Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-20/2025 12.06.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 12 iyun 2025-ci il tarixdə saat 12:41-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1976-cı ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonunun Girk kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdə, saat 01 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməsinə dair tələbini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi, eləcə də nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadığı halda tanışı X10 razılığı ilə idarə etdiyi, sonuncunun sahibliyində olan “VAZ 21214 minik” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərindən çıxıb İsmayıllı rayonunun Girk kəndi istiqamətində hərəkətdə olarkən, Qaraməryam-İsmayıllı-Şəki avtomobil yolunun 12-ci kilometrliyində, yolun İsmayıllı rayonunun Aşıqbayramlı kəndinin ərazisindən keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin yol hərəkətinin iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı olmalarına dair tələbinə riayət etməyərək, yəni əks hərəkət zolağı ilə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq qarşı hərəkət zolağına çıxmamalı və idarə etdiyi avtomobili öz hərəkət zolağı ilə idarə etməli, digər nəqliyyat vasitəsi sürücülərinin hərəkəti üçün təhlükə yaratmamalı olduğu halda bunları etməyərək hərəkət təhlükəsizliyinə riayət edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda yol hərəkəti qaydalarını pozmuş və qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə hərəkətdə olan X1 hüququ əsasında idarə etdiyi, sonuncunun mülkiyyətində olan “VAZ 21011” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq həmin avtomobillə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “VAZ 21011 minik” markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs dalağın zədələnməsi və cərrahi xaric edilməsindən sonrakı vəziyyət, alının, üzün sol yarasının yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarəti almasına, habelə həmin avtomobilin sürücüsü X4 hər iki diz oynağının və üzün sol payının sıyrıqları kimi sağlamlığa zərər vurmadığına görədərəcəsi təyin edilməyən bədən xəsarəti almasına, “VAZ 21011 minik” markalı **-RX- *** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə X5 1390 (min üç yüz doxan) manat məbləğində, “VAZ 21214 minik” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə X11 1150 (min yüz əlli) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdir ki, o, İsmayıllı rayonunun Girk kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. 17 mart 2023-cü il tarixdə o, İsmayıllı şəhərinə getmək üçün dostu Manasdan avtomobilini ona verməyini xahiş etmiş, Manas özünə məxsus “Vaz 21214” markalı avtomobili ona vermişdir. Onun sürücülük hüququ və avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. 18 mart 2023-cü il tarixdə saat 01 radələrində idarə etdiyi “Vaz 21214” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsmayıllı şəhərindən çıxıb, Göyçay-Qaraməryam-İsmayıllı avtomobil yolu ilə yaşadığı kənd istiqamətində hərəkətə başlamış, həmin vaxt avtomobildə ondan başqa heç kim olmamışdır. Hava çıskinli olmuş və yolun işıqlandırması olmadığından hərəkət çətinləşmişdir. Saat 01 radələrində İsmayıllı rayonu Aşıqbayramlı kəndi ərazisində, öz hərəkət yolunda, saatda 50 km/saat sürətlə hərəkət etmiş, həmin zaman yolun yoxuş hissəsində hərəkətdə olarkən, qarşıdan başqa bir avtomobilin öz yolu ilə gəldiyini görmüşdür. Həmin avtomobil ilə aralarında az məsafə qalan anidən onun yoluna çıxaraq öz yoluna qayıtmış, bu zaman aralarındakı məsafə çox az olduğu üçün, o, hadisədən yayına bilməmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra o, avtomobildən düşmüşdür. Hadisə zamanı ayağı zədələnmiş, bədənində möhkəm ağrılar hiss etmişdir. O, avtomobildən düşən kimi digər avtomobilin yanına gəlmiş, yoldan keçən tanımadığı şəxslər avtomobilləri saxlayıb kömək etmək üçün yaxınlaşmışlar. Onlar avtomobilin içərisində sonradan adını bildiyi Rabili çıxartmışlar, daha sonra isə digər şəxsi də avtomobildən çıxartmışlar. Həmin vaxt əraziyə X17 briqdası gəlmiş, yaralıları İsmayıllı RMX-ya aparmışlar. O avtomobilin sahibi Manasa zəng edərək baş vermiş hadisə barədə sonuncuya bildirmiş və tanımadığı şəxsin avtomobili ilə İsmayıllı RMX-ya getmişdir. Orada ona tibbi yardım göstərmişlər.O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət əməli törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri tam olaraq ödəmişdir. Himayəsində azyaşlı uşağı vardır, ailəsində işləyərək evə qazanc gətirən yeganə şəxs odur. Bunlar nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclaslarında zərəçəkmiş şəxsin hüquqi varisi X12 ifadə verərək göstərdi ki, o, Ağsu rayonunun Ülgüc kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin kənddə yaşayır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs onun qardaşı olmuşdur. 18 mart 2023-cü il tarixdə gecə saat 01:30 radələrində tanımadığı şəxs ona zəng edərək, Rabil və Sərxanın İsmayıllı rayonu ərazisində qəzaya düşdüklərini bildirmiş, o dərhal özünə məxsus avtomobili ilə İsmayıllı RMX-ya gəlmişdir. Xəstəxanaya çatdıqda qardaşı həkimlər tərəfindən əməliyyat olunmuş, bir müddət qardaşı İsmayıllı RMX-da müalicə aldıqdan sonra onu evlərinə aparmışdır. Qardaşından hadisənin necə baş verdiyini soruşduqda sonuncu ona, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadığı kənddən, həmkəndlisi X7 ilə birlikdə sonuncuya məxsus "Vaz 21011" markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göyçay rayonu Qaraməryəm kəndinə getdiklərini, həmin vaxt avtomobili Sərxanın idarə etdiyini, Qaraməryəm kəndinə çatdıqdan sonra İsmayıllı şəhərinə getmək qərarına gəldikləri üçün Şəki-Qaraməryəm-İsmayıllı avtomobil yolu ilə İsmayıllı şəhərinə yola düşdüklərini, İsmayıllı rayonu Aşıqbayramlı kəndi ərazisində hərəkət edən zaman Sərxanın avtomobili saatda 40-50 kilometr sürətlə hərəkət etdirdiyini, qəza baş verməzdən əvvəl də onun fikri kənarda olduğuna görə yola baxmadığını, bu vaxt Sərxan "bu neynir" deyərək qışqırdığını, o da bundan sonra yola baxan zaman artıq onların avtomobilinin ağ rəngli, Niva markalı avtomobillə toqquşduğunu, bundan sonra onlar güclə avtomobildən düşdüyünü, Niva markalı avtomobilin sürücüsü onların yanına gəlib vəziyyəti soruşduğunu bildirmişdir. Qardaşı Rabil xx.xx.2023-cü il tarixdə intihar etmişdir. Onun intiharının bu hadisə ilə heç bir bağlılığı yoxdur. Qardaşının bütün müayinə və müalicələrini Təqsirləndirilən şəxs etmişdir. Təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsdən tələbi və şikayəti yoxdur. İş üzrə yekun qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş edir. X2 ifadə verərək göstərdi ki, Ağsu rayonunun Ülgüc kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə ona məxsus avtomobillə yaşadığı kənddən çıxıb Göyçay rayonu Qaraməryəm kəndinə getmiş, Qaraməryəm kəndinə çatdıqdan sonra İsmayıllı şəhərinə getmək qərarına gəlmişlər. Bu səbəbdən Şəki-Qaraməryam-İsmayıllı avtomobil yolu ilə İsmayıllı şəhərinə yola düşmüşlər. xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində İsmayıllı rayonu Aşıqbayramlı kəndi ərazisində, İsmayıllı şəhər istiqamətində öz hərəkət yolunda, saatda 70-80 kilometr sürətlə hərəkət etmişdir. Həmin zaman qarşıdan Niva markalı avtomobil gəlmiş, həmin avtomobil ilə arasında təxminən 15 metr məsafə qalan zaman həmin Niva markalı avtomobil öz yolundan çıxıb, onun hərəkətdə olduğu hərəkət zolağına keçərək üzərinə gəlməyə başlamış, bu vaxt o, avtomobili yolun kənarına çəksə də, artıq aralarında çox az məsafə olduğu üçün o, hadisədən yayına bilməmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisədən sonra Niva markalı avtomobilin sürücüsü onların yanına gəlib vəziyyətini soruşmuş, o və Zərərçəkmiş şəxs xəsarət aldıqları üçün İsmayıllı RMX-ya müraciət etmişlər. Özünə və avtomobilə dəymiş ziyanla bağlı heç bir şikayət və tələbi yoxdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 18 mart 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsi Qaraməryam-İsmayıllı-Şəki avtomobil yolunun 12-ci kilometrliyində baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 139 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – dalağın zədələnməsi cə cərrahi xaric edilməsindən sonrakı vəziyyət, alnın, üzün sol yarasının yaraları bərk-küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 182 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- hər iki diz oynağının sıyrığı küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 281 nömrəli rəyindən görünür ki, X4 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- hər iki diz oynağının və üzün sol payının sıyrıqları küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilmir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 mart 2024-cü il tarixli, 8/471 nömrəli rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, hərəkət üçün təhlükə yaranan anda Vaz 21214 markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerinə kimi 3 metr məsafə qət etməsi və həmçinin sürücü X4 izahatında göstərdiyi Vaz 21214 markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun yoluna çıxan anda avtomobillər arasında 15 metr məsafənin olması real hadisə mexanizminə uyğun deyildir. Reallıqda Vaz 21214 markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşı hərəkət zolağına çıxdığı andan toqquşma yerinə kimi 3 metrdən artıq məsafə qət etmiş və həmin anda avtomobillər arasında 15 metrdən arıq məsafə olmuşdur.İstintaq tərəfindən qərarda göstərilən hərəkət üçün təhlükə yaranan anda Vaz 21214 markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerinə kimi qət etdiyi məsafə və həmin anda sürücü X4 izahatına əsaən göstərilən avtomobillər arasında məsafə real hadisə mexanizminə uyğun olmadığından Vaz 21011 markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısını alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz 21214 markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 noyabr 2023-cü il tarixli 9/8308 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Vaz 21214” minik markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin mart ayına olan təmir bərpa xərci təxminən 1150,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1978-ci il buraxılışlı “Vaz 21011” minik markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2023-cü ilin mart ayına olan təmir-bərpa xərci təxminən 1390,0 manat müəyyən edilir. Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X8 ibtidai istintaqa və məhkəməyə təqdim etdiyi ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənmişdir. Buna görə də, heç bir şikayəti, iddia və tələbi yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış 04 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsindən alınmış 27 mart 2024-cü il tarixli 3-13-16/-2/2-1012/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olması və sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Ağsu rayonunun Ülgüc kəndində qeydiyyatda olan xx.xx.1996-cı il təvəllüdlü X4 adına AE 962109 nömrəli “BC” kateqoriyalı xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək etibarlılığı olan sürücülük vəsiqəsi olması və xx.xx.2023cü il tarixədək sürücülük vəsiqəsinin məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. BD № 219817 nömrəli nəqliyyat vasitəsinin texniki qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Vaz-21214” markalı, universal modelli, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 adınadır. Avtomobil xx.xx.2028-ci il tarixədək qüvvədə olan “Nəqliyyat vasitəsindən istifadə edilməsi” haqqında etibarnamə ilə X11 verilmişdir. İsmayıllı rayon X9 Hüquqi Şəxsi tərəfindən verilmiş spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin 18 mart 2023-cü il tarixli 97 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2023-cü il tarixdə sərxoş vəziyyətdə olmamışdır. İsmayıllı rayon X9 Hüquqi Şəxsi tərəfindən verilmiş 24 fevral 2025-ci il tarixli 18-1- 47/2-175/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın Poliklinika şöbəsinin “Ruhi-əsəb”, “Narkoloji” və “Dəri-Zöhrəvi” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Müstəntiqin qətimkan tədbirinin seçiilməsinə dair 16 oktyabr 2023-cü il tarixli qərardan görükür ki, Təqsirləndirilən şəxs barəsində 16 oktyabr 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İsmayıllı RİHB-nin İsmayıllı rayonu Kəlbənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyindən alınmış xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Girk kəndində qeydiyyatdadır və həmin ünvanda yaşayır, ailəlidir, ailə tərkibi özündən, arvadı X13, övladları- xx.xx.2005-ci il təvəllüdlü Paşa, xx.xx.2007-ci il təvəllüdlü Bəhram, xx.xx.2008-ci il təvəllüdlü Mustafa və xx.xx.2019-cu il təvəllüdlü Sonadan ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə edilmiş, barəsində inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və madi sübut müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının ümumi dəyəri olan 306 (üç yüz altı) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Cinayət işi üzrə 306 (üç yüz altı) manat manat ekspertiza xərci hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə müsadirə ediləsi əmlak, maddi sübut və mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-20/2025
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-20/2025
12.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver