Məhkəmə qərarları › İş №1(037)-19/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-19/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-19/2023 13.04.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin Birinci İnstansiya Məhkəmələrində X8 Üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 13 aprel 2023-cü il tarixdə saat 17:31-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxx 1975-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum edilməmiş, Göyçay rayonu Cəyirli kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkian tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs İsmayıllı rayonu Bizlan kəndində onunla şərikli kafe işlədən qohumu Zərərçəkmiş şəxs kafenin qazancının ümumi hesabatını aparmadığından və ona kafenin işlədilməsi üçün borc verdiyi ümumilikdə 5500 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməsindən əsəbiləşərək bu məsələyə aydınlıq gətirmək məqsədi ilə 13 iyun 2022-ci il tarixdə saat 19 radələrində İsmayıllı rayonu Bizlan kəndinə gələrək Zərərçəkmiş şəxs kafenin ümumi zalından çağırıb oradan 60 metr kənarda yerləşən ayrıca otağa apararaq orada kafenin qazancının qeydiyyatını ona göstərməsini bildirdikdə Zərərçəkmiş şəxs ona hər hansı qazanc hesabatını göstərməməsini görüb bu zəmində aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, o, əsəbiləşərək yumruqla bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsindən, sonra isə kafenin həyətində ayaq nahiyəsindən təpiklə vuraraq sonuncuya qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol gözün qansızması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun uzaq qohumudur. Onunla aralarında bu məsələyə qədər heç bir ədavət və düşmənçilik olmamışdır. Sənan 2022-ci ilin aprel ayında bir nəfər tanışı ilə İsmayıllı rayonu Bizlan kənd ərazisində yerləşən kafeni şərikli icarəyə götürərək işlətməyə başlamışdır. Həmin kafe uzun müddət işlədilmədiyi üçün təmirsiz vəziyyətdə olmuş, buna görə Sənan ona zəng edərək kafenin təmizlənməsində ona köməklik göstərməyini xahiş etmişdir. Qohumu olduğu üçün o Sənana köməklik etmək qərarına gəlmişdir. O arvadı Aidə ilə bir neçə gün həmin kafenin təmizlənməsində Sənana yaxından köməklik göstərmişdir. 2022-ci ilin may ayının əvvəllərində Sənan onun evinə gələrək şəriki ilə ayrılmaq istədiyini və şərik kimi birlikdə işləməyi təklif etmişdir. Sənan öncə şəriki ilə halallaşmaq üçün sonuncuya pul verməli olduğunu demişdir. O Sənandan əvvəlki şərikinə nə qədər pul verməli olduğunu soruşmuş, Sənan ona 2000 manat pul verməli olduğunu, bundan başqa kafenin xərcləri üçün əlavə olaraq 1000 manat pul lazım olduğunu bildirmişdir. O Sənanla razılaşmış və tanışına məxsus balansında yetərli qədər pul olan bank kartını ona vermişdir. Sənan kafeyə qayıtdıqdan bir neçə gün sonra ona zəng edərək kartda 2437 manat pul olduğunu və əvvəlki şərikinə 2200 manat pul verməli olduğunu ona demişdir. O, da əvvəlki şərikinə olan borcunu verməsini demiş, kafeyə lazım olan pulu isə yavaş yavaş verəcəyini bildirmişdir. Bundan sonra o, həftədə 2-3 dəfə həmin kafeyə getmiş və pulu olduqca Sənana 300, 500 manat pul verib kafeyə lazım olan əşyaları almağını demişdir. O, bu formada Sənana ümumilikdə kartda olan pulla birlikdə 4900 manat pul vermiş, 600 manat pulu da əlavə olaraq kafeyə özü şəxsən ərzaq alaraq xərcləmişdir. Beləliklə ümumilikdə o, həmin kafeyə 5500 manat pul xərcləmiş, Sənana da verdiyi pulların qeydiyyatını aparmışdır. Sənanın özünün də bütün bunları qeyd dəftərində qeyd etməsini bilmişdir. Sənanla şərikli işləməyə başlayan vaxtdan onunla bir neçə dəfə kafenin məsrəfləri haqqında danışmaq istəsə də Sənan hər dəfə bundan yayınmışdır. Sənanla aralarında olan razılığa əsasən kafeyə xərc qoyulub gəlir gətirdikdən sonra əldə ediləcək gəlir onların arasında bölüşdürüləcəkmişlər. Sənana verdiyi puldan əlavə o, öz hesabına kafeyə 1 ədəd düz bel, odun kürəsi, hamam duşu, əl-üzyuyan (moydadır), dəmir stol, əl arabası, plasmas vedrə, iri quvalt (çəkic), kiçik laqonda, taxta kəsən lobzik, otağa asılqan alaraq vermişdir. Sənana verdiyi pulla isə Aidə Sənanla birlikdə Bakı şəhəri, Qaradağa rayonuna gedib 1 ədəd qazan, 2 tava, 2-3 ədəd çaynik, 10 ədəd süfrələr, 12 stəkan-nəlbəki, çay dəsmalı almış və təxminən 200-300 manat pul xərcləmişlər. X20 rayon Mərkəzi Xəstəxanasına işləsə də boş vaxlarında birlikdə İsmayıllı rayonu Bizlan kəndi ərazisinə gəlmiş, kafedə Sənanın anası Səyyarə qutab yaymış, orada olan tanımadığı cavan oğlan qutabı bişirmişdir. Bəzi vaxtlarda isə Aidə özü də qutab bişirmişdir. Sənan ona işlədiyinə görə pul veriləcəyini desə də ona pul verməmişdir. O və arvadı Aidə Sənanın kafenin gəlir çıxarının haqq-hesabını aparmadığını görmüşlər. Ancaq Sənan anası Səyyarənin adına 20 manat pul yazıb ona ödəmiş, Sənan verilən ümumilikdə 5500 manat pulun az bir bir hissəsi ilə kafenin içərisində 16 kv metr ərazidə beton tökmüşdür. Sənana verilən pulun daxilində kafenin giriş qapısına taxta haşiyə ilə o, özü Göyçay rayonunda 400 manat xərcləyib gətirmiş və həmin qapılar quraşdırılmışdır. Aidə kafedə qutab bişirmiş, həm də təmizlik işlərinə baxıb köməklik göstərmişdir. O və Aidə hiss etmişlər ki, Sənan ona verdikləri pulu kafe üçün deyil, öz şəxsi işləri üçün xərcləyir. 12 iyun 2022-ci il tarixdə o Sənanla danışmış və kafeyə gəlib məsrəfləri haqqında danışacaqlarını demişdir. Sənan razılaşmış və o 13 iyun 2022-ci il tarixdə saat 19 radələrində arvadı Aidə ilə birlikdə şərikli işlətdikləri həmin kefayə getmişlər. Kafedə Sənandan başqa onun arvadı Almaz, anası Səyyarə, kafenin aşbazı Mamed, kafenin ofisiantları Fuad və Elşad olmuşlar. Onlarla salamlaşmış və Sənana məsrəfləri yazdığı dəftəri gətirməsini və haqq hesab edəcəklərini demişdir. Sənan əlində dəftər gəlmiş və onlar kafenin bir otağında əyləşdikdən sonra Sənan dəftəri açmışdır. Dəftərdə hər hansısa bir qeydiyyatın aparıldığını görməmişdir. Belə olan təqdirdə o, Sənana kafeyə qoyulan pulların, gəlir-çıxarın və xərclənən pulların qeydlərini hara yazdığını soruşmuşur. Sənan ona əvvəl qeydiyyat apardığını desədə sonra heç bir qeyd aparmadığını demişdir. O Sənana şərikli işlədiklərini xatırlatmış və ona gətirib verdiyi pulların məbləğlərini demişdir. Niyə heç bir qeydiyyat aparılmadığına görə Sənana irad bildirdikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zəminində o Sənana bir iki şillə atmış, amma son dərəcə əsəbiləşdiyindən atdığı şillələrin Sənana dəyib dəyməməsini xatırlamır. Ola bilsin ki, onun atdığı şillələrdən bir-ikisi Sənana dəymiş olsun. Sənan ona heç nə demədən anasını çağıra-çağıra çölə qaçmış, o, otağın işığını söndürüb otaqdan çıxanda Sənanın ondan təxminən 30 metr qarşıda yerə yıxıldığını görmüşdür. Sənanın yıxılmağını sonuncunun anası Səyyarə özü də görmüşdür. Bundan sonra Aidə və Almaz kafenin salonundan çölə çıxmışlar. Sənanın anası Səyyarə yalandan səs küy salmağa başlamış, o da Səyyarəyə yalandan səs-küy salmamasını demişdir. Daha sonra Aidə ilə birlikdə kafedən çıxaraq evlərinə qayıtmışlar. Törətdiyi əməlinə görə peşmandır. Himayəsində anadangəlmə lal-kar olan oğlu Zimistan, onun anadangəlmə lal-kar olan arvadı Lamiyə və onların azyaşlı uşaqları vardır. Oğluna və ailəsinə də o baxır. Adətən Bakı şəhərinə müştəri aparıb-gətirməklə taksi fəaliyyəti ilə məşğul olur. Odur ki, məhkəmədən ifadəsində göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə göstərdi ki, 2022-ci ilin aprel ayında dostu İslamla birlikdə İsmayıllı rayonunun Bizlan kəndi ərazisindəki kafeni icarəyə götürərək işlətməyə başlamışlar. Kafe uzun müddət işlədilmədiyi üçün kafenin təmiri üçün İslamla birlkdə xeyli miqdarda xərc çəkmişlər. Həmin ərəfələrdə qohumu Qiyamət və arvadı Aidə həmin kafeyə qonaq kimi gəlib getmişlər. Kafe işə başlayandan sonra isə şəriki İslam ona işləyə bilməyəcəyini bildirmiş, buna görə də İslam tərəfindən kafenin təmirinə xərclənmiş 1200 manat pulunu vermək qərarına gəlmişdir. Özü də kafeyə xeyli miqdarda pul xərclədiyindən borcu yaranmışdır. Bu barədə qohumu Qiyamətlə söhbət edərkənsonuncu ona təmənnasız olaraq pul verə biləcəyini demişdir. Qiyamət ona bir tanışına məxsus bank kartını vermiş və kartın balansındakı pulu ona verəcəyini bildirmişdir. O, həmin kartı Abşeron rayonundakı bankomatların birinə salıb yoxladıqda kartda 2437 manat pul olduğunu görmüş və həmin pulun hamısını çıxartmışdır. O, həmin pulu işlətdiyi kafedə Qiyamətə vermiş, Qiyamət isə həmin pulun 1200 manatını təmənnasız olaraq ona vermişdir. Qiyamət ona imkanı olanda pulu qaytarmağı, imkanı olmadıqda isə pulu qaytarmamağını bildirmişdir. Bundan sonrakı günlərdə Qiyamət və arvadı Aidə hər həftənin altıncı və bazar günləri kafeyə gəlib qonaq olmuşlar. Qiyamət və arvadı Aidə onlara köməklik etmiş, hətta orada olan kateclərdən birində Qiyamət özü üçün yer düzəltmiş, həmin kotecdə yalnız özü gələndə qalmışdır. Bundan başqa Aidə kafedə qutab bişirilməsinə onlara köməklik etmişdir. 18 may 2022-ci il tarixdə Qiyamət kafedə olan zaman ona anası Səyyarə və bacısı Qızqayıt Məmmədovanın kafeyə gəlməməsini istəmişdir. O, da Qiyamətə böyük kimi hörmət etdiyim üçün bunun səbəbini ondan soruşmamış və onunla razılaşmışdır. Qiyamətin nə səbəbdən bu sözü ona deməsinə fikir verməmişdir. 12 iyun 2022-ci il tarixdə Bakı şəhərinə getmiş və 13 iyun 2022-ci il tarixdə saat 19 radələrində yenidən kafeyə qayıtmışdır. O Bakıdan özü ilə kafeyə anası Səyyarəni, arvadı Almazı və uşaqlarını da gətirmişdir. Kafeyə çatandan təxminən 30 dəqiqə sonra Qiyamət və Aidə də kafeyə gəlmişlər. Həmin vaxt Qiyamət və Aidə ona soyuq şəkildə salam vermiş, aralarında başqa heç bir söhbətləri olmamışdır. Qısa müddət sonra Qiyamət onu çağıraraq kafenin xərcləri barəsində danışmaq istədiyini demiş və onu kafedə olan otağa dəvət etmişdir. O, da razılaşıb onunla həmin otağa getmişdir. Otağa daxil olandan sonra dəftərdə məsrəfləri yazmağa başlamışdır. Bu zaman Qiyamət ona heç bir söz demədən onun başından 2-3 dəfə yumruq zərbələri vurmağa başlamışdır. Qiyamətin əlindən çıxaraq çölə qaçmış, bir az qaçdıqdan sonra zərbələrin təsirindən huşunu itrərək yıxılmışdır. Ayıldıqda yerdə olduğunu və Qiyamətin onu ayaq və bədən nahiyələrindən təpiklədiyini görmüşdür. Qiyamət yumruqla ora yaxınlaşan anasını da vurmaq istəmiş, bu zaman aşbaz Məmmədağa Qiyamətin onun anası Səyyarəni vurmasına imkan verməmişdir. Anası Səyyarə təcili tibbi yardıma və polisə məlumat vermək istədikdə Qiyamət anasını hədələyərək həkimə və polisə məlumat verməməsini bildirmişdir. Qiyamət qohumu olduğundan, eyni zamanda ondan üzr istəyəcəyini düşünərək həmin gün Qiyamətdən şikayət etməmişdir. 16 iyun 2022-ci il tarixədək Qiyamətin ondan üzr istəmədiyini görüb həmin gün polis şöbəsinə ərizə ilə müraciət etmiş və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Qiyamət kafenin otağında onu döyərkən onların yanında heç kim olmamış, lakin sonradan həyətdə Fuad, Elşad, Səyyarə, Almaz, Aidə olmuşdur. Sonradan bilmişdir ki, o yerə yıxılan zaman Qiyamətin arvadı Aidə də onu vurmuşdur. Tələbi Qiyamət və Aidə barəsində qanuni tədbir görülməsidir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxs barəsində qanunda nəzərdə tutulmuş qaydada daha ciddi cəza verilməsi xahiş edir. Şahid X13 ifadə verərək göstərdi ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs onun əridir. Zərərçəkmiş şəxs isə onların uzaq qohumudur. Onunla aralarında bu məsələyə qədər heç bir ədavət və düşmənçilik olmamışdır. Sənan 2022-ci ilin aprel ayında bir nəfər tanışı ilə İsmayıllı rayonu Bizlan kənd ərazisində yerləşən kafeni şərikli icarəyə götürərək işlətməyə başlamışdır. Həmin kafe uzun müddət işlədilmədiyi üçün təmirsiz vəziyyətdə olmuş, buna görə Sənan Qiyamətə zəng edərək kafenin təmizlənməsində ona köməklik göstərməyini xahiş etmişdir. Qohumu olduğu üçün Qiyamət Sənana köməklik etmək qərarına gəlmişdir. Qiyamət onunla birlikdə bir neçə gün həmin kafenin təmizlənməsində Sənana yaxından köməklik göstərmişdir. 2022-ci ilin may ayının əvvəllərində Sənan onların evinə gələrək şəriki ilə ayrılmaq istədiyini və Qiyamətə şərik kimi birlikdə işləməyi təklif etmişdir. Sənan öncə şəriki ilə halallaşmaq üçün sonuncuya pul verməli olduğunu demişdir. Qiyamət Sənandan əvvəlki şərikinə nə qədər pul verməli olduğunu soruşmuş, Sənan ona 2000 manat pul verməli olduğunu, bundan başqa kafenin xərcləri üçün əlavə olaraq 1000 manat pul lazım olduğunu bildirmişdir. Qiyamət Sənanla razılaşmış və tanışına məxsus balansında yetərli qədər pul olan bank kartını ona vermişdir. Sənan kafeyə qayıtdıqdan bir neçə gün sonra Qiyaməyə zəng edərək kartda 2437 manat pul olduğunu və əvvəlki şərikinə 2200 manat pul verməli olduğunu demişdir. Qiyamət Sənana şəriki ilə halallaşmağı demişdir. Bundan sonra onlar birlikdə həftədə 2-3 dəfə həmin kafeyə getmiş və pulu olduqca Sənana 300, 500 manat pul verib kafeyə lazım olan əşyaları almağını demişdir. Qiyamət Sənana ümumilikdə kartda olan pulla birlikdə 4900 manat pul vermiş, 600 manat pulu da əlavə olaraq kafeyə özü şəxsən ərzaq alaraq xərcləmişdir. Sənan Qiyamətin verdiyi pulların qeydiyyatını aparmışdır. Bir müddət sonra Qiyamət Sənanla şərikli işləməyə başlayan vaxtdan onunla bir neçə dəfə kafenin məsrəfləri haqqında danışmaq istəsə də Sənan hər dəfə bundan yayınmışdır. Sənanla aralarında olan razılığa əsasən kafeyə xərc qoyulub gəlir gətirdikdən sonra əldə ediləcək gəlir onların arasında bölüşdürüləcəkmişlər. Qiyamətin Sənana verdiyi pulla özü şəxsən Sənanla birlikdə Bakı şəhərindən 1 ədəd qazan, 2 tava, 2-3 ədəd çaynik, 10 ədəd süfrələr, 12 stəkan-nəlbəki, çay dəsmalı almış və təxminən 200-300 manat da əlavə pul xərcləmişlər. O, Göyçay rayon Mərkəzi Xəstəxanasına işləsə də boş vaxlarında əri ilə birlikdə İsmayıllı rayonu Bizlan kəndi ərazisinə gəlmiş, kafedə Sənanın anası Səyyarə qutab yaymış, orada olan tanımadığı cavan oğlan qutabı bişirmişdir. Bəzi vaxtlarda isə özü də qutab bişirmişdir. Sənan onlara işlədiyinə görə pul veriləcəyini desə də onlara pul verməmişdir. Onlar Sənanın kafenin gəlir çıxarının haqq-hesabını aparmadığını görmüşlər. Ancaq Sənan anası Səyyarənin adına 20 manat pul yazıb ona ödəmişdir. O kafedə qutab bişirmiş, həm də təmizlik işlərinə baxıb köməklik göstərmişdir. Onlar sonradan hiss etmişlər ki, Sənan ona verdikləri pulu kafe üçün deyil, öz şəxsi işləri üçün xərcləyir. 12 iyun 2022-ci il tarixdə Qiyamət Sənanla danışmış və kafeyə gəlib məsrəfləri haqqında danışacaqlarını demişdir. Sənan razılaşmış və 13 iyun 2022-ci il tarixdə saat 19 radələrində birlikdə şərikli işlətdikləri həmin kefayə getmişlər. Kafedə Sənandan başqa onun arvadı Almaz, anası Səyyarə, kafenin aşbazı Mamed, kafenin ofisiantları Fuad və Elşad olmuşlar. Onlarla salamlaşmış və Sənana məsrəfləri yazdığı dəftəri gətirməsini və haqq hesab edəcəklərini demişdir. Sənan əlində dəftər gəlmiş və onlar kafenin bir otağında əyləşmişlər. Özü ilə kafenin zalında oturmuşdur. Bir müddətdə sonra çöldən çığırtı səsini eşitmiş və çölə çıxdıqda Sənanın anasını çağıra-çağıra qaçdığını görmüşdür. Təxminən 30 metr Qiyamətlə oturduqları otaqdan aralandıqdan sonra Sənanın yerə yıxıldığını görmüşdür. Sənanın yıxılmağını sonuncunun anası Səyyarə özü də görmüşdür. Sənanın anası Səyyarə səsküy salmağa başlamışdır. Onlar Sənana yaxınlaşmışlar, Qiyamət də həmin yerə gəlmişdir. Daha sonra onlar birlikdə kafedən çıxaraq evlərinə qayıtmışlar. Qiyamətin Sənanı vurmasını görməmişdir. Şahid X10 ifadə verərək göstərdi ki, oğlu Sənan 2022-ci ilin aprel-may ayından İsmayıllı rayonu Bizlan kənd ərazisində yerləşən kafeni işlətmişdir. Həmin vaxt Sənan kafeni işlətmək üçün xeyli miqdarda borc almışdır. Qohumları olan Qiyamət də əvvəllər mərhum ərinin ona çox köməklik göstərdiyini səbəb gətirərək Sənana təmənnasız olaraq 1200 manat pul vermişdir. 12 iyun 2022-ci il tarixdə Sənan Bakı şəhərinə gəlmiş, geri qayıdan zaman, yəni 13 iyun 2022-ci il tarixdə onu, arvadı Almazı və övladlarını da özü ilə İsmayıllı rayonuna işlədiyi kafeyə gətirmişdir. Onlar saat 19 radələrində kafeyə çatmışlar. Təxminən 30 dəqiqə sonra Qiyamət və arvadı Aidə kafeyə gəlmiş və onlara soyuq şəkildə salam vermişlər. Onların aralarında başqa heç bir söhbət olmamış, Qiyamət Sənanı çağıraraq kafenin xərcləri barəsində danışmaq istədiyini bildirmişdir. Onlar ikisi də kafenin zalından çıxaraq kənarda olan otağa getmişlər. Təxminən bir neçə dəqiqə sonra Aidənin zaldan çölə qaçdığını görmüş və səs eşitmişdir. Bundan sonra o da zaldan çıxmış, bu zaman Sənanın başını tutaraq ona tərəf qaçdığını görmüşdür. Sənandan nə baş verdiyini soruşduqda Sənan ona yalnız “vurdu” sözünü demiş və bundan sonra özündən gedərək yerə yıxılmışdır. Qiyamət isə yaxınlaşıb təpiklə Sənanın ayaq nahiyəsindən vurmuşdur. Bundan sonra kafedə işləyən ofisiantlar Elşad, Fuad və bir qədər sonra isə kafedə aşbaz işləyən Məmmədağa ora gəlmiş və onları aralaşmışlar. Hadisə zamanı zamanı onu heç kim döyməmiş, hər hansı xəsarət almamışdır. Şahid X11 ifadə verərək göstərdi ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs onun əridir. Sənan 2022-ci ilin aprel-may ayında İsmayıllı rayonu Bizlan kəndi ərazisində kafe işlətmişdir. Qiyamət əvvəllər Sənanın atasının ona çox köməklik göstərdiyini səbəb gətirərək Sənana 1200 manat pul vermiş və nə vaxt imkan etsə qaytara biləcəyini, qaytarmasada problem olmadığını demişdir. 12 iyun 2022-ci il tarixdə Sənan Bakı şəhərinə gəlmiş, ettəsi gün isə qayınanası Səyyarə, özü və uşaqları Sənanla birlikdə İsmayıllı rayonuna Sənanın işlətdiyi kafeyə gəlmişlər. Onlar həmin kafeyə çatandan təxminən 30 dəqiqə sonra Qiyamət və arvadı Aidədə kafeyə gəlmiş, qayınanası Səyyarı ilə soyuq görüşmüş, onunla isə görüşməmişlər. Qiyamət isə Sənanla kafenin zalının qarşısında söhbət etdikdən sonra kafenin yuxarı istiqamətindəki otağa getmişlər. Aidənin və Qiyamətin kafeyə acıqlı şəkildə gəlməsi aşkar hiss olunmuşdur. Təxminən 10-15 dəqiqə sonra azyaşlı uşaqlarını kafenin yuxarı hissəsində yerləşən ayaqyoluna aparmış, bu zaman yaxınlıqda kafenin otağından mübahisə və söyüş səsi eşitmiş, qapı açıq olduğu üçün Qiyamətin Sənanın baş nahiyəsinə yumruqla bir neçə dəfə vurduğunu görmüşdür. Sənan otaqdan çıxıb aşağı istiqamətdə qaçmağa başlamış, o Sənana yardım etmək üçün ona yaxınlaşdıqda Sənan əlini başına aparıb “ay başım” demiş və huşunu itirərək yerə yıxılmışdır. Qiyamət yaxınlaşıb təpiklə yerdə olan Sənanı vurmağa başlamışdır. Qayınanası Səyyarə və Qiyamətin arvadı da zaldan çölə çıxmışlar. Kafenin ofisiantları olan Elşad və Fuad, həmçinin aşbaz işləyən Məmmədağa adlı şəxslər də ora gələrək Qiyamətin Sənanı döyməsinə imkan verməmişlər. Qiyamət Sənanın ünvanına nalayiq ifadələr işlətmiş, Aidə də Qiyamətə qoşularaq Sənanın və onların ünvanına nalayiq ifadələr işlətmiş və əlindəki qəfədanla yerdə olan Sənanı vurmağa çalışmışdır. Ofisiantlar çayniki Aidənin əlindən almış və Sənanı vurmağa imkan verməmişlər. Ara sakitləşmiş və Qiyamət arvadı Aidə ilə birlikdə oradan çıxıb getmişlər. Şahid2 ifadə verərək göstərdi ki, əslən Göyçay rayonundan olan Zərərçəkmiş şəxs onun tanışıdır. Sənan İsmayıllı rayonu Bizlan kəndi ərazisində qohumu Təqsirləndirilən şəxsla şərikli kafe işlətmişlər. 2022-ci ilin iyun ayının əvvəllərindən o əmisi oğlu Şahid1lə birlikdə Sənanın və Qiyamətin işlətdiyi kafedə ofisiant kimi işləməyə başlamışlar. 13 iyun 2022-ci il tarixdə axşam saat 19 radələrində Sənanın anası, adını sonradan bildiyi Səyyarə, arvadı Almaz və uşaqları Sənanla birlikdə kafeyə gəlmiş və kafenin zalında olmuşlar. Təxminən yarım saat sonra Qiyamət arvadı Aidə ilə birlikdə kafenin həyətinə gəlmişlər. Hava yağışlı olmuş və yer nisbətən palçıq olmuşdur. Aidənin kafenin zalına girdiyini, Qiyamətin isə Sənanla birlikdə kafenin zalından 50-60 metr yuxarı hissədə olan otağa getdiklərini, Sənanın əlində qeydiyyat dəftərlərinin olduğunu görmüşdür. 5-10 dəqiqə sonra Sənanın anası Səyyarənin qışqırıq səsini eşidib zalın arxa hissəsinə getdikdə Sənanın yerdə yıxılmış vəziyyətdə qaldığını və hər iki əli ilə başını tutduğunu görmüşdür. Qiyamət, Səyyarə və Sənanın arvadı Almaz, Qiyamətin arvadı Aidə də Sənanın yanında olmuşlar. Kafenin aşbazı Məmmədağa da onların yanlarına gəlmişdir. Qiyamətlə Səyyarə mübahisə etmişlər. Onlar Qiyaməti sakitləşdirərək həmin yerdən kənarlaşdırmışlar. Az sonra Qiyamət arvadı Aidə ilə birlikdə oradan çıxıb getmişlər. Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan: Məhkəmə tibbi ekspertizasının 22 iyun 2022-ci il tarixli 326 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət olunan sol gözün qansızması küt əşya (alət) təsirindən törənmişdir, 13 iyun 2022-ci il tarixdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə, eləcə də Zərərçəkmiş şəxsnın göstərdiyi şəraitdə törənə bilər. Təkrar məhkəmə-tibbi ekspertizasının 26 yanvar 2023-cü il tarixli T 13/2023 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi halında qapalı kəllə-beyin travması və sol gözün ağlı qişasına qansızma olmuşdur. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti 13 iyun 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə istər birlikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Qeyd edilən xəsarətlərin istər əl, istərsə də təpiklə yetirilməsi mümkündür. Zərərçəkmiş şəxs olan xəsarətlər onun eşitmə qabliyyətinin pozulmasına səbəb olmamışdır. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların Zərərçəkmiş şəxs öz boyu hündürlüyündən yıxılması zamanı yarana bilməsini inkar edir. Hadisə yerində baxış keçirilməsi haqqında 29 iyun 2022-ci il tarixli və 10 noyabr 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi yer İsmayıllı rayonu Bizlan kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxsun icarə əsasında işlətdiyi kafenin ərazisidir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla üzləşdirmədə dindirmə istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı göstərərək bir daha təsdiq etmişdir. Şahid X5 Təqsirləndirilən şəxsla üzləşdirmədə dindirmə istintaq hərəkətinin protokolundan görünür ki, X10 ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı göstərərək bir daha təsdiq etmişdir. Şahid X6 Təqsirləndirilən şəxsla üzləşdirmədə dindirmə istintaq hərəkətinin protokolundan görünür ki, X11 ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı göstərərək bir daha təsdiq etmişdir. Müstəntiqin sübutların qiymətləndirilməsi haqında 22 fevral 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş “xuliqanlıq” cinayətinin, Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq və Azərbaycan Respublikası CM-nin 177-ci maddəsində nəzərdə tutulmuş oğurluq cinayətinin, Azərbaycan Respublıikası CM-nin 234-cü maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətinin tərkib əlaməti olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, X5 Təqsirləndirilən şəxs və arvadı X13 tərəfindən döyülməsi xüsusatı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə X7 və Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin və inzibati icraatın başlanması rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxsin sözügedən əmələ görə özünü qismən təqsirli bilməsi barədə gətirdikləri əsaslar məhkəmə iclasında sübuta yetirilməmiş, həmin ifadələr təqsirləndirilən şəxsin özünü məsuliyyətdən yayındırmaq mahiyyəti daşıyır. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri, ekspert rəyləri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs arvadı X13 tərəfindən də xəsarət yetirilməsini bildirməsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və qərarlarına məhkəmə nəzarəti qaydasında yalnız CPM-in 449.2-ci maddəsində sadalanan şəxslərin şikayətləri əsasında baxıla bilər. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Vera Fernandez-Huidobro İspaniyaya qarşı iş üzrə vurğulamışdır ki, qərəzsizlik tələbi nəzərdə tutur ki, “məhkəmə” mahiyyətindən irəli gələrək öz mühakimə funksiyası baxımından səciyyələndirilməli: hüquq normaları əsasında və prosessual qaydalara uyğun olaraq öz səlahiyyətinə aid məsələləri həll etməlidir (N 74181/01, 06 yanvar 2010-cu il, § 108). Azərbaycan Respublikası CM-nin 87.1.-ci madəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərər çəkmiş şəxs qismində tanınır. Həmin Məcəllənin 87.5.-ci maddəsinə əsasən zərər çəkmiş şəxs qismində tanındıqdan sonra şəxsin zərər çəkmiş şəxs qismində qalmasına əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə həmin şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində iştirakına xitam verir. CPM-nin 65.1-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Hazırki cinayət işi üzrə “Sübutların qiymətləndirilməsi haqqında” həmin qərar ləğv edilməməklə hazırda qüvvədə olduğundan məhkəmə Zərərçəkmiş şəxs başqa şəxs və ya şəxslər tətəfindən də xəsarət yetirilməsi faktını araşdırma səlahiyyətində deyildir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Bizlan kəndində onunla şərikli kafe işlədən qohumu Zərərçəkmiş şəxs kafenin qazancının ümumi hesabatını aparmadığından və ona kafenin işlədilməsi üçün borc verdiyi ümumilikdə 5500 manat pulu öz şəxsi ehtiyaclarına xərcləməsindən əsəbiləşərək bu məsələyə aydınlıq gətirmək məqsədi ilə 13 iyun 2022-ci il tarixdə saat 19 radələrində İsmayıllı rayonu Bizlan kəndinə gələrək Zərərçəkmiş şəxs kafenin ümumi zalından çağırıb oradan 60 metr kənarda yerləşən ayrıca otağa apararaq orada kafenin qazancının qeydiyyatını ona göstərməsini bildirdikdə Zərərçəkmiş şəxs ona hər hansı qazanc hesabatını göstərməməsini görüb bu zəmində aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, o, əsəbiləşərək yumruqla bir neçə dəfə qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsindən, sonra isə kafenin həyətində ayaq nahiyəsindən təpiklə vuraraq sonuncuya qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət olunan sol gözün qansızması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Hazırki cinayət işi üzrə bu hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələsidə nəzərdə tutulmuş həddə cəza təyin olunmalıdır Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətr olmaqla, sağlamlığa yüngül zərər vurulmaqla əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, anadangəlmə lal-kar olan oğlunun və eyni fiziki qüsurlu gəlinin onunla bir ailədə yaşamasını, onların ailəsinə maddi və mənəvi köməklik göstərməsini onun barəsində cəzanı yüngülləşdirən hall kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Baş Əməliyyat İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19, “Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış 10 avqust 2022-ci il tarixli 2853 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik, narkoloji və nevroloji kabinetlərdə qeydiyyatda yoxdur. Göyçay rayonu Cəyirli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən çıxarılmış 13 aprel 2023-cü il tarixli arayışlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu X4 anadangəlmə eşitmənin konduktiv və neyrosensor itirilməsi, ikitərəfli neyrosensor karlıq, nitq pozğunluğu diaqnozu ilə üçüncü dərəcəli əlil kimi, onun arvadı X9 isə anadangəlmə eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, anadangəlmə lalkarlıq diaqnozu ilə üçüncü dərəcəli əlil kimi müavinət alırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə islah işləri növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi və yaşayış yeri üzrə müsbət xarakteriza olunması törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Nəzərə alınmalıdır ki, cinayət hadisəsi baş verməmişdən əvvəl zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs arasında mülki xarakterli mübahisə olmuş və bunun nəticəsində aralarında narazılıq yaranmışdır. Bu hal isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübutlar və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından dövlət nəfinə hər ay 15 (on beş) faiz tutulmanın başlandığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar