Məhkəmə qərarları › İş №1(037)-17/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-17/2022

03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-17/2022 03.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili İsmayılov İslam Abduləziz oğlunun, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə 03 mart 2022-ci il tarixdə saat 15:50-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1996-cı ildə İsmayıllı rayonu Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, İsmayıllı rayonu Qalacıq kəndində qeydiyyatda olmaqla orada yaşayan, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 dekabr 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs İsmayıllı rayonu Sumağallı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinin qarşısına gəlmiş, ətrafı müşahidə edərək heç kimin olmadığına əmin olduqdan sonra həyətin giriş darvazasının açıq olmasından istifadə edib darvazanı açaraq qanunsuz olaraq saxlanc yeri hesab edilən həyətə daxil olmuş, həyətdə qapıları açıq vəziyyətdə saxlanılmış Zərərçəkmiş şəxs mülkiyyətində və istifadəsində olan 3000 (üç min) manat dəyərində, 1980-cı il istehsallı “VAZ 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq avtomobilin mühərrikini işə salmadan təkan verməklə itələyib həyətdən çıxarmış, həmin avtomobili Sumağallı kəndinin mərkəzi yoluna çıxartmaqla gizli yolla ələ keçirib sükan arxasına əyləşərək avtomobilin salonuna qoyulmuş açarı götürüb avtomobili işlək vəziyyətə gətirərək idarə etməklə oradan uzaqlaşmış, bununla da avtomobili qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Əziz Şıxıyev elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 13 dekabr 2021-ci il tarixdə təxminən saat 17 radələrində İsmayıllı rayonunun Qalacıq kəndində yerləşən yaşadığı evdən çıxaraq Qəbələ rayonuna getmişdir. Qəbələ şəhərindəki kafelərin birində yemək yeyərək spirtli içki qəbul etmişdir. Saat 23-24 radələrində qayıdaraq yolun Sumağallı kəndinə dönən hissəsində gəldiyi avtomobildən düşmüşdür. Yolda avtomobil olmadığından piyada evinə getməyə başlamışdır. Yolun Zərərçəkmiş şəxs evinə yaxın hissəsindən keçərkən Bəylərin Vaz 2106 markalı avtomobilin olmasını xatırlamış və sonuncunun avtomobilini oğurlayaraq sürmək qərarına gəlmişdir. Küçədə təxminən bir saat müddətində tam sakitçilik olmasını və hamının yatmasını gözləmişdir. Artıq 14 dekabr 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı həyətinin giriş qapısının önünə gəlmişdir. Həyətə açılan dəmir darvaza örtülü olsa da darvazanın əl qapısının açıq olduğunu görərək həyətə girmişdir. Bəylərə məxsus avtomobilin həyətdə olduğunu görmüşdür. O avtomobilə yaxınlaşmış, avtomobilin qapılarının açıq olmasını və açarın avtomobilin salonuna qoyulduğunu görmüşdür. Səsküy yaranmamasından ötrü avtomobilin ötürücülər qutusunu neytral vəziyyətə gətirərək təkan verməklə itələyərək avtomobili həyətdən çölə, Sumağallı kənd yoluna çıxartmışdır. Kiminsə görəcəyindən ehtiyat edərək həyətin giriş darvazasını açıq saxlayaraq avtomobilin sükanı arxasına oturmuş və işə salaraq Qaraməryəm-İsmayıllı-Şəki yoluna çıxmışdır. Bundan sonra avtomobili Qəbələ rayonu istiqamətində 1-ci sürət ötürməsi ilə təxminən 50-60 km sürətlə idarə etdirmişdir. Sərxoş vəziyyətdə olduğuna görə və həm də mexaniki sürətlər qutusuna malik olan avtomobili yaxşı idarə edə bilmədiyi üçün avtomobili 1-ci sürət ötürməsi ilə Qəbələ rayon Vəndam kəndində qalxan yolun yoxuşlu hissəsinədək idarə etmişdir. Orada isə avtomobildə nasazlıq yarandığından yoxuşu çıxa bilməmişdir. Ona görə də geri qayıtmış və Qəbələ rayonunun Bunut kəndi ərazisində olarkən avtomobil sönmüşdür. O, avtomobili yolun sağ kənarında saxlamışdır. Yaşadığı kəndə gediş yolu Sumağallı kəndindən keçdiyi üçün ifşa olunacağından qorxmuş və oradan bir başa Bakı şəhərinə getmək qərarına gəlmişdir. Bu məqsədlə tanımadığı bir yol avtomobili ilə Bakı şəhərinə getmiş və bir neçə gün orada qaldıqdan sonra yaşadığı kəndə qayıtmışdır. 10 yanvar 2022-ci il tarixdə saat 18 radələrində İsmayıllı şəhərində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları ondan Sumağallı kənd sakini Zərərçəkmiş şəxs məxsus avtomobili oğurlayıb-oğurlamadığını soruşmuşlar. O polis əməkdaşlarına həmin avtomobili sürmək məqsədi ilə oğurladığını bildirmişdir. Polis əməkdaşlarının təklifi ilə o polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. Orada olarkən , həmin hadisəsini harada və hansı şəraitdə törətməsini səmimi olaraq etiraf etmişdir. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Hadisədən əvvəl spirtli içki içdiyi üçün sərxoş vəziyyətdə olmuş, avtomobilin üzərindən heç nə oğurlamamışdır. Törətdiyi hadisədən kiminsə xəbəri olmamış və o bu barədə heç kimə bildirməmişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “VAZ 2106” markalı 10 FP-274 dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətində və istifadəsindədir. Avtomobil istifadəyə yararlı və saz vəziyyətdə olmuşdur. 13 dekabr 2021-ci il tarixdə saat 18 radələrində avtomobili həyətində, evin qarşısında saxlamış, həyətin giriş qapısını başlamış, darvazanın üzərindəki əl qapısını isə bağlamamışdır. 14 dekabr 2021-ci il tarixdə səhər saat 07:15-də həyətə düşərkən avtomobilinin həyətdə olmadığını, darvazanın isə açıq vəziyyətdə olmasını görmüşdür. Avtomobilinin oğurlandığına əmin olmuş və dərhal Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Polis şöbəsində aparılan istintaq zamanı avtomobilini oğurlayan şəxsin İsmayıllı rayon Qalacıq kənd sakini Təqsirləndirilən şəxs olması məlum olmuş olmuşdur. Təqsirləndirilən şəxs qonşu kənd sakini kimi tanımış, Əzizlə aralarında ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs Əziz Şıxıyev ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Əziz Şıxıyevə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, Sumağallı kəndində yerləşən tikinti-inşaat materialları mağazasında gecə gözətçisi işləyir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. 13 dekabr 2021-ci il tarixdə gecə saat 24 radələrində növbədə olarkən Sumağallı kəndinin mərkəzi istiqamətində bir nəfər şəxsin piyada gəldiyini görmüşdür. Həmin şəxs ona yaxınlaşıdığı zaman sonuncunun içkili olduğunu bilmişdir. Sonradan adının Əziz olduğunu bildiyi həmin şəxs ondan siqaret istəmişdir. O, Əzizdən bu vaxt hara getməsini soruşmuş, Əziz ona Qalacıq kəndindən olmasını və evinə getdiyini demişdir. Bundan sonra Əziz Qalacıq kəndi istiqamətində çıxıb getmişdir. 14 dekabr 2021-ci il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Vaz 2106 markalı avtomobilin mühərriki işləmədən neytral vəziyyətdə üzü aşağı İsmayıllı- Qəbələ avtomobil yolu istiqamətində hərəkətdə olmasını görmüşdür. Avtomobili kimin idarə etməsini bilməmiş, həmin vaxtı Zərərçəkmiş şəxs yanacaq almaq üçün İsmayıllı- Qəbələ avtomobil yolu tərəfə getməsini ehtimal etmişdir. Həmin günü səhər saat 08 radələrində işdən çıxaraq evinə getmişdir. Daha sonra Zərərçəkmiş şəxs məxsus avtomobilin oğurlanmasını eşitmişdir. Polis şöbəsində aparılan istintaq zamanı Zərərçəkmiş şəxs məxsus avtomobili oğurlayan şəxsin gecə növbəsində olduğu zaman onunla söhbət etmiş Təqsirləndirilən şəxs olması məlum olmuşdur. X2 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 dekabr 2022-ci il tarixdə xidmətdə olarkən İsmayıllı RPŞ-nə İsmayıllı rayon Sumağallı kənd sakini Zərərçəkmiş şəxs həyətində saxladığı avtomobilin oğurlanması barədə məlumatı daxil olmuşdur. Məlumat əsasında istintaq-əməliyyat qrupu yaradılmış və o, həmin qrupun tərkibində hadisə yerinə getmişdir. Onlar tərəfindən hadisə yerinə baxış keçirilmiş, bu zamanı məlum olmuşdur ki, naməlum şəxs 13 dekabr 2022-ci il tarixdən 14 dekabr 2022-ci il tarixə keçən gecə saat 02 radələrində İsmayıllı rayon Sumağallı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı bağlı olan həyətin darvazasından daxil olaraq sonuncuya məxsus Vaz 2106 markalı 10 FP-274 dövlət qeydiyyat nişanlı avtomobili oğurlamışdır. Hadisə ilə əlaqədar müvafiq əməliyyat-axtarış tədbirləri keçirilmiş, oğurlanmış avtomobili Qəbələ rayon Bunut kəndi ərazisində magistral yolun kənarında saxlanılmış vəziyyətdə aşkar etmişlər. Avtomobilə baxış keçirilmiş və RPŞ-nin avtomobillərin saxlama yerinə təhvil verilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin İsmayıllı rayon Qalacıq kəndində yaşayan Təqsirləndirilən şəxs tərəfindən oğurlanması müəyyən edilmiş və Təqsirləndirilən şəxs yaxalanaraq istintaqa təhvil verilmişdir. “Hadisə yerinə baxış keçirilməsinə dair” 14 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayon Sumağallı kəndində yerləşən evin həyətyanı sahədə törədilmişdir. Həmin həyətin ətrafı daş hasarla əhatə olunmuş, həyətə giriş hissədə isə dəmir darvaza vardır, darvazanın üzərində hər hansı bir zədə aşkar olunmur, dəmir darvazanın hər iki lay qapıları örtülmüş haldadır, həyətin mərkəzi hissəsində iki mərtəbəli yaşayış evi yerləşir, ev ilə həyətin darvazası arasında boşluq olan sahə vardır və həmin sahədə avtomobil saxlanılması müşahidə edilir. Baxış zamanı həyətin giriş qapısı və zəruri olan digər yerlər üzərindən yararlı əlbarmaq izləri aşkar edilməmiş və götürülməmişdir. “Hadisə yerinə baxış keçirilməsinə dair” 14 dekabr 2021-ci il tarixli protokoldan görünür ki,14 dekabr 2021-ci il tarixdə oğurlanmış Vaz 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşkar olunduğu yer Qəbələ rayon Bunut kəndi ərazisidə yerləşir, avtomobil Bunut kəndində yolun üzü İsmayıllı rayon istiqamətində olmaqla sağ kənarında yerləşir. “Avtomobilə baxış keçirilməsinə dair” 14 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin avtomobil 14 dekabr 2021-ci il tarixdə oğurlanmış Vaz 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobildir, baxış zamanı avtomobilin üzərindən yararlı əlbarmaq izləri aşkar edilmiş və götürülmüşdür. Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 23 dekabr 2021-ci il tarixli 011-12137-1221 nömrəli məktubdan görünür ki, təqdiqata təqdim edilmiş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqatın nəticəsində izlərdən 01 ədədinin (ADİS-in məlimat bankına İsmayıllı RPŞ-dən daxil olmuş) Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağı ilə eynilik müəyyən edilmişdir. Digər izlərdə isə eynilik müəyyən edilməmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 yanvar 2022-ci il tarixli 9/446 nömrəli rəyindən görünür ki, ekspertiza təyin edilməsi haqqında qərarda qeyd edilən dəniz dalğası rəngli, 1980-cı il buraxılışlı, mühərrik həcmi 1568 kubmetr “Vaz 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə tam yararlı (normal) vəziyyətdə 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3000.00 (üç min) manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-psixatrik ekspertizasının 21 yanvar 2022-ci il tarixli 39 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və sair xəstəlik keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırkı ekspertiza zamanı “yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində) davranış pozuntuları ilə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (İsmayıllı MRX PHŞ tərəfindən verilmiş 11.01.2022 -ci il tarixli 02-02-20/22 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı keçirilən ekspertizanın məqsədini və mahiyyətini izahatdan sonra başa düşərək ekspertizanın nəticəsinə maraq göstərməsi, yaddaşının mexaniki tipli, təfəkkürünün konkretliyə meyilli olması, mülahizə və mühakimələrində səthilik müşahidə edilməsi, oxumaq və yazmaq vərdişləri olsa da yazısının qramatik səhvlərlə olması, adi hesablama əməliyyatlarını düzgün aparsa da daha mürəkkəb hesablama əməliyyatlarında (vurma və bölmə əməliyyatları) səhvlər etməsi, maraq dairəsinin daralması, tez qıcıqlanması, xırda qıcığa nevrotik tipli reaksiya ilə cavab verməsi, tənqidi funksiyalarının zəifləməsi, intelektinin xronoloji yaşından yüngül geri qalması, (İQ=65% və s.) imkan verir. Təqsirləndirilən şəxs “yüngül dərəcəli əqli gerilik (yüngül debillik səviyyəsində) davranış pozuntuları ilə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki farakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. 07 oktyabr 2021-ci il tarixli tələbnamədən, İsmayıllı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 1(037)-09/2021 nömrəli hökmünün və məhkəmənin 25 noyabr 2021-ci il tarixli 7(037)-18/2021 nömrəli qərarının surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 1(037)-09/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 01(bir) il 05(beş) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkəmənin 25 noyabr 2021-ci il tarixli 7(037)-18/2021 nömrəli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməklə cəzasının çəkilməmiş 09 (doqquz) ay 11 (on bir) gün hissəsindən azad edilmiş, üzərindən məhkumluğu götürülmüşdür. AE 070518 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ-2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı rayonu Sumağallı kənd sakini Zərərçəkmiş şəxs oğluna məxsusdur. 02 fevral 2022-ci il tarixli 99 və 101 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Əziz Şıxıyev İsmayıllı rayonu Qalacıq kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, atası Şıxıyev Azər Əhməd oğlu, anası Şıxıyeva Məhəbbət Hacımurad qızı və qardaşı Şıxıyev Pirvəli Azər oğlundan ibarətdir, yaşadığı yeri üzrə mənfi xarakterizə olunur. İsmayıllı RMX-nın Publik hüquqi şəxsi Poliklinika şöbəsindən alınmış 11 yanvar 2022-ci il tarixli 02-02-20/22 nömrəli nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin narkoloji kabinetində qeydiyyatda yoxdur. “Ruhi-Əsəb” kabinetində isə 12 iyun 1996-cı il tarixindən “yüngül dərəcəli əqli gerilik” diaqnozu ilə dispanser qeydiyyatdadır. Müstəntiqinin 10 yanvar 2022-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 10 yanvar 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə saat 19:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 12 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Əziz Şıxıyev barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 16:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında 12 yanvar 2022-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə 14 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus “VAZ-2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin müayinəsi zamanı götürülmüş bir ədəd zərfdəki əl-barmaq izləri maddi sübut qismində tanınmış və cinayət işinin materialarına əlavə edilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında 2 fevral 2022-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə “VAZ-2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İşin hallarından görünür ki, Əziz Şıxıyev Zərərçəkmiş şəxs məxsus avtomobili tamah niyyəti ilə qanunsuz ələ keçirmək üçün planlı şəkildə sonuncunun yaşadığı evin yaxınlığında küçədə təxminən bir saat gözləmiş, özünün ifşa olunmaması üçün Zərərçəkmiş şəxs və ailə üzvlərinin yatdıqlarına əmin olduqdan sonra yaşayış evinin həyətinə qanunsuz daxil olmaqla avtomobli ələ keçirdikdən sonra kənd ərazisində sürməyə kifayət qədər imkanının olmasına baxmayaraq törətdiyi oğurluq əməli ilə əlaqədar izi itirmək məqsədi ilə avtomobili idarə etməklə kənd ərazisindən uzaqlaşdırıb Qəbələ rayonu istiqamətində idarə etmiş, avtomobil nasaz vəziyyətə düşdükdən sonra məcburiyyət qarşçısında qalaraq avtomobili yolun kənarında saxlayaraq Bakı şəhərinə getmişdir. Bütün bu sadalanan işin faktiki halları Əziz Şıxıyevin Zərərçəkmiş şəxs məxsus avtomobili məhz tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan qarajdan oğurlamasına dəlalət edir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Əziz Şıxıyevin törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Əziz Şıxıyevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Əziz Şıxıyevə cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Əziz Şıxıyevin törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Əziz Şıxıyevə məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Onun 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Qalacıq kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Əziz Şıxıyevin cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübutlar- saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş “VAZ 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, bir ədəd zərfə qoyularaq cinayət işinin materiallarına əlavə edilmiş əl-barmaz izləri isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Əziz Şıxıyevdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Əziz Şıxıyevin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Şıxıyev Əziz Azər oğlunun 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4(dörd) gün müddət ona təyin edilən 03 (üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Qalacıq kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Şıxıyev Əziz Azər oğlu cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut – cinayət işinin materiallarına tikilmiş 01 ədəd zərfdə qablaşdırılmış əl-barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan “Vaz 2106” markalı **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Şıxıyev Əziz Azər oğlubarəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar