Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-2/2022 08.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçilər İsmayıllı rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Qəbələ rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 08 fevral 2022-ci il tarixdə saat 17:44-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1990-cı ildə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx xxxxxx 1984-cü ildə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinib 11 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 may 2014-cü il tarixli qərarı ilə hökm dəyişdirilərək onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə tövsif edilərək 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 saylı “Əfv” Sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, məhkumluğu ödənilməmiş, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx xxxxxx 1996-cı ildə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş Mican kəndində) qeydiyyatda olmaqla həmin kənddə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 saxlanılan, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmək barədə razılığa gəlib bu məqsədlə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan razılığa əsasən o, satış məqsədi olmadan, şəxsi istifadələri üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmək üçün 24 iyul 2021-ci il tarixdə saat 18 radələrində İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən çayxanada Təqsirləndirilən şəxs3la görüşərək ona 30 manat məbləğində pul verərək heroin tapmasını, həmin heroindən Təqsirləndirilən şəxs3 da istifadə etməsi üçün verəcəyini söyləmiş, Təqsirləndirilən şəxs3 razılaşaraq pulu alıb yaşadığı İsmayıllı rayonu Mican kəndində yerləşən evindən satış məqsədi ilə əldə etdiyi 0,211 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından az heroini götürərək İsmayıllı şəhəri, Təbriz küçəsindəki 5 saylı evin yaxınlığında ona qanunsuz olaraq satmış, əvvəlcədən aralarında olan razılığa əsasən o, 24 iyul 2021-ci il tarixdə saat 20 radələrində həmin evin yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la həmin narkotik vasitə olan heroini öz aralarında bərabər şəkildə bölüb istifadə etmək istədikdə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları onları aşkar etdiyindən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hadisə yerindən qaçmış, o isə göstərilən ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq İsmayıllı rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,211 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1lə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmək barədə razılığa gəlib bu məqsədlə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, şəxsi istifadələri üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmək üçün 24 iyul 2021-ci il tarixdə saat 18 radələrində İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən çayxanada Təqsirləndirilən şəxs3la görüşüb 30 manat məbləğində pul verərək heroin tapmasını, həmin heroindən Təqsirləndirilən şəxs3 da istifadə etməsi üçün verəcəyini söyləmiş, Təqsirləndirilən şəxs3 razılaşaraq pulu alıb yaşadığı İsmayıllı rayonu Mican kəndində yerləşən evindən satış məqsədi ilə əldə etdiyi 0,211 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından az, lakin dəqiq çəkisi müəyyən edilməyən miqdarda heroini götürərək İsmayıllı şəhəri Təbriz küçəsi 5 saylı evin yaxınlığında Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmış, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 24 iyul 2021-ci il tarixdə saat 20 radələrində həmin evin yaxınlığında onunla və Təqsirləndirilən şəxs3la həmin narkotik vasitə olan heroini öz aralarında bərabər şəkildə bölüb istifadə etmək istədikdə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları onları aşkar etdiyindən Təqsirləndirilən şəxs3la o hadisə yerindən qaçmış, Təqsirləndirilən şəxs1 isə polis əməkdaşları tərəfindən saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın cibində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,211 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,261 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib məhlul halına gətirərək bir ədəd bir qramlıq tibbi şprisin içərisinə doldurub istifadə etmək məqsədi ilə üzərində daşımış 06 avqust 2021-ci il tarixdə saat 20 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı İsmayıllı şəhəri Təbriz küçəsində yerləşən evinin yaxınlığında saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək saat 21 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bir qramlıq tibbi şprisin içərisinə doldurduğu təmiz çəkisi 0,261 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 0,211 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından az, lakin dəqiq çəkisi müəyyən edilməyən miqdarda heroini əldə edib yaşadığı İsmayıllı rayonu Mican kəndində yerləşən evinə daşıyaraq 24 iyul 2021-ci il tarixədək həmin evdə, özünə məxsus yataq otağında olan çarpayının altında gizlədib saxlamış, həmin tarixdə, saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs1 ona 30 manat məbləğində pul verərək narkotik vasitə olan heroin tapmasını, həmin narkotik vasitəni onunla və digər tanışı Təqsirləndirilən şəxs2la böləcəyini təklif etmiş, o bu təkliflə razılaşaraq satış məqsədi ilə əldə etdiyi həmin 0,211 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından az, çəkisi müəyyən edilməyən miqdarda heroini İsmayıllı şəhəri Təbriz küçəsi 5 saylı evin yaxınlığında Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmış, əvvəlcədən aralarında olan razılığa əsasən 24 iyul 2021-ci il tarixdə saat 20 radələrində həmin evin yaxınlığında Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs2 və onunla aralarında bərabər şəkildə bölüb istifadə etmək istəyərkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının onlara tərəf gəldiklərini gördüklərindən Təqsirləndirilən şəxs2la birlikdə oradan qaçmış, Təqsirləndirilən şəxs1 isə polis əməkdaşları tərəfindən saxlanılaraq İsmayıllı rayon polis şöbəsinə gətirilmiş, sonuncunun üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,211 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əməllərə görə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, bəzi vaxtlarda bədənində ağrılar olur və həmin ağrılara dözmədiyi üçün heroindən istifadə etmək məcburiyyətində qalır. 24 iyul 2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar yaşadığı İsmayıllı rayonu Quşencə kəndindən İsmayıllı şəhərinə “Mustafa” marketin yaxınlığına gəlmişdir. Marketin yaxınlığında dayandığı zaman tanışı Rəhman və sonradan adının Sadiq olduğunu bildiyi şəxs ona yaxınlaşmışlar. O, Rəhmanla əvvəllər bir dəfə heroindən istifadə etdiyi üçün onu tanımış, Sadiqi isə birinci dəfə görmüşdür. Onlar yaxınlıqdakı çayxanaya gedərək çay sifariş etmişlər. Çay içərkən Rəhman heroindən istifadə etmək istədiyini ona demişdir. O Rəhmana müalicədən gəldiyini, anasına bir daha narkotikdən istifadə etməyəcəyinə dair söz verdiyini bildirərək heroindən istifadə etməyəcəyini demişdir. Sadiq də heroindən istifadə etmək istədiyini dedikdə onda heroindən istifadə etmək istəyi yaranmışdır. Buna baxmayaraq Rəhmana narkotikdən istifadə etməyəcəyini demişdir. Rəhman isə israr etdiyindən Rəhmanla razılaşmışdır. O Rəhmana heroini haradan tapa biləcəklərini soruşduqda Rəhman Sadiqin heroini tapacağını demişdir. Onlar Rəhmanın yaşadığı İsmayıllı şəhəri, Təbriz küçəsi, ev 5 saylı evin yaxınlığında görüşəcəkləri barədə razılaşmışlar. Bundan sonra Sadiq masadan qalxmış və heroin tapmağa getdiyini deyərək oradan uzaqlaşmışdır. Təxminən 25-30 dəqiqə orada əyləşdikdən sonra onlar Rəhmanın yaşadığı evin yaxınlığında yerləşən bulağın yanına getmişlər. Onlar görüşəcəkləri yerə çatanda Sadiqin onları gözlədiyini görmüşdür. Onlar yerdə oturaraq heroindən istifadə etmək qərarına gəlmişlər. Torpağın üzərində oturduqdan sonra Sadiq cibindən bir bükümdə olan heroini çıxardaraq üç yerə bölmüşdür. Rəhman və Sadiq özlərinə düşən hissəsini birləşdirirək maye halında istifadə etmələrini qərarlaşdırmışlar. O isə heroinin özünə düşən hissəni toz halında istifadə etməyi fikirləşmişdir. Onlar heroini istifadə etməyə başlayarkən polis əməkdaşlarının onlara tərəf gəldiklərini görmüşlər. Bu zaman Sadiqlə Rəhman oradan qaçmış, o isə yerində qalaraq qaçmamışdır. İstifadə etmək istədiyi heroini isə cibinə qoymuşdur. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu, bu barədə əməliyyat məlumatının olduğunu və qərar qəbul olunduğunu bildirib onu İsmayıllı rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində özünün seçdiyi Müdafiəçi3la təmin edilmiş və o, həmin gün saat 21 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şöbənin növbətçi hissənin qarşısında üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış,axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən özünün ora yerləşdirdiyi içərisində heroin olan bir ədəd gümüşü rəngli büküm aşkar edilmişdir. Həmin bükümün çəkisi müəyyən olunmuş və büküm açdıqda içərisindən bir ədəd selofan bükülü çıxmışdır. Həmin selofan bükülü də açdıqda içərisində narkotik maddə olan heroin görünmüşdür. O, narkotik vasitənin alınması üçün Təqsirləndirilən şəxs3 pul verməmiş, Sadiqin isə həmin narkotik vasitəni haradan əldə etməsi barədə məlumatı yoxdur. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Ailədə evə gəlir gətirən yeganə şəxs odur, qeyd etdiyi halı cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 24 iyul 2021-ci il tarixdə saat 18 radələrində tanışı Sadiqlə birlikdə İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən “Mustafa” marketin yaxınlığından keçərkən tanışı Coşqunun marketin yaxınlığında dayandığını görmüşdür. Coşquna yaxınlaşaraq salamlaşmış və yanında olan Sadiqi də Coşqunla tanış etmişdir. Orada bir neçə dəqiqə söhbət etdikdən sonra onlar çay içmək üçün yaxınlıqda yerləşən çayxanaya çay getmişlər. Çay süfrəsi arxasında Coşquna heroindən istifadə etmək istədiyini demiş, Coşqun tərəddüd etsə də sonda heroindən istifadə etmək istədiyini ona demişdir. Həmin vaxt Sadiq də heroindən istifadə etmək istədiyini bildirmişdir. Heroinin olmadığını bildirdikdə Sadiq heroin tapa biləcəyini demişdir. Bundan sonra Sadiq oradan getmiş və gedərkən onlar birlikdə onun yaşadığı İsmayıllı şəhəri Təbriz küçəsindəki evin yaxınlığında görüşəcəkləri barədə razılaşmışlar. Təxminən 25-30 dəqiqədən sonra Coşqunla birlikdə Sadiqlə əvvəlcədən görüşəcəkləri barədə razılaşdıqları yerə getmişlər. Onlar ora çatanda Sadiq artıq orada olmuşdur. Onlar topraq üzərində oturaraq heroindən istifadə etmək qərarına gəlmişlər. Oturduqdan sonra Sadiq cibindən bir bükümdə olan heroini çıxardaraq 3 yerə bölmüşdür. O və Sadiq özlərinə düşən heroini birləşdirirək maye halında istifadə etmək qərarına gəlmişlər. Coşqun isə özünə düşən hissəni toz halında istifadə edəcəyini demişdir. Onlar heroindən istifadə etməyə başlayarkən polis əməkdaşlarının onlara tərəf gəldiklərini görmüşlər. Bu zaman onunla Sadiq oradan qaçmışlar. 6 avqust 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evin yaxınlığında olarkən İsmayıllı RPŞ-nin əməkdaşı ona yaxınlaşaraq İsmayıllı RPŞ-nin İB-nin icraatında olan cinayət işi ilə bağlı İsmayıllı RPŞ-nə getməyini ondan xahiş etmişdir. O da etiraz etməyək həmin polis əməkdaşı birlikdə İsmayıllı RPŞ-nə getmişdir. Polis şöbəsində ona müdafiəçinin iştirakından istifadə etmək hüququ izah edildiyi üçün o ərizə ilə müraciət edərək ona dövlət hesabına müdafiəçi təyin olunmasını istəmişdir. Təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi2 Novruz oğlunu seçmiş və qısa müddət ərzində həmin müdafiəçi ona təqdim edilmişdir. Həmin gün saat 21 radələrində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Polis şöbəsinin növbətçi hissəsinin qarşısında üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan olunmuş maddə olduğu halda təqdim etməsi təklif edilmişdir. O əynində olan şalvarın sol yan cibində bir ədəd şpris olduğunu və həmin şprisin içərisində də narkotik vasitə olan heroin məhlulunun olduğunu bildirərək şprisi təqdim etmişdir. Polis əməkdaşı tərəfindən üzərinə şəxsi axtarış davam etdirilsə də, əynində olan paltarların ciblərindən və digər hissələrindən hər hansı narkotik vasitəyə bənzər maddə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Narkotik vasitənin alınması üçün Təqsirləndirilən şəxs3 pul təklif edilməmiş, onun yanında Təqsirləndirilən şəxs1 narkotik vasitə əldə etmək üçün Təqsirləndirilən şəxs3 hər hansısa məbləğdə pul verməmiş, Sadiqin isə həmin narkotik vasitəni haradan əldə etməsi barədə məlumatı yoxdur. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Əvvəllər məhkumluq həyatı yaşamışdır, bir daha həbsxana həyatı yaşamaq istəmir, ona azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza verilməsni xahiş edir. Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, artıq bir neçə ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkir. 24 iyul 2021-ci il tarixdə saat 18 radələrində tanışı Rəhmanla birlikdə İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən “Mustafa” marketin yaxınlığından keçərkən Rəhman tanışı Coşqunun marketin yaxınlığında dayandığını görmüşdür. Onlar Coşquna yaxınlaşmış və salamlaşmışlar. Rəhman onu Coşqunla tanış etmişdir. O əvvəllər Coşqunu tanımamışdır. Onlar marketin arxasında yerləşən çayxanaya gedərək orada çay içməyə qərar vermişlər. Çay içərkən Rəhman Coşquna heroindən istifadə etmək istədiklərini demişdir. Coşqun da onlarla razılaşmışdır. Bu zaman o, evdə dəqiq miqdarını bilmədiyi qədər, yəni üç dəfə istifadə etməyə yetərli miqdarda heroin saxladığını demişdır. Rəhman onun yaşadığı İsmayıllı şəhəri Təbriz küçəsindəki evinin yaxınlığında görüşərək orada heroindən istifadə etməyi təklif etdikdə onlar razılaşmışlar. O, heroini gətirmək üçün evinə getmiş və evə daxil olduqda heç kimin evdə olmadığını görmüşdür. Yataq otağına daxil olub çarpayısının altında saxladığı bir ədəd kağız bükümdə olan heroini götürmüşdür. Sonra evdən çıxmış və Rəhmanın yaşadığı ev istiqamətində getmişdir. Görüş üçün razılaşdıqları yerə çatdıqda Rəhman və Sadiqin orada olmadığını görmüşdür. Bir neçə dəqiqə sonra Rəhman və Sadiq ora gəlmişlər. Onlar topraq üzərində oturaraq heroin istifadə etmək qərarına gəlmişlər. Torpağın üzərində oturduqdan sonra o cibindən bir bükümdə olan heroini çıxardaraq üç yerə bölmüşdür. O və Rəhman öz paylarına düşən heroinin hissəsini birləşdirirək maye halında istifadə etmələri barədə razılığa gəlmişlər. Coşqun isə özünə düşən hissəni toz halında istifadə edəcəyini demişdir. Onlar heroini istifadə etməyə başlayarkən polis əməkdaşlarının onlara tərəf gəldiklərini görmüşlər. Həmin vaxt Rəhman və o oradan qaçmışdır. O, şəxsi istifadəsi üçün evində saxladığı narkotik vasitəni təmənnasız olaraq Rəhmana və Coşquna vermişdir. O, heç kimə narkotik vasitə satmamışdır. Narkotik vasitə olan heroini satış məqsədi ilə saxlamamış, ozü mütəmadi həmin vasitədən istifadə etdiyi üçün evində saxlamışdır. Həmin narkotik vasitə olan heroini gizlədərək saxladığı barədə heç kimə deməmiş, heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir, narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Əməlindən peşman olmuşdur. Ailə vəziyyətinin nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid, İsmayıllı rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili X8 ifadə verərək göstərdi ki, 24 iyul 2021-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən qanunsuz olaraq istifadə etməsi və üzərində saxlaması barədə İsmayıllı rayon polis şöbəsinə məlumat daxil olmuşdur. Dərhal Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 24 iyul 2021-ci il tarixdə saat 20 radələrində o, İsmayıllı RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Müşviq Soltanov əməliyyat müvəkkili Xəyal Mürşüdov, İsmayıllı RPŞ-nin KTQ-nın baş inspektor kriminalisti Sadiq Mirzəyev və İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı Qoşqar Aslanlı əməliyyat məlumat əsasında İsmayıllı şəhəri, Təbriz küçəsi 5 saylı evin yaxınlığına getmişlər. Ora çatdıqda Təqsirləndirilən şəxs1 iki nəfər şəxslə birgə torpaq üzərində oturduqlarını görmüşlər. Coşquna yaxınlaşan zaman sonuncunun yanında olan şəxslərin oradan qaçdıqlarını görmüşlər. Onlar həmin şəxsləri təqib etsələr də onlar dayanmayaraq oradan uzaqlaşmışlar. Bundan sonra onlar Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini təqdim etmişlər. Daha sonra əməliyyat tədbirinin keçirilməsi haqqında qərarla sonuncunu tanış edib narkotik vasitələrdən istifadə etməklə onları qanunsuz olaraq saxlamaqla şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış aparılması məqsədilə onlarla birlikdə İsmayıllı RPŞ-nə getməsi təklif olunmuşdur. Coşqun etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Şöbədə Təqsirləndirilən şəxs1 ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra İsmayıllı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 şübhəli şəxs Təqsirləndirilən şəxs1 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqda sonra saat 21 radələrində şöbənin növbətçi hissəsinin qarşısında onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən bir ədəd kağız bükümü çıxaraq həmin bükümün içərisində narkotik maddə olan heroinin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş və üzərindən narkotik maddə və ya qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Aşkar edilmiş kağız büküm elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmişdir. Bundan sonra kağız bükülü açılmış və içərisindən selofan bükülü çıxmışdır. Həmin selofan bükülü də açıldıqda içərisindən narkotik maddə olan heroin tozuna bənzər toz aşkar edilmişdir. Həmin toz halında olan maddə selofan bükülü ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmişdir. Aşkar edilmiş maddə qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Qeyd olunan hadisə ilə bağlı başlanmış cinayət işi ilə əlaqədar verilmiş əməliyyat tapşırığı üzrə İsmayıllı rayonu İsmayıllı kənd sakini Təqsirləndirilən şəxs2 6 avqust 2021-ci il tarixdə İsmayıllı RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs2 ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra İsmayıllı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Novruz oğlu şübhəli şəxs Təqsirləndirilən şəxs2 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqdan sonra saat 21 radələrində şöbənin növbətçi hissəsinin qarşısında sonuncunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş maddə olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 əynində olan şalvarın cibində bir ədəd şpris və həmin şprisin içərisində narkotik vasitə olan heroin məhlulunun olduğunu bildirərək şprisi cibindən çıxararaq təqdim etmişdir. Təqdim olunmuş şpris elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış davam etdirilsə də, sonuncunun əynində olan paltarların ciblərindən və digər hissələrindən narkotik vasitəyə bənzər maddə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Aşkar edilmiş şprisin içərisində olan heroin məhlulu şprislə birlikdə götürülərək qablaşdırılmış və üzəri möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar kimi o da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şаhidlər İsmayıllı RPŞ-nin digər əməkdaşları X5 və X6 şahid Fariz Həsənovla eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında müdafiə tərəfin vəsatəti əsasında dindirilmiş, hazırki cinayət işinin ibtidai istintaqını aparan müstəntiq X7 göstərmişdir ki, sözügedən cinayət işi qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmış, hər hansı prosessual pozuntulara yol verilməmişdir. Təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyərək fərqli ifadələr vermələri özlərinin məsuliyyətlərini yüngülləşdirmə xarakteri daşıyır. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər saxlanıldıqları andan özlərinin seçdikləri müdafiəçilərlə təmin edilmiş, bütün prosessual hərəkətlər müdafiəçilərin iştirakı ilə aparılmış, təqsirləndirilən şəxslər sərbəst ifadələr vermiş, onlara hər hansı təzyiq, qeyri insanı davranış olmamış, bu barədə onlar tərəfindən hər hansı ərizə və ya şikayət daxil olmamışdır. Eyni zamanda əlavə olaraq bildirir ki, onun icraatında olmuş narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ibtidai istintaqını aparmış cinayət işləri üzrə şubhəli şəxslərin telefon danışıqlarına dair məlumatlat ələ keçirilərkən bir çox hallarda həmin şəxslərin Təqsirləndirilən şəxs3la, yaxud sonuncunun həmin şəxslərlə danışıqları müəyyən edilmişdir. Bu barədə əməliyyat məlumatlarının əldə edilməsi ilə bağlı tapşırıqlar verilsə də belə məlumatların əldə edilməsi mümkün olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəyə münasibət bildirərək qeyd edir ki, onun narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs3 almaması, həmin narkotik vasitənin alınması üçün sonuncuya 30 manat verməməsinə dair qeyd etdiyi xüsusatlar Təqsirləndirilən şəxs3 müdafiə xarakteri daşıyır və Təqsirləndirilən şəxs3 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamasına məhkəməni inandırmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında verdiyi ifadəsi onun özünün ibtidai istintaqın gedişində və ilkin məhkəmə baxışı iclasında verdiyi ifadəsi, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edilir. Məhkəmə bunlarla yanaşı qetd etməyi zəruru hesab edir ki, Təqsirləndirilən şəxs1 növbəti məhkəmə iclaslarına gəlməkdən yayındığı səbəbindən İsmayıllı Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(037)-63/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 barədə axtarış elan edilmiş və barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. O, 11 yanvar 2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri Nəsimi rayonu ərazisində tutularaq İsmayıllı rayon Polis şöbəsinə gətirilmiş və həmin gün saat 23:40-da şöbənin müvəqqəti saxlanılma yerinə təhvil verilmişdir. Məhz bundan sonra keçirilmiş məhkəmə baxışı iclaslarında Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs3 alması, həmin narkotik vasitənin alınması üçün sonuncuya 30 manat verməsinə dair ibtidai istintaqın gedişində və iklin məhkəmə baxışı iclasında verdiyi ifadələrini təkzib etmiş, Sadiqin narkotik vasitəni özü ilə gətirdiyinə dair ifadələr vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, onların narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs3 almamaları, həmin narkotik vasitənin alınması üçün Təqsirləndirilən şəxs1 tərəfindən sonuncuya 30 manat verməsi barədə məlumatının olmadığına dair qeyd etdiyi xüsusatlar Təqsirləndirilən şəxs3 müdafiə xarakteri daşıyır və Təqsirləndirilən şəxs3 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmamasına məhkəməni inandırmaq niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsi onun özünün ibtidai istintaqın gedişində verdiyi ifadəsi, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edilir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqın gedişində verdiyi ifadəyə münasibət bildirərək qeyd edir ki, o bu ifadəsini müstəntiq Nicat Osmanovun təhdidləri altında vermiş, əslində verdiyi ifadəsində Təqsirləndirilən şəxs3 narkotik vasitənin alınması üçün pul verilmədiyini demişdir. Üzərindən bir ədəd şprisdə heroin məhlulunun olmasına dair ifadəsi əslində həqiqətə uyğun deyildir, lakin hesab edir ki, ibtidai istintaqa bu cür ifadə verdiyindən məhkəmə baxışında da onun üzərindən bir ədəd şprisdə heroin məhlulunun olmasına daitr etirafedici ifadə vermişdir. Hesab edir ki, bu onun vəziyyətinə təsir etmir. O, müstəntiq tərəfindən ona təzyiq olunmasına dair müdafiəçisinə də bildirməmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs3 30 manat pul qarşılığında almamalarına dair məhkəmə istintaqında verdikləri ifadələri, Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməməsinə dair ifadəsində qeyd etdiyi xüsusatlara qiymət verərək hesab edir ki, bu xüsusatlar Təqsirləndirilən şəxs3 məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 27-ci bəndində qeyd edilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərə və aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Həmin Qərarın 28-ci bəndində qeyd edilmişdir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı onlara qarşı zor tətbiq edildiyi barədə məhkəməyədək icraatı aparan orqan qarşısında hər hansı bir vəsatət qaldırmamış, eyni zamanda bu barədə istər prokurorluq orqanlarına istərsə də məhkəməyə hər hansı ərizə verilməmiş, hətta ibtidai istintaq zamanı müdafiəçilərinə bu barədə məlumat verməmişlər. Ona görə də məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında göstərdikləri xüsusatlara tənqidi yanaşır və bu halları sübut növü kimi qəbiul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş: 24 iyul 2021-ci il tarixli “Şəxsi axtarış keçirilməsinə dair” protokoldan görünür ki, həmin tarixdə İsmayıllı rayon Polis şöbəsinin növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynindəki şalvarın sağ yan cibində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,211 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. 6 avqust 2021-ci il tarixli “Şəxsi axtarış keçirilməsinə dair” protokoldan görünür ki, həmin tarixdə İsmayıllı rayon Polis şöbəsinin növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan şalvarın cibində bir ədəd şpris və həmin şprisin içərisində narkotik vasitə olan heroin məhlulunun olduğunu bildirərək şprisi cibindən çıxararaq təqdim etmişdir. “Hadisə yerinə baxış keçirilməsinə dair” 21 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 30 manat müqabilində narkotik vasitə olan heroini aldığı yer İsmayıllı şəhəri Təbriz küçəsi 5 saylı evin yaxınlığıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 arasında 12 sentyabr 2021-ci il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 21 iyul 2021-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs3 30 manat pul qarşılığında aldığını, Təqsirləndirilən şəxs3 isə həmin heroini qeyd edilən tarixdə və saatda sonuncuya 30 manat pul qarşılığında satdığını bir-birlərinin üzünə qarşı söyləmişlər. Məhkəmə-kimyəvi еkspеrtizаsının 25 iyul 2021-ci il tarixli 17/540 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş... 1 ədəd bükülü....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0,211 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Rəyin qeyd hissəsinə əsasən, heroinin təmiz çəkisi 0,211 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, qalıq 0,161 qram qalmışdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir. Məhkəmə-kimyəvi еkspеrtizаsının 25 iyul 2021-ci il tarixli 17/584 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş... 01 ədəd şpris....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd 1 ml-lik şprisdə, həcmi – 0,90 ml olan maye kustar üsulla hazırlanmış narkotik vasitə - heroin məhluludur. Rəyin qeyd hissəsinə əsasən, heroin məhlulunun həcmi 0,90 ml olmuş, tədqiqata 0,20 ml sərf edilmiş, qalıq 0,70 ml qalmışdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 30 avqust 2021-ci il tarixli 1014 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 08 sentyabr 2021-ci il tarixli 1059 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlar həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2la satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmək barədə razılığa gəlib bu məqsədlə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan razılığa əsasən o, satış məqsədi olmadan, şəxsi istifadələri üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmək üçün 24 iyul 2021-ci il tarixdə saat 18 radələrində İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən çayxanada Təqsirləndirilən şəxs3la görüşərək ona 30 manat məbləğində pul verərək heroin tapmasını, həmin heroindən Təqsirləndirilən şəxs3 da istifadə etməsi üçün verəcəyini söyləmiş, Təqsirləndirilən şəxs3 razılaşaraq pulu alıb yaşadığı İsmayıllı rayonu Mican kəndində yerləşən evindən satış məqsədi ilə əldə etdiyi 0,211 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından az, lakin dəqiq çəkisi müəyyən edilməyən miqdarda heroini götürərək İsmayıllı şəhəri, Təbriz küçəsindəki 5 saylı evin yaxınlığında ona qanunsuz olaraq satmış, əvvəlcədən aralarında olan razılığa əsasən o, 24 iyul 2021-ci il tarixdə saat 20 radələrində həmin evin yaxınlığında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la həmin narkotik vasitə olan heroini öz aralarında bərabər şəkildə bölüb istifadə etmək istədikdə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları onları aşkar etdiyindən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hadisə yerindən qaçmış, o isə göstərilən ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq İsmayıllı rayon polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,211 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. O cümlədən məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1lə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmək barədə razılığa gəlib bu məqsədlə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, şəxsi istifadələri üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmək üçün 24 iyul 2021-ci il tarixdə saat 18 radələrində İsmayıllı şəhəri Cavanşir küçəsində yerləşən çayxanada Təqsirləndirilən şəxs3la görüşüb 30 manat məbləğində pul verərək heroin tapmasını, həmin heroindən Təqsirləndirilən şəxs3 da istifadə etməsi üçün verəcəyini söyləmiş, Təqsirləndirilən şəxs3 razılaşaraq pulu alıb yaşadığı İsmayıllı rayonu Mican kəndində yerləşən evindən satış məqsədi ilə əldə etdiyi 0,211 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından az, lakin dəqiq çəkisi müəyyən edilməyən miqdarda heroini götürərək İsmayıllı şəhəri Təbriz küçəsi 5 saylı evin yaxınlığında Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmış, əvvəlcədən aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1 24 iyul 2021-ci il tarixdə saat 20 radələrində həmin evin yaxınlığında onunla və Təqsirləndirilən şəxs3la həmin narkotik vasitə olan heroini öz aralarında bərabər şəkildə bölüb istifadə etmək istədikdə İsmayıllı rayon polis şöbəsinin əməkdaşları onları aşkar etdiyindən Təqsirləndirilən şəxs3la o hadisə yerindən qaçmış, Təqsirləndirilən şəxs1 isə polis əməkdaşları tərəfindən saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın cibində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,211 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,261 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib məhlul halına gətirərək bir ədəd bir qramlıq tibbi şprisin içərisinə doldurub istifadə etmək məqsədi ilə üzərində daşımış 06 avqust 2021-ci il tarixdə saat 20 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı İsmayıllı şəhəri Təbriz küçəsində yerləşən evinin yaxınlığında saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək saat 21 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bir qramlıq tibbi şprisin içərisinə doldurduğu təmiz çəkisi 0,261 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası cinayət Prosessual məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzaları təyin olunmalıdır. 29 iyul 2021-ci il tаriхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. 12 avqust 2021-ci il tаriхli tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin 22 may 2014-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 may 2014-cü il tarixli qərarı ilə ona elan edilmiş hökm dəyişdirilərək onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə tövsif edilərək 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. İsmayıllı rayon Mərkəzi xəstəxanası X16 tərəfindən verilmiş 27 iyul 2021-ci il tarixli 134 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı RMX-nın poliklinika şöbəsinin narkoloji, nevroloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. İsmayıllı rayon Mərkəzi xəstəxanası X16 tərəfindən verilmiş 08 sentyabr 2021-ci il tarixli 184 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı RMX-nın poliklinika şöbəsinin narkoloji, nevroloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. 24 sentyabr 2021-ci il tarixli 406 və 406/1 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən və anası X1 ibarətdir, yaşadığı müddət ərzində barəsində ərizə və şikayət daxil olmamışdır. 17 avqust 2021-ci il tarixli 1829 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən ibarətdir, yaşadığı müddət ərzində barəsində ərizə və şikayət daxil olmamışdır. Müstəntiqin 28 iyul 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 0.161 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün İsmayıllı rayon polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. Müstəntiqin 11 avqust 2021-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş, bir ədəd zərfdə qablaşdırılmış, ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 0.70 ml həcmdə narkotik vasitə heroin məhlulu maddi sübut kimi tanınmış və saxlanılması üçün İsmayıllı rayon polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. İsmayıllı rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının 24 iyul 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 24 iyul 2021-ci il tarixdə saat 21:15də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqinin 26 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 20:35-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. İsmayıllı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqinin 06 avqust 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 06 avqust 2021-ci il tarixdə saat 20:50-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqinin 08 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 19:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli 1(037)-63/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 axtarışı elan edilmiş və barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. İsmayıllı rayon Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilən 12 yanvar 2022ci il tarixli 169-984-1222 nömrəli məktubdan və 11 yanvar 2022-ci il tarixli “Axtarışda olan şəxsin tutulmasına dair” protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 11 yanvar 2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri Nəsimi rayonu ərazisində tutularaq İsmayıllı rayon Polis şöbəsinə gətirilmiş və həmin gün saat 23:40-da şöbənin müvəqqəti saxlanılma yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxslərin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə onlara qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barələrində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətmiş olduqları cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onların cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü madəsinə əsasən cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlində onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. O cümlədən, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cinayətin cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 sentyabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə təqsirli bilinərək 11 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 22 may 2014-cü il tarixli qərarı ilə ona elan edilmiş hökm dəyişdirilərək onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə tövsif edilərək 8 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci il tarixli 2744 nömrəli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, hazırda məhkumluğu ödənilmədiyinə görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Belə ki, son dövrlərdə ölkə əraizində bu tip cinayətlərin törədilmə dərəcəsinin kəskin atması, cəmiyyətdə kəskin şəkildə müzakirə və qınağa səbəb olmuş, bu hal isə açıq-aşkar ictimai maraqlara zidd olmaqla, bu tip cinayətlərə daha ağır cəza təyinini zəruri etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxslər tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halları, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onların islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham edildikləri maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs1 24 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun axtarışda olan təqsirləndirilən şəxs qismində tutulduğu vaxtdan - 11 yanvar 2022-ci il tarixdə saat 16:00-dan hesablanmalı, hökm qanuni qüvvəyə minənədək onun həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınmalıdır. O cümlədən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs2 06 avqust 2021-ci il tarixdən 08 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs3 məlum olmayan vaxtda və naməlum mənbədən, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 0,211 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından az, lakin dəqiq çəkisi müəyyən edilməyən miqdarda heroini əldə edib yaşadığı İsmayıllı rayonu Mican kəndində yerləşən evinə daşıyaraq 24 iyul 2021-ci il tarixədək həmin evdə, özünə məxsus yataq otağında olan çarpayının altında gizlədib saxlamış, həmin tarixdə, saat 18 radələrində tanışı Təqsirləndirilən şəxs1 ona 30 manat məbləğində pul verərək narkotik vasitə olan heroin tapmasını, həmin narkotik vasitəni onunla və digər tanışı Təqsirləndirilən şəxs2la böləcəyini təklif etmiş, o bu təkliflə razılaşaraq satış məqsədi ilə əldə etdiyi həmin 0,211 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və şəxsi istehlak miqdarından az, çəkisi müəyyən edilməyən miqdarda heroini İsmayıllı şəhəri Təbriz küçəsi 5 saylı evin yaxınlığında Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmış, əvvəlcədən aralarında olan razılığa əsasən 24 iyul 2021-ci il tarixdə saat 20 radələrində həmin evin yaxınlığında Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs2 və onunla aralarında bərabər şəkildə bölüb istifadə etmək istəyərkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının onlara tərəf gəldiklərini gördüklərindən Təqsirləndirilən şəxs2la birlikdə oradan qaçmış, Təqsirləndirilən şəxs1 isə polis əməkdaşları tərəfindən saxlanılaraq İsmayıllı rayon polis şöbəsinə gətirilmiş, sonuncunun üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,211 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.2-ci maddəsi ilə tövsif olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarından da görünür ki, təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün narkotik vasitələrin miqdarı mütləq şərt olmaqla yanaşı narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi də vacib əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməsi onun özünün, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqa verdikləri etirafedici ifadələri, şаhidlərin ifаdələri, məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizalarının, məhkəmə-narkoloji ekspertizasının rəyləri, şəxsi axtarış protokolları, üzləşdirilmə protokolları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs3 ibtidai istintaqda narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs1 pul qarşılığında satdığını bildirmiş, məhkəmə istintaqında isə həmin narkotik vasitəni ona istifadə etmək üçün verdiyini bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il trarixli qərarında göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs3 narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs1 bəxşiş olaraq verdiyini etiraf etmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 arasında 12 sentyabr 2021-ci il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini 21 iyul 2021-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs3 30 manat pul qarşılığında aldığını, Təqsirləndirilən şəxs3 isə həmin heroini qeyd edilən tarixdə və saatda sonuncuya 30 manat pul qarşılığında satdığını bir-birlərinin üzünə qarşı söyləmişlər. 16 sentyabr 2021-ci il tаriхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon Mərkəzi xəstəxanası X16 tərəfindən verilmiş 17 sentyabr 2021-ci il tarixli 197 sаylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 İsmayıllı RMX-nın poliklinika şöbəsinin narkoloji və nevroloji kabinetlərində qeydiyyat yoxdur, lakin 14.01.2015-ci il tarixindən “ruhi-əsəb” kabinetdə “şəxsiyyətin emosional davamsız tipli pozuntusu özünü kəsmələrlə” diaqnozu ilə dispanser qeydiyyatdadır. Məhkəmə-narkoloji ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 1144 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 23 sentyabr 2021-ci il tarixli 569 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 “emosional davamsız şəxsiyyət pozuntusu, özünükəsmələrlə XBT 10” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan hazırki cinayət əməlini törədərkən o, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə idarə etmək etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 halhazırda özünə və ətrafdakılara qarşı təhlükəli deyildir. 21 sentyabr 2021-ci il tarixli 2310 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 İsmayıllı şəhəri ərazisində ( İsmayıllı rayonu keçmiş Mican kəndində) qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, ailə tərkibi özündən, 1959-cu il təvəllüdlü atası X4, 1960-cı il təvəllüdlü anası X3 və 1992-ci il təvəllüdlü qardaşı Şahnəzərdən ibarətdir, yaşadığı müddət ərzində barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. Müstəntiqinin 08 sentyabr 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 cinayət törətməkdə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul olunmuşdur. 11 sentyabr 2021-ci il tarixli “Axtarışda olan şəxsin tutulmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 11 sentyabr 2021-ci il tarixdə saat 13:10-da Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində tutularaq İsmayıllı rayon Polis şöbəsinə gətirilmiş və həmin gün saat 16:30-da şöbənin müvəqqəti saxlanılma yerinə təhvil verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli 4(037)-39/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 11 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti 1(bir) ay 14(on dörd) gün həddində müəyyən edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.3-cü maddəsinə əsasən cinayətin cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlində onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi Təqsirləndirilən şəxs3 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin və ya aşağı həddə azadlıqdan məhrumetmə cazasının tətbiq edilməsini istisna edir. Belə ki, son dövrlərdə Ölkə əraizində bu tip cinayətlərin törədilmə dərəcəsinin kəskin atması cəmiyyətdə kəskin şəkildə müzakirə və qınağa səbəb olmuş, bu hal isə açıq-aşkar ictimai maraqlara zidd olmaqla, bu tip cinayətlərə daha ağır cəza təyinini zəruri etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq və cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq törətdiyi cinayət əməlinə görə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs3 bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan – 11 sentyabr 2021-ci il tarixdə saat 13:10-dan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən hazırki cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkiləri 0,161 qram təşkil edən kustar üsulu ilə hazırlanmış narkotik vasitə heroin və 0,70 ml təşkil edən kustar üsulu ilə hazırlanmış narkotik vasitə heroin məhlulu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 143 (bir yüz qırx üç) manat 88 (səksən səkkiz) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə аzаdlıqdаn məhrum еtmə cəzаsınа məhkum оlunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs1 24 iyul 2021-ci il tarixdən 26 iyul 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun axtarışda olan təqsirləndirilən şəxs qismində tutulduğu vaxtdan - 11 yanvar 2022-ci il tarixdə saat 16:00-dan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilsin. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs2 06 avqust 2021-ci il tarixdən 08 avqust 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 08 fevral 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilsin. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs3 bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan – 11 sentyabr 2021-ci il tarixdə saat 13:10-dan hesablansın. Təqsirləndirilən şəxs3 narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkiləri 0,161 qram təşkil edən kustar üsulu ilə hazırlanmış narkotik vasitə heroin və 0,70 ml təşkil edən kustar üsulu ilə hazırlanmış narkotik vasitə heroin məhlulu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 143 (bir yüz qırx üç) manat 88 (səksən səkkiz) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti onlara təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-2/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-2/2022
08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver