Məhkəmə qərarları › İş №1(037)-17/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-17/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-17/2024 18.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə 18 aprel 2024-cü il tarixdə saat 12:24-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, ali təhsilli, məhkum olunmamış, Abşeron rayonu Digah qəsəbəsi Babək küçəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə saat 20:30 radələrində Muğanlı- İsmayıllı yolunun İsmayıllı rayonu ərazisindən keçən 26-cı kilometrliyində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus X5 115 markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamaxı rayonu istiqamətində hərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini avtomobilin idarə olunmasından və daim yol şəraitindən ayırmamalı, qarşıda yolun sola doğru döngəli hissəsində 4.1.3 “sola hərəkət” yol nişanının olmasını nəzərə almalı olduğu halda həmin tələblərə riayət etməyib “X4” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 65-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq hərəkətdə olan zaman qarşıda yolun sola doğru döngəli hissəsində 4.1.3 “sola hərəkət” yol nişanının olmasını nəzərə almayaraq yolun sola doğru döngəli hissəsində yoldan sağ tərəfə çıxaraq idarə etdiyi avtomobili dərəyə aşırmış, ehtiyatsızlıqdan hadisə nəticəsində avtomobildə olan sərnişinlər X1 sağ baldır sümüklərinin yerdəyişən sınığı, alt dodağın səthi yarası və sol aşıq-baldır oynağının sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarət, Subramanya Nageshə qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ baldır sümüklərinin orta 1/3-nin qapalı yerdəyişən qəlpəli sınığı, alın nahiyəsinin, sol diz oynağının və sol ayaq pəncəsinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət, Zərərçəkmiş şəxs2 Hirannaiaha sol baldır sümüklərinin yerdəyişən qəlpəli sınığı, sağ almacıq və boyun nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət, Zərərçəkmiş şəxs3 Gowdaya baş-beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin və çənəaltı nahiyənin yaraları, sol bud sümüyünün qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Qeyd edilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. O, sürücülük hüququ əsasında özünə məxsus X6 115 markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “ONS” travel şirkəti ilə işləmişdir. Turistləri müxtəlif rayonlara aparıb gəzdirmiş, turistləri ona şirkət vermiş və ödənişi də şirkət etmişdir. 19 noyabr 2023-cü il tarixdə şirkət ona Hindistan Respublikası vətəndaşlarının gəlməsini və onları Bakı Beynəlxalq Aeroportundan götürüb “Bulvar Mariod” otelinə gətirməyini bildirmişlər. O, da buna görə Hindistan Respublikası vətəndaşları, Karnataka əyaləti, Benqaluru şəhər sakinləri olan, sonradan adlarının Zərərçəkmiş şəxs1 Basavaraju, Subramanya Nagesh, Zərərçəkmiş şəxs2 Hirannaiah, Kishoranjan, Zərərçəkmiş şəxs3 Gowdanı saat 16 radələrində aeroportdan götürüb otelə gətirmişdir. Onlar orada istirahət etdikdən sonra həmin şəxsləri Bakı şəhərində müxtəlif görməli yerlərdə gəzdirmişdir. O, xx.xx.2023-cü il tarixdə həmin xarici vətəndaşları oteldən götürdükdən sonra Qəbələ şəhərinə aparmışdır. Orada onları “Qəbələ Garden” oteldə yerləşdirmiş, onlar 1 gecə Qəbələdə qalmış və Qəbələni gəzmişlər. Bundan sonra isə xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Qəbələ şəhərindən Bakı şəhərinə qayıtmaq üçün yola düşmüşlər. Qəbələ rayonunda olan “Adrenalin Qəbələ” istirahət yerindən çıxdığı üçün həmin yolu tanımadığına görə naviqatorda Bakı şəhərini qeyd edib yola çıxmışdır. Bundan sonra isə İsmayıllı rayonunu keçməklə Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Həmin vaxt avtomobili özü idarə etmiş, Kishan ön oturacaqda, digərləri isə arxa oturacaqda əyləşmişdir. Yol təmiri ilə əlaqədar avtomobili təxminən 30-40 km/saat sürətlə idarə etmişdir. Hərəkətdə olan zaman yol sol tərəfə istiqamətləndirmiş və bu barədə yol nişanı olmuşdur. Yol nişanın sola doğru istiqamətlənməsini görmüşdür. Yol nişanına çatana yaxın yolda çuxur olmasını görmüşdür. O, avtomobilin çuxura düşməməsi üçün avtomobili sağa istiqamətləndirmişdir. Bu vaxt bir qədər hərəkət etdikdən sonra yolun düz formada olmasını düşünüb hərəkətinə davam etmişdir. Bir qədər hərəkət etdikdən sonra avtomobilin qabağının dərəyə düşmüş və qabaq hissəsi torpağa dəyib aşmışdır. O, aldığı xəsarətlərdən huşunu itirmişdir. Özünə gəldikdən bir qədər sonra kənardan tanımadığı şəxslər gəlib onlara kömək etmiş və onları İsmayıllı RMX-na aparmışlar. Hadisə zamanı idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. Hazırda əməlindən peşmandır. Həmin cinayəti ehtiyatsızlıq üzündən, bilmədən törətmişdir. Hadisədən sonra xəsarət almış zərərçəkmiş şəxslərlə razılıq əldə etmiş, onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər olan Hindistan Respublikası vətəndaşları, Hindistan Respublikasının Karnataka əyaləti, Benqaluru şəhər sakinləri olan Zərərçəkmiş şəxs1 Basavaraju, Subramanya Nagesh, Zərərçəkmiş şəxs2 Hirannaiah, Zərərçəkmiş şəxs3 Gowda, habelə cinayət işi üzrə şahid, həmin şəhər sakini Kishoranjan elektron poçt vasitəsi ilə ərizə göndərərək Təqsirləndirilən şəxs onlarla barışıq əldə etdiyini, onların Təqsirləndirilən şəxs qarşı tələblərinin və şikayətlərinin olmadığını, bundan sonra da olmayacağını bildirmişlər. Bu səbəbdən məhkəmə iclasında cinayət işi üzrə zərərçəkmiş şəxslər olan Hindistan Respublikası vətəndaşları, Hindistan Respublikasının Karnataka əyaləti, Benqaluru şəhər sakinləri olan Zərərçəkmiş şəxs1 Basavaraju, Subramanya Nagesh, Zərərçəkmiş şəxs2 Hirannaiah, Zərərçəkmiş şəxs3 Gowda, habelə cinayət işi üzrə şahid, həmin şəhər sakini Kishoranjanın ibtidai istintaqa verdikləri ifadələri oxunub elan edilmişdir. Zərərçəkmiş şəxs3 Gowda ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Hindistan Respublikası vətəndaşıdır. Zərərçəkmiş şəxs1 Basavaraju, Zərərçəkmiş şəxs2 Hirannaiah, Kishoranjan, Kishan X3 dostlarıdır. Onlar xx.xx.2023-cü il tarixdə Hindistan Respublikasından Bakı şəhərinə gəzmək üçün gəlmişdir. Onlar “ONS” şirkəti ilə danışıb tur paket almışdır. Həmin tur ilə 5 dost birlikdə Azərbaycan Respublikası, Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdə aeroportda sürücü Rəsul qarşılamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü İl tarixədək Bakı şəhəri və Abşeron rayon ərazisində bir qədər gəzmişdir. xx.xx.2023-cü il tarixdə Rəsul ilə birlikdə tura əsasən Qəbələ şəhərinə getmişdir. Orada həmin günü bir gecə oteldə qalmışdır. Oteldə qaldıqdan sonar səhərisi günü Qəbələ şəhərində gəzmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gəlməkdən ötrü Rəsulun idarə etdiyi avtomobil ilə yola çıxmışdır. Onlar təxminən 19:30 radələrində Qəbələ rayonundan çıxmışdır. Avtomobili Rəsul idarə etmiş, ön oturacaqda, digərləri isə arxa oturacaqda əyləşmişdir. Hərəkətdə olan zaman sürücü avtomobili sürətlə təxminən 80 km/saat sürətlə idarə etmişdir. Həmin vaxt o, telefonda oyun oynamışdır. Sürücünün diqqəti yayındığı üçün onlar yoldan çıxmış və səhv yola daxil olmuşdur. Bir qədər hərəkət etdikdən sonra isə qəflətən avtomobilin ön hissəsi dərəyə düşmüşdür. Bundan sonra isə avtomobilin ön hissəsi torpağa dəyib aşmışdır. Sonra isə onlara kənardakı şəxslər kömək edib xəstəxanaya gətirmişlər. Zərərçəkmiş şəxs1 Basavaraju ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Hindistan Respublikası vətəndaşıdır. Subramanya Nagesh, Zərərçəkmiş şəxs2 Hirannaiah, Kishoranjan, Kishan X3 dostlarıdır. xx.xx.2023-cü il tarixdə Hindistan Respublikasından Bakı şəhərinə gəzmək üçün gəlmişdir. “ONS” şirkəti ilə danışıb tur paket almışdır. Həmin tur ilə 5 dost birlikdə Azərbaycan Respublikası, Bakı şəhərinə gəlmişdir. Onlar Bakı şəhərinə gəldikdə aeroportda onları sürücü Rəsul qarşılamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü İl tarixədək Bakı şəhəri və Abşeron rayon ərazisində bir qədər gəzmişdir. xx.xx.2023-cü il tarixdə Rəsul ilə birlikdə tura əsasən Qəbələ şəhərinə getmişlər. Orada həmin günü bir gecə oteldə qalmışlar. Oteldə qaldıqdan sonar səhərisi günü Qəbələ şəhərində gəzmişlər. xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gəlməkdən ötrü Rəsulun idarə etdiyi avtomobil ilə yola çıxmışlar. Təxminən 19:30 radələrində Qəbələ rayonundan çıxmışdır. Avtomobili Rəsul idarə etmiş, Kishan ön oturacaqda, digərləri isə arxa oturacaqda əyləşmişdir. Onlar hərəkətdə olan zaman avtomobilin qəflətən sirkələnməsini hiss etmişdir. Bu vaxt avtomobil sirkələndikdən sonra avtomobil dərədən aşağı düşmüşdür. Sonra isə onlara kənardakı şəxslər kömək edib xəstəxanaya gətirmişlər. Zərərçəkmiş şəxs Subramanya Nagesh ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Hindistan Respublikası vətəndaşıdır. Zərərçəkmiş şəxs1 Basavaraju, Zərərçəkmiş şəxs2 Hirannaiah, Kishoranjan, Kishan X3 dostlarıdır. xx.xx.2023-cü il tarixdə Hindistan Respublikasından Bakı şəhərinə gəzmək üçün gəlmişdir. “ONS” şirkəti ilə danışıb tur paket almışdır. Onlar həmin tur ilə 5 dost birlikdə Azərbaycan Respublikası, Bakı şəhərinə gəlmişdir. Onlar Bakı şəhərinə gəldikdə aeroportda sürücü Rəsul qarşılamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü İl tarixədək Bakı şəhəri və Abşeron rayon ərazisində bir qədər gəzmişdir. xx.xx.2023-cü il tarixdə Rəsul ilə birlikdə tura əsasən Qəbələ şəhərinə getmişdir. Orada həmin günü bir gecə oteldə qalmışdır. Oteldə qaldıqdan sonra səhərisi günü Qəbələ şəhərində gəzmişdir. xx.xx.2023-cü il tarixdə onlar Bakı şəhərinə gəlməkdən ötrü Rəsulun idarə etdiyi avtomobil ilə yola çıxmışdır. Təxminən 19:30 radələrində Qəbələ rayonundan çıxmışdır. Avtomobili Rəsul idarə etmiş, Kishan ön oturacaqda, digərləri isə arxa oturacaqda əyləşmişlər. Onlar hərəkətdə olan zaman sürücü avtomobilin idarə etməsini itirmişdir. Yol asfalt olmamış və kələ kötürlü olmuşdur. Onlar hərəkət edən zaman qəflətən avtomobilin ön hissəsi dərəyə düşmüşdür. Bundan sonra isə avtomobilin ön hissəsi torpağa dəyib aşmışdır. Sonra isə kənardakı şəxslər kömək edib xəstəxanaya gətirmişlər. Zərərçəkmiş şəxs2 Hirannaiah ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Hindistan Respublikası vətəndaşıdır. Subramanya Nagesh, Zərərçəkmiş şəxs1 Basavaraju, Kishoranjan, Kishan X3 dostlarıdır. xx.xx.2023-cü il tarixdə Hindistan Respublikasından Bakı şəhərinə gəzmək üçün gəlmişdir. Onlar “ONS” şirkəti ilə danışıb tur paket almışdır. Onlar həmin tur ilə 5 dost birlikdə Azərbaycan Respublikası, Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdə aeroportda sürücü Rəsul qarşılamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhəri və Abşeron rayon ərazisində bir qədər gəzmişdir. xx.xx.2023-cü il tarixdə Rəsul ilə birlikdə tura əsasən Qəbələ şəhərinə getmişdir. Orada həmin günü bir gecə oteldə qalmışdır. Oteldə qaldıqdan sonra səhərisi günü Qəbələ şəhərində gəzmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gəlməkdən ötrü Rəsulun idarə etdiyi avtomobil ilə yola çıxmışdır. Təxminən 19:30 radələrində Qəbələ rayonundan çıxmışdır. Avtomobili Rəsul idarə etmiş, Kishan ön oturacaqda, digərləri isə arxa oturacaqda əyləşmişdir. Onlar hərəkətdə olan zaman sürücü avtomobili sürətli idarə etmişdir. Hərəkətdə olan zaman qəflətən avtomobil dərəyə aşmışdır. Qəza nəticəsində o, və digərləri xəsarət almışdır. Orada kənar şəxslərin köməkliyi ilə onlara köməklik edib xəstəxanaya aparmışlar. Şahid Kishoranjan ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Hindistan Respublikası vətəndaşıdır. Subramanya Nagesh, Zərərçəkmiş şəxs2 Hirannaiah, Zərərçəkmiş şəxs1 Basavaraju və Kishan X3 dostlarıdır. xx.xx.2023-cü il tarixdə Hindistan Respublikasından Bakı şəhərinə gəzmək üçün gəlmişdir. Onlar “ONS” şirkəti ilə danışıb tur paket almışdır. Həmin tur ilə 5 dost birlikdə Azərbaycan Respublikası, Bakı şəhərinə gəlmişdir. Onlar Bakı şəhərinə gəldikdə aeroportda sürücü Rəsul qarşılamışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü İl tarixədək Bakı şəhəri və Abşeron rayon ərazisində bir qədər gəzmişdir. xx.xx.2023-cü il tarixdə Rəsul ilə birlikdə tura əsasən Qəbələ şəhərinə getmişdir. Onlar orada həmin günü bir gecə oteldə qalmışdır. Oteldə qaldıqdan sonra səhərisi günü Qəbələ şəhərində gəzmişdir. xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə gəlməkdən ötrü Rəsulun idarə etdiyi avtomobil ilə yola çıxmışdır. Təxminən 19:30 radələrində Qəbələ rayonundan çıxmışdır. Avtomobili Rəsul idarə etmiş, Kishan ön oturacaqda, digərləri isə arxa oturacaqda əyləşmişdir. Onlar hərəkətdə olan zaman avtomobilin qəflətən sirkələnməsini hiss etmişdir. Bu vaxt avtomobil sirkələndikdən sonra avtomobil dərədən aşağı düşmüşdür. Sonra isə onlar kənardakı şəxslər kömək edib xəstəxanaya gətirmişlər. Qəzanın necə baş verməsini dəqiq görməmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, həmçinin ibtidai araşdırma mərhələsində iş üzrə zərərçəkmiş şəxslər qismində dindirilmiş Subramanya Nagesh, Zərərçəkmiş şəxs2 Hirannaiah, Zərərçəkmiş şəxs1 Basavaraju və Zərərçəkmiş şəxs3 Gowdanın, habelə şahid qismində dindirilmiş Şahid Kishoranjan məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, hadisə yerinə baxış protokolundan görünür ki, hadisə Muğanlı-İsmayıllı yolunun, İsmayıllı rayonu ərazisindən keçən 26-cı km-də baş vermişdir, maksimum icazə verilən sürət həddi 50 km/saatdır. Yolun hərəkət hissəsinin eni 8 metrdir. Avtomobil yolu təmir ilə əlaqədar nişanlanma xətti ilə nişanlanmamışdır. Avtomobil yolunun sağ və sol tərəfində torpaq sahəsi vardır. Baxış İsmayıllı rayonundan Muğanlı istiqamətində keçirilmişdir. Baxış zamanı yolun sol tərəfə döngəli olması, düz hərəkət etdikdə isə dərə olması, hərəkətin istiqamətini göstərən yol nişanlarının olması müəyyən edildi. Yol nişanlarından dərənin başlanmasına kimi məsafə 36 metr məsafə vardır. Avtomobil texniki cəhətdən saz vəziyyətdədir. Avtomobil dərədən aşdıqdan sonra damı üzərində dayanmışdır. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 593 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlərqapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol baldır sümüklərinin aşağı 1/3-nin yerdəyişən qəlpəli sınığı, alın nahiyəsinin, sol saidin, sağ əlin arxa səthinin və sağ baldırın sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 594 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər- sağ baldır sümüklərinin yerdəyişən sınığı, alt dodağın səthi yarası və sol aşıq-baldır oynağının sıyrığı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa Az Ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 595 nömrəli rəyindən görünür ki, Subramanya Nagesh məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlərqapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ baldır sümüklərinin orta 1/3-nin qapalı yerdəyişən qəlpəli sınığı, alın nahiyəsinin, sol diz oynağının və sol ayaq pəncəsinin sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 596 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Hirannaiah məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər- sol baldır sümüklərinin yerdəyişən qəlpəli sınığı, sağ almacıq və boyun nahiyələrinin sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 597 nömrəli rəyindən görünür ki, Kishoranjanın məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər- qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin və sağ əlin sıyrıqları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 598 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Gowdanın məhkəmə-tibbi ekspertizası zamanı aşkar olunmuş xəsarətlər- baş-beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin və çənəaltı nahiyənin yaraları, sol bud sümüyünün qapalı sınığı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa Az Ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/3586 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən X7 115 markalı, 99XV047 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “ X4” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 65-ci maddəsinin 1-ci hissəsinin ( 4.1.3 yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. xx.xx.2023-cü il tarixli 475 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs ayıq olmuşdur. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron RMX-dan daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası poliklinika şöbəsinin narkoloji və ruhi əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon, Digah qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, barəsində şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan, DİN BDYP Qİİ-nin verdiyi arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə (xx.xx.2027ci il tarixədək etibarlı olan) AC 229749 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Məhkəmə istintaqı gedişində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsininə sorğu olunmuş, müvafiq sorğu əsasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən təqdim edilmiş sərhədkeçmələr üzrə cədvəldən görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər olan Hindistan Respublikası vətəndaşları, Hindistan Respublikasının Karnataka əyaləti, Benqaluru şəhər sakinləri olan Zərərçəkmiş şəxs1 Basavaraju, Subramanya Nagesh, Zərərçəkmiş şəxs2 Hirannaiah, Zərərçəkmiş şəxs3 Gowda, habelə cinayət işi üzrə şahid, həmin şəhər sakini Kishoranjanın Azərbaycan Respublikası ərazisinə girmə və çıxma məlumatları aşağıdakı kimidir: Zərərçəkmiş şəxs1 Basavaraju- giriş xx.xx.2023 – çıxış xx.xx.2023; Subramanya Nagesh - giriş xx.xx.2023 – çıxış xx.xx.2023; Zərərçəkmiş şəxs2 Hirannaiah - giriş xx.xx.2023 – çıxış xx.xx.2023; Zərərçəkmiş şəxs3 Gowda - giriş xx.xx.2023 – çıxış xx.xx.2023; Kishoranjan - giriş xx.xx.2023 – çıxış xx.xx.2023; Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə saat 20:30 radələrində Muğanlı-İsmayıllı yolunun İsmayıllı rayonu ərazisindən keçən 26-cı kilometrliyində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus X5 115 markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şamaxı rayonu istiqamətində hərəkətdə olan zaman yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, diqqətini avtomobilin idarə olunmasından və daim yol şəraitindən ayırmamalı, qarşıda yolun sola doğru döngəli hissəsində 4.1.3 “sola hərəkət” yol nişanının olmasını nəzərə almalı olduğu halda həmin tələblərə riayət etməyib “X4” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 65ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qeyd olunan tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq hərəkətdə olan zaman qarşıda yolun sola doğru döngəli hissəsində 4.1.3 “sola hərəkət” yol nişanının olmasını nəzərə almayaraq yolun sola doğru döngəli hissəsində yoldan sağ tərəfə çıxaraq idarə etdiyi avtomobili dərəyə aşırmış, ehtiyatsızlıqdan hadisə nəticəsində avtomobildə olan sərnişinlər X1 sağ baldır sümüklərinin yerdəyişən sınığı, alt dodağın səthi yarası və sol aşıq-baldır oynağının sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarət, Subramanya Nageshə qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sağ baldır sümüklərinin orta 1/3-nin qapalı yerdəyişən qəlpəli sınığı, alın nahiyəsinin, sol diz oynağının və sol ayaq pəncəsinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət, Zərərçəkmiş şəxs2 Hirannaiaha sol baldır sümüklərinin yerdəyişən qəlpəli sınığı, sağ almacıq və boyun nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət, Zərərçəkmiş şəxs3 Gowdaya baş-beyin silkələnməsi ilə müşayiət olunan alın nahiyəsinin və çənəaltı nahiyənin yaraları, sol bud sümüyünün qapalı sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aid xəsarət yetirməklə yol hərəkəti qaydalarını pozma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilir ki, bu Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişiklilər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.127.3.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əlavə edilmiş 2-ci bəndə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə, istintaqında həmçinin sübuta yetirildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər olan Hindistan Respublikası vətəndaşları, Hindistan Respublikasının Karnataka əyaləti, Benqaluru şəhər sakinləri olan Zərərçəkmiş şəxs1 Basavaraju, Subramanya Nagesh, Zərərçəkmiş şəxs2 Hirannaiah, Zərərçəkmiş şəxs3 Gowdanın məhkəməyə elektron poçt vasitəsi ilə göndərdikləri (notarial qaydada təsdiq olunmuş) ərizədən görünür ki, Təqsirləndirilən şəxs onlarla barışmış, ona görə də onların Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbləri yoxdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də həmin əsaslar üzrə cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Ona görə də məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsi üçün onun yalnız sağlamlığına az ağır və ağır zərər vurulmuş zərərçəkmiş şəxslə və ya şəxslərlə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi kifayətdir. Bundan sonra həmin şəxsin cinayət əməlləri ilə yanaşı həmçinin, inzibati xətanın tərkibini də yaradan əməlləri törətməsi, yəni yol hərəkəti qaydalarının pozması nəticəsində digər zərərçəkmiş şəxslərin əmlakına ziyan vurulması və ya sağlamlığına yüngül zərər, habelə dərəcəsi təyin olunmayan xəsarətlər yetirilməsi müəyyən edilərsə, cinayət məsuliyyətindən azad edilmiş şəxs yalnız inzibati xətanın tərkibini yaradan əməllərə görə inzibati məsuliyyətə cəlb edilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan X5 115 markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Həmçinin, müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 85 (səksən beş) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışdığına və onlara cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü mаddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab – AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan X5 115 markalı **-XV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olmasının araşdırılması üçün qərarın surəti İsmayıllı rayon prokurorluğuna göndərilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar