin pul ərinə qaytarılmışdır. Şəki-İzibati-İqtisad məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərdadından görünür ki, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X9rşı iddia tələbi üzrə keçirilmiş məhkəmə iclaslarında Təqsirləndirilən şəxs iddiaçı Sübhan Abbasovun nümayəndəsi qismində iştirak etməmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs2 cavabdeh X5 qarşı pul tələbinə dair mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində iştirak etmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə Şəki Apelyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclaslarında Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində iştirak etməmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs4 cavabdeh X1 qarşı iddia tələbinə dair keçirilmiş məhkəmə proseslərində Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs4 nümayəndəsi qismində iştirak etməmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə Şəki Apelyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclaslarında Təqsirləndirilən şəxs iddiaçı Rahim Ələkbərovun nümayəndəsi qismində iştirak etməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Ucar Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmündən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ucar Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinın 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 3300 manat cərimə cəzasına məhkum edilmişdir. İsmayıllı rayon İcra və probasiya şöbəsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin cərimə cəzasından 2000 manat ödəmişdir. İsmayıllı rayon X2 hüquqi şəxsi poliklinika şöbəsindən alınmış xx xxxxxxx 2019-cu il tarixli 526 nömrəli məktubdan görünür ki, Elman Xəlilov poliklinikanın narkoloji və ruhiəsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. xx xxxxxx 2020-ci il tarixli 1/66 və 2/81 saylı arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri Məhsəti küçəsi ev 20-də qeydiyyatda olmaqla İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi 12 saylı evin 13 saylı mənzilində yaşayır, ailə tərkibi özündən, 1978-ci il təvəllüdlü arvadı X6, keçmiş əri Murаdəliyеv Pərviz Məmmədxan oğlu, 2005 və 2008-ci il təvəllüdlü uşaqları Aysu və Selcandan ibarətdir, Təqsirləndirilən şəxs yaşayış yerində yaşadığı müddətdə barəsində şikayət xarakterli məlumat daxil olmamışdır. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxx 2020-ci il tarixli qərardan və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 12:20-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 18:41-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, vurulmuş ziyanın qismən ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) il müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün ona təyin edilən 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 01 (bir) 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, həmin cəzaya Ucar Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(063)-02/2018 nömrəli hökmünə əsasən təyin edilmiş 02(iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3300 (üç min üç yüz) manat miqdarında cərimə cəzasının çəkilməmiş qalan 1300 (bir min üç yüz) manat hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza olaraq 01 (bir) 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması və 1300 (bir min üç yüz) manat miqdarında cərimə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilən 01 (bir) 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi 12 saylı evin 13 saylı mənzilini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Ucar Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(063)-02/2018 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02(iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzası cəkilmiş hesab edilməlidir. Təqsirləndirilən şəxs təyin edilən 1300 (bir min üç yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunmalı, cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1-ci maddəsinin məzmununa görə məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanılması barədə qərarlardan biri əks etdirilir. Araşdırılma zamanı müəyən edildi ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs1 800 manat maddi ziyan vurulmuş, həmin ziyanın 500 manat hissəsi işin ibtidai istintaqı zamanı Zərərçəkmiş şəxs1 ödənilmişdir. Zərərçəkmiş şəxs1 sonradan müəyyən məbləğdə pulu Təqsirləndirilən şəxs borc olaraq vermişdir. İbtidai istintaqın gedişində Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə 500 (beş yüz) manat ödəməsi nəzərə alınmaqla mülki iddia tələbi 300 (üç yüz) manat hissədə təmin edilməli, iddianın təmin edilən hissəsinə uyğun olaraq Təqsirləndirilən şəxs dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğinin 20 manat hissəsi, cəmi 320 (üç yüz iyirmi) manat Zərərçəkmiş şəxs1 ödənilməlidir. Mülki iddia tələbinin qalan hissəsi isə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 arasında yaranmış borc münasibtləri ilə bağlı olduğu üçün hazırki cinayət işi ilə birlikdə baxılmalı deyil. İddiası həmin hissədə baxılmamış saxlanılmalı, tələb olunan məbləğin həmin hissəsinə dair ümumi qaydada iddia qaldırmaq hüququ izah edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirildiyindən mülki iddia tələbi təmin edilməli, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs2 vurduğu ziyanın əvəzi olaraq 800 (səkkiz yüz) manat məbləği Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Zərərçəkmiş şəxs2 2-ci qrup Qarabağ müharibəsi əlili olmaqla dövlət rüsumunu ödəməkdən azad edilməsi nəzərə alınmaqla iddianın təmin edilmiş hissəsinə münasib 30 manat məbləği Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs3 maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirildiyindən mülki iddia tələbi təmin edilməli, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs3 vurduğu ziyanın əvəzi olaraq 900 (doqquz yüz) manat, dövlət rüsumunu kimi ödənilmiş 30 manat məbləğinin , cəmi 930 (doqquz yüz otuz) manat məbləği Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 ödənilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs5 maddi ziyan vurması məhkəmə iclasında sübuta yetirildiyindən mülki iddia tələbi təmin edilməli, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs5 vurduğu ziyanın əvəzi olaraq 2000 (iki min) manat, dövlət rüsumunu kimi ödənilmiş 30 manat məbləğinin , cəmi 2030 (iki min otuz) manat məbləği Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs5 ödənilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353,354, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün ona təyin edilən 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 01 (bir) 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılmış 01 (bir) 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Ucar Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 1(063)-02/2018 nömrəli hökmünə əsasən təyin edilmiş 02(iki) il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 3300 (üç min üç yüz) manat miqdarında cərimə cəzasının çəkilməmiş qalan 1300 (bir min üç yüz) manat hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirilərək Təqsirləndirilən şəxs qəti cəza olaraq 01 (bir) 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması və 1300 (bir min üç yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğluna təyin edilmiş 01 (bir) 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri Ə.Mahmudov küçəsi 12 saylı evin 13 saylı mənzilini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğlunun cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğluna təyin edilmiş 1300 (bir min üç yüz) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Təyin edilmiş cərimə cəzasının məbləği hökm qanuni qüvvəyə mindiyi gündən 1 (bir) ay ərzində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Zərərçəkmiş şəxs1 iddia tələbi qismən təmin edilsin. Təqsirləndirilən şəxs oğlundan 300 (üç yüz) manat və 20 (iyirmi) manat dövlət rüsumu, cəmi 320 (üç yüz iyirmi) manat alınaraq Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs2 iddia tələbi təmin edilsin. Təqsirləndirilən şəxs oğlundan 800 (səkkiz yüz) manat alınaraq Zərərçəkmiş şəxs2 ödənilsin. Zərərçəkmiş şəxs3 iddia tələbi təmin edilsin. Təqsirləndirilən şəxs oğlundan 900 (doqquz yüz) manat və 30(otuz) manat dövlət rüsumu, cəmi 930 (doqquz yüz otuz) manat alınaraq Zərərçəkmiş şəxs3 ödənilsin. Zərərçəkmiş şəxs5 iddia tələbi təmin edilsin. Təqsirləndirilən şəxs oğlundan 2000 (iki min) manat və 30(otuz) manat dövlət rüsumu, cəmi 2030 (iki min otuz) manat alınaraq Zərərçəkmiş şəxs5 ödənilsin. Təqsirləndirilən şəxs oğlundan 30(otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut və ekspertiza məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-17/2020
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-17/2020
14.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver