Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-19/2024 18.04.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 18 aprel 2024-cü il tarixdə saat 12:24-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, İsmayıllı rayonunun Quşencə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə İsmayıllı şəhəri Cavanşir küçəsi 10 ünvanında, İsmayıllı şəhərinin Kolxoz bazarının ərazisində yerləşən X1 məxsus, hər tərəfi göy rəngli çadırla bağlanmış vəziyyətdə olan xırdavat dükanına yaxınlaşıb ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra saxlanc yeri hesab olunan həmin dükanın bağlı vəziyyətdə olan çadırını açaraq qanunsuz olaraq içərisinə daxil olub oradan istifadə olunmamış, tünd zoğalı rəngli, 3 metr uzunluğunda, hər birinin dəyəri 20 manat təşkil edən 2 ədəd, istifadə olunmamış, sarı-göy rəngli, 2,1 metr uzunluğunda, dəyəri 14 manat təşkil edən 1 ədəd, istifadə olunmamış, qara rəngli, 4,6 metr uzunluğunda, hər birinin dəyəri 26 manat təşkil edən 2 ədəd və istifadə olunmamış, qırmızı rəngli, 3 metr uzunluğunda, dəyəri 20 manat təşkil edən 1 ədəd balıq tutmaq üçün nəzərdə tutulmuş qarmaqları götürərək özü ilə aparmaqla qəsdən gizli olaraq talayıb Şahin Adıgözəlova ümumilikdə 126 (yüz iyirmi altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə, təqribən saat 18:30 radələrində İsmayıllı rayonunun Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus tövlənin qarşısına gəlib ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra saxlanc yeri hesab olunan həmin tövlənin bağlı vəziyyətdə olan giriş qapısını əli ilə fiziki güc tətbiq edib açaraq qanunsuz olaraq içərisinə daxil olmuş və oradan dişi cinsli, qara rəngli, 6-7 yaşlı, diri çəkisi 150-160 kiloqram olan, dəyəri 1100 manat təşkil edən 1 baş inəyi çıxarıb özü ilə aparmaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1100 (min yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, ailəsilə birlikdə İsmayıllı rayonu Quşencə kəndində yaşayır. Fərdi əməklə məşğul olmaqla dolanışığını təmin edir. Zərərçəkmiş şəxs1 onun həmkəndlisi olsa da onu əvvəllər tanımamışdır. Onun tanışına 350 manat borcu olmuş və 27 oktyabr 2023-cü il tarixdə saat 18:30 radələrində yaşadığı Quşencə kəndində küçədə olarkən həmin tanışı zəng edərək pulunu istəmişdir. Pulu olmadığından başqa tanışlarından borca pul istəsə də pul tapa bilməmişdir. Buna görə də o, oğurluq etməyə qərar vermişdir. Bu zaman sonradan adını bildiyi həmkəndlisi Zərərçəkmiş şəxs1 məxsus həyətin yanında küçədə olmuşdur. Küçədə gedərkən Zərərçəkmiş şəxs1 məxsus həyətdə yerləşən tövlənin dəmir qapısı küçəyə baxmasını və tövlənin qapısının aralı vəziyyətdə olmasını görmüşdür. O, içəri baxmış və içəridə axurda bağlanmış vəziyyətdə 1 baş inəyi görmüşdür. Dərhal içəri daxil olub axurda bağlanmış həmin 1 baş inəyin kəndirini açmaq istəmiş, lakin aça bilmədiyi üçün kəndiri özündə olan alışqanla yandırmış və kəndirindən tutub inəyi aparmışdır. Oğurladığı həmin inəyi yaxınlıqda yerləşən xalası Gülmirənin yaşayış olmayan həyətinə aparmışdır. Xalasıgil Bakı şəhərində yaşadıqlarından onlara məxsus həyətin giriş qapısının açarı onda olmuşdur. O, inəyi həmin həyətə salmışdır. Bundan sonra mal alveri ilə məşğul olan Diyallı kənd sakini Kənan adlı tanışına zəng vurmuş və inək satdığını demişdir. O, bundan əvvəl özünə məxsus 1 baş inəyi və 1 baş buzovu Kənana satmışdır. Kənana inək satdığını dedikdə gəlib baxacağını demişdir. Az müddət sonra Kənan “Qazel” markalı dövlət qeydiyyat nişanlı bilmədiyi avtomaşınla gəlmiş və xalasının həyətində saxladığı inəyi Kənana göstərmişdir. O, Kənana həmin inəyin də özünə məxsus olduğunu və oğurluq olmadığını demişdir. Kənan inəyi neçəyə satdığını soruşduqda 900 manata satdığını demişdir. Kənan onunla razılaşmamış və “baha” dediyini qeyd etmişdir. O, qiyməti aşağı salmaq istəməsə də Kənan inəyin ağzına baxaraq inəyin “qoca və qısır” olduğunu demişdir. Yekun olaraq Kənan inəyə 450 manat verə biləcəyini demişdir. O isə yekun olaraq 500 manat qiymət demiş və o, həmin qiymətə inəyi Kənana satmışdır. Kənan inəyi gəldiyi Qazel markalı avtomaşına mindirib aparmışdır. Oğurladığı inəkdən əldə etdiyi 500 manat pulun 350 manatını borcunu qaytarmışdır. Qalan 150 manat pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 25 sentyabr 2023-cü il tarixdə saat 02 radələrində İsmayıllı şəhəri Kolxoz bazarında olarkən evə getməyə pulu olmamışdır. Bu zaman o, balıq tutan qarmaq və sairə bu kimi əşyalar satılan mağazanın qarşısından keçmişdir. Qeyd etdiyi kimi həmin vaxtı pulu olmamışdır. Mağazanın qarşısı çadır ötrüklə bağlanmışdır. Çadırın ipini açıb qaldırmaqla içəri daxil olmuşdur. İçəridə asılmış vəziyyətdə bir neçə balıq tutan qarmaq görmüş, həmin qarmaqlardan 6 ədədini götürüb torbaya qoymuş və ardınca piyada İsmayıllı şəhərində yerləşən Mustafa marketin qarşısına gəlmişdir. Orada dövlət qeydiyyat nişanını bilmədiyi Vaz 2107 markalı taksi avtomaşının dayandığını görmüş və həmin şəxsin adını bilməsə də sonradan adının Sabir olduğunu bilmişdir. Sabirə pulunun olmadığını, ancaq İsmayıllı rayonu Quşencə kəndinə evə getməli olduğunu, buna görə qarmaqların birini ona verə biləcəyini demişdir. Sabir onu yaşadığı ünvana aparmışdır. O, qarmaqlardan birini Sabirə vermişdir. Sonradan bilmişdir ki, mağazanın sahibi Şahin adlı şəxs qarmaqların oğurlanması ilə bağlı İsmayıllı RPŞ-nə şikayət etmişdir. Daha sonra isə həmin qarmaqları Şahin Adıgözəlova qaytarmışdır. Oğurluq əməllərini tək törətmiş, bundan heç kimin xəbəri olmamışdır. Hazırda əməlindən peşmandır. Həmin cinayəti maddi ehtiyac üzündən törətmişdir. Hadisədən sonra zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə aradan qaldırmış və onlarla barışıq əldə etmişdir.O, İİ Qarabağ müharibəsi iştirakçısıdır. Müxtəlif orden və medallarla təltif edilmişdir. Məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ədalətli qərar qəbul edilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, o, uzun illər mal-qara işi ilə məşğul olmuşdur. Şəxsi təsərüfatında 2 baş inəyi olmuş və 1 inəyini bir müddət əvvəl satdığı üçün 1 baş inəyi və onun 1 baş balası qalmışdır. O, inəyini hər gün səllimi formada örüş səhəsinə ötürmüş və axşam isə inək özü yaşadığı həyətə geri qayıtmışdır. 27 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində inəyinin gəldiyini görmüş və inəyini tövlənin dəmirdən olan çöl giriş qapısını açıb içəri salmışdır. Qapının cəftəsini isə bağlamışdır. Havalar hələlik tam soyuq olmadığı üçün inəyini tövlənin içərisinə salmamışdır. Ardınca isə inəyinin qabağına yem qoymuşdur. Bundan sonra inəyini sağmış və evə getmişdir. Az sonra həyətində saxladığı itinin hürmə səsini eşitmiş, ancaq həyətə düşməmişdir. Təxminən 10-15 dəqiqə sonra inəyinə ot vermək üçün tövləyə gəlmiş və görmüşdür ki, tövlədən həyətə açılan dəmir qapı örtülüdür. Daha sonra isə görmüşdür ki, inəyi bağlandığı yerdə yoxdur. Naməlum şəxs inəyinin kəndirini yandırıb açmaqla inəyini aparmışdır. Həmin vaxtı hadisənin şokunda olduğu üçün inəyinin hər hansı şəxs tərəfindən oğurlanmasını ehtimal etməmiş və özü inəyini tapacağına ümid etmişdir. İnəyini axtarsa da tapa bilməmişdir. O, İsmayıllı RPŞ-nin Növbətçi hissəsinə zəng edərək bu barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, onun inəyini həmkəndlisi Təqsirləndirilən şəxs oğurlamışdır. Araşdırılma zamanı onun inəyinin yeri müəyyən edilmiş və inəyi onun özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri Kolxoz bazarında yerləşən xırdavat malları mağazasını işlədir. Mağazasında müxtəlif ləvazimatlar, o cümlədən balıq tutmaq üçün qarmaq və sairə bu kimi məmulatlar satır. Mağazasını hər gün özü saat 08 radələrində açmış və axşam saat 18-19 radələrində evinə gedərkən mağazasını parça jalüzlə bağlamışdır. Jalüzü isə iplə bağlamışdır. Kolxoz bazarının kənarları hündür hasarla əhatələnməklə bağlı olmuş, eləcə də gecələr mühafizəçi ilə təmin olunduğu üçün əksər mağazalar eyni qaydada bağlamışdır. Son dəfə 24 sentyabr 2023-cü il tarixdə saat 17-18 radələrində yaşadığı evə gedərkən mağazasının jalüzünü iplə bağlayıb evə getmişdir. 25 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində mağazasına gəldikdə görmüşdür ki, jalüz açıqdır və mağazasında olan balıq tutan qarmaqlardan 5 ədədi yoxdur. Həmin qarmaqların oğurlandığını başa düşmüşdür. Bundan sonra bazarda olan mühafizəçiyə və digər şəxslərə məlumat vermişdir. Oğrunu özü tapmaq üçün soraqlaşmışdır. Ancaq oğurluğu etmiş şəxsi özü tapa bilmədiyindən 04 oktyabr 2023-cü il tarixdə İsmayıllı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Bir neçə gün sonra o, bu barədə mal siyahısına baxaraq dəqiqləşdirmə aparmış və ona məxsus 5 ədəd ümumilikdə 75 manat dəyərində deyil, 6 ədəd olmaqla cəmi 180-210 manat dəyərində balıq tutan qarmaqlarının oğurlanmasını müəyyən etmişdir. 14 oktyabr 2023-cü il tarixdə İsmayıllı RPŞ-nə gələrək bu barədə ərizə yazmışdır. O, həmin oğurluq hadisəsinin hansı şəraitdə və kim tərəfindən törədilməsini görməmiş, lakin İsmayıllı RPŞdə aparılan istintaq zamanı ona məlum olmuşdur ki, mağazasından qeyd etdiyi əşyaları oğurlayan şəxs İsmayıllı rayon Quşencə kənd sakini Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Quşencə kənd sakini Təqsirləndirilən şəxs tanımış, belə ki, 2023-cü ilin yay aylarında Araz ona zəng vurub inək satdığını demişdir. O, həmin vaxt Arazdan 2 baş inək almışdır. Araz ona satdığı inəklərin özünə məxsus olmasını demişdir. 2023-cü ilin oktyabr ayının dəqiq tarixi yadında qalmayan günündə Təqsirləndirilən şəxs ona zəng edərək inək satdığını demişdir. O, Quşencə kəndinə getmiş və Arazla görüşmüşdür. Bu zaman Araz ona demişdir ki, satdığı inək xalası Gülmirənin həyətindədir. Onlar birlikdə həmin həyətə gedərək Arazın göstərdiyi inəyə baxmışdır. Araz həmin inəyin özünə məxsus olmasını və inəyi 950 manata satdığını, eləcə də boğaz olmasını demişdir. O, inəyə baxmış və 500 manat pul verə biləcəyini demişdir. Araz onunla razılaşmışdır. O, Araza 500 manat pul vermiş və inəyi özünə məxsus “Qazel” markalı avtomaşınına mindirib yaşadığı ünvana aparmışdır. Sabahısı gün o, inəyi Göyçay rayonuna mal bazarına aparıb orada tanımadığı şəxsə 570 manata satmışdır. Həmin günü Quşencə kənd sakini Yaşar adlı şəxs zəng vurub həmin kənddən inək alıb almadığını soruşmuşdur. O, Arazdan 1 baş inək aldığını demişdir. Az müddət sonra isə polis əməkdaşları zəng vurub İsmayıllı RPŞ-nə dəvət etmişlər. O, baş vermiş hadisəni olduğu kimi PŞ-də danışmışdır. Daha sonra isə inəyi satdığı şəxsdən inəyi alıb inəyin əsl sahibi Ofelya Şirəliyevaya qaytarmışdır. Məlum hadisə nəticəsində ona 700 manat maddi ziyan dəymişdir. Belə ki, o, həmin inəyi 500 manata almışdır. Bundan başqa inəyin kəsilməməsindən ötrü 50 manat göndərmişdir. 150 manat isə yol pulu vermişdir. Cəmi ona 700 manat ziyan dəymişdir. Həmin dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ona tam şəkildə ödənilmişdir. Buna görə hər hansı tələbi yoxdur. Aldığı məlum inəyin oğurluq olmasından xəbəri olmamışdır. Bu barədə sonradan bilmişdir. Şahid2 ifadə verərək göstərdi ki, o, uzun müddətdir İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən “Mustafa market” adlanan marketdə gecələr gözətçi kimi işləmişdir. 28 sentyabr 2023-cü il tarixdən 29 sentyabr 2023-cü il tarixə keçən gecə saat 2-3 radələrində mağazanın qarşısında öz avtomaşınında marketi mühafizə edərkən sonradan adının Araz olduğunu bildiyi şəxs yaxınlaşıb onu yaşadığı İsmayıllı rayonu Quşencə kəndinə aparmağını xahiş etmişdir. Əvəzində isə Araz əlindəki torbada olan balıqtutan qarmaqlardan birini ona vermişdir. O, Arazı Quşencə kəndinə düşürüb qayıtmışdır. Sonradan ona məlum olmuşdur ki, Araz əlindəki torbada olan qamraqları Zərərçəkmiş şəxs2 mağazasından oğurlamışdır. Bu barədə əvvəlcədən məlumatı olmamışdır. Sonradan qarmağı aparıb Şahinə təhvil vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, 28 oktyabr 2023-cü il tarixli hadisə yerin baxış keçirilməsinə dair protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri İsmayıllı rayonu Quşencə kəndində həmin kənd sakini Zərərçəkmiş şəxs1 məxsus həyətyanı sahədə yerləşən tövlədir. 14 oktyabr 2023-cü il tarixli hadisə yerin baxış keçirilməsinə dair protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri İsmayıllı rayonu İsmayıllı kəndi sakini Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı şəhəri Kolxoz bazarında yerləşən xırdavat mağazasıdır. Könüllü təqdim etmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 1 baş inək İsmayıllı rayonu Diyallı kənd sakini Şahid1 tərəfindən könüllü olaraq təqdim edilmiş və sahibi Ofelya Şiyaliyevaya təhvil verilmişdir. Könüllü təqdim etmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X1 məxsus xırdavat dükanından oğurladığı 6 ədəd qarmaqdan 5 ədədini könüllü olaraq təqdim etmiş və sahibi Şahin Adıgözəlova təhvil verilmişdir. İsmayıllı rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin arayışından görünür ki, 1 baş dişi cinsli, qara rəngli, diri çəkisi 150-160 kq olan iri buynuzlu heyvanın damazlıq məqsədi ilə heyvan bazarlarında satış qiyməti 1200-1300 manat civarında müəyyən edilir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 17 noyabr 2023-cü il tarixli 9/7928 saylı rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş qarmaqların istifadədə olmaması nəzərə alınmaqla 2023-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 126,0 manat müəyyən edilmişdir. O cümlədən: 02 ədəd istifadədə olmamış, tünd zoğalı rəngli, 3 metr uzunluğunda qarmaq (20X2) 40 manat; 02 ədəd istifadədə olmamış, qara rəngli, 4,60 metr uzunluğunda qarmaq (26X2) 52 manat; 01 ədəd istifadədə olmamış, sarı-göy rəngli, 2,10 metr uzunluğunda qarmaq 14 manat; 01 ədəd istifadədə olmamış, qırmızı rəngli, 3 metr uzunluğunda qarmaq 20 manatdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 dekabr 2023-cü il tarixli 9/8911 saylı rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 baş dişi cinsli, qara rəngli, 6-7 yaşlı, diri çəkisi 150-160 kq olan inəyin 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1100,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə psixiatrik ekspertizasının 18 yanvar 2024-cü il tarixli 36 saylı rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişməsi XBT10 F62.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs fəlakət keçirdikdən sonra şəxsiyyət dəyişməsi XBT10 F62.0 xəstəliyindən əziyyət çəkmişdir və hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Onun halhazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Müstəntiqin 08 dekabr 2023-cü il tarixli maddi sübut qismində tanınmasına dair qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 baş oğurlanmış inək heyvanı və 6 ədəd balıq tutan qarmaq maddi sübut kimi tanınmış, sözügedən 1 baş inək Zərərçəkmiş şəxs1, 6 ədəd balıq tutan qarmaq isə zərərçəkmiş şəxs məsul saxlanca verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun əməlində həmin cinayətlərin tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmişlər və şahidlərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02 radələrində tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə İsmayıllı şəhəri Cavanşir küçəsi 10 ünvanında, İsmayıllı şəhərinin Kolxoz bazarının ərazisində yerləşən X1 məxsus, hər tərəfi göy rəngli çadırla bağlanmış vəziyyətdə olan xırdavat dükanına yaxınlaşıb ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra saxlanc yeri hesab olunan həmin dükanın bağlı vəziyyətdə olan çadırını açaraq qanunsuz olaraq içərisinə daxil olub oradan istifadə olunmamış, tünd zoğalı rəngli, 3 metr uzunluğunda, hər birinin dəyəri 20 manat təşkil edən 2 ədəd, istifadə olunmamış, sarı-göy rəngli, 2,1 metr uzunluğunda, dəyəri 14 manat təşkil edən 1 ədəd, istifadə olunmamış, qara rəngli, 4,6 metr uzunluğunda, hər birinin dəyəri 26 manat təşkil edən 2 ədəd və istifadə olunmamış, qırmızı rəngli, 3 metr uzunluğunda, dəyəri 20 manat təşkil edən 1 ədəd balıq tutmaq üçün nəzərdə tutulmuş qarmaqları götürərək özü ilə aparmaqla qəsdən gizli olaraq talayıb Şahin Adıgözəlova ümumilikdə 126 (yüz iyirmi altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlmiş, bu məqsədlə xx.xx.2023-cü il tarixdə, təqribən saat 18:30 radələrində İsmayıllı rayonunun Quşencə kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus tövlənin qarşısına gəlib ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra saxlanc yeri hesab olunan həmin tövlənin bağlı vəziyyətdə olan giriş qapısını əli ilə fiziki güc tətbiq edib açaraq qanunsuz olaraq içərisinə daxil olmuş və oradan dişi cinsli, qara rəngli, 6-7 yaşlı, diri çəkisi 150-160 kiloqram olan, dəyəri 1100 manat təşkil edən 1 baş inəyi çıxarıb özü ilə aparmaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1100 (min yüz) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tamamilə ödəməklə onlarla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü, onun İİ Qarabağ müharibəsi iştirakçısı olması, müharibədə göstərdiyi şücaətə görə medalla təltif edilməsini həmin Məcəllənin 59.2-ci maddələrinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı RİHB-nin Quşencə kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 04 noyabr 2023-cü il tarixli 5661 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Quşencə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, subaydır, yaşadığı müddət ərzində barəsində İsmayıllı RİHB-nin Quşencə kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə bir neçə şikayət xarakterli məlumatlar daxil olmuşdur. İ-11203 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İsmayıllı rayon X2 hüququlu şəxsi tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın narkoloji kabinetində qeydiyyatda olmasa da psixatrik kabinetdə xx.xx.2022-ci il tarixdən “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə qeydiyyatdadır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Müstəntiqinin 14 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Quşencə kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan 1 baş dişi cinsli inəyin sahibi Zərərçəkmiş şəxs1, 6 ədəd balıq tutmaq üçün nəzərdə tutulmuş qarmaqların isə sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaları ilə bağlı məhkəmə məsrəfi 100 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 2(iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Quşencə kəndindəki evi tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət qeydiyyatda olduğu yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan 1 baş dişi cinsli inəyin sahibi Zərərçəkmiş şəxs1, 6 ədəd balıq tutmaq üçün nəzərdə tutulmuş qarmaqların isə sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-19/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-19/2024
18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver