Məhkəmə qərarları › İş №1(037)-18/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-18/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-18/2023 06.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə 06 aprel 2023-cü il tarixdə saat 15:40-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxxx 1967-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Ağdam rayonunun Qiyaslı kəndində qeydiyyatda olmaqla İsmayıllı rayonunun Pirdinar kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, dəqiq saatı istintaqa məlum olmayan vaxtda, özünün deməsinə görə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı rayonunun Pirdinar kəndində yerləşən, ətrafı dəmir setka ilə hasarlanmış ferma təsərrüfatı sahəsinin saxlanc yeri hesab olunan həyətinə giriş qapısından qanunsuz daxil olaraq heyvanlar saxlanılan tövlənin qarşısına gəlmiş, öz cinayətkar niyyətini davam etdirərək qanunsuz olaraq saxlanc yeri hesab olunan tövlənin örtülü qapısını açıb içəri daxil olmaqla oradan 1 baş, təxminən 16-17 kiloqram ət çıxarı olan, qara rəngli, 6-7 aylıq, dəyəri 240 manat təşkil edən dişi quzu, 1 baş, təxminən 15-16 kiloqram ət çıxarı olan, boz rəngli, 6-7 aylıq, dəyəri 215 manat təşkil edən dişi quzu və 1 baş, təxminən 15-16 kiloqram ət çıxarı olan, boz rəngli, 6-7 aylıq, dəyəri 215 manat təşkil edən dişi quzudan ibarət cəmi 3 baş xırdabuynuzlu heyvanları qəsdən gizli olaraq talayıb apararaq Zərərçəkmiş şəxs2 ümumilikdə 670 (altı yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixə keçən gecə, dəqiq saatı istintaqa məlum olmayan vaxtda, özünün deməsinə görə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı rayonunun Pirdinar kəndində yerləşən, ətrafı dəmir setka ilə hasarlanmış ferma təsərrüfatı sahəsinin saxlanc yeri hesab olunan həyətinə giriş qapısından qanunsuz daxil olaraq heyvanlar saxlanılan tövlənin qarşısına gəlmiş, öz cinayətkar niyyətini davam etdirərək qanunsuz olaraq saxlanc yeri hesab olunan tövlənin örtülü qapısını açıb içəri daxil olmaqla oradan Zərərçəkmiş şəxs2 məxsus 1 baş, təxminən 15-16 kiloqram ət çıxarı olan, qumral rəngli, 6-7 aylıq, dəyəri 240 manat təşkil edən erkək quzudan ibarət xırdabuynuzlu heyvanı çıxararaq, sonra isə həmin ferma təsərrüfatı sahəsinin saxlanc yeri hesab olunan həyətində yerləşən talvar hissəsinə yaxınlaşıb açıq talvarın altına yığılmış, Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 məxsus 1 ədədinin dəyəri 4,5 manat təşkil edən cəmi 180 manat dəyərində 40 ədəd bağlama yonca otu hissə-hissə götürərək aparmaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 240 (iki yüz qırx) manat, Zərərçəkmiş şəxs1 180 (yüz səksən) manat olmaqla, ümumilikdə iki zərərçəkmiş şəxsə 420 (dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurub təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixə keçən gecə, dəqiq saatı istintaqa məlum olmayan vaxtda, özünün deməsinə görə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı rayonunun Pirdinar kəndində yerləşən, ətrafı dəmir setka ilə hasarlanmış ferma təsərrüfatı sahəsinin saxlanc yeri hesab olunan həyətinə giriş qapısından qanunsuz daxil olaraq heyvanlar saxlanılan tövlənin qarşısına gəlmiş, öz cinayətkar niyyətini davam etdirərək qanunsuz olaraq saxlanc yeri hesab olunan tövlənin örtülü qapısını açıb içəri daxil olmaqla oradan 1 baş, təxminən 17-18 kiloqram ət çıxarı olan, açıq boz rəngli, 6-7 aylıq, dəyəri 260 manat təşkil edən erkək quzudan ibarət xırdabuynuzlu heyvanı çıxararaq, sonra isə həmin ferma təsərrüfatı sahəsinin baş tərəfində yerləşən saxlanc yeri hesab olunan taxıl anbarının qarşısına gəlib örtülü qapısını açmaq yolu ilə qanunsuz olaraq içəri daxil olaraq oradan 1 kiloqramının dəyəri 45 qəpik təşkil edən cəmi 450 manat dəyərində 1 ton arpanı həmin anbarda olan boş kisələrə yığıb hissə-hissə götürərək aparmaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 710 (yeddi yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, təxminən saat 21 radələrindən xx.xx.2022-ci il tarixə, təxminən saat 05 radələrinədək olan müddət ərzində, dəqiq saatları istintaqa məlum olmayan vaxtlarda İsmayıllı rayonunun Pirdinar kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab olunan taxıl yığılması üçün istifadə olunan anbara yaxınlaşıb, anbarın arxa tərəfinə keçərək qayalıq hissə ilə paralel olan, çərçivəsi və şüşəsi olmayan anbarın pəncərə hissəsinə taxta fanerkadan dirək atmaqla və üzərindən hərəkət etməklə pəncərə hissəsindən keçib qanunsuz olaraq saxlanc yeri hesab olunan həmin anbarın içərisinə daxil olmuş və oradan 1 kiloqramının dəyəri 50 qəpik təşkil edən cəmi 1250 manat dəyərində 2,5 ton buğdanı həmin anbarda olan boş kisələrə yığıb hissə-hissə daşıyıb çıxararaq aparmaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1250 (min iki yüz əlli) manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, İsmayıllı rayon Pirdinar kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi təsərrüfatında mal-qara saxlamaqla və əkin-biçin işləri ilə məşğul olmaqla dolanışığını təmin edir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun qonşuları və həmkəndliləridir, onlarla münasibəti həmişə yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. Onun maddi ehtiyacı olduğundan və qonşusu Zərərçəkmiş şəxs2 fermasında qoyun-quzu saxladığını, axşamlar tövlənin qapısını açıq qoyduğunu bildiyi üçün oradan qoyun oğramaq qərarına gəlmiş, bu məqsədlə o, 2022-ci il iyun ayının 18-i tarixindən 2022-ci ilin iyun ayının 19-u tarixə keçən gecə, təxminən saat 03 radələrində Xəyyamın evinin qarşısında olan ferma təsərrüfatına giriş qapıdan daxil olmuş, tövləyə yaxınlaşaraq taxtadan olan qapısını açmış, içəri keçərək 03 baş qoyunları götürüb, başlarından kəndirlə bağlayaraq özünə məxsus olan tövləyə aparmış, səhər tezdən qoyunlara baxarkən onlardan birinin qara rəngli dişi cinsdən və digər ikisinin isə boz rəngli dişi cinsdən qoyunlar olmasını bilmişdir. Həmin günü bazar günü olduğundan və hər həftədə bir dəfə Göyçay rayonunda mal bazarı təşkil olunduğunu bildiyindən, həmin qoyunları yoldan keçən, əvvəllər tanımadığı bir mal-qara daşıyan avtomobillə Göyçay rayonunda yerləşən mal bazarı deyilən bazara aparmış, həmin günü qoyunların birini 150 manat olmaqla 3 baş qoyunları orada tanımadığı bir şəxsə satıb 450 manat pul əldə etmişdir. Həmin pulu da öz maddi ehtiyaclarına və müalicəsinə sərf etmişdir. Həmin hadisədən də bir müddət keçəndən sonra Xəyyamın bundan məlumatının olmadığını görüb təkrarən həmin fermadan Xəyyama məxsus qoyunlardan birini də oğurlamaq qərarına gəlmişdir. 2022-ci ilin iyun ayının təxminən 26-da gecə saatlarında, təxminən saat 02 radələrində o, Xəyyama məxsus ferma təsərrüfat sahəsinin qarşısına gəlmiş, giriş qapıdan keçərək fermanın həyətinə daxil olmuş, tövləyə yaxınlaşaraq taxtadan olan qapısını açmış, içəri keçərək 01 baş qoyun götürüb, başından kəndirlə bağlayaraq yola çıxartmış, aparıb öz tövləsində saxlamış, daha sonra həmin fermaya qayıdıb açıq talvar altında yığılmış yonca ot bağlamalarından təxminən 40 ədəd daşıyaraq aparıb tövləsinə yerləşdirmişdir. Səhər tezdən qoyuna baxarkən qumral rəngli və erkək cinsdən olmasını bilmişdir. Həmin günü bazar günü olduğundan və hər həftədə bir dəfə Göyçay rayonunda mal bazarı təşkil olunduğunu bildiyindən, həmin qoyunu yoldan keçən, tanımadığı bir mal-qara daşıyan yük avtomobili ilə Göyçay rayonunda yerləşən mal bazarı deyilən bazara aparmış, həmin günü qoyunu 160 manata orada tanımadığı bir şəxsə satıb pul alaraq evinə qayıtmışdır. Həmin pulu da öz maddi ehtiyaclarına sərf etmişdir. Lakin oğurladığı ot bağlamalarını isə saxlayaraq mal-qaralarıma yem olaraq vermişdir. Həmin hadisədən də təxminən bir ay keçdikdən sonra Xəyyamın bu hadisədən də məlumatının olmadığını görüb təkrarən həmin fermadan Xəyyama məxsus qoyunlardan birini də və həmçinin yonca ot bağlamalarından da oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 2022ci ilin avqust ayının 11 də, gecə saatlarında, təxminən saat 03 radələrində o, Xəyyama məxsus ferma təsərrüfat sahəsinin qarşısına gəlmiş, giriş qapıdan keçərək fermanın həyətinə daxil olmuş, tövləyə yaxınlaşaraq taxtadan olan qapısını açmış, içəri keçərək 01 baş qoyun götürüb, başından kəndirlə bağlayaraq aparıb öz tövləsində saxlamış, daha sonra həmin fermaya qayıdıb baş tərəfində olan taxıl saxlanılan anbarın örtülmüş vəziyyətdə olan qapısını açaraq içəri daxil olmuş, həmin anbarda arpa olmasını görmüş, həmin arpaları kisələrə doldurmaqla təxminən 1 tona yaxın arpanı kisələrdə hissə-hissə əl arabasına yükləyərək daşıyıb aparıb tövləsinə yığmışdır. Səhər tezdən qoyuna baxarkən açıq boz rəngli erkək cinsdən olmasını bilmiş, həmin qoyunu isə 2022-ci ilin avqust ayının 14-də, yəni həmin günü bazar günü olduğundan və hər həftədə bir dəfə Göyçay rayonunda mal bazarı təşkil olunduğunu bildiyindən, həmin qoyunu yoldan keçən, tanımadığı bir mal-qara daşıyan yük avtomobili ilə Göyçay rayonunda yerləşən həmin mal bazarı deyilən bazara aparmış, həmin günü qoyunu 170 manata orada tanımadığı bir şəxsə satıb pul alaraq evinə qayıtmışdır. Həmin pulu da öz maddi ehtiyaclarına sərf etmişdir. Arpanı isə yem olaraq ev quşlarına vermiş, bir hissəsini isə, yəni təxminən 4 ədəd kisə torbanı aparıb bacısı Sehran Cəfərovaya məxsus həyətdə, köhnə hamamda saxlamışdır. Lakin bacısı Sehrana, digər bacısı Sərfinaza və anası Səhər Cəfərovaya həmin arpanı oğurladığını deməmiş, yalnız aldığını bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2 məxsus ferma təsərrüfatından oğurluq etməmişdir. Daha sonra o, qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs1 məxsus taxıl anbarının olmasını, anbarın içərisinin buğda ilə dolu olmasını bildiyi üçün həmin anbardan buğda oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə 2022-ci ilin sentyabr ayının əvvələrində, yəni sentyabr ayının 1 tarixində saat 21 radələrindən sentyabr ayının 2-i tarixinə saat 05 radələrinə kimi olan müddət ərzində, o, həmin taxıl anbarının arxa tərəfinə keçmiş, anbarın arxa tərəfi qayalıq hissəyə birləşdiyi üçün və pəncərəsi də olmadığından, pəncərə hissəsindən qayalıq hissəsinə iki ədəd taxta uzadaraq və həmin taxtaların üstündən keçib, fermanın pəncərəsi olmayan açıq hissəsindən içərisinə daxil olmuş, orada olan kisə torbalardan götürüb içərisini doldurub və ağızlıq hissəsini kəndirlə bağlamış, kəndirin bir ucunu isə pəncərədən çölə çıxartmış, pəncərədən çıxaraq həmin kisə torbanı çəkib çıxartmaqla çöldə sahəliyə yığmış, sonra hissə-hissə əl arabasına yükəyərək aparıb evinin saxlanc yerinə yığmış, bu qayda ilə təxminən 2 ton civarında buğda oğurlayıb daşıyaraq evimə bitişik olan saxlanc yerində quraqlıqda saxlamışdır. Həmin buğdaları isə sentyabr ayının 2-də səhər tezdən kəndə arpa-buğda almaq üçün gələn, tanımadığı bir şəxsə satmış, satarkən həmin buğda kisələrdə tərəzidə çəkilmiş və təxminən 1750 kq olmuş, bir kq 40 qəpik olmaqla cəmi 700 manat pul əldə etmişdir. Həmin pulu da maddi ehtiyacına sərf etmişdir. Oğurladığı buğdanın isə bir qismini evə bitişik olan quraqlıqda 03 ədəd çəlləklərə yığıb saxlamışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs1 məxsus taxıl anbarından oğurluq etməmişdir. 2022-ci ilin sentyabr ayının 3-də fermada mal-qaralarımı bəsləyən zaman ona polis əməkdaşları yaxınlaşmış, onu polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis şöbəsinə gəlmişdir. Sorğu-sual zamanı ona Zərərçəkmiş şəxs1 məxsus taxıl anbarından buğda və Zərərçəkmiş şəxs2 məxsus fermadan arpa və qoyun-quzu oğurladığını bildiklərini bildirilmişdir. O isə Zərərçəkmiş şəxs2 məxsus fermadan oğurluq etmədiyini, yalnız Zərərçəkmiş şəxs1 məxsus taxıl anbarından buğda oğurladığını etiraf etmiş, başqa heç bir yerdən oğurluq etmədiyini bildirmişdir. Həmçinin oğurladığı buğdanın bir qismini evdə quraqlıq hissədə çəlləklərə yığdığımı deyərək və sonra polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları həmin buğdaya bağış keçirmiş, çəlləklərdən kisə torbalara yığmış, təxminən 7 kisə torbalarda ümumi olaraq 392.7 kq buğda aşkar edilmiş və polis əməkdaşları tərəfindən sənədləşdirilərək götürülmüşdür. Daha sonra onunla sorğu-sual edilən zaman o, səhv etdiyini və cinayətdən yayınmaq üçün bir qədər yalan danışdığımı düşünərək həqiqəti demək qərarına gəlmiş və o, hazırda etdiyi hərəkətlərini səmimi olaraq etiraf etmişdir. Hazırda əməlindən peşmandır. Həmin cinayəti maddi ehtiyac üzündən törətmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu ziyanı tamamilə aradan qaldırmış və onlarla barışıq əldə etmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, o, Laçın rayonunun Qarakeçdi kəndində anadan olmuş, 1992-ci ildən etibarən ailəsi ilə birlikdə İsmayıllı rayonuna köçmüş, İsmayıllı rayonunun Kəlbənd kəndində qeydiyyatda olmaqla, hazırda İsmayıllı rayonunun Pirdinar kəndində yaşayır. Fərdi sahibkarlıqla məşğul olmaqla toxum istehsal edir. Əldə etdiyi məhsulları isə İsmayıllı rayon Pirdinar kəndində yerləşən anbarda yığıb saxlayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla münasibətləri daima yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. 2022-ci ilin yay aylarında əkdiyi taxılı biçdikdən sonra əldə etdiyi buğdanı yaşadığı Pirdinar kəndində yerləşən yeni inşa etdirdiyi anbara yığdırmışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında anbarda işləyən Müşviq adlı işçi ona zəng edərək həmin anbardan taxıl oğurlandığını bildirmişdir. O, dərhal bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş və özü də anbara gəlmişdir. O, anbara çatdıqdan bir neçə dəqiqə sonra anbara polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər. Həmin taxıl anbarının tikintisi tam yekunlaşmadığından pəncərə yerləri qoyulmuş, lakin pəncərələri düzəldilməmiş və yerinə saldırmamışdır. Anbara ətraflı baxdığı zaman ona məlum olmuşdur ki, anbarı arxa tərəfindən bir qədər qayalıq olan hündür hissədən, pəncəyə yerindən anbara daxil olunmuş və oradan təxminən 2,5 ton buğda daşınaraq oğurlanmışdır. Eyni zamanda o, qardaşının ferma təsərrüfatında saxladığı yonca ot bağlamalarına nəzər yetirən zaman 40 ədəd bağlama yonca otunun da olmadığını görmüşdür. O, həmin taxılın və ot bağlamalarının oğurlanmasında qonşusu Elçin ləqəbi ilə tanınan Cahiddən və onun ailə üzvlərindən şübhələndiyi barədə polisə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs polisə dəvət etmişlər. Cahid polisdə həmin taxılı özünün oğurladığını etiraf etmişdir. 2021-ci ildə də Təqsirləndirilən şəxs ona və qardaşına məxsus taxıl və tikinti materialları oğurlamış, lakin həmin vaxt onları bağışlamışlar, bu barədə polisə məlumat verməmişlər. Bir ədəd yonca ot bağlamasının dəyəri təxminən 5 manat olmaqla cəmi 200 manat dəyərində 40 ədəd yonca ot bağlamasından və bir kq dəyəri təxminən 45 qəpik olmaqla cəmi 1125 manat dəyərində 2.5 tona yaxın buğdadan ibarət məhsulların oğurlanması nəticəsində ona təxminən 1325 manat maddi ziyan vurulmuşdur. Bundan başqa qardaşı Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı rayon Pirdinar kəndində, yaşadığı evin yanında ferma təsərrüfatı sahəsi vardır, həmin fermada qoyun-quzulardan ibarət xırdabuynuzlu və inək, buzov, danalardan ibarət iribuynuzlu heyvan saxlayır, həmçinin fermasının baş tərəfindən anbar kimi istifadə edərək orada arpa taxılı saxlayır. 2022-ci ilin iyun ayının 19-u tarixində qardaşı Xəyyam ona 03 baş quzuların olmadığını, həmin 3 baş quzuların itib-itməməsini və ya oğurlanıb-oğurlanmamasını bilmədiyi üçün bu barədə şikayət etməmişdir. Daha sonra, yəni 2022-ci ilin iyun ayının sonlarında, tarixini xatırlamadığı günündə Xəyyam ona tövlədə qoyunları sayarkən 01 baş quzunun da olmadığını bildirmiş, həmin 01 baş quzunun da itib-itməməsini və ya oğurlanıboğurlanmamasını bilmədiyi üçün bu barədə şikayət etməmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə səhər saatlarında Xəyyam ona həmin günü təxminən saat 07 radələrində xırdabuynuzlu heyvanları yemləmək üçün tövlənin qarşısına çıxartmış, yemləmiş və sonra heyvanları tövləyə salan zaman saymış, lakin 01 baş quzununda olmadığını gördüyünü bildirmişdir. Bundan sonra Xəyyam tövlədən oğurluq olmasını düşünərək bu barədə şikayət etmişdir. Həmçinin Xəyyam ona arpa yığdığı anbardan da təxminən 1 ton arpanın olmadığını demişdir. O da ona oğurluq olmasını və şikayət etməsini bildirmişdir. Bundan sonra Xəyyam polisə şikayət etmişdir. Aparılan araşdırma zamanı bir daha ona məlum olmuşdur ki, ona məxsus təxminən 2.5 ton buğda və 40 ədəd bağlama yonca otu, həmçinin qardaşı Zərərçəkmiş şəxs2 məxsus 1 ton arpanı və 5 baş quzuları qonşusu Təqsirləndirilən şəxs oğurlamış, o, bunları hansı yolla, üsülla, hansı müddətlərdə oğurlamasını görməmiş və məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayonu, Pirdinar kəndində yaşayır. Yaşadığı kənddə təsərrüfatı vardır, hazırda 28 baş qoyun-quzu və 47 baş iribuynuzlu mal-qarası vardır. Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla onunla münasibətləri daima yaxşı olmuşdur. O, 2022-ci ilin iyun ayının ortalarında qurbanlıq baqyramından bir-iki gün əvvəl qoyunlardan və inəklərdən bir neçəsini satmış, tövlədə qalan qoyunları sayarkən 03 baş quzusu olmamışdır. O, həmin 3 baş quzuların itib-itməməsini və ya oğurlanıb-oğurlanmamasını bilmədiyi üçün bu barədə şikayət belə etməmişdir. Daha sonra, yəni 2022-ci ilin iyun ayının sonlarında o, tövlədə qoyunları sayarkən 01 baş quzunun da olmadığını görmüş, həmin xırdabuynuzlu heyvan bir baş təxminən 15-16 kq-lıq ətlik çəkisi, qumral rəngli, 6-7 aylıq erkək quzu olmuşdur. Həmin 01 baş quzunun da itib-itməməsini və ya oğurlanıb-oğurlanmamasını bilmədiyi üçün bu barədə şikayət belə etməmişdir. Daha sonra o, həmin qoyunlardan 23 baş qoyunları da satmış, tövlədə ümumi olaraq 6 baş inəklərdən ibarət iribuynuzlu və 62 baş qoyunlardan ibarət xırda buynuzlu heyvanlar qalmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 07 radələrində təsərrüfatımda olan xırdabuynuzlu heyvanları yemləmək üçün onları tövlənin qarşısına çıxartmış və yemləmişdir. Heyvanları tövləyə salan zaman onları saymağa başlamış və bu zaman 01 baş quzununda olmadığını, cəmi 61 baş qoyunların qalmasını bilmişdir. Həmin xırdabuynuzlu heyvan bir baş təxminən 17-18 kq-lıq ətlik çəkisi, açıq boz rəngli, 6-7 aylıq erkək quzu olmuşdur. Qısa müddətdə 5 baş xırdabuynuzlu heyvanlarımın yoxa çıxmasını qardaşı Şəhriyara bildirdikdən sonra, birlikdə fermanın həyətinə baxmışlar ki, bəlkə ot bağlamaların altında qalıb, beləliklə fermada açıq talvar altında yığdıqları, qardaşı Zərərçəkmiş şəxs1 məxsus ot bağlamaların olduğu yerlərə də baxarkən ot bağlamaların arxa tərəfindən təxminən 40 ədəd bağlama yonca otun olmadığını görmüş, bu zaman qardaşı da ona oğurluq olmasını və şikayət etmək lazım olduğunu bildirmişdir. Onu da qeyd etmişdir ki, həmin fermadan onunla yanaşı qardaşı Zərərçəkmiş şəxs1 da istifadə edir, əsasən fermanın talvar hissəsində yonca ot bağlamaları saxlayır. Bundan sonra o, tövlədən oğurluq olmasını düşünərək bu barədə şikayət etmişdir. Daha sonra o, mal-qaralar aldığı üçün hazırda fermasında 47 baş inəklərdən ibarət iribuynuzlu və 28 baş qoyunlardan ibarət xırdabuynuzlu heyvanları vardır. İribuynuzlu heyvanları tövlədə, xırda buynuzlu heyvanları isə talvar altında saxlayır. Bundan başqa o, tövlənin baş tərəfində yerləşən saxlanc yerində arpa saxlayır, qapısını isə daim örtülü saxlayır, qapı qıfılla bağlı olmurmuş. O, həmin saxlanc yerini arpa ilə doldurmuş, istifadə edərkən isə əkin vaxtı sahələrdə işlətdiyi, lakin kisəsini atmadığı gübrə kisələrinə dolduraraq istifadə edir, həmin kisələrin üzərində yaşıl rəngli dairənin içərisində yaşıl rəngli Azərbaycan Respublikasının xəritəsi vardır. Anbarından arpa oğurlanıb-oğurlanmasından xəbəri olmamış, o zamana qədər ki, qardaşı Zərərçəkmiş şəxs1 məxsus anbardan buğda oğurlanmış və həmin buğda qonşunun həyətindən aşkar edilmişdir. O da gedib axtarıb Təqsirləndirilən şəxs bacısı Sehran Cəfərovanın həyətində, saxlanc yerində ona məxsus qeyd etdiyi nişanlı kisələr olmasını aşkar etmiş və içərisində arpa ilə dolu olmasını bilmiş, həmin kisələrdə olan arpaya da baxarkən isə onun anbarında olan arpa ilə eyni olması ona məlum olmuşdur. Çünki o, “Qarabağ-22” markalı apra sortu əkmiş və həmin arpanı əldə etmiş, bu səbəbdən də arpanı görərkən tanımışdır. O, hesab edir ki, anbarından təxminən 01 ton arpa oğurlanmışdır. Bundan əlavə, qardaşı Zərərçəkmiş şəxs1 fərdi sahibkarlıqla məşğul olur, onun özünə məxsus əkin sahələri var, toxum istehsal edir, əldə etdiyi məsulları isə İsmayıllı rayon Pirdinar kəndində yerləşən özünə məxsus anbarda yığıb saxlayır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Şəhriyar ona anbardan oğurluq olmasını və təxminən 2,5 ton buğda oğurlandığını bildirmişdir. Anbara baxdıqları zaman ona məlum olmuşdur ki, anbarı arxa tərəfindən qayalıq olan hündür hissədən, pəncərə yerindən anbara daxil olunmuş və oradan buğda oğurlanmışdır. Daha sonra birlikdə onun fermasına da baxdıqları zaman qardaşına məxsus ot bağlarından yonca otun da olmadığını görmüşlər. O, həmin taxılın və ot bağlamalarının oğurlanmasında qonşuları Elçin ləqəbi ilə tanınan Təqsirləndirilən şəxs şübhələnmiş, buna görə də Şəhriyar bu barədə polisə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs polisə dəvət etmiş, o, polisdə həmin taxılı özünün oğurladığını etiraf etmişdir. Daha sonra Şəhriyar anbara ətraflıca baxmış və ona bildirmiş ki, Təqsirləndirilən şəxs anbardan təxminən 2.5 ton buğdanı və onun ferma təsərrüfatında saxladığı təxminən 40 ədəd bağlama yonca otunu oğurlamış, bir ədəd yonca ot bağlamasının dəyəri təxminən 5 manat olmaqla cəmi 200 manat dəyərində 40 ədəd yonca ot bağlamasından və bir kq dəyəri təxminən 45 qəpik olmaqla cəmi 1125 manat dəyərində 2.5 tona yaxın buğdadan ibarət məhsulların oğurlanması nəticəsində Zərərçəkmiş şəxs1 təxminən 1325 manat maddi ziyan vurulmuşdur. Bunu Şəhriyar ona demişdir. Aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, ona məxsus məxsus arpanı və quzuları, qardaşı Zərərçəkmiş şəxs1 məxsus anbardan buğda və fermadan yonca ot bağlamalarını qonşusu Təqsirləndirilən şəxs oğurlamış, o, bunları hansı yolla, üsülla, hansı müddətlərdə oğurlamasını görməmiş və məluatı olmamışdır. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, o, Ağsu şəhəri, H.Əliyev prospekti 59 ünvanında ailəsi ilə birgə yaşayır. Fərdi əməklə məşğul olmaqla dolanır. Mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onunla münasibətləri normal deyil, yəni bir o qədər də gediş-gəlişi yoxdur, buna baxmayaraq aralarında heç bir düşmənçilik və ədavət yoxdur. Təqsirləndirilən şəxs 1993-cü il tarixdə mərhum atası İldırım Cəfərovu qətlə yetirmiş və buna görə də həbs edilmişdir. O, 2022-ci ilin avqust ayında, tarixini dəqiq xatırlamadığı günündə yaşadığı Ağsu şəhərindən İsmayıllı rayonunun Pirdinar kəndinə gəlmişdir. Müvəqqəti olaraq Pirdinar kəndində anası və bacısı Sərfinazla birlikdə yaşayır. 2022-ci ilin sentyabr ayının əvvəllərində görmüşdür ki, anasının yaşadığı evə bitişik olan quraqlığın altında olan çəlləklərə buğda var. O, soruşduqda anası həmin buğdanı qardaşı Təqsirləndirilən şəxs alıb gətirib yığdığını bildirmişdir. Bundan sonra o, Cahiddən həmin buğdanı hardan əldə etdiyini soruşduqda o, həmin buğdanı aldığını bildirmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı gündə Xançoban kimi tanıdığı Zərərçəkmiş şəxs1 anasının yaşadığı evin həyətinə gələrək, ona məxsus İsmayıllı rayonunun Pirdinar kəndi ərazisində yerləşən taxıl anbarından buğda oğurlandığını, anbarda olan müşahidə kameralına baxarkən isə Cahidin bunu etdiyini gördüyünü bildirmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus sözü gedən taxıl anbarı anasının evinin yanında, yəni qonşuluqda yerləşir. Bundan sonra Zərərçəkmiş şəxs1 həmin quraqlığa keçərək, çəlləklərin içərisinə baxmış, buğdaları görərək öz buğdasının olduğunu demiş və qardaşı Cahidin ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin taxılın pulunu ödəməyəcəyi təqdirdə onun barəsində şikayət edəcəyini bildirmiş və çıxıb getmişdir. O, qardaşı Cahidin Şəhriyara məxsus anbardan oğurluq etdiyini bildikdən sonra ona “sənə ayıb olsun, oğurluq etmək sən yaşda adama yaraşmaz” demişdir. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları yaşadığı ünvana gələrək baş vermiş oğurluq hadisəsi ilə bağlı izahat verməyindən ötrü onu İsmayıllı RPŞ-yə dəvət etmişlər. O da onlarla birlikdə polis şöbəsinə gəlmiş, onunla sorğu-sual olunmuş və sonra isə o, yaşdığı Ağsu rayonuna qayıtmışdır. Şahid qismində dindirilmiş X2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 2022-ci ilin sentyabr ayının əvvəllərində, tarixini dəqiq xatırlamadığı günündə yaşadığı evə bitişik olan quraqlığın altında olan çəlləklərə buğda yığmışdır. O, əvvəlcə anasından həmin buğdaların hardan gəldiyini soruşduqda anası bilmədiyini, həmin buğdaları Cahidin almasını bildirmişdir. Sonra isə qardaşı Cahiddən həmin buğdanı hardan əldə etdiyini soruşduqda, Cahid həmin buğdanı aldığını bildirmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı gündə qonşuları Zərərçəkmiş şəxs1 anasının yaşadığı evin həyətinə gələrək, ona məxsus İsmayıllı rayonunun Pirdinar kəndi ərazisində yerləşən taxıl anbarından buğda oğurlandığını, anbarda olan müşahidə kameralına baxarkən isə Cahidin bunu etdiyini gördüyünü bildirmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus sözü gedən taxıl anbarı anasının evinin yanında, yəni qonşuluqda yerləşir. Bundan sonra Zərərçəkmiş şəxs1 həmin quraqlığa keçərək, çəlləklərin içərisinə baxmış, buğdaları görərək öz buğdasının olduğunu demiş, həmçinin taxılın pulunu ödəməyəcəyi təqdirdə onun barəsində şikayət edəcəyini bildirmiş və çıxıb getmişdir. Həmin ərəfədə digər qardaşı Şahid1 da evlərinə müvəqqəti qonaq gəlmiş və onlarla qamışdır. Vaqif həmin vaxtı Cahidin Şəhriyara məxsus anbardan oğurluq etdiyini bildikdən sonra ona “sənə ayıb olsun, oğurluq etmək sən yaşda adama yaraşmaz” deyə bildirmişdir. Cahid isə oğurladığını etiraf etməyərək guya haradansa aldığını demişdir. Daha sonra polis əməkdaşları yaşadıqları ünvana gələrək baş vermiş oğurluq hadisəsi ilə bağlı Cahidi polis şöbəsinə aparmışlar. Daha sonra polis əməkdaşları gəlib evlərinin quraqlıq hissəsinə baxış keçirmiş, orada yerləşən çəlləklərdən buğdalar kisə torbalara yığılmış, təxminən 7 ədəd kisə torba dolusu taxıl aşkarlanmış, polis əməkdaşları tərəfindən protokollaşdırılaraq götürülmüşdür. Aparılan araşdırma zamanı bilmişdir ki, Cahid Zərərçəkmiş şəxs1 məxsus taxıl anbarından təxminən 2.5 ton buğda və təxminən 40 ədəd bağlama yonca ot oğurlamış, eyni zamanda Cahid Zərərçəkmiş şəxs2 məxsus fermadan da təxminən bir ton arpa və təxminən 5 baş qoyun oğurlamışdır. Lakin o, Cahidin konkret olaraq haradan və nə oğurlamasını görməmiş, bundan məlumatsız olmuşdur. Şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 2022-ci ilin sentyabr ayında, tarixini dəqiq xatırlamadığı günündə yaşadığı evə bitişik olan quraqlığın altında olan çəlləklərə buğda yığılmışdır. O, Cahiddən həmin buğdanı hardan əldə etdiyini soruşduqda, Cahid həmin buğdanı aldığını bildirmişdir. Qızı Sərfinaz da buğda olmasını ondan soruşduqda o, Cahidin deməsinə əsaslanaraq onun almasını bildirmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı gündə qonşuları Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə gələrək, ona məxsus İsmayıllı rayonunun Pirdinar kəndi ərazisində yerləşən taxıl anbarından buğda oğurlandığını, anbarda olan kameralara baxarkən isə Cahidin bunu etdiyini gördüyünü bildirmişdir. Bildirmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus sözü gedən taxıl anbarı evinin yanında, yəni qonşuluqda yerləşir. Bundan sonra Zərərçəkmiş şəxs1 həmin quraqlığa keçərək, çəlləklərin içərisinə baxmış, buğdaları görərək öz buğdasının olduğunu demiş və oğlu Cahidin ünvanına nalayiq ifadələr işlətmiş, həmçinin taxılın pulunu ödəməyəcəyi təqdirdə onun barəsində şikayət edəcəyini bildirmiş və çıxıb getmişdir. Həmin ərəfədə digər oğlu Şahid1 da evlərinə müvəqqəti qonaq gəlmiş və onlarla qalmışdır. Vaqif həmin vaxtı Cahidin Şəhriyara məxsus anbardan oğurluq etdiyini bildikdən sonra ona “sənə ayıb olsun, oğurluq etmək sən yaşda adama yaraşmaz” deyə bildirmişdir. Cahid isə oğurladığını etiraf etməyərək guya haradansa aldığını demişdir. Daha sonra polis əməkdaşları yaşadıqları ünvana gələrək baş vermiş oğurluq hadisəsi ilə bağlı Cahidi polis şöbəsinə aparmışlar. Daha sonra polis əməkdaşları gəlib evinin quraqlıq hissəsinə baxış keçirmiş, orada yerləşən çəlləklərdən buğdalar kisə torbalara yığılmış, təxminən 7 ədəd kisə torba dolusu taxıl aşkarlanmış, polis əməkdaşları tərəfindən protokollaşdırılaraq götürülmüşdür. Aparılan araşdırma zamanı bilmişdir ki, Cahid Zərərçəkmiş şəxs1 məxsus taxıl anbarından təxminən 2.5 ton buğda və təxminən 40 ədəd bağlama yonca ot oğurlamış, həmçinin Cahid Zərərçəkmiş şəxs2 məxsus fermadan da təxminən bir ton arpa və təxminən 5 baş qoyun oğurlamışdır. Lakin o, Cahidin konkret olaraq haradan və nə oğurlamasını görməmiş, bundan məlumatsız olmuşdur. Şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 2022-ci ilin sentyabr ayında, tarixini dəqiq xatırlamadığı günündə evdə olarkən anasının yaşadığı evə bitişik olan quraqlığın altında olan çəlləklərə buğda olmasını görmüş, anasından həmin buğdaların hardan gəldiyini soruşduqda anası həmin buğdaları Cahidin almasını bildirmişdir. Sonra isə qardaşı Cahiddən həmin buğdanı hardan əldə etdiyini soruşduqda, Cahid həmin buğdanı aldığını bildirmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı gündə qonşuları Zərərçəkmiş şəxs1 anasının yaşadığı evin həyətinə gedərək mübahisə etməsini eşitmiş, onlara yaxınlaşdıqda isə Şəhriyarın Cahid ilə mübahisə etməsini, həmçinin ona məxsus İsmayıllı rayonunun Pirdinar kəndi ərazisində yerləşən taxıl anbarından buğda oğurlandığını, anbarda olan müşahidə kameralına baxarkən isə Cahidin bunu etdiyini gördüyünü demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 həmin quraqlığa keçərək, çəlləklərin içərisinə baxmış, buğdaları görərək öz buğdasının olduğunu demiş, həmçinin taxılın pulunu ödəməyəcəyi təqdirdə onun barəsində şikayət edəcəyini bildirmiş və çıxıb getmişdir. Həmin ərəfədə digər qardaşı Şahid1 da evlərinə müvəqqəti qonaq gəlmiş və onlarla qalmışdır. Vaqif həmin vaxtı Cahidin Şəhriyara məxsus anbardan oğurluq etdiyini bildikdən sonra ona “sənə ayıb olsun, oğurluq etmək sən yaşda adama yaraşmaz” deyə bildirmişdir. Cahid isə oğurladığını etiraf etməyərək guya haradansa aldığını demişdir. Daha sonra polis əməkdaşları yaşadıqları ünvana gələrək baş vermiş oğurluq hadisəsi ilə bağlı Cahidi polis şöbəsinə aparmışlar. Daha sonra polis əməkdaşları gəlib anasının evinin quraqlıq hissəsinə baxış keçirmiş, orada yerləşən çəlləklərdən buğdalar kisə torbalara yığılmış, təxminən 7 ədəd kisə torba dolusu buğda aşkarlanmış, polis əməkdaşları tərəfindən protokollaşdırılaraq götürülmüşdür. Daha sonra Xəyyam onun yaşadığı evə gələrək Cahidin ona arpa verməsini bildirmişdir. O isə Xəyyama həyətdə olan köhnə hamamda təxminən 4 kisə torbada arpa olmasını və baxa biləcəyini bildirmişdir. Xəyyam gəlib arpalara baxarkən arpa kisələrinin və həmçinin içərisində olan arpaların ona məxsus olmasını bildirmiş və ondan haradan gətirdiyini soruşmuşdur. O isə həmin arpaları Cahidin gətirib həmin yerdə yığmasını, Cahidin aldığını və saxlamağını deməsini bildirmişdir. Daha sonra polis əməkdaşları gələrək həmin köhnə hamama baxış keçirmiş, həmin 4 ədəd kisə torbalarda olan arpa protokollaşdırılaraq götürülmüşdür. O aparılan araşdırma zamanı bilmişdir ki, Cahid Zərərçəkmiş şəxs1 məxsus taxıl anbarından təxminən 2.5 ton buğda və təxminən 40 ədəd bağlama yonca ot oğurlamış, həmçinin Cahid Zərərçəkmiş şəxs2 məxsus fermadan da təxminən bir ton arpa və təxminən 5 baş qoyun oğurlamışdır. Lakin o, Cahidin konkret olaraq haradan və nə oğurlamasını görməmiş, bundan məlumatsız olmuşdur. Şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, İsmayıllı rayon Pirdinar kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus təsərrüfat sahəsində fəhlə kimi işləmişdir. 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 məxsus taxıl anbarında buğdaları kisə torbalara yığmaqla məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə anbara daxil olaraq buğdalar kisə torbalara yığdığı ərəfədə, anbarın arxa tərəfində pəncərə hissəsi tərəfdə buğdaların üzərində batıq izlər olmasını və buğdanın pəncərə səviyyəsindən aşağı olmasını görmüş, həmin vaxtı Zərərçəkmiş şəxs1 zəng edərək bu barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs1 da bu barədə polisə şikayət etdiyi üçün polis əməkdaşları gəlib araşdırma aparmış, anbara baxış keçirilərək protokol tərtib olunmuş, o və həmçinin həmin günü anbada fəhlə kimi işləmək üçün gəlmiş Şahid2 həmin prosesdə hal şahidi kimi iştirak edərək protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. O, aparılan araşdırma zamanı bilmişdir ki, Cahid Zərərçəkmiş şəxs1 məxsus taxıl anbarından təxminən 2.5 ton buğda və təxminən 40 ədəd bağlama yonca ot oğurlamış, eyni zamanda Cahid Zərərçəkmiş şəxs2 məxsus fermadan da təxminən 1 ton arpa və təxminən 5 baş qoyun oğurlamışdır. Lakin o, Cahidin konkret olaraq haradan və nə oğurlamasını görməmiş, bundan məlumatsız olmuşdur. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində X4 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 11 avqust 2022-ci il tarixli protokoldan görünür ki, İsmayıllı rayonu Pirdinar kəndində yerləşən, Zərərçəkmiş şəxs2 məxsus anbarda baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi anbar 10 m * 22 m ölçüdə olmaqla ümumi sahəsi 220 m2 təşkil edir. Həmin anbarın mişar daşlarından tikilməsi müşahidə edilmişdir. Anbarın dam hissəsi metal materialdan hazırlanmaqla hər iki tərəfdən açıq vəziyyətdədir və ot bağlamalarının qoyulması məqsədi daşıyır. Anbarın 2 giriş qapısı vardır. Giriş qapısı taxta materialdan olmaqla kənar çərçivələri metal materialdan hazırlanmışdır. Vət. Zərərçəkmiş şəxs2 tövlənin giriş qapısından daxilini göstərərək müraciətində qeyd etdiyi 1 baş dişi cinsdən xırdabuynuzlu heyvanının yem vermək üçün nəzərdə tutulan hissədən oğurlandığını qeyd etdi. Baxış zamanı anbarın giriş qapılarında və digər hissələrində hər hansı sındırma və kənar müdaxilə əlamətləri aşkar edilmədi. Baxış zamanı hər hansı sübut əhəmiyyəti kəsb edən iz, əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, İsmayıllı rayonu Pirdinar kəndində yerləşən, vət. Zərərçəkmiş şəxs2 məxsus ferma təsərrüfatı sahəsində baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə təkrar baxış keçirilmiş, baxış zamanı oğurluq hadisəsinin İsmayıllı rayon Pirdinar kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus ferma təsərrüfatı sahəsində baş verməsi, həmin ferma təsərrüfatı sahəsinin sonuncuya məxsus fərdi yaşayış sahəsinin ərazisində yerləşməsi, fərdi yaşayış sahəsi ilə dəmir lövhələrlə çəpərlənmiş çəpərlə ayrılması və girşçıxış üçün giriş qapının olması, ferma təsərrüfatı sahəsinin əsas giriş hissəsinin bir başa kəndin yolunda yerləşməsi, ətrafının setka çəpərlə əhatələnməsi, ferma təsərrüfatına giriş hissədə dəmir löhvələrdən düzəldilmiş təxminən 1 metr hündürlükdə iki lövhəli qapıların yerləşməsi, həmin giriş qapıdan daxil olduqda ferma təsərrüfatı sahəsində dəmir konstrüksiya ilə qurularaq inşa edilmiş, üzəri dəmir şiferlə bağlı, lakin ətrafı açıq olan hündür talvar hissəsinin terləşməsi, həmin talvar hissədə ot bağlamamların və ətrafı dəmir löhvələrlə bağlı olan fırda həcimli yerlərin olması, həmin talvar hissə ilə bərabər sol tərəfdə ətrafı mişar daşları ilə inşa edilmiş, üzəri dəmir şiferlə örtülmüş tövlənin yerləşməsi, həmin tövlənin uzunluğunun 25 metr olması, ətrafında kiçik həcmli havalandırma pəncərələrinin və giriş üçün dəmir lövhədən düzəldilmiş qapı olması, tövlənin dam hissəsində ot başlamalarının olması və içərisinin isə mal-qara saxlanılması üçün yerlərin və malqaraların olması, həmçinin tövlənin baş tərəfində isə giriş qapısı dəmir lövhə ilə inşa edilmiş iki laylı qapının yerləşməsi, qapı açıldıqda isə içəridə taxıl məsulları yığılması üçün nəzərdə tütülmuş anbarın və içərisində isə arpa taxıl məsullarının, həmçinin içi dolu və boş kisə torbaların olması müşahidə olundu. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 əvvəlcə həmin ferma təsərrüfatı sahəsinin giriş hissəsini, təsərrüfatın həyətini, həyətdə yerləşən talvar hissəsini və fermanı göstərərək həmin ferma təsərrüfatı sahəsindən oğurluq olmasını, xırdabuynuzlu heyvanlar həmin tövlədə və arpadan ibarət dəni isə həmin fermanın baş tərəfində anbarda saxladığını, fermada saxladığı 5 baş xırda buynuzlu (qoyun) heyvanlarının və fermanın baş hissəsində yerləşən anbardan isə təxminən 1 ton arpadan ibarət taxıl məsullarının oğurlanmasını bildirdi. Baxış zamanı həmin təsərrüfat sahəsində yerləşən fermadan 5 ədəd qoyunlardan ibarət xərdabuynuzlu heyvanların və həmin tövlənin baştərəfində yerləşən dən yığılması üçün istifadə edilən anbar hissəsindən təxminən 1 ton arpadan ibarət taxıl məhsulunun oğurlanması məlum olmuşdur. Baxış zamanı hər hansı sübut əhəmiyyəti kəsb edən iz, əşya və ya predmet aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 03 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, İsmayıllı rayonu Pirdinar kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus anbarda baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus anbar İsmayıllı rayonunun Pirdinar kəndində yerləşir. Anbar mişar daşı ilə hörülmüşdür. Anbarın uzunluğu 40 metr, eni 20 metr, hündürlüyü isə 6,80 metrdir. Anbarın giriş qapısı dəmir materialdan hazırlanmışdır və qıfılla bağlanır. Anbarın arxa tərəfində 2 ədəd yan tərəflərində isə hər birində 8 ədəd pəncərə yerləri var. Zərərçəkmiş şəxs1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə, səhər saatlarında anbara getmiş, anbara daxil olduqda isə onda anbardan oğurluq olması barədə şübhələr yaranmışdır. O, anbara baxmış və anbarın arxa tərəfindən naməlum şəxs və ya şəxslərin anbara daxil olduğunu bilmiş və anbarın arxa tərəfində yığılmış buğdaya baxarkən oradan təqribən 2,5 ton buğdanın oğurlandığını görmüşdür. O, bu səbəbdən DİN-in 102 xidmətinə məlumat vermiş və bir qədər sonra əraziyə polis əməkdaşları gəlmişdir. Baxış zamanı hər hansı sübut əhəmiyyəti kəsb edən iz, əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. Təqdim edilən əşyalara baxış keçirilməsi haqqında 04 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs təqdim etdiyi taxıl məhsulu hesab edilən buğdadır. Həmin buğda məhsulu Təqsirləndirilən şəxs yaşadığı evə bitişik saxlanc yerində yerləşən dəmir çəlləklərin və taxta fənərkə materialından düzəldilmiş saxlama anbarının içərisində saxlanılır. Baxış zamanı həmin yerdə 02 ədəd dəmir çəlləklər dairəvi formalı və hündür, 01 ədəd taxta fənərkə materialından düzəldilmiş saxlama anbarı isə dörd bucaqlı formalı, ətrafı fənərkə ilə bağlı və ağızlıq hissəsi olan hündür və geniş saxlama anbarıdır. Baxış zamanı aşkar edilmiş həmin buğda məhsulları kisələrə yığıldı və çəkildi. Baxış zamanı buğda məhsulları cəmi 7 ədəd kisələr yığıldı, həmin kilələrə yığılmış buğda məsulları bir-bir tərəzidə çəkildi, həmin kisələrin birincisi 56 kq, ikincisi 55.6 kq, üçüncüsü 56.9 kq, dördüncüsü 55.8 kq, beşincisi 62.2 kq, altıncısı 56.8 və yeddincisi 49.4 kq olmaqla ümumi 392.7 kq buğda aşkar edildi. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin buğda məsullarını Zərərçəkmiş şəxs1 məxsus anbardan oğurladığını, gətirib həmin yerdə saxladığını, buğda məhsullarının bir qismini istifadə etdiyini, qalan hissəsini isə hazırda təqdim etdiyini bildirdi. Baxış zamanı həmin buğda məhsulları iş üçün əhəmiyyət kəsb etdiyindən və maddi sübut hesab olunduğundan bir kiloqramının dəyərini müəyyən etmək məqsədilə elə kişələrdə qablaşdırılaraq götürülmüşdür. Təqdim etdilmiş əşyalara baxış keçirilən zaman fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Təqdim edilən əşyalara baxış keçirilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, X1 təqdim etdiyi əşyalara baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, X1 təqdim etdiyi taxıl məhsulu hesab edilən arpadır, həmin buğda məhsulu Sehran Cəfərovanın yaşadığı ünvanda, həyətdə yerləşən, saxlanc yeri hesab edilən köhnə hamam kimi istifadə edilmiş tikilidə saxlanılır. Baxış zamanı həmin saxlanc yeri kimi istifadə edilən anbardan 04 ədəd kisə torbalar aşkar edildi, həmin kisə torbalardan 03 ədədi üzərində “NİTROEN: 46.3%” yazısı və yaşıl rəngli dairə və dairə içərisində Azərbaycan Respublikasının yaşıl rəngli xəritəsi və 01 ədəd kisə torbanın üzərində isə “Karmen əla növ un” yazıları yazılması və digər yazıların isə solmuş olması müşahidə edirdi. Həmin kisə torbaların ağzı açıldıqda isə içərilərində arpalardan ibarət taxıl məsulları olması müəyyən olundu. Baxışda iştirak edən X3 həmin taxıl məxullarını qardaşı Təqsirləndirilən şəxs gətirib yığmasını və orada saxlamasını bildirərək və həmin arpadan ibarət taxıl məhsulunu istintaqa təqdim etdi. Həmçinin baxışda iştirak edən Zərərçəkmiş şəxs2 həmin kisələrdə olan arpalardan ibarət taxıl məsullarının ona məxsus olmasını, üzərində yaşıl rəngli dairə və dairə içərisində Azərbaycan Respublikasının yaşıl rəngli xəritəsi olan kisə torbaların ona məxsus olmasını, əkində istifadə etdiyi gübrə üzvi maddələrin kisələri olmasını, kisələri boşaltdıqdan sonra təmizləyib və içərisinə arpa yığıb saxlamasını bildirdi. Baxış zamanı aşkar edilmiş həmin arpa məhsulları kisələrdə bir-bir tərəzidə qoyularaq çəkildi, həmin kisələrin birincisi 48.6 kq, ikincisi 49.7 kq, üçüncüsü 52.5 kq və dördüncüsü 53.2 kq olmaqla ümumi 204 kq arpa olması məlum oldu. Baxış zamanı həmin arpa məhsulları iş üçün əhəmiyyət kəsb etdiyindən və maddi sübut hesab olunlduğundan bir kiloqramının dəyərini müəyyən etmək məqsədilə elə kişələrdə qablaşdırılaraq götürüldü. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya və ya vasitə aşkar edilmədi və götürülməmişdir. Təqdim etdilmiş əşyalara baxış keçirilən zaman fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 fevral 2023-cü il tarixli 9/605 №-li rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən tədqiqat obyektlərinin 2022-ci ilin iyun-sentyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 10600.00 manat müəyyən edilir. O cümlədən, 01 baş, təxminən 16-17 kq ət çıxarı olan, qara rəngli, 6-7 aylıq dişi quzu – 240.00 manat; 01 baş təxminən 15-16 kq ət çıxarı olan, qumral rəngli, 6-7 aylıq erkək quzu – 240.00 manat; 01 baş təxminən 15-16 kq ətlik çəkisi olan, boz rəngli, 6-7 aylıq dişi quzu – 230.00 manat; 01 baş təxminən 17-18 kq ət çıxarı olan, açıq boz rəngli, 6-7 aylıq erkək quzu – 260.00 manat; 01 ton arpa – 450.00 manat; 40 bağlama yonca – 180.00 manat (40*4.50); 18 ton buğda – 9000.00 manat (18.000*0.50) müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-psixatrik ekspertizasının 17 noyabr 2022-ci il tarixli 700 №-li rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (İsmayıllı MRX PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz olması, tez qıcıqlanması, xırda qıcığa nevrotik tipli cavab reaksiyası ilə cavab verməsi, mülahizə və mühakimələrinin bir qədər səthiliyi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin primitivliyi) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə idarə etmək etmək iqtidarındadır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun əməlində həmin cinayətlərin tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmişlər və şahidlərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə, dəqiq saatı istintaqa məlum olmayan vaxtda, özünün deməsinə görə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı rayonunun Pirdinar kəndində yerləşən, ətrafı dəmir setka ilə hasarlanmış ferma təsərrüfatı sahəsinin saxlanc yeri hesab olunan həyətinə giriş qapısından qanunsuz daxil olaraq heyvanlar saxlanılan tövlənin qarşısına gəlmiş, öz cinayətkar niyyətini davam etdirərək qanunsuz olaraq saxlanc yeri hesab olunan tövlənin örtülü qapısını açıb içəri daxil olmaqla oradan 1 baş, təxminən 16-17 kiloqram ət çıxarı olan, qara rəngli, 6-7 aylıq, dəyəri 240 manat təşkil edən dişi quzu, 1 baş, təxminən 15-16 kiloqram ət çıxarı olan, boz rəngli, 6-7 aylıq, dəyəri 215 manat təşkil edən dişi quzu və 1 baş, təxminən 15-16 kiloqram ət çıxarı olan, boz rəngli, 6- 7 aylıq, dəyəri 215 manat təşkil edən dişi quzudan ibarət cəmi 3 baş xırdabuynuzlu heyvanları qəsdən gizli olaraq talayıb apararaq Zərərçəkmiş şəxs2 ümumilikdə 670 (altı yüz yetmiş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixə keçən gecə, dəqiq saatı istintaqa məlum olmayan vaxtda, özünün deməsinə görə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı rayonunun Pirdinar kəndində yerləşən, ətrafı dəmir setka ilə hasarlanmış ferma təsərrüfatı sahəsinin saxlanc yeri hesab olunan həyətinə giriş qapısından qanunsuz daxil olaraq heyvanlar saxlanılan tövlənin qarşısına gəlmiş, öz cinayətkar niyyətini davam etdirərək qanunsuz olaraq saxlanc yeri hesab olunan tövlənin örtülü qapısını açıb içəri daxil olmaqla oradan Zərərçəkmiş şəxs2 məxsus 1 baş, təxminən 15-16 kiloqram ət çıxarı olan, qumral rəngli, 6-7 aylıq, dəyəri 240 manat təşkil edən erkək quzudan ibarət xırdabuynuzlu heyvanı çıxararaq, sonra isə həmin ferma təsərrüfatı sahəsinin saxlanc yeri hesab olunan həyətində yerləşən talvar hissəsinə yaxınlaşıb açıq talvarın altına yığılmış, Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 məxsus 1 ədədinin dəyəri 4,5 manat təşkil edən cəmi 180 manat dəyərində 40 ədəd bağlama yonca otu hissə-hissə götürərək aparmaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 240 (iki yüz qırx) manat, Zərərçəkmiş şəxs1 180 (yüz səksən) manat olmaqla, ümumilikdə iki zərərçəkmiş şəxsə 420 (dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurub təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixə keçən gecə, dəqiq saatı istintaqa məlum olmayan vaxtda, özünün deməsinə görə təxminən saat 03 radələrində Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı rayonunun Pirdinar kəndində yerləşən, ətrafı dəmir setka ilə hasarlanmış ferma təsərrüfatı sahəsinin saxlanc yeri hesab olunan həyətinə giriş qapısından qanunsuz daxil olaraq heyvanlar saxlanılan tövlənin qarşısına gəlmiş, öz cinayətkar niyyətini davam etdirərək qanunsuz olaraq saxlanc yeri hesab olunan tövlənin örtülü qapısını açıb içəri daxil olmaqla oradan 1 baş, təxminən 17-18 kiloqram ət çıxarı olan, açıq boz rəngli, 6-7 aylıq, dəyəri 260 manat təşkil edən erkək quzudan ibarət xırdabuynuzlu heyvanı çıxararaq, sonra isə həmin ferma təsərrüfatı sahəsinin baş tərəfində yerləşən saxlanc yeri hesab olunan taxıl anbarının qarşısına gəlib örtülü qapısını açmaq yolu ilə qanunsuz olaraq içəri daxil olaraq oradan 1 kiloqramının dəyəri 45 qəpik təşkil edən cəmi 450 manat dəyərində 1 ton arpanı həmin anbarda olan boş kisələrə yığıb hissə-hissə götürərək aparmaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 710 (yeddi yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, təxminən saat 21 radələrindən xx.xx.2022-ci il tarixə, təxminən saat 05 radələrinədək olan müddət ərzində, dəqiq saatları istintaqa məlum olmayan vaxtlarda İsmayıllı rayonunun Pirdinar kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab olunan taxıl yığılması üçün istifadə olunan anbara yaxınlaşıb, anbarın arxa tərəfinə keçərək qayalıq hissə ilə paralel olan, çərçivəsi və şüşəsi olmayan anbarın pəncərə hissəsinə taxta fanerkadan dirək atmaqla və üzərindən hərəkət etməklə pəncərə hissəsindən keçib qanunsuz olaraq saxlanc yeri hesab olunan həmin anbarın içərisinə daxil olmuş və oradan 1 kiloqramının dəyəri 50 qəpik təşkil edən cəmi 1250 manat dəyərində 2,5 ton buğdanı həmin anbarda olan boş kisələrə yığıb hissə-hissə daşıyıb çıxararaq aparmaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1250 (min iki yüz əlli) manat məbləğində ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəməklə onlarla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İsmayıllı RİHB-nin Kəlbənd kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Pirdinar kəndində yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon X5 Hüququlu şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PHŞ/647- 2-2022-350 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdə saat 17:35-də şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 05 sentyabr 2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 17:15-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, 04 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Pirdinar kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan cəmi 7 ədəd kisə torbalarda qablaşdırılmış, birinci kisə torbada 56 kq, ikinci kisə torbada 55.6 kq, üçüncü kisə torbada 56.9 kq, dördüncü kisə torbada 55.8 kq, beşinci kisə torbada 62.2 kq, altıncı kisə torbada 56.8 və yeddinci kisə torbada 49.4 kq olmaqla ümumi 392.7 kq buğdadan ibarət taxıl məhsullarının Zərərçəkmiş şəxs1, cəmi 4 ədəd kisə torbalarda qablaşdırılmış, birincisi tisə torbada 48.6 kq, ikincisi kisə torbada 49.7 kq, üçüncüsü kisə torbada 52.5 kq və dördüncüsü kisə torbada 53.2 kq olmaqla ümumi 204 kq arpadan ibarət taxıl məhsullarının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 03 sentyabr 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 02(iki) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Pirdinar kəndindəki evi tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət qeydiyyatda olduğu yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan cəmi 7 ədəd kisə torbalarda qablaşdırılmış, birinci kisə torbada 56 kq, ikinci kisə torbada 55.6 kq, üçüncü kisə torbada 56.9 kq, dördüncü kisə torbada 55.8 kq, beşinci kisə torbada 62.2 kq, altıncı kisə torbada 56.8 və yeddinci kisə torbada 49.4 kq olmaqla ümumi 392.7 kq buğdadan ibarət taxıl məhsullarının Zərərçəkmiş şəxs1, cəmi 4 ədəd kisə torbalarda qablaşdırılmış, birincisi tisə torbada 48.6 kq, ikincisi kisə torbada 49.7 kq, üçüncüsü kisə torbada 52.5 kq və dördüncüsü kisə torbada 53.2 kq olmaqla ümumi 204 kq arpadan ibarət taxıl məhsullarının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar