Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-2/2025 04.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi - “Sübhan Məmmədov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X8 iştirakı ilə 04 mart 2025-ci il tarixdə saat 12:30-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1988-ci ildə İsmayıllı rayonunun Bəhliyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 157.2 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2011-ci ilin dəqiq tarixi müəyyən edilməyən vaxtında X22 ilə tanış olmuş və aralarında nikahdan kənar sevgi və intim münasibətlər yaranmış, həmin vaxtdan etibarən o, Dilarə Orucova ilə müxtəlif vaxtlarda və müxtəlif yerlərdə mütəmadi olaraq görüşüb qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olmaqla və seksual xarakterli digər hərəkətlər etməklə intim münasibətlərdə olmuş, uzun müddət, yəni 10 ildən artıq müddət ərzində nikahdan kənar gizli sevgi münasibətlərində olmaları və intim münasibətlərini başqalarından gizli saxlamaq istəmələri ilə əlaqədar aralarında mənəvi-psixoloji asılılıq yaranmış, təqribən 2022-ci ilin yay aylarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda o, Dilarə Orucovanın digər şəxslə intim münasbətlərdə olmasını öyrənmiş və bu səbəbdən qısqanclıq zəminində sonuncu ilə aralarında mübahisə yaranmış, həmin vaxtdan etibarən o, mütəmadi olaraq Dilarə Orucovanı nalayiq ifadələrlə təhqir edib ləyaqətini mütəmadi olaraq alçaldaraq, hədənin icra ediləcəyi üçün real əsaslar olmadan öldürməklə və ya sağlamlığına zərər vurmaqla hədələyərək, habelə Dilarə Orucovadan polis orqanlarına şikayət edəcəyi ilə hədələməklə hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdırmış, təqribən 2022-ci ilin sonu, 2023-cü ilin əvvəllərində, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda Dilarə Orucova onunla münasibətlərini bitirmək istədiyini deyərək aralarında olan əlaqəni kəsməyə çalışmış, bu məqsədlə Dilarə Orucova xx.xx.2023-cü il tarixdə öz telefonunda onun zənglərini məhdudlaşdırmaq məqsədi ilə zənglərinə qadağa qoymuş, o, Dilarə Orucovanın telefonunda onun nömrələrinə qadağa qoyması səbəbindən əsəbiləşərək xx.xx.2023-cü il tarixdə, saat 12:47-də sonuncunun işlədiyi İsmayıllı şəhəri, Cavanşir küçəsi, 120A saylı ünvanda yerləşən “Anais” gözəllik salonuna gələrək içəriyə daxil olub salonda digər şəxslərin olmasına əhəmiyyət vermədən Dilarə Orucovanın əlindəki hava fenini alaraq stolun üstünə qoyub sonuncunun qolundan tutaraq çölə çıxarmağa çalışmış, Dilarə Orucova ona müqavimət göstərib çıxmaq istəmədiyini bildirdikdə o, fiziki güc tətbiq edib sonuncunun qolunu sıxaraq və sair yolla sağ bazunun dörd ədəd və sağ süd vəzisinin bir ədəd qançırlarından ibarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, Dilarə Orucova işini bitirdikdən sonra onunla birlikdə gedəcəyini söylədikdə o, razılaşaraq salondan çölə çıxmış, saat 13:00-da o, yenidən salona daxil olduqda salonda olan müştərilər buna etiraz etdiklərindən yenidən salondan çölə çıxmış, Dilarə Orucova onun salondan uzaqlaşmamasından, ətrafda olan şəxslərin aralarında olan münasibətlərdən xəbər tutacaqlarından narahat olub tanışı Zərərçəkmiş şəxs2 zəng edərək onun gözəllik salonuna basqın etdiyini, gəlib onu salonun qarşısından aparmasını söyləmiş, Zərərçəkmiş şəxs2 Dilarə Orucovanın xahişi əsasında saat 13:26-da “Anais” gözəllik salonunun qarşısına gələrək onun salonun qarşısında dayanıb gözləməsini görüb ona yaxınlaşaraq salamlaşmış və salonda girib səs-küy salmasını irad bildirərək həmin yerdən uzaqlaşmasını tələb etmiş, həmin vaxt o, Zərərçəkmiş şəxs2 sözlərindən əsəbiləşərək sonuncunun ona irad tutmasını səbəb kimi bəhanə edib şəxsi münasibətlər zəminində başladığı aqressiv hərəkətlərini qərəzli formada davam etdirib xuliqanlıq həddinə çatdıraraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqça hörmətsizlik ifadə edən, yəni heç bir əsaslı səbəb olmadan və ətrafda çoxlu insanların olmasına əhəmiyyət verməyərək yüksək səslə nalayiq ifadələr işlədib Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərə yol verərək öz şəxsiyyətini cəmiyyətin fövqündə qoyub yumruq və təpiklə Zərərçəkmiş şəxs2 zərbələr endirərək sonuncuya sol gözün ağlı qişasının qansızması, sağ almacıq nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, Zərərçəkmiş şəxs2 özünü müdafiə etmək məqsədi ilə həmin yerdən qaçıb İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, 10 saylı ünvanda yerləşən aptekin qarşısında dayanmış “Mercedes E240” markalı **-FX-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinə minərək uzaqlaşmaq istədikdə o, yüksək səslə nalayiq ifadələr işlədərək arxası ilə qaçıb əsaslı səbəb olmadan avtomobilin ön sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 yumruq və təpək zərbələri vurmağa davam etmiş, həmin vaxt yaxınlıqda olan Zərərçəkmiş şəxs3 ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədi ilə yaxınlaşıb onu sakitləşdirərək kənarlaşdırmaq istədikdə o, öz qərəzli hərəkətlərini davam etdirib ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs3 zor tətbiq edib itələməklə, həmçinin zor tətbiq etməklə hədələyib ünvanına nalayiq ifadələr işlətməklə müqavimət göstərərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərini davam etdirmiş, Emil Hüseynov onun qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədi ilə bir dəfə üz nahiyəsindən yumruqla vuraraq ona çənə nahiyəsinin səthi yarası kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra o, müvazinətini itirərək yerə yıxılıb qərəzli xuliqanlıq hərəkətlərini dayandırmış, bir neçə dəqiqə sonra o, ayağa qalxaraq “Anais” gözəllik salonunun qarşısına gedib Dilarə Orucovanı yenidən çölə çağırmış və sonuncu ilə söhbət etməyə başlamış, söhbət zamanı Dilarə Orucova onu artıq sevmədiyini deyib uzaq durmasını tələb etmiş, bu məqsədlə ona evlərinə gedib onun anası ilə danışmaq istədiyini söyləmiş və o, təqribən saat 13:35 radələrində Dilarə Orucova ilə birlikdə salondan çıxaraq bir müddət söhbət etdikdən sonra yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evə gəlmiş, həmin evə çatdıqda Dilarə Orucova onun anası X5 yanında bir daha onu sevmədiyini deyib uzaq durmasını tələb etdikdə o, yalan danışdığını deyərək əsəbi şəkildə 3-4 dəfə şillə ilə Dilarə Orucovanın üz və baş nahiyələrindən vuraraq sonuncuya sol gözaltı nahiyənin qançırları kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş və Dilarə Orucova ağlayaraq həmin evdən çıxıb getmiş, nəticədə o, ondan nikahdan kənar gizli sevgi münasibətlərində olmaları və aralarında olan intim münasibətləri başqalarından gizli saxlamaq istəmələri ilə əlaqədar yaranmış mənəvipsixoloji asılılıq vəziyyətində olan Dilarə Orucovanın aralarında olan münasibətləri kəsmək istəməsinə baxmayaraq, Dilarə Orucovadan əl çəkməməklə, sonuncuya fiziki və psixoloji zorakılıq göstərməklə, təhdid etməklə, hadisə baş verən gün camaatın içində zor tətbiq edərək işlədiyi salondan çıxarıb aparmaq istəməklə, vurmaqla və sair yollarla amansız rəftar edərək, ləyaqətini mütəmadi olaraq alçaldaraq və hədə-qorxu gələrək özünü öldürmə həddinə çatdırmış, həmin gün baş vermiş hadisə ilə bağlı İsmayıllı rayon polis şöbəsinə daxil olmuş məlumat əsasında saat 17:54-də telefon vasitəsi ilə rayon polis şöbəsinə dəvət edilən Dilarə Orucova həmin hadisə ilə bağlı polisə izahat vermək üçün çağırılması, ailəli olduğu halda digər şəxslə qeyri-rəsmi münasibətlərinin aşkara çıxması və cəmiyyət içində biabır olması ilə bağlı qarşılaşdığı şəraitlə əlaqədar davranış aktlarında təzahür etmiş emosional gərginlik halında qarşılaşdığı şəraiti adekvat olaraq qiymətləndirməkdə çətinlik çəkərək, autoaqressiv vəziyyətdə yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evdə özünü asmaqla boyunun bir ədəd stranqulyasiya şırımı kimi bədənin öz ağırlığı ilə yaranmış dartma qüvvəsinin təsirindən boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində yaranmış, dərəcəsinə görə ölümlə nəticələnmiş mexaniki asfiksiya ilə müşayiət olunduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiyadan ölümə səbəb olmuş xəsarət yetirərək özünü öldürmüşdür. Bundan əlavə, o, xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində, dəqiq saatı istintaqla müəyyən edilməyən vaxtda, sərxoş vəziyyətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterinin RX1498093 seriya və nömrəli çıxarışına əsasən Zərərçəkmiş şəxs1 xüsusi mülkiyyətində olan, İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin qarşısına gələrək, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, evin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 və evdə yaşayanların iradəsi ziddinə əvvəlcə evin həyətinin örtülü vəziyyətdə olan qapısını açaraq həyətə, sonra isə fərdi yaşayış evinin qapısını açıb evin birinci mərtəbəsinə daxil olub, oradan evin mülkiyyətçisinin və evdə yaşayanların iradəsi ziddinə pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxaraq, evdə olan Zərərçəkmiş şəxs1, X23 və digərlərinin evi tərk etməsini tələb etmələrinə baxmayaraq, ona mane olmaq istəyənləri zor tətbiq edilməsi ilə hədələməklə evin otaqlarına daxil olub həmin otaqları gəzərək qəsdən Zərərçəkmiş şəxs1 mənzil toxunulmazlığı hüququnu pozmuş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102 xidməti zəng mərkəzi”nə edilmiş müraciət əsasında hadisə yerinə gəlmiş İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən o, evdən çıxarılmışdır. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 157.2, 221.2.2-ci maddələrində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 157.2, 221.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, əvvəllər mülki mühafizə polisi işləmişdir. Anası ibtidai sinif müəllimidir. Anası əvvəllər uşaqlara öz evlərində hazırlıq keçmişdir. Dilarə Orucova təxmini olaraq 2010-2011-ci illərdə qızı və oğlunu anasının yanına hazırlığa gətirmiş və sonuncunu həmin vaxtdan tanımışdır. Dilarə 150-200 metr onların evindən kənarda qalmışdır. Dilarənin yoldaşı gəmidə işləmiş, buna görə yoldaşı 2-3 aydan bir evlərinə gəlmişdir. Dilarə onlara gəlib gedəndən bir qədər sonra aralarında tanışlıq yaranmış, onun mobil telefon nömrəsini götürmüş və zəng edərək danışmağa başlamışdır. Həmçinin Dilarə ev telefonu ilə onunla danışmışdır. Bir müddət sonra Dilarə ilə öz evlərində görüşmüş, həmin vaxt Dilarənin yoldaşı Təbriz Bakı şəhərində, uşaqları da evdə olmuş, lakin onların görüşdüklərini görməmişlər. Bu görüşdən 2-3 gün sonra Dilarə nəsə almaq bəhanəsi ilə onlara gəlmiş, həmin vaxt evdə heç kim olmamış, buna görə də Dilarənin razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxtdan sonra 2-3 gündən bir, bir həftədən bir Dilarə ilə evində görüşüb onunla cinsi əlaqədə olmuşdur. Bəzən Dilarəni özünə məxsus “VAZ 2103” markalı avtomobillə rayonun müxtəlif yerlərinə aparıb onunla maşında cinsi əlaqədə olmuşdur. Dilarə ilə bir-birlərini istəmişlər. 2011-ci il tarixdən 2022-ci ilin dekabr ayınadək Dilarə ilə mütəmadi olaraq görüşüb əlaqədə olmuşdur. Bir dəfə Dilarənin qızı onu evlərində olanda görmüşdür. Dilarə 2018-ci il tarixdən İsmayıllı rayonunda yerləşən gözəllik salonlarının birində işləməyə başlamış, Dilarə 1 il salonda işlədikdən sonra onun dediklərini etməmiş, buna görə salonda işləməyə qoymamışdır. 7-8 ay işləməyə qoymamış, sonra Dilarə işləmək üçün xahiş etdiyinə görə yenidən işləməsinə icazə vermişdir. Dilarə “Anais” gözəllik salonunda Ülviyyə adlı qadınla saç ustası işləmişdir. Dilarə ilə onun arasında olan münasibətdən sonuncunun bacısı və anasının məlumatı olmuşdur. Bacısı bir dəfə Dilarədən uzaq durması ilə bağlı mesaj yazıb onu təhdid etmişdir. 2020-ci il tarixdə o nişanlı olan vaxt Dilarənin qardaşı Emilin Dilarə ilə arasında olan münasibətdən məlumatı olmiş, buna görə Emil dostu ilə birlikdə onunla görüşmüş, o da Dilarə ilə danışdığını demiş, Emil də Dilarədən uzaq durmasını bildirmişdir. O da Dilarə ilə öz razılığı ilə danşdığını, Dilarə ilə bir-birlərini istədiklərini demişdir. 2022-ci ilin yanvar-fevral aylarında Dilarənin yoldaşı Təbriz Dilarə ilə onun münasibətindən xəbər tutmuşdur. Dilarə əvvəllər çox vaxt yoldaşının içki içdiyini, onu təhqir etdiyini demişdir. 2022-ci ilin yay aylarında Dilarə ilə görüşüb danışan zaman Dilarənin başqa şəxslərlə danışdığını hiss etmişdir. Dilarəyə bir neçə dəfə başqa şəxslərlə danışmasından məlumatı olduğunu demiş, Dilarə isə bunu inkar etmişdir. Bir dəfə Dilarə ilə birlikdə olan zaman onun ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı nömrədən zəng gəlmiş, Dilarədən həmin şəxsin kim olduğunu soruşmuş, Dilarə də Verginin əməkdaşı Məhəmməd adlı şəxsin olduğunu deyib işlə əlaqədar zəng etdiyini bildirmişdir. Dilarə də Məhəmmədin işlə əlaqədar çeklərin şəklini istədiyinə görə zəng etdiyini bildirmişdir. Bir müddətdən sonra, 2022-ci ilin payız ayları Məhəmmədin Qəbələ rayonunda yerləşən vergi idarəsində işlədiyini öyrənmişdir. Buna görə də Dilarə ilə Məhəmməd arasında münasibətdən şübhələnib Dilarəni öz maşını ilə Qəbələyə, Məhəmmədin iş yerinə aparmışdır. Məhəmmədi çağırıb maşında otuzdurmuş və yalan danışanın ünvanına nalayiq söyüş söymüşdür. Məhəmməddən Dilarəyə niyə zəng etdiyini soruşmuş, Məhəmməd də onun kim olduğunu Dilarədən soruşmuş, Dilarə də onun həyatında olan bir şəxs olduğunu demişdir. Bundan sonra Məhəmməd işlə əlaqədar Dilarəyə zəng etdiyini bildirmiş, o da Məhəmmədə yalan dediyini bildirib görüşübgörüşmədiklərini soruşmuş, Məhəmməd də görüşmədiyini bildirmiş və Təbrizin gələcəyi zaman olanları deyəcəyini bildirmişdir. Daha sonra Dilarə ilə rayona qayıtmış və Dilarəni işə aparmışdır. Həmin vaxtdan sonra Dilarənin davranışlarından Məhəmmədlə danışdığını hiss etmişdir. 2-3 ay sonra Məhəmməd ona zəng edərək görüşmək istədiyini bildirmiş, onla da danışıb “Yaşıl Vadi” adlanan restoranda görüşmüşlər. Görüş zamanı Məhəmmədin telefonunda onun adına olan nömrələrin siyahısının olmasını görmüş, Məhəmməddən həmin nömrələri necə əldə etməsini soruşmamışdır. Söhbət zamanı Məhəmməd ona yalan danışdığını, Dilarə ilə danışdığını, sonuncu ilə 6 dəfə əlaqədə olduğunu bildirmişdir. O həmin vaxt Dilarəni yoxlamaq üçün ondan pul istəmiş, Dilarə kartı istəmiş, o da kartı Dilarəyə göndərmişdir. Bir qədər sonra Dilarə Məhəmmədə yazaraq ondan pul istəmişdir. Həmin vaxt bilmişdir ki, Dilarə Məhəmmədlə danışır. Həmin gündən sonra, 2022-ci ilin dekabr ayının 26-sı Dilarəni götürüb Buynuz kəndində yerləşən kafeyə getmiş, Məhəmməd də ora gəlmişdir, onları üzləşdirən zaman hər ikisi üzünə durmuşdur ki, onlar 2 dəfə görüşüblər. O Dilarəni gətirib rayonun mərkəzinə düşürmüşdür. Həmin vaxtdan sonra Dilarə ilə soyuq danışmağa başlamış, həmin gündən bir neçə gün əvvəl bir dəfə də İdman kompleksinin qabağında Dilarə ilə cinsi əlaqədə olmuş, Dilarə ilkin olaraq istəməsə də, sonradan onunla cinsi əlaqədə olmuşdur. Həmin gündən bir qədər sonra axşam ona sabahsı gün hər şeyi danışacağını bildirmişdir. Həmin gün onların evinə təcili tibbi yardım və polis gəlmişdir. Sabahsı gün Dilarədən nə olmasını soruşan zaman, huşu getdiyi üçün təcili tibbi yardıma müraciət etdiyini demişdir. Təxmini olaraq 2022-ci ilin ortalarından polislərin və digər şəxslərin onu izlədiyini hiss etmişdir. Buna görə də Dilarəyə demişdir ki, ailəsinə nəsə olsa o və Məhəmməd cavab verəcək. Təxmini olaraq 2 ay Dilarə onun bütün nömrələrini bloka atmışdır. Təxmini olaraq 2023-cü ilin mart ayının 2-sı Dilarəyə yazaraq onu izləmələri ilə bağlı şikayət etdiyini, buna görə onu hüquq mühafizə orqanlarına çağıracaqlarını bildirmiş, Dilarə də ora çağırılan zaman öldüyü gün olacağını bildirmiş və onu bloka atmışdır. 05 mart 2023-cü il tarixdə saat 12 radələrində rayon ərazisində olan kafelərin birində 4 bakal pivə içmiş, Dilarə onun nömrələrini bloka atdığına görə onun iş yerinə gedib iş gördüyü yerdə əlindən feni və darağı alıb şkafa qoymuş və onunla getməsini bildirmiş, o da ilk öncə gəlmədiyini, daha sonra 1 saatdan sonra gələcəyini bildirmişdir. Həmin vaxt Dilarədən başqa 3 nəfər qadın olmuş, o çöldə gözləyən zaman rayon sakini kimi tanıdığı Elmin onun durduğu salonun qarşısına gəlib salona niyə girdiyini soruşmuş, o da Elmindən kim olduğunu soruşmuş, həmin vaxt aralarında dava baş vermişdir. Dava başladıqdan bir qədər sonra yaxınlıqda olan aptekin qarşısına getmişlər. Elmin ona gedib söhbət etməsini bildirmiş, o da Elminlə “Mercedes” markalı maşına oturmaq istəyən zaman Elmin ona qarşı söyüş söymüş, o da buna görə Elmini yumruq və təpiklə vurmağa başlamışdır. Bu zaman Emil adlı şəxs ona yaxınlaşıb yumruqla üz nahiyəsindən vurmuş, o da yerə yıxılmışdır. Daha sonra üzünə su vuraraq onu ayıltmışlar. O da duran zaman heç kim olmamış, buna görə salona girib Dilarənin sağ qolundan tutub çölə çıxarmışdır. Dilarə onunla gəlmək istəməmiş, lakin sonradan Dilarə əlindəki işi qurtardıqdan sonra onunla getməyə razılaşmışdır. Salondan çıxıb yolu keçdikdən sonra Maliyyə İdarəsi tərəfə getmişlər. Orada söhbət etməyə başlamışlsr. Dilarə artıq onu sevmədiyini bildirmiş, onun ünvanına nalayiq söyüşlər söymüş və ondan uzaq durmasını istəmişdir. Hətta qızının canına and içərək onu sevmədiyini bildirmiş, o da yalan danışdığını bildirmişdir. Çünki Dilarənin kimdənsə qorxub ondan uzaq durduğunu güman etmişdir. Dilarə onların həyətinə gedib orada söhbət etməsini istəmiş, o da Dilarənin dediyi kimi sonuncunu evlərinə aparmışdır. Küçəyə çatdıqda Dilarə maşından düşüb həyətə girdikdən sonra anası ilə danışmağa başlamışdır. Dilarə onun anasına ailəsi olduğunu, onun Dilarədən əl çəkmədiyini bildirmiş və artıq ailəsi olacağını bildirib onun Dilarədən uzaq durmasını istəmişdir. Dilarə onu söyüb təhqir etmiş, o da həmin vaxt 3-4 dəfə şillə ilə Dilarənin sol üz nahiyəsindən vurmuş və yalan dediyini bildirmişdir. Söhbət zamanı Dilarə bir neçə dəfə gedib özünü asacağını demiş, o da gedib istədiyi kimi etməsini bildirmişdir. Dilarəni vurduqdan sonra ağlamağa başlamış, anası da üstünə gəlib niyə evli qadınla münasibətdə olduğunu soruşaraq irad bildirmişdir. O da anasını itələyib Elminin dalınca getmişdir. Əmisi oğlu Fəqanın telefonu ilə Elminlə əlaqə saxlayaraq onunla görüşəcəyini bildirmiş, Elmin də bir saata qayıdacağını bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra o evə qayıdan zaman Dilarənin onlarda olmadığını görmüşdür. Həmin vaxt onun təzyiqi qalxdığı üçün təcili tibbi yardım çağırmış, təcili tibbi yardım evə gəlib yardım göstərmiş, həmin vaxt İsmayıllı RPŞ-nin əməliyyatçıları gəlib ondan şikayət olduğunu deyib İsmayıllı RPŞ-yə aparmışlar. İsmayıllı RPŞ-də izahatı alınan zaman Dilarənin özünü asaraq öldürdüyünü eşitmişdir. 08 mart 2023-cü il tarixdə saat 23 radələrində spirtli içki qəbul etdikdən sonra Dilarənin ölümünə inanmayıb sonuncunun evlərində olduğunu düşünmüşdür. Buna görə Dilarənin yaşadığı evin qarşısına getmiş, həyətə daxil olmaq üçün olan bağlı dəmir darvazanın qapısını açıb həyətə daxil olmuş, daha sonra ikinci darvazanın bağlı qapısını açaraq həyətə daxil olmuşdur. Həmin vaxt həyətdə heç kim olmamış, o həyətə və evə girməsi ilə bağlı heç kimdən icazə almamışdır. Həyətə girdikdən sonra ikinci mərtəbəyə qalxmaq üçün olan evin bağlı qapısını açıb içəri girib pilləkənləri qalxmış, daha sonra qonaq otağının qapısını açıb qonaq otağına daxil olmuşdur. Həmin vaxt evdə hüzürə gəlmiş tanımadığı adamlar olmuşdur. Onu görən kimi adamlar qışqırmağa başlamış, sonra isə evdən çıxmasını bildirib onu tutmağa çalışmışlar. O, içkili vəziyyətdə olduğu üçün orada baş verənlər tam təfsilatı ilə yadında qalmamışdır. Onların əlindən çıxıb Dilarənin otağına tərəf getmiş, ilk öncə Dilarənin otağına gedəndə sol tərəfdəki otağa girib Dilarənin orada olub-olmadığına baxmış, Dilarənin orada olmadığnı görərək çıxıb Dilarənin otağına girmişdir. Həmin vaxt evdə olanlar onu tutub saxlamışlar. Bir qədər sonra polislər gəlib onu aparmışlar. İzahatı alındıqdan sonra polislər onu evə buraxmışlar. Dilarə ilə münasibətləri olduğu vaxtdan bəri aralarında dəfələrlə mübahisələr olmuş, əvvəllər Dilarə ondan əl çəkmədiyi üçün bir neçə dəfə Dilarəyə təpki etmişdir. O, heç bir zaman Dilarəni hansısa şəkillərini yayacağı ilə bağlı hədələməmişdir. Münasibətləri yaxşı olduğu zamanlarda bir-iki dəfə Dilarədən borc almış, daha sonra isə borcunu qaytarmışdır. O, Dilarəni qısqandığı üçün bəzən qolundan tutub sıxmış və ya yüngülcə şillə vurmuş, lakin Dilarəyə qarşı başqa hər hansı xəsarət yetirməmişdir. Dilarəni sevdiyi üçün sonuncunun ölməsini heç vaxt istəməmişdir. Zərərçəkmiş şəxs1, X4, X10, X24 və digərlərinin Dilarə Orucovaya onun tərəfindən hədə-qorxu gəlməsi, ləyaqətini mütəmadi olaraq alçalması, uşaqlarını öldürəcəyi ilə hədələməsi, hədə-qorxu ilə pul tələb etməsi ilə bağlı verdikləri ifadələrinə münasibətdə qeyd edir ki, o, heç bir zaman Dilarəyə hədə-qorxu gəlməmiş, Dilarədən hədə-qorxu ilə pul tələb etməmiş, uşaqlarını öldürəcəyi ilə bağlı hədələməmiş və digər hərəkətlər etməmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Dilarə Orucovanın yaşadığı ünvana getdiyi zaman isə ağır dərəcəli sərxoş olmuş, Dilarəni sevdiyi üçün sonuncunun ölümünə inanmamış, buna görə də həmin vaxt Dilarənin qaldığı evə gedib Dilarənin ölüb-ölməməsini yoxlamaq istəmişdir. Onun başqa hər hansı məqsədi olmamışdır. xx.xx.2023-cü il tarixdə Dilarə Orucova özünü asan vaxt o şöbədə olmuşdur. xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış zamanı Dilarə Orucovanın üzərindən latın qrafikalı əlifba ilə yazılmış sözlərə gəldikdə isə bildirir ki, o, heç vaxtı Dilarəni təhdid etməmiş, sadəcə onu kiminsə vasitəsi ilə izlətdirdiyinə görə Dilarədən şikayət edəcəyini bildirmişdir. Dilarə də polis şöbəsinə çağırılan gün öldüyü gün olacağını bildirmişdir. O, bir daha qeyd edir ki, istər Dilarə ilə münasibətdə olan zaman, istər sə də münasibətlər bitəndən sonra heç bir vaxt Dilarəni bu və ya digər qaydada təhdid etməmiş, Dilarəni hansısa şəkillərini yayacağı ilə bağlı hədələməmişdir. xx.xx.2023-cü il tarixdə isə Dilarə Orucovanın yaşadığı ünvana yalnız onun özünə qəsd edib etməməsini öyrənmək üçün getmiş, başqa məqsədi olmamışdır.05 mart 2023-cü il tarixdə Dilarənin işlədiyi gözəllik salonunun qarşısında baş vermiş hadisəyə gəldikdə isə bildirir ki, həmin saat 12 radələrində rayon ərazisində olan kafelərin birində 4 bakal pivə içmiş, Dilarə onun nömrələrini bloka atdığına görə onun iş yerinə gedib iş gördüyü yerdə əlindən feni və darağı alıb şkafa qoymuş və onunla getməsini bildirmiş, o da ilk öncə gəlmədiyini, daha sonra 1 saatdan sonra sonra gələcəyini bildirmişdir. Həmin vaxt rayon sakini kimi tanıdığı Elmin salonun qarşısına gəlib salona niyə girdiyini soruşmuş və aralarında dava baş vermişdir. Dava başladıqdan bir qədər sonra yaxınlıqda olan aptekin qarşısına getmişlər. Elmin ona gedib söhbət etməsini bildirmiş, o da Elminlə “Mercedes” markalı maşına oturmaq istəyən zaman Elmin ona qarşı söyüş söymüş, o da buna görə Elmini yumruq və təpiklə vurmağa başlamışdır. Bu zaman Emil adlı şəxs ona yaxınlaşıb yumruqla üz nahiyəsindən vurmuş, o da yerə yıxılmışdır. O, heç bir xuliqanlıq hərəkəti etməmiş, əksinə, ona qarşı zor tətbiq edilməklə xuliqanlıq edilmişdir. Təkrarən bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 157.2, 221.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir, verilmiş hər üç ittiham üzrə əməlində cinayət tərkibi olmadığından barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X24 ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı şəhəri, Sabir küçəsi, ev 27 ünvanında yaşayır. Mərhum qızı Dilarə 2003-cü il tarixdə Zərərçəkmiş şəxs1la ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından iki övladı dünyaya gəlmişdir. Kürəkəni Təbriz gəmiçidir, bəzən 4-5 ay, bəzən də 2-3 ay işdə olur. Dilarə 2019-cu ildən bəri müxtəlif gözəllik salonlarında saç ustası işləmişdir. Sonuncu dəfə İsmayıllı şəhərində yerləşən “Anais” gözəllik salonunda saç ustası işləmişdir. Qızı hər gün səhər saat 09 radələrində işə getmiş, saat 17 radələrində evə gəlmişdir. Qızını çox vaxt işə o aparıb gətirmişdir. Təbriz işdə, nəvəsi Mehriban isə Bakıda təhsil aldığı üçün qızı oğlu Elminlə birlikdə qalmışdır. 05 mart 2023-cü il tarixdə saat 09 radələrində həmişəki kimi qızını öz maşını ilə işə aparmışdır. Həmin gün saat 18 radələrində nəvəsi Elmin ona zəng edərək Dilarənin özünü asdığını bildirmiş, bunu deyən zaman yoldaşı da eşitmiş, onlar da həyəcanlı şəkildə qızıgilə getmişlər. Qızıgilin həyətinə daxil olan zaman orada bir neçə nəfər qızıgilin qonşularının olduğunu görmüşdür. Həyətdə olarkən camaatın baxça tərəfdə, hamamın arxası tərəfdə olduqlarını görmüşdür. Oraya yaxınlaşan zaman qızının ağacın yanında, yerdə uzanılı vəziyyətdə olduğunu, Elminin ağladığını, bir neçə nəfər qonşunun da meyitin ətrafında olduğunu görmüşdür. Ətrafa baxan zaman qızının özünü gilas və xurma ağacının arasında Elminin asdığı turnikdən özünü asdığını öyrənmişdir. Həmin vaxt təcili tibbi yardıma zəng etmişlər, təcili tibbi yardım gələn zaman həkim qızının vəfat etdiyini bildirmişdir. Daha sonra qızının meyitini köməkliklə evin içərisinə aparıb uzatmışlar. Sonradan hüquq mühafizə orqanlarının əməkdaşları gələrək qızının özünü asdığı hadisə yerinə baxış keçirmiş və qızının meyitini aparmışlar. Qızının meyitini müayinə etdikdən sonra onlara təhvil vermişlər. Daha sonra öyrənmişdir ki, qızı işlədiyi salonda olarkən Elxan adlı şəxs tərəfindən döyülmüş, Elxan qızını evlərinə apararaq orada döymüşdür. Həmçinin qızının Elxan adlı şəxs tərəfindən incidildiyini, təhdid edildiyini və döyüldüyünü eşitmişdir. O, Elxanı şəhər sakini kimi uzun illərdir ki, tanıyır. Elxan bəzən taksi kimi nəvələrini məktəbə, onlara və başqa yerlərə aparmışdır. Elxanın qızına pis rəftar etməsi, təhdid etməsi və ya döyməsi barədə əvvəllər məlumatı olmamışdır. Nəvələrindən eşitmişdir ki, Elxan qızından hədə-qorxu ilə pul tələb etmiş, pulu verməyəcəyi halda nəvələrini öldürəcəyi ilə hədələmişdir. Qızının son vaxtlar hər hansı problemi olmamışdır. Sonradan öyrənmişdir ki, qızı ilə Elxanın uzun müddət əlaqəsi olmuş, Elxan qızı ilə münasibətini rayon sakinləri arasında yayacağı ilə hədələyərək qızını özündən asılı vəziyyətə salmışdır. Buna görə qızı Elxanın dediklərini etmişdir. Sonuncu dəfə Elxan qızının işlədiyi salona gələrək qızını camaat içində biyabr etmişdir. Qızı da buna görə özünü asaraq öldürmüşdür. Bundan başqa, Elxan xx.xx.2023cü il tarixdə, saat 23 radələrində qanunsuz olaraq Təbrizin evinə daxil olraq evdə olan şəxslərə hədə-qorxu gələrək evin otaqlarını gəzmiş, daha sonra polislər tərəfindən oradan aparılmışdır. Qızı öldükdən sonra öyrənmişdir ki, Elxan qızını narahat etmiş, qızını təhdid etmiş, ölümlə hədələmiş, dəfələrlə iş yerinə gedərək qızını narahat etmişdir. Həmçinin qızı özünü asan gün də Elxan tərəfindən döyülmüş, özünü asmamışdan qabaq da kağıza yazıb Elxana görə özünü asıb öldürdüyünü bildirmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Ona qanunla nəzərdə tutulmuş ən ağır cəzanın verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclaslarında ifadə verən zərərçəkmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, 2003-cü il tarixdə Dilarə Orucova ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2004-cü il tarixdə qızı Mehriban, 2005-ci il tarixdə oğlu Elmin dünyaya gəlmişdir. 1991-ci il tarixdən etibarən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC-də işləyir. Ayda 1-2 dəfə evə gəlir, qalan vaxtları Bakı şəhərində qalır. Bəzən arvadı ilə uşaqları onun yanına gəlmişlər. Arvadı ilə münasibətləri normal olmuş, arasında hər hansı münaqişə olmamışdır. Mehriban 2021-ci il tarixdən etibarən Bakı şəhərində yerləşən kolecdə təhsil alır, buna görə də xalasıgilin Bakıdakı evində qalmışdır. Arvadı Dilarə isə oğlu ilə rayondakı evlərində qalmışdır. Ayda 1-2 dəfə İsmayıllıya gələrək 1-2 gün qaldıqdan sonra çıxıb getmişdir. Təqsirləndirilən şəxs uşaqlarının müəllimi Familə müəllimin oğlu kimi tanımışdır. Elxan onların qonşuluğunda qalmış, həmçinin taksi işləmişdir. Bəzən Dilarə taksi kimi Elxanın maşınından istifadə etmişdir. Elxanla bir neçə dəfə onların evinin İ mərtəbəsində oturub yemək yemişdir. 2022-ci ilin əvvəlləri telefonuna baxan zaman onun adında olan “Telegram”da Elxanla Dilarənin səs yazılarının olduğunu, həmin səs yazılarında Elxanın arvadının iş yerinə gedərək 20 manat pul aldığını öyrənmişdir. Dilarədən bu barədə soruşan zaman Elxanın ondan borc aldığını demiş, o da Elxana pul verdiyinə görə öz iradını bildirmişdir. Həmin gündən 10-15 gün sonra rayona gələn zaman küçədə Elxanla qarşılaşmış, həmin vaxt Elxandan Dilarədən niyə pul istəyib aldığını soruşmuş, Elxan da heç nə deməmiş, Elxana Dilarədən uzaq durmasını tələb etmişdir. Təximi olaraq 2022-ci ilin avqust-sentyabr ayında arvadı Dilarə ilə danışan zaman sonuncu ona Elxanın maşın almasını istədiyini, buna görə ona pul verilməli olduğunu, pulunu isə sonra verəcəyini demişdir. O bunu eşidən kimi Dilarəyə sərt şəkildə nəyə görə Elxana maşın almalı olduğunu demişdir. Daha sonra isə Dilarə zarafat etdiyini deyib söhbəti bağlamışdır. 2023-cü ilin fevral ayında Dilarənin sağ qolunda və yan tərəfində qaraltı olduğunu görüb həmin qaraltıların necə yaranığını soruşmuş, Dilarə də işdə olarkən qapıya dəydiyini demişdir. Arvadı 2019-cu il tarixdən bəri müxtəlif salonlarda saç ustası işləmiş, sonuncu dəfə “Anais” gözəllik salonunda saç ustası işləmişdir. Həmişəki kimi 04 mart 2023-cü il tarixdə, axşam saatlarında arvadı ilə görüntülü danışmış, həmin vaxt Dilarə ona sabah işinin çox olacağını demiş və sağollaşmışlar. xx.xx.2023-cü il tarixdə axşam saat 17 radələrində arvadı ilə görüntülü danışmış, həmin vaxt arvadı evi süpürə-süpürə onunla danışmışdır. Həmin vaxt anidən arvadına zəng gəlmiş, kamera dayandırıldıqdan 20-25 saniyə sonra diş həkimi ilə danışdığını bildirmişdir. Bir qədər danışdıqdan sonra sağollaşmışdır. Həmin gün saat 19:46-da qaynatası Əliağa ona zəng edərək təcili rayona gəlməsini istəmiş, qaynatasından nə olduğunu soruşsa da sonuncu ona heç nə deməmişdir. O da dərhal arvadına zəng etmiş, arvadı telefonu açmadıqda oğlu Elminə zəng etmiş, Elmin telefonu açan zaman ağlaya-ağlaya anasının özünü öldürdüyünü bildirmişdir. O dərhal yaşadığı rayona gəlmiş, rayona gələn zaman arvadının İsmayılı RMX-nın meyitxanasında olduğunu bilmişdir. Sonradan öyrənmişdir ki, həmin gün axşam radələrində Elxan arvadının iş yerinə gedərək Dilarəni döyərək təhqir etmiş, oradan məcburi şəkildə çıxararaq harasa aparmış, daha sonra Elxan məcburi şəkildə arvadını öz evlərinə apararaq alacağını bildirmiş, həmçinin orada da arvadını döymüş, bir qədər sonra arvadı Elxanın əlindən qaçıb evə gəlmişdir. Elxan Dilarəni oğlunu öldürəcəyi ilə hədələmiş, həmçinin ondan pul tələb etmiş, arvadı da buna görə özünü öldürmüşdür. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində ailə üzvləriylə birlikdə özünə məxsus, İsmayıllı şəhəri, Novruz Həmzəyev küçəsində yerləşən fərdi yaşayış evində olarkən Elxan onun və evdə olan bütün şəxslərin iradəsi əleyhinə, onların heç birininin icazəsi olmadan bağlı olan qapıları açaraq ilk öncə həyətə, daha sonra evə daxil olaraq olaraq zor tətbiq edəcəyini bildirərək bir-bir otaqları gəzərək onun mənzil toxunulmazlığını pozmuşdur. Həmin vaxt onunla yanaşı evdə olan hamı Elxana evi tərk etməsini bildirsə də, Elxan onların sözlərinə məhəl qoymamış və daxil olub bir-bir otaqları gəzməyə başlamışdır. Elxan evi dağıtmağa başlamış, bacanağı Əli və orada olan bir neçə nəfər şəxs Elxanı güclə tutub saxlamışdır. Daha sonra DİN-in 102 xidmətinə müraciət etmiş, polis əməkdaşları gəldikdən sonra polisin köməkliyi ilə Elxanı evdən çıxarmışlar. Elxan onun evinə daxil olmaqla onun mənzil toxunulmazlığı hüququnu pozmuşdur. Buna görə də Elxan barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. O, əvvəllər aylıq maaşını saxlaması üçün arvadına vermiş, Dilarə də bir qədər sonra pulun qurtardığını demişdir. Bu hadisədən sonra məlum olmuşdur ki, həmin pulların hamısını Elxan Dilarədən müxtəlif üsullarla məcburi şəkildə almışdır. Elxan ona məxsus qızıl və pulları Dilarə vasitəsi ilə zor tətbiq etməklə almışdır. Dilarə qızı Mehribana mesaj yazaraq Elxanın ona hədə-qorxu gələrək pul tələb etməsini bildirmişdir. Zərərçəkmiş olaraq Təqsirləndirilən şəxs şikayətçidir, ona qanunla nəzərdə tutulmuş ağır cəza verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclaslarında ifadə verən zərərçəkmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, evlərdə usta işləyir. X30 qonşu kimi tanımışdır. 2023-cü ilin fevral ayının ortaları dostu Süleyman satıcı axtardığını deyib satıcı işləmək istəyən oğlan tapmasını istəmiş, o da Süleymana məhlələrində Elmin adlı oğlan olduğunu deyib onunla danışdıqdan sonra xəbər edəcəyini bildirmişdir. Elminə zəng edib aptek işlədən dostunun satıcı axtardığını deyib orada işləməsini təklif etmiş, Elmin də atası və anası ilə danışıb xəbər edəcəyini bildirmişdir. Sabahsı gün Elminin anası Dilarə ona zəng edən zaman salamlaşıb danışmış, Dilarə oğlu ilə birlikdə aptekə gedib baxmaq istədiyini bildirmiş, o da gedib baxa biləcəklərini demişdir. Həmin gün hava küləkli olduğu üçün Dilarəyə onlarla gəlməməsini deyib Elminlə gedib baxacaqlarını bildirmiş, Dilarə də razılaşmışdır. Elmini aptekə aparıb dostu ilə tanış etmiş, Elmin 3 ay sonra Bakı şəhərinə köçəcəyini deyib davamlı işləmək istəmədiyini demiş, buna görə onlar razılaşmamışr, o da dostunun maşını ilə Elmini aparıb evlərinə düşürmüşdür. Həmin vaxtdan sonra “Whatsapp” proqramında dost kimi danışmağa başlamışlar. Dilarə ilə yoldaşının saçının bəzənməsi, onun ətir satması və digər məsələlərlə bağlı danışmışdır. Uşaqların müəllimlərinə hədiyyə almaq üçün Dilarədən ətir almalı olmuş, buna görə mart ayının 4-ü Dilarə ilə yazışmışlar. Martın 5-i Dilarə ilə danışıb ətirləri gedib götürəcəyini bildirmiş, günorta saatlarında Dilarə ona zəng edərək qonşuluqlarında yaşayan Təqsirləndirilən şəxs gözəllik salonuna basqın etdiyini demiş və Elxanı ordan aparmasını xahiş etmişdir. O, Dilarəyə polisə zəng etməsini bildirmiş, özü Dilarənin işlədiyi salonun qarşısına getmişdir. Bu zaman Elxanın salonun qarşısında olduğunu görmüş, onunla salamlaşıb görüşmüş və Elxanın həddindən artıq sərxoş halda olduğunu görmüşdür. Elxana salona girib səs-küy salmamasını, içəridə olan qadınların da kiminsə anası, bacısı olduğunu bildirmişdir. Elxanı aparmaq istəyən zaman ona nalayiq söyüş söyüb onu yumruqla vurmağa başlamış, o da bir əlini üzünə tutub o biri əli ilə Elxana yumruq atmağa başlamışdır, Elxanın ona yumruq vurması nəticəsində yerə yıxılmışdır. Daha sonra özünü toparlayıb ayağa qalxıb yaxınlıqda taksilərin dayandığı aptekin yanına getmişdir. Elxanın əlindən qaçmaq üçün aptekin yanında olan “Mercedes” marklı avtomobilin ön sərnişin tərəfinə oturub qapını bağlamışdır. Elxan da arxası ilə gəlib o olan tərəfdən qapını açıb ona qarşı nalayiq söyüşlər söyərək yumruq və təpiklə onu vurmağa başlamışdır. O da özünü qorumağa çalışmış, həmin vaxt taksi sürücüsü Elxana yaxınlaşıb ondan tutub aralamaq istəmiş, Elxan yenə də nalayiq söyüşlər söyərək onu vurmağa davam etmişdir. Daha sonra yolla maşınla gedən, rayon sakini kimi tanıdığı Emil adlı şəxs avtomobili saxlayıb onlara yaxınlaşmış, Emil Elxanı arxadan qucaqlayıb uzaqlaşdırmaq istəyəndə Elxan Emilə qarşı nalayiq söyüşlər söyüb əl-qol atmağa başlamış, Emil də Elxanı vuraraq yerə uzatmışdır. Daha sonra o, Elxana köməklik edib ayağa qaldırmış, Elxan durub oradan uzaqlaşmışdır. Daha sonra taksiyə oturub İsmayıllı RPŞ-yə gedib şikayətini bildirib evə getmişdir. Evə getdikdən sonra Elxan ona zəng edərək onu söyüb evdən çıxaracağını demişdir. Həmin gün saat 16 radələrində onu polis şöbəsinə çağırmışlar. Şöbədə olan vaxt Elxanı da ora gətirmişlər. Elxanla şöbədə olan zaman Dilarənin özünü asdığını eşitmişlər. Saat 20 radələrində onu evə buraxmışlar. Həmin gün baş vermiş hadisə barədə hadisədən bir neçə saat sonra Dilarəyə zəng edib məlumat vermişdir. Dilarə də Elxanın onun qolundan tutaraq məcburi şəkildə salondan çölə çıxardığını, salonda olan qadınların və salondan çölə olan rayon sakinlərinin qarşısında biyabr etdiyini bildirmişdir. Dilarəyə Elxanın niyə belə hərəkətlərə yol verdiyini, Elxanın barəsində polisə müraciət etməsini bildirmiş, Dilarə də Elxanla 14 ilə yaxındır münasibəti olduğunu, Elxanın ondan ayrılmadığını, Elxanın ona hədə-qorxu gəldiyini, buna görə polisə müraciət etməkdən qorxduğunu bildirmişdir. O Dilarəyə Elxanın ona necə hədə-qorxu gəlməsini soruşmuş, Dilarədən öyrənmişdir ki, Elxan başına gələn hadisələrdən Dilarənin cavabdeh olması barədə ərizə yazaraq polisə şikayət edib, həmçinin Elxan bildirib ki, özünə nəsə etməmişdən qabaq məktuba Dilarənin günahkar olmasını yazacaq, həmçinin Dilarədən polisə şikayət edəcək. Dilarə də onun hədələrinə görə və polisə müraciət edəcəyi halda özünü öldürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onu heç bir günahı olmaya-olmaya vurmuş, Elxandan qorunmaq üçün o üzünü tutmuş, o isə nə Elxanı, nə də orada olan heç kimi vurmamış və xəsarət yetirməmişdir. Hazırda isə onun Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclaslarında ifadə verən zərərçəkmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Zərərçəkmiş şəxs2 İsmayıllı şəhər sakini kimi tanımış, Təqsirləndirilən şəxs isə əvvəllər ümumiyyətlə tanımamışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində idarə etdiyi “Niva” markalı avtomobillə İsmayıllı şəhəri, Mican dörd yolu adlanan ərazidən keçən zaman aptekin qarşısında olan “Mercedes” markalı avtomobilin yanında Elminlə adını sonradan öyrəndiyi Elxanın dava etdiklərini görmüş, onlara yaxınlaşan zaman Elxan maşında ön sərnişin tərəfdə əyləşmiş Elmini təpik və yumruqla vurduğunu görmüşdür. O, davanın qarşısını almaq məqsədi ilə Elxanı arxa tərəfdən tutub kənara çəkmiş, Elxan həmin vaxt söyüş söydüyü üçün ona irad bildirib söyüş söyməməsini bildirmişdir. Həmin an Elxan ona qarşı təkrarən nalayiq söyüşlər söyüb əl-qol atmış, Elxan ona qarşı nalayiq söyüş söydüyünə görə əli ilə bir dəfə Elxanın çənə nahiyəsindən vurmuş, Elxan arxası üstə yerə yıxılmışdır. Elxan yıxıldıqdan sonra Elmin Elxanın durmasına kömək etməyə başlamış, o da həmin vaxt oradan uzaqlaşmışdır. Daha sonra bununla bağlı polisə çağırılmış və həmin hadisə ilə bağlı izahat vermişdir. Elminlə Elxanın hansı səbəbdən dalaşmasını bilmir. Sonradan öyrənmişdir ki, Elmin həmin ərazidə yerləşən salondan ətir alarkən Elxanla arasında mübahisə olmuş, buna görə onlar dalaşmışlar. Dilarə Orucovanı tanımır. Hazırda isə onun Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid X26 ifadə verərək bildirdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 onun atası, X40 isə anasıdır. Ailədə bir bacı, bir qardaşdırlar. X21. Bacısı 2021-ci il tarixdən Bakı şəhərində yerləşən Kollecdə təhsil alır. Atası dənizçi olmaqla çox vaxtı dənizdə olur. Anası 2019-cu ildən bəri müxtəlif gözəllik salonlarında saç ustası işləmiş, sonuncu dəfə İsmayıllı şəhərində yerləşən “Anais” gözəllik salonunda saç ustası işləmişdir. 05 mart 2023-cü il tarixdə saat 09 radələrində anası işə getmiş, o da durub yemək yedikdən sonra evdən çıxmışdır. Onun epilepsiya xəstəliyi olduğu üçün anası ona tez-tez zəng etmişdir. Günorta saatlarında da anası ona zəng edərək dərmanlarını atıb-atmadığını soruşmuş, o da dərmanları atdığını demişdir. Saat 17 radələrində telefonuna baxan zaman anasının 3-4 dəfə zəng etdiyini, lakin telefonun səssizdə olduğu üçün eşitmədiyini görmüşdür. O da anasına zəng edərək əmisi uşaqları ilə oynadığını bildirmişdir. Bu danışıqdan 25-30 dəqiqə sonra evə getmişdir. Evə girib anasını çağırmış, lakin anası səsinə cavab verməmişdir. O həyətə düşüb “Whatsapp”la anasına zəng etmiş, anasının telefonunun səsinin həyətdə olan hamamın arxa tərəfindən gəldiyini eşitmişdir. O da həyətdə olan hamamın arxasına keçmişdir. Həmin vaxt anasının 2 ağacın arasında turnik kimi istifadə olunan dəmir boruya bağladığı kəndirlə özünü asdığını görmüş və ağlayaraq qışqırmağa başlamışdır. O, anasının boğazındakı ipi çıxarmaq üçün qaldırmaq istəsə də gücü çatmamış, buna görə qaça-qaça evin birinci mərtəbəsindən bıçağı götürüb anasının yanına gəlmiş və ipi anasının başının üst hissəsindən kəsmişdir. Həmin vaxt gücü çatmadığı üçün anası üzü üstə yerə uzanmışdır. Anasını çağırıb oyatmaq üçün çalışsa da, oyanmadığını görmüşdür. Daha sonra əmisi oğlu Seymurə və nənəsi İradəyə zəng edib anasının özünü asdığını demişdir. Onun qışqırıq səsinə qonşular gəlmişlər. Qonşuların köməkliyi ilə anasını həyətdə uzatmışlar, təcili tibbi yardım gələrək anasını müayinə etmiş və vəfat etdiyini bildirmişdir. Daha sonra anasını evin birinci mərtəbəsinə aparmışlar. Sonra hüquq mühafizə orqanlarının əməkdaşları gələrək anasının özünü asdığı hadisə yerinə baxış keçirmişlər və anasının meyitini aparmışlar. O, təqsirləndirilən şəxs Elxanı 2012-ci il tarixdə Familə müəllimənin yanına bacısı ilə birlikdə hazırlığa getdiyi vaxtdan tanımışdır. Elxan bəzən taksi kimi onları məktəbə, nənəsigilə və başqa yerlərə aparmışdır. Lakin Elxanın anasına pis təftar etməsi, təhdid etməsi və ya döyməsi barədə əvvəllər məlumatı olmamışdır. Anasının son vaxtlar hansısa bir problemi olmamışdır. Baş verənlər barəsində, yəni Elxanın anasını narahat etməsi barədə anası öldükdən sonra öyrənmişdir. Belə ki, Elxan mütəmadi olaraq anasını narahat, təhdid edirmiş və ölümlə hədələmişdir. Şahid X10 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs1 atası, X40 isə anasıdır. Ailədə bir qardaş, bir bacıdırlar. Atası dənizçi olduğundan ilin çox vaxtı dənizdə olmuşdur. Anası 2019-cu ildən bəri müxtəlif gözəllik salonlarında saç ustası işləmişdir. O, 2012-ci il tarixdə qardaşı ilə birlikdə İsmayıllı rayonunda İbtidai sinif müəllimi işləyən Familə müəllimənin yanına hazırlığa getmişdir. Onları hazırlığa anası aparıb gətirmişdir. Həmin vaxtdan Təqsirləndirilən şəxs tanımışdır. Hazırlığa başladıqdan bir qədər sonra anasının Elxanla danışdığını bilmişdir. Elxan həmin vaxt kitabxanada mühafizəçi işləmiş, həmçinin öz maşını ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Anası taksi kimi Elxanın avtomobilidən istifadə etmişdir. Atası evdə olmayan zaman Elxan bir neçə gündən bir onlara gəlmiş, anası onları evin ikinci mərtəbəsinə çıxarmış, özü işə aşağı düşüb Elxanla görüşmüşdür. O, hər dəfə Elxanın onların evinə gəldiyini hiss etmişdir. 2014-2015-ci il tarixdən özünü dərk edən vaxtdan anası ilə Elxanın yaxın münasibətlərinin olduğunu bilmişdir. Bir qədər sonra anası özü də Elxanla danışdığını, onunla münasibətlərinin olduğunu demişdir. Lakin o, bu barədə heç kimə deməmişdir. Anası ilə Elxanın münasibətindən dayısı Emin Məmmədov və xalası Gülnarənin də xəbəri olmuşdur. Dayısı buna görə Elxanla görüşüb söhbət etmiş, xalası da Elxana mesaj yazıb anasından uzaq durmasını bildirmişdir. Elxan anasından dəfələrlə pul almışdır. Atasının maaşı karta köçən zaman Elxan anasından pul istəmiş, anası pul verməyən zaman Elxan anası ilə pis danışırmış və təhdid etmişdir. Dəfələrlə anasının qolunda və ayaqlarında qaraltılar olduğunu görmüş, anasından qaraltıların necə yaranmasını soruşan zaman Elxanın döydüyünü demişdir. 2020-ci il tarixdə Elxan evləndikdən sonra anası Elxanla əlaqəni kəsdiyi üçün anası ilə pis danışmağa, anasını təhdid etməyə başlamışdır. Anası son 2 il ərzində bir neçə dəfə nömrəsini də dəyişmişdir. O, dəfələrlə anasına Elxandan uzaq durmasını demiş, anası uzaq duracağını bildirsə də, Elxanla əlaqəni kəsməmişdir. 2023-cü ilin fevral ayında Bakıdan evə tətilə gələn zaman söhbət edərkən anası Elxanın onu təhdid etdiyini, onu öldürməklə hədələdiyini, olanları atasına danışacağını, qardaşına və ona nəsə edəcəyi ilə hədələdiyini demişdir. Son zamanlar Bakı şəhərində olduğu üçün anası öldüyü günə kimi Elxan barədə danışmamışlar. Bəzən “Whatsapp” proqramı vasitəsi ilə anası Elxanın onu təhdid etdiyini, pul istədiyini demişdir. Bakı şəhərində xalasıgildə qaldığı üçün anası ilə telefonda səsli olaraq Elxan barədə danışa bilmirmişlər. 05 mart 2023-cü il tarixdə, günorta saatlarında “Whatsapp” vasitəsi ilə anası ilə bir birilərinə səs meajı atmaqla danışmışlar, həmin vaxt anası işi olduğunu demişdir. Həmin gün saat 17:50-də anası ilə “Whatsapp” proqramı vasitəsi ilə görüntülü danışmışlar. Həmin vaxt anası əsəbi olduğunu, içində şeytan olduğunu deyib şeytana lənət oxumuş, lakin anasından hansı səbəbdən elə dediyini soruşmamışdır. Anası ilə görüntülü danışan zaman onun ağladığını hiss eləmişdir. Onlar danışdıqları vaxt anası tanımadığı nömrədən ona zəng gəldiyini bildirmiş və gözdə deyib söndürmüşdür. O da təxminən 10-15 dəqiqə gözlədikdən sonra anasından xəbər gəlmədiyi üçün özü zəng etnişdir. Anasına dəfələrlə zəng etsə də, zənglərini açmamışdır. Saat 19 radələrində qardaşı xalasına zəng edərək anasının özünü asdığını bildirmişdir. Anası ölməmişdən qabaq çox adama özünə nəsə olan zaman günahın Elxanda olduğunu demişdir. Buna görə də anasının özünü öldürməsinin səbəbkarı Elxandır. Şahid X23 ifadə verərək bildirdi ki, mərhum X22 onun arvadı Gülnarənin bacısıdır. Dilarə xx.xx.2023-cü il tarixdə yaşadığı evdə özünü asaraq intihar etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Dilarənin yasının 3 mərasimini yola verdikdən sonra qaynı Emin və qohumları ilə birlikdə mərhumun yaşadığı İsmayıllı şəhərində yerləşən kürsülü evin 2-ci mərtəbəsində oturmuşlar. Küçənin qapısı açıq, lakin həyətin və evin qapısı bağlı olmuşdur. Bu zaman həyətdən taqqıltı səsi gəlmiş, arvadı Gülnarə boylanıb kolidordan həyətin qapısına baxan zaman qışqırmağa başlamışdır. O da durub Gülnarənin olduğu yerə gedən zaman sonradan tanıdığı Elxanın artıq pilləkənin yuxarı tərəfində olduğunu görmüşdür. Elxanı tanımadığı üçün arvadından həmin şəxsin kim olduğunu soruşmuş, arvadı da Elxanın Dilarəyə hədə-qorxu gələn şəxs olduğunu bildirmişdir. Elxan orada hamıdan gizlin, ev sahibi Təbrizin icazəsi olmadan evə girmişdir. Elxanı çölə çıxarmaq üçün qolundan tutmuş, Elxan onlara zor tətbiq edəcəyini deyib ona dəyməmələrini bildirib qonaq otağına girib ilk öncə uşaqların yatdığı otağa, daha sonra Dilarənin yatdığı otağa girmişdir. Elxan həmin vaxt “mən öldürməmişəm, mən onu sevirəm” demişdir. O, qayını Emin və arvadının bibisi oğlu Aslanla Elxanın qolundan tutub çıxarmaq istəsələr də, Elxan əllarindən çıxıb otaqları gəzməyə davam etmişdir. Elxanın qolunu buraraq yataq otağının üzərinə uzatdıqdan sonra o dərhal DİN-nin 102 xidmətinə zəng edib Elxanın evə basqın etməsi barədə məlumat vermişdir. Bir qədər sonra polislər gəlib Elxanı evdən aparmışdır. Həmin vaxt Təbriz də evdə olmuş, lakin Elxana nəsə etməsindən ehtiyat edib Elxana yaxınlaşmasına qoymamışdır. Həmin vaxt Təbriz də Elxana çölə çıxmasını bildirsə də, Elxan çölə çıxmamışdır. Onlar güclə Elxanın qolundan tutaraq polislər gələnə kimi tutub saxlamışlar. Elxanı tutmasaydılar başqa hadisələrin də baş verməsi qaçılmaz olmuşdur. Baldızı Dilarə öldükdən sonra ona məlum olmuşdur ki, Elxanla Dilarənin uzun müddət yaxın münasibətləri olmuşdur. Şahid X4 ifadə verərək bildirdi ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. X40 bacısıdır. Bacısı 2003-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə ailə həyatı qurmuş, 2004-cü il tarixdə qızı Mehriban, 2005-ci il tarixdə oğlu Elmin dünyaya gəlmişdir. Təbriz uzun illərdir ki, gəmidə işləyir, 2-3 ay gəmidə, 2-3 ay evdə olur. Mehriban Bakı şəhərində kollecdə oxuduğu üçün onlarla birlikdə yaşayır. Bacısı ilə Elmin İsmayıllıdakı evlərində yaşamışlar. O, bacısıgildə qonaqlıq olan zaman təqsirləndirilən əxs Təqsirləndirilən şəxs də bacısıgildə olduğunu görmüşdür. Bacısıgil Elxanın ailəsi ilə ailəvi dost olduqları üçün birbirinin evlərinə tez-tez gedib gəlirmişlər. Bacısı gözəllik salonunda işləmiş, çox vaxt iş yerinə və bəzi yerlərə Elxanın maşını ilə gedib gəlmişdir. Elxanın müəyyən hərəkətlərindən onun yaxşı adam olmadığını hiss etmiş və bacısına Elxandan uzaq durmasını bildirmişdir. Bacısı da ona Elxandan uzaq duracağını bildirmişdir. Bu barədə Elxanın “Facebook” sosial şəbəkəsindəki hesabını taparaq ona bacısından uzaq durmasını, bacısını maşına götürməməsini, bacısı zəng etsə belə telefonu açmamasını, bacısı olduğu yerdə görünməməsini bildirmiş, əks halda onun barəsində tədbir gördürəcəyini bildirmiş, Elxan isə ona cavab verməmişdir. Qardaşı Emin dostu Elsevərlə birlikdə Elxanla söhbət etmiş, Elxan qardaşına Dilarəni öz bacısı kimi gördüyünü demiş və deyilənlərin yalan olduğunu bildirmişdir. 05 mart 2023-cü il tarixdə, axşam saatlarında bacısı oğlu Elmin zəng edərək Dilarənin özünü asaraq öldürdüyünü eşitmişdir. İlk öncə buna inanmamış, daha sonra öyrənmişdir ki, bacısı həqiqətən də özünü asaraq öldürmüşdür. Sonradan öyrənmişdir ki, bacısı öldüyü gün salonda olarkən yenə də Elxan salona gəlib bacısını təhdid edərək döyüb salondan çıxarmağa çalışmış, həmin vaxt salonda müştərilər də bunun şahidi olmuşlar. Bacısı çöldə olan zaman Elxan onun qolundan tutub maşına otuzdurmağa çalışıb həmin vaxt orada olan tanımadığı bir şəxs Elxanla dava etmişdir. Daha sonra bacısı Elxanın əlindən bezərək çıxıb getmək istəyərkən Elxan bacısının qolundan tutaraq məcbur maşına otuzduraraq evlərinə aparmışdır. Bacısı isə oradadan qaçıb evinə gəlmişdir. Bir qədər sonra da bacısı evə gəldikdən sonra özünü asaraq öldürmüşdür. Hadisədən sonra bacısının iş yoldaşı Ülviyyə ilə danışan zaman sonuncu ona bildirmişdir ki, Elxanın 3-4 dəfə salona gələrək Dilarəni döydüyünü və təhdid etdiyini görmüşdür. Bacısı ilə Elxan arasındakı münasibətlərdən məlumatı olmamış, bacısı özünü öldürdükdən sonra Elxanın bacısını döydüyünü, təhdid etdiyini, bacısından pul tələb etdiyini öyrənmişdir. Bacısı öldükdən sonra öyrənmişdir ki, Elxan bacısını təhdid etmiş, bacısından pul tələb etmiş, bacısını uşaqlarını öldürəcəyi ilə hədələmiş, bundan başqa Elxan bacısının şəkillərini yayacağı ilə şantaj etmişdir. Bacısının qolunda yaranmış qaraltı da Elxanın bacısını döyməsi nəticəsində yaranmışdır. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Dilarənin yaşadığı evdə olduqları zaman küçənin qapısı açıq, həyətin və evin qapısı bağlı olmuşdur. Əri Əli, qardaşı Emin, bibisi oğlu Aslan və digər qohumları kürsülü evin 2-ci mərtəbəsində oturmuşlar. Həmin vaxt həyətdən taqqıltı səsi gəlmiş, kolidora çıxıb evə giriş qapısına baxan zaman Elxanın artıq evin 2-ci mərtəbəsinə çıxdığını görüb qışqırmışlar. Bu zaman əri gəlmiş, Elxanın kim olduğunu soruşmuş, o da Elxanın Dilarəyə hədə-qorxu gələn şəxs olduğunu bildirmişdir. Əli Elxanın qolundan tutub saxlamağa çalışsa da, Elxan Əlini hədələyərək onun əlindən çıxıb bir-bir otaqları gəzməyə başlamışdır. Eminlə Aslan da Elxanı tutmağa çalışmış, lakin Elxan Əli, qardaşı və Aslanın əlindən çıxıb evləri gəzməyə davam etmişdir. Onlar güclə Elxanı tutub saxlamışlar. Əli polisə zəng edərək Elxanın heç bir icazə olmadan evə daxil olduğunu bildirmiş, bir qədər sonra polislər gəlmiş və Elxanın səs-küy salaraq onlar hədələyərək zorla evə daxil olduğunu görmüşlər. Əli və qardaşıgil polislər gələnə kimi Elxanı tutub saxlamışlar. Şahid X17 ifadə verərək bildirdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonunun İsmayıllı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Elxan 2020-ci il tarixdə ailə həyatı qurmuşdur. Elxan əvvəllər mühafizədə işləmiş, daha sonra işdən çıxaraq özünə məxsus maşınla taksi işləmişdir. O özü 1989-cu il tarixdən etibarən İsmayıllı şəhəri 6 saylı tam orta məktəbdə İbtidai sinif müəllimi işləyir. Dilarə Orucovanı 2010-cu il tarixdən tanıyır. Dilarənin oğlu Elminə və qızı Mehribana İbtidai sinifdə dərs keçmişdir. Dilarənin uşaqları 3- 4-cü sinifdə oxuyanda zəif olduqları üçün onun yanına hazırlığa gəlmişlər. Uşaqları bəzən Dilarə gətirmiş, bəzən də özləri gəlmişlər. Uşaqlar 5-ci sinifə keçdikdən sonra onlarla əlaqələri kəsilmişdir. 2020-ci il tarixdə Elxanda psixoloji problemlər yarandığı üçün xəstəxanaya aparmışlar, orada Elxanın panik atak olduğunu deyib dərman yazmışlar. Elxan dərmanları atdıqdan sonra oğlunda səpkilər yarandığı üçün Bakı şəhərindəki xəstəxanaya aparmışlar. Xəstəxanada olan zaman Dilarə zəng edib Elxanın niyə xəstəxanaya aparıldığını soruşmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 15 radələrində yaşadığı evdə olan zaman tanımadığı nömrədən zəng gəlmiş, telefonu açdıqda zəng edənin Dilarə olduğunu bilmişdir. Dilarə Elxanın küçədə olduğunu, gedib oğlunu küçədən evə aparmağını bildirmişdir. O, evdən çölə çıxan zaman Dilarənin həyətə giriş darvazasından içəridə, küncdə olduğunu görmüş, Dilarədən Elxanın harada olduğunu soruşmuş, Dilarə də oğlunun küçədə olduğunu demişdir. Küçəyə çıxan zaman Elxanın qaz borusunun üzərində oturduğunu, oğlunun üzünün və paltarlarının qan olduğunu görmüş, Elxandan niyə bu halda olduğunu soruşan zaman heç nə deməmişdir. Dilarədən onlara necə gəldiklərini soruşmuş, Dilarə də Elxanın kimləsə dalaşdığını deyib ona görə də Elxanı taksi ilə evə gətirdiyini bildirmişdir. Elxanı həyətə salıb Dilarədən nə baş verdiyini soruşmuş, Dilarə də Elxanın gözəllik salonuna gəlib qapını açaraq onun çölə çıxmasını istədiyini, buna görə də salonun ətrafında olan şəxsin Elxanı döydüyünü bildirmişdir. Dilarədən Elxanı niyə döydüklərini soruşmuş, Dilarə də Elxanın onun işlədiyi salona girərək çölə çıxartmağa çalışdığına görə salonda olanların qohumlarının oğlunu döydüyünü bildirmişdir. Dilarədən Elxanı istəyib-istəmədiyini soruşmuş, Dilarə də əvvəllər istədiyini, 4 aydır ki, oğlundan ayrıldığını bildirmişdir. Dilarə indiyədək Elxanın bütün paltarlarını aldığını, dəfələrlə pul verdiyini, marketə olan borclarını bağladığını və digər şeylər etdiyini bildirmişdir. Lakin yenidən Elxanın dəli olduğunu və buna görə istəmədiyini demişdir. Dilarə Elxanın onu narahat etdiyini, iş yerinə gedib çölə çağırdığını, bu zaman orada olan 2 nəfərin Elxanın salona girməsinə irad bildirib dalaşdıqlarını demişdir. Dilarə bu hadisələrə görə biyabır olduğunu, olanlara görə el arasına çıxa bilməyəcəyini deyib ağlamağa başlamışdır. Bundan sonra Dilarə Bakıdan ev aldıqlarını, 4-5 gün sonra ora köçəcəklərini, bu hadisədən sonra getməyə üzü olmadığını bildirmişdir. Danışıq zamanı Elxan Dilarəyə onlara təcili tibbi yardım gələn zaman hansı polisin onlara gəldiyini soruşmuş, Dilarə də deyəcəyini bildirmişdir. Həmin müddət ərazində Dilarə bir neçə dəfə Elxandan gözəllik salonunun açarlarını istəmiş, oğlu isə verməmişdir. Dilarə Elxanın cibindən məcburi şəkildə açarları götürmüş, Elxan Dilarənin üzərinə cumub açarları almaq istəyən zaman açarları o özü götürmüş və gedəndə verəcəyini bildirmişdir. Dilarə ilə Elxana evin birinci mərtəbəsinə keçmələrini, orada söhbət etmələrini bildirmişdir. Evin birinci mərtəbəsində oturan zaman Elxan başını tutub başının getdiyini, pis olduğunu bildirmişdir. Elxandan onu kimin vurduğunu, harasından vurduğunu soruşmuş, lakin Elxan heç nə deməmişdir. Bu zaman qaynının oğlu Fəqan Elxanın döyüldüyünü eşidib onlara gəlmişdir. Fəqan Elxandan onu Emilin döyüb-döymədiyini soruşmuş, Elxan da Emilin döydüyünü demişdir. Fəqan da gedib Emilin payını verəcəyini deyib qapıdan çıxmaq istəyən zaman Dilarə Fəqanın qolundan dartıb içəri keçməsini bildirmişdir. Daha sonra Dilarə salonun açarını ondan alıb qaça-qaça çıxıb getmişdir. Elxan özünü pis hiss etdiyi üçün Fəqan təcili tibbi yardım çağırmışdır. Təxmini olaraq saat 17 radələrində Təcili tibbi yardım gəlib oğluna yardım göstərmişdir. Bu zaman 3-4 nəfər polis gəlmişdir. Elxanın sakitləşməsini gözlədikdən sonra Elxandan dava edib edib-etmədiyini soruşmuşlar, Elxan da dava etdiyini demişdir. X15 nömrəsini soruşmuş, oğlu da nömrəsini demişdir. Daha sonra polislər Elxanı götürüb aparmışlar. Bir qədər sonra Fəqana zəng edib Elxanın harada olmasını soruşmuş, həmin vaxt Fəqan Dilarənin özünü asdığını, polislərin də həmin yerə getdiyini bildirmişdir. Daha sonra qohumlardan Dilarənin özünü asdığını dəqiq öyrənmişdir. Oğlu həmin gün evə gəlməmişdir. Martın 6-sı, saat 06 radələrində oğlu evə gəlmiş, oğlundan harda olduğunu, onu kimlərin döydüyünü soruşmuş, lakin oğlu cavab verməmişdir. Oğluna Dilarənin özünü asdığını demiş, oğlu da Dilarənin ölmədiyini bildirmişdir. Daha sonra işə getmiş, işdə olan zaman evdən zəng edib Elxanın dəli olduğunu bildirmişlər, o da evə gedən zaman Elxanın başını tutub sıxdığını və özündə olmadığını görmüşdür. Buna görə də oğlunu xəstəxanaya aparmış, xəstəxanada oğluna iynə vurduqdan sonra özünə gəlmiş və xəstəxanadan qaçmışdır. Bir qədər sonra Elxan evə gəlmiş, həmin gün bir neçə dəfə evdən qaçmış, onlar da onu güclə evə gətirmişlər. Martın 8-i səhər Elxan yenidən yuxudan durub evdən qaçıb Dilarəgilin evinə getmiş, onlar da polisə məlumat vermişlər. Buna görə polisə müraciət edib polislərlə birlikdə oğlunu Bakı şəhərində yerləşən psixiatriya xəstəxanasına aparmışdır. Oğlu orada 21 gün qalaraq müalicə olunmuşdur. Şahid1 ifadə verərək göstərdi ki, özünə məxsus “Mercedes E240” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə, günorta saatlarında maşınını Mican dörd yolu adlanan ərazidə saxlamışdır. Həmin vaxt maşının qapıları açıq olmuş, o da maşından 3-4 metr aralıda adı yadında qalmayan, usta işləyən şəxslə söhbət etmişdir. Həmçinin hava işıqlı olduğu üçün onlardan 15-20 metr aralıda çoxlu sayda adam olmuşdur. O arxası maşına tərəf durduğu üçün maşını görməmiş, həmin vaxt söhbət etdiyi adam maşınına kiminsə oturduğunu bildirmişdir. O da adını sonradan öyrəndiyi Elminin müştəri olduğunu düşünüb maşına əyləşmək istəyən zaman bir nəfər hündürboylu adını sonradan öyrəndiyi Elxan adlı şəxs sərnişin tərəfdən qapını açıb söyüş söyərək yumruq və təpiklə Elmini vurmuş, Elmin də maşının içərisində oturmuş vəziyyətdə yumruq və təpiklə Elxana qarşılıq vermişdir. O fırlanıb Elxanı aralaşdırmağa çalışsa da Elxana gücü çatmamışdır. Həmin vaxt adını sonradan öyrəndiyi Emil gəlib Elxanı oradan uzaqlaşdırmaq istəyən zaman aralarında mübahisə yaranmış, Elxanla Emil bir birilərinə əl qol atmış, Elxan yerə yıxılmışdır. Elmin Elxanın üzünə su vurmuş, Emil də oradan uzaqlaşıb getmişdir. O da salonun qarşısında bir az gözlədikdən sonra dayandığı yerə qayıtmışdır. Onların niyə dava etdiklərindən məlumatı olmamışdır. Şahid6 ifadə verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində rayon sakini kimi tanıdığı Əlizadə, adı yadında qalmayan digər taksi sürücüsü ilə birlikdə Mican dörd yolu adlanan ərazidə yerləşən aptekin qarşısında dayanıb söhbət etmişlər. Əlizadənin maşını da onlar dayandıqları yerdə olmuşdur. Onlar yaxınlıqda olan gözəllik salonunun qarşısında iki nəfərin dava etdiyini görürmüşlər. Dava edən şəxslərdən biri qaça-qaça onlar tərəfə gəlib ön sərnişin tərəfdən Əlizadənin maşınına minmiş, Əlizadə də sürücü tərəfə minmək istəyərkən digər şəxs qaça-qaça gəlib maşının qapısını açıb maşında əyləşmiş şəxsə təpiklə vurmağa başlamış, o yaxınlaşıb ayırmaq istəyən zaman Əlizadə gəlib onları ayırmağa başlamış, o da kənara çəkilmişdir. Bu zaman dövlət qeydiyyat nişanı yadında qalmayan “Niva” markalı avtomobil yolun kənarında saxlayıb maşından düşərək dava edən şəxslərə tərəf yaxınlaşmış, “Niva”nın sürücüsü maşında oturan şəxsi vuranı qucalayıb oradan uzaqlaşdırmışdır. Lakin həmin şəxs “Niva”nın sürücüsünə əl-qol atmağa başlamış, bu zaman “Niva”nın sürücüsü də həmin şəxsi yumruqla vurmuş, həmin şəxs də arxası üstə yerə uzanmışdır. Maşında oturmuş şəxs də maşından düşüb yerdə yıxılmış şəxsin üzünə su vurub ayıltmağa çalışmışdır. Həmin vaxt “Niva”nın sürücüsü maşına əyləşib oradan uzaqlaşmışdır. Daha sonra yerdə uzanmış şəxs də ayağa durub uzaqlaşmışdır. Həmin vaxt qeyd etdiyi şəxslərdən başqa yaxınlıqda adları yadında qalmayan bir neçə nəfər də olmuşdur. Həmin şəxslər də davanı görmüşlər. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, Qəbələ şəhərində yaşayır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 saylı ərazi vergilər idarəsinin dövlət vergi müfəttişi vəzifəsində çalışır. 2022-ci ilin fevralmart aylarında Qəbələ şəhərində yerləşən “Sağlam Həyat” klinikasında müayinədən keçən zaman onunla eyni vaxt adını sonradan öyrəndiyi Dilarə də müayinədən keçmişdir. Orada Dilarə ilə salamlaşıb hardan olduğunu soruşmuş, o da İsmayıllı şəhərindən olduğunu demiş və beləcə tanış olmuşlar. Dilarə ilə bir qədər söhbət etdikdən sonra İsmayıllıya getdiyini bildirmiş və Dilarəyə onu da apara biləcəyini bildirmişdir. O, həmin gün müayinədən keçə bilməmiş və Dilarəni öz maşını ilə İsmayıllı şəhərində düşürmüşdür. Yolda gələn zaman Dilarə İsmayıllı şəhərində yerləşən “Anais” gözəllik salonunda işlədiyini bildirmiş, o da vergi xidmətində işlədiyini və onun işlədiyi əraziyə nəzarət etdiyini bildirmişdir. Daha sonra Dilarə öz nömrəsini ona vermişdir. Dilarə ilə danışan zaman əri Təbrizin gəmidə işlədiyini, ərinin 2-3 aydan bir evə gəldiyini demişdir. Sonradan isə Dilarə ilə sevgili kimi danışmağa başlamışlar. 2022-ci ilin aprel ayında Dilarəni İsmayıllıdan götürüb Qəbələ şəhərində yerləşən evdə oturub yemək yemişlər, daha sonra Dilarə ilə cinsi əlaqədə olmuşlar. Daha sonra Dilarəni İsmayıllıya aparıb düşürmüşdür. Danışıq zamanı Dilarə dostu olub-olmadığını soruşmuş, o, niyə soruşduğunu soruşan zaman Ülviyyə adlı rəfiqəsinin olduğunu, rəfiqəsi və bir nəfər dostu ilə birlikdə gedib hardasa oturmaqlarını təklif etmiş, o da razılaşmışdır. Danışdıqdan bir qədər sonra Dilarə, Ülviyyə, dostu birlikdə İsmayıllı rayonunun Topçu kəndində yerləşən kafedə oturub yemək yemişlər. Daha sonra Dilarə də onları evə aparmağını istəmiş, o da onları İsmayıllı şəhərinə gətirib düşürmüşdür. Həmin vaxtdan sonra Dilarə ilə bir neçə dəfə də Qəbələdə yerləşən evlərin birində görüşüb əlaqədə olmuşlar. Daha sonra Dilarə əri Təbrizin rayona gəldiyini deyib onunla az-az danışmağa başlamışdır. Sonradan öyrənmişdir ki, Dilarə Elxan adlı şəxslə münasibətdə olduğuna görə ondan uzaqlaşmışdır. Təxmini olaraq 2022-ci ilin noyabr ayında Elxan Dilarə ilə münasibətlərindən xəbər tutmuşdur. Elxan Dilarəni götürüb iş yerinin qarşısına gəlmiş və onu yanına çağırmışdır. Elxan Dilarəni tanıyıb-tanımamağını soruşmuş, o da ödəyici kimi tanıdığını bildirmişdir. Elxan Dilarə ilə yaxınlıq münasibətlərinin olub-olmadığını soruşmuşdur. O da münaisbətlərinin olmadığını demişdir. Həmin gündən bir neçə gün sonra İsmayıllı ərazisində Elxanla görüşmüşlər. Danışan zaman da Elxana Dilarə ilə heç bir yaxın münasibəti olmadığını bildirmiş və həmin vaxtdan sonra Dilarə ilə danışmayacağını demişdir. Sonradan Dilarəyə bu barədə demiş, Dilarə də Elxanın onu rayonda biyabr edəcəyini demişdir. Dekabr ayında Dilarə yenidən onunla danışmağa başlamışdır. Dilarədən Elxan barədə soruşduqda, Dilarə Elxanla 12 il münasibəti olduğunu, dekabr ayında isə Elxandan ayrıldığını bildirmişdir. Həmin vaxtdan sonra yenidən Dilarə ilə görüşməyə başlamışlar. Təxmini olaraq həmin gündən sonra 3 dəfə Dilarə ilə görüşüb əlaqədə olmuşlar. Dilarə müəyyən məlumatları onunla bölüşmüşdür. Sonuncu dəfə Dilarə ilə xx.xx.2023-cü il tarixdə, səhər saatlarında yazışmışlar. Dilarə yazışan zaman işi olduğunu, problemi yaşadığını demiş və getdikdən sonra danışacağını bildirmiş, o da anlaşıldı yazmışdır. Həmin gün axşam saatlarında İsmayıllıdan olan adı yadında qalmayan tanışı ona yazıb Dilarənin özünü asdığını bildirmişdir. O da dərhal vəziyyəti öyrənmək üçün Elminə yığmışdır. Elmin də Dilarənin özünü asdığını təsdiq etmiş, asmağın səbəbini soruşduqda kiməsə görə özünü asdığını bildirmişdir. Bir neçə gün sonra Mehriban ona yazıb anasının özünü asdığını bildirmiş, o da bu barədə məlumatı olduğunu bildirmişdir. Dilarə ilə münasibətlərindən Elmin, Mehriban və Ülviyyənin məlumatı olmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, İsmayıllı rayon Mərkəzi bazarında pərdə mağazası işlədir. X11 2021-ci il tarixdən etibarən tanıyır. Dilarə mağazaya parça almağa gələn zaman tanışlığı yaranmış, Dilarə bir neçə dəfə mağazadan alver etdikdən sonra bir-birlərinin nömrəsini götürmüşdür. Dilarə ilə danışdıqdan sonra yaxın münasibətləri yaranmışdır. Daha sonra 2021-ci ilin sonları özünə məxsus “Hyundai İ 30” markalı avtomobillə Dilarəni işlədiyi salonun yaxınlığında olan marketin qarşısından götürüb İsmayıllı rayonunun Xanagah kəndi istiqamətində yerləşən meşəlik əraziyə aparmışdır. Artıq həmin vaxt Dilarə ilə yaxın münasibətləri olduğu üçün Dilarənin razılığı ilə avtomobilinin arxa tərəfində Dilarə ilə cinsi əlaqədə olmuşdur. Daha sonra Dilarəni yaşadığı evin yaxınlığında olan küçələrin birində düşürmüşdür. Həmin vaxtdan sonra bir neçə dəfə Dilarə ilə görüşüb avtomobilində cinsi əlaqədə olmuşdur. Bir dəfə də Dilarəni öz yaşadığı evə gətirib orada cinsi əlaqədə olmuşdur. Dilarə vəfat etməmişdən 5-6 ay əvvələ kimi Dilarə ilə aralarında münasibətlər soyumuşdur. 2023-cü ilin əvvəllərində yenidən danışmağa başlamışdır. xx.xx.2023-cü il tarixdə Dilarə ona zəng etmiş, o evdə olduğu üçün telefonu aça bilməmişdir. Daha sonra Dilarəyə zəng edən zaman Dilarə də telefonu açmamışdır. Sonradan Dilarənin özünü asaraq öldürdüyünü eştmişdir. O da “Whatsapp”da Dilarəyə yazmış, sonradan Dilarənin özünü asaraq öldürdüyünü eşitmişdir. Dilarə ilə istifadəsində olan mobil nömrə ilə telefon danışıqları, həmçinin “WhatsApp” proqramı vasitəsi ilə danışıqları olmuşdur. Dilarə ilə 3-4 dəfə cinsi əlaqədə olmuş, lakin Dilarə ilə çox görüşmüş, bəzən evlərinə lazım olan şeyləri alıb aparmışdır. Bəzən Dilarə ilə Qəbələ istiqamətinə gedərək yolun kənarında olan kafelərdə yemək yemişdir. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, 2021-ci ildən tarixdən etibarən İsmayıllı RPŞ-nin Kadr və X31 baş inspektoru vəzifəsində çalışır. 2023-cü ilin mart ayının əvvəlləri İsmayıllı rayonu ərazisində oğurluqların sayı artdığı üçün rəhbərlik tərəfindən gücləndirilmiş iş rejimində çalışmağa başlamışlar. xx.xx.2023-cü il tarixdə, təxminən saat 12 radələrində İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən gözəllik salonunda 2 nəfər şəxsin dava etməsi barədə məlumat daxil olmuşdur. O da bu barədə aidiyyəti üzrə raport yazmış və bu barədə əməliyyat üzrə rəis müavini Nicat Vəliyevə məlumat vermişdir. Nicat da aidiyyəti üzrə əməliyyat Xətai Daşdəmirlini bu işlə bağlı araşdırma aparılmasını tapşırmışdır. Həmin vaxt təhqiqatçı Nurlan Atakişiyev başqa bir hadisə yerində olduğu üçün növbətçi hissədən onunla Xətainin hadisə yerinə getməsini tapşırmışlar. Qeyd edilən gözəllik salonunun qarşısına gedən zaman salonun qapısının bağlı olduğunu görmüşlər. O da əməliyyat yolu ilə dava edənlərdən birinin Elmin olduğunu öyrənib ona zəng edib şöbəyə dəvət etmişdir. Daha sonra dava edən digər şəxs Elxanla əlaqə saxlayan zaman mümkün olmamış, o da Xətai ilə birlikdə təxmini olaraq saat 16 radələrində Elxanın evinə getmişdir. Elxangilə gedən zaman küçədə təcili tibbi yardım maşını olduğunu görmüşlər. Elxanı çağıran zaman anası çölə çıxmış, həmin qadın niyə gəldiklərini soruşmuş, onlar da Elxanla görüşmək istədiklərini bildirmişlər. Elxanın anası da oğluna sistem köçürüldüyünü bildirmişdir. Onlar da içəri girən zaman Elxanın üz gözünün pis vəziyyətdə olduğunu görmüşlər. Elxandan dava barədə soruşan zaman davanın qısanclıq zəmində baş verdiyini bildirmişdir. Həmçinin Elxan bildirmişdir ki, Dilarə adlı qadınla 14 ildir ki, sevgilidir, onunla yaxınlıq münasibətləri var, həmin qadın salonda işləyir, həmin gün arasında qısqanclıq zəmnində Dilarənin ora çağırdığı qonşusu Elminlə arasında dava baş vermişdir. Elxandan Dilarə ilə münasibətlərindən kiminsə məlumatı olub-olmadığını soruşan zaman, Elxan hər ikisinin ailəsinin onların münasibətləri barədə məlumatı olduğunu, hətta əvvəllər də onların arasında olan münasibət barədə sözsöhbətin yayıldığını bildirmişdir. Bu məsələni dəqiqləşdirməkdən ötrü Dilarə adlı qadının telefon nömrəsini Elxandan almışdır. İstifadəsində olan ***-***-**-** saylı nömrə ilə Elxandan aldığı ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, Dilarə telefonu açan zaman özünü təqdim edərək işlədiyi salonda dava olub-olmamasını soruşmuş, Dilarə də nə problem olmasını soruşmuş, o da davanın hansı səbəbdən baş verdiyini dəqiqləşdirmək istədiyini demiş, Dilarə də onu döydüklərini deyib sabah şöbəyə gəlib şikayətini bildirəcəyini bildirmişdir. Dilarə yenidən nə məsələ olduğunu soruşmuş, o da hadisə ilə bağlı onun izahatının alınmasını bildirib salondadırsa salona getməyini, ya da onun şöbəyə gəlməsini təklif etmişdir. Dilarə də rayondan kənarda olduğunu deyib sabah yaxınlaşacağını və şikayət edəcəyini bildirdikdən sonra sağollaşıb telefonu söndürmüşdür. Dilarə telefonla danışan zaman həyəcanlı şəkildə, səsi titrəyə-titrəyə onunla bağlı nə problem olduğunu soruşmuş, o da şöbəyə yaxınlaşan zaman izah edəcəyini bildirmiş, Dilarə də yenidən döyüldüyünü deyib şikayət edəcəyini bildirmişdir. Daha sonra Elxandan Dilarəni vurub vurmadığını soruşmuş, Elxan da içkili halda Dilarəni vurduğunu bildirmiş, lakin Dilarəni harada və necə vurduğunu bildirməmişdir. Daha sonra Elxan onlarla birlikdə şöbəyə gəlmişdir. Elxanı növbətçi hissəyə təhvil verib evə getmişdir. Təxmini olaraq saat 18 radələrində şöbəyə qayıdan zaman Dilarənin özünü asdığını, Nurlan Atakişiyev və əməliyyatçıların hadisə yerinə getdiyini öyrənmişdir. Daha sonra olanlardan məlumatı olmamışdır. Dilarə Orucova ilə telefonla danışan zaman ona özünü öldürəcəyi ilə bağlı hər hansı bir söz deyib-deməməsi barədə sual verildikdə bildirmişdir ki, Dilarə özünü öldürəcəyi ilə bağlı heç bir söz deməmişdir. Sonda isə. Dilarənin harda döyüldüyünü, onu döyən şəxslərin adını deyib-demənəsi, müsbət halda kimlərin adını deməsi barədə sual verildikdə bildirmişdir ki, Dilarə onu konkret olaraq kimin döydüyünü və harada döydüyünü deməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. “İfadəsinin yerində yoxlanılması” istintaq hərəkətinin keçirilməsinə dair xx.xx.2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi halları oxşar formada hadisə yerində göstərərək bir daha təsdiq etmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən X6 yaşamış olduğu fərdi yaşayış evidir. Həyətə 2 taylı göy rəngli dəmir darvazanın sol tərəfindəki qapıdan daxil olunur. Darvazanın bir tərəfi şiferlə, digər tərəfi isə daş divarla əhatəlidir. 10 metr irəlidə, sol tərəfdə divarları tünd yaşıl rəngə boyadılmış ikirmərtəbəli fərdi yaşayış evi yerləşir. Evin çəhrayı rəngli birtaylı dəmir qapısından mansara daxil olunur. Həmin həyətin eni 4 metr, uzunluğu 17 metrdir. Daş döşəməli olan mansarın başında sanitar qovşaq və su krantı vardır. Evin birinci mərtəbəsindəki zalına daxil olmaq üçün ikitaylı qəhvəyi rəngli dəmir qapı vardır. Qapıdan daxil olduqda yer parket döşəmədir, üzərində xalça sərilmişdir. Zalın bir tərəfində dəmir soba, digər tərəfində üzərində örtük olan televizor vardır. Zalın ortasında, yerdə bənövşəyi rəngli gül naxışları olan üfüqi şəkildə qoyulmuş döşək vardır. Döşəyin üzərində üzəri adyalla örtülü olan meyit vardır. Örtüyü qaldırdıqda görünür ki, meyit qadın meyitidir. Baxışda iştirak edən X26 meyiti göstərərək anası X18 olduğunu bildirdi. Meyitin başı sol divar tərəfə, ayaqları isə sağ divar tərəfədir. Başından divara 80 sm, ayağından divara 38 sm, meyitdən qarşı tərəfdə olan plastik qapıya kimi 2,9 metrdir. Meyit paltarlıdır, başının altında çəhrayı rəngli yastıq qoyulmuşdur. Evin arxa həyətinə daxil olduqda uzunluğu 10 metr, eni isə 4 metr, hündürlüyü 25 sm olan beton döşəmə vardır.Həyət yaşıllıq ərazidir, bir sıra çılpaq ağaclar mövcuddur. Həyətin eni 17 metr,uzunluğu isə 32 metrdir. Ətrafı şifer hasarla əhatəlidir. Həyətin sağ tərəfində, sanitar qovşağın arxasında 2-3 yerdə daş qalağı mövcuddur. Onlardan birinin hündürlüyü 96 smdir, üzərində həmçinin, içi dolu olan boz rəngli 2 ədəd kisə vardır. Həmin kisə olan daş qalağın yanında yanaşı şəkildə 2 ağac vardır. Ağaclarla divarın arasında 2 ədəd çəhrayı rəngli şəpik vardır. Həmin ağacların arasındakı məsafə 127 sm-dir. Qeyd edilən 2 ağacın arasında nazik dəmir turba vardır. Ağaclar arasında olan turbanın uzunluğu130 sm, yerdən həmin turbaya qədər olan məsafə 1,92 metr-dir. Turbadan hasara qədər olan məsafə 180 sm-dir. Turbaya ip düyün şəkildə bağlanaraq asılmış şəkildədir, ipin uzunluğu 72 sm-dir. Daş qalağının üstündən ipə qədər olan məsafə 90 sm-dir. Ağacların yanında rikiliyə söykənik şəkildə qəhvəyi rəngli taxta nərdivan vardır. Baxışda iştirak edən X26 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində evə gəlib anasını tapmayan zaman həyətdə olan hamamın arxasına keçmiş, həmin vaxt anadının 2 ağacın arasında, turnik kimi istifadə olunan dəmir boruya bağladığı kəndirlə özünü asdığını görmüş və ağlayaraq qışqırmsğa başlamışdır. İpin bir tərəfi dəmir boruya, bir tərəfi isə hamama tərəfdir, ayaqları yarı qatlanmış vəziyyətdə yerə dəyirmiş, lakin dizləri yerdən aralı olmuşdur. Anasının boğazındakı ipi çıxarmaq üçün qaldırmaq istəsə də, gücü çatmamış, buna görə də qaçaqaça evin birinci mərtəbəsindəki bıçağı götürüb anasının yanına gələrək ipi anasının başının üst hissəsindən kəsmiş, həmin vaxt gücü çatmadığı üçün anası üzü üstə yerə yıxılmışdır. Hadisə yerinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa hal və xüsusat aşkar olunmamışdır. “Meyitə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, meyitin əynində qırmızı rəngli qısaqol köynək, qara rəngli mayka, ağ rəngli lifçik, qara rəngli şalvar, belində qara rəngli kəmərlə, çəhrayı rəngli trusi və ağ rəngli trusi vardır. Paltarlar zədəsizdirlər. Sağ qulağında (02 ədəd ağ qaşlı, sol qulağında 04 ədəd qaşlı sarı rəngli metaldan sırğalar, cəmi 03 ədəd), sol biləyində sarı rəngli metaldan bilərzik vardır. Boynunda “D” klonlu sarı rəngli boyunbağı (sep) vardır. Meyit qadın cinsli olub, düzgün bədən quruluşlu, kafi köklükdədir. Meyidin boyunun uzunluğu 163 sm-dir. Meyit qacıması müayinə olunan əzələ qruplarında kafi inkişaf etmişdir. Meyit ləkələri gövdənin arxa səthində yerləşməklə, göyümtül-bənövşəyimtil rəngdə olub, barmaqla təzyiq etdikdə itir, iki dəqiqəyə əvvəlki rənginə bərpa olunurlar. Saçları şabalıdı rəngdə olub, 15-30 sm-ə qədər uzunluqdadırlar. Əllə yoxladıqda kəllə tağı və burun sümükləri tamdırlar. Gözləri qapalıdır, ağlı qişaya tünd qırmızımtıl rəngli, nöqtəvari qansızmalar vardır. Qulaq və burun keçəcəkləri sərbəst olub, ifrazatsızdır. Ağzı qapalıdır, üst çənədə beş ədəd dişi çürükdür, karieslidir, digər dişləri tamdır, zədəsizdirlər. Boynu adi yoğunluqda olub bədənə müvafiq inkişaf etmişdir. Boynunda çox sıx bağlanmış ağ rəngli toxunma ip vardır. İp kəsilərək çıxarıldı. Döş qəfəsi silindrik olub, simmetrikdir. Qarnı qabırğa qövsləri səviyyəsindədir. Xarici cinsiyyət üzvləri qadın tiplidir, düzgün formalaşmışdır. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisi təmizdir. Əllə yoxladıqda sümük travmatik dəyişikliyi qeyd edilmir. Xəsarətlər: Boyunun ön səthinin yuxarı üçdə-birində, qalxanabənzər qığırdaq səviyyəsindən yuxarı, sağ qulaq sırğalığından 7,0 sm, sol qulaq sırğalığından 3,0 sm aşağı, 0,5 sm enində, 0,2- 0,3 sm dərinliyində arxaya doğru, çəp yuxarı qalxan istiqamətdə, başın ənsə nahiyəsinin tüklü hissəsində qurtaran, qapanan, stranqulyasiya şırımı vardır. Alın nahiyəsində 1,3x1,0sm ölçüdə, üzəri ətraf dəri səviyyəsindən aşağı solğun qırmızımtıl rəngli, qeyrimüəyyən formalı sıyrıq vardır. Sol gözaltı nahiyədə 1,5x1,0 sm, sağ bazunun yuxarı 1\3nin ön səthində 1,0x0,8sm, arxa səthində 1,0x1,0sm, aşağı 1\3-nin bayır səthində 1,4x1,0sm, aşağı 1\3-nin ön-iç səthində 1,9x1,0sm, sağ süd vəzisinin aşağı-bayır kvadrantında 2,0x1,0sm ölçülərdə qırmızımtıl-göyümtül rəngli, qeyri-müəyyən formalı qançırlar vardır. Digər xəsarət aşkar edilmədi. xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış zamanı götürülmüş əlyazmadan görünür ki, həmin əlyazma X9 üzərindən götürülməklə orada latın qrafikalı əlifba ilə “Ölüm səbəbim Elxandı məni təhdid etdiyindənki öldüz özünü heç kim günahkar deyil. Ayləm məni bağışdayın üzüzə baxa bilmirəm daha İş yerimi gəlib basd Sizi çox sevirəm. Əlvidə” yazısı, arxa tərəfində isə “Müşdərilərim buna şahiddi ki zorla qolumdan dartıb çıxardı” sözləri yazılmışdır. “Hadisə yerinə baxış keçirilməsi barədə“ xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən hadisə yeri İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus, X9 ölümündən əvvəl yaşadığı fərdi yaşayış evidir. Həyətə 2 taylı göy rəngli dəmir darvazanın sol tərəfindəki qapıdan daxil olunur. Darvazanın bir tərəfi şiferlə, digər tərəfi isə daş divarla əhatəlidir. Girişdən 10 metr irəlidə, sol tərəfdə divarları tünd yaşıl rəngə boyadılmış ikirmərtəbəli fərdi yaşayış evi yerləşir. Evin çəhrayı rəngli birtaylı dəmir qapısından evin alt hissəsinə daxil olunur. Həmin həyətin eni 4 metr, uzunluğu 17 metrdir. Daş döşəməli olan evin başında sanitar qovşaq və su krantı vardır. Evin birinci mərtəbəsindəki zalına daxil olmaq üçün ikitaylı qəhvəyi rəngli dəmir qapı vardır. Qapıdan daxil olduqda müxtəlif əşyalar vardır, həmin otaqda əşyalar səliqəli vəziyyətdə düzülmüşdür. İİ mərtəbəyə ikitaylı qəhvəyi rəngli dəmir qapının sağ tərəfindəki qapını açmaqla daxil olunur. Qapıdan daxil olub sağa dönüb 7 pilləkən qalxdıqdan sonra 2 taylı ağ rəngli taxta qapının sol tərəfindəki qapıdan qonaq otağına daxil olunur. Otaqdan sağ tərəfdə mətbəx yerləşir. Qonaq otağı ilə mətbəx arasında 2 taylı ağ rəngli taxta qapı vardır. Mətbəxdə mətbəx avadanlıqları vardır. Qonaq otağından 3 otağa daxil olmaq üçün qapı vardır. Həmin otaqlardakı əşyalar səliqəli vəziyyətdədir. Baxışda iştirak edən X24 bildirdi ki, qızı Dilarə Orucova orta otaqda yaşamışdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 23 radələrində qızının yaşadığı evə girərkən bir bir bütün oaqları gəzmiş, ən sonra Dilarənin otağında olarkən evdə olan şəxslər polisə məlumat verərək Elxanı Dilarənin otağında polis gələnə kimi tutub saxlamışlar.Hadisə yerinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa hal və xüsusat aşkar olunmamışdır. “Hadisə yerinə baxış keçirilməsi barədə“ xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İsmayıllı şəhəri, Cavanşir küçəsi, 210A saylı ünvanda yerləşən “Anais” gözəllik salonudur. Salonun qarşısında müxtəlif ölçüdə yaşıl ağaclar vardır. Salonun üz tərəfi şüşə çərçivəli üzlüklərdən ibarətdir. Şüşə çərçivəli qapıdan içəri daxil olduqda 8 metr uzunluğunda 5,5 metr enində otaq vardır. Həmin otağın döşəməsi ağ rəngli kafeldir. Otaqda şkaflar, stullar, masalar, onlarla gəlinlik, bəzək ləvazimatları, kosmetikalar və digər əşyalar vardır. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal və xüsusat aşkar olunmadı. Bundan başqa, həmin salondan 100 metr aralıda İsmayıllı şəhəri, M.F.Axundov küçəsi ilə Cavanşir küçəsinin kəsişməsində yerləşən “Melhem” aptekin qarşısına baxış keçirildi. Həmin kəsişmə 4 yoldan ibarətdir. Hər dörd tərəfdə işıqfor vardır. Üzü aptekə tərəf dayandıqda sağ tərəfdə işıqfor vardır. Həmin işıqforun yan tərəfində piyadaların hərəkət etməsi üçün yol vardır. Həmin ylun qarşısında avtomobil yolu vardır. Avtomobil yolunda bir ədəd “Mercedes markal, 1 ədəd “Vaz” markalı avtomobil vardır. Hadisə yerinə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən başqa hal və xüsusat aşkar olunmamışdır. Yaddaş qurğusuna baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “X9 işləmiş olduğu “Anais” adlı gözəllik salonunda quraşdırılmış video müşahidə kameralarının qeydə aldığı videogörüntülərin əks olunduğu bir ədəd yaddaş qurğusuna istintaq üçün əhəmiyyət kəsb edə biləcək hər-hansı bir məlumat aşkar etmək məqsədi baxış keçirdim. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Yaddaş qurğusu qara rəngli olmaqla “HiWatch” markalıdır. Yaddaş qurğusuna televizor vasitəsi ilə baxış zamanı salonun 03 ədəd videomüşahidə kameralarının xx.xx.2023-cü il tarixədək qeydə aldığı görüntülər əks olunur. 1 nömrəli kameranın (salonun çöldən giriş tərəfini əks etdirən) qeydə aldığı görüntülərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:19-da X3 doğru gəlir və açar vasitəsilə salonun giriş qapısını açaraq içəri daxil olur. 09:20-də Dilarə dəsmal asılqanını içəridən çıxararaq salonun giriş tərəfinə qoyur. 09:31-də salonun giriş qapısına çıxaraq 1 dəqiqə ərzində ətrafı seyr etdikdən sonra 09:32-də saçları hörük şəklində olan 1 nəfər qadın salona doğru gəlib içəri daxil olur, 09:44-də isə həmin qadın salondan çıxıb gedir. 10:11-də başqa 2 nəfər qadın salona daxil olur. 11:28-də başqa 1 nəfər qadın salona daxil olur, 11:34-də salondan çıxıb gedir, 12:13-də isə yenidən hər 2 əlində içərisi dolu olan kloklarla salona daxil olur. 12:29-da saçı topuz şəklində yığılmış başqa qadın salona daxil olur. 12:47-də əllərində kloklarla salona daxil olmuş qadın salondan çıxıb gedir. 12:47-də Təqsirləndirilən şəxs salona doğru gəlib salonun qapısını açaraq içəri daxil olur. 13-14 saniyə içəridə qaldıqdan sonra Dilarə Orucovanın qolundan tutaraq salonun içərisindən çıxarmağa çalışır, Elxan qapının çölündə Dilarənin hər iki qolundan tutub çölə tərəf dartır, həmin vaxt onların aralarında söhbət gedir. Dilarə onun qolunun buraxmasına çalışır, lakin Elxan tutmaqda davam edir. Dilarə salonun qapısını bağlayaraq bağlı tutmağa çalışır, Dilarə Elxanı əli ilə itələyir, həmçinin qapının qulpundan tutub bağlı saxlayaraq 1 əli ilə Elxanı özündən uzaqlaşdırmaq üçün itələyir. Qeyd olunanlar əsnasında aralarındakı söhbət davam edir. 12:48:14-də Dilarə və Elxan içəri girir, 12 saniyə sonra Dilarə əlində üst geyimi ilə Elxanla bərabər salondan çıxır. 1 dəqiqə ərzində yenidən söhbətə davam edərək Elxan Dilarənin qollarından tutmaq istəyir, Dilarə Elxanın əlini əli ilə itələyərək içəri girməyə çalışır, Elxan qapının ağzında duraraq Dilarəyə mane olur. 12:49:35-da Dilarə salona girir, Elxan uzaqlaşır. 12:58-də Elxan yenidən salona doğru gəlib bir neçə saniyə salonun giriş qapısının yan tərəfində dayanıb ətrafa baxır. 13:00-da salonun içərisinə daxil olur, 2 dəqiqə sonra içəridən çıxır. Siqaret paketindən 1 ədəd siqaret çıxarıb yandırıb çəkərək salonun qarşı tərəfinə keçir. 13:15-də Elxan yenidən salonun giriş tərəfinə gəlib orda durur. 13:16-da yenidən 1 ədəd siqaret çıxarıb yandırıb çəkir. 13:26-da Zərərçəkmiş şəxs2 Elxan tərəfə gəlir, salamlaşırlar. Həmin yerdən təxminən 5 metr qabağa gedib söhbətləşirlər. 25 saniyə söhbətləşdikdən sonra Elxan sağ yumruğu ilə Elminin sifətindən vurur. Elmin də qarşılıq verərək əlbəyaxaya girirlər. 13:27də əlbəyaxa zamanı Elminin kurtqası əynindən çıxır və o düz istiqamətdə qaçır. Elxan da Elminin dalınca qaçır. 8-9 metr aralıda Elmin ağacın dibindəki uzaqdan lapatkaya oxşayan bir cismi əlinə alaraq Elxana vurmağa çalışır, lakin orada olan 1-2 nəfər mane olur. Əlbəyaxaya yenidən davam edərək o biri tərəfə keçdiklərindən və qarşıdakı ağac görüntünü tutduğundan həmin əlbəyaxa anı tam görünmür. Saat 13:35:27-də kamera görüntüsü sönür. 02 nömrəli kameranın (gözəllik salonunun içərisini əks etdirən) qeydə aldığı görüntülərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:19-da X3 daxil olur, əlindəki sumkaları salonun içərisində olan güzgünün qarşısına qoyub salonun künc tərəfinə gedir. Daha sonra Dilarə əlindəki telefondan istifadə edərək salonda bəzi işləri görür. Bir qədər sonra telefonla danışır. 09:32-də saçları hörük şəklində olan 1 nəfər qadın salona doğru gəlib içəri daxil olur, Dilarə həmin qadının saçlarını düzəltdikdən sonra saat 09:44-də həmin qadın salondan çıxıb gedir. 10:11-də başqa 2 nəfər qadın salona daxil olur. 11:28-də başqa 1 nəfər qadın salona daxil olur, 11:34-də salondan çıxıb gedir, 12:13də isə yenidən hər 2 əlində içərisi dolu olan kloklarla salona daxil olur. 12:29-da saçı topuz şəklində yığılmış başqa qadın salona daxil olur. 12:47-də əllərində kloklarla salona daxil olmuş qadın salondan çıxıb gedir. Həmin dəqiqədə Elxan salonun içərisinə daxil olur. Salonda Dilarədən başqa cəmi 3 müştəri qadın olur. Dilarə müştərisinin saçını fen vasitəsilə uklatka edərkən Elxan içəri girib Dilarənin əlindən feni və darağı alıb şkafa qoyub qolundan tutub çölə çıxarır. 12:49-da Dilarə salonun içərisinə girir, müştərinin saçını uklatka etməyə davam edir. 13:00-da Elxan yenidən salona daxil olur, giriş tərəfdəki divanda oturur, Dilarə müştərinin saçını düzəldir, həmçinin arada Elxana nəsə deyir. Elxan 13:02-də oturduğu yerdən durub salondan çıxır. Saat 13:04-də Dilarə cibindən telefonu çıxararaq bir neçə dəqiqə telefondan istifadə edib kiməsə zəng edir. Daha sonra Dilarə müştərisinin saçını düzəltməkdə davam edir. 13:31-də isə salondakı 3 nəfər müştəri qadın salondan çıxıb gedir. Saat 13:35:27-də kamera görüntüsü sönür. 03 nömrəli kameranın (gözəllik salonunun içərisini əks etdirən) qeydə aldığı görüntülərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:19-da X3 daxil olur, əlindəki sumkaları salonun içərisində olan güzgünün qarşısına qoyub salonun künc tərəfinə gedir. Daha sonra Dilarə əlindəki telefondan istifadə edərək salonda bəzi işləri görür. Bir qədər sonra telefonla danışır. 09:20-də Dilarə dəsmal asılqanını içəridən çıxararaq salonun giriş tərəfinə qoyur. 09:31-də salonun giriş qapısına çıxaraq 1 dəqiqə ərzində ətrafabaxdıqdan sonra 09:32-də saçları hörük şəklində olan 1 nəfər qadın salona doğru gəlib içəri daxil olur, Dilarə həmin qadının saçlarını düzəltdikdən sonra saat 09:44-də həmin qadın salondan çıxıb gedir. 10:11-də başqa 2 nəfər qadın salona daxil olur. 11:28-də başqa 1 nəfər qadın salona daxil olur, 11:34-də salondan çıxıb gedir, 12:13-də isə yenidən hər 2 əlində içərisi dolu olan kloklarla salona daxil olur. 12:29-da saçı topuz şəklində yığılmış başqa qadın salona daxil olur. 12:47-də əllərində kloklarla salona daxil olmuş qadın salondan çıxıb gedir. Həmin dəqiqədə Elxan salonun içərisinə daxil olur. Salonda Dilarədən başqa cəmi 3 müştəri qadın olur. Dilarə müştərisinin saçını fen vasitəsilə uklatka edərkən Elxan içəri girib Dilarənin əlindən feni və darağı alıb şkafa qoyub qolundan tutub çölə çıxarır. Elxan qapının çölündə Dilarənin hər iki qolundan tutub çölə tərəf dartır, həmin vaxt onların aralarında söhbət gedir. Dilarə Elxanın onun qolunu buraxmasına çalışır, lakin Elxan tutmaqda davam edir. Dilarə salonun qapısını bağlayaraq bağlı tutmağa çalışır, Dilarə Elxanı əli ilə itələyir, həmçinin qapının qulpundan tutub bağlı saxlayaraq 1 əli ilə Elxanı özündən uzaqlaşdırmaq üçün itələyir. Qeyd olunanlar əsnasında aralarındakı söhbət davam edir. 12:48:14-də Dilarə və Elxan içəri girir, Elxan Dilarənin üst geyimini götürür, daha sonra Dilarə üst geyini Elxandan alıb onunla bərabər salondan çıxır. 1 dəqiqə ərzində yenidən söhbətə davam edərək Elxan Dilarənin qollarından tutmaq istəyir, Dilarə Elxanın əlini əli ilə itələyərək içəri girməyə çalışır, Elxan qapının ağzında duraraq Dilarəyə mane olur. 12:49da Dilarə salonun içərisinə girir, müştərinin saçını uklatka etməyə davam edir. 12:49-da salonda olan qadınlardan biri salonun qapısına yaxınlaşaraq Dilarəni çağırır Dilarə salona girir, Elxan uzaqlaşır. Dilarə müştərinin saçını uklatka etməyə davam edir. 13:00-da Elxan yenidən salona daxil olur, giriş tərəfdəki divanda oturur, Dilarə müştərinin saçını düzəldir, həmçinin arada Elxana nəsə deyir. Elxan 13:02-də oturduğu yerdən durub salondan çıxır. Saat 13:04-də Dilarə cibindən telefonu çıxararaq bir neçə dəqiqə telefondan istifadə edib kiməsə zəng edir. Daha sonra Dilarə müştərisinin saçını düzəltməkdə davam edir. 13:31də isə salondakı 3 nəfər müştəri qadın salondan çıxıb gedir. Daha sonra Dilarə telefonu götürüb bir neçə dəqiqə telefonla danışmağa başlayır. Saat 13:35:27-də kamera görüntüsü sönür. Bundan başqa baxış keçirilən zaman kamera görüntülərindən istintaq üçün əhəmiyyət kəsb edəcək digər hər hansı hal müəyyən edilmədi”. “Telefona əlavə baxış keçirilməsi haqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “iş üzrə xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış keçirilməsi zamanı götürülmüş X1 istifadəsində olmuş “Redmi Note 8T” markalı bir ədəd mobil telefona istintaq üçün əhəmiyyət kəsb edə biləcək hər-hansı bir məlumat aşkar etmək məqsədi ilə əlavə baxış keçirdim. Baxış zamanı aşağıdakılar müəyyən edildi: “Redmi Note 8T” markalı mobil telefonun ekranında qoruyucu şüşə vardır. Telefonun üzərində arxası qırmızı rəngli, içəri hissəsi qara rəngli olan kabro vardır. Kabro çıxarıldıqdan sonra telefonun göyümtül rəngli olması aşkar olundu. Telefona “0000” şifrəsi yazdıqda kiliddən azad olunur. Mobil telefonun menyusuna daxil olaraq “Whatsapp” tətbiqi üzərindən aparılmış yazışmalara baxdıqda adı “ulker” yazılmış ***-***-**-** saylı nömrə Dilarənin yazdığı “Heyat çox qerıbeedır kiminde gülür kimində ağlayır” statusa cavab olaraq smalik atmışdır. “Ülüşüm” adı ilə qeyd olunmuş ***-***-**-** nömrəli mobil telefonla aparılmış danışıqlara daxil olduqda xx.xx.2023-cü il tarixdə olan danışıqlardan görünür ki, “Dilarə”- (7 saniyə davam edən səs yazısı) “Az ülüş o birisi kofta qara kofta paltar maşınındadı quruda bilərsənsə günortaya qədər gətirim” 07:50; “Ülüş”- “Hə gətir, çox islaqdı qoy qazın yanına saat 9 gəlirsən ona qədər qurusun” 07:51-07:52; “Dilarə”- (13 saniyə davam edən səs yazısı) “Yox aparıb atarsan şeyin yanına adın sən denən az o zəhrimarın adı nədi bizdə də var iran peçinin yanına qoyarsan ora quruyacaq tez günortaya qədər gələcəklər də” 07:52; “Ülüş”- (15 saniyə davam edən səs yazısı) “Saat 9-da gəlirsən də qoy qazın yanına ona qədər qurusun birdə ki rozvı rubaşqanı gətirmə şeyi gətir bənövşəyi koftan var e jaket bildin də hansı bənövşəni dedim onu gətir qaraya oxşayan varidi e mən geymişdim e” 07:52; “Dilarə”- (6 və 3 saniyə davam edən səs yazısı) “Hə onda mən qoyuram qalanın da aparıb sən qurudarsan ütüynən verərsən bacıva 5 dəyqəyə ütülüyər tərsinə quruyacaq. Hə hə bildim hansı hə yaxşı” 07:52; “Ülüş”- “Eşşək kremin qoy ay sağol” 07:53; “Dilarə”- (1 saniyə davam edən səs yazısı) “Qoymuşam” 07:53; “Ülüş”- “Qanım ağrıyır” 07:53; “Dilarə”- (4 saniyə davam edən səs yazısı) “Ay bacı bir səni ərə verə bilsydim canım elə dincələrdi” 07:53; “Ülüş”- “Tuvaletdəyəm”07:53; “Dilarə”- (3 saniyə davam edən səs yazısı) “Həyəcannandı da” Ülüş”- “Allah haqqı ölürəm qarın ağrıdan. Oturmuşam unitazda kofdanı orda qurut gəlirəm bir aza peçin yanında” 07:54-09:59; “Dilarə”- (3 saniyə davam edən səs yazısı) “Tez gəl bax klent gəlir tez gəl” 09:59; “Ülüş”- “Qurusun” 09:59; “Dilarə”- (4 saniyə davam edən səs yazısı) “Kül ağluva indi görəm e bunu Allah səni biyabır eləməsin” 09:59; “Ülüş”- “Salam”16:30; “Dilarə”- (1 saniyə davam edən səs yazısı) “Salam ülüş salam” 16:45 ; “Ülüş”- “Hardasan salamatçılıqdı” 16:57; “Dilarə”- (27 saniyə davam edən səs yazısı) “Yox üluş yox salamatçılıq deyil hər şeyi gördün də sən hər şeyin şahidi oldun hər şeyin yaxşısın sən bilirsən mənim başıma nə oyunlar açdığın sən daha yaxşı bilirsən yəni insan bu qədər dahı utancnan yaşaya bilmərəm məni çox bezdirir e çox bezdirir nə bilim” 17:00; “Ülüş”- “Araz burda ona görə gözlə” 17:43; “Dilarə”- “Hə bildim tamam”; “Qızım” adı ilə qeyd olunmuş ***-***-**-** nömrəli mobil telefonla aparılmış danışıqlara daxil olduqda xx.xx.2023-cü il tarixdə olan danışıqlardan görünür ki, “Qızım”- “Mama necəsən neynirsən” 12:56; “Dilarə”- (3 saniyə davam edən səs yazısı) “Heç nə qızım əlimdə işim var idi indi bitdi mama qurban”13:42; “Qızım”- “Lap yaxşı ana” 14:48 “Qızım”- 4 ədəd silinmiş mesaj 14:53; “Dilarə”- (11 saniyə davam edən səs yazısı) “Mehi neynirsən qızım nağayrırsan işdə idim e başım qarışıq idi işdə hə heç nə salamatçılıqdı yaxşısan” 16:54; “Qızım”- (2 saniyə davam edən səs yazısı) “Mən yaxşıyam telefonu açsan” 16:56; “Dilarə”- (3 saniyə davam edən səs yazısı) “Yaxşı ol qızım yaxşı ol” 17:01; “Qızım”- (3 saniyə davam edən səs yazısı) “Mama sən mənim bu zəngimi niyə açmırsan mən bütün günü partladım”17:02; “Dilarə”- (2 saniyə davam edən səs yazısı) “Hə qızım gözlə bir dəqiqə əlimdə işim var açacam” 17:08; “Qızım”- “Yaxşı” 17:08; “Qızım”- “Mama ay ana cavab ver mənə ana” 19:21; “Mübariz” adı ilə qeyd olunmuş ***-***-**-** nömrəli mobil telefonla aparılmış danışıqlara daxil olduqda xx.xx.2023-cü il tarixdə olan danışıqlardan görünür ki, “Mübariz”- “Xeyirli sabahlar can” 09:21; “Dilarə”- (10 saniyə davam edən səs yazısı) “Sabahın xeyir Mübariz sabahın xeyir necəsən nəvar nəyox kefin halın canın başın neyniyib elirsən salamatçılıqdı” 09:38; “Mübariz”- “Xeyirli sabahlar yaxşıyıq çox şükür sizlər necəsiniz işlərin səhətin uşaq necədi” 09:42; “Dilarə”- (33 saniyə davam edən səs yazısı) “Şükür mübariz sağol salamatçılıqdı heç nə inanırsan dünən o qədər bərbad gündə idim ki, yorğunçuluqdan səkkizə işləmiş çıxmışam işdən ölürdüm də taqətim qalmamışdı ona görə heç nə yaza bilmədim sənə üzürlü hesab eliyərsən onun hələ yorğunçuluğu qalıb canımda uşaq da yaxşıdı heç nə malicə yazıb həkim heç nə ay yarım malicədə olacaq” 09:53; “Mübariz”- “Çox şükür hər zaman salamatçılıq olsun inşallah bilirəm can bir yandan iş bir yandan uşağa görə narahatlıq Əstafurullah can” 09:56; “Dilarə”- (10 saniyə davam edən səs yazısı) “Hə e inanırsan bu aralar hər şey o qədər üst-üstə gəlib ki, inan Allahdan canım o qədər yorulub ki bilmirəm dahı neyniyim də bax o dərəcədəyəm” 09:58; “Mübariz”- “Dila hər zaman-zaman elə olur Allahdan səbir” 10:06. Bundan başqa mobil telefona baxış keçirilən zaman əhəmiyyət kəsb edən başqa hal müəyyən edilməmişdir”. xx.xx.2024-cü il tarixli diskə baxış protokolundan görünür ki, “İsmayıllı RPŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 84/2-8575/24 saylı əməliyyat tapşırığına əlavə olunmuş 01 ədəd “Disk”ə istintaq üçün əhəmiyyət kəsb edə biləcək hər-hansı bir məlumat aşkar etmək məqsədi baxış keçirdim. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Diski “Casper” markalı kompüterə daxil etdikdə “VİDEO_TS” adlı qovluq vardır. Həmin qovluğa daxil olduqda “VTS_01_1” adlı 4 dəqiqə 34 saniyəlik səssiz videogörüntü vardır. Videogörüntüdən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13: 19 dəqiqədə Dadaşov X7 Elnur Şahnəzər oğlu və digər 1 nəfər şəxlə özünə məxsus “Mercedes E240” markalı avtomobilin qarşısında dayanmışdır. Bu zaman X19 həmin avtomobilin qarşısından keçərək ön sərnişin tərəfindən avtomobilin qapısını açaraq avtomobilə əyləşir, Şahid1 da sürücü tərəfdən avtomobilin sükanı arxasına əyləşir. Bir neçə saniyə sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 tərəfdən avtomobilə yaxınlaşır. Zərərçəkmiş şəxs2 da avtomobilin qapısını bağlayır. Təqsirləndirilən şəxs avtomobilin qapısını açaraq Zərərçəkmiş şəxs2 təpiklə zərbələr endirir. İlk öncə Şahid6, daha sonra Şahid1 Təqsirləndirilən şəxs yaxınlaşaraq qolundan tutub onu kənarlaşdırmağa çalışır, lakin Təqsirləndirilən şəxs yumur və təpiklə Zərərçəkmiş şəxs2 zərbələr endirməyə davam edir. Şahid1 Zərərçəkmiş şəxs2 avtomobildən düşürməyə çalışsa da, Zərərçəkmiş şəxs2 avtomobildən düşmür, həmin vaxt da Təqsirləndirilən şəxs yumruq və təpiklə Zərərçəkmiş şəxs2 zərbələr enirməyə davam edir. Bu zaman Zərərçəkmiş şəxs3 “Niva” markalı avtomobillə gələrək avtomobili bir qədər aralıda saxlayıb avtomobildən düşüb Təqsirləndirilən şəxs yaxınlaşıb arxadan tutaraq onu kənara çəkir. Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs oradan uzaqlaşdırmaq istəsə də, Təqsirləndirilən şəxs ona əl-qol ataraq etiraz edir, bu zaman Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs üz nahiyəsindən yumruqla vuraraq Təqsirləndirilən şəxs yerə yıxır. Təqsirləndirilən şəxs yerə yıxıldıqdan sonra Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ayağa qaldırmağa çalışır. Təqsirləndirilən şəxs ayağa qalxamayan zaman Zərərçəkmiş şəxs3 gəldiyi avtomobilə minərək oradan uzqlaşır, Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxs üzünə su vurur. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs qaldırdıqdan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 əl-qol atır. Hadisə baş verən zaman yaxınlıqda olan bir neçə nəfər də oradan keçir”. xx.xx.2024-cü il tarixli baxış protokolundan görünür ki, iş üzrə məhkəmə kompütertexniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 557 nömrəli ekspert rəyində olan “Flashcard”a istintaq üçün əhəmiyyət kəsb edə biləcək hər-hansı bir məlumat aşkar etmək məqsədi baxış keçirdim. Baxış zamanı aşağıdakılar müəyyən edildi: Zərf açıldıqda içərisində 01 ədəd “Flashcard” vardır. Həmin “Flashcard”ı “Casper” markalı kompüterə daxil etdikdə “Ekspertiza 5-57” adlı qovluq vardır. Həmin qovluğa daxil olduqda “2024-02- 07.15-00-55” adlı qovluq, həmin qovluğun içərisində “Xiaomi_M1908C3XG_DS Redmi Note 8T” adlı qovluq. Həmin qovluğun içərisində 16 ədəd qovul və bir ədəd link vardır. “Files” adlı qovluğa daxil olduqda 9 ədəd qovluq vardır. “Audio” adlı qovluğa daxil olduqda telefon zəngi üçün istifadə olunan musiqilər, səslər və digər fayllar vardır. Həmin faylların içərisində “PTT-20230305-WA0085” adlı səs yazısı vardır. Səs yazısının məzmunu aşağıdakı formadadır: Dilarə Orucova- “Salam ürəyim salam heş nə gəldim mən gəldim mən şey elədim tolatdım gətirdim anasıgilə. Şey anası zad da şey eləmədidə hə gətirdim ki uşağuva yiyə çıx da yəni bu məni harda görür təhdid eliyir də , hə təhdidlərinə dözə bilmirəm artığ da buna bir əncam çəkin. Hə mümkün deyil də harda oldu qabağımı kəsir yolda ancaq qabağımı kəsib təhdid eliyirdi məni. Hə anasına dedim ki uşağıvuza yiyə çıxun belə”. Digər qovluqlara baxış keçirilən zaman isə istintaq üçün əhəmiyyət kəsb edəcək başqa hər hansı bir məlumat aşkar edilməmişdir. Məhkəmə komputer-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/394 nömrəli rəyindən görünür ki, 1) Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz “X43 8T” markalı arxa markalanma göstəricisinə görə “M1908C3XG” modelli smartfon hal-hazırda işlək vəziyyətdədir; 2) Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “X43 8T” markalı arxa markalanma göstəricisinə görə “M1908C3XG” modelli mobil smartfonun “ımeı” kodunu müəyyən etmək mümkün olmadı; 3) Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “X43 8T” markalı arxa markalanma göstəricisinə görə “M1908C3XG” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə ilə (parol-password) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı; 4) Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə tədqiq olunan “X43 8T” markalı arxa markalanma göstəricisinə görə “M1908C3XG” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı; 5) Təqdim edilmiş “X43 8T” markalı “M1908C3XG” modelli mobil smartfonun daxilindəki üzərində “bakcell” yazısı olan “SİM" danışıq kartı “bakcell” mobil operatora aid olaraq onun yaddaşında məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə edilmiş “hesabat”da); 6) Təqdim edilmiş “X43 8T” markalı “M1908C3XG” modelli mobil smartfonun daxilindəki üzərində “bakcell” yazısı olan “SİM” danışıq kartının yaddaşından pozulmuş məlumat müəyyən olunmadı (bax rəyə əlavə olunmuş “UFED TOUCH 2” markalı qurğu vasitəsilə əldə edilmiş “hesabat”da); 7) Təqdim edilmiş “X43 8T” markalı “M1908C3XG” modelli mobil smartfonun daxilindəki üzərində “HC 4 GB” yazısı olan “micro SD” xarici yaddaş kartında müxtəlif xarakterli məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş DVD-R diskə); 8) Tədqiq olunan “X43 8T” markalı “M1908C3XG” modelli mobil smartfonun daxilindəki üzərində “HC 4 GB” yazısı olan “micro SD” xarici yaddaş kartından müxtəlif xarakterli pozulmuş fayllar bərpa olundu (rəyə DVD-R diskə əlavə olunmuşdur). Əlavə məhkəmə komputer-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 5/57 nömrəli rəyindən görünür ki, 1 .Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 11 ” əməliyyat sistemi ilə təhciz olun “X43 8T” markalı “M1908C3XG” modelli “**********50İ **********50340” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. 2.Tədqiq olunan “X43 8T” markalı “M1908C3XG” modelli mobil smartfc yaddaşında (kontaktlar, zənglər “SMS” mesajlar, audio, foto, video fayllar, “WhatsApp” proqran təminatı, “TikTok”, “Snapchat”, “İnstagram” sosial şəbəkələr vatisəsilə aparılmış mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu (rəyə xarici yaddaş qurğusu əlavə olunmuşdur.) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 04 saylı rəyindən görünür ki, 1) X2 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- boyunun stranqlyasiya şırımı, alın nahiyəsinin sıyrığı (01 ədəd), sol gözaltı nahiyənin (01 ədəd), sağ bazunun (cəmi 04 ədəd) və sağ süd vəzisinin (01 ədəd) qançırları. Bu xəsarətlərdən: boyunun stranqlyasiya şırımı, bədənin öz ağırlığı ilə yaranmış dartma qüvvəsinin təsirindən boyun üzvlərinin ilgəklə (meyitin boynunda aşkar edilmiş ip ilə) sıxılması nəticəsində mərhumun ölümündən az əvvəl yaranmışdır, həyatidir, dərəcəsinə görə ölümlə nəticələnmiş mexaniki asfiksiya ilə müşayiət olunduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdir və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. Alnın, sol gözaltı nahiyənin, sağ bazunun və sağ süd vəzisinin qançırları isə küt əşya(alət) təsirindən kənar şəxs(şəxslər) tərəfindən yetirilməsinə xarakterikdir, canlı şəxslərdə sağlamlığa Zərərvurmayan xəsarətlərin əlamətlərinə malik olub dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir və baş vermiş ölümlə səbəbli əlaqəsi yoxdur. 2) X2 meyitində aşkar edimiş xəsarətlər qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, stranqulyasiya şırımından başqa digər xəsarətlər qısa müddət ərzində törəndiyindən onların yetirilmə ardıcıllığı barədə konkret fikir bildirmək mümkün deyil 3) Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm X2 meyitinin meyitxanada müayinəsindən təxminən 4-6 saat əvvəl baş vermişdir. X22 barəsində keçirilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.20243-cü il tarixli, 02/04 saylı rəyindən görünür ki, X2 ölmünə səbəb boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 108 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sol gözün ağlı qişasının qansızması, sağ almacıq nahiyəsinin sıyrığı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 110 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-çənə nahiyəsinin səthi yarası küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 4/108 nömrəli rəyindən görünür ki, 1) Ekspertizaya təqdim olunmuş, dama-dama vərəqinin üz tərəfində “Ölüm səbəbim Elxandı məni təhdid etdiyindənki öldüz özünü hec kim günahkar deyil. Ayləm məni bağışdıyın üzüzə baxa bilmirəm daha İş yerimi gəlib basd Sizi cox sevirəm. Əlvidə”, arxa tərəfdə isə “Müşdərilərim buna şahiddi ki zorla qolumdan dartıb cıxardı” sözləri olan məktubdakı yazılar eyni şəxs, X22 tərəfindən icra olunmuşdur. 2) Ekspertizaya təqdim olunmuş, dama-dama vərəqinin üz tərəfində “Ölüm səbəbim Elxandı məni təhdid etdiyindənki öldüz özünü hec kim günahkar deyil. Ayləm məni üzüzə baxa bilmirəm daha İş yerimi gəlib basd Sizi cox sevirəm. Əlvidə”, arxa tərəfdə isə “Müşdərilərim buna şahiddi ki zorla qolumdan dartıb cıxardı” sözləri olan məktubdakı yazılarının qeyri-adi psixofizioloji vəziyyətdə (qeyri-adi fiziki vəziyyət, güclü həyəcan və s.,) icra olunmasını təsdiq edən əlamətlər müşahidə olunmadı. Əavə komisyon məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 11/70 nömrəli rəyindən görünür ki, X9 ölümündən əvvəlki dövrdə fərdi-psixoloji xüsusiyyətlərində psixogen-depressiv reaksiya əlamətləri müəyyən olunmur. X22 ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş emosional gərginlik halında olmuşdur. X9 ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş emosional gərginlik halında olması qarşılaşdığı şəraitlə - Təqsirləndirilən şəxs ilə olan münasibətlərini kəsmək istəsə də, sonuncunun ondan əl çəkməməsi, ona fiziki və psixoloji zorakılıq göstərməsi, təhdid etməsi, bezdirməsi, hadisə baş verən gün camaatın içində zor tətbiq edərək onu işlədiyi salondan çıxarıb aparması, vurması, həmin hadisə ilə bağlı polisə izahat vermək üçün çağrılması, ailəli olduğu halda qeyri-rəsmi münasibətdə olduğu Təqsirləndirilən şəxs ilə yaxın münasibətlərinin aşkara çıxması və cəmiyyət içində biabr olması ilə səbəbli-nəticə əlaqəsində olmuşdur. Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1741 nömrəli rəyindən görünür ki, 1) Təqsirləndirilən şəxs halhazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar olunmur. Anamnestik məlumatlara və tibbi sənədlərə əsasən Təqsirləndirilən şəxs qərarda təsvir olunmuş hadisədən sonrakı dövrdə “kəskin polimorf psixotik pozuntu” keçirmiş, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə stasionar şəraitdə müalicə almışdır. Təqsirləndirilən şəxs qeyd olunmuş “kəskin polimorf psixotik pozuntu” sağalma ilə nəticələnmişdir. 2) Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. 3) Təqsirləndirilən şəxs hadisə baş verməmişdən əvvəl, hadisə vaxtı öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. 4) Təqsirləndirilən şəxs baş vermiş hadisədən əvvəl öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırkı hüquqi statusuna görə cinayət işi üzrə şahid qismində keçdiyindən və onun ictimai təhlükəli əməl törətməsi müəyyən edilmədiyindən (təqsirləndirilən şəxs qismində cəlb olunmadığından) onun Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddəsinin təsiri altına düşdüyü müəyyən edilə bilməz. 5)Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Eqosentrizm, inadkarlıq, öz maraqlarını üstün tutmaq, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. 6) Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. 7) Təqsirləndirilən şəxs hadisədən bilavasitə əvvəl psixiemosional vəziyyətində narahatlıq, gərginlik, hirslilik, qəzəb yaranmış, keçirdiyi emosional halın yaranması situasiya (deməsinə görə Dilarə Orucovanın ona ehtiyatlı olmağını bildirməklə kiminsə tərəfindən izlənildiyini deməsi, buna görə ona və ailəsinə nəsə edəcəklərini düşünməsi, həmçinin Dilarə Orucovanın artıq onu sevmədiyini, ondan əl çəkməyini bildirməsi və s.) ilə əlaqədar olmuşdur. 8) Təqsirləndirilən şəxs hadisədən əvvəl fizioloji affekt vəziyyətində olmamışdır. xx.xx.2024-cü il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, həmin xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış keçirilən zaman qanunamüvafiq qaydada qablaşdırılaraq götürülmüş 01 ədəd kəndir, 01 ədəd “REDMİ” markalı mobil telefon və latın qrafikalı əlifba ilə yazılmış 01 vərəqədən ibarət əlyazma maddi sübut kimi tanınmışdır. İsmayıllı RİHB-nin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, 1988-ci il təvəllüdl, İsmayıllı rayonunun Bəhliyan kəndində anadan olmuş, azərbaycanlı, ali təhsilli Şıxıyev X14 şəhər ərazisində (keçmiş İsmayıllı kəndi) ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailəlidir, 1 övladı var. Ərazidə yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə yazılı və şifahi müraciət daxil olmamışdır. İsmayıllı RMX-nin xx.xx.2023-cü il tarixli PHŞ-6-47/2-508/2023 nömrəli məktubundan görünür ki, Şıxıyev X14 RMX-nın Poliklinika Şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” “Nevroloji” kabinetinlərində dispanser qeydiyyatda yoxdur. Lakin o, xx.xx.2020ci il tarixdə İsmayıllı RMX-nın Poliklinika Şöbəsinin həkim nevroloq Z.Mirzəliyevaya müraciət etmiş onda “Kauzalgiya kəskin ağrı sindromu” diaqnozu təyin edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində həkim psixiatr M.Azyev tərəfindən müayinə edilmiş, xəstəyə “F48.9 Dəqiqləşdirilməmiş nevrotik pozğunluq” diaqnozu təyin edilmiş və onu Bakı şəhər 1 saylı RƏX-na dərin müayinə və müalicə olunması üçün göndərilmişdir. Təqsirləndirilən şəxsdan xx.xx.2023-cü il tarixindən hal-hazırki tarixə kimi heç bir məlumat yoxdur. DSMF PHŞ-in X35 Filialından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 141203/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin X35 filialından heç bir növ əmək pensiyası, sosial müavinət və təqaüd almır. xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olması barədə hər hansı məlumat yoxdur. Müstəntiqin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 157.2 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, digər zərərçəkmiş şəxslərin və şahidlərin, əlavə dindirilmiş şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsinə dair ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsi zərərçəkmiş şəxsin hüquqi varisinin, digər zərərçəkmiş şəxslərin və şahidlərin, əlavə dindirilmiş şahidlərin ifadələri, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş istintaq hərəkətlərinin keçirilməsinə dair protokollar, məhkəmə-tibbi ekspertizanın rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Belə ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini, Dilarəni özünü öldürmə həddinə çatdırmadığını, Dilarəni axtarmaq məqsədi ilə evə girdiyini, Elmin və Emil onu vurduğuna görə onlarla dava etdiyini bildirmişdir. Bu hal isə nə cinayət işinin ibtidai istintaqı zamanı, nə də ki məhkəmə istintaqında təsdiqini tapmamışdır. İstintaq zamanı və məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs ondan sair cəhətdən asılı olmuş Dilarə Orucovanı amansız rəftar etmə, ləyaqətini mütəmadi olaraq alçaltma, hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırmış, ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs3 müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, habelə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etmə hədəsi ilə mənzilə daxil olmaqla Zərərçəkmiş şəxs1 mənzil toxunulmazlığını pozmuşdur. Qeyd olunanlar iş üzrə toplanmış dindirmə, baxış və digər istintaq hərəkəti protokolları, məhkəmə-tibbi, məhkəmə kompüter texniki, əlavə komisyon məhkəmə-psixoloji, məhkəmə-xəttşünaslıq, məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə kifayət qədər təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsi, Dilarəni özünü öldürmə həddinə çatdırmaması, Dilarəni axtarmaq məqsədi ilə evə girməsi, Elmin və Emilin onu vurduğuna görə onlarla dava etməsi ilə bağlı göstərdiyi hallar cinayət məsuliyyətindən özünü yayındırılma kimi qiymətləndirilir. Onun öz müdafiəsi üçün gətirdiyi dəlillər hadisə yerinə baxış protokolu, dindirmə protokolları, üzləşdirmədə dindirmə protokolları, ekspert rəyləri və digər sübutlarla tam təkzib edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 125-ci maddəsinə görə, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cinayətin ictimai təhlükəliliyi nəinki insanın ən ümdə və ayrılmaz hüququ olan yaşamaq hüququna qəsd edilməsi, həmçinin təqsirkarın mənəviyyata zidd, qeyri-humanist, məkrli və amansız hərəkətləri ilə xarakterizə olunur. Bu cinayətin obyektini başqa şəxsin həyatının təhlükəsizliyi ilə bağlı münasibətlər təşkil edir. Özünü öldürmə həddinə çatdırmanın obyektiv cəhəti mürəkkəbdir, buraya təqsirkarın davranışı (hədə-qorxu gəlmə, amansız rəftar, alçaltma), zərərçəkmişin təqsirkardan asılılığı, bunların nəticəsində şəxsin özünü öldürməsi və ya özünü öldürməyə cəhd həddinə çatması daxildir. Cinayət maddi tərkibli olmaqla, zərərçəkmişin özünə qəsd etdiyi vaxtdan və yaxud özünə qəsd etməyə cəhd etdiyi andan başa çatmış hesab edilir. Bu baxımdan zərərçəkmişin həqiqətən özünü öldürməyə cəhd etməsi, intihara cəhdin “səhnələşdirilmə” olmaması dəqiq müəyyən edilməlidir. Eyni zamanda bu cinayət tərkibinin yaranması üçün təqsirkarın hərəkətləri ilə zərərçəkmişin intiharı və ya ona cəhd arasında səbəbli əlaqə olmalıdır. Maddədə özünü öldürmə həddinə çatdırma əməlinin törədilməsinin üsulları dəqiq göstərilmişdir: amansız rəftar etmə, ləyaqətini mütəmadi olaraq alçaltma, hədə-qorxu gəlmə. Bu baxımdan, bir şəxsin digər hüquqa zidd hərəkətləri (məsələn, əmək haqqının ödənilməsinin sistematik gecikdirilməsi, borcun vaxtında qaytarılmaması) nəticəsində digər şəxsin özünü öldürmə həddinə çatması, bu maddə ilə cinayət məsuliyyətinin yaranmasını istisna edir. Eyni zamanda, şəxsin hər hansı qanuna zidd olmayan hərəkətləri (qanuni əsaslarla əmək münasibətlərinə xitam verilməsi, evlilik təklifinin rədd edilməsi, törədilən cinayət barəsində məlumatın verilməsi və s.) nəticəsində digər şəxsin intihar etməsi də bu maddə ilə nəzərdə tutulan cinayət tərkibini yaratmır. Amansız rəftara təqsirkarın zərərçəkmiş şəxsə mütəmadi olaraq fiziki və ya mənəvi əzab verməsi, onu ac, susuz, paltarsız, tibbi yardımsız qoyması, qapalı məkanda saxlaması, fiziki işlərə, cinsi münasibətlərə məcbur etməsi, zərərçəkmiş şəxsin təqsirkar tərəfindən onun yaxın adamlarına əzab verildiyini dərk etməsi və s. aid edilə bilər. Göründüyü kimi, amansız rəftar həm hərəkət, həm də hərəkətsizlik ilə törədilə bilər. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiya ilə qorunan hüquqların əhatəsinə düşmək üçün amansız rəftar, qiymətləndirilməsi işin bütün hallarından asılı olmaqla, qəddarlığın minimal dərəcəsinə çatmalıdır ki, buraya davranışın davamlılığı, fiziki və psixoloji fəsadlar, bəzi hallarda zərərçəkmişin cinsiyyəti, yaşı və səhhəti (Verbint Rumıniyaya qarşı iş üzrə 2012-ci il 3 aprel tarixli Qərar), fiziki iztirablar, bədən xəsarətləri (X12rşı iş üzrə 2002-ci il 29 aprel tarixli Qərar), mənəvi iztirablar (Klimov Rusiyaya qarşı iş üzrə 2016-cı il 4 oktyabr tarixli Qərar), davranışın üsulu və növünü (Makşakov Rusiyaya qarşı iş üzrə 2016-cı il 24 may tarixli Qərar) aid etmək olar. Belə minimumun qiymətləndirilməsi nisbidir (Manzhos Rusiyaya qarşı iş üzrə 2016-cı il 24 may tarixli Qərar) və hər bir konkret halın araşdırılmasını tələb edir (Avci və digərləri Türkiyəyə qarşı iş üzrə 2006-cı il 27 iyun tarixli Qərar). Qeyd edilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “amansız rəftar” qiymətləndirmə tələb edən əlamət olduğundan, onu təşkil edə biləcək bütün ehtimal edilən halları əhatə etmək mümkün deyil. Bu baxımdan, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranıb-yaranmamasının müəyyən edilməsi üçün rəftarın “amansız” olub-olmaması konkret işin hallarından asılı olaraq müəyyən edilməlidir. Əməlin Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə tövsif edilməsi üçün zərərçəkmiş şəxs təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmalıdır. Sair asılılıq dedikdə, maddi və xidməti asılılıq istisna olmaqla, bütün digər asılılıqlar başa düşülür. Buraya təqsirkarla zərərçəkmiş arasında mövcud olan münasibətlərin xarakterindən asılı olaraq fiziki (məsələn, xəstə ilə ona qulluq edən şəxs arasında və s.), mənəvi (ailə üzvləri, məşqçi ilə idmançı, müəllim ilə şagird arasında və s.), sosial (qapalı sosial qrupların, kollektivlərin (sinif, hərbi hissə, dini sekta və s.) qeyri-formal liderlərindən olan asılılıq), psixoloji asılılıq (zərərçəkmişlə onun azadlığını məhdudlaşdıran şəxs arasında, rüsvayedici məlumata malik olan şəxsdən asılılıq və s.) və s. kimi asılılıq formalarını aid etmək olar. İctimai münasibətlərin müxtəlifliyi, yeni münasibət növlərinin yaranması (məsələn, virtual) şərh edilən maddədəki “sair cəhətdən asılılıq” anlayışının məzmununu genişləndirir. Bəzi hallarda asılılığın dərəcəsi yalnız zərərçəkmiş şəxsin həyat tərzinə, şəxsiyyətinə, işinə və ailəsinə təsiri baxımından müəyyən edilə bilər. Qeyd edilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu qəbildən olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona cəhd arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Göründüyü kimi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxslə Dilarə Orucova arasında uzun müddətli (təxminən 11 ildən atrıq) sevgi münasibətlərinin olması, Dilarə Əliyevanın başqa şəxslərlə də intim münasibətlərinin olması və Təqsirləndirilən şəxslə sevgi münasibətlərində olduğu üçün həmin halın onun tərəfindən öyrənilməməsi qorxusu, Təqsirləndirilən şəxs tərəfindən Dilarənin başqa şəxslərlə də intim münasibətlərində olmasının aşkara çıxarıldıqdan sonra aqressiya nümayiş etdirərək həmin şəxslərin axtarılmasına qərar veilməsi, axtarılması, onlar barədə, yəni iş yerləri, mobil nömrələrinin əldə etdilməsi, onlarla görüşərək Dilarə ilə görüşüb-görüşməmələri, hər hansı əlaqələrinin olub-olmamasının araşdırılması, Dilarə özünü öldürdükdən sonra emosiyanal halda onu axtarması, onun yaşadığı evə aqressiv şəkildə daxil olması bir daha onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxslə D.Orucova arasında mənəvi-psixoloji asılılıq yaranmış və nəticədə hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsin hərəkətləri ilə D.Orucovanın özünü öldürmə arasında səbəbli əlaqənin mövcudluğunu müəyyən edir. Bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində, dəqiq saatı istintaqla müəyyən edilməyən vaxtda, sərxoş vəziyyətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterinin RX1498093 seriya və nömrəli çıxarışına əsasən Zərərçəkmiş şəxs1 xüsusi mülkiyyətində olan, İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin qarşısına gələrək, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, evin mülkiyyətçisi Zərərçəkmiş şəxs1 və evdə yaşayanların iradəsi ziddinə əvvəlcə evin həyətinin örtülü vəziyyətdə olan qapısını açaraq həyətə, sonra isə fərdi yaşayış evinin qapısını açıb evin birinci mərtəbəsinə daxil olub, oradan evin mülkiyyətçisinin və evdə yaşayanların iradəsi ziddinə pilləkənlərlə evin ikinci mərtəbəsinə qalxaraq, evdə olan Zərərçəkmiş şəxs1, X23 və digərlərinin evi tərk etməsini tələb etmələrinə baxmayaraq, ona mane olmaq istəyənləri zor tətbiq edilməsi ilə hədələməklə evin otaqlarına daxil olub həmin otaqları gəzərək qəsdən Zərərçəkmiş şəxs1 mənzil toxunulmazlığı hüququnu pozması əməlinə hüquqi qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs mənzilə daxil olarkən və ondan bir müddət öncə sərxoş vəziyyətində olmasını, ümumiyyətlə heç bir hadisəni xatırlamadığını, həmin vaxt özündə olmadığını, lakin evə daxil olarkən heç kimə zor tətbiq etmədiyini, mənzildə hər hansı əşyanı sındırmadığını, evi dağıtmadığını bildirsə də, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs onun mənzilə daxil olmasının qarşısını alan şəxslərə zor tətbiq etmə və zor tətbiq etmə hədəsi ilə zorla otaqlara daxil olması və nəticədə bunun qarşısını alma məqsədi ilə DİN-nin 102 çağrı mərkəzinə zəng edilmiş, məhkəmə araşdırması zamanı da bu xüsusatlar həm iş materialları, həm də tərəf ifadələri ilə öz təsdiqini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 noyabr 2024-cü il tarixli Qərarına əsasən Konstitusiyada mənzil toxunulmazlığı, mülkiyyət (Konstitusiyanın 29-cu maddəsi) və mənzil (Konstitusiyanın 43-cü maddəsi) hüquqları kimi sosial-mədəni hüquqlardan fərqləndirilməklə əsas şəxsi hüquq və azadlıqlardan biri kimi təsbit olunmuşdur. Bu ondan irəli gəlir ki, mənzil toxunulmazlığı şəxsin mülkiyyət hüququndan daha çox şəxsi toxunulmazlıq hüququ ilə sıx bağlı olmaqla bu hüququn davamı kimi çıxış edir. Təsadüfi deyildir ki, yuxarıda qeyd edilən beynəlxalq aktlarda da mənzil toxunulmazlığı hüququ şəxsi və ailə həyatına, yazışma sirrinə hörmət hüquqları ilə eyni maddədə qoruma altına alınmışdır. Şəxsi toxunulmazlıq hüququ hüquqi dövlətin və demokratik cəmiyyət quruluşunun ən mühüm elementlərindən biri olmaqla, ilk növbədə, şəxsin azadlığının, şəxsi və ailə həyatının məxfiliyinin və təhlükəsizliyinin qorunmasını nəzərdə tutur. Qeyd edilməlidir ki, mənzil şəxsi həyatın yaşandığı bir yer olmaqla, insanın özünü dinc və təhlükəsiz hiss etdiyi əsas məkandır. Yaşadığı mənzil hər kəsin şəxsi həyatını istədiyi kimi təşkil etmək, həyatının özəl hesab etdiyi bu və ya digər məqamlarını başqalarından gizləmək, onların müdaxilələrindən qorumaq imkanına malik olduğu yerdir. Mənzil toxunulmazlığı da insanın şəxsi həyatının sərhədləri ilə bağlı olaraq öz yaşayış yerində təhlükəsiz və dinc şəkildə yaşamasını, üçüncü şəxslərin təsir və qeyri-qanuni müdaxilələrindən qorunmasını ehtiva edən konstitusion hüquqdur. Şəxsi həyata hörmət hüququ kifayət qədər qorunmadıqda cəmiyyətin özünü rahat və təhlükəsiz hiss etməsi mümkün olmadığı kimi, mənzil də hər cür özbaşına qəsd və müdaxilələrdən müdafiə edilmədikdə, burada şəxsi həyatın qorunmasından bəhs etmək mümkün deyil. Şəxsi və ailə həyatının toxunulmazlığının təmin olunmasında mənzil toxunulmazlığının əhəmiyyəti və rolu nəzərə alınmaqla bu hüquq Əsas Qanunda təsbit olunmuş və pozulmasına görə Cinayət Məcəlləsinin “İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər” adlı 21-ci fəslinin 157-ci maddəsində cinayət məsuliyyəti müəyyən edilmişdir. O da qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin göstərilən maddəsi ilə mühafizə altına alınan münasibətlər məhz şəxsin mənzilində təhlükəsiz, özünün müəyyən etdiyi kimi yaşaya bilməsi ilə bağlı ictimai münasibətlərdir (cinayət tərkibinin obyekti). Yəni bu cinayət əməli ilə konkret mənzilə deyil, insanın yaşadığı mənzildə şəxsi və ailə həyatının toxunulmazlığı ilə bağlı ictimai münasibətlərə qəsd edilmiş olunur. Əməl formal tərkibli olmaqla hər hansı maddi nəticələr yaratması tələb olunmur, şəxsin yaşadığı yerə onun iradəsi ziddinə daxil olma anından onun həmin mənzil daxilində şəxsi və ailə həyatının toxunulmazlığının pozulması baş vermiş olur. Bundan başqa məhkəmə Dilarə Orucova Təqsirləndirilən şəxs salondan uzaqlaşmamasından, ətrafda olan şəxslərin aralarında olan münasibətlərdən xəbər tutacaqlarından narahat olub tanışı Zərərçəkmiş şəxs2 zəng edərək onun gözəllik salonuna basqın etdiyini, gəlib onu salonun qarşısından aparmasını söyləmiş, Zərərçəkmiş şəxs2 Dilarə Orucovanın xahişi əsasında saat 13:26-da “Anais” gözəllik salonunun qarşısına gələrək onun salonun qarşısında dayanıb gözləməsini görüb ona yaxınlaşaraq salamlaşmış və salonda girib səs-küy salmasını irad bildirərək həmin yerdən uzaqlaşmasını tələb etmiş, həmin vaxt o, Zərərçəkmiş şəxs2 sözlərindən əsəbiləşərək sonuncunun ona irad tutmasını səbəb kimi bəhanə edib şəxsi münasibətlər zəminində başladığı aqressiv hərəkətlərini qərəzli formada davam etdirib xuliqanlıq həddinə çatdıraraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqça hörmətsizlik ifadə edən, yəni heç bir əsaslı səbəb olmadan və ətrafda çoxlu insanların olmasına əhəmiyyət verməyərək yüksək səslə nalayiq ifadələr işlədib Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərə yol verərək öz şəxsiyyətini cəmiyyətin fövqündə qoyub yumruq və təpiklə Zərərçəkmiş şəxs2 zərbələr endirərək sonuncuya sol gözün ağlı qişasının qansızması, sağ almacıq nahiyəsinin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməsi əməlinə hüquqi qiymət verərək qeyd edir ki, Zərərçəkmiş şəxs2 Dilarə Orucovanı öncədən tanıması, hətda müdafiə tərəfin qeyd etdiyi kimi aralarında isti münasibətlərinin olması təqsirləndirilən şəxsə qarşı ırəli sürülmüş CM-nin 221.2.2-ci maddəsinin tövsüfünə təsie etmir. Belə ki, X36 Orucovanı əvvəldən də tanıması onun vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirakını istisna etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.» Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarına əsasən ictimai qaydanın qorunması üzrə vəzifəsini yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıq hərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyətiolan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirakedən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyatakeçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər,qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanınqorunması halları başa düşülməlidir. Xuliqanlıq hərəkətlərinə son qoyulduqdan sonra hakimiyyət nümayəndəsinəonun həyatı və sağlamlığı üçün təhlükəli olmayan fiziki zorun tətbiq edilməsiilə müqavimət göstərmə (məsələn təqsirkarın tutulması ilə əlaqədar) xuliqanlıqcinayətinin tövsüfedici əlaməti kimi qiymətləndirilə bilməz və cinayətlərin məcmuyu qaydasında Cinayət Məcəlləsinin 221.1 və 315.1-ci maddəsi ilə tövsüfedilməlidir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 157.2 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi məhkəmə istintaqında araşdırılan sübutlarla öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 157.2 və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, işsizdir, himayəsində iki azyaşlı uşağı vardır, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayır, müsbət xarakterizə olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə qanunda nəzərdə tutulmuş az ciddi cəza növlərinin təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddələrdə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, əsaslı və ədalətli hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs CM-nin 62-ci və ya 70-ci maddələrinin tətbiq edilməsinə də münasibət bildirərək qeyd edir ki, onun törətdiyi əməllərin ictimai təhlükəliliyi hazırki vəziyyətdə sözügedən maddələrin tətbiqini istisna etməklə bunun üçün əsaslar da mövcud deyildir. Belə ki, istər müstəsna hallar, istərsə də təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasınının mümkünlüyü məsələsini müzakirə edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan – 04 mart 2025-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X16 müəyyən edilməli və qərarın surəti həmin Müəssisəyə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübutlar olmaqla İsmayıllı rayon prokurorluğunun “maddi sübutların saxlanılması” otağında saxlanılan, 05 mart 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilərkən götürülmüş 01 (bir) ədəd kəndir hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, İsmayıllı rayon prokurorluğunun “maddi sübutların saxlanılması” otağında saxlanılan 01 (bir) ədəd “REDMİ” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X13 qaytarılmalı, latın qrafikalı əlifba ilə yazılmış 01 vərəqədən ibarət əlyazma cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 565 (beş yüz altmış beş) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125, 157.2 və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinə əsasən 5(beş) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.2-ci maddəsinə əsasən 8(səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 6(altı) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan – 04 mart 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X16 müəyyən edilsin və qərarın surəti həmin Müəssisəyə göndərilsin. Cinayət işi üzrə maddi sübut olmaqla İsmayıllı rayon prokurorluğunun “maddi sübutların saxlanılması” otağında saxlanılan, 05 mart 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilərkən götürülmüş 01 (bir) ədəd kəndir hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olmaqla İsmayıllı rayon prokurorluğunun “maddi sübutların saxlanılması” otağında saxlanılan 01 (bir) ədəd “REDMİ” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin hüquqi varisi X13 qaytarılsın. Cinayət işi üzrə maddi sübut olan latın qrafikalı əlifba ilə yazılmış 01 vərəqədən ibarət əlyazma cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 565 (beş yüz altmış beş) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-2/2025
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-2/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver