Məhkəmə qərarları › İş №1(037)-20/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-20/2021

16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-20/2021 16.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçilər Abbasov Nəvaid Noruz oğlu və İsmayılov İslam Abduləziz oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 iştirakı ilə 16 mart 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 25 iyul 1996-cı il tarixdə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, işsiz, İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 21 avqust 1992-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, işsiz, İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində İsmayıllı rayonu Qəzli kəndi yaxınlığındakı otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus çəkisi 200 kiloqram olmaqla dəyəri 1300 manat təşkil edən, çəkisi 180 kiloqram olmaqla dəyəri 1100 manat təşkil edən və çəkisi 220 kiloqram olmaqla dəyəri 1500 manat təşkil edən cəmi üç baş dişi inəyi qəsdən gizli olaraq oğurlayıb talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 3900 (üç min doqquz yüz) manat dəyərində maddi ziyan vurmuşlar. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində İsmayıllı rayonu Quşencə kəndi yaxınlığındakı otlaq sahəsindən Zərərçəkmiş şəxs3 məxsus çəkisi 150 kiloqram olmaqla dəyəri 900 manat təşkil edən bir baş erkək dananı qəsdən gizli olaraq oğurlayıb talamaqla Zərərçəkmiş şəxs3 900 (doqquz yüz) manat dəyərində maddi ziyan vurmuşlar. Bundan əlavə, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində İsmayıllı rayonu Qəzli kəndi yaxınlığındakı otlaq sahəsindən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 Əlləddin oğluna məxsus çəkisi 90 kiloqram olmaqla dəyəri 450 manat təşkil edən bir baş dişi inəyi, habelə Zərərçəkmiş şəxs1 məxsus çəkisi 90 kiloqram olmaqla dəyəri 500 manat təşkil edən bir baş və 80 kiloqram olmaqla dəyəri 450 manat təşkil edən bir baş erkək danaları qəsdən gizli olaraq oğurlayıb talamaqla Zərərçəkmiş şəxs4 450 (dörd yüz əlli) manat, Zərərçəkmiş şəxs1 isə ümumilikdə 950 (doqquz yüz əlli) manat dəyərində maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxx 2020-ci il tarixdə saat 10:00 radələrində İsmayıllı rayonu Qəzli kəndi yaxınlığındakı otlaq sahəsindən Zərərçəkmiş şəxs2 məxsus çəkisi 200 kiloqram olmaqla dəyəri 1300 manat təşkil edən, çəkisi 180 kiloqram olmaqla dəyəri 1100 manat təşkil edən və çəkisi 220 kiloqram olmaqla dəyəri 1500 manat təşkil edən cəmi üç baş dişi inəyi qəsdən gizli olaraq oğurlayıb talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 3900 (üç min doqquz yüz) manat dəyərində maddi ziyan vurmuşlar. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində İsmayıllı rayonu Quşencə kəndi yaxınlığındakı otlaq sahəsindən Zərərçəkmiş şəxs3 məxsus çəkisi 150 kiloqram olmaqla dəyəri 900 manat təşkil edən bir baş erkək dananı qəsdən gizli olaraq oğurlayıb talamaqla Zərərçəkmiş şəxs3 900 (doqquz yüz) manat dəyərində maddi ziyan vurmuşlar. Bundan əlavə, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində İsmayıllı rayonu Qəzli kəndi yaxınlığındakı otlaq sahəsindən vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 Əlləddin oğluna məxsus çəkisi 90 kiloqram olmaqla dəyəri 450 manat təşkil edən bir baş dişi inəyi, habelə Zərərçəkmiş şəxs1 məxsus çəkisi 90 kiloqram olmaqla dəyəri 500 manat təşkil edən bir baş və 80 kiloqram olmaqla dəyəri 450 manat təşkil edən bir baş erkək danaları qəsdən gizli olaraq oğurlayıb talamaqla Zərərçəkmiş şəxs4 450 (dörd yüz əlli) manat, Zərərçəkmiş şəxs1 isə ümumilikdə 950 (doqquz yüz əlli) manat dəyərində maddi ziyan vurmuşlar. Təqsirləndirilən şəxs2 elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə İsmayıllı şəhərində görüşmüşdür. Söhbət zamanı İsrəfilə maddi vəziyyətinin pis olduğunu deyərək rayon ərazisindən mal-qara oğurlayıb satmaqla pul qazana biləcəklərini demişdir. O, İsrəfillə birlikdə yaşadıqları İsmayıllı rayonu Quşencə kəndi və ya yaxınlıqda yerləşən kəndlərin otlaq sahələrindən oğurluq etmək qərarına gəlmişlər. Həmin gün İsrəfilin VAZ 2107 markalı avtomobilində Quşencə kəndi istiqamətində yollanmışlar. Kəndə çatmamış yolun sağ kənarındakı İsmayıllı rayonu Qəzli kəndinin inzibati ərazisinə daxil olan otlaq sahəsində üç baş dişi inəyin otladığını görmüşlər. İsrəfil avtomobili yolun kənarında saxlamış və onlar həmin heyvanlara yaxınlaşmışlar. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra onlar həmin üç inəyi yaşadıqları kənd istiqamətində aparmışlar. Magistral yolun Quşencə kəndinə dönən hissədə yerləşən fermanın qarşısında dayanaraq fermada işləyən əvvəlcədən tanıdıqları Münasib adlı şəxsi səslənmişlər. Münasib fermanın qarşısına çıxmışdır. Onlar Münasibdən heyvanların bir neçə saat fermada qalmasını xahiş etmişlər. Münasib onlardan inəklərin kimə məxsus olduğunu soruşmuş, onlar isə Münasibi aldadaraq inəkləri aldıqlarını demişlər. Münasib onlara inanaraq inəkləri bir neçə saat ərzində fermada saxlayacağını bildirmişdir. Onlar inəkləri Münasibə təhvil verərək avtomobili saxladıqları yerə getmişlər. Oradan İsmayıllı şəhərinə gələrək inəklərə müştəri axtarmağa başlamışlar. İsrəfilə Kamil adlı tanışının yük avtomobilinin olduğunu deyərək avtomobili Kamilin evinə sürməyi xahiş etmişdir. Kamilin yaşadığı evə çatmış və evin qapısını döydükdə Kamil özü qapıya gəlmişdir. Kamilə üç baş inəyi Bərdə rayonuna satmaq üçün aparmaq istədiklərini demişlər. Kamil inəklərin oğurluq olub-olmadıqlarını soruşduqda onlar inəklərin özlərinə məxsus olduğunu və Quşencə kəndinə dönən yoldakı fermada saxladıqlarını demişlər. Kamil Bərdə rayonuna 120 manata gedəcəyini demiş və onlar razılaşmışlar. Kamil avtomobilini götürərək fermaya gələcəyini demişdir. Onlar da fermaya qayıtmaq üçün yola düşmüşlər. Yolda Əfsanə adlı tanışına zəng edərək satlıq inəklərinin olduğunu deyərək kimə sata biləcəyini soruşmuşdur. Əfsanə ona Elşən adlı tanışının mobil nömrəsinin verərək onun mal-qara alveri ilə məşğul olduğunu və inəkləri həmin adama sata biləcəyini demişdir. Elşənə zəng edərək üç inəyini satmaq istədiyini demişdir. Elşən inəklərin oğurluq olub-olmadığını soruşmuş, o, inəklərin özünə məxsus olduğunu demişdir. Elşən inəklərə baxdıqdan sonra qiymətləşəcəyini və inəkləri onun yaşadığı ünvana gətirməli olduğunu demişdir. Onlar fermaya çatmış, az sonra Kamil də fermaya gəlmişdir. İnəkəri Kamilin avtomobilin yük yerinə yerləşdirmişlər. O, Kamilə Bərdəyə getməyəcəklərini, İsmayıllı şəhərində müştəri tapdığını və inəkləri İsmayıllı şəhəri ərazisində Elşən adlı şəxsin həyətinə aparacağını demişdir. Kamil inəkləri Elşənin həyətinə aparmışdır. Elşən inəklərə görə ona 1500 manat pul verəcəyini demişdir. Əvvəl razılaşmasa da sonradan Elşənlə razılaşmışdır. Elşən ona 1500 manat pul vermiş, o, həmin puldan 20 manatı Kamilə vermişdir. Qalan 1480 manatı isə İsrəfillə aralarında bərabər bölmüşlər. Pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində İsrəfillə birlikdə yenə də heyvan oğurlayaraq satmaq qərarına gəlmişdir. Bu məqsədlə yaşadığı evdən kəndir götürmüş və İsrəfil ilə birlikdə İsmayıllı şəhəri istiqamətində piyada yola düşmüşlər. Kəndin örüş sahəsində bir baş erkək dana görmüşlər. Dananı ağaclıq və kolluq əraziyə apararaq kəndirlə ağaca bağlamışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində İsrəfil ilə birlikdə dananı bağladıqları yerə gedərək heyvana baxmışlar. Heyvanın ölmədiyini görmüşlər. Sürücü Kamilə zəng edərək bir baş erkək dana aldığını və satmaq istədiyini bildirmişdir. O Kamili şübhələndirməmək üçün Kamildən heyvanı bağladıqları yerin yaxınlığına gəlməsini xahiş etmişdir. Bir müddətdən sonra Kamil onun dediyi yerə gəlmişdir. İsrəfil ilə birlikdə dananı Kamilin avtomobilinin yanına aparıb dananı avtomobilin yük yerinə qaldırmışlar. Kamil onların kolluq və ağaclıq yerdə heyvanı bağladıqlarını görməmişdir. Dananı Elşənə satacaqlarını demiş və Kamil avtomobili Elşənin evi istiqamətində sürmüşdür. Yolda Elşənlə əlaqə saxlamış və bir baş erkək danasını satmaq istədiyini demişdir. Elşən dananı evinə gətirməyini xahiş etmişdir. Onlar dananı Elşənin həyətinə aparmış və Elşən danaya görə ona 350 manat verəcəyini demişdir. O, razılaşaraq Elşəndən 350 manat pulu almışdır. Həmin vaxt Elşən Kamildən inəyi Şamaxı rayonuna aparmağı xahiş etmişdir. Elşənin xahişi ilə o, aldığı pulun 70 manatını yol kirəsi olaraq Kamilə vermişdir. Qalan 280 manatı isə İsrəfillə aralarında bərabər bölüşdürmüşlər. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə saat 09:00 radələrində İsrəfillə görüşmüş və yenə də heyvan oğurlayıb sataraq pul qazanmaq qərarına gəlmişlər. Bu məqsədlə İsmayıllı rayonu Qəzli kəndi istiqamətində yollanmışlar. Kəndin ərazisindəki qəbiristanlığın yanında iki baş erkək dana və bir baş dişi inək görmüşlər. Heyvanları hasarla əhatələnmiş qəbiristanlığın içərisinə salmışlar. Sonra o, tanışı Əfsanəyə zəng edərək üç baş heyvanını satmaq istədiyini demişdir. Əfsanə ona müştəri tapacağını demişdir. Bir neçə dəqiqə sonra özünü Fariz kimi təqdim edən şəxs ona zəng edərək heyvanların oğurluq olub-olmadıqlarını soruşmuşdur. O, heyvanların ona məxsus olduğunu demişdir. Bundan sonra Fariz Fərhad adlı şəxsin həmin yerə gələrək heyvanları götürəcəyini demişdir. İki saatdan sonra Fərhad ona zəng edərək İsmayıllı şəhərinin Kəpənək dairəsi adlanan ərazisində olduğunu deyərək onu qarşılamağını xahiş etmişdir. İsrəfillə birlikdə Kəpənək adlanan yerə getmiş və onlar Fərhadın avtomobilinə əyləşib heyvanları saldıqları qəbiristanlığa qayıtmışlar. Fərhad heyvanların nəyə görə qəbiristanlıqda olduğunu soruşmuş, onlar Fərhada heyvanları otarmaq üçün ora gətirdiklərini demişlər. Onlar üç baş inəyi Fərhadın avtomobilinin yük hissəsinə yerləşdirmiş və Şamaxı rayonuna yola düşmüşlər. Bir saatdan sonra onlar Farizin Şamaxı şəhərində yerləşən evinə çatmışlar. Fariz heyvanlara baxmış və onlara cəmi 1400 manat pul verə biləcəyini demişdir. Onlar etiraz etməmişlər. Fariz pulun 750 manatını vermiş, qalan hissəsini isə sonra verə biləcəyini bildirmişdir. O 750 manat məbləğində pulu Farizdən alaraq aralarında bölüşdürmüşlər. Bundan sonra Fərhadın avtomobili ilə İsmayıllı rayonuna qayıtmışlar. Əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan onların əməllərinin üstü açılmış, barələrindəki cinayət işinin istintaqı zamanı zərərçəkmiş şəxslərə vurduqları ziyanı onun atası tam olaraq ödəmişdir. Zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətləri yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. O, İİ Qarabağ savaşında N sentyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində səfərbərlik üzrə həqiqi hərbi xidmət keçmişdir. Anası İİ qrup əlil olmaqla hazırda xəstədir. Qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. İsrəfil Alızadə elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə həmkəndlisi Rasim Alızadə ilə birlikdə İsmayıllı şəhərində görüşmüşdür. Söhbət zamanı Rasim ona maddi vəziyyətinin pis olduğunu deyərək rayon ərazisindən mal-qara oğurlayıb satmaqla pul qazana biləcəklərini demişdir. Rasimin dediyi barədə düşünmüş və özünün də pula ehtiyacı olduğundan birlikdə oğurluq etməyə qərar vermişdir. Rasimlə birlikdə yaşadıqları İsmayıllı rayonu Quşencə kəndi və ya yaxınlıqda yerləşən kəndlərin otlaq sahələrindən oğurluq etmək barədə aralarında razılığa gəlmişlər. Elə həmin gün onun VAZ 2107 markalı avtomobilində Quşencə kəndi istiqamətində yollanmışlar. Kəndə çatmamış yolun sağ kənarındakı İsmayıllı rayonu Qəzli kəndinin inzibati ərazisinə daxil olan otlaq sahəsində üç baş dişi inəyin otladığını görmüşlər. O, avtomobili yolun kənarında saxlamış və birlikdə həmin heyvanlara yaxınlaşmışlar. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra onlar həmin üç inəyi yaşadıqları kənd istiqamətində aparmışlar. Magistral yolun Quşencə kəndinə dönən hissədə yerləşən fermanın qarşısında dayanaraq fermada işləyən əvvəlcədən tanıdıqları Münasib adlı şəxsi səslənmişlər. Münasib fermanın qarşısına çıxmışdır. Onlar Münasibdən heyvanların bir neçə saat fermada qalmasını xahiş etmişlər. Münasib onlardan inəklərin kimə məxsus olduğunu soruşmuş, onlar isə Münasibi aldadaraq inəkləri aldıqlarını demişlər. Münasib onlara inanaraq inəkləri bir neçə saat ərzində fermada saxlayacağını bildirmişdir. Onlar inəkləri Münasibə təhvil verərək avtomobili saxladıqları yerə getmişlər. Oradan İsmayıllı şəhərinə gələrək inəklərə müştəri axtarmağa başlamışlar. Rasim ona Kamil adlı tanışının yük avtomobilinin olduğunu deyərək avtomobili Kamilin evinə sürməyi xahiş etmişdir. Kamilin yaşadığı evə çatmışlar və evin qapısını döydükdə Kamil özü qapıya gəlmişdir. Rasimin planına əsasən Kamilə üç baş inəyi Bərdə rayonuna satmaq üçün aparmaq istədiklərini demişlər. Kamil inəklərin oğurluq olub-olmadıqlarını soruşduqda onlar inəklərin özlərinə məxsus olduğunu və Quşencə kəndinə dönən yoldakı fermada saxladıqlarını demişlər. Kamil Bərdə rayonuna 120 manata gedəcəyini demiş və onlar razılaşmışlar. Kamil avtomobilini götürərək fermaya gələcəyini demişdir. Onlar da fermaya qayıtmaq üçün yola düşmüşlər. Yolda Rasim Əfsanə adlı tanışına zəng edərək satlıq inəklərinin olduğunu deyərək kimə sata biləcəyini soruşmuşdur. Əfsanə Rasimə Elşən adlı tanışının mobil nömrəsinin verərək onun mal-qara alveri ilə məşğul olduğunu və inəkləri həmin adama sata biləcəyini demişdir. Rasim Elşənə zəng edərək üç inəyini satmaq istədiyini demişdir. Elşən inəklərin oğurluq olub-olmadığını soruşduqda Rasim inəklərin özünə məxsus olduğunu demişdir. Elşən inəklərə baxdıqdan sonra qiymətləşəcəyini və inəkləri onun yaşadığı ünvana gətirməli olduğunu demişdir. Onlar fermaya çatmış, az sonra Kamil də fermaya gəlmişdir. İnəkəri Kamilin avtomobilin yük hissəsinə yerləşdirmişlər. Bu zaman Rasim Kamilə Bərdəyə getməyəcəklərini, İsmayıllı şəhərində müştəri tapdığını və inəkləri İsmayıllı şəhəri ərazisində Elşən adlı şəxsin həyətinə aparacağını demişdir. Kamil inəkləri Elşənin həyətinə aparmış, onlar da onun avtomobilində Elşənin qapısına getmişlər. Elşən inəklərə görə Rasimə 1500 manat pul verəcəyini demişdir. Rasim əvvəl razılaşmasa da sonradan Elşənlə razılaşmışdır. Elşən Rasimə 1500 manat pul vermiş, o, həmin puldan 20 manatı Kamilə vermişdir. Qalan 1480 manatı isə onunla aralarında bərabər bölmüşdür. Pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra xx xxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində Rasimlə görüşmüş və birlikdə yenə də heyvan oğurlayaraq satmaq qərarına gəlmişlər. Rasim yaşadığı evdən kəndir götürmüş və onlar birlikdə İsmayıllı şəhəri istiqamətində piyada yola düşmüşlər. Kəndin örüş sahəsində bir baş erkək dana görmüşlər. Dananı ağaclıq və kolluq əraziyə apararaq kəndirlə ağaca bağlamışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində birlikdə dananı bağladıqları yerə gedərək heyvana baxmışlar. Rasim heyvanın ölmədiyini görərək Kamilə zəng etmiş və bir baş erkək dana aldığını və satmaq istədiyini bildirmişdir. Rasim Kamili şübhələndirməmək üçün Kamildən heyvanı bağladıqları yerin yaxınlığına gəlməsini xahiş etmişdir. Bir müddətdən sonra Kamil Rasimin dediyi yerə gəlmişdir. Onlar birlikdə dananı Kamilin avtomobilinin yanına aparmış və dananı avtomobilin yük yerinə qaldırmışlar. Kamil onların kolluq və ağaclıq yerdə heyvanı bağladıqlarını görməmişdir. Rasim dananı Elşənə satacaqlarını demiş və Kamil avtomobili Elşənin evi istiqamətində sürmüşdür. Yolda Rasim Elşənlə əlaqə saxlamış və bir baş erkək danasını satmaq istədiyini demişdir. Elşən dananı evinə gətirməyini xahiş etmişdir. Onlar dananı Elşənin həyətinə aparmış və Elşən danaya görə Rasimə 350 manat verəcəyini demişdir. Rasim razılaşaraq Elşəndən 350 manat pulu almışdır. Həmin vaxt Elşən Kamildən inəyi Şamaxı rayonuna aparmağı xahiş etmişdir. Elşənin xahişi ilə Rasim aldığı pulun 70 manatını yol kirəsi olaraq Kamilə vermişdir. Qalan 280 manatı isə Rasimlə aralarında bərabər bölüşdürmüşlər. Bundan sonra xx xxxxxx 2020ci il tarixdə saat 09:00 radələrində Rasimlə görüşmüş və yenə də heyvan oğurlayıb sataraq pul qazanmaq qərarına gəlmişlər. Bu məqsədlə İsmayıllı rayonu Qəzli kəndi istiqamətində yollanmışlar. Kəndin ərazisindəki qəbiristanlığın yanında iki baş erkək dana və bir baş dişi inək görmüşlər. Heyvanları hasarla əhatələnmiş qəbiristanlığın içərisinə salmışlar. Rasim tanışı Əfsanəyə zəng edərək üç baş heyvanını satmaq istədiyini demişdir. Əfsanə ona müştəri tapacağını demişdir. Bir neçə dəqiqə sonra özünü Fariz kimi təqdim edən şəxs Rasimə zəng edərək heyvanların oğurluq olub-olmadığını soruşmuşdur.Rasim heyvanların özünə məxsus olduğunu demişdir. Bundan sonra Fariz Fərhad adlı şəxsin həmin yerə gələrək heyvanları götürəcəyini demişdir. İki saatdan sonra Fərhad Rasimə zəng edərək İsmayıllı şəhərinin Kəpənək dairəsi adlanan ərazisində olduğunu deyərək onu qarşılamağını xahiş etmişdir. Onlar birlikdə Kəpənək adlanan yerə getmiş və Fərhadın avtomobilinə əyləşib heyvanları saldıqları qəbiristanlığa qayıtmışlar. Fərhad heyvanların nəyə görə qəbiristanlıqda olduğunu soruşmuş, onlar Fərhada heyvanları otarmaq üçün ora gətirdiklərini demişlər. Onlar üç baş inəyi Fərhadın avtomobilinin yük hissəsinə yerləşdirmiş və Şamaxı rayonuna yola düşmüşlər. Bir saatdan sonra onlar Farizin Şamaxı şəhərində yerləşən evinə çatmışlar. Fariz heyvanlara baxmış və onlara cəmi 1400 manat pul verə biləcəyini demişdir. Onlar etiraz etməmişlər. Fariz pulun 750 manatını vermiş, qalan hissəsini isə sonra verə biləcəyini bildirmişdir. Rasim 750 manat məbləğində pulu Farizdən alaraq aralarında bölüşdürmüşdür. Bundan sonra Fərhadın avtomobili ilə İsmayıllı rayonuna qayıtmışlar. Əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonradan onların əməllərinin üstü açılmışdır. Barələrindəki cinayət işinin istintaqı zamanı Rasimin valideyini zərərçəkmiş şəxslərə vurduqları ziyanı tam olaraq ödəmişdir. Onun maddi imkanı olmadığından dəymiş ziyanın ödənilməsində Rasimə köməklik edə bilməmişdir. Bununla belə zərərçəkmiş şəxslərin ona qarşı tələb və şikayətləri yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməli törətmələri onların etirafı ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə hər gün olduğu kimi saat 08:00 radələrində fərdi təsərrüfatında olan beş baş inəklərini yaşadığı kəndin örüş sahəsinə ötürmüşdür. Saat 14:00 radələrində iki baş inəyi geri qayıtmış, üç başı isə qayıtmamışdır. İtən inəkləri çəkisi 200 kiloqram olmaqla dəyəri 1300 manat, çəkisi 220 kiloqram olmaqla dəyəri 1500 manat, çəkisi 180 kiloqram olmaqla dəyəri 1100 manat təşkil edən üç baş inək olmuşdur. İnəkləri tapmaq üçün örüş sahəsinə getmiş, xeyli gəzib dolansa da inəklərini tapa bilməmişdir. Qonşu kəndlərin örüş sahələrinə və digər yerlərə gedərək heyvanlarını tapmağa çalışmış, lakin heyvanları tapa bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə İsmayıllı rayon Polis şöbəsinə müraciət edərək inəklərinin itdiyi barədə məlunmat vermişdir. Heyvanlarının oğurlanması nəticəsində ona ümumilikdə 3900 (üç min doqquz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Aparılan araşdırılma zamanı heyvanların Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanaraq satıldığı məlum olmuşdur. Təqsirləndirilən şəxs2 atası ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə hər gün olduğu kimi saat 08:00 radələrində fərdi təsərrüfatında olan yeddi baş heyvanı kəndin örüş sahəsinə ötürmüşdür. Saat 18:00 radələrində altı baş heyvanı geri qayıtmış, lakin bir baş erkək danası geri qayıtmamışdır. Dananın çəkisi 150 kiloqram olmaqla dəyəri 900 manat təşkil etmişdir. Heyvanını tapmaq üçün örüş sahəsinə getmiş, tapa bilməmişdir. Buna görə də qonşu kəndlərin örüş sahələrinə və digər yerlərə gedərək dananı tapmağa çalışmış, lakin dananı tapa bilməmişdir. Bir neçə gün gözləməyə qərar vermiş və kiminsə onun heyvanını taparaq ona məlumat verəcəyini güman etmişdir. Belə bir məlumat olmadığından xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə İsmayıllı rayon Polis şöbəsinə müraciət etmişdir. Danasının oğurlanması nəticəsində ona ümumilikdə 900 (doqquz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Aparılan araşdırılma zamanı danasının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanaraq satıldığı məlum olmuşdur. Təqsirləndirilən şəxs2 atası ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə hər gün olduğu kimi saat 08:00 radələrində bir baş inəyini yaşadığı kəndin otlaq sahəsinə ötürmüşdür. Həmin gün inəyi geri qayıtmamışdır. İnəyin çəkisi 90 kiloqram olmaqla dəyəri 900 manat təşkil etmişdir. Heyvanını tapmaq üçün örüş sahəsinə getmiş, tapa bilməmişdir. Buna görə də qonşu kəndlərin örüş sahələrinə və digər yerlərə gedərək dananı tapmağa çalışmış, lakin dananı tapa bilməmişdir. İnəyinin qayıdacağını günam edərək bir gün gözləmiş, heyvan isə qayıtmadığından ertəsi gün ərizə ilə İsmayıllı rayon Polis şöbəsinə müraciət etmişdir. İnəyinin oğurlanması nəticəsində ona ümumilikdə 900 (doqquz yüz) manat məbləğində maddi ziyan dəymişdir. Aparılan araşdırılma zamanı danasının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanaraq satıldığı məlum olmuşdur. Təqsirləndirilən şəxs2 atası ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə hər gün olduğu kimi saat 08:00 radələrində iki baş erkək danasını yaşadığı kəndin otlaq sahəsinə aparmışdır. Həmin gün heyvanları örüşdən geri qayıtmamışdır. Danalar çəkisi 90 kiloqram olmaqa dəyəri 900 manat təşkil edən və çəkisi 80 kiloqram olmaqla dəyəri 800 manat təşkil edən iki baş olmiuşdur. Danalarını tapmaq üçün örüş sahəsinə getmiş, lakin onları orada tapa bilməmişdir. Heyvanların azdığını düşünmüş və buna görə də qonşu kəndlərin örüş sahələrinə və digər yerlərə gedərək heyvanları axtarmış, lakin danalarını tapa bilməmişdir. Kiminsə heyvanlarımı taparaq ona xəbər verəcəyini ehtimal edərək növbəti günə kimi gözləməyə qərar vermişdir. Belə bir məlumat olmadığından xx xxxxxxxx 2020-ci il tarixdə ərizə ilə İsmayıllı rayon Polis Şöbəsinə müraciət etmişdir. Aparılan araşdırılma zamanı danasının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanaraq satıldığı məlum olmuşdur. Təqsirləndirilən şəxs2 atası ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid Şahid2 ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında İsmayıllı rayonundan olan Mirkazım adlı tanışı ona zəng edərək bir nəfər tanıdığı şəxsin iki baş erkək dana və bir baş inək satmaq istədiyini bildirmişdir. O, heyvanların oğurluq olub-olmadığını soruşduqda Mirkazım heyvanların oğurluq olmadığını demişdir. Mirkazım heyvanları satan şəxsin Rasim olduğunu deyərək onun mobil telefon nömrəsini demiş və Rasimlə əlaqə saxlamağını bildirmişdir. Rasimə zəng etmiş və heyvanlar haqqında məlumat verməsini xahiş etmişdir. Rasim heyvanların özünə məxsus olduğunu və pula ehtiyacə olduğuna görə satmaq istədiyini demişdir. Rasimə Fərhad adlı bir nəfər yük avtomobili olan şəxsin malları götürmək üçün gələcəyini demişdir. O, tanışı Fərhada zəng etmiş, ona Rasimin mobil nömrəsini verərək onun satdığı üç baş heyvanı Şamaxıdakı evinə gətirməsini xahiş etmişdir. Təxminən bir saat sonra Fərhad heyvanları götürdüyünü və Şamaxıya gəldiklərini demişdir. Bir müddətdən sonra Fərhad yaşadığı evin qarşısına gəlmişdir. Fərhadla birlikdə avtomobildə Rasim və İsrəfil də olmuşdur. Heyvanlara baxdıqdan sonra Rasimdən təkrar heyvanların oğurluq olub-olmadığını soruşmuşdur. Rasim heyvanların özünə məxsus olduğunu demişdir. Rasimə heyvanlara görə cəmi 1500 manat pul verəcəyini, pulun 750 manatını həmin vaxt, 750 manatını isə bir neçə gün sonra verəcəyini demişdir. Rasim etiraz etməmiş və 750 manat pulu Rasimə vermişdir. Pulu aldıqdan sonra onlar getmişlər. Şahid Şahid1 ifadə verərək göstərdi ki, x xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Rasim adlı şəxs ona zəng edərək üç baş inəyini satmaq istədiyini bildirmişdir. İnəklərin oğurluq olub-olmadığı barədə Rasimdən soruşmuş, bu zaman Rasim inəklərin özünə məxsus olduğunu demişdir. Rasimdən inəkləri yaşadığı evə gətirməsini xahiş etmişdir. Günorta saatlarında Rasim İsrəfil adlı bir nəfər ilə onun yaşadığı evin qarşısına gəlmişlər. Az bir müddət sonra Kamil adlı şəxsin idarə etdiyi yük avtomobili də ora gəlmişdir. Rasim İsrəfillə birlikdə heyvanları avtomobilin yük yerindən düşürtmüşlər. Heyvanlara baxmış və Rasimə cəmi 1500 manat məbləğində pul verəcəyini demişdir. Rasim razılaşmış və pulu Rasimə vermişdir. Bundan sonra onlar getmişlər. Növbəti gün aldığı inəkləri Bakı şəhərindən gəlmiş tanımadığı mal-qara alverçisinə satmışdır. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Rasim ona zəng edərək bir baş erkək danasını satmaq istədiyini demişdir. O dananı yaşadığı evə gətirməsini xahiş etmişdir. Az sonra Rasim İsrəfilin avtomobilində birlikdə yaşadığı evin qapısına gəlmiş, onların arxasınca da Kamil yük avtomobili ilə gəlmişdir. Heyvana baxaraq Rasimə və İsrəfilə 350 manat verə biləcəyini demişdir. Rasim və İsrəfil razılaşmış və Rasimə 350 manat pul vermişdir. Kamildən həmin erkək dananı Şamaxı rayonuna aparmağı xahiş etmişdir. Buna görə Kamil 50 manat pul istəmiş, üzərində pulu qalmadığı üçün Rasimə onun yerinə pul verməyi xahiş etmişdir. Rasim onun əvəzinə 50 manat, öz yerinə isə 20 manat pulu Kamilə vermişdir. Kamilin yanında oğlu Toğrul da Şamaxı rayonuna getmişdir. Axşam saatlarında oğlu və Kamil Şamaxı rayonuna çatmış və oğlu həmin erkək dananı Şamaxı rayonunda tanımadığı şəxsə 550 manata satmışdır. Şаhid qismində dindirilmiş Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid Şahid4 ifadə verərək göstərdi ki, özünə məxsus Ford markalı avtomobili ilə yük daşımaqla məşğul olur. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında tanışı Fariz ona zəng edərək aldığı üç baş iribuynuzlu heyvanı İsmayıllı rayonundan yaşadığı Şamaxı şəhərinə gətirməyini xahiş etmişdir. O Rasim adlı şəxsin nömrəsini vermişdir. Rasimə zəng edərək ona İsmayıllı şəhərinin Kəpənək dairəsi adlanan yerində onu qarşılamalarını xahiş etmişdir. Təxminən 30 dəqiqə sonra onlar Kəpənək dairəsində görüşmüşlər. Rasimin yanında İsrəfil adlı şəxs də olmuşdur. Onlar birlikdə Rasimin dediyi yerə, İsmayıllı rayonunun Qəzli kəndinın yaxınlığındakı qəbiristanlığa getmişlər. Orada iki baş erkək dana və bir baş inək olmuşdur. Rasim və İsrəfildən heyvanları qəbiristanlıqda saxladıqlarının səbəbini soruşmuş, onlar heyvanları satmağa aparacaqları üçün onları qəbiristanlıqda saxladıqlarını bildirmişlər. Bundan sonra Rasimlə İsrəfil heyvanları avtomobilin yük yerinə yerləşdirmişlər. Onlar birlikdə Şamaxı şəhərinə getmiş və günorta saatlarında Farizin evinə çatmışlar. Rasim və İsrəfil heyvanları avtomobilin yük yerindən düşürmüşlər. Fariz ona 60 manat yol pulu vermişdir. Daha sonra onlar İsmayıllı rayonuna qayıtmışlar. Şahid Şahid3 ifadə verərək göstərdi ki, özünə məxsus QAZ 33021 yük markalı avtomobil ilə yük daşımaqla məşğul olur. x xxxxxx 2020-ci il tarixdə saat 12:00 radələrində yaşadığı evinin qapısının döyüldüyünün eşitmiş və küçəyə çıxmışdır. Qapının qarşısında tanışı Rasim və onunla birlikdə gəlmiş İsrəfil adlı şəxsin olduğunu görmüşdür. Rasim və İsrəfil ondan üç baş inəyin satmaq üçün Bərdə rayonuna aparmağı xahiş etmişlər. Onlardan heyvanların oğurluq olub-olmadığını soruşduqda Rasim heyvanların özlərinə məxsus olduğunu demişdir. Razılaşdıqları kimi İsrəfilin idarə etdiyi avtomobilin arxası ilə getmiş və İsmayıllı rayonu Quşencə kəndindəki yolun kənarında yerləşən fermaya çatmışlar. Fermanın qarşısında avtomobili saxlamış və Rasimlə Fərhad üç baş inəyi avtomobilinin yük yerinə yerləşdirmişlər. Heyvanları avtomobilə yüklədikdən sonra Rasim ona heyvanları Bərdə rayonuna deyil, İsmayıllı şəhərinə Elşən adlı şəxsin evinə aparacağını demişdir. Rasim İsrəfilin idarə etdiyi avtomobilə əyləşmiş və o avtomobili İsrəfilin avtomobilinin arxası ilə idarə etmişdir. 15 dəqiqədən sonra onlar Elşənin evinin qarşısına çatmışlar. Elşən heyvanlara baxdıqdan sonra Rasim və İsrəfil heyvanları avtomobilin yük yerindən düşürtmüşlər. Onların Elşənlə nə danışdıqlarını bilməmişdr. Rasim zəhmət haqqı kimi ona 20 manat vermişdir. xx xxxxxx 2020-ci il tarixdə günorta saatlarında Rasim ona zəng edərək özünə məxsus bir baş erkək danansını satmaq istədiyini və heyvanı Elşəngilə aparmağı xahiş etmişdir. O razılaşmış və Rasimin dediyi yerə getmişdir. Quşencə kəndinə çatdıqda Rasim və İsrəfilin bir baş erkək dananı yolun kənarı ilə ona tərəf gətirdiyini görmüşdür. Avtomobili saxlamış və onlar dananı avtomobilin yük yerinə yerləşdirmişlər. 15 dəqiqə sonra onlar Elşənin yaşadığı evə çatmışlar. Orada Rasim dananı gətirdiyinə görə 20 manat, Elşənin xahişi ilə 50 manat, cəmi 70 manat pul vermişdir. Elşən həmin 50 manat müqabilində həmin dananı Şamaxı rayonuna aparacağını xahiş etmişdir. Elşənin oğlu Toğrul onun avtomobilinə əyləşmiş və birgə Şamaxı rayonuna gedərək Toğrulun dediyi yerdə dananı avtomobildən düşürtmüşlər. Bundan sonra o İsmayıllı rayonuna qayıtmışdır. Şahid Şahid6 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Quşencə kəndində yerləşən fermada çoban işləyir. x xxxxxx 2020-ci il tarixdə səhər saatlarında Quşencə kənd sakinləri Rasim və İsrəfil fermaya gələrək üç baş inək aldıqlarını bildirmiş və həmin inəkləri müvəqqəti olaraq fermada saxlamağı xahiş etmişlər. O etiraz etməmiş və heyvanları fermaya buraxmışdır. Təxminən bir saatdan sonra Rasim, İsrəfil və tanımadığı bir şəxs fermaya gəlmiş və inəkləri həmin şəxsin idarə etdiyi avtomobilə yükləyərək getmişlər. “Təqdim etmə, götürmə və əşyaya baxış keçirmə” barədə protokoldan görünür ki, Şahid2 xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona satdıqları iki baş erkək dana və bir baş inəyi istintaqa təqdim etmişdir. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Konsultativ Poliklinika şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 1583 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı “RMX”-nin PHŞ KPŞ-nin narkoloji kabinetdə qeydiyatda yoxdur, 12 dekabr 2014-cü il tarixdən ruhi-əsəb kabinetində “oliqofreniya kəskin ifadə olunmuş debillik dərəcəsi və nitqin qüsuru” diaqnozu ilə dispanser qeydiyyatdadır. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Konsultativ Poliklinika şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 345 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 06 yanvar 2019-cu il tarixdən İsmayıllı “RMX”-nin PHŞ KPŞ-nin narkoloji kabinetində “F 11.2 opioid qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə dispanser qeydiyyatda və 11 yanvar 2012-ci il tarixdən ruhi-əsəb kabinetində “kəskin ifadə olunmuş dissosiativ konversion pozuntular özünü kəsmələrlə” diaqnozu ilə dispanser qeydiyyatdadır. 11 sentyabr 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum edilməmiş, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Müstəntiqin “Maddi sübut kimi tanınma barədə” 02 sentyabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məxsus iki baş erkək dana və Zərərçəkmiş şəxs4 bir baş inək cinayət ii üzrə maddi sübut qismində tanınmış və məsul saxlanılması üçün müvafiq olaraq sahiblərinə təhvil verilmişdir. Maddi sübutun təhvil verilməsi barədə protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə maddi sübüt olan bir baş inək Zərərçəkmiş şəxs4 Əllədin oğlunun ərizəsi əsasında ona təhvil verilmişdir. Maddi sübutun təhvil verilməsi barədə protokoldan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə maddi sübüt olan iki baş erkək dana Mustafayev Zəlim xan Mərdanoviçin ərizəsi əsasında ona təhvil verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 9/3881 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən bir baş erkək cinsli, diri çəkisi 150 kiloqram olan erkək dananın 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 800,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 9/3882 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən inəklərin 2020-ci ilin avqust ayına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3000,00 manat müəyyən edilir. O cümlədən, 1 baş 2 il 6 aylıq, diri çəkisi 200 kiloqram olan inək – 1000,00 manat, 1 baş 2 il 6 aylıq, diri çəkisi 180 kiloqram olan inək – 900,00 manat, 1 baş 2 il 6 aylıq, diri çəkisi 220 kiloqram olan inək – 1100,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 9/3883 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən inəklərin 2020-ci ilin avqust ayına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1400,00 manat müəyyən edilir. O cümlədən, 1 il 3 aylıq, diri çəkisi 90 kiloqram olan 1 baş dişi inək – 450,00 manat, 1 il 2 aylıq, diri çəkisi 90 kiloqram olan 1 baş erkək dana – 500,00 manat, 1 illik, diri çəkisi 80 kiloqram olan 1 baş erkək dana – 450,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-psixiatrik ekspertizasının x xxxxxx 2020-ci il tarixli 01 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 dissosiativ-konversion pozuntu, özünü kəsmələrlə xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan hazırki cinayət əməlini törədərkən o, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Məhkəmə-psixiatrik ekspertizasının x xxxxxx 2020-ci il tarixli 02 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağallıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağallıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə ciayət işinin materialları, tibbi sənədlər ( AR SN-nin 1 saylı respublika psixiatriya xəstəxanasından verilmiş ******* saylı stasionar xəstənin, tibbi kartası, xx.xx.2014-cü il tarixli, 1825/2014 saylı səhhətin müayinə edilməsi aktı, xx.xx.2021-ci il tarixli 51 saylı arayış, İsmayıllı RMX-nın PHŞ tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli 1583 saylı arayış), anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon Şöbəsi tərəfindən verilmiş 20 noyabr 2020-ci il tarixli 1082 və 12 yanvar 2021-ci il tarixli 65 nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs2 30 sentyabr 2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmiş, o, N sentyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək Azərbaycan Silahlı Qüvvələrində Səfərbərlik üzrə həqiqi hərbi xidmət keçmiş və 05 yanvar 2021-ci il tarixdən SHXÇDX-nin İsmayıllı rayon şöbəsində qeydiyyatdadır. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 16 yanvar 2021-ci il tarixli qərarından görünür ki, iş üzrə maddi sübüt olan iki baş erkək dana və bir baş inək müvafiq olaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 Əllədin oğluna təhvil verildiyi üçün, həmçinin Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan ödənildiyi üçün cinayət nəticəsində dəymiş ümumilikdə 6200 (altı min iki yüz) manat məbləğində ziyan aradan qaldırılmış hesab olunmuşdur. Şahid3 və Şahid4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə, Şahid1 və Şahid2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cu maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid6, X3 və X1 əməllərində hər hansı bir cinayətin tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. Müstəntiqin “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə” 01 sentyabr 2020-ci il tarixli qərarından və eyni tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 01 sentyabr 2020-ci il tarixdə saat 15:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə” 01 sentyabr 2020-ci il tarixli qərarından və eyni tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 01 sentyabr 2020-ci il tarixdə saat 16:50-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqin 03 sentyabr 2020-ci il il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 12:30-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin Müvəqqəti saxlanma yerindən azad edilmişdir. Müstəntiqin 03 sentyabr 2020-ci il il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 12:50-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin Müvəqqəti saxlanma yerindən azad edilmişdir. 07 yanvar 2021-ci il il tarixli 09 və 09/1 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, atası Alıyev Habil Mixayil oğlu, anası Alıyeva Sevər Yusif qızı, qardaşları Rövşən, Qarakişi, qardaşı arvadı Ləman və qardaşı oğlu Əlidən ibarətdir. Yaşadığı yer üzrə nümayəndəliyə barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. 04 sentyabr 2020-ci il il tarixli 420 və 420/1 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 İsmayıllı rayonu Quşencə kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, atası Alıyev Ağalar Osman oğlu, anası Alıyeva Qaratel Hacıməmməd qızından ibarətdir. Yaşadığı yer üzrə nümayəndəliyə barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların törətdikləri cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və onlar həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdırlar. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək barələrində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını, o cümlədən ona təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət və cinayət-prosessual qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlində cəzanı yüngülləşdirən halın olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, onun ilk dəfə cinayət törətməsini, N sentyabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək İİ Qarabağ savaşında Azərbaycan Silahlı Qüvvələrində Səfərbərlik üzrə həqiqi hərbi xidmət keçməsini, şəxsiyyətini xarekterizə edən digər xüsusiyyətləri nəzərə alaraq Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə nəzərdə tutulmuş cəzalardan az ciddi cəza növü hesab olunan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs2 01 sentyabr 2020-ci il tarixdən 03 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün ona təyin edilən 01(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, o, üzərində saxlanılmış 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməlidir. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Quşencə kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs İsrəfil Alızadəyə cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxs İsrəfil Alızadənin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İsrəfil Alızadənin törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə İsrəfil Alızadəyə məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, ailə vəziyyətini, cəzanı yüngülləşdirən halı və işin digər faktiki halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs İsrəfil Alızadəyə ittiham edildiyi maddələrdə müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) il müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. İsrəfil Alızadənin 01 sentyabr 2020-ci il tarixdən 03 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün ona təyin edilən 02(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, o, üzərində saxlanılmış 01 (bir) il 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməlidir. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Quşencə kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İsrəfil Alızadənin cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İsrəfil Alızadənin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 150 (bir yüz əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Rasim Alızadə və İsrəfil Alızadədən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübutlar – cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus iki baş erkək dana və Zərərçəkmiş şəxs4 bir baş inəyin müvafiq olaraq sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 435-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 01 sentyabr 2020-ci il tarixdən 03 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 01 (bir) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Quşencə kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 01 sentyabr 2020-ci il tarixdən 03 sentyabr 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Quşencə kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 150 (bir yüz əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübutlar – cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus iki baş erkək dana və Zərərçəkmiş şəxs4 bir baş inəyin müvafiq olaraq sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar