Məhkəmə qərarları › İş №1(037)-20/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-20/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-20/2023 16.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 16 mart 2023-cü il tarixdə saat 15:34-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1978-ci ildə İsmayıllı rayonunun Mican kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, İsmayıllı şəhəri ərazisində ( İsmayıllı rayonunun keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 12 iyul 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı İsmayıllı rayonunun Mican kəndində yerləşən evin həyətində qayınanası X1 və baldızı Zərərçəkmiş şəxs onun qardaşı ilə ailə-məişət məsələləri ilə bağlı aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə etdiklərini görüb onlara yaxınlaşmış və həmin vaxt baş vermiş mübahisə ilə əlaqədar Zərərçəkmiş şəxs onun qardaşı Laçın Osmanovun üstünə hücum çəkdiyini görüb əsəbiləşərək, qardaşının qarşısına keçib Zərərçəkmiş şəxs sol əlini tutaraq sərt şəkildə burub sonuncuya qəsdən sol əlin 3-cü barmağının proksimal falanqasının proksimal oynağın başında yerdəyişən sınığı kimi həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Sonuncunun ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə hökm çıxarılanadək zərərçəkmiş şəxslə barışıq əldə edərək ona vurulmuş ziyanı tam ödədiyi üçün barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə post rabitəsi ilə ərizə göndərərək Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək ona vurulmuş ziyanı ödədiyini, ondan şikayət və tələbinin olmadığını bildirmiş və cinayət işi üzrə icraata xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə-tibbi ekpertizasının 29 iyul 2022-ci il tarixli 352 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sol əlin 3-cü barmağın proksimal falanqasının, proksimal oynağın başında yerdəyişən sınığı küt əşya(alət) təsirindən törənməklə, kənar şəxs tərfindən əllə burulması zamanı, xx.xx.2022ci il tarixdə alınmağa uyğun gəlir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. İsmayıllı RİH başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli 388 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində ( İsmayıllı rayonunun keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, əri X2 və 11 yanvar 2014-cü il təvəllüdlü qızı İradədən ibarətdir, yaşayış yeri üzrə nümayəndəliyə barəsində yazılı və şifahi məlumat daxil olmamışdır. 21 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Həmin tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-74-cü maddələrinə əsasən əvvəllər cinayət məsuliyyətindən azad edilməmişdir. Müstəntiqin 13 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, 12 iyul 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı İsmayıllı rayonunun Mican kəndində yerləşən evin həyətində qayınanası X1 və baldızı Zərərçəkmiş şəxs onun qardaşı ilə ailə-məişət məsələləri ilə bağlı aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə etdiklərini görüb onlara yaxınlaşmış və həmin vaxt baş vermiş mübahisə ilə əlaqədar Zərərçəkmiş şəxs onun qardaşı Laçın Osmanovun üstünə hücum çəkdiyini görüb əsəbiləşərək, qardaşının qarşısına keçib Zərərçəkmiş şəxs sol əlini tutaraq sərt şəkildə burub sonuncuya qəsdən sol əlin 3-cü barmağının proksimal falanqasının proksimal oynağın başında yerdəyişən sınığı kimi həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Zərərçəkmiş şəxs post rabitəsi ilə məhkəməyə göndərdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışıq əldə edərək ona vurulmuş ziyanı ödədiyindən ondan şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Dövlət ittihamçısı qanunun göstərilən normalarına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini təklif etdi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci mаddəsinin tətbiq edilməsi üçün həmin maddədə şərtləndirilən bütün əsaslar vardır. Məhkəmə qərara gəlir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə ona qarşı olan cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 305-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar