Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-19/2022 15.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 15 mart 2022-ci il tarixdə saat 11:00-da İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 23 avqust 1981-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkanı tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 51,26 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edərək yaşadığı İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi 5 ünvanında yerləşən evinə daşıyaraq həmin evin həyətyanı sahəsindəki yardımçı tikilinin divarın üzərində hörülmüş saxlanc yerində, üzərində “Snickers” sözü yazılmış plastik qabın içərisində saxlamış, 25 yanvar 2022-ci il tarixdə saat 16 radələrində İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı evin qarşısında saxlanılmış və onun iştirakı ilə evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilən zaman yardımçı tikilidə gizlədərək saxladığı, ümumi təmiz çəkisi 51,26 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, bədənində olan ağrılarınıl azaltmaq üçün bəzən narkotik vasitə olan marixuanadan istifadə edir. 2021-ci ilin avqust ayının sonlarında istirahət etmək məqsədilə babasının İsmayıllı rayonu Müşkəmir kəndindəki evinə getmişdir. Bir müddət kənddə qalmış və arabir evin yaxınlığındakı meşəyə gəzintiyə getmişdir. Avqust ayının sonlarında səhər saatlarında kəklikotu yığmaq üçün həmin meşəyə getmişdir. Bu vaxt meşədə bir neçə ədəd yabanı şəkildə bitmiş çətənə kolu görmüşdür. Çətənə bitkisini tanıdığı üçün kolların yarpaqlarından qırıb üzərində olan selofan torbaya yığmışdır. Digər torbaya isə kəklikotu yığaraq axşam saatlarında evə qayıtmışdır. Meşədən yığdığı həmin çətənə yarpaqlarını həyətdəki quraqlığın damının üzərinə sərmişdir. Hava isti olduğu üçün yarpaqlar tez bir zamanda qurumuş və həmin marixuanananı bir selofan torbaya yerləşdirmişdir. Bir müddətdən sonra yaşadığı İsmayıllı şəhərinə geri qayıtmış və selofan torbada olan marixuananı özü ilə gətirərək yaşadığı evin həyətyanı sahəsində gizlətmişdir. 25 yanvar 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi 5 ünvanında yerləşən evin qarşısında dayandığı zaman polis əməkdaşları yaxınlaşaraq xidməti vəsiqələrini göstərmişlər və İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onun ətrafında əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla tanış etmişlər. Bundan sonra narkotik vasitələrdən istifadə etməkdə və onları qanunsuz olaraq yaşadığı evdə və evin həyətyanı sahəsində saxlamaqda şübhəli olduğunu bildirərək yaşadığı evə və evin həyətyanı sahəsinə videoçəkiliş aparılmaqla baxış keçiriləcəyini bildirmişlər. O etiraz etməmiş və videoçəkiliş aparılmaqla baxış başlanmışdır. Əməkdaşlardan biri ona yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamamağı barədə sual vermişdir. O yaşadığı yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilinin içərisində hörülmüş saxlanc yerində gizlətdiyi üzərində “Snickers” sözü yazılmış ağ rəngli plastik qabın içərisində saxladığı marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı onun təqdim etdiyi torbaya baxış keçirdikdən sonra torba elektron tərəzidə çəkilərək marixuananın çəkisi müəyyən edilmişdir. Sonra isə torba zərfə qoyub qablaşdırılmışdır. Zərfin üzəri yazılaraq möhürlənmiş və üzəri onların hər biri tərəfindən imzalanmışdır. Polis əməkdaşları yaşadığı evin otaqlarına və yardımçı tikililərə baxışı davam etdirmiş, buna baxmayaraq oradan narkotik vasitə aşkar edilməmişdir. Sonra polis əməkdaşları ona birlikdə İsmayıllı rayon polis şöbəsinə getməyi təklif etmişlər. O etiraz etməmiş və onlar birlikdə polis şöbəsinə getmişlər. Şöbənin növbətçi hissəsinin qarşısında müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış prosesi də videoyazıya alınmış, protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunduqdan sonra digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, bundan başqa heç bir yerdə narkotik vasitə saxlamır. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Himayəsində iki azyaşlı uşağı vardır, ailəsində ondan başqa işləyib evə gəlir gətirən şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid X4 ifadəsində göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 yanvar 2022-ci il tarixdə polis şöbəsinə İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə dərhal polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və həmin tarixdə İlhamın ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar olaraq əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 16 radələrində polis şöbəsinin digər əməkdaşları ilə İlhamın yaşadığı ev istiqamətində getmişlər. İlhamın yaşadığı evin qarşısında dayandığını görərək ona yaxınlaşmış və özlərini təqdim etmişlər. İlhamı yaşadığı evə və həmin evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə qəbul olunmuş qərarla tanış etdikdən sonra evə daxil olmaq istədiklərini bildirmişlər. İlham etiraz etməmiş və onlar sonuncunun razılığı ilə videoçəkiliş aparılmaqla baxışa başlamışlar. Baxış zamanı onlar İlhama yaşadığı evdə narkotik vasitə-marixuana saxlayıbsaxlamamağı barədə sual vermişlər. İlham yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilinin içərisində, divarın üzərində hörülmüş saxlanc yerində, üzərində “Snickers” sözü yazılmış ağ rəngli plastik qabın içərisində gizlətdiyi narkotik vasitə marixuananı onlara təqdim etmişdir. Onlar təqdim olunan torbaya baxış keçirdikdən sonra həmin torbanı elektron tərəzidə çəkmiş və çəkisini müəyyən etmişlər. Sonra isə torba zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri yazılaraq möhürlənmişdir. Yazılmış zərfin üzəri oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmışdır. Onlar evin otaqlarına və yardımçı tikililərə baxış keçirməyi davam etdirsələr də oradan narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra onlar İlhamla birlikdə İsmayıllı RPŞ-nə getməyi təklif etmişlər. İlham buna etiraz etmədiyini bildirərək onlarla birlikdə şöbəyə getmişdir. Şöbənin növbətçi hissənin qarşısında İlham özünün seçdiyi müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı İlhamın üzərindən narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmaqla protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş və protokolun doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər. Şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşı X2 şahid Xəyal Mürşüdov ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında 25 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi 5 ünvanında yerləşən evinə və həmin evin həyətyanı sahəsinə baxış keçirilərkən çəkilmiş videodiskə baxış keçirilmişdir. Diskə baxılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi 5 ünvanında yerləşən evinə daşıyaraq həmin evin həyətyanı sahəsindəki yardımçı tikilinin divarın üzərində hörülmüş saxlanc yerində, üzərində “Snickers” sözü yazılmış plastik qabın içərisində saxlamış, sorğu edildikdə Təqsirləndirilən şəxs həmin narkotik vasitəni təqdim edir və aşkar edilmiş bitki kütləsinin nə olması, kimə məxsus olması və haradan əldə etdiyi barədə Təqsirləndirilən şəxs sual verirlər. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını, İsmayıllı rayonu Müşkəmir kəndinin yaxınlığında yerləşən meşə sahəsindən tapdığını, marixuananı öz istifadəsi üçün saxladığını bildirir. Qurudulmuş marixuana kütləsi sellofan torba ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi müəyyən olunur, sellofan torba bir ədəd zərfə qoyulub qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də başqa hər hansı narkotik vasitəyə bənzər kütlə aşkar edilmir. Məhkəmə-bioloji ekspertizasının 26 yanvar 2022-ci il tarixli 17/97 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində 26 yanvar 2022-ci il tarixli 17/97 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuşüzərində“...vətəndaş Təqsirləndirilən şəxs yaşadığı... evinin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi – 51,26 qram olan bitki mənşəli kütlə tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına bitki kütləsindən 0,04 qram sərf edilmiş, qalan qalıq çəki 51,21 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 3 fevral 2022-ci il tarixli 149 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktika qeydiyyata alınması məsləhət görülür. 08 fevral 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İsmayıllı rayon X3 Hüquqi Şəxsi tərəfindən verilmiş 31 yanvar 2022-cu il tarixli 23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. O, 25 yanvar 2019-cu il tarixdən RMP-nın narkoloji kabinetində narkomaniya diaqnozu ilə dispanser qeydiyyatdadır. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 27 yanvar 2022-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 51,21 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 27 yanvar 2022-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdə saat 17:15də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 29 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 15:30-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. 4 fevral 2022-ci il tarixli 1110 nömrəli arayışdan, xasiyyətnamədən və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən, arvadı X5, 28 mart 2011 və 21 noyabr 2015-ci il təvəllüdlü uşaqları Nərgiz və Hüseyndən ibarətdir. Yaşayış üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 27 yanvar 2022-ci il tarixdə saat 17:15-dən 29 yanvar 2022-ci il tarixdə saat 15:30-dək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 5 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görüldüyünə görə o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 51,21 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 yanvar 2022-ci il tarixdən 27 yanvar2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 5 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatlardan sonra qalıq təmiz çəkisi 51,21 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-19/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-19/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver