Məhkəmə qərarları › İş №1(037)-2/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-2/2023

07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-2/2023 07.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkil Müdafiəçi1, Zərərçəkmiş şəxslər İsmayıllı rayonunun Talıstan bələdiyyəsinin nümayəndəsi X6 iştirakı ilə 7 mart 2023-cü il tarixdə saat 12:56-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 01 avqust 1980-cı il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum olunmamış, İsmayıllı şəhəri, Natavan küçəsi, dalan 3, ev 5-də qeydiyyatda olmaqla İsmayıllı rayonunun Talıstan kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 222-2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutaraq üzərində özbaşına tikinti işləri aparmış, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti işləri aparmışdır. Belə ki, o, torpaq sahəsini qanunsuz olaraq özbaşına tutub üzərində tikinti işləri aparmaq qərarına gəlmiş, bu məqsədlə 2008-ci ildə, dəqiq tarixi müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Talıstan kəndinin ərazisində yerləşən, 1:1000 miqyası üzrə döngə nöqtələrinin koordinatları X262091.86, Y4518727.47; X262098.75, Y4518720.23; X262113.47, Y4518704.8; X262102.32, Y4518691.17; X262078, Y4518714.4, X262085.6, Y4518721.54 olmaqla, İsmayıllı rayonunun Talıstan bələdiyyəsinin mülkiyyətində olan, bələdiyyənin ehtiyyat fonduna aid 0,6 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin ətrafını ağac budaqları və məftillərlə çəpərləyərək özbaşına tutmuş, Talıstan bələdiyyəsi tərəfindən verilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq o, həmin torpaq sahəsinin onun mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməsinə dair Talıstan bələdiyyəsinin qərarı, bələdiyyə ilə müqaviləsi və ya sair sənədi olmadan, habelə bu məqsədlə bələdiyyəyə hər-hansı rəsmi müraciəti olmadan 2017-ci ildə, dəqiq tarixi müəyyən edilməyən vaxtda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan həmin torpaq sahəsinin gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, yəni 10000 voltluq yüksək gərginlikli elektrik şəbəkəsinin mühafizə zonasına düşən hissəsində, elektrik şəbəkəsinin 3,5 metr yaxınlığında yerləşən İsmayıllı rayon Talıstan bələdiyyəsinin mülkiyyətinə aid həmin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi üzərində davamlı olaraq müxtəlif günlərdə özbaşına tikinti işləri aparmaqla əvvəlcə bir mərtəbədən ibarət tikili inşa etdirmiş, daha sonra, yəni 2022-ci ilin aprel ayınadək olan müddət ərzində, dəqiq tarixi müəyyən edilməyən vaxtadək tikinti işlərini davam etdirib özünə iki mərtəbədən ibarət fərdi yaşayış evi inşa etdirərək və torpaq sahəsinin bir tərəfini daş hasarla hördürərək tikinti işlərini başa çatdırmaqla vahid niyyətlə əhatə olunan qəsdlə qanunsuz olaraq mülkiyyət, istifadə və ya icarə hüququ olmadan gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə zonasına düşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini üzərində tikinti işləri aparmaqla və başqa üsullarla qanunsuz olaraq özbaşına tutmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 222-2.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, İsmayıllı şəhəri, Natavan küçəsi, dalan 3, ev 5 ünvanında qeydiyyatdadır və hazırda İsmayıllı rayon Talıstan kəndində yerləşən yeni inşa etdirdiyi evdə ailəsi ilə birlikdə yaşayır. Himayəsində ikisi azyaşlı olmaqla üç uşağı vardır, fərdi əməklə məşqul olmaqla ailəsinin dolanışığını təmin edir. 2008-ci ilin yay aylarında qayını Babayev X11 rayon Talıstan kəndində, sözü gedən ərazidə özünə aldığı 5 sot torpaq sahəsində tikinti işləri aparırmış, o, da, həmin vaxtı orada olmuş, bu zaman rayon icra hakimiyyətində baş memar işləyən Mirələsgər adlı şəxs ora gələrək qayını Cəmilin inşa etdirdiyi tikilini yoxlayırmış, o, orada Mirələsgəri tanımış və söhbət etdikləri zaman qayınının aldığı torpaq sahəsinin yanındakı, hazırda sözü gedən ərazini Mirələsgərə göstərərək həmin yerdən 6 sot torpaq sahəsi almaq istədiyini sonuncuya bildirmiş, Mirələsgər ona bunun münkün olduğunu demiş, o, 6 sot torpaq sahəsinin nə qədər xərci olduğunu soruşmuş, Mirələsgər isə ona 6 sot torpaq sahəsinə görə təxminən 10 min manat xərcinin çıxacağını bildirmiş, o, Mirələsgərə bu qədər məbləğdə imkanının olmayacığını və bir az aşağı həll etməsini ondan xahiş etmiş, xeyli danışıqdan sonra Mirələsgər ona həmin yerdən 6 sot torpaq sahəsini içərisində tikili tikməkməyə icazə verilməsilə birlikdə 6 min manata həll edə biləcəyini bildirmiş və onlar razılaşmışlar. Həmin söhbətdən 1 həftə sonra o, tanışı Bəhman Əkbərovla görüşmüş və sonuncudan 3 min manat borc almış, sonra isə İsmayıllı şəhər mərkəzində yerləşən icra hakimiyyətinin yaxınlıqdakı parka getmiş və orada Mirələsgərlə görüşmüşdür. Görüşdükləri zaman o, Mirələsgərə altı min manatı düzəltdiyini və verə biləcəyini bildirmiş, Mirələsgər isə ondan pulu alaraq ona “sənədlərini topla mənə ver, sənədləşdirilmə aparılsın, sənin sənədin tam hazır olduqda sənə xəbər edəcəm gələrsən” deyə bildirmiş, həmçinin ona “get həmin 6 sota ərazini hasara al və tikinti işlərivi başla, bir neçə günə səni çağıracam, gəlib ərizə yazarsan və deyəcəyim sənədləri mənə verərsən” deyə bildirmişdir. O, da sonuncu ilə razılaşmış və sonradan həmin torpaq sahəsinin ətrafını kol-kosla və məftillə çəpərləmiş, bundan sonra o, Mirələsgərlə əlaqə saxlayaraq torpağın rəsmi sənədinin hazırlayıbhazırlamadığını soruşmuş, Mirələsgər isə hazır olmadığını, hazır olduğu zaman ona məlumat verəcəyini bildirmişdir. Sonradan isə o, 3 il rayonda olmamış və xəstəsi olduğu üçün müalicə etdirməkdən ötrü Bakı şəhərində yaşamağa məcbur olmuş, başı xəstəyə qarışdığından rayona gələ bilməmiş, 2014-cü il tarixdə rayona qayıtdıqda ona məlum olmuş ki, torpaq sənədləşdirilməsi icra edilməmiş və Mirələsgər də 2013-cü il tarixdən işdən çıxıb getmişdir. O, bunu bildikdə sonra icra hakimiyyətinə gedərək baş verənləri danışmış və həmin torpaq sahəsinin onun adına sənədləşdirilməsinə köməklik olunmasını xahiş etmişdir. Bu proses də təxminən 3 il çəkmiş, yəni 2014-cu ildən 2017-ci il tarixdək o, icra hakimiyyətinə gedib-gəlmiş, torpağın adına sənədləşdirilməsini dəfələrlə xahiş etmiş, lakin ona heç bir köməklik olunmamışdır. Bundan sonra o, himayəsində olan azyaşlı uşaqlarının da böyüdüyünü nəzərə alaraq məcbur qalıb 2008-ci ildən tutmaqla sahiblik etdiyi həmin 6 sot torpaq sahəsində ev inşa etmək məqsədilə 2017-ci ildə bir mərtəbədən ibarət tikili inşa etmiş, həmin yarımtikilinin inşasını elə həmin ilin mart ayında başa çatdırmış və tikintini dayandırmış, buna səbəb isə maddi imakanın zəif olduğundan tikilini yarımçıq saxlamış, maddi vəziyyəti düzəldikdən sonra isə ardını davam etdirəcəkmiş, 2020-ci ilin mart ayında yenidən inşa işlərini davam etdirmiş, həmin ərəfədə İsmayıllı rayonun Talıstan kənd bələdiyyəsinin müavini Zərərçəkmiş şəxs1 və kənd icra nümayəndəsi Sihhət Şirəliyev adlı şəxslər ona şifahi olaraq tikilini qanunsuz inşa etdirdiyimi, tikilini saxlmağı və sökməyi bildirdirmişlər. O, da həmin ərəfədə tikintini saxlamış, sonra isə sonuncular ilə razılaşmış, torpağın və tikilinin rəsmləşdirməsinə köməklik göstərmələrini xahiş etmişdir. Lakin ona rəsmi sənədinin olmadığı üçün tikilini sökməyini və yaxud da rəsmi sənəd düzəltməyini izah etmişlər, buna baxmayaraq bir müddət sonra o, yenidən tikinti işlərinə davam etmiş və həmin ərəfələrdə Talıstan bələdiyyəsini sədri Zərərçəkmiş şəxs1 ev inşa etdirdiyi torpaq sahəsinə gələrək və tikinti işlərinə baxaraq hətta ona “sağlıqla tikəsən, sağlıqla oturasan deyərək və ərazinin sənədinin də yaxın vaxtlarda hazırlayıb sənə verəcəyəm” deyə bildirmiş, bundan sonra o, tikinti işlərini davam etdirmişdir. Belə ki, hissə-hissə pulu olduğu müddətdə tutduğu torpaq sahəsi üzərində yarımçıq inşa etdirdiyi inşa işlərini davam etdirərək 2022-ci ilin aprel ayınadək özünə iki mərtəbəli ev inşa etdirmiş, ətrafını isə iki tərəfini daş hasarla və digər iki tərəfini isə setka məftillə çəpərə almış, hazırda o, həmin tikilini sökməyə razı deyildir. Çünki o, həmin torpaq sahəsini özbaşına zəbt etməmiş və tikili inşa etməmiş, o həmin torpaq sahəsini zəbt edərkən bu barədə həmin vaxtı icra hakimiyyətində baş-memar işləmiş Mirələsgərə bildirmiş, sonuncu da razılıq verərək ona həmin əraziyə sənəd düzəldilməsində ona köməklik edəcəyini demiş, həmçinin Talıstan bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs1 da ona şifahi olaraq razılıq vermişdir. O, razılıq əsasında həmin torpaq sahəsini tutmuş və orada özünə ev inşa etmişdir. O, həmin 6 sot torpağın və içərisində inşa etdirdiyi iki mərtəbədən ibarət tikilinin sənədləşdirilməsi üçün İsmayıllı rayon Talıstan bələdiyyəsindən və İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının memarlıq və tikinti şöbəsindən şifahi olaraq razılıq almışdır. Belə ki, o, sözü gedən torpaq sahəsini qanunsuz olaraq zəbt etməmiş, həmin torpaq sahəsində qanunsuz olaraq ev inşa etməmiş, bunun üçün İsmayıllı rayon Talıstan bələdiyyəsindən və İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının memarlıq və tikinti şöbəsindən şifahi olaraq razılıq almış, həmin razılıq əsasında torpaq sahəsini hasara alaraq və orada ailəsi üçün ev inşa etdirmişdir. O, qeyd etdiklərindən savayı, başqa heç bir yerdə torpaq zəbti etməmiş və tikinti aparmamışdır. Qeyd olunan torpaq sahəsini də o, qanunsuz olaraq zəbt etməmiş, Azərişıq ASC-nin X3 daxil olmuş xx.xx.2022-ci il tarixli 26/62 nömrəli məktubunda göstərilmiş inşa etdiyi tikili ilə həmin 10 kv-luq elektrik veriliş xətti arasında 3.5 metr məsafə var, lakin bildiyinə görə həmin elektrik xətti onun torpağı çəpərə alması və tikinti aparma başlamasından müəyyən müddət sonra çəkilmişdir. O, bununla bağlı hazırda Elektrik xətlərinin yerinin dəyişdirilməsi ilə bağlı müvafiq təşkilatlara müraciət etmişdir. İfadəsində qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs İsmayıllı rayon Talıstan bələdiyyəsinin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayon Talıstan kəndində yaşayır, 2015-ci ilin mayından indiyə kimi fasilələrlə Talıstan bələdiyyəsinin sədri işləmiş, sonuncu dəfə isə 2020-ci ilin oktyabr ayından etibarən Talıstan bələdiyyəsinin sədri vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə İsmayıllı şəhəri ərazisində və şəhərlə həmsərhəd olan ərazilərdə Rayon İcra Hakimiyyəti başçısının və RİH başçısının müavinlərinin iştirakı ilə monitorinq aparılmış, 2018-ci ildə Cavanşir parkının tikintisi üçün nəzərdə tutulmuş əraziyə baxış keçirilən zaman park salınması üçün nəzərdə tutulmuş həmin ərazidə özbaşına inşa edilmiş yarımtikili aşkarlanmış, 2007-ci il tarixdə kadastr idarəsinin vətəndaşlara aid sənədlərin sürüşmə fərqi olduğundan həmin ərazinin hansı bələdiyyəyə məxsus olduğunu aid etməkdə çətinlik çəkmiş, lakin sonradan araşdırma zamanı onlara məlum olmuş ki, həmin ərazi Talıstan kəndinə aiddir. Bundan sonra həmin yerdə özbaşına qanunsuz yarım tikili tikən şəxsin İsmayıllı rayon sakini Təqsirləndirilən şəxs Qalib oğlu olması məlum olmuş, Təqsirləndirilən şəxs ilə görüşərək həmin yerin onlara aid olduğunu bildirmiş və həmin yerdə tikilinin tikilməsinin dayandırmasmı sonuncuya izah etdikdən sonra tikilini saxlamasını tələb etmiş, həmçinin Elşənə izah etmiş ki, “sənin tutduğun yerin qeri qanunidir, oradan yüksək gərginlik xətti keçir və sən mütləq tikilini danadırıb rəsmi sənəd almalısan”. Elşən isə bunda ona köməklik göstərilməsini xahiş etmiş, onlar da Elşənə bildirmişlər ki, “bu işdə sənə rəsmi qaydada köməklik göstərilməsi üçün bələdiyyə olaraq lazımı köməklik göstərib sənə istiqamət verərik”. Elşən də onlarla razılaşmış və həmin gündən, yəni 2019-cu ilin axırlarından tikinti işlərini dayandırmış, lakin Təqsirləndirilən şəxs bu günə kimi bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq həmin yeri sökməmiş, başqa ərazidən ona torpaq sahəsi verilməsini ondan xahiş etmişdir. O, isə qanuni şəkildə sonuncuya bir neçə dəfə izah etmiş ki, hal-hazırda bələdiyyədə perespektiv torpaq sahəsi yoxdur, hətta olsa da belə ona Talıstan bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrıla bilməz, o, yalnız müsabiqə və xərrac yolu ilə onların bələdiyyədən torpaq sahəsi əldə edə bilər. Elşən isə lazımi dövlət orqanalrına müraciət edəcəyini, həmin yeri rəsmi qaydada sənədləşdirəcəyini, yaxud da başqa bir ərazidən torpaq sahəsi alaraq özbaşına tikdiyi yarım tikilini sökəcəyini bu günə kimi bildirsə də sonuncu verdiyi sözə əməl etməmişdir. Onlar bələdiyyə olaraq xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs rəsmi bildiriş göndərərək məlum etmişlər ki, həmin yeri tez bir zamanda sökməlisən.Lakin Təqsirləndirilən şəxs həmin zəbt etdiyi torpaq sahəsini zəbtdən azad etməyərək, orda inşa etdirdiyi tikilinin inşasını da tamamlayaraq, torpaq sahəsinin ətrafını, yəni iki tərəfini mişar daşları ilə və digər tərəfini dəmir setka məftillə hasarla alaraq zəbt etmiş və orada yaşamağa başlamışdır. O, 2013-cü il tarixdə Talıstan kənd bələdiyyəsinin sədri vəzifəsinə təyin edildikdən sonra əraziyə baxış keçirilən zaman həmin yerdə yalnız təxminən 6 sot yerin bəzi hissələrinin məftil torundan, bəzi yerlərinin isə qaratikan kolundan ibarət çəpərlə əhatəyə alınmış, lakin həmin yerin kimə məxsus olduğunu biməmiş və həmin yerin şəhər ərazisinə aid olduğunu zənn etdiyi üçün bu barədə tərəfilərindən araşdırma aparılmamışdır. Həmçinin orada 2019-cu ilin axırlarında onlar əraziyə baxış keçirərkən həmin yerdə tikili inşa edildiyini görmüş, həmin zamanda onlar kənd icra nümayəndəsi ilə birlikdə tikilini saxlatmış və həmin tikiliyə aid rəsmi sənəd tələb etmiş, orda tikilini aparan tanımadıqları şəxslər usta olduqlarını deyərək bu barədə tikilinin sahibinə məlumat verəcəklərini demişlər. Sonradan isə 2020-ci ilin mart ayının axırlarında həmin yerin rayon sakini Təqsirləndirilən şəxs Qalib oğluna aid olduğunu öyrənmiş, sonra isə Elşənə şifahi olaraq tikilini dayandırmasmı bildirmiş və sonra həmin yerin Talıstan bələdiyyəsinə aid olduğunu bildikdə ona rəsmi olaraq məktub ünvanlamışlar. Təqsirləndirilən şəxs həmin zəbt etdiyi torpaq sahəsini zəbtdən azad etməyərək, orda inşa etdirdiyi tikilinin inşasını da tamamlamış, torpaq sahəsinin ətrafını, yəni iki tərəfini mişar daşları ilə və digər tərəfini dəmir setka məftillə isə mişar daşları ilə hasara almışdır. Təqsirləndirilən şəxs Qalib oğlunun Talıstan bələdiyyəsinə aid torpaq sahəsini özbaşına zəbt etməsini və orada tikili inşa etməsini bildikdən sonra o, dəfələrlə sonuncuya torpağı zəbtdən azad etməsini və inşa etdirdiyi tikilini sökməsini tələb etmiş və dəfələrlə xəbərdarlıq etmiş, hətta dəfələrlə tikinti işlərini dayandırmış, lakin Təqsirləndirilən şəxs tutulan iradlardan, xəbərdarlıqlardan nəticə çıxartmayaraq torpağı zəbtdən azad etməmiş və inşa işlərinə davam etdirmişdir. Bu səbəbdən də o, bu barədə rayon İcra Hakimiyyəti başçısına məlumat vermiş, bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs həmin zəbt etdiyi torpaq sahəsində inşa etdirdiyi tikilinin inşasını da tamamlamış, torpaq sahəsinin ətrafını da setka və mişar daşları ilə çəpərə almışdır. Hazırki şəraitdə onun tələbi bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin zəbtdən azad edilməsindən ibarətdir. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Azərişıq ASC-nin X14 Təchizatı və Satışı İdarəsinin X4 nümayəndəsi Nümayəndə ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onun Təqsirləndirilən şəxs İsmayıllı rayon Talıstan kəndi ərazisində torpaq zəbt etməsi və orada ev inşa etdirməsindən məlumatı vardır və həmçinin sonuncunun inşa etdirdiyi evin yanında yüksək gərginliyə malik elektrik xətləri keçir. Belə ki, bildiyinə görə polis əməkdaşları Talıstan bələdiyyəsinin və X4 nümayəndələrinin iştirakış ilə Təqsirləndirilən şəxs zəbt etdiyi əraziyə baxış keçirmişlər, baxış zamanı zəbt olunan və içərisində inşa edilmiş tikilinin yerləşdiyi yerdə arxa tərəfdə 35000 (otuz beş min) voltluq elektrik xətləri və sağ tərəfindən isə 10000 (on min) voltluq elektrik xətlərinin keçməsi məlum olmuşdur. Onu da bildirmiş ki, tikililər yüksək gərginlikli elekrtik xətlərinin yanında inşa ediləcək sə əgər aralarında müəyyən məsafə, yəni mühavizə zonası olmalıdır, yəni 1000 voltdan yuxarı 10000 (on min) voltadək olan yüksək gərginlikli elektrik xətti ilə tikili arasında hər iki tərəfdən 10 metr və 35000 (otuz beş min) voltluq olan yüksək gərginlikli elektrik xətti ilə tikili arasında hər iki tərəfdən 15 metr məsafə olmalıdır. Lakin sonradan ona məlum olmuş ki, Təqsirləndirilən şəxs inşa etdiyi tikilinin sağ tərəfində 10000 voltluq və arxa tərəfində isə 35000 voltluq olan yüksək gərginliyə malik elektrik xətləri keçirdiyinə görə tikili ilə elektrik xətləri arasında olan məsafələri ölçülmüş və nəticədə 10000 voltluq olan yüksək gərginlikli elektrik xəttinin keçdiyi elektrik dirəyi vət. Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsinin daxilində yerləşmiş, elektrik xətləri keçən dirək ilə tikili arasında 3.5 metr məsafə olmuş, həmin elektrik xəttinin keçdiyi yerdə mühafizə zolnası 10 metrdən az olduğundan orda elektrik xətlərinin mühafizə zonası pozulmuşdur. Lakin tikilinin arxa tərəfində yerləşən, 35000 voltluq olan yüksək gərginlikli elektrik xəttinin keçdiyi elektrik dirəyi ilə tikili arasında 19.5 metr məsafə olmuş, həmin elektrik xəttinin keçdiyi yerdə isə mühavizə zonası 15 metrdən çox olduğundan orada pozuntu aşkar edilməmişdir. O, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini nə vaxtı zəbt etməsini və hansı tarixdən orada ev inşa etməsini görməmiş, lakin aparılan istintaq zamanı bilmiş ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini 2007-ci il tarixdə kol-kosla çəpərləmiş, 2017-ci ildə isə orada tikinti işlərinə başlamış və 2022-ci ildə artıq tikinti işlərini başa çatdıraraq özünə ev hazırlamış və orada yaşamağa başlamışdır. Qeyd olunan 10 kv-luq elektrik xətti 2007-ci ildə çəkilib quraşdırılmış, Səfərəliyev X12 rayon Talıstan kəndində, Talıstan bələdiyyəsinə məxsus torpaq sahəsini zəbt etməzdən əvvəl həmin 10 kv-luq elektrik xətti artıq çəkilərək quraşdırılması olmuş, həmin 10 kv-luq elektrik xətti çəkilib quraşdırıldığı zaman isə ətrafında, yəni elektrik xəttinin mühavizə zonasında hər hansı bir zəbt və yaxud tikili olmamışdır. Hazırki vəziyyətdə onun tələbi Təqsirləndirilən şəxs barəsində qanuni müvafiq tədbirlər görülməsi və yüksək gərginlikli elektrik xətlərinin mühavizə zonasına düşən sözü gedən torpaq sahəsinin zəbtdən azad edilməsindən ibarətdir. Şahid2 ifadə verərək göstərdi ki, o, İsmayıllı RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamış, həmçinin aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2020-ci il tarixdə İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayılı RPŞ-nə gönərdiyi məktub əsasında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə İsmayıllı şəhəri ərazisində və şəhərlə həmsərhəd olan ərazilərdə Rayon İcra Hakimiyyəti başçısının və RİH başçısının müavinlərinin iştirakı ilə monitorinq aparılmışdır. 2018-ci ildə Cavanşir parkının tikintisi üçün nəzərdə tutulmuş əraziyə baxış keçirilən zaman park salınması üçün nəzərdə tutulmuş həmin ərazidə özbaşına inşa edilmiş yarımtikili aşkarlanmış, məsələ ilə əlaqədar RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsində müvafiq araşdırma aparıldıqdan sonra müəyyən edilmiş ki, həmin ərazi Talıstan bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsidir. Qeyd olunanların dəqiqləşdirilməsi məqsədilə RİHB-nın Talıstan kənd İƏD üzrə nümayəndəliyinə və Talıstan bələdiyyəsinə şifahi sorğu göndərilməklə bir gün içində həmin tikintini aparan şəxsin Təqsirləndirilən şəxs Qalib oğlu olması müəyyən olunmuş, bundan sonra Təqsirləndirilən şəxs İsmayıllı Rayon İcra Hakimiyyətinə dəvət edilmiş, Təqsirləndirilən şəxs Qalib oğlu Rayon İcra Hakimiyyətinə gəldikdə sonuncuya qanunvericiliyin tələbləri izah edilərək bildirilmiş ki, mülkiyyətində, istifadədə və icarədə olmayan, habelə tikinti məqsədləri üçün nəzərdə tutulmayan ərazilərdə özbaşına olaraq, müvafiq icazə sənədləri alınmadan aparılan tikinti-quraşdırma işləri cinayət məsuliyyəti yaradır. Həmçinin Təqsirləndirilən şəxs qısa müddət ərzində həmin ərazini əvvəlki vəziyyətinə gətirilməsinin zəruri olduğu bildirirlmiş, lakin Təqsirləndirilən şəxs hazırkı vaxtadək dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, qanunvericiliyin tələblərinə məhəl qoymamış, mişar daşları ilə inşa etdiyi (planda ölçüləri təxminən 8m x l0x) yarım tikilini söküb götürməmiş, eləcə də həmin məsələ ilə əlaqədar Təqsirləndirilən şəxslə bir neçə dəfə telefon əlaqəsi saxlanılmış və sonuncuya hüquqi məsuliyyətə cəlb ediləcəyi barədə məlumat verilmiş, bundan başqa xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən deyilənlərə əməl olunmadığı üçün sonuncuya rəsmi bildiriş, Talıstan bələdiyyəsinə rəsmi məlumat, İsmayıllı Rayon Polis şöbəsinə isə müvafiq tədbirlər görülməsi üçün məktub göndərilmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs həmin zəbt etdiyi torpaq sahəsini zəbtdən azad etməyərək, orda inşa etdirdiyi tikilinin inşasını da 2022-ci ilin aprel ayında tamamlayaraq, torpaq sahəsinin ətrafını, yəni iki tərəfini mişar daşları ilə və digər tərəfini dəmir setka məftillə hasarla alaraq zəbt etmiş və orada yaşamağa başlamış, Talıstan kənd icra nümayəndəliyindən onlara verilən məlumata əsasən Təqsirləndirilən şəxs 2007-ci ildən adı çəkilən ərazidə təxminən 1 sota torpaq sahəsini zəbt edərək və 2020-ci ilin fevral ayının əvvəllərindən həmin yerdə qanunsuz yarım tikili inşa etmiş, lakin sonuncu həmin yerin ətrafını açıq vəziyyətdə saxlamış, hasara almamışdır. Daha sonra isə inşa etdirdiyi tikilinin ətrafında yerləşən torpaq sahəsini də çəpərə alaraq zəbt etmişdir. Təqsirləndirilən şəxs Qalib oğlunun Talıstan bələdiyyəsinə aid torpaq sahəsini özbaşına zəbt etməsini və orada tikili inşa etməsini bildikdən sonra o, dəfələrlə sonuncuya torpağı zəbtdən azad etməsini və inşa etdirdiyi tikilini sökməsini tələb etmiş, ona dəfələrlə xəbərdarlıq etmiş, lakin Təqsirləndirilən şəxs ona tutulan iradlardan, xəbərdarlıqlardan nəticə çıxartmayaraq torpağı zəbtdən azad etməmiş və inşa işlərinə davam etdirmişdir. Bu səbəbdən də o, bu barədə rayon İcra Hakimiyyəti başçısına məlumat vermişdir. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs həmin zəbt etdiyi torpaq sahəsində inşa etdirdiyi tikilinin inşasını da tamamlamış, torpaq sahəsinin ətrafını da setka və mişar daşları ilə çəpərə almışdır. Şahid1 Paşa oğlu ifadə verərək göstərdi ki, o, Azərişıq ASC-nin X4 texniki vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımış, onunla münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçiliyiyoxdur. X5 rayon Talıstan kəndi ərazisində torpaq zəbt etməsi və orada ev inşa etdirməsindən məlumatı vardır. Həmçinin sonuncunun inşa etdirdiyi evin yanında yüksək gərginliyə malik elektrik xətləri keçir. Belə ki, xx.xx.2022-ci il tarixdə polis əməkdaşları, Talıstan bələdiyyəsinin nümayəndəsi və onun iştirakı ilə Talıstan kəndində yerləşən Təqsirləndirilən şəxs zəbt etdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, sözü gedən tikilinin ön hisəsi Şamaxı- İsmayıllı-Qəbələ avtomobil yoluna baxır, tikilinin yerləşdiyi yerdə arxa tərəfdə 35000 (otuz beş min) voltluq elektrik xətləri və sağ tərəfindən isə 10000 (on min) voltluq elektrik xətlərinin keçir. Əgər tikililər yüksək gərginlikli elekrtik xətlərinin yanında inşa edilmişdirsə aralarında müəyyən məsafə, yəni mühafizə zonası olmalıdır, yəni 1000 voltdan yuxarı 10000 (on min) voltadək olan yüksək gərginlikli elektrik xətti ilə tikili arasında hər iki tərəfdən 10 metr və 35000 (otuz beş min) voltluq olan yüksək gərginlikli elektrik xətti ilə tikili arasında hər iki tərəfdən 15 metr məsafə olmalıdır. Həmin tikilinin sağ tərəfində 10000 voltluq və arxa tərəfində isə 35000 voltluq olan yüksək gərginliyə malik elektrik xətləri keçirdiyinə görə tikili ilə elektrik xətləri arasında olan məsafələri ölçmüş, həmin vaxtı məlum olmuş ki, 10000 voltluq olan yüksək gərginlikli elektrik xəttinin keçdiyi elektrik dirəyi həyətin daxilində yerləşir və elektrik dirəyi ilə tikili arasında 3.50 metr məsafə vardır, həmin elektrik xəttinin keçdiyi yerdə mühafizə zonası 10 metrdən az olduğundan orda mühafizə zonası pozulmuşdur. Həmçinin tikilinin arxa tərəfində yerləşən elektrik xəttləri keçən elektrik dirəyi ilə tikili arasında olan məsafəni ölçərək məlum olmuş ki, həmin 35000 voltluq olan yüksək gərginlikli elektrik xəttinin keçdiyi elektrik dirəyi ilə tikili arasında 19.50 metr məsafə vardır, həmin elektrik xəttinin keçdiyi yerdə mühavizə zonası 15 metrdən çox olduğundan orada pozuntu aşkar edilməmişdir. Bundan sonra protokol tərtib edilmiş və o da protokolu imzası ilə təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini nə vaxtı zəbt etməsini və hansı tarixdən orada ev inşa etməsini bilmir, bu barədə aparılan istintaq zamanı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sözü gedən torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və orada ev inşa etmişdir. Şahid3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun yeznəsidir. 2007-ci ilin yay aylarında həmin mübahisəli ərazidə özünə aldığı 5 sot torpaq sahəsində tikinti işləri aparmışdır. Elşən də həmin vaxt orada olmuş, bu zaman rayon icra hakimiyyətində arxitektor işləyən Mirələsgər adlı şəxs ora gələrək onun tikdiyi tikilini yoxlamış, söhbət zamanı Elşən onun aldığı torpaq sahəsinin yanındakı hazırda yuxarıda qeyd ediən ərazini Mirələsgərə göstərərək həmin yerdən 6 sota torpaq sahəsi almaq istədiyini ona bildirmiş, Mirələsgər ona bunun münkün olduğunu demişdir. Elşən ondan 6 sot torpaq sahəsinin nə qədər xərci olduğunu soruşmuş, Mirələsgər isə 6 sota torpaq sahəsini Elşənə 10 min manata verəcəyini bildirmişdir. Elşən isə Mirələsgərə bu qədər məbləğdə imkanının olmayacığını və bir az aşağı verməsini xahiş etmiş, xeyli danışıqdan sonra Mirələsgər həmin yerdən 6 sota torpaq sahəsini Elşənə içərisində tikili tikməklə birlikdə 6 min manata verə biləcəyini bildirmiş və onlar razılaşmışlar. Sonradan ona məlum olmuş ki, həmin gündən 1 həftə sonra Elşən yaxın tanışı Bəhmən Əkbərovla görüşmüş və ondan 3 min manat borc almışdır. Sonra isə Bəhmənlə birlikdə İsmayıllı şəhər mərkəzində yerləşən icra hakimiyyətinin yaxınlıqdakı parkda Mirələsgərlə görüşüb razılaşdığı 6 min manatı Mirəsəlsgərə vermiş, həmin zaman Mirəsəlgər Elşənə demiş ki, “sənədlərini topla mənə ver, sənədləşdirilmə aparılsın, sənin sənədin tam hazır olduqda sənə xəbər edəcəm”. X15 demiş ki, “get həmin 6 sota ərazini hasara al və tikintin tikməyə başla”. Elşən də Mirələsgərlə razılaşmış və sonradan həmin torpaq sahəsinin ətrafını kol-kosla çəpərə almışdır. Bildiyinə görə bundan sonra Elşən dəfələrlə Mirələsgərlə görüşüb torpağın rəsmi sənədini sonuncudan istəmişdir. Mirələsgər isə hazır olmadığını, hazır olduğu zaman özü zəng edəcəyini bildirmişdir. Sonradan isə Elşən 3 il rayonda olmamış və xəstəsi olduğu üçün Bakı şəhərində yaşmış, başı xəstəyə qarışdığından bir müddət rayona gələ bilməmişdir. 2014-cü il tarixdə rayona qayıtdıqdan sonra məlum olmuş ki, Mirələsgər 2013-cü il tarixdə işdən çıxıb getmiş və 6 sot ərazinin sənədlərini hazırlamamışdır. Elşən bunu bildikdə icra hakimiyyətinə gedərək baş verənləri orada danışmış və köməklik olunmasını və həmin ərazinin adına sənədləşdirilməsini xahiş etmişdir. 2017-ci il tarixdə isə Elşən heç bir köməklik olunmamasını görüb məcbur qalıb orada tikili tikməyə başlamış, imkanı olmadığı üçün tikilini bir mərtəbə tikərək dayandırmışdır. 2020-ci ilin mart ayında İsmayıllı rayonun Talıstan kənd bələdiyyəsinin müavini Şaiq adlı və kənd icra nümayəndəsi Sihhət adlı şəxslər Elşənə şifahi olaraq tikilini qanunsuz tikdiyini və tikilini saxlmağını bildirmişlər. Elşən da razılaşmış və hər şeyi Şaiqə və Sihətə danışmışdır. Lakin buna baxmayaraq rəsmi sənədinin olmadığı üçün sonuncular tikilini sökməyini və yaxud da rəsmi sənəd düzəltməyini Elşənə izah etmişlər. Sonra Elşən həmin tikilinin tikilməsini dayandırmış, lakin torpağın sənədləşməsi və torpağın Elşənin mülkiyyətinə verilmədiyindən Elşən həmin torpaq sahəsində öz ailəsinin yaşaması üçün ev inşa etmiş, ətrafını da çəpərə almışdır. Əgər həmin yer park yerinə düşürdüsə Mirələsgər Elşəni niyə görə aldatmışdır. Elşən həmin torpaq sahəsini 2007-ci il tarixdə kol-kosla çəpərləmiş, 2017-ci ildə isə orada tikinti işlərinə başlamış və 2022-ci ildə artıq tikinti işlərini başa çatdıraraq özünə ev hazırlamış və orada yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs həmin torpaq sahəsini 2007-ci il tarixdə icra hakimiyyətində arxitektor vəzifəsində işləyən Mirələsgər adlı şəxsdən pulunu ödəməklə almış, razılıq əsasında həmin torpaq sahəsinin ətrafını kol-kosla çəpərləmiş, 2017-ci ildə isə orada tikinti işlərinə başlamış, 2022-ci ildə artıq tikinti işlərini başa çatdıraraq özünə ev hazırlamış və orada yaşamağa başlamışdır. Şahid X7 ifadəsində Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Şahid4 ifadə verərək göstərdi ki, müxtəlif evlərdə istilik sistemləri quraşdırmaqla ailəsinin dolanışığını təmin edir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, sonuncu xx.xx.2022-ci il tarixindən təxminən 4 gün əvvəl onunla görüşərək, evində istilik sistemləri quraşdırmaq üçün usta lazım olmasını və həmin işi ona həvalə etmək istədiyini deməsini bildirmiş, o, Təqsirləndirilən şəxs ilə razılaşmış, 19 aprel 2022-ci il tarixində o, Təqsirləndirilən şəxs dediyi ünvana getmiş, həmin ünvan Talıstan kəndinin aşağı hissəsində avtomagistral yolun üst tərəfində yerləşmişdir. O, Təqsirləndirilən şəxs evi kimi tanıdığı həmin ünvanda istilik sistemləri quraşdırmaq üçün razılaşıb işə başlamışdır, həmin işə görə günü 20 manata razılaşmışdır, bundan sonra o, fəhlə kimi Şahid5 də ora fəhlə kimi işləməsindən ötrü aparmışdır, lakin 21 aprel 2022-ci il tarixdə orada işlədiyi vaxtı polis əməkdaşları gedərək onları İsmayıllı rayon polis şöbəsinə aparmışlar, o, həmin evin Təqsirləndirilən şəxs aid olduğunu bilmiş, sonuncu onu oraya dəvət edərək usta kimi işləməyi təklif etmiş, o, həmin evin qanunsuz olaraq tikilməsindən məlumatı olmamış, bu barədə rayon polis şöbəsində aparılan istintaq zamanı bilmişdir. Şahidlər Şahid5 və Şahid6 ifadələrində Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadələr vermişlər. Mübahisəli tikilinin yerləşdiri əraziyə baxşı keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ətrafını hasara almaqla inşa etdirdiyi tikili İsmayıllı rayon Talıstan kəndi ərazisində yerləşən, Talıstan bələdiyyəsinə aid sahədə yerləşmişdir. Həmin tikilinin yerləşdiyi sahə Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yolunun Şamaxı istiqamətində sol tərəfində, avtomobil yolunda təxminən 200 mert aralıda yerləşmişdir, Həmin yol istiqamətində tikilinin sol və arxa tərəfləri mişar daşları ilə hasara alınmış, sağ və ön hissələri isə setka məftillə çəpərlənmiş, həyətin mərkəzi hissəsində isə mişar daşları ilə inşa edilmiş, dörd bir tərəfə pəncərəsi olan iki mərtəbəli ev inşa edilmişdir. Həmin tikilinin yerləşdiyi ərazi torpaq örtüyə malikdir, evin sol tərəfindən Şamaxı-İsmayıllı-Qəbələ avtomobil yoluna çıxışı olan asfalt yol yerləşmişdir. Həmin tikilinin yerləşdiyi yerdə arxa tərəfdə 35000 (otuz beş min) voltluq elektrik xətləri keçir, həmin xətlərin keçdiyi elektrik dirəyindən inşa edilmiş tikili arasında olan məsafə öçülmüş və 19.50 metr məsafə olması müəyyən edilmişdir, bundan başqa evin sağ tərəfindən isə 10000 (on min) voltluq elektrik xətlərinin keçməsi müşahidə olunmuşdur, həmin elektrik xətinin keçdiyi elektrik dirəyindən inşa edilmiş tikiliyə kimi 3.50 metr məsafə olması, həmin elektrik xətləri keçən dirəyin isə həyətin daxilində yerləşməsi müəyyən edilmişdir. Belə ki, baxışda iştirak edən Azərişıq ASC-nin X4 texniki vəzifəsində işləyən Şahid1 Paşa oğlu bildirdi ki, tikililər ilə yüksək gərginlikli elekrtik xətləri arasında müəyyən məsafə, yəni mühafizə zonası olmalıdır, 10000 (on min) voltluq olan yüksək gərginlikli elektrik xətti ilə tikili arasında hər iki tərəfdən 10 metr və 35000 (otuz beş min) voltluq olan yüksək gərginlikli elektrik xətti ilə tikili arasında hər iki tərəfdən 15 metr məsafə olmalıdır. Həmin tikilinin sağ tərəfində 10000 (on min) voltluq və arxa tərəfində isə 35000 (otuz beş min) voltluq olan yüksək gərginliyə malik elektrik xətləri keçir. Baxış zamanı Şahid1 baxışda iştirak edən şəxslərin köməkliyi ilə əvvəlcə tikilinin sağ tərəfində yerləşən elektrik xətlərini göstərərək və elektrik xəttləri keçən elektrik dirəyi ilə tikili arasında olan məsafəni ölçərək bildirdi ki, həmin elektrik xətti 10000 (on min) voltluq olan yüksək gərginlikli elektrik xəttləridir, həmin xətlərin keçdiyi elektrik dirəyi həyətin daxilində yerləşir və elektrik dirəyi ilə tikili arasında 3.50 metr məsafə vardır, həmin elektrik xəttinin keçdiyi yerdə mühafizə zolağı yoxdur və da mühavizə zonasının pozulması deməkdir. Bundan sonra Şahid1 baxışda iştirak edən şəxslərin köməkliyi ilə tikilinin arxa tərəfində yerləşən elektrik xətlərini göstərərək və elektrik xəttləri keçən elektrik dirəyi ilə tikili arasında olan məsafəni ölçərək bildirdi ki, həmin elektrik xətti 35000 (otuz beş min) voltluq olan yüksək gərginlikli elektrik xəttləridir, həmin xətlərin keçdiyi elektrik dirəyi ilə tikili arasında 19.50 metr məsafə vardır, həmin elektrik xəttinin keçdiyi yerdə mühavizə zonasının olması deməkdir. Baxış zamanı müəyyən olundu ki, İsmayıllı rayon Talıstan kəndi ərazisində yerləşən, Talıstan bələdiyyəsinə aid sahədə vət. Təqsirləndirilən şəxs ətrafını hasara almaqla inşa etdirdiyi tikilinin arxa tərəfində 35000 (otuz beş min) voltluq və sağ tərəfindən isə 10000 (on min) voltluq elektrik xətləri keçir, həmin tikili 35000 (otuz beş min) voltluq olan yüksək gərginlikli elektrik şəbəkəsinin mühavizə zonasına düşmür, lakin həmin tikilinin sağ tərəfindən keçən 10000 (on min) voltluq olan yüksək gərginlikli elektrik şəbəkəsinin mühavizə zonasına düşür və bununlada həmin yerdə, yəni elektrik xəttinin keçdiyi yerdə mühavizə zonasının olmadığı və mühavizə zonasının pozulması deməkdir. İsmayıllı Mərkəzi Rayon Xəstəxanasından alınmış 31 may 2022-ci il tarixli 02-02- 351/22 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin “Narkoloji” kabinetində qeydiyyatda yoxdur. Lakin “Nevroloji” kabinetə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, onda “R45.0 Əsəbilik” diaqnozu aşkar olunmuş və nevroloq həkim məsləhəti ilə “Ruhi-Əsəb” kabinetində xx.xx.2022-ci il tarixində müraciət etmiş, həkim psixiatr tərəfindən müayinə olunmuş, onda “F48 Asteno-nevrotik hal, yuxunun pozulması?” diaqnozu aşkar olunmuşdur. Xəstəyə ruhi-əsəb xəstəxanasında müayinə və müalicə olunması məsləhət görülmüşdür. Məhkəmə-psixiatrik ekspertizasının 09 sentyabr 2022-ci il tarixli 558 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (İsmayıllı RMX PHŞ-dan verilmiş xx.xx.2022-ci il tarixli 02-02-351/22 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə idarə etmək etmək iqtidarındadır, Elşən hal-hazırda özü və ətrafdakılar üçün təhlükəli deyildir. İsmayıllı rayon Talıstan bələdiyyəsi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli 36 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsi Talıstan bələdiyyəsinə məxsus örüş sahəsidir, həmin örüş sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətti və yeraltı komunal xətləri keçir. İsmayıllı rayon Talıstan bələdiyyəsi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli 32 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsi Talıstan bələdiyyəsinə məxsusdur, bələdiyyənin örüş sahəsi hesab olunur, həmin torpaq sahəsinin sənədləşdirilməsi qeyri mümkündür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyistri Publik hüquqi şəxsin “9” saylı ərazi idarəsi tərəfindən GPS sistemi vasitəsi ilə həmin torpaq sahəsi ölçülərək X 262091.86 və Y 4518727.47 kordinatlarında yerləşdiyi müəyyən edilmiş və Talıstan bələdiyyəsinə məlumat verilmişdir. Həmin torpaq sahəsinin GPS sistemi vasitəsi ölçülmüş qruluş planı təqdim edilmişdir. Sözü gedən torpaq sahəsinin qruluş planından görünür ki, Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsi X262091.86, Y4518727.47; X262098.75, Y4518720.23; X262113.47, Y4518704.8; X262102.32, Y4518691.17; X262078, Y4518714.4, X262085.6, Y4518721.54 kordinatlarında yerləşmişdir. "xxxx" ASC-nin X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 26/62 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Talıstan kəndində yerləşən, Talıstan bələdiyyəsinə aid sahədə ətrafını hasara almaqla inşa etdirdiyi tikilinin hasarın daxilindən və tikilinin 3,5 metr yaxınlığından 10 kv-luq elektrik xətti keçir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 saylı qərarı ilə təsdiq olunmuş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkəsinin mühafizəsi qaydaları”nın 5-ci bəndinə əsasən 10 kv-luq EVX-nin mühafizə zonası hər iki tərəfdən 10 metr məsafədə torpaq sahəsi hesab olunur. Odur ki, həmin tikili yüksək gərginlikli elektrik xəttinin mühafizəsi zonasına düşür. "xxxx" ASC-nin X8 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 26/75 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Talıstan kəndi ərazisində yerləşən, zəbt etdiyi torpaq sahəsindən keçən 10 kv-luq EVX-i 2007-ci ildə tikilmişdir. Xətt tikilən zaman xəttin mühafizə zonasında heç bir zəbt və tikili olmamışdır. Həmin məktuba elektrik xətlərinə dair sxem də əlavə edilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 27 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2008-ci ildən İsmayıllı rayonunun Talıstan kəndi ərazisində, Talıstan Bələdiyyəsinə məxsus 0.6 ha torpaq sahəsini və içərisində tikili inşa etməsi ilə bağlı razılığı həmin illərdə İsmayıllı rayon İcra Hakimiyyətinin Təmir-Tikinti şöbəsinin müdiri vəzifəsində işləmiş, baş memar X1 alması, sonuncuya 6000 (altı min) manat pul verməsi barədə göstərdiyi xüsusatlar üzrə araşdırma aparılmış, Təqsirləndirilən şəxs 0.6 ha torpaq sahəsini alması və içərisində tikili inşa etməsi ilə bağlı X2 rüşvət verməsi və sair hallar yoxlanılmış və təsdiqini tapmadığına görə İsmayıllı rayon Prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas X10 tərəfindən xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin “Məhkəmə mühəndis-texniki ekspertizasının təyin edilməsi haqqında” 20 dekabr 2022-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə- mühəndis-texniki ekspertizasının 15 fevral 2023-cü il tarixli 10/46 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, İsmayıllı rayon Talıstan kəndində yerləşən, İsmayıllı rayon Talıstan bələdiyyəsinə aid olmaqla Təqsirləndirilən şəxs ətrafını hasara alaraq inşa etdirdiyi tikilinin yerləşdiyi ərazinin bir hissəsinin ( 35 kV-luq xəttin kənar naqilindən 15 metr məsafəyə düşən, 10 kV-luq xəttin kənar naqilindən 10 metrlik məsafəyə düşən hissə) elektrik şəbəkəsinin mühafizə zonası olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərin nəzərə alınaraq İsmayıllı rayon Talıstan kəndində yerləşən, İsmayıllı rayon Talıstan bələdiyyəsinə aid olmaqla Təqsirləndirilən şəxs ətrafını hasara alaraq inşa etdirdiyi tikilinin ( fərdi yaşayı evinin) elektrik şəbəkəsinin mühafizə zonası olduğu müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini özbaşına tutaraq üzərində özbaşına tikinti işləri aparması, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icazə almadan gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti işləri aparması cinayət əməllərinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Təqsirləndirilən şəxs sözügedən əməllərə görə özünü təqsirli bilməməsi barədə gətirdikləri əsaslar məhkəmə iclasında sübuta yetirilməmiş, həmin ifadələr təqsirləndirilən şəxsin özünü məsuliyyətdən yayındırmaq mahiyyəti daşıyır. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri, ekspert rəyləri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslərin təqsirlərinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 222-2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası 188.3 və 222-2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İsmayıllı RİHB-nın İsmayıllı şəhəri inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri Natavan küçəsi dalan 3 ev 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, evlidir, himayəsində iki azyaşlı və bir yetkinlik yaşına çatmamış uşaqları vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı şəhəri inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməllərində cəzasını yüngülləşdirən halı, cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsinə əsasən islah işləri cəzalarının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təyin ediləcək islah işləri cəzası həmin Məcəllənin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli, həmin Məcəllənin 66-cı maddəsinə əsasən təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3 və 222- 2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsinə əsasən 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-2.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə islah işləri cəzası həmin Məcəllənin 68.3.1-ci maddəsinə əsasən 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 4 (dörd) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri, Natavan küçəsi, dalan 3, ev 5 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar