Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-18/2021 23.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Mahmudov Seymur Elçin oğlunun iştirakı ilə xx xxxxxx 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1986-cı ildə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum edilməmiş, işləməyən, İsmayıllı şəhərində ( İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs müəyyən olunmamış vaxtda İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndi yaxınlığındakı meşəlik ərazidə yabanı halda bitmiş 5 ədəd çətənə bitkisini görmüş, gələcəkdə şəxsi istifadəsi üçün qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana hazırlamaq məqsədi ilə həmin bitkilərdən 29 ədəd hissə qırmış, çətənə bitkilərini isə kökündən çıxararaq yaşadığı evin həyətinə aparmışdır. Orada həmin hissələri qurudaraq kustar üsulla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 215,64 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə etmiş və həmin marixuananı, habelə istifadəyə yararsız 125,86 qram çəkidə çətənə bitkisinin hissələrini və köklərini sellofan torbada yaşadığı evin həyətində olan tövlənin damında gizlədərək saxlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində gizlətdiyi qurudulmuş marixuananı və çətənə bitkisinin hissələri və kökləri olan torbanı damdan götürərək başqa yerdə gizlətmək məqsədi ilə apararkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən İsmayıllı şəhəri ərazisində saxlanılmış, həmin gün saat 17:00 radələrində polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən əlindəki sellofan bağlamanın içərisindən həmin 215,64 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 125,86 qram çəkidə çətənə bitkisinin hissələri və 5 ədəd kökü aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2020-ci ilin sentyabr ayının axırlarında yaşadığı İsmayıllı kəndi ərazisindəki meşəlik sahədə qoyun otararkən yetişmiş halda beş ədəd çətənə bitkisi tapmışdır. Əvvəllər marixuanadan istifadə etdiyi üçün çətənə bitkisini tanımış və öz istifadəsi üçün həmin bitkilərin hissələrini yığıb qurutmaq qərarına gəlmişdir. Çətənə bitkilərini kökündən çıxarıb hissələrini sellofan bağlamaya yığmış və yaşadığı evin həyətindəki tövlənin damında gizlətmişdir. xx xxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində həmin sellofan bağlamanı başqa yerdə gizlətmək məqsədi ilə götürərək evdən çıxmış və meşəyə gedərkən yolda polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Əməkdaşlar ona üzərində narkotik vasitə saxlamağı barədə məlumatlı olduqlarını deyərək ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı göstərmişlər. O, əlindəki bağlamada marixuana olduğunu etiraf etmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. İsmayıllı rayon polis şöbəsinin növbətçi hissəsinin qarşısında ona təqdim edilmiş müdafiəçinin və hal şahidlərinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əlində olan bağlamanı təqdim edərək təkrarən içərisində marixuana olduğunu etiraf etmiş və özünün istifadəsi üçün saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən bağlama açılmış, oradan onun yerləşdirdiyi qurudulmuş marixuana və çətənə bitkisinin beş ədəd kökü və digər hissələri aşkar olunmuşdur. Bağlamanın ümumilikdə çəkisi müəyyən olunmuş və qablaşdırılaraq götürülmüşdür. Onun üzərindən əlavə heç nə aşkar edilməmişdir. Bu barədə tərtib edilmiş protokolu imzası ilə təsdiq etmişdir. Həmin gün onun, müdafiəçisinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilsə də oradan nakotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Yaşadığı evdə narkotik vasitə saxladığını ailə üzvləri bilməmişdir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Himayəsində daimi qayğıya ehtiyacı olan xəstə anası vardır, ailəsində ondan başqa işləyib evə gəlir gətirən şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid X4 ifadəsində göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəifəsində işləyir. Şöbəyə daxil olmuş məlumat əsasında İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi haqqında xx xxxxxxx 2020-ci il tarixli qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar o və şöbənin digər əməkdaşları həmin gün saat 16:00 radələrində Fəqanın yaşadığı İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndidəki küçə ilə getdiyini və əlində sellofan bağlama olduğunu görüb ona yaxınlaşmışlar. Onlar Fəqana özlərini təqdim etmiş və qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqla şübhəli olduğunu deyərək üzərinə baxış keçiriləcəyini məqsədi ilə şöbəyə dəvət etmişlər. Fəqan onlarla birlikdə polis şöbəsinə gəlmiş və dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Həmin gün saat 17:00 radələrində dəvət edilmiş iki nəfər hal şahidinin və müdafiəçisinin iştirakı ilə polis şöbəsinin növbətçi hissəsinin qarşısında Fəqanın üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Fəqan əlində olan sellofan bağlamanı təqdim edərək içərisində narkotik vasitə olan marixuana olduğunu etiraf etmişdir. Bağlama açılmış və oradan yaşıl rəngli kəskin iyi olan narkotik vasitəyə bənzər kütlə, beş ədəd bitki kökləri və çubuq şəklində bitki hissələri aşkar edilmişdir. Fəqan həmin kütlənin 2020-ci ilin sentyabr ayının axırlarında meşədən tapdığı yabanı halda bitmiş beş ədəd çətənə bitkisindən yığdığını və qurudaraq şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Narkotik vasitəyə bənzər kütlələr çəkilərək kütlələri müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Fəqanın üzərinə şəxsi axtarış davam etdirilsə də onun üzərindən qanunla qadaan olunmuş əlavə heç nə aşkar edilməmişdir. Bu barədə tərtib edilmiş protokolu iştirakçılar imzaları ilə təsdiq etmişlər. Bundan sonra Fəqanın, müdafiəçisinin, hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə Fəqanın yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmiş, oradan da hər hansı nakotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar olunmamışdır. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşları X5 və X7 da şahid Fərid Bağıyev ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. X2 ifadə verərək göstərdi ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində İsmayıllı RPŞ-nin yaxınlığından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq şübhəli şəxsin üzərinə baxış keçirilməsində iştirak etməyini təklif etmişlər. O razılaşaraq şöbəsinin növbətçi hissəsinin qarşısına getmişdir. Ora əlavə bir nəfər şəxs də hal şahidi qismində dəvət edilmişdir. Növbətçi hissənin qarşısında onların, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Fəqan adlı şəxsin üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Fəqan əlindəki bağlamanı təqdim edərək içərisində marixuana olduğunu etiraf etmişdir. Bağlama açıldıqda oradan yaşıl rəngli kəskin iyi olan kütlə, beş ədəd bitki kökləri və çubuq şəklində bitki hissələri aşkar olunmuşdur. Sorğu zamanı Fəqan həmin kütləni 2020-ci ilin sentyabr ayının axırlarında meşədən tapdığı yabanı halda bitmiş beş ədəd çətənə bitkisindən yığdığını və qurudaraq şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Narkotik vasitəyə bənzər kütlələr çəkilərək kütlələri müəyyən edilmiş və qablaşdırılaraq götürülmüşdür. Fəqanın üzərinə şəxsi axtarış davam etdirilsə də onun üzərindən qanunla qadağan olunmuş əlavə heç nə aşkar edilməmişdir. Bu barədə tərtib edilmiş protokolu imzaları ilə təsdiq etmişlər. Bundan sonra Fəqanın, müdafiəçisinin, polis əməkdaşlarının və onların iştirakı ilə Fəqanın yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmiş, oradan da hər hansı nakotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar olunmamışdır. Şаhid qismində dindirilmiş X6 da şahid Yaşar Xəlilov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə-bioloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 17/572 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “.....Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi götürülmüş....” sözləri və imzalar yazılmış sellofan torbanın içərisindəki təmiz çəkisi - 215,64 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin sellofan torbanın içərisindəki ümumi təmiz çəkiləri - 125,86 qram olan 29 (iyirmi doqquz) ədəd bitki hissələri əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Həmin sellofan torbanın içərisindəki üzərlərində qısa gövdələri olan 5 (beş) ədəd bitki kökləri çətənə (kannabis) bitkisinin kökləridir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 940 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. 28 oktyabr 2020-ci il тariхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 332 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 16 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 215,62 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana, ümumi təmiz çəkisi 125,28 qram çətənə bitkisinin hissələri və 5 ədəd çətənə bitkisinin kökləri iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxxx 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci il tarixdə saat 17:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 17 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 16:15-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. 22 noyabr 2020-ci il tarixli 3226 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhərində (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən və 1964-cü il təvəllüdlü anası Qurbanova Lalə Şövkət qızıdan ibarətdir. Barəsində yaşayış yeri üzrə yaşadığı müddətdə şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, cəzanın 02 (iki) il müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 15 oktyabr 2020-ci il tarixdə saat 17:00-dan 17 oktyabr 2020-ci il tarixdə saat 16:15-dək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndi) ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyünə görə o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd bağlamadakı 215,62 qram marixuana, 125,28 qram çətənə bitkisinin hissələri və 5 ədəd çətənə bitkisinin kökləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan cəmi 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlunun 15 oktyabr 2020-ci il tarixdən 17 oktyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndi) ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs oğlunun cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd bağlamadakı 215,62 qram marixuana, 125,28 qram çətənə bitkisinin hissələri və 5 ədəd çətənə bitkisinin kökləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-18/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-18/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver