Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-17/2023 06.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 06 aprel 2023-cü il tarixdə saat 15:10-da İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1999-cu il tarixdə İsmayıllı rayonunun Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkum olunmamış, İsmayıllı rayonu, Qalacıq kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus Vaz-21074 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tanışları Zərərçəkmiş şəxs və Şahid2 ilə birlikdə 16 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonu, Xanagah kənd ərazisindən keçən 37-ci kilometrliyində Qəbələ rayon istiqamətində hərəkətdə olan zaman sola doğru dönmə əməliyyatı etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili sola doğru dönmə əməliyyatı etdirməməli olduğu halda həmin tələblərə riayət etməyib “X11” Azərbaycan Respublikası Qanunun 42-cı maddəsinin 1-ci hissəsinin və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin tələbə riayət etməyib «X11» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq arxa hissədə Qəbələ rayon istiqamətində hərəkətdə olan Şahid1 idarəetdiyi Mersedes Benz C 220 markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ötmədə olduğu vəziyyətdə ehtiyatsızlıqdan idarə etdiyi Vaz-21074 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili sola doğru dönmə əməliyyatı etməsi və hərəkət üçün təhlükə yaradıb Mersedes Benz C 220 markalı avtomobil ilə sol hərəkət zolağında toqquşması nəticəsində sərnişin Zərərçəkmiş şəxs daxili qanaxma ilə müşayiət edilən dalağın cırılması kimi həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdir ki, o, İsmayıllı rayonunda yerləşən Castle oteldə ofisiant işləmişdir. Özünə məxsus Vaz- 2107 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili olsa da sürücülük vəsiqəsi olmamışdır. 2022-ci ilin avqust ayının sonlarında İsmayıllı rayonu Qurbanəfəndi kənd ərazisində yol verdiyi inzibati hüquqpozmaya görə İsmayıllı Rayon Məhkəməsi tərəfindən sürücülük hüququ xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi məhdudlaşdırılmışdır. 16 noyabr 2022-ci il tarixdə iş yerində olduğu zaman avtomobili ilə İsmayıllı şəhərinə getməyi qərara almışdır. Bu zaman iş yoldaşı, oteldə aşbaz işləyən Səbuhi də Bakıya gedəcəyini, digər iş yoldaşı Qafqaz isə dərziyə getmək istədiyini bildirmişlər. O, Qafqaz və Səbuhi birlikdə özünün idarə etdiyi avtomobili ilə İsmayıllı şəhərinə getmişlər. Qafqaz dərziyə, o və Səbuhi isə bərbərə getmişlər. Bir qədər keçdikdən sonra işlərini bitirmiş və üçü birlikdə Castle otelə qayıtmaq üçün avtomobilə əyləşmişlər. Avtomobili özü idarə etmiş, Qafqaz ön oturacaqda, Səbuhi isə arxa oturacaqda, onun arxa hissəsində oturmuşlar. Castle Otelə çatana yaxın o, dönmə işığını yandırıb sola dönmək üçün hazırlaşmağa başlamış və sürətini azaldıb avtomobili bir qədər sola istiqamətləndirmişdir. Sola dönməyə başlayan anda arxa tərəfdən, eyni zolaqda hərəkət edən tanımadığı Mersedes Benz markalı avtomobil arxadan onun avtomobilin sol tərəfindən vurmuşdur. Bundan sonra isə zərbədən avtomobili fırlanaraq yaxınlıqdakı ağaca dəyib dayanmışdır. Hadisədən sonra avtomobildən yerə düşmüş və başının sol yan hissəsindən qan gəldiyini görmüşdür. Səbuhinin daha ağır xəsarət aldığını görərək onu avtomobildən yerə düşürtmüşlər. TTYS-na zəng vurmuş və TTYS-nın avtomobili gələrək onu və Səbuhini İsmayıllı rayon MX-ya aparmışdır. Hadisədən sonra özünü itirmiş və xəstəxanada müayinə olunduqdan sonra izahat verən zaman sürücülük vəsiqəsinin olmadığına görə qorxaraq hadisə zamanı avtomobilini qohumu Toğrul idarə etdiyini bildirmiş və Toğrulun sürücülük vəsiqəsinin olduğuna görə hadisə vaxtı sürücünün özü olmasını deməsini xahiş etmişdir. Toğrul ona etiraz etməmiş və razılaşmışlar. Bundan sonra isə hər ikisi izahat verən zaman sürücünün o, yox Toğrul olmasını qeyd etmişlər. Lakin sonradan etdiyi əməldən peşman olmuş və səmimi olaraq sürcünün Toğrul deyil, özünün olduğunu etiraf etmişdir. Hadisə vaxtı avtomobili özü idarə etmişdir. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət əməli törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxslə barışmış, ondan şikayət və tələbi yoxdur. Ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 2022-ci ilin iyul ayından İsmayıllı rayonunda yerləşən “Castle Hotel” də aşbaz işləyir. Təqsirləndirilən şəxs həmin oteldə ofisiant olaraq işləyir. 16 noyabr 2022-ci il tarixdə Bakı şəhərinə getmək istəmiş və İsmayıllı şəhərinə gedərək bərbərdə saçını səliqəyə saldırmaq istəmişdir. İş yoldaşları Şəhriyar və Qafqaz İsmayıllı şəhərinə getdiklərinə görə onlara birlikdə Şəhriyara məxsus Vaz-2107 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinə getmişlər. Avtomobili Şəhriyar idarə etmiş, o ön oturacaqda, Qafqaz isə arxa oturacaqda əyləşmişdir. Onlar İsmayıllı şəhərində işlərini görüb qurtardıqdan sonra hotelə qayıtmaq üçün yola çıxmışlar. Bu zaman da avtomobili Şəhriyar idarə etmiş, bu dəfə Qafqaz ön oturacaqda, o isə arxa sol tərəfdə, sürücünün arxa hissəsində olan oturacaqda əyləşmişdir. X6 Şəki avtomobil yolunu ilə Qəbələ şəhər istiqamətində hərəkət etməyə başlamışlar. Şəhriyar otelə çatmağa az qalmış dönməyə başlamışdir. Həmin vaxt qarşı hərəkət zolağından avtomobil gəlməmiş və Şəhriyar buna görə qarşı zolağa keçib kafeyə tərəf dönməyə başlamışdır. Dönmədə olan zaman arxa tərəfdən sürətlə hərəkətdə olan tanımadığı Mersedes markalı avtomobil gəlib onların olduğu avtomobilin sol arxa tərəfindən vurmuşdur. Bundan sonra Şəhriyarın avtomobili firlanaraq ağaca dəyib dayanmışdır. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım avtomobilləri gəlmişdir. Bədənində ağrılar hiss etdiyinə görə onu Qəbələ RMX-na aparmışlar. Orada isə dalağı zədələndiyindən əməliyyat vasitəsi ilə həmin orqan götürülmüşdür. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Sonuncu onun bütün müalicə və müayinə xərclərini ödəmiş, onunla barışıq əldə etmişdir. İş üzrə yekun qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş edir. Şahid2 ifadə verərək göstərdi ki, İsmayıllı rayonunda yerləşən Castle oteldə ofisiant işləyir. Təqsirləndirilən şəxs onun iş yoldaşı, eyni zamanda həmkəndlisidir. Şəhriyarın Vaz- 2107 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. 16 noyabr 2022-ci il tarixdə Şəhriyar İsmayıllı şəhərinə gedəcəyini demiş, bu zaman o, dərziyə getməkdən ötrü Şəhriyardan onu da İsmayıllı şəhərinə aparmağını xahiş etmişdir. Həmin vaxt oteldə aşbaz işləyən Səbuhi də bərbərə getmək istədiyini bildirmiş və birlikdə Şəhriyarın avtomobili ilə İsmayıllı şəhərinə getmişlər. İsmayıllı şəhərindəişlərini bitirdikdən sonra onlar Şəhriyarın idarə etdiyi avtomobillə iş yerlərinə qayıtmaq üçün yola düşmüşlər. Həmin vaxt o, ön sərnişin oturacağında əyləşmiş, Səbuhi isə arxa oturacaqda əyləşmişdir. Onlar otelə çatdıqda Şəhriyar otelə tərəf, yəni sol tərəfə dönmək istəmişdir. Şəhriyar dönən kimi arxadan onların oldiuğu avtomobili ötüb keçmək istəyən Mersedes markalı avtomobil onların olduğu avtomobilin sol arxa tərəfindən vurmuşdur. Bundan sonra isə avtomobil istiqamətlənib qarşıda olan ağaca dəyərək dayanmışdır. Bir qədər sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. Şəhriyarın idarə etdiyi avtomobil ilə sola dönmə edən zaman dönmə işıqlarını yandırdığına fikir verməmiş, Mersedesin arxa tərəfdən gəlməsini görməmişdir. Şəhriyar həmin gün içkili olmamışdır. Şahid X10 ifadə verərək göstərdi ki, özünə məxsus Mersedes Benz C220 CDİ markalı avtomobili ilə Qəbələ-Bakı marşurutu ilə sərnişin daşımaqla məşğul olur. Avtomobili baş etibarnamə ilə idarə edir. Avtomobil idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. 16 noyabr 2022-ci il tarixdə Bakı şəhərindən sərnişinləri avtomobilinə mindirərək Qəbələ rayonuna yola düşmüşlər. Avtomobili özü idarə etmiş, sərnişinlərindən biri qabaq sağ oturacaqda, qadın isə iki azyaşlı uşaqları ilə arxa oturacaqda əyləşmişdir. Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu Xanagah kandi ərazisindən kecǝn 37-ci kilometrliyində idarə etdiyi Mersedes Benz C220 markalı avtomobillə üzü Qəbələ istiqamətinə saatda 90 km\saat sürətə və ötməyə icazə verildiyi nişanlarını gördükdən sonra ötmə əməliyyatı etmək istəmişdir. Belə ki, həmin vaxt qarşısında Vaz-2107 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Ötmədən əvvəl dönmə işığını yandırıb qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatını etməyə başlamışdır. Ötmədən əvvəl qarşısında olan Vaz-2107 markalı avtomobilin hərəkətdə olmasını, dönmə işığı yandırmadığını gördüyü üçün ötmə əməliyyatını etməyə başlamışdır. Ötmə əməliyyatını edən zaman qarşısında olan Vaz-2107 markalı avtomobil qəflətən sol tərəfə dönməyə başlamışdır. Həmin vaxt aralarındakı məsafə çox az olduğundan qəzanın qarşısını ala bilməmiş və onun avtomobilinin sağ tərəfi Vaz-2107 markalı avtomobilin sol arxa qapı və qanad hissəsinə dəymişdir. Zərbədən sonra Vaz-2107 markalı avtomobil qarşıdakı ağaca dəymş, onun avtomobili isə ağaca dəyib toqquşma yerindən bir qədər irəli dayanmışdır. Onun avtomobilində olan sərnişinlər və özü qorxsalar da heç biri xəsarət almamışlar. Vaz 2107 markalı avtomobildə isə iki nəfər xəsarət almışdır. Oraya toplaşan adamlardan biri dərhal TTYS-na zəng vurmuş və TTYS-nin avtomobili gələrək X3 rayon MX-ya aparmışdır. O, hadisə yerində qalmış və hadisə yerinə YPX-nin əməkdaşları və təhqiqatçı gələrək hadisə yerini müayinə etmişlər. Şahid3 ifadə verərək göstərdi ki, 16 noyabr 2022-ci il tarixdə Bakı şəhərindən Qəbələ rayonuna yaşadığı evə gəlmək istəmişdir. Bakı şəhərində “Şamaxinka” adlanan yerə getmiş və Xamiz adlı sürücünün avtomobilinə əyləşmişdir. Avtomobilə əyləşən zaman arxa oturacaqda bir qadın və iki uşağın olmasını görmüşdür. Bundan sonra isə Xamizin idarə etdiyi avtomobillə Qəbələ rayon istiqamətində hərəkət etməyə başlamışlar. Onlar İsmayıllı rayonunun Xanagah kəndini keçdikdən sonra qarşıda ağ rəngli Vaz-2107 markalı avtomobilin də eyni istiqamətdə hərəkətdə olduğunu görmüşdür. Həmin avtomobillə aralarında xeyli məsafə olmuşdur. Xamiz qarşısında olan Vaz-2107 markalı avtomobili ötüb keçməkdən ötrü qarşı hərəkət zolağına çıxmış və qarşı hərəkət zolağı ilə hərəkət edib Vaz-2107 markalı avtomobili ötüb keçmək istəmişdir. Xamiz ötməyə başlayan zaman Vaz-2107 markalı avtomobil ilə aralarında təxminən 50-60 metr məsafə olmuşdur. Xamiz ötmə əməliyyatı edən zaman qəflətən qəza olmuş və avtomobil Vaz-2107 markalı avtomobilin sol arxa tərəfindən dəymişdir. Xamizin ötmə əməliyyatı etməsini görsə də həmin vaxt başı telefona qarışdığı üçün Vaz-2107 markalı avtomobilin sola dönməsini görməmişdir. Belə ki, Xamiz ötməyə başladıqdan sonra telefona baxmağa başlamış və qəza bir an içərisində olmuşdur. Qəzadan sonra avtomobildən düşmüş, Vaz-2107 markalı avtomobilin ağaca dəyib dayanmasını görmüşdür. Hadisə nəticəsində xəsarət almadığına görə oradan çıxıb evinə getmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqında protokoldan görünür ki, hadisənin baş verdiyi yer Qaraməryam- İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu Xanagah kəndi ərazisindən keçən 37-ci kilometirliyidir, həmin yerdə maksimum icazə verilən sürət həddi 90 km/saatdır. Avtomobil yolu 1.5 nişanlanma xətti ilə nişanlanmışdır. Hadisə Vaz 2107 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında baş vermişdir. Yolun hərəkət hissəsi asfalt örtüklüdür, hamardır, düzdür, qurudur. Yolun hərəkət hissəsinin eni 8 metrdir. Yolun sol kənarında eni 3 metr sağ kənarında isə eni 2.5 metr enində yol çiyni vardır. Həmçinin yolun sağ kənarında meşə sahəsi, sol kənarında isə “Castle otel” yerləşir. Baxış zamanı hadisə yerində Vaz 2107 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 6 və 12 metr uzunluqda şin izinin olması müəyyən edildi müəyyən edilmişdir. Baxış zamanı tormoz izi aşkar edilməmişdir. Baxış zamanı Vaz 2107 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmadan sonra toqquşma yerindən 23.20 m məsafədə ağaca dəyərək dayanması, Mersedes Benz C220 CDİ markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə toqquşma yerindən 40.50 m məsafədə yolun sol kənarında dayanması, hər iki avtomobillərin dayandıqdan sonra aralarındakı məsafənin 16 metr olması müəyyən edilmişdir. Bundan başqa hər iki avtomobilin Qəbələ rayon istiqamətində hərəkətdə olması, yüksüz olması müəyyən edilmişdir. Vaz 2107 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobildə 2 nəfər, Mersedes Benz C220 CDİ markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobildə isə 4 nəfər sərnişinin olması müəyyən edilmişdir. Baxış zamanı Vaz 2107 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa qapı və qanad hissəsinin əzilməsi, Mersedes Benz C220 CDİ markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sağ qanad hissəsinin əzilməsi müəyyən edilmişdir. Mersedes Benz C220 CDİ markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən əvvəl hərəkət sürəti 70-80 km\saat, Vaz 2107 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə hərəkət sürəti 20 km/saat olmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsinin görüntüsünə baxış protokolundan görünür ki, “VİD-20221215-WA0007” adlı fayl açıldıqda görüntünün xx.xx.2022-ci il tarixdə saat 14:40 başlaması, görüntünün İsmayıllı rayon ərazisində olan Castle Otelin müşahidə kamerasının görüntüsü olması, müddətinin 15 saniyə olması müəyyən edilmişdir. Baxış zamanı Vaz-2107 markalı avtomobilin Qəbələ rayon istiqamətində hərəkətdə olması və Castle otelə çatana yaxın sola tərəf dönməsi, sola dönən zaman arxa tərəfdə ötmə əməliyyatı edən Mersedes markalı avtomobilin qarşısında dönmə əməliyyatı edən Vaz- 2107 markalı avtomobilin sol arxa hissəsi ilə toqquşması, toqquşmadan sonra Vaz-2107 markalı avtomobilin ağaca dəyərək dayanması, Mersedes markalı avtomobilin isə bir qədər irəlidə dayanması müəyyən edildi. Bundan başqa baxış zamanı kameranın uzaq məsafədə yerləşməsinə görə Vaz-2107 markalı avtomobilin sola dönən zaman dönmə işığını yandırıb yandırmadığını müəyyən etmək mümkün olmadı. Bundan başqa baxış zamanı Vaz-2107 markalı avtomobilin sola dönmə əməliyyatı edən zaman Mersedes markalı avtomobilin artıq qarşı zolaqda ötmə əməliyyatında olması müəyyən edildi. “VİD- 20221215-WA0008” adlı fayla baxış keçirdikdə İ video ilə eyni məzmunlu video olması, sadəcə həmin videonun İ videodan daha uzun müddətli, yəni 06 dəqiqə 55 saniyə müddətdində olması, həmin video da qəzadan sonra kafedə olan şəxslərin səsə çıxaraq hadisə yerinə getməsi və qəzaya düşən avtomobildəki şəxslərə kömək göstərməsi müəyyən edildi. “VİD-20221215-WA0009” adlı video fayla baxış zamanı adlı fayl açıldıqda görüntünün xx.xx.2022-ci il tarixdə saat 14:40 başlaması, görüntünün İsmayıllı rayon ərazisində olan Castle Otelin müşahidə kamerasının görüntüsü olması, müddətinin 06 dəqiqə 27 saniyə olması müəyyən edilmişdir.Müşahidə kamerasının yerləşdiyi yerə görə qəza baş verdiyi anı qeydə almamışdır. Belə ki, baxış zamanı müşahidə kamerasının yalnız qəzadan sonra Vaz-2107 markalı avtomobilin ağaca dəyərək dayanması, Mersedes markalı avtomobilin isə irəliyə gedərək dayanması müəyyən edilmişdir. Baxış zamanı qəzadan sonra kafedə olan şəxslərin kömək məqsədilə avtomobillərə yaxınlaşması və orada olan sürücü və sərnişinlərə kömək göstərməsi müəyyən edildi. Məhkəmə tibbi ekspertizasının 05 dekabr 2022-ci il tarixli 631 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarət – daxili qanaxma ilə müşayiət edilən dalağın cırılması bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 03 fevral 2023-cü il tarixli 8/227 nömrəli məhkəmə yol nəqliyyat hadisələri ekspertizasından görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz-2107 markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X11” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs Vaz-2107 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “X11” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. 30 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsindən daxil olmuş məktubdan görünür ki, komputer uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2022-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixədək müddətinə məhdudlaşdırılmışdır. İsmayıllı rayon X7 X8 şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın poliklinika şöbəsinin “narkoloji”, “Ruhi əsəb” və “nevroloji” kabinetlərində dispanser qeydiyyatlnda yoxdur. Müstəntiqin maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, cinayət işi üzrə Vaz-21074 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı və Mersedes Benz C220 markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut qismində tanınmış və həmin avtomobillər qanuni sahiblərinə qaytarılmışdır. Müstəntiqin qətimkan tədbirinin seçilməsinə dair 11 fevral 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin 10 fevral 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs hadisə yerindən qaçmadığı, zərərçəkmiş şəxsin onun, yəni sürücü haqqında kifayət qədər məlumatlara malik olması və onu tanıması, sürücülük hüququ olmadığı üçün tanışından avtomobili onun idarəetdiyini bildirməsini xahiş etməsi Təqsirləndirilən şəxs əməlində CM-nin 264-cü maddəsinin tərkib əlamətlərini yaratmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarından da görünür ki, Məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CM-nin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yolnəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-nin 264cü maddəsi CM-nin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yolnəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun CM-nin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Bundan başqa məlum Plenum qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Zərər çəkmiş şəxsin ölümü yol-nəqliyyat hadisəsi anından dərhal sonra baş verdikdə və ya sair obyektiv səbəblərdən təqsirkar zərər çəkmiş şəxsin həyat və sağlamlığı üçün yaranmış təhlükəni aradan qaldıra bilmədikdə, onun əməlində CM-nin 143-cü maddəsində nəzərdə tutulmuş cinayətin olması istisna edilir.Bu yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan sürücülərin özünün müxtəlif dərəcəli bədən xəsarətləri alması və bu səbəbdən zərər çəkmiş şəxsə kömək edə bilmədiyi hallara da aiddir. Buna görə də Təqsirləndirilən şəxs əməlində CM-nin 143-cü maddəsinin tərkib əlamətləri yoxdur. Ona görə də Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 143, 264-cü maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddələrlə cinayət işi başlanması rədd olunmuş və sonuncunun təqsirsizliyini təsdiq edən sənədlərin surəti çıxarılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora göndərilmişdir. Həmin qərardan müəyyən olunur ki, hadisədən dərhal sonra Təqsirləndirilən şəxs və Toğrul Həmzəyev avtomobili kimin idarəetməsi barədə yanlış məlumat və izahat vermişlər. Lakin sonradan onlar öz əməllərindən peşman olub izahatlarını düzəltmiş və həqiqəti səmimi olaraq etiraf etmişlər. Bütün bu qeyd olunan yalnız ilkin araşdırma dövründə baş vermişdir. Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsində Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etməyə görə cinayət məsuliyyəti qeyd edilmişdir. Həmçinin həmin maddənin qeyd hissəsində yazılmışdır ki, bu Məcəllənin 297.1-ci maddəsində göstərilən şəxslər təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar çıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar. Bu əsasla Təqsirləndirilən şəxs və X5 əməlində Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tərkib əlamətləri olmadığından onların barələrində həmin maddə ilə cinayət işi başlanması rədd edilmiş və onların təqsirsizliyini təsdiq edən sənədlərin surəti çıxarılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına məhkəmə nəzarəti qaydasında yalnız CPM-in 449.2-ci maddəsində sadalanan şəxslərin şikayətləri əsasında baxıla bilər. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 09 fevral 2023-cü il tarixli 75 və 76 nömrəli arayışlardan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Qalacıq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, ailə tərkibi özündən, atası X2 və X1 ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. İş üzrə ekspertiza xərci olan 128 (bir yüz iyirmi səkkiz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübutlar - Vaz-21074 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı və Mersedes Benz C220 markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar - Vaz-21074 markalı **-CH-*** dövlət qeydiyyat nişanlı və Mersedes Benz C220 markalı **-FC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-17/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-17/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver