Məhkəmə qərarları › İş №1(037)-18/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-18/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-18/2024 30.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 30 may 2024-cü il tarixdə saat 10:32-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1975-ci ildə İsmayıllı rayonu Əhən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, İsmayıllı rayonunun Əhən kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində nömrəsiz fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs ilə 2022-ci ilin iyun-iyul aylarında, dəqiq tarixi müəyyən edilməyən gündə İsmayıllı rayonunun Lahıc qəsəbəsinin ərazisində təsadüfən rastlaşaraq sonuncunun idarə etdiyi “VAZ 21214” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşib İsmayıllı şəhəri istiqamətində gedərkən aralarında apardıqları söhbət zamanı Zərərçəkmiş şəxs əvvəllər 2-ci dərəcəli əlil kimi əmək pensiyası aldığını və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əmək pensiyasının son müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişinin dayandırıldığını öyrəndikdən sonra sonuncunun ona olan inamından və etibarından sui-istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə o, Zərərçəkmiş şəxs 6000 (altı min) manat pul müqabilində öz əlaqələrindən istifadə edərək sonuncunu yenidən 2-ci qrup əlil kimi əmək pensiyasına çıxara biləcəyini və buna real imkanlarının olduğunu yalandan deyərək aldadıb inandırmaqla, həmin məbləğdə pulu imkan etdikcə ona hissə-hissə ödəmək barədə aralarında razılığa gəldikdən sonra o, öz cinayətkar niyyətini həyata keçrərək xx.xx.2022-ci il tarixdə İsmayıllı rayonunun Tircan kəndinin ərazisində “Sərhəd market”in yanında Zərərçəkmiş şəxs məxsus “VAZ 21214” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncunun ona verdiyi 300 (üç yüz) manat məbləğində pulu, 2022-ci ilin avqust ayında, dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı şəhərinin N.Nərimanov küçəsində, “Bolluq market” adlanan dükanın yaxınlığında Zərərçəkmiş şəxs qohumu Şahid2 vasitəsi ilə ona göndərdiyi 300 (üç yüz) manat məbləğində pulu, 2022-ci ilin avqust ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı şəhərinin H.Əliyev prospektində, mərkəzi bazarın qarşısında Zərərçəkmiş şəxs ona verdiyi 300 (üç yüz) manat məbləğində pulu, 2022-ci ilin avqust ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı rayonunun Əhən kəndində Zərərçəkmiş şəxs ona verdiyi 500 (beş yüz) manat məbləğində pulu, 2022-ci ilin avqust ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı rayonunun Təzəkənd kəndinin ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarında Zərərçəkmiş şəxs ona verdiyi 250 (iki yüz əlli) manat məbləğində pulu, 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı rayonunun Namazgah kəndinin ərazisində Zərərçəkmiş şəxs ona verdiyi 200 (iki yüz) manat məbləğində pulu, 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlim olmayan gündə İsmayıllı rayonunun Lahıc qəsəbəsinin ərazisində yerləşən X4 bölməsinin yaxınlığında Zərərçəkmiş şəxs məxsus “VAZ 21214” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncunun ona verdiyi 700 (yeddi yüz) manat məbləğində pulu, 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlim olmayan gündə İsmayıllı rayonunun Tircan kəndinin ərazisində “Sərhəd market” adlanan dükanın yaxınlığında Zərərçəkmiş şəxs məxsus “VAZ 21214” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncunun ona verdiyi 1500 (min beş yüz) manat məbləğində pulu, 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlim olmayan gündə İsmayıllı rayonunun Tircan kəndinin ərazisində, “Sərhəd market” adlanan dükanının yaxınlığında Zərərçəkmiş şəxs məxsus “VAZ 21214” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncunun ona vediyi 1000 (min) manat məbləğində pulu, 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı rayonunun Əhən kəndinin ərazisində Zərərçəkmiş şəxs ona verdiyi 260 (iki yüz altmış) manat məbləğində pulu, 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı şəhərinin H.Əliyev prospektində, mərkəzi bazarın yaxınlığında Zərərçəkmiş şəxs ona verdiyi 200 (iki yüz) manat məbləğində pulu, 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı rayonunun Əhən kəndinin ərazisində Zərərçəkmiş şəxs ona verdiyi 100 (yüz) manat məbləğində pulu və sonuncu dəfə 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı rayonunun Əhən kəndinin ərazisində Zərərçəkmiş şəxs kürəkəni Şahid1 ilə görüşərək sonuncunun ona verdiyi Zərərçəkmiş şəxs məxsus 100 (yüz) manat məbləğində pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə özgənin ümumilikdə xeyli miqdar təşkil edən 5710 (beş min yeddi yüz on) manat məbləğində pulunu ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, İsmayıllı rayonu Əhən kəndində qeydiyyatda olsa da Bakı şəhəri, Qaradağ rayonu Müşviqabad qəsəbəsində nömrəsiz evdə yaşayır. Zərərçəkmiş şəxs əvvəllər tanımış, onunla münasibəti yaxşı olmuşdur. 2022-ci ilin iyun ayının əvvəllərində İsmayıllı rayonu Əhən kəndində bibisinin hüzr mərasimindən çıxıb Ağsu rayonuna getmək üçün İsmayıllı rayonu Lahıc qəsəbəsinə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə İsmayıllı şəhəri istiqamətində getdiyini görmüş, o, Nadirə İsmayıllı şəhərinə gedəcəyi təqdirdə onu da yoladək aparmağı xahiş etmişdir. Nadir razılaşaraq onu avtomobilinə götürmüş və o, Nadirin avtomobilin qabaq oturacağına əyləşmişdir. Yol boyu Nadir dolanışığın ağır olduğunu, 2-ci qrup əlilliyə görə ona təyin edilmiş təqaüdünün kəsildiyini bildirmişdir. O, Nadirə söhbət zamanı yalandan pensiyaya çıxarmaq istəyən şəxsləri təkrar həkim komissiyasına salaraq pensiyaya çıxarda bildiyini demişdir. Əslində isə onun əsl məqsədi Nadiri aldadıb pulunu ələ keçirmək olmuşdur. Nadir ondan bu məsələnin hansı qiymətə başa gələcəyini soruşduqda o, Nadirə 10000 manata düzələcəyini demişdir. Nadir ona mobil nömrələrini vermiş, o da Nadirə özünün istifadəsində olan mobil nömrəsini vermişdir. Nadir onu Muğanlı-İsmayıllı yolunun kənarında “Sərhəd market”in yanında düşürtmüşdür. 2022-ci ilin iyul ayının ortalarında Nadir ona zəng edib pensiya işini maraqlanıb-maraqlanmadığını soruşmuşdur. O, Nadirə hələki maraqlana bilmədiyini, başının qarışıq olduğunu, şəxsiyyət vəsiqəsinin və xəstəlik epikrizini ona verməyini, onu pensiyaya çıxarda biləcəyini demişdir. Nadir şəxsiyyət vəsiqəsini və xəstəliyi barədə epikrizi 2022-ci ilin iyul ayında dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı rayonu Tircan kəndi ərazisində yerləşən “Sərhəd market”in yanında ona vermiş və o, həmin sənədləri aldıqdan sonra guya onun adını sosial bazada yoxladacağımı demişdir. Nadir mobil telefon əlaqəsi zamanı ona 10000 manat pulu hissəhissə düzəldib ona verəcəyini, pulu bötüv şəkildə verməyə imkanın olmadığını demişdir. 2022-ci ilin avqust ayının əvvəllərində o, Nadirə zəng edərək pensiya işinə görə ona pul verməyini demişdir. Həmin gün Sərhəd marketin yanında Nadirlə görüşmüş, Nadirə məxsus şəxsiyyət vəsiqəsini və ona aid epikrizi özünə qaytarmışdır. Nadir üzərində 80 manat pul olduğunu deyib ona vermiş, pulu olduqca-olduqca hissə-hissə verəcəyini demişdir. Təxminən bir həftədən sonra Nadirə zəng edərək İsmayıllı şəhərinə gəldiyini və ona pul verməyini demişdir. Nadir onunla görüşmək Bəhruz adlı şəxsi göndərmiş və Bəhruz ona 300 manat pul vermişdir. O, pulu alaraq Bakı şəhərinə getmiş, bir həftə sonra Nadirlə əlaqə saxlayıb Lahıc qəsəbəsində olduğunu, onu Əhən kəndinə aparmağını demişdir. Nadir Lahıc qəsəbəsində onunla görüşmüş və onu Əhən kəndinə aparmışdır. Yolda Nadir ona pensiya işini həll etmək pul verəcəyini demişdir. Əhən kəndində Nadir ona 500 manat pul vermiş, bundan 15-20 gün sonra tanımadığı şəxsin idarə etdiyi avtomobillə İsmayıllı rayonu Təzəkənd kənd yoluna gəlmiş və orada Nadirlə görüşüb ondan təkrar 1500 manat pulu almışdır. 2022-ci ilin sentyabr ayında Nadirə zəng edərək Əhən kəndində olduğunu və pensiya işinə görə ona əlavə pul verməyini demişdir. Nadir Həftəsiyab kəndində gedən yolda olan kafedə Çingiz adlı şəxsdən pulu götürməyini demiş və o həmin yerdə Çingizdə 100 manat pulu götürmüşdür. Bundan br neçə gün sonra, artıq sentyabr ayının dəqiq xatırlamadığı günündə yenidən Nadirlə Əhən kəndinə gedən yolunda görüşmüş, Nadir ona 600 manat pul vermişdir. Bundan 2-3 gün sonra o, Nadirə zəng edərək Ağsu rayonu Kalva kəndindən gəldiyini və pensiya işi ilə əlaqədar düzəltdiyi pulun qalan hissəsini də ona verməyini demişdir. Nadir ona üzərində 1500 manat pul olduğunu demiş və ona verə biləcəyini demişdir. Nadir Qoydan kəndindən Namazgah kəndi istiqamətində gəlmiş, onlar görüşdükdə Nadir ona 1500 manat pul vermişdir. O, Nadirdən xatırlamadığı zamanlarda da müxtəlif məbləğlərdə pulu alımiş və öz ehtiyaclarına xərcləmişdir. Ümumilikdə Nadirdən onu pensiyaya çıxarmaq adı ilə 5710 manat pul almışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxsə olan borcundan 500 manat ödəmişdir. Qalan hissəsini isə ona azadlıqdan məhrumetmə cəzası verilməyəcəyi təqdirdə hissəhissə ödəməyi öhdəsinə götürür. Göstərilənlərin nəzərə alınaraq ona ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, əvvəllər xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil kimi pensiya almış, xx.xx.2021-ci il tarixdən Tibbi sosial ekspert komissiyası tərəfindən əlilliyin son müddəti bitiyi üçün pensiya ödənişi dayandırılmışdır. 2022-ci ilin iyun-iyul ayında dəqiq tarixini xatırlamadığı günündə idarə etdiyi avtomobillə İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisi ilə İsmayıllı rayonuna gələrkən əvvəllər tanıdığı Təqsirləndirilən şəxs avtomobilə əl edib saxlatdırmış, onu da maşına götürməyini xahiş etmişdir. Əli qabaq oturacaqda əyləşib onunla salamlaşmışdır. Maşında söhbət zamanı Əliyə dolanışığın ağır olduğunu, 2-ci qrup əlillik pensiyasının kəsildiyini bildirmişdir. Əli söhbət zamanı ona bildirmişdir ki, pensiyaya çıxarmaq istəyən şəxsləri pensiyaya çıxarda bilir, onu təkrar həkim komissiyasına salıb 2-ci qrup pensiyasını bərpa edə bilər. Əlidən bu məsələnin hansı qiymətə düzələ biləcəyini soruşduqda Əli 6000 manata bu işi həll edə biləcəyini demişdir. Əli ondan istifadəsində olan mobil nömrələrimi almış, özünün istifadəsində olan mobil nömrələrini ona vermiş, o, Əlini Muğanlı-İsmayıllı yolunun kənarında yerləşən “Sərhəd market”in yanında düşürtmüşdür. Sonrakı günlərdə Əli hər gün ona zəng edərək pensiyaya çıxmaq fikrinin olub-olmadığını soruşmuşdur. O, Əlinin inandırcı formada danışdığı üçün onu pensiyaya çıxarda biləcəyinə inanmışdır. Əli ondan köhnə pensiya sənədlərimi və şəxsiyyəti vəsiqəsini istəmiş, iyul ayında dəqiq tarixini xatırlamadığı günündə Əli ilə İsmayıllı rayonu Tircan kəndi ərazisində yerləşən “Sərhəd market”in yanında görüşmüşdür. Şəxsiyyət vəsiqəsini və pensiyasına aid sənədləri ona vermiş, bir neçə gün sonra o, sənədləri İsmayıllı rayonu Tircan kəndi ərazisində yerləşən “Sərhəd market”in yanında ona qaytarmış və adını Sosial sistemdə komputerə vurduğunu, 6000 manat pulu düzəldib ona verməyini demişdir. 2 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onunla danışaraq İsmayıllı rayonu Tircan kəndi ərazisində “Sərhəd marketin” yanında görüşməklərini demişdir. O, özü ilə 300 manat pul götürmüş və Əli ilə həmin yerdə görüşərək pulu sonuncuya vermişdir.Söhbət zamanı Əli bir daha onu əmin etmişdir ki, bir ay ərzində onu pensiyaya çıxardacaq. Təxminən bir həftə sonra ndə Əli mobil telefonuna zəng edərək İsmayıllı şəhərində olduğunu və görüşüb pulu ona verməyini demişdir. O, qohumu Şahid2 zəng edərək Əli adlı şəxisn onu pensiyaya çıxardacağına söz verdiyini, onunla görüşüb ona 300 manat pul verməsini xahiş etmişdir. Bəhruz Əliyə zəng edərək İsmayıllı şəhəri ərazisində N.Nərimanov küçəsində “Bolluq market” adlanan mağazanın yaxınlığında Təqsirləndirilən şəxsla görüşüb ona 300 manat pul verdiyini demişdir. Bundan 3-4 gün sonra də Əli ona zəng edərək İsmayıllı şəhərində olduğunu və pensiya işinə görə ona dediyi məbləğdə pulu verməyini demişdir. O, Əliyə əlavə olaraq 5400 manat pulu verməyə imkanının olmadığını, pulu hissə-hissə verə biləcəyini demiş, İsmayıllı şəhərinə gələrək Əli ilə İsmayıllı şəhəri, mərkəzi bazarın qarşısında görüşüb 300 manat pulu ona vermişdir. Təxminən 2-3 gün sonra Əli mobil telefonuna zəng edərək Lahıc qəsəbəsində olduğunu, oradan Əhən kəndinə getmək istədiyini bildirmişdir. O, idarə etdiyi avtomobili ilə Lahıc qəsəbəsinə getmiş və Lahıc qəsəbəsində Əli ilə görüşmüşdür. Əli onun avtomobilinin qabaq oturacağında oturmuş və onu İsmayıllı rayonu Əhən kəndinə aparmağı xahiş etmişdir. Əlinin pensiya işini həll edəcəyinə inandığı üçün onu Əhən kəndinə aparmağı qərara almış, yol boyu gedərkən Əli ona pensiya işinə görə ona pulun qalan hissəsini verməsini bildirmişdir. Üzərində 500 manat pul götürmüş və Əliyə Əhən kəndinin içərisində küçədə 500 manat pulu vermişdir. Əli ona pulun qalan hissəsini də imkan edib ona verməsini demiş, o, da Əliyə inandığından pulu düzəltdikcə onunla əlaqə saxlayıb pulu verəcəyini demişdir. Bundan təxminən bir neçə gün sonra Əli ona zəng edərək pensiya işini həll etməsi üçün Qəbələ rayonuna getdiyini, onunla görüşməsini demişdir. 2022-ci ilin avqust ayında dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı rayonu Təzəkənd kəndi ərazisində Muğanlı-İsmayıllı yolunun kənarında Əli ilə görüşmüş və ona 250 manat pul vermişdir. Əli ona pulun qalan hissəsini də düzəldib verməsini demişdir. Bundan 2-3 gün sonra 2022-ci ilin sentyabr ayında Əli yenə də ona zəng edərək Ağsu rayonu Kalva kəndindən gəldiyini və Əhən kəndində olduğunu demişdir. O, Əliyə üzərində 200 manat pulu olduğunu demiş və ona verə biləcəyini demişdir. Namazgah kəndində Əli ilə görüşərək 200 manat pulu Əliyə vermişdir. 2022-ci ilin sentyabr ayında dəqiq xatırlamadığı gündə qalan pulu ona verməsini demişdir. Əli ona Ağsu rayonu Kalva kəndindən çıxıb İsmayıllı rayonu Lahıc qəsəbəsinı gəldiyini, onun Qoydan kəndində Lahıc qəsəbəsinə gəlməsini demişdir. Saat 15-16 radələrində Lahıc qəsəbəsinə gəlmiş və Lahıc qəsəbəsinə yerləşən Fövqəladə Hallar Nazirliyinin Lahıc qəsəbəsində yerləşən yanğınsöndürmə bölməsinin yanında Əli ilə görüşərək 700 manat pulu Əliyə vermişdir. Əli bir daha pensiya işini bərpa etdirəcəyini söz verib aralaşıb getmişdir. Sentyabr ayında dəqiq tarixini bilmədiyi gündə Əli ona zəng edərək Ağsu rayonu Kalva kəndindən gəldiyini və “Sərhəd” marketin yanında görüşməklərini bildirmişdir. O da özü ilə 1500 manat pul götürmüş və “Sərhəd market”in yanında Əli ilə görüşərək 1500 manat pulu Əliyə vermişdir. Əli ona pulun qalan hissəsini də düzəltməssini deyərək ondan aralaşıb getmişdir. Bir neçə gün sonra 2022-ci ilin sentyabr ayında dəqiq tarixini xatırlamadığı gündə Əli yenə də ona zəng edərək pensiya işini düzəltməsi üçün pul düzəldib düzəltmədiyini soruşduqda o, Əliyə 1000 manat pulu olduğunu demidir. Muğanlı-İsmayıllı yolunun kənarında, İsmayıllı rayonu Tircan kəndi ərazisində “Sərhəd market”in yanında Əli ilə görüşmüş, Əliyə avtomobilində 1000 manat pulu vermişdir. 2022-ci ilin sentyabr ayında dəqiq tarixini xatırlamadığı gündə Əli yenə də ona zəng edərək pensiya işini düzəltməsi üçün əlavə pulunun olub-olmadığını soruşduqda o, Əliyə az miqdarda pul düzəltdiyini demişdir. Onlar İsmayıllı rayonunun Əhən kəndinə qalxan yolda görüşmüş, o, üzərindəki 260 manat pulu Əliyə vermişdir. Bir neçə gün sonra 2022-ci ilin sentyabr ayında Əli yenə də ondan pensiya işinə görə pul istəmiş və İsmayıllı şəhəri, H.Əliyev prospektində mərkəzi bazarın yaxınlığında dönərxananın yanında 200 manat pulu Əliyə vermişdir. Bundan 3-4 gün sonra 2022-ci ilin sentyabr ayında dəqiq tarixini bilmədiyi gündə ona zəng edərək görüşməklərini və əlavə olaraq ona pul verməyini demişdir. Əli ilə Həftəsiyab kəndinə gedən yolda, İsmayıllı rayonu Əhən kəndi ərazisində kürəkəni Çingizin işlətdiyi kafenin yanında görüşmüş və üzərində pul olmadığından Çingizdən 100 manat pul alıb Əliyə vermişdir. Əli bir daha pensiya işini düzəldəcəyini deyib çıxıb getmişdir. Bundan bir neçə gün sonra 2022-ci ilin sentyabr ayında dəqiq tarixini bilmədiyi gündə Əli ona zəng edərək əlavə pul verməsini demiş, o, Əliyə naxırda olduğunu, 100 manat pulu kürəkəni Çingizdən götürməsini demişdir. Çingizə də bu barədə demiş və həmin gün Əliyə 100 manat pul vermişdir. Sonradan Əli yenə də onunla əlaqə saxlayıb 6000 manat pulun düzəlməsi üçün ondan əlavə pul istədikdə o, Əliyə əlavə pulu olmadığını, verdiyi 5710 manat pula görə pensiya işini düzəltməsini xahiş etmişdir. Sonradan Əli ilə əlaqə saxlayıb pensiya işini nəyə görə həll etmədiyini soruşduqda Əli ona məxsus sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyini, sənədlərin sosial sistemə işləndiyini, alındığı halda ona xəbər edəcəyini demişdir. Artıq başa düşmüşdür ki, Əli onu aldadıb həmin məbləğdə pulunu ələ keçirmişdir. İşin məhkəmə araşdırılması zamanı Əli ondan aldığı pulun 500 manat hissəsini qaytarmış, lakin qalan hissəsi qaytarılmamışdır. Ona görə də ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qayınatasıdır. Nadir 2022ci ilin yay ayında dəqiq tarixini xatırlamadığı gündə ona İsmayıllı rayonu Əhən kənd sakini, Təqsirləndirilən şəxs adlı şəxsin şəxsin onu 6000 manata pensiyaya çıxartmaq istədiyini demiş, o, isə Nadirə həmin şəxsə inanmamasını və onu aldada biləcəyini demişdir. Nadir isə ona Təqsirləndirilən şəxs inandığını və ona həmin məbləğdə pul verəcəyini demişdir. 2022-ci ilin sentyabr ayında dəqiq tarixini bilmədiyi gündə Nadir Əli adlı şəxslə işlətdiyi kafenin yanında görüşmüş, Nadir üzərində pul olmadığından ondan borca 100 manat pul alaraq pensiyaya çıxmasına köməklik etməsi üçün Əliyə vermişdir. Bundan bir neçə gün sonra 2022-ci ilin sentyabr ayında dəqiq tarixini bilmədiyi gündə qayınatası Nadir ona zəng edərək mal-heyvan növbəsində olduğunu, Təqsirləndirilən şəxs adlı şəxsin gələcəyini və onu pensiyaya düzəltməsi üçün borc olaraq onun yerinə Əliyə 100 manat pul verməsini demişdir. O, da Əliyə kafenin qarşısında 1 ədəd 100 manatlıq pul əskinasını vermişdir. Sonradan eşitmişdir ki, Nadir Təqsirləndirilən şəxs ümumilkikdə 5710 manat pul vermişdir. X6 digər pulları harada verdiyini bilmir. Şahid2 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qohumudur. Nadir İsmayıllı rayonu Qoydan kəndində yaşayır. 2022-ci ilin avqust ayında dəqiq tarixini xatırlamadığı gündə Nadir ona Qoydan kəndindən 300 manat pul göndərmiş və həmin pulu Əli adlı şəxslə görüşüb ona verməsini xahiş etmişdir. O, 2022-ci ilin avqust ayında dəqiq tarixini xatırlamadığı gündə adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə İsmayıllı şəhəri, N.Nərimanov küçəsində “Bolluq market” dükanının yaxınlığında görüşüb 300 manat pulu ona vermişdir. Nadir sonradan ona demişdir ki, Təqsirləndirilən şəxs onu 2-ci qrup əlilliklə 6000 manat müqabilində pensiyaya çıxaracağına söz vermiş və ona inandığından ona müxtəlif məbləğdə pul vermişdir. Sonradan Nadir yenidən ona 300 manat pulu göndərib həmin pulu Təqsirləndirilən şəxsla görüşüb ona verməsini demiş, lakin vaxtı olmadığından o, Əli ilə görüşə bilməmişdir. Nadir özü ondan həmin pulu alaraq Əli ilə görüşüb İsmayıllı şəhəri mərkəzi bazarın qarşısında ona vermişdir. Sonradan Nadirin özünün dediyinə görə Əliyə 5710 manat pul vermiş, lakin Əli onu aldadaraq verdiyi vədə əməl etməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2-ci qrup əlil kimi pensiya çıxarmaq adı ilə aldadaraq 2022-ci ilin avqust ayında ondan İsmayıllı şəhəri, H.Əliyev prospektində mərkəzi bazarın qarşısında 300 manat pulu və 2022-ci ilin sentyabr ayında 200 manat pulu aldığı yer İsmayıllı şəhəri, H.Əliyev prospektidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayında ondan 250 manat pulu aldığı yer İsmayıllı rayonu Təzəkənd kəndinin ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarıdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə sonuncudan avtomobilində 300 manat pulu, 2022-ci ilin sentyabr ayında yenidən həmin yerdə avtomobilində 1500 manat pulu, 2022-ci ilin sentyabr ayında yenidən avtomobilində 1000 manat pulu aldığı yer İsmayıllı rayonu Tircan kəndi ərazisində “Sərhəd market” dükanının yanıdır. Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs 200 manat pulu aldığı yer İsmayıllı rayonu Namazgah kəndi ərazisidir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 700 manat pulu aldığı yer İsmayıllı rayonu Lahıc qəsəbəsi ərazisində X4 bölməsinin yaxınlığıdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 260 manat pulu, 100 manat pulu və sonuncu dəfə Çingir Mirzəyevdən 100 manat pulu aldığı yer İsmayıllı rayonu Əhən kəndi ərazisidir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 yanvar 2024-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şahid2 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs 300 manat pulu verdiyi yer İsmayıllı şəhəri, N.Nərimanov küçəsində yerləşən “Bolluq market” dükanının qarşısıdır. Üzləşdirmədə dindirmə istintaqı hərəkətinin aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs onun pensiya işinin həlli üçün Təqsirləndirilən şəxs verdiyi pullar və həmin pulların nə vaxt, necə və harada verilməsini sonuncunun üzünə qarşı söyləmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən alınmış xx.xx.2023-cü il tarixli PHŞ-6-47/2- 364/2023 saylı arayışdan görünür ki, Şirinov X2 RMX-nın poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-Əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X5 filialından alınmış xx.xx.2023-cü il tarixli 3-17- 1/2-96152/2023 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs X5 filialından heç bir növ pensiya, müavinət və Prezident təqaüdü almır. Zərərçəkmiş şəxs sonuncu dəfə xx.xx.2016-cı il tarixdən, xx.xx.2021-ci ilə tarixədək 2-ci dərəcəli əlil kimi əmək pensiyası almışdır. xx.xx.2021-ci il tarixdən Tibbi-sosial ekspert komissiyasının təyin etdiyini əlilliyin son müddəti bitdiyi üçün pensiya ödənişi dayandırılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən, cinayət işinə əlavə edilmiş hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin (keçmiş Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə) xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 178.2.2-ci maddələri ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli amnistiya qərarına 1.14B maddəsinə əsasən azad edilmiş, həmin məhkumluğu ödənilmiş, hazırda məhkumluğu yoxdur. İsmayıllı RİHB-nin Əhən İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2024cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Əhən kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsində nömrəsi fərdi evdə yaşayır, qeydiyyatda olduğu yer üzrə İsmayıllı RİHB-nın İsmayıllı rayonu Əhən kəndi İƏD-si üzrə nümayəndəliyindən müsbət xarakterizə edilir. Müstəntiqinin “Qətimkan tədbiri seçilməsi haqqında” 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs ilə 2022-ci ilin iyun-iyul aylarında, dəqiq tarixi müəyyən edilməyən gündə İsmayıllı rayonunun Lahıc qəsəbəsinin ərazisində təsadüfən rastlaşaraq sonuncunun idarə etdiyi “VAZ 21214” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşib İsmayıllı şəhəri istiqamətində gedərkən aralarında apardıqları söhbət zamanı Zərərçəkmiş şəxs əvvəllər 2-ci dərəcəli əlil kimi əmək pensiyası aldığını və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən əmək pensiyasının son müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişinin dayandırıldığını öyrəndikdən sonra sonuncunun ona olan inamından və etibarından sui-istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə o, Zərərçəkmiş şəxs 6000 (altı min) manat pul müqabilində öz əlaqələrindən istifadə edərək sonuncunu yenidən 2-ci qrup əlil kimi əmək pensiyasına çıxara biləcəyini və buna real imkanlarının olduğunu yalandan deyərək aldadıb inandırmaqla, həmin məbləğdə pulu imkan etdikcə ona hissə-hissə ödəmək barədə aralarında razılığa gəldikdən sonra o, öz cinayətkar niyyətini həyata keçrərək xx.xx.2022-ci il tarixdə İsmayıllı rayonunun Tircan kəndinin ərazisində “Sərhəd market”in yanında Zərərçəkmiş şəxs məxsus “VAZ 21214” markalı **- NV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncunun ona verdiyi 300 (üç yüz) manat məbləğində pulu, 2022-ci ilin avqust ayında, dəqiq tarixi istintaqa məlum olmayan gündə İsmayıllı şəhərinin N.Nərimanov küçəsində, “Bolluq market” adlanan dükanın yaxınlığında Zərərçəkmiş şəxs qohumu Şahid2 vasitəsi ilə ona göndərdiyi 300 (üç yüz) manat məbləğində pulu, 2022-ci ilin avqust ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı şəhərinin H.Əliyev prospektində, mərkəzi bazarın qarşısında Zərərçəkmiş şəxs ona verdiyi 300 (üç yüz) manat məbləğində pulu, 2022-ci ilin avqust ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı rayonunun Əhən kəndində Zərərçəkmiş şəxs ona verdiyi 500 (beş yüz) manat məbləğində pulu, 2022-ci ilin avqust ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı rayonunun Təzəkənd kəndinin ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarında Zərərçəkmiş şəxs ona verdiyi 250 (iki yüz əlli) manat məbləğində pulu, 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı rayonunun Namazgah kəndinin ərazisində Zərərçəkmiş şəxs ona verdiyi 200 (iki yüz) manat məbləğində pulu, 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlim olmayan gündə İsmayıllı rayonunun Lahıc qəsəbəsinin ərazisində yerləşən X4 bölməsinin yaxınlığında Zərərçəkmiş şəxs məxsus “VAZ 21214” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncunun ona verdiyi 700 (yeddi yüz) manat məbləğində pulu, 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlim olmayan gündə İsmayıllı rayonunun Tircan kəndinin ərazisində “Sərhəd market” adlanan dükanın yaxınlığında Zərərçəkmiş şəxs məxsus “VAZ 21214” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncunun ona verdiyi 1500 (min beş yüz) manat məbləğində pulu, 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlim olmayan gündə İsmayıllı rayonunun Tircan kəndinin ərazisində, “Sərhəd market” adlanan dükanının yaxınlığında Zərərçəkmiş şəxs məxsus “VAZ 21214” markalı **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncunun ona vediyi 1000 (min) manat məbləğində pulu, 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı rayonunun Əhən kəndinin ərazisində Zərərçəkmiş şəxs ona verdiyi 260 (iki yüz altmış) manat məbləğində pulu, 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı şəhərinin H.Əliyev prospektində, mərkəzi bazarın yaxınlığında Zərərçəkmiş şəxs ona verdiyi 200 (iki yüz) manat məbləğində pulu, 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı rayonunun Əhən kəndinin ərazisində Zərərçəkmiş şəxs ona verdiyi 100 (yüz) manat məbləğində pulu və sonuncu dəfə 2022-ci ilin sentyabr ayında, dəqiq tarixi məlum olmayan gündə İsmayıllı rayonunun Əhən kəndinin ərazisində Zərərçəkmiş şəxs kürəkəni Şahid1 ilə görüşərək sonuncunun ona verdiyi Zərərçəkmiş şəxs məxsus 100 (yüz) manat məbləğində pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə özgənin ümumilikdə xeyli miqdar təşkil edən 5710 (beş min yeddi yüz on) manat məbləğində pulunu ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən vurulmuş ziyann qismən ödənilməsi, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməsə də onun əvvəllər də mülkiyyət əleyhinə olan cinayət törətməsi, cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə və üzərindən məhkumluğun götürülməsinə baxmayaraq (Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2003-cü il tarixli amnistiya qərarı əsasında) yenidən eyni növ cinayət törətməsi onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirir və və cəza təyin edərkən nəzərə alır. Göründüyü kimi təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan cəzanın təyini onun islah olunması üçün, dolayısı ilə də cəzanın məqsədinə nail olmaq üçün kifayət etmir. Məhkəmə cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdırılan halın olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan–30 may 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar